N əsirova G. Ə., магистрант



Yüklə 16,18 Kb.
tarix02.01.2022
ölçüsü16,18 Kb.
#35677
əlillər


Əlillik anlayışının mü əyy ənləşdirilm əsi v ə bununla ba ğlı c əmiyy ətd ə mövcud olan müxt əlif sosial davranış modelləri

N əsirova G. Ə., магистрант



Çox vaxt insanı mövcud fiziki v ə ya əqli pozuntudan xilas etm ək qeyri mümkün olur. Buna gör ə d ə biz ən azından özümüzd ən asılı olan halları n əzar ətd ə saxlamalı, bu istiqam ətd ə mövcud mane ələri aradan qaldırma ğa çalışmalıyıq. C əmiyy ətd ə mövcud olan sosial davranış modell ərin ə keçm ə d ən önc ə “pozuntu” v ə “ əlillik” anlayışlarının mahiyy ətin ə baxaq. Pozuntu fiziki, mental v ə intellektual funksiyaların uzun müdd ətə v ə ya h əmişəlik itirilm əsidir. Əlillik is ə insanın onda mövcud olan mane ə y ə gör ə c əmiyy ətin dig ər üzvl əri il ə b ərab ər imkanlarının itirilm əsi v ə ya m əhdudlaşdırılmasıdır. Tarix ə n ə z ər saldıqda əvv əll ər ə n ə n əvi yanaşma kimi xarakteriz ə edil ən əlillik modelinin mövcud oldu ğunu gör ərik. Bu yanaşmanın ç ərçiv əsind ə əlilliyin mövcudlu ğu h ər hansı günah işləmiş v ə ya n əyis ə düzgün etm ə y ən valideynl ər, onların övladları üçün c əza v ə ya l ə n ət kimi xarakteriz ə edilir, əlilliy ə cadug ərliyin, magiyanın bir forması kimi baxılırdı. Bu ideyalar müasir dövrümüzd ə d ə t ə fəkkürl ərd ə qalmaqdadır. Hal-hazırda əlillikl ə ba ğlı praktikada istifad ə olunan iki sosial davranış modeli mövcuddur: 1. Tibbi model 2. Sosial model Tibbi model əlilliyi insanın sa ğlamlıq v əziyy ətinin pozulmasının mövcudlu ğu v əziyy əti kimi mü əyy ən edir. Tibbi model ç ərçiv əsind ə fəaliiy ətin əsas istiqam əti pozuntuların tibbi müdaxilə və terapiya ilə minimuma endirilməsidən ibarətdir. Tibbi model çərçivəsində əlilliyi olan uşaq problemdir. Keçmişdə məhdud imkanlı uşaqlara onlarda mövcud müəyyən pozuntu prizmasından baxılır, onlar cəmiyyətdən təcrid olunaraq mütləq “müalicəyə” məhkum olunurdular. Hətta bəzən uşaqların yaşama hüquqları ləğv edilirdi. Müasir dövrdə yüksək texnoloji həll, terapiyanın metodları və dərmanlar qismən konstruktiv xarakter daşıyır. Tibbi yanaşmaya əsasən məhdud imkanları olan uşaqlardan mövcud mühitə və cəmiyyətə uyğunlaşma gözlənilir, onları olduqları kimi qəbul etmək onların da təhsil almağa hüquqları olmaları kimi hallar unudulur. Belə inteqrasiya şəraitində problem məktəbdə, baxçada ümumiyyətlə cəmiyyətdə deyil, uşağın daxilində axtarılır. Əgər uşaq hər hansı funksional hərəkəti edə bilmirsə bu hərəkəti başqa daha necə yaxşı təşkil edə bilməkdə deyil, uşaqda axtarılır. Uşaq faktiki olaraq onun mühitə və cəmiyyətə adaptasiyası üçün çox səy tələb edən müəssisəyə atılır. Tibbi yanaşmanın tətbiqi ilə valideynlər tibb işçiləri, həkimlər, sosial işçilər, psixoloqlar, övladlarının nəyə qadir olması və onlar üçün daha uyğun təhsil xidməti barədə təhrif olunmuş informasiya alırlar. Mümkün tövsiyyələr isə uşağın xüsusi məktəbdə, baxçada və ya evdə təhsil almasından ibarət olur. Sosial model çərçivəsində isə əlillik cəmiyyətdə mövcud fiziki, təşkilati və münasibətlər maneəsindən, mövhümatçılıqdan və sterotiplərdən meydana gələn əlillik kimi nəzərdən keçirilir. Sosial model bütün uşaqların bərabər hüquqlu olduğunu və hər kəsə bərabər imkanları təbliğ edir, cəmiyyətdə mövcud maneələri uşağı əlil edən əsas səbəb kimi nəzərdən keçirir. Müəyyən pozuntular və ciddi xəstəliklər normal həyat fəaliyyətimizi çətinləşdirdiyinə görə bizi bir çox xoşagəlməz hallarla üzləşdirir. Sosial modelə əsasən bu heç də bizi “insanlıqdan çıxarmır”. Sosial yanaşmanın qəbulu və anlaşılması məhdud imkanları olan insanların özünüqiymətləndirməsini yüksəltməsinə imkan verir. Əlilliklə bağlı mövcud olmuş və hazırda da mövcud olan müxtəlif sosial davranış modellərini qısa da olsa nəzərdən keçirdik. Uzun zaman tələb olunsa da təfəkkürlərdəki sabit qeyri adekvat düşüncələrin dəyişildiyinə şahid oluruq. Məhdud imkanları olan uşaqların təlim və təhsil prosesinin tarixi dövrünə nəzər saldıqda həqiqətən də təfəkkürlərdə və praktikada təkmilləşmənin baş verdiyini görürük. Bu faktlar da təhsilin nə dərəcədə önəmli və əsas olduğunu sübut edir. Hər iki davranış modelinin müsbət tərəflərini nəzərə alaraq qeyd etmək lazımdır ki, təhsilin bütün müşayət prosesi psixoloji və tibbi aspekt də daxil olmaqla qurulmalıdır.

Ədəbiyyat: 1. Körpə duyğuları- Müasir təhsil və tədrisə yardım mərkəzi (Praktik material)



2. Инклюзивное образование. http//www.fpgp.ru

3. Richard Rieser of Disability Equality in Education (пе- ревод Вячеслава Котова, РООИ “Перспектива” )
Yüklə 16,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin