əlavə dəyərin istifadə olunmuş suyun ümumi həcminə nisbəti kimi hesablanır.
Ölkədə sudan istifadə səmərəliliyi 2016-cı ildə 3,70 ABŞ dolları/m3 -dən 2018-
ci ildə 4,85 ABŞ dolları/m3 -ə yüksəlmiş, sonrakı illərdə isə azalma meyli alaraq
2020-ci ildə 3,67 ABŞ dolları/m3 -ə düşmüşdür. 2020-ci ildə ölkədə 9693 milyon
m3 su istifadə olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 25,6 faiz, 2019-cu
illə müqayisədə isə 2,3 faiz çoxdur. 2020-ci ildə təbii mənbələrdən götürülmüş
suyun 74,8 faizi istifadə olunmuşdur.
Su ehtiyatlarına düşən yükün səviyyəsi təbii mənbələrdən götürülən şirin suyun
həcminin suya olan ekoloji tələbat nəzərə alınmaqla, ölkənin bərpa olunan şirin
su ehtiyatlarının ümumi həcminə nisbətinin faiz ifadəsidir.
Bu göstərici bəzi
mənbələrdə “su resurslarının istifadə indeksi” kimi də təqdim olunur.
Göstəricinin məqsədi ölkənin bərpa olunan şirin su ehtiyatlarına
göstərilən
təzyiqi qiymətləndirmək, suya olan tələbatı qarşılamaq üçün su ehtiyatlarının nə
dərəcədə istismar olunduğunu, eləcə də sudan dayanıqlı istifadə istiqamətində
ortaya çıxan çətinlikləri müəyyənləşdirməkdir.
Su ehtiyatlarına düşən yükün səviyyəsi təbii mənbələrdən götürülmüş şirin suyun
ümumi illik həcminin bərpa olunan şirin su ehtiyatlarının ümumi illik həcmi ilə
suya olan ekoloji tələbatın həcmi arasındakı fərqə nisbətinin 100-ə hasili kimi
hesablanır.
Dostları ilə paylaş: