daim bərpa olunan təbii proseslərdən alınan enerjidir. Bu zaman təbiətdə daim
baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində
tükənə bilməz. Bərpa olunan enerji mənbələrinə su elektrik stansiyalarının
elektrik enerjisi, külək enerjisi, qabarma, dalğa və okean enerjisi, günəş enerjisi,
geotermal enerji, bərk biokütlə, bioqazlar, maye bioyanacaq aiddir. 2010-2020-
ci illər ərzində ümumi enerji təchizatında bərpa olunan enerjinin xüsusi çəkisi 4,2
faizdən azalaraq 1,2 faizədək enmişdir. Azərbaycanda 2020-ci ildə bərpa olunan
mənbələrdən enerji təchizatı 2010-cu ilə nisbətən 44,98 faiz azalaraq 212,7 min
neft ekvivalenti tonu (NET) təşkil etmiş və onun 43,2 faizi sudan, 51,0 faizi
biokütlə (bioyanacaq) və tullantılardan, 1,9 faizi günəş enerjisindən, 3,9 faizi isə
küləkdən alınmışdır.
Dostları ilə paylaş: