Kimya məktəbdə
39
KİMYƏVİ REAKSİYALAR ZAMANI ENERJİ DƏYİŞMƏSİNİN
ÖYRƏNİLMƏSİNDƏ TERMODİNAMİKANIN ROLU
M.S. Nuriyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Enerji
– iş görmək qabiliyyətidir.
Kimyəvi sistemin enerjisi
– sistemdəki hissəciklərin
kinetik və potensial
enerjilərinin cəminə bərabərdir.
Kinetik enerji:
Hissəciklər fırlanma, titrəyiş və daxil olduğu hərəkət
nəticəsində kinetik enerjiyə malik olur. Sistemin temperaturundan asılı
olaraq
sistemdəki hissəciklərin enerjisi müəyyən qiymətlər diapazonuna malik olur. Bu
qiymətləri Maksvel paylanması adlanan diaqramda təsvir etmək olar:
Sistemin istiliyi, sistemin ümumi enerjisinin (kinetik və potensial)
göstəricisidir. O, entalpiya adlanır və H işarəsi ilə işarələnir.
Sistemin bütün
hissəciklərinin bütün enerjilərini entalpiya ilə ölçmək mümkün deyil. Ona görə də
standart şəraitlərdə 298 K temperaturda və 1 atm (101,3 kPa) təzyiqdə
elementlərin entalpiyasının sıfır olduğu qəbul edilmişdir. Buna görə də entalpiya
dəyişməsini ∆H, standart entalpiya əsasında ölçmək olar.
Sistemin temperaturu – sistemdə hissəciklərin kinetik enerjisinin orta ölçüsü
olub ixtiyari vahidlər şkalası ilə ifadə edilir.
Beləliklə,
2
mv
2
1
enerji
kinetik
Temperaturlar fərqi sistemin enerjisinin hansı istiqamətdə dəyişəcəyini
göstərir. İstilik həmişə daha çox qızdırılmış cismdən, daha az qızıdırılmış cismə
verilir.
Potensial enerji
– sistemdəki vəziyyətindən asılı
olaraq hissəciklər
potensial enerjiyə malik olur. Qarşılıqlı cəzb olunan hissəciklərin yaxınlaşması
onların potensial enerjisini azaldır: