Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi


Əhalinin hər nəfərinə düşən real ÜDM ölkə əhalisinin orta yaşayış



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)

Əhalinin hər nəfərinə düşən real ÜDM ölkə əhalisinin orta yaşayış 
səviyyəsinin göstəricisidir. Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım 
sürətinin müsbət olması ölkədə əhalinin orta yaşayış səviyyəsinin artması kimi 
şərh edilə bilər. Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti 
hesabat ilinin əhalinin hər nəfərinə düşən real ÜDM-i ilə əvvəlki ilin əhalinin hər 
nəfərinə düşən real ÜDM-i arasındakı fərqin əvvəlki ilin əhalinin hər nəfərinə 
düşən real ÜDM-nə nisbətinin 100-ə hasili kimi hesablanır. 2010-cu ilə nisbətən 
2020-ci ildə əhalinin hər nəfərinə düşən real ÜDM 8,7 faiz azalmışdır.
Azərbaycanda ÜDM istehsalının 33,7 faizi sənayenin, 11,5 faizi ticarət və 
nəqliyyat vasitələrinin təmiri sahələrinin, 7,7 faizi tikintinin, 7,1 faizi nəqliyyat 
və anbar təsərrüfatının, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 
1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,0 faizi informasiya və 
rabitə sahələrinin, 20,3 faizi isə digər sahələrin payına düşmüş, məhsula və idxala 
xalis vergilər isə ÜDM-in 9,7 faizini təşkil etmişdir. 

2020-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin sayı 2010-cu illə müqayisədə 
12,6 faiz artaraq 4329,1 min nəfərdən 4876,6 min nəfərə çatmışdır. Həmin 
ildə ümumi məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və 
balıqçılıq, 14,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi təhsil, 
7,3 faizi tikinti, 5,7 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 5,3 
faizi emal sənayesi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi səhiyyə 
və sosial xidmətlərin göstərilməsi, 15,3 faizi isə iqtisadiyyatın digər 
sahələrinin payına düşmüşdür.
Mülkiyyət növləri bölgüsünə gəldikdə isə qeyri-dövlət sektorunda məşğul 
əhalinin sayı dövlət sektoruna nisbətən daha çox olmuşdur. Belə ki, məşğul 
əhalinin 77,0 faizi, yəni 3753,4 min nəfəri qeyri-dövlət sektorunda, 23,0 faizi 
yəni 1123,2 nəfəri isə dövlət sektorunda məşğul olmuşlar.
 


İşsizlik səviyyəsi, cins və yaş qrupları üzrə bölgüdə. 2010-2019-cu illərdə ölkə 
üzrə işsizlik səviyyəsi azalma meyli almış, lakin COVID-19 pandemiyasının 
tüğyan etdiyi 2020-ci ildə bu göstəricinin qiyməti 2019-cu illə müqayisədə 4,8 
faizdən 7,2 faizə, o cümlədən kişilər üzrə 4,0 faizdən 6,0 faizə, qadınlar üzrə isə 
5,7 faizdən 8,4 faizə yüksəlmişdir. Bu müddət ərzində ölkədə işsiz əhalinin sayı 
375,9 min nəfər olmuşdur ki, bunlardan da 159,9 min nəfəri kişilər, 216,0 min 
nəfəri isə qadınlardır.
Azərbaycanda 2020-ci ildə yaşayış yerinə görə qadınlar arasında işsizlik 
səviyyəsi şəhər yerlərində 10,0 faiz, kənd yerlərində 6,8 faiz, kişilər arasında 
işsizlik səviyyəsi şəhər yerlərində 7,2 faiz, kənd yerlərində 4,6 faiz təşkil 
etmişdir. İqtisadi rayonlar üzrə bölgüdə işsiz şəxslərin sayı ən çox Bakı şəhərində 
qeydə alınmışdır.

Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin