Nakam eşq Hicri tarixiylə beşinci əsrin ortalarında Nasir Xosrovun şərəfnaməsində göstərilir
ki, Hecaz qəbiləsinin yaşadığı uçuq qalanın divarları Leyligilin oturaq məntəqəsi idi.
“Məcnun və Leyli” ərəb şifahi ədəbiyyatında nəsrlə mövcud idi. Asitan İbn Mənuçehr
isə Nizaminin “Xosrov və Şirin” dastanı ilə tanış olduğu üçün şairdən “Leyli və
118
Məcnun”u nəzmə çəkməyi xahiş etmişdir. Nizaminin oğlu Məhəmməd də atasından bu
əsərin yenidən yazılmasını rica etmişdir.
Nizami ilk şairdir ki, bu əsəri nəzmə çəkmiş və bundan sonra bütün “Leyli və
Məcnun” yazanlara yol açmışdır. Əbuəlfərəc İsfahani də bu əsərə müraciət etmiş və bəzi
məxəzləri göstərmişdir. Bu səpkidə yazanların əsərlərinə qəti rəy vermək doğru olmazdı,
hər kəs müəyyən zəhmət çəkmiş, ancaq demək lazımdır ki, Nizami həm bu dastanı
nəzmə çəkən ustad və şeriyyət baxımından əvəzsiz şair kimi mislsizdir.
Ərəb mənbələrindən götürülən faktlar bizə əsas verir ki, bu eşq mövcud imiş. Bu
dastan şairlərin dilində hicri IX əsrə qədər davam etdirilmişdir. “Leyli və Məcnun”
dastanı ərəb, hind və fars ədəbiyyatında geniş vüsət almışdır və görünən budur ki,
Nizami bunlardan xəbərdar idi. Lakin doğurdan da Nizaminin bunlardan fərqli olaraq öz
dəsti-xətti mövcuddur. Əflatuni eşq burada özünü göstərir. Ərəb təbiri ilə nakam eşq
anlamına gəlir. Aşiq və məşuqun bir-birlərinə qovuşmasının səbəbi o ictimai quruluşla
əlaqədardır.
Nizami təsiri bir şərqlə bitmir o, özündən sonra yazıb-yaradan qərb dramaturqu
Şekspirə belə təsir etmişdir. Nizami Xaqaninin “Töhfeye-əleraqeyn” vəzniylə “Leyli və
Məcnun” məsnəvisini yazmışdır. Lakin Nizami əxlaqi və ictimai məsələlərə toxunmuş,
onları qabartmışdır.
Beləliklə Şivanşah hökmdarı Axistanın xahişi ilə 400 beytlik əsəri 14 aydan da az
bir müddətdə Nizami tamamlamışdır.
Hazırda 50-dən artıq şair farsca və türkcə “Leyli və Məcnun” dastanına nəzirə
yazmışlar ki artıq onlar tanınırlar.
“Yeddi gözəl” Nizaminin “Yeddi gözəl” mənzuməsi tarixi mənbə, əfsanə və şairin öz bilik və
təfəkkürü əsasında yazılmışdır.
Hadisələr Sasani hökmdarı Bəhrami Gurdan (beşinci Bəhram) bəhs edir. Bu haqda
Firdovsi özünün məşhur “Şahnamə” əsərinda yazmışdır. Lakin Nizami bu mövzuya
119
müraciət etməklə yeni bir əsərin yaranmasına səbəb olmuşdur. Onun Küpr Arslana dua
və nəsihəti göstərir ki, bu poemanı Küpr Arslanın xahişi ilə yazılmışdır.
Nizami sözün hikməti, oğluna nəsihətdən sonra dastanı Bəhramla belə başlayır.
Memar Simnarın Bəhrama müəzzəm bir saray tikməsini tərənnüm etdirir. Əsərdə
göstərilir ki, birinci Yəzdgerd Bəhramın atasının ölümündən sonra taxt-taca sahib olmaq
üçün Bəhrama ciddi cəhd göstərir. Lakin camaat onun da atası kimi zülümkar
olacağından qorxub istəmirlər. Ancaq Bəhram öz gücü vasitəsiylə buna layiq olur. Bu
hadisənin böyük Firdovsi tərəfindən qələmə alındığı da tarixdə həqiqətdir. Oxşarlıq da
ondadır ki, Firdovsidə Bəhramın kənizi Azadə, Nizamidə Fitnə adlandırılmışdır.
Fitnə ilə Bəhramın mübahisəsi şairin öz amalından doğan fikirdir ki, adət etmək
vərdiş yaradır.
Dövlətşahın yazdığına görə Nizaminin xəmsəsi 20 min beytdən ibarət olmuşdur.
Əldə olunan dəlillər də bunu sübut edir. Nizaminin özündən sonra gələn şairlərə
təsirindən danışarkən, onu qeyd edək ki, uzun müddət bu təsir özünü göstərmişdir.
Azərbaycan və Tacikistan ədəbiyyatında əsrlərlə davam etmişdir. 1953-cü ildə Mirzo
Tursunzadə, 1940-cı ildə Səməd Vurğun, 1949-cu ildə Nazim hikmət yaradıcılığında öz
əksini tapmışdır. Xosrov Dəhləvi 2 il Nizami xəmsəsindən bəhrələnərək ömrünü sərf
etmişdir. Nizami 5 dastanına 30 il sərf etmişdir.