Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi


DİM 9 milli xüsusiyyətlərə uyğun olaraq inklüziv və dayanıqlı



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)

DİM 9 milli xüsusiyyətlərə uyğun olaraq inklüziv və dayanıqlı 
sənayeləşmənin təşviq edilməsini, habelə məşğulluqda və ÜDM-də sənayenin 
payının əhəmiyyətli dərəcədə yüksəldilməsini, resurslardan istifadə 
səmərəliliyinin artırılmasını, ekoloji təmiz texnologiyaların daha geniş şəkildə 
tətbiq edilməsini, iqtisadi inkişafa və insan rifahına dəstək göstərmək üçün 
dayanıqlı infrastrukturun yaradılmasını nəzərdə tutur. Bu da, öz növbəsində, 
sənaye sahəsində elmi tədqiqatların genişləndirilməsini, innovasiyaların 
stimullaşdırılmasını və tədqiqatçıların sayının, habelə tədqiqat və inkişaf üçün 
tələb olunan məsrəflərin (xərclərin) əhəmiyyətli şəkildə artırılmasını ön plana 
çəkir. Qeyd olunanlarla əlaqədar, texnologiyaların inkişafına, sənayenin inkişafı 
sahəsində tədqiqatlara və innovasiyalara dəstək artırılmalı, sənayenin 
şaxələndirilməsi üçün əlverişli siyasi mühit, sənaye müəssisələrinin müasir 
texnologiyalardan geniş istifadəsi, onların maliyyə xidmətlərinə çıxış imkanları, 
habelə bazarlara inteqrasiyası təmin edilməlidir.
Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti və onun əhalinin hər 
nəfərinə düşən məbləği. Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti 
emal sənayesində yaradılmış əlavə dəyərin ÜDM-də payını göstərir. Bu göstərici 
emal sənayesinin əlavə dəyərinin ÜDM-ə nisbətinin 100-ə hasili kimi hesablanır. 
Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyəri. Emal sənayesinin 
əlavə dəyərinin ÜDM-dəki payında 2010-2020-ci illər ərzində azalma və artma 
qeydə alınmış və bu göstərici 2020-ci ildə 5,8 faiz olmaqla ən yüksək qiymətini 
almışdır. Emal sənayesində yaradılmış əlavə dəyər 2020-ci ildə 4177,7 milyon 
manat təşkil etmişdir. Bu göstərici emal sənayesində yaradılmış əlavə dəyərin 
əhalinin hər nəfərinə düşən məbləğini bildirir. Əhalinin hər nəfərinə düşən emal 
sənayesinin əlavə dəyəri emal sənayesinin əlavə dəyərinin ölkə əhalisinin sayına 
nisbəti kimi hesablanır. 2010-2020-cu illər ərzində Azərbaycanda əhalinin hər 
nəfərinə düşən emal sənayesinin əlavə dəyəri 86,0 -% artaraq 225,2 manatdan 
418,9 manatadək yüksəlmişdir. Sözügedən göstərici 2019-cu illə müqayisədə 
2020-ci ildə 1,3 % artmışdır. 
Emal sənayesində məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi emal sənayesi 
sahəsində məşğul olanların sayının iqtisadiyyatda məşğul olanların ümumi 
sayına nisbətinin 100-ə hasili kimi hesablanır. 2010-2020-ci illər ərzində emal 
sənayesində məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi 4,8 -%dən 5,3 %-
dək yüksəlmişdir. Bu illər ərzində emal sənayesində məşğul olan şəxslərin sayı 
23,6 faiz artaraq 208,9 min nəfərdən 258,3 min nəfərə çatmışdır ki, onun da 175,9 
min nəfəri və ya 68,1 faizi kişilər, 82,4 min nəfəri və ya 31,9 faizi isə qadınlar 
olmuşdur. İqtisadi rayonlar üzrə bölgüdə 2020-ci ildə sözügedən göstəricinin ən 
yüksək həddi Abşeron-Xızı iqtisadi rayonunda 11,9 %, ən aşağı həddi isə Dağlıq-
Şirvan iqtisadi rayonunda 2,9 % olaraq qeydə alınmışdır. 


 
 


 

Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin