Nizami Gəncəvi haqqında məqalə
Nizami qədər qüdrətli söz deyə bilən ikinci bir şairə rast gəlmək çətin məsələdir.
Fars ədəbiyyatında çox qudrətli söz ustadları vardır, lakin Nizami qədər hər sözü yerli yerində demək onlara nəsib olmayıb. İran ədəbiyyatında şeir Nizami vasitəsi ilə yüksək səviyyəyə, mədəni formaya gəlib çıxmışdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bugün Şərqin şeiriyyatı Nizami kimi dühaların sayəsində dünya poeziyasının ən pik nöqtəsi
sayılır. Bu nöqteyi-nəzərdən Nizami əvəzsiz sənətkar olaraq bəşəriyyətin hafizəsində
əbədi yaşayacaqdır.
Nizami əsərləri fars dilinə bələd olanlar arasında çox məşhurdur.
Nizami 536-cı ildə təvəllüd etmiş və 605-ci ildə dünyasını dəyişmişdir.
Nizami 570-ci ildə «Sirlər xəzinəsi»ni yazmış, 576-cı ildə «Xosrov və Şirin»i
tamamlamışdı. Firdovsi Nizamidən əvvəl Xosrovdan söhbət açsa da, Fərhad surəti
Nizami vasitəsiylə daha qabarıq verilmişdir. «Xosrov və Şirin» əsərində Nizami «Sirlər
Xəzinəsi»ndən uzaqlaşsa da, ancaq hikmət və nəsihətlər qalmışlar. «Leyli və
Məcnun»dakı eşq isə əflatuni dərəcəsinə çatır. Bu məhəbbətin «Xosrov və Şirin»
eşqiylə böyük fərqi vardır.
Nizami ilk şairdir ki, «Leyli və Məcnun» dastanını nəzmə çəkmişdir.
«Yeddi gözəl» əsəri ədəbiyyatda tamam yeni bir işin başlanğıcı hesab olunur.
Beşinci Sasani hökmdarı Bəhrami Gurdan danışan bu əsər Nizaminin fəlsəfi biliyi və
astronomiyanı nə qədər dərin öyrənməsi məsələsini tam açır.
Əsərin yeddi gözələ aid olan hər bir hissəsində Nizami dünya görüşü, xalqların
adət-ənənələri və rənglərin proporsionallığı özünü tam şəkildə açıqlaması ilə göstərir.
Vəzir Rast Rövşənin mənfi siması layiqincə öz əksini tapır. Əgər «Sirlər
xəzinəsi»ndə Nizami qısa hekayət, öyüd və nəsihətlərlə kifayətlənirdisə, «Xosrov və
Şirin» əsərində Xosrov Pərvizin həyat tərzi ustalıqla verilir. «Yeddi gözəl»də Bəhram
şahın bütün həyat fəaliyyəti öz əksini tapır.
«İskəndərnamə» əsəri vasitəsilə o dövrün ağıl dünyasına baş vurmuş, Sokrat,
Əflatun, Ərəstun kimi dünya şöhrətli alimlərdən söz açmışdır.
«İskəndərnamə» Nizami yaradıcılığının bir hikmət xəzinəsidir.