AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN NƏZDİNDƏ QİDA SƏNAYESİ KOLLECİ
SƏRBƏST İŞ
Fənn: Peşə fəaliyyətində informasiya texnologiyası Mövzu: Wikipedia Azərbaycanda Qrup: İT 019 Kurs: III İxtisas: İaşə məhsullarının texnologiyası Tələbə: Həbibova Ülviyyə Müəllim: Məmmədova İradə Bakı 2022
Plan : Giriş
Wikipedia Azərbaycanda
Ədəbiyyat siyahısı
Giriş
Vikipediya — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya azad onlayn ensiklopediyasıdır. Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya adlandırdılar. Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur.