Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi


Sərfəli və Təmiz enerji. İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)

Sərfəli və Təmiz enerji. İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi 
hesablanan enerji tutumu. Enerji tutumu iqtisadiyyatda enerji istehlakı və 
ümumi enerji effektivliyinin ölçüsüdür. Bu göstərici ölkədaxili ilkin enerji 
sərfiyyatının ümumi daxili məhsula (ÜDM) nisbəti kimi hesablanır. Enerji 
intensivliyi iqtisadiyyatın ümumi məhsul buraxılışının bir vahidini istehsal etmək 
üçün istifadə olunan enerjinin həcmini ifadə edir. Başqa sözlə, bu, iqtisadiyyatın 
enerjidən səmərəli istifadə etmə göstəricisidir. 2010-cu ilə nisbətən 2020-ci ildə 
hər min manatlıq məhsul istehsalına sərf olunan ilkin enerjinin həcmi, yəni enerji 
tutumu 21,6 (%) faiz artmışdır. 2020-ci ildə ümumi enerji təchizatının 21,2 (%) 
transformasiya sektorunun proseslərinə, 5,2 (%) itkilərə, 5,6 faizi energetika 
sektorunun daxili istehlakına, 67,6 (%) son istehlaka və 0,4 faizi digər məqsədli 
istehlaka sərf edilmişdir. 
LAYİQLİ ƏMƏK VƏ İQTİSADİ ARTIM DİM8. Qlobal işsizlik səviyyəsinin 
5,7 (%) olduğuna baxmayaraq dünya əhalisinin yarısına yaxını hələ də gündə 
təxminən 2 ABŞ dolları ekvivalentində olan məbləğlə yaşayır. Ancaq bir çox 
ərazilərdə iş yerinə sahib olmaq yoxsulluqdan qurtulmağa zəmanət vermir. 
Yoxsulluqla mübarizə sahəsində mövcud olan yavaş və qeyri-bərabər irəliləyiş 
bu mübarizəyə yönəlmiş iqtisadi və sosial siyasətlərin yenidən nəzərdən 
keçirilməsini tələb edir. BMT-nin məlumatlarına əsasən, 2014- 2018-ci illər 
ərzində dünya iqtisadiyyatının artım tempi hər il orta hesabla 2 faizə yaxın 
olmuşdur. 2019-cu ildə adambaşına düşən real ÜDM 1,3 faiz artmış, 2020-ci ildə 
isə 4,6 faiz azalmışdır. Bununla belə, COVID-19 əleyhinə vaksinlərin bazara 
çıxarılması ilə dünya iqtisadiyyatında canlanma müşahidə olunmuşdur. Bu amil 
nəzərə alınmaqla adambaşına düşən qlobal ÜDM-in 2021-ci ildə 4,3 faiz, 2022-
ci ildə isə 3,1 faiz yüksələcəyi proqnozlaşdırılmaqdadır. 2020-ci ildə işsizlik 
səviyyəsi əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 6,5 faizə qalxmışdır. Bu o 
deməkdir ki, dünyada işsizlərin sayı 33 milyon nəfər çoxalaraq 220 milyon nəfər 
olmuşdur. İl ərzində gənc işçilərin 8,7 faizi, qadınların isə 5,0 faizi öz işini 
itirmişdir. 
DİM 8 milli şəraitə uyğun olaraq əhalinin hər nəfərinə düşən iqtisadi 
artımın qorunmasını, şaxələndirmə, texnoloji yenilənmə və innovasiyalar 


vasitəsilə iqtisadi məhsuldarlığın daha da yüksək səviyyələrinə nail olunmasını, 
tam və məhsuldar məşğulluğun və hamı üçün layiqli işin təmin edilməsini
məcburi əməyin ləğv edilməsi, müasir köləliyə, insan alverinə və bütün 
formalarda uşaq əməyinə son qoyulması üçün tədbirlərin görülməsini, bərabər 
dəyərli işə görə bərabər ödənişin təmin edilməsini nəzərdə tutur. Bu da, öz 
növbəsində, məhsuldar fəaliyyət, layiqli iş yerlərinin yaradılması, sahibkarlıq, 
yaradıcılıq və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətlərin təşviq 
edilməsinə, mikro, kiçik və orta sahibkarların maliyyə xidmətlərinə çıxışının 
təmin edilməsinə, məşğulluqda, təhsildə və ya təlimdə iştirak etməyən gənclərin 
xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasına zəmin yaradır. 
Əhalinin hər nəfərinə düşən real Ümumdaxili məqsul (ÜDM-in) illik artım sürəti 
iki ardıcıl il arasında əhalinin hər nəfərinə düşən real ÜDM-dəki dəyişikliyi faizlə 
bildirir. 

Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin