Oil and Gas Company Profile



Yüklə 14,36 Kb.
səhifə1/4
tarix26.12.2023
ölçüsü14,36 Kb.
#198359
  1   2   3   4
Neftin çıxarılması və nəqlində istifadə olunan avadanlıqların işləmə qabiliyyəti və etibarlılığı.

Fakültə : Neft-Mexanika İxtisas : Qrup : Fənn : Fənn müəllimi : Tələbə :

Neftin çıxarılması və nəqlində istifadə olunan avadanlıqların işləmə qabiliyyəti və etibarlılığı.


Qazın nəqli üçün qurğular. Kompressor qurğuları. Kompressorların təsnifatı
Kompressor maşınları hava, buxar və qazın 0,2 MPa təzyiqdən aşağı olmayaraq sıxılması və nəqli üçün istifadə olunur. Ümumiyyətlə, kompressorlar soyuducu texnikada, qaz turbin qurğularında, reaktiv mühərriklərdə, təbii qazların və neftin çıxarılması, emalı və nəql edilməsində və digər sahələrdə istifadə olunur. Kompressorlar müxtəlif tipli və konstruksiyalı olurlar. Bunlardan pistonlu (porşenli), mərkəzdənqaçma, vintli, oxlu, rotorlu, membranlı və s. kompressorları misal göstərmək olar.
Qazların sıxılması üçün istifadə olunan bütün kompressorlar iki sinfə-porşenli və mərkəzdənqaçma qurğularına bölünür. Porşenli kompressorların fəaliyyəti kompressorun silindrinin işçi həcminin dəyişməsi hesabına qazın sıxlaşdırılması prinsipinə əsaslanır. Belə ki, həcm çoxaldıqca silindrin işçi tutumu sorma borusu ilə birləşərək qazla dolur, həcm kiçildikdə isə orada olan qaz sıxılır və vurucu boruya sıxışdırılır.
Mərkəzdənqaçma kompressorlarında qazın təzyiqinin artması, ona böyük sürətin verilməsi və sonradan axının kinetik enerjisinin sıxılma işinə çevrilməsi yolu ilə əldə edilir. Porşenli kompressorlar rotasion və vintli maşınlara bölünür. Bu maşınların da fəaliyyəti sıxışdırma prinsipinə əsaslanır, lakin onlarda çarx qolu-sürgü qolu olmadığı üçün rotor böyük sürətlə fırlana bilir və nəticədə onların kiçik qabarit və çəkilərinə baxmayaraq nisbətən böyük məhsuldarlıq əldə oluna bilir.
İntiqalın tipinə görə kompressorlar iki qrupa bölünür:
  • Qazmühərrikli – kompressor qaz mühərriki ilə birlikdə hazırlanır;
  • 2. İntiqallı–tələb olunan fırlanma tezliyindən, gücündən və parametrlərinin tənzimləmə diapazonundan asılı olaraq elektrik mühərriklərindən, qaz turbinlərindən və ya daxili yanma mühərriklərindən istifadə olunur. Məhsuldarlığına görə kompressor qurğuları az (0,015 m3 /s qədər), orta (0,015-1,5 m3 /s) və yüksək (1,5 m3 /s və daha çox) məhsuldarlıqlı olur.


Yüklə 14,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin