Olan asılı hissəciklərin



Yüklə 16,2 Kb.
tarix01.05.2023
ölçüsü16,2 Kb.
#105541
4 nomreli serbest is




BAKI
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömürneft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər. Asılı hissəciklərin ölçüsünü, onların təsvirini və davranışını, mənşəyini, həmçinin kimyəvi tərkibin çökmə (düşmə) vaxtını və ya hava mühitində qalma vaxtını və ərazidə yayılmasını müəyyən etmək birinci dərəcəli əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01-0,1 mkm) hava nümunəsində adətən az miqdarda müəyyən edilir. Hissəciklərin xırda fraksiyaları (0,1-2,5 mkm) havada toplanır və uzaq məsafələrə aparıla bilir. İri hissəciklər (2 mkm-dən iri) qravitasiya çökmə prosesində yerə düşür, lakin bəzən küləyin təsirindən yuxarı qalxaraq havanın yenidən çirklənməsinə səbəb olur. Asılı hissəciklərin tərkibində zərərli mikroorqanizmlər (bakteriya, virus və göbələklər) atmosferin bioloji çirklənməsinə səbəb olur. Müxtəlif ölçülü hissəciklərin orqanizmə təsiri mexanizmində və təsir dərəcəsində prinsipial fərq mövcuddur. Analiz üçün nümunə götürərkən selektiv impaktordan keçən aerodinamik diametri 10 mkm olan hissəciklər PM10 adlanır (ingiliscə partikulate matter). PM10 hissəcikləri əsasən raspirabel fraksiyasından ibarətdir, yəni xirtləkdən (boğazdan) birbaşa ötərək orqanizmə daxil olur. Diametri 10 mkm-dən kiçik olan antropogen tullantılarının asılı hissəciklərinin başlıca mənbələrinin cəmi avtonəqliyyatın hərəkəti (10-25%), stasionar qurğularda yanacağın yandırılması (40-55%) və sənayedəki texnoloji proseslər (15-30%) sayılır. Selektiv impaktordan keçən 2,5 mkm aerodinamik diametrli hissəciklər (həmin diametrli hissəciklərin 50% ələnməsini təmin edən) PM2,5 adlanır. Tam ələnmənin yuxarı həddi 7 mkm-ə uyğun gəlir. Yüksək risk qrupundan (uşaqlar və müəyyən ağciyər xəstəliyi olan yaşlılar) olan şəxslərin tənəffüs (nəfəs) yolları sahəsinə daxil olan ümumi asılı hissəciklərin respirabel hissəsini təşkil edir. Asılı hissəciklərə hər yerdə rast gəlinməsi və mürəkkəb tərkibli olduğuna görə onların normalaşdırılması olduqca mürəkkəb məsələ sayılır. Rusiyada asılı hissəciklərin cəmi üçün yalnız iki normativ qəbul olunmuşdur: maksimal YVK (yol verilən konsentrasiya) – 500 mkq/m³ və orta sutkalıq YVK – 150 mkq/m³. Avropa ölkələrində və ABŞ-da ümumi asılı hissəciklər və ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün daha parçalanmış normativ şkalası hazırlanmışdır. ABŞ-da asılı hissəciklərin normalaşdırılması yalnız respirabel fraksiyası, yəni ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün hazırlanmışdır. Bu normativlər asılı hissəciklərin mütənasib olaraq 83 və 50 mkq/m³ cəminin miqdarına uyğun gəlir. Avropa Şurası bu normativlə
ri gələcəkdə daha da sərtləşdirmək (azaltmaq) üzrə xüsusi direktivlər hazırlayır. Hesablamalar göstərir kiRusiyada hər iki adamdan biri (70 mln-dan artıq) daim atmosfer havasında olan asılı gətirmələrin yüksək təsirinə məruz qalır. Həm də 2,4 mln. adam yüksək konsentrasiyanın (300 mkq/m³) və 20 mln. adam isə ortasutkalıq YVK-dan yüksək təsirinə məruz qalır. ABŞ-da 2 mln. adam havada asılı hissəciklərin 300 mkq/m³-dən yüksək olan konsentrasiyasının təsirinə məruz qalır
Toz-Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir. Tozun konsentrasiyasının artması troposferin və Yer səthinin soyumasına səbəb olur.
Yüklə 16,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin