Gün 1
Gün 2
Gün 3
Gün 4
Gün 5
Gün 6
+30 GÜN Təlim sonu kosultasiya
Bu gün
7. LAYİHƏNİN DƏYƏRİNİN İDARƏEDİLMƏSİ
Layihə dəyər planının hazırlanması
Layihənin dəyərinin tərkibi və funksiyasının idarə olunması.
Dəyərin qiymətləndirilməsi
Dəyərin qiymətləndirmə metodologiyası. Layihənin fazasından asılı olaraq xərc asılılığı.
Büdcənin müəyyən edilməsi
Layihənin smetası və büdcəsi. İlkin baza planının hazırlanması.
Xərclərə nəzarət
İşlərin müddətə və xərclərə uyğun hesablanması.
Gün 1
Gün 2
Gün 3
Gün 4
Gün 5
Gün 6
+30 GÜN Təlim sonu kosultasiya
Bu gün
Layihənin dəyərinin idarə edilməsi
Hər bir layihənin əsasında büdcə durur və layihə o vaxt uğurlu hesab edilir ki, ayrılmış büdcə və vaxt çərçivəsində o yekunlaşsın.
Layihənin dəyərinin qiymətləndirilməsi üçün aşağıdakı sənədlər lazımdır:
- Layihənin baza planı;
- Hər bir mərhələ üzrə tapşırıqların (əməliyyat) təsviri;
- İnsan resurları üzrə təminat planı;
- Risk reyesteri;
- Təşkilatın fəaliyyət göstərdiyi sektorun vəziyyəti;
- Təşkilatın aktivləri və aktiv əməliyyatları.
Gün 1
Gün 2
Gün 3
Gün 4
Gün 5
Gün 6
+30 GÜN Təlim sonu kosultasiya
Bu gün
Dəyərin qiymətləndirilməsinin 2 komponenti var:
- Resursların qiymətləndirilməsi;
- Hesabların siyahısı
Dəyərin qiymətləndirilməsinin alətləri aşağıdakılardır:
- Analogiyaların qiymətləndirilməsi;
- Parametrik modelləşdirmə;
- Aşağıdan yuxarı qiymətləndirmə;
- Kompüter metodu;
- PERT metodu.
Gün 1
Gün 2
Gün 3
Gün 4
Gün 5
Gün 6
+30 GÜN Təlim sonu kosultasiya
Bu gün
Analogiyaların qiymətləndirilməsi – ekspert rəyinin bir formasıdır. Bu metod digərlərindən qeyri-dəqiqliyin çox olması ilə seçilir.
Parametrik modelləşdirmə - bu, riyazi metod olub layihənin əsas xüsusiyyətlərini götürərək onun dəyərini müəyyənləşdirir. Burada ideya ondan ibarətdir ki, layihənin xərclərinə proporsional olaraq dəyişən parametr və ya parametrlər tapılır və onun üzərində model qurulur. Bunun üçün hər hansı bir model (nümunə) olması lazımdır.
Aşağıdan yuxarı qiymətləndirmə - burada hər bir əməliyyat ayrılıqda baxılır, dəyəri ölçülür və sonra toplanaraq layihənin dəyəri qiymətləndirilir.
Kompüter metodu - burada müxtəlif kompüter proqramlarından istifadə edilir.
PERT metodu - layihə üzrə pessimist (P), optimist (O) ssenarilərlə, həmçinin analoji xərclərin orta göstəricisi (M) götürülərək PERT=(P+4M+O)/6 düsturu ilə xərclər proqnozlaşdırılır.
Layihənin inkişafı boyunca onun dəyərində müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin idarə eilməsi dəyərin idarə edilməsi planı adlanır və bu, dəyərin qiymətləndirilməsi prosesinin son mərhələsini təşkil edir.
Beləliklə, layihə dəyərinin idarə edilməsi aşağıdakılardan ibarətdir:
- Dəyərin qiymətləndirilməsi - layihə üzrə əməliyyatları yerinə yetirmək üçün resursların təqribi dəyərinin müəyyənləşdirilməsi prosesi;
- Büdcənin müəyyənləşdirilməsi - ayrı-ayrı əməliyyat, yaxud işllər paketinin dəyərinin toplanması prosesi;
- Dəyərin idarə edilməsi - büdcənin korrektə olunması üçün layihənin statusunun monitorinqi prosesi və dəyər üzrə baza plana dəyişikliklərin edilməsi.
Dostları ilə paylaş: |