Narkomaniya və narkobiznesə qarşı mübarizənin təbliği/ (metodik vəsait) Qusar -2011 narkomaniyanin fəsadlari



Yüklə 31,73 Kb.
tarix16.02.2017
ölçüsü31,73 Kb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metod-biblioqrafiya şöbəsi.

Narkomaniyaya yox deyək !
/Narkomaniya və narkobiznesə qarşı mübarizənin təbliği/

(metodik vəsait)

Qusar -2011

NARKOMANİYANIN FƏSADLARI
Narkomaviya!Artıq hər birimizə məlumdur ki, narkomaniya cəmiyyətin ən ağrılı problemlərindən birinə cevrilib.Artıq az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur.Narkomanliq və narkotiklər yol tapdıği hər bir qapıya, evə və ailəyə ancaq bədbəxtlik,fəlakət gətirir.Narkotik maddələrdən bir neçə dəfə istifadə etmək narkotikadan asılı vəziyyətə düşmək deməkdir.Həmin insanlar narkomaniyanın əsirinə çevrilir,ətraf aləmdən təcrid olunur,həmin insanların orqanizmində tədricən zəifləmə və gücdən düşmə halları muşahidə edilir.Narkonanlıq narkotiklərdən istifadə nəticəsində qısa zaman kəsiyində insanın ümumi vəziyyətinin , fiziki və psixi əhval- ruhiyyəsinin pisləşməsinə səbəb olduğuna,orqanizmin narkotiklərdən kəskin asılılığına gətirib çıxartdığına görə ona “ağ ölüm”də deyirlər.Narkomaniyaya qurşanmış şəxslərdə bir cox xarakterik dəyişikliklər baş verir. Onlar cox vaxt dəyişkən əhval-ruhiyyədə olur,gözlənilməz davranışlar edir,depressiya və yuxululuqdan ayılmırlar,beyin isə daim dumanlı olur.Belə şəxslərin fiziki görünüşlərində ağır sima,gözlərin qızarması,çəkinin azalması və arıqlama,fikirli olmaları və iradəsizlik müşahidə olunur.Narkomanlar cəmiyyətin yoluna atılmış “qara daşlar”dır.O,bəşərin özündən yaranmış, sonra qara rəngə düşmüşdaş parçasıdır.Bunu da bilmək vacibdir:narkotiklərə aludələr cəmi beş-yeddi ildən sonra həyatla vidalaşır,planetimizdə hər iyirmi dəqiqədə narkotiklə qidalanan bir gəncin ömrünə son qoyulur.Yeniyətmə narkomanların yaşı17-dən 11-ə düşüb,yetkinlik yaşına çatmayanların arasında narkotikdən ölüm halları artmaqdadır. Narkomanlar çox vaxt 30 yaş həddinə çatmırlar.Narkomaniya ilə oğurluq ,soyğunçuluq, qarət, adam öldürmə kimi cinayətlərin sıx əlaqəsi mövcuddur.axırıncı 10 il ərzində təkcə narkotiklərdən istifadə etməklə əhali arasıda ölüm halları 12 dəfə,uşaqlar arasında 42 dəfə artmışdır.

Dünyada ,xüsusiylə də Asiyada və Avropada gedən qlobal hərbi-siyasi və iqtisadi xarakterli dəyişikliklər fonunda bir çox ölkələrin kriminal qüvvələrini birləşərək öz xüsusi proqramlarını həyata keçirmək məqsədilə qanunsuz narkotika alverini,dini fanatizmi və ekstremizmi, beynəlxalq terrorizmi gücləndirərək cəmiyyətdə xaos,gələcəyə inamsızlıq hissləri yaratmaqla yanaşı,fantastik qazanclar əldə edirlər.

İndi yer üzərində satılan narkotik vasitələrin miqdarı 500.000 tondan yuxarııdır və təkcə Avropada narkobiznesin dövriyyəsi 185 milyard dollara yaxındır.BMT-nin məlumatina görə narkotik vasitələrdən əldə olunmuş gəlir kriminal təşkilatların bütün gəlirlərinin 70 faizini təşkil edir.Narkomaniyanın illik gəliri bütün Afrika ölkələrinin milli gəlirindən çoxdur.Narkotik vasitələrin satışı zamanı gəlir bəzən 2000 faizə çatır.Bu gəlirlər hesabına narkobiznes daha da güclənir və azğınlaşır,qazanılan “çirkli pullar”müasir cəmiyyətin iqtisadi vэ sosial həyatını zəhərləyir. Narkomanlıq eynən narkotiklərin qanunsuz döyriyyəsinin coğrafiyası kimi sərhəd tanımır.Bu dəhşətli xəstəlik dinindən ,dilindən,irqindən,sosial vəziyyətindən və s.asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.O, cinayətkarlığı, zorakılığı və korruksiyanı yaradır,sosial-iqdisadi inkişafı səngidir,ailə və icmaları dağıdır,sosial partlayışlara sürükləyir.

Narkomaniyanın Azərbaycana mənfi təsiri
Təəssüf hissi ilə qeyd olunmalıdır ki,narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib və ən acınacaqlısı budur ki,gənclər və

yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.Azərbaycanda narkomaniyanın mövcudluğu ötən əsrin səksəninci illərin axırında etiraf olunmuş və ilk rəsmi məlumat 1991-ci ildə ortaya qoyulmuşdur.Narkomanlığin durmadan artması,xüsusən gəncləri hədəf seçməsi insanlarin ciddi narahatlığına səbəb olmuş və bu bəlaya qarşı son dərəcə təsirli tədbirlərin həyata keçirilməsi zərurətini ön plana çəkmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün kecirilən tədbirlər keyfiyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayilmasına,narkotik vasitələrinin yayılmasına,narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış,Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mıbarizə üzrə Dövlət komissiyası yaradılmış.18iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin,psixotrop maddələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə haqqında “Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki,Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyev demişdir.”...narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən,insanların həyat sağlamlığına ciddi təhlıkə yaradan,cinayətkarlığın artmasına səbəb olan amildir.”

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənə ildən-İlə güçlənır.

Araşdırmalar göstərir ki, güclü təsirə malik narkotik vasitələr ölkə ərazisinə əsasən qonşu dövlətlərdən,o cümlədən Əfqanıstandan,İran İslam Respublikasından,Rusiya Federasiyasından və Orta Asiya respublikalarından gətirilir.Həmin narkotiklərin bir hissəsi yerli “qara bazara” daxil olsa da,digər hissəsi müxtəlif gizli üsullar və yollarla Avropa ölkələrinə daşınır.Narkotiklərlə mübatizə sahəsində aparılan təhlillər göstərir ki,respublikamızda əsasən yabani halda bitən və qanunsuz halda becərilən çə tənə kolundan istifadə edilir.Hazırda Azərbaycan Respublikası ərazisinin 20%-nin işğal altında olması və bununla əlaqədar olaraq respublika sərhədlərinin müəyyən hissəsinin nəzərdən kənarda qalması narkotik maddələrin və prekursorların Azərbaycan Respublikasının ərazisindən tranzit kimi kecirilməsinə şərait yaradır.İşğal altında olan Dağlıq Qarabağ ərazisində mənfur ermənilər tərəfindən narkotik bitkilərin becərilməsi hallarının gün-gündən artması hər birimizi narahat etnəli və buna qarşı diqqəti artırmalıyıq.Yadda saxlamalıyıq ki ,Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu cür hallar ölkəmizin beynəlxalq imicinə zərər gətirir.

Ölkə başçisının göstəriş və tövsiyyələrini əməli fəaliyyət proqramına çevirən,DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi kecən ili uğurla yola salmışdır.Narkotik vəziyyətə dair əməliyyat müşavirəsində bildirilmişdir ki,narkotik vasitələrin qanunsuz dövriyyəsi, onlardan sui-istifadə halları ilə mübarizə sahəsində nöqsan və çatışmazlıqların aşkar edildiyi şəhər-rayon polis orqanlarına müxtəlif məzmunlu göstərişlər göndərilmiş,bəzi şəhər-rayon polis orqanlarına isə əməli köməkliklər edilmişdir.Bundan əlavə,güclü təsirə malik narkotiklərin mənbəyinin aşkar olunması məqsədilə hər fakt üzrə tövsiyələr hazırlanıb yerlərə göndərilmişdir.

Narkotiklə mübarizə sahəsində aparılan təhlillər göstərir ki,respublikamızda əsasən yabanı halda bitən və qanunsuz halda becərilən çətənə kolundan istifadə edilir.Narkotik maddələr sırasında olan digər maddələr,o cümlədən heroin,həşiş,tiryək respublika ərazisinə qonşu dövlətlərin ərazisindən daxil olur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20%-nin işğal altında olması və bununla əlaqədar olaraq respublika sərhədlərinin müəyyən hissəsinin nəzarətdən kənarda qalması narkotik maddələrin və prekursorların Azərbaycan Respub likasının ərazisindən tranzit kimi kecirilməsinə şərait yaradır.İşğal altında olan Dağlıq Qarabağ ərazisində mənfur ermənilər tərəfindən narkotik bitkilərin becərilməsi hallarinın gün-gündən artması hər birimizi narahat etməli və buna qarşı diqqəti artırmalıyıq.Yadda saxlamalıyıq ki,Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu çür hallar ölkəmizin beynəlxaq imicinə zərər gətirir.Narkotik vasitələrin,psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə aparılması Azərbaycan Respublkasının cinayət qanunda da öz əksini tapmışdır.Belə ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-241-ci maddələri məhz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə aid edilmişdir.


QUSAR RAYONUNDA NARKOTİZMİN VƏZİYYƏTİ

HAQQINDA QISA MƏLUMAT
Bütün Respublika regionlarında olduğu kimi Qusar rayonunda narkomaniyaya qarşı ardıcıl və məqsədyönlıü profilaktiki tədbirlər aparılır.Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə rayonumuzun hüquq-mübarizə orqanları tərəfindən bir sıra tədbirlər görülmüş,cinayət faktları aşkar olunmuşdur.Belə ki,cari ildə 3,ötən il ərzində 5cinayət faktı aşkar olunmuşdur ki,bunlardan birini törədən gəncdir.Rayon ərazisində narkotik xassəli bitkilərin əkilməsinin və yabani halda yayılmasının qarşısını almaq məqsədiilə keçirilən tədbirlər nəticəsində 2009-cu ildə 3 tona yaxın yaşıl kütlə aşkara çıxarıılaraq məhv edilmişdir.Mərkəzi rayon xəstəxanası narkoloji şöbəsinin məlumatına görə rayon üzrə 143 nəfər narkomaniya diaqnozlu xəstənin qeydiyyata alındığını,onların arasında yeniyetmələrin olmadığını bildirmişdir.Narkoloqun qeyd etdiyi kimi,narkomaniyanın qarşısını almaq onun müalicəsindən asandır.Ona görə də narkomaniya ilə mübarizədə hər kəs bacardığı köməyi əsirgəməməli,belə maddələrin ölkəmizdə yayılmasına imkan verilməməli,narkotiklərə düçar olanlar vaxtında aşkara çıxarılmalıdır.Narkomaniya sosial, iqtisadi həm də mənəyi bəla olduğuna görə onunla mübarizə həm də cinayətkarlıqla mübarizə deməkdir.Bu bəla ilə savaşan hər kəs anlamalıdır ki,o,cəmiyyətin mənəvi əsasları ilə yanaşı,eyni zamanda öz övladının, qohumunun və yaxınlarının gələcəyi uğrunda mübarizə aparır.

Yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat çərçivəsində rayon gənclər və idman idarəsi tərəfindən gənclər ilə narkotiklərin insan orqanizminə zərəri,onun yaratdığı fəsadlar barədə müntəzəm söhbətlər,dəyirmi masalar,sosioloji sorğular keçirilir. Sorğunun nətiçəsinə əsasən qeyd olunmalıdır ki,gənclərimiz narkomaniyaya yox deyərək sağlam həyat tərzinə üstünlük verirlər.




KİTABXANALARDA NARKOMANİYAYA QARŞI MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

Narkotizmlə mübarizənin bbütöblıkdə cəmiyyətin, dövlətin,xalqın,nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə,barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyaç olduğunu yaymaq məqsədi ilə maarifləndirmə kampaniyası keçirmək və bu bəlaya qarşı təbliğat aparmaqla,problemin qismən də olsa,aradan qaldırılmasına nail olmağa çalışmaq.

Kitabxanalarda”Narkotik vəsaitlərin,psixotrop maddələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə haqqında”Azərbaycan Respublikası Qanununun təbliğinə nail olmaq,əhalini maarifləndirmək.

“Ağ olümə,yox!” kampaniyasını keçirmək və kampaniyanı ictimailəşdirmək;

Kitabxanalarda “Narkotikdən istifadə edim,ya ona qarşı mübarizə aparım?” başlığı altında söhbətlər aparmaq,.bu məqsədlə narkotikdən istifadə edib, sonradan buna qarşı mübarizə aparmaq imkanında olanlardan istifadə etnək,əhalini narkomaniya və narkobiznesə qarşı birgə mübarizə aparmağın vacib olduğunu inandırmaq .

Məktəblərlə əlaqəli şəkildə tədbirlər keçirmək.

Gənclər təşkilatı ilə əlaqəli tədbirlər keçirmək.

Kitabxanalarda Narkomaniya ilə bağlı həkim və hüquqşünaslarla gənclərin görüşünü təşkil etmək.

Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı mübarizənin təbliği ilə əlaqədar “Əsrin faciəsi”, “Ağ ölümə,yox!”,”Narkomaniyaya yox deyək!”və s. başlıqlar altında sərgilər təşkil etmək.

Ədəbiyyat siyahısı

1.Xalq qəzeti,2009, 26 iyul

2.Qusar qəzeti,2010, 17 iyun

3Respublika qəzeti,2009, 7 avqust

4.Qusar qəzeti,2010, 7 aprel

5.Təbabətin fəryadı.B.;1990.

6. Qanun jurnalı.-2005№8

7.”Yeniyetmələrdə zərərli maddələrdən sui-istifadəsinin önlənməsi və məsləhət xidmətlərinin təşkili”.B.:2002

8.Az ərbaycan qəzeti,2010,27 iyul.

Tərtib edən: Gəncəliyeva Bəsti - Qusar MKS-nin metodisti;



Redaktor:Əhmədova Gülcöhrə - Qusar MKS-nin metodisti.

Yüklə 31,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə