Nizami əsri VI əsrin ikinci yarısında Azərbaycanda (Arran və Azərbaycan) çox rövnəq şairlər
mövcud idi. Ancaq bu şairlərin öz mətləbləri yox idi. Onlar ancaq saray şairləri olaraq
hökmdarları vəsf edir, ya da bir-birləri ilə yarışa girirdilər.
Zindanlara yol tanımayan bu şairlər müəllim-şagird kimi bir-birini tərənnüm
edirlər. Lakin bəzən biri digərinin yazdığı şeirlə ölümünə səbəb olurdu.
Bu dövrdə Səlcuq qələmindən çıxmış Nizami meydana gəlmişdi ki, o,
başqalarından fərqlənirdi. Bu, elə bir dövr idi ki, səlcuqların hakimiyyəti sona çatmış və
onların hökumətləri kiçik məhəlli bölgələrə parçalanmışdı. Bu səlcuqlar türkmənlərin
gəz (əgəz) tayfalarından olub Seyhun və Ceyhun çaylarının arasında Xəzər və Aral
sahillərində çadırlarda həyat sürürdülər. Onların məşğuliyyəti heyvandarlıq idi ki, bu da
onların yaylaqdan qışlağa getməsinə səbəb olurdu. Mahmud Qəznəvi dövründə onları
xərac verməyə cəlb etmişdilər. Mahmudun ölümündən sonra onun oğlanları Məhəmməd
və məsud bir-biriylə çəkişməyə başladılar, nəticədə Məsud məğlub oldu. Abbasi
xəlifəsinin Xorasandakı təxtini ələ keçirib, Toğrul Mikayıl oğlunun rəhbərliyi ilə ta
Bağdada qədər irəlilədilər, onun canişini Alp Arslan Səlcuqların inkişafında böyük rol
oynayır.
Bu dövrdə Azərbaycan Atabəyləri hicri-qəməri 531-ci ildə Səmsəddin Eldəgizin
rəhbərliyi ilə qüdrətli bir dövlət yaratmışlar. Onun oğlu Cahan Pəhləvan İraqdan
Azərbaycana qədər hicri-qəməri 568-581 hökumət yaratdıqdan sonra qardaşı Qızıl
Arslan onun yerini tutub hicri-qəməri 581-587-yə qədər bu səltənətə rəhbərlik etmişdir.
Bundan sonra hakimiyyət Cahan Pəhləvanın oğlu Nüsrəddin Əbubəkr, nəhayət o biri
oğlu Müzəffərəddin Özbək tərəfinə keçib davam edir.
113
Azərbaycan Atabəyləri şairlərə xüsusi maraq göstərirdilər və o zaman tanınmış
şairləri Zəhir Farabi, Mücirəddin Beyləqani, Xaqani Şirvani onların məclislərində iştirak
etmişlər. Nizami Gəncəvi də «Xosrov və Şirin», «İskəndərnamə» əsərlərini Atabəylər
sarayında onlara hədiyyə etmişdir. Nizami dövründə Şirvanşah Səlcuqilərinin
hakimiyyəti zamanı Xaqan Əkbər, Mənuçehr və onun oğlu Asitan şeir, sənət vurğunu
idilər. Onlar Əbu Üla Gəncəvi, Xaqani, Fələki kimi şairlərə qiymət verirdilər. Lakin
Nizami bunların fövqündə dayandığı üçün məhz Asitan İbn Mənuçehr «Leyli və
Məcnun»u yazmağı ondan xahiş etmiş, Nizami də bu xahişə əməl etmişdir. Onu qeyd
etmək yerinə düşər ki, əsərin kim tərəfindən və necə sifariş edilməsindən asılı
olmayaraq, misilsiz şairlik istedadına malik olan Nizami ədəbiyyat aləminə gözəl bir
əsər bəxş etmişdir. Bu rəvayət hekayə şəklində Ərəbistandan bütün şərqə keçsə də,
Nizami şeriyyatı bunu daha da rövnəqləndirmişdir.
Nizaminin əsərləri qonşuları Gürcüstan və Ermənistandan daha çox İranı
maraqlandırmışdır. Çünki, bu ölkə şeirə daha çox meyilli idi və şeirin mərkəzi hesab
olunurdu. Digər tərəfdən Nizaminin farsca yazması bunu daha real edirdi.
Səlcuqilərin dövründə ordu, elm, məktəb, əkinçilik, şeir, sənət dövlət nəzarətində
idi.
Azərbaycanda bu dövrdə islamı qəbul etmiş olsalar da sufilik çox yayılmışdır.
Nizamini tam sufii saymaq olmasa da, onu sufilikdən kənar da tutmaq olmaz. Gəncə o
zaman böyük şəhər olaraq inkişafda idi. Nizami belə bir mühitdə dünyaya göz açmış,
əsərlərində bu mühitin siyasi, ictimai və iqtisadi mənzərəsini əks etdirmişdir. Lakin
Nizami nə qədər dəvət alsa da, o, saraya gedib «saray şairi» olmaqdan imtina edib
sərbəst olmağa üstünlük vermişdir. O, saraya getməyərək qeylü-qaldan azad olmuş və
istədikldərini daha dəqiq təsvir etmək imkanı olmuşdur. Bunu Ripka «İran ədəbiyyatı
tarixi» əsərində və Bertels «Böyük Azərbaycan şairi» məqaləsində açıq-aydın
göstərmişdir. Nəticə etibariylə belə fikrə gəlmək olar ki, Nizami ideyalarını heç bir təsir
almadan həyata keçirməyin üstün olduğunu nəzərdə tutmuşdur.