"Gənc Psixoloqlar" İctimai Birliyi "Psixoloji tədqiqatlar" işçi qrupu



Yüklə 349,13 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix16.03.2017
ölçüsü349,13 Kb.
#11585
  1   2   3   4

“Gənc Psixoloqlar” İctimai Birliyi 

“Psixoloji tədqiqatlar” işçi qrupu 

 

      


İllik hesabat 

 

 



Bakı-2016   

 

 



 

Buraxılış № 1 



Psixoloji tədqiqatlar işçi qrupu 

Gənc  Psixoloqlar”  İctimai  Birliyi  Psixoloji  tədqiqatlar 

işçi  qrupunun  əsas  məqsədi  cəmiyyətdə  mövcud  olan 

psixoloji  vəziyyətin  təhlili,bu  istiqamətdə  praktik  elmi 

materialların toplanılması  əsasında mövzunun araşdırıl-

ması,  elmi  tədqiqatın  aparılması  və  problemin  həlli 

istiqamətində  layihələrin  həyata  keçirilməsidir.  O 

cümlədən  daha  mötəbər  və  etibarlı  statistik  nəticələrin 

əldə olunması üçün psixologiyada təhsil alan və bu sahə 

ilə yaxından əlaqəsi olan könüllü gənclərin eləcə də elmi 

praktik aspektdə artıq öz sözünü demiş mütəxəssislərin 

elmi  tədqiqat  işinə cəlb olunması  və birgə işinin təşkili 

işçi  qrupun  aparıcı  vəzifələrindəndir.  Həmçinin,  geniş 

elmi  və  praktik  bazanın  formalaşdırılması,  eləcə  də 

təcrübəli  mütəxəsislərlə  birlikdə  işləmək  imkanı  və 

tədqiqatın 

keçirilməsinin 

təməl 


prinsiplərinin 

mənimsənilməsi,  daha  sonra  fəaliyyətindən  asılı  olaraq 

beynəlxalq  əhəmiyyətli  sertifikatlarla  mükafatlandırıl-

ması  işçi  qrupun  könüllülərə  qazandıracağı  perspek-

tivlərdəndir. 

Siz də “Psixoloji tədqiqatlar” işçi qrupuna qoşula bilərsiniz. 

C.Cabbarlı küçəsi 44, Caspian Plaza 1, 14-cü mərtəbə, Bakı, Azərbaycan 

+994124081619 

+994557402189 

info@gpb.az 

www.gpb.az 

Foto müəllif: Elbrus Musayev 



Buraxılış №1 

“Psixoloji tədqiqatlar” işçi 

qrupunun rəhbəri   

Səyyarə Yusubova  

GƏNC PSİXOLOQLARIN TƏDQİQAT PROSESİNƏ CƏLB 

OLUNMASI VƏ MÖVCUD PROBLEMLƏRİN TƏHLİLİ. 

Heç şübhəsiz ki, müasir dövrümüzdə psixologiya sürətlə inkişaf etməkdə 

olan  elmi-praktik sahələrdən biridir. Həm nəzəri, həm də tətbiqi bilikləri zəngin 

olan  istedadlı  və  səriştəli  gənc  kadrların  yetişməsi  cəmiyyət  üçün  olduqca 

əhəmiyyətli  məsələdir.  Gənc  psixoloqların  təhsili  və  peşəkar  təkmilləşməsi 

prosesində  ən  vacib  fəaliyyət  sferalarından  biri  olan  empirik  tədqiqatların 

keçirilməsinin aktual məsələləri barədə fikirlərimi bölüşmək istərdim.  

 

Psixologiya  ixtisası  üzrə  təhsil  alan  tələbələrdən  təhsil  prosesində  fərdi 



işlər,  referatlar,  kurs  işləri,  habelə  buraxılış  işlərini  yerinə  yetirərkən  nəzəri  və 

empirik  tədqiqatlar  aparmaq    tələb  olunur.  Psixoloji  tədqiqatların  keçirilməsi 

özündə bir sıra mərhələləri ehtiva edir. İlkin addım əlbəttə ki, mövzunun seçilməsi 

və öyrənilən məsələyə dair elmi hipotezin müəyyənləşdirilməsidir. Tədqiq edilən 

mövzu tədqiqatın aparıldığı zaman və şəraitdə cəmiyyət üçün aktual olan problemi 

əks etdirməlidir. Bu məsələyə psixoloqun yeni bir baxışı olmalı və özünəməxsus 

həlli  yolları  təklif  etməlidir.  Müşahidələr  göstərir  ki,  tələbələr  əksərən  cəmiyyət 

üçün  aktual  olan  mövzuları  araşdırmaq  istəyir  və  belə  mövzuları  seçdikdə  daha 

yüksək  motivasiya  ilə  fəaliyyətə  qoşulurlar.  Elmi  fərziyyənin  təyin  edilməsi  isə 

çox  hallarda  onlar  üçün  çətinlik  doğurur.  Bu  çətinlik  hər  hansı  aktual  məsələni 

dərindən öyrənmək tələbatı yaradır.  

Tədqiqatın  keçirilməsinin  ayrılmaz  hissəsi  olaraq  tələbələrdən  elmi 

ədəbiyyatla işləmək, ən müasir və mötəbər mənbələri seçmək və ümumiləşdirmək 

bacarıqları tələb olunur. Müasir elmi ədəbiyyata çıxışda gənc psixoloqlar bir sıra 

çətinliklər  yaşayırlar.  Bu,  birinci  növbədə  obyektiv  çətinliklərdir.  Sürətlə  inkişaf 

edən  psixologiya  elmində  ən  yeni  tədqiqatlar  əksər  hallarda  xarici  (rus,  ingilis) 

dillərdə nəşr edilir. Ümumiyyətlə, psixoloqun bütün fəaliyyəti boyunca xarici dil 

biliklərinin  zəruriliyi  öz  aktuallığını  qoruyur.  Fundamental  nəzəri-konseptual 

məlumatların  da  bəzilərini  günümüzün  psixologiya  tələbəsi  Azərbaycan  dilində 

tapa bilmir. Bir çox hallarda tələbələrin elmi kitabları harada əldə edəcəyi barədə 

təcrübəsi  olmur.  İnternetdə  düzgün  axtarış  aparmağı,  kitabxanalardan  istifadə 

etməyi 


də 

öyrənmək 

vacib 

problemlərdən 



biri olur.  

.  


Psixoloji  tədqiqatın  keçirilməsində  növbəti  mərhələ  ilkin  araşdırmadan 

sonra  eksperimental  fərziyyənin  (hipotezin)  yoxlanılması  məqsədilə  tədqiqatın 

təşkilati  metodunun  müəyyənləşdirilməsidir.  Dəyişənlərə  nəzarət  edə  bilmək, 

tədqiqata  uyğun  metod  və  seçməni  müəyyənləşdirmək  də  tədqiqat  prosesinin 

həssas  məqamlarındandır.  Bir  digər  vacib  məsələ  psixoloji  araşdırmaya  müvafiq 

elmi metod və metodikaların tətbiq edilməsi məsələsidir. Təssüf ki, bəzi hallarda 

psixologiya  tələbələrinin  mötəbərliyi  yüksək  olan    psixoloji  metodikalardan 

istifadə təcrübələri olmur. Bu isə tədqiqat prosesinə adaptasiya imkanlarını azaldır 

və işdə ləngimələrə səbəb olur.  


Psixoloji  tədqiqatın  başlandığı  andan  tədqiq  olunan  və  ya  xidmət 

istifadəçiləri  ilə  rəftar  qaydaları  vacib  etik  problem  kimi  gənc  psixoloqların 

qarşısına  çıxır.  Psixoloji  tədqiqatların  keçirilməsinə  dair  etik  qaydalara  nəzarət 

sahəsində boşluqlar yarandıqda isə elmin inkişafı üçün ən təhlükəli hallardan biri; 

insan  faktorunun  diqqətdən  kənar  qalması  təhlükəsi  yaranır.  Belə  ki,  tədqiqatın 

keçirilməsinə  dair  məlumatlı  razılığın  alınması,  nəticələrin  gizliliyinin 

(konfidensiallığının)  qorunması    və  şəxsi    həyatın  toxunulmazlığı  prinsipləri 

psixoloji  tədqiqatın  keçərliliyi  üçün  ən  vacib  şərt  olmalıdır.  Psixoloq  daim 

xatırlamalıdır  ki,  o,  insanın  mənəvi  firavanlığına  xidmət  edən  elmin 

nümayəndəsidir  və  bu  elmin  araşdırdığı  hər  bir  məsələ  insan  hüquqlarının 

qorunmasına xidmət edir.  

 

Günümüzdə  gənc    psixoloqların  ən  vacib  problemi  tədqiqat  nəticələrini 



kompyuterləşdirmə  və  statistik  (kəmiyyət)  təhlili  ilə  bağlı  yaranır.  Müşahidələrə 

əsasən  demək  olar  ki,  bu  problem  yalnız  empirik  məlumatları  topladıqdan  sonra 

tədqiqat nəticələrinin təhlili barədə düşünən zaman meydana çıxır. Ümumiyyətlə, 

tədqiqat  prosesinin  planlaşdırılması  və  dəqiq  mərhələlərdə  icra  edilməsi  gənc 

tədqiqatçıları belə problemlərdən azad edə bilər.  Eləcə də, psixologiya sahəsində 

tətbiq  edilən  riyazi-statistik  metodlar  barədə  biliklərin  səthi  olması  tələbələrə 

kəmiyyət  təhlili  aparmaqda  mane  olur.  Maraqlı  hallardan  biri  psixologiya 

tələbələrində  riyazi  statistikaya  qarşı  neqativ  yönəliş  ilə  bağlı  olur.  Yəqin  ki, 

kompyuterləşdirilmiş spesifik proqramlardan istifadə təcrübəsinin əlçatan olması, 

bu  sahənin  tətbiqinin  genişləndirilməsi  humanitar  təhsil  alan  gənc  psixoloqların 

çətinliklərini  azalda  bilər.  Ümumiyyətlə,  aparılmış  tədqiqatın  dürüstlüyü, 

nəticələrin etibarlılığının  yoxlanılması  üçün riyazi-statistik  metodlara  bələdləşmə 

vacib şərtdir.  

 

Magistratura  və  doktorantura  pillələrində  gənc  psixoloqlardan  elmi-



empirik araşdırmaların aprobasiyası tələb olunur. Bu isə aparılmış tədqiqatın tezis, 

məqalə, dissertasiya, avtoreferat, elmi hesabat və s. formalarda təhlili və təsvirini 

nəzərdə  tutur.  Bu  mərhələdə  isə  gənc  psixoloqların  bir  çoxu  elmi  məqalələrin 

yazılması qaydaları barədə qınlıqlar yaşayırlar.   

Buraxılış №1 


Qeyd  etdiyimiz  aktual  məsələləri  nəzərə  alaraq  “Gənc  Psixoloqlar” 

İctimai Birliyi olaraq 2016-cı ilin yanvar-fevral aylarından “Psixoloji Tədqiqatlar” 

işçi qrupu yaratdıq. “Psixoloji tədqiqatlar” işçi qrupunda Bakı Dövlət Universiteti, 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət 

Universiteti  bakalavr  və  magistratura  pilləsində  təhsil  alan  tələbələri  iştirak 

edirlər.  

İşçi  qrupun  fəaliyyəti  ərzində  “Psixoloji  tədqiqat  mövzusuna  verilən 

tələblər  və  elmi  fərziyyənin  seçilməsi”,  “Psixoloji  tədqiqatların  kəmiyyət  və 

keyfiyyət  təhlili  “,  “Tədqiqatın  aparılması  zamanı  vacib  etik  qaydalar” 

mövzularında  mühazirələr  keçirilmişdir.  Üzvlərlə  interaktiv  görüşlər  təşkil 

etməklə bu sahədəki biliklərini möhkəmləndirmək məqsədilə paralel olaraq tətbiqi 

çalışmalar  icra  olunmuşdur.  “Yeniyetməlik  və  erkən  gənclik  dövründə  siqaret 

asılılğına  təsir  edən  psixoloji  amillər”  mövzusunda  pilotaj  sorğu  keçirilmişdir. 

Sorğu işçi qrupu tərəfindən hazırlanmış və tətbiq olunmuşdur. Fürsətdən istifadə 

edərək  Bakı  Dövlət  Universiteti  Gender  və  tətbiqi  psixologiya  kafedrasının 

əməkdaşı İradə xanım Məmmədovaya işçi qrupunun fəaliyyətində elmi məsləhətçi 

kimi göstərdiyi yardıma görə təşəkkürlərimizi bildirik. 

Eləcə  də,  ilk  hesabatımızda  işçi  qrupumuzun  bir  neçə  üzvünün  sərbəst 

şəkildə  apardığı  bəzi  araşdırmaların  qısa  icmalı  təsvir  edilmişdir.  Qeyd  etmək 

istərdim ki, ilkin mərhələdə işçi qrupumuzun hədəflərinə sərbəst şəkildə  düzgün 

tədqiqat  sualı  qoymaq,  fərziyyəni  müəyyənləşdirmək,  elmi  ədəbiyyatdan  istifadə 

etmək,  araşdırılmış  məzmunu  təsvir  etmək  bacarıqlarını  formalaşdırmaq 

olmuşdur.  Bu  hesabatda  elmi  və  praktik  yeniliyi  çox  da  yüksək  olmayan,  lakin 

müasir dövrdə aktual olan mövzular təsvir edilmişdir.  

İşçi qrupu olaraq qarşımızda bir  sıra  məqsədlər  qoymuşuq.  Üzvlərimizə 

psixoloji tədqiqatları təşkil etmək, etik prinsiplərə əməl etmək, nəticələri kəmiyyət 

və  keyfiyyət  təhlili  yolları  ilə  işləmək,  eləcə  də  elmi  məqalələrin  yazılması 

bacarıqlarını  aşılamaq  ən  vacib  hədəflərimizdəndir.  Düşünürük  ki,  gənc 

psixoloqlar  elmi  araşdırma  fəaliyyətində  koordinasiya  olunmuş  komandalar 

şəklində  işlədikdə  tədqiqatların  etibarlılığı  da,  təcrübənin  bölüşməsi  də  daha 

səmərəli nəticələr verəcəkdir.  

 

“Psixoloji tədqiqatlar” işçi qrupunun rəhbəri   

Səyyarə Yusubova  

Buraxılış №1 



Buraxılış №1 

  “Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

 Həcəmova Zeynəb  

CƏMİYYƏTİN ÖZƏYİ OLAN AİLƏYƏ EDİLƏN KƏNAR 

MÜDAXİLƏLƏR BOŞANMA SƏBƏBİ KİMİ; 

ŞƏXSLƏRARASI MÜNASİBƏTLƏR. 

Mövzunun  aktualığı.  Ailə  çoxaspektli  qurumdur.  O,  özündə 

sosial  təşkilatın,  sosial  strukturun,  institutun  və  kiçik  qrupun  xassələrini 

təcəssüm  etdirir.  Müasir  dövrdə  cəmiyyətdə  qurulan  ailələrdə 

boşanmaların sayı getdikcə artır. Boşanmanın səbəbləri barədə məsələ hələ 

də  kifayət  qədər  dolğun  öyrənilməmişdir.  Boşanmanın  səviyyəsini 

müəyyən  edən  mühüm  amillərdən  biri  ailə-nigah  qanunvericiliyidir. 

Boşanma  amilləri  arasında  əsas  yerlərdən  birini  demoqrafik  və  sosial-

iqtisadi determinantlar tutur. Belə ki, ər-arvadın yaşı mühüm rol oynayır. 

Bu  demoqrafik  dəyişən  üç  müxtəlif  modifikasiyada  irəli  çıxır:  nigah 

bağlama yaşı, boşanma dövründəki yaş, ər-arvadın yaşları arasındakı fərq. 

Bu gün ailə bağlarının qopmasının əsas səbəbləri kimi sevgi və qarşılıqlı 

anlaşmanın  olmaması,  insnaların  fərqli  maraqlara  və  düşüncələrə  malik 

olması,  xəyanət,  maddi  problemlər,  müdaxilələr  və  s.  amillər 

səciyyələndirilir.  Tamamilə  konkret  səbəb  (ər-arvaddan  birinin  sonsuz 

olması,  sübuta  yetirilmiş  xəyanət  və  s.)  olduqda  boşanmanın  yol  verilən 

olmasının  qəbul  edilməsi  ilə  yanaşı  boşanma  ehtimalı  daha  da  artır. 

Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i dini nigah bağlayana qədər bir-

birini  sevərək  evləndiklərini  etiraf  etmişlər.  Məhz  buna  görə  də  bəzi 

nigahların müddəti 4-7 aya və yaxud bir ilə qədər davam edir.  

BMT  Baş  Məclisinin  1993-cü  il  20  sentyabr  tarixli  qətnaməsinə 

əsasən,  hər  il  mayın  15-i  bütün  dünyada  “Beynəlxalq  Ailə  Günü”  kimi 

qeyd olunur. Ölkəmizdə ailə məsələləri bu gün öz önəmini xüsusi olaraq 

daşımaqdadır. 

Nigah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və 

onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər 

formasıdır.  Hüquqi  baxımdan  nigah  –  kişi  ilə  qadının  ailə  qurmaq 

məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, 

bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət 

qeydiyyatı  (VADQ)  orqanlarında  bağlanmış  nigah  etibarlı  hesab  olunur. 

Nigahın  bağlanması  nigah  davranışının,  yəni  məqsədi  nigaha  ehtiyacın 

ödənməsi olan davranışın, nigah tərəfdaşının seçilməsi ilə bağlı davranışın 

son mərhələsidir.  

Məlumdur  ki,  möhkəm  ailənin  təməlinin  qoyulmasının  başlıca 

mənbələrindən  biri  gənclərin  bir-birini  yaxından  tanıması,  gələcəkdə  nə 

cür  ailə  modelinə  sahib  olmalarını  dərk  etmələrindədir.  Təəssüflər  olsun 

ki,  hal-hazırda  bir  çox  ailələr  demək  olar  ki,  kortəbii  şəkildə  qurulur. 

Nigah  seçimi  prosesi  tarixən  konkret  prosesdir.  O,  cəmiyyətdə  mövcud 

olan  iqtisadi,  sosial,  sosial-mədəni  şəraitdən  və  digər  şərtlərdən  asılıdır. 

Nigah  seçimi  prosesinin  əsas  xüsusiyyətləri  onunla  bağlıdır  ki,  müxtəlif 

mədəniyyətlərdə  və  tarixi  inkişafın  mərhələlərində  istər  mümkün  seçim 

imkanı, istərsə də fərdi seçim azadlığının dərəcəsi müxtəlifdir.  

Ailədaxili konfliktlərdən yayınmaq üçün ilk olaraq hər iki tərəfin 

bir-birinin  xarakterini,  nələrdən  xoşlanıb-xoşlanmadığını  öyrənmələri 

üçün  zaman  gərəkdir.  Hesab  edilir  ki,  ailədə  tərəflər  güzəşt  etməyi 

bacardıqca, mübahisəyə meyilli olmadıqda, qarşı tərəfi sərt şəkildə ittiham 

etmədikdə  və  qərar  verərkən  qarşı  tərəfin  də  fikirləri  ilə  hesablaşdıqda 

ailədə qarşılıqlı anlaşma və hörmət hissləri olar, bir o qədər də möhkəm və 

perspektivli  ailə  təməli  qoyular. Tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki, 

kürəkən və ya gəlin daimi olaraq həyat yoldaşının valideynləri tərəfindən 

məzəmmət 

edildikdə 

müəyyən 


müddətdən sonra bu artıq 

dözülməz hal alır.  



İstifadə olunmuş ədəbiyyat: 

 

     1.    F.Q.  Vahidov,  T.B.  Ağayev. 

Sosiologiya  (Ali  məktəblər  üçün  dərs 

vəsaiti, XVI FƏSİL). Bakı  – 2008. Səh. 

112-115. 

     2.    Nevzat  Tarhan.  Son  sığınak  aile. 

Günümüzde aile.Timaş yayınları. 2010. 

  

 



Buraxılış №1 

Ailədə  cərəyan  edən  münasibətlərdə  ən  böyük  çatışmazlıq 

gənclərin  nəinki  qarşı  tərəfi,  hətta  özlərini  belə  yaxşı  tanımaması,  öz 

xarakterlərinə  dərindən  bələd  olmayan  insan  qarşısındakı  insanı  da 

tanımaq  iqtidarında  deyildir.  Təbii  ki,  bu  tip  insan  ailə  qurarkən  də 

seçimində  yanılacaqdır.  Bu  da  gələcəkdə  ailədə  çox  ciddi  problemlərin 

yaranmasına  və  münasibətlərdə  bir  natamamlıq  hissi  yaşanmasına  səbəb 

olacaqdır. Vəziyyətin  belə kritik  olması  ilə  bərabər  kənar  amillərin təsiri 

ailə  üçün  ən  böyük  dağıdıcı  səbəbdir.  Ailə  qurulursa,  gənclər  digər 

qohumlardan  daha  çox    bir-birinə  uyğunlaşmalıdır.  Gənc  ailəyə  bir-

birlərinə  uyğunlaşmaları  üçün  şərait  yaratmaq  lazımdır.  Yersiz 

müdaxilələr  problemi  həll  etmək  əvəzinə  onu  daha  da  çıxılmaz  və 

mürəkkəb vəziyyətə gətirib çıxara bilər.  

 

Aparılmış  tədqiqat  mövzusu,  məqsədi  və  obyekti    haqqında 



məlumatlar.  

Ailə  müqəddəsdir.  Ailə  adlı  qurumda  bütövlük  və  səmimi 

münasibətin  qorunub  saxlanması  olduqca  vacib  məsələdir.  Ailədə 

bütövlük  dedikdə,  bu  qurumda  şəxsiyyətlərarası  münasibətlərin  necə 

xarakterizə  edilməsi,  cəmiyyətdə  möhkəm  ailə  modeli  haqqında 

təsəvvürlərin formalaşdırılması, ailədə qarşılıqlı etibar, problemli situasiya 

baş  qaldırdıqda  bir-birinə  dəstəyin  olub  olmaması  və  münasibətlərdə 

şəffaflığın tənzimlənməsi aspektləri nəzərdə tutula bilər. 

Ailə qurarkən çox zaman gənclərin gözləmələri  ilə  yaşadıqları 

həyat  tərzi  arasında  real  uçurumlar  olur.  Bu  baxımdan  tərəflər  öncədən 

qarşılıqlı istəkləri barədə ətraflı danışmalı, bir-birlərinin  istəklərinə uyğun 

olaraq  davranışlarını  qurmağı  öyrənməlidirlər.  Tədqiqatın  aparılmasının 

praktik  yeniliyi  də  münasibətlərdə  problemli  situasiyanın  qarşısının 

alınması  məqsədilə  ailədə  bərabərliyin  və  bütövlüyün  yaradılması, 

möhkəm  ailə  modelinin  tədqiqi  və    prinsiplərinin  cəmiyyətə 

çatdırılmasındadır.  

 

Tədqiqat  müxtəlif  yaş  qruplarına  və  sosial  statusa  malik  insanlar 



üzərində  aparılmışdır.  İlkin  fərziyyə  kimi  ailədaxili  problemlərin  və 

anlaşılmazlıqların 

başlıca 

səbəbi 


ictimai 

qınaq 


qorxusu 

və 


məlumatsızlıqdır. Yaş göstəriciləri 22-62 yaş arasında dəyişən, milliyətcə 

azərbaycanlı  olan  ailə  üzvlərinin  əksəriyyəti  ali  təhsillidir.  Ailəli  olanlar 

üstünlük təşkil edir. Aralarında həm qadın, həm də kişilər vardır.  

 

Tədqiqat  zamanı  ailədaxili  konfliktlərin  özəyi,  münasibətlərdə 



gərginliyin,  anlaşılmazlıqların  yaranma  səbəbləri,  eyni  zamanda 

boşanmaya gətirib çıxaran amillər, ailəyə 

edilən 

müdaxilələrin 



təkanverici qüvvələri tədqiq edilmişdir.   

Buraxılış №1 

Tədqiqatın məqsədi.  

Ailəyə  dağıdıcı  təsir  göstərən  səbəblərin  araşdırılması;  kənar 

müdaxilələrin  korreksiya  edilməsi  yollarının  aşkar  edilməsi;  sağlam  ailə 

mühiti  və  problemli  ailələrin  müqayisə  edilməsi;  ailədə  şəxsiyyətlərarası 

münasibətlərdəki gərginliyin aradan qaldırılması və sağlam ailə mühitinin 

yaradılması.  

 

Tədqiqatın vəzifələri. 

1.  Tədqiq  olunan  ailələrə  psixoloji  dəstək  verilməsi  məqsədilə 

onlarla  ayrı-ayrılıqda  söhbətlərin  aparılması,  ailənin  möhkəmliyinə 

arzuolunmaz  təsir  göstərən  psixoloji  amillərin  mənfi  tərəflərinin 

müəyyənləşdirilməsi; 

2.  “Möhkəm  ailə  modeli”  yaratmaq  üçün  tövsiyyələrin 

hazırlanması. 

 

Tədqiqatın fərziyyələri.  

 

Ehtimal edilir ki, valideynlərin ailəyə etdiyi müdaxilələrinin əsas 



mənbəyi  onlarda  tərkedilmək  qorxusu,  qısqanclıq  və  lazımsızlıq  hissinin 

baş  qaldırmasıdır.  Əsasən  problemli  ailələr  üzərində  aparılan  tədqiqat 

zamanı  söhbət  əsnasında  məlum  olmuşdur  ki,  ailədaxili  problemlərin  və 

anlaşılmazlıqların başlıca səbəbini ictimai qınaq qorxusu və məlumatsızlıq 

təşkil edir.  

 

Tədqiqat zamanı tətbiq edilmiş metodika.  

Problemli  ailələrlə  tədqiqat  aparılan  zaman  işin  effektivliyini 

artırmaq üçün biz müsahibə, müşahidə və eyni zamanda bioqrafik və həyat 

yolu təhlili metodlarına da müraciət etdik.  


Buraxılış №1 

 

 

Tədqiqat nəticələrinin təhlili. 

 

 

 



 

Aparılan  araşdırmalara  görə  iqtisadi,  sosial  vəziyyətin,  mənzil 

şəraitinin qənaətbəxş olmaması, narkomanlıq, sərxoşluq, cinayətkarlıq və 

deviant davranışın digər növləri müasir Azərbaycan cəmiyyətində nigahın 

pozulmasını  şərtləndirən  əsas  səbəblər  kimi  çıxış  edir.  Yaşayış 

səviyyəsinin  aşağı  olması  bəzi  gənclərin  ailə  qurmamasına,  müəyyən  bir 

qisminin  isə  boşanmasına  səbəb  olur.  Lakin  güman  etmək  olar  ki, 

Azərbaycan dövlətinin apardığı siyasi, iqtisadi, sosial islahatlar, insanların 

sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, ünvanlı sosial 

yardım proqramının icra olunması, o cümlədən gənclərin mənzil və sosial 

şəraitinin  yaxşılaşdırılması  üçün  görülən  işlər  sözügedən  problemlərin 

aradan 


qaldırılmasına 

köməklik 

göstərəcəkdir. 

Tədqiq 


olunan

 

Yaşı

 

Cinsi

 

Milliyəti

 

Təhsili

 

Sosial 



status

 

Ailə 



vəziyy

əti

 

 

 

Yaxın 

qohum 

(bacı)

 

34



 

qadın


 

azərbaycanlı

 

Ali


 

(Orta 


məktəb)

müəllim


 

evli


 

Həyat 

yoldaşı (ər)

 

31



 

kişi


 

azərbaycanlı

 

Ali


 

Kursda 


repetitor

 

evli



 

Həyat 

yoldaşı 

(arvad)

 

25



 

qadın


 

azərbaycanlı

 

Ali


 

Bank 


işçisi

 

evli



 

 

 

Yaxın 



qohum 

(ana)

 

62



 

qadın


 

azərbaycanlı

 

Orta 


texniki

 

Evdar 



qadın

 

evli



 

Həyat 

yoldaşı (ər)

 

26



 

kişi


 

azərbaycanlı

 

Ali


 

Mühənd


is

 

evli



 

Həyat 

yoldaşı 

(arvad)

 

22



 

qadın


 

azərbaycanlı

 

Orta 


texniki

 

Evdar 



qadın

 

evli



 

Buraxılış №1 


Yüklə 349,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin