Normal halda ödün tərkibində öd turşuları xolesterindən 15-25 dəfə artiq olmalidir



Yüklə 26,85 Kb.
səhifə1/3
tarix12.05.2022
ölçüsü26,85 Kb.
#57637
  1   2   3
referat 4379



Xolelitioz


Ödün tərkibində ifraz edilən xolesterinin miqdarinin artmasi xolesterinli öd daşlarının əmələ gəlməsinə səbəb ola bilər.Öd daşları kimyəvi tərkibinə görə bir birindən fərqlənir.Bunlara xolesterinli,piqmentli və qarışıq daşlar aiddir.Piqment daşlarının tərlibinə əsasən bilirubin və az miqdarda kalsium duzları,qarışıq daşların tərkibinə isə xolesterin,bilirubin və kalsium birləşmələri daxil olur.Xolesterinli öd daşlarının tərkibinin əsas komponenti (70%-ə qədəri) xolesterindən ibarətdir.Bu daşlar bütün öd daçlarının 65%-dən artığını təşkil edir.Adi şəraitdə xolesterin öd turşuları olan mühitdə çöküntüyə keçə bilmədiyinə görə,ödün tərkibində xolesterin daşları əmələ gəlmir.Lakin xolesterinlə öd turşuları arasındakı nisbət xolesterinin artıqlığı istiqamətində dəyişdikdə və öd yollarında iltihabi proses olduqda xolesterinli öd daşlarının əmələgəlmə ehtimalı artır.

Normal halda ödün tərkibində öd turşuları xolesterindən 15-25 dəfə artiq olmalidir.

Öd daşları öd yollarına tixanmaqla onlarda və öd kisəsinin divarında spazm torədir.Xəstə belə spazmları şiddətli ağrı tutması kimi hiss edir.Bundan əlavə,öd yollarına tıxanan daşlar ödün axmasına mane olduğundan,xolesterinin,bilirubinin və kalsium duzlarının çökməsinə şərait yaradır və tədricən daha artıq dərəcədə böyüyürlər.Xəstəliyin tutmalarını zəiflətmək üçün spazmolitik dərman preparatlarından və ağrı kəsicilərdən istifadə edilir.Lakin öd daşı xəstəliyinin hələlik yeganə radikal müalicə üsulu operativ müdaxiləyə əsaslanır.Müasir dövrdə öddaşının əridilməsinə imkan verən müalicə vasitələrinin aşkar edilməsi təbabətin aktual problemlərindən biridir.Hazırda bu məsədlə xenodezoksixol turşusundan istifadə edilir.Bu turşu xolesterinin həll olmasına şərait yaradır,ß-hidroksimetilqlutaril-KoA-reduktaza fermentinin fəallığını azaltmaqla,xolesterin sintezinə ləngidici təsir göstərir.Preparatın uzun müddət qəbul edilməsi yeni xolesterin daşlarının əmələ gəlməsinin qarşısını alır və xirda xolesterin daşlarinin əriməsinə şərait yaradir.Lakin xenodezoksixol turşusu bilirubin daşlarina təsir göstərmir.

Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.

Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.


Yüklə 26,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin