Termodinamikanin I qanunu. I qanunun müXTƏLİf prosesləRƏ TƏTBİQİ



Yüklə 116,5 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü116,5 Kb.
#34964
  1   2   3   4   5   6   7   8
Iqanun


TERMODİNAMİKANIN I QANUNU. I QANUNUN MÜXTƏLİF PROSESLƏRƏ TƏTBİQİ
Termodianmikanın I qanunu enerjinin saxlanması və çevrilməsi qanununun xüsusi halı olub bu qanunun termodinamik proseslərə (istilik proseslərinə) tətbiqidir. Ona görə də enerjinin saxlanması və çevrilməsi qanununun bütün ifadələri və nəticələri termodinamikanın I qanunu üçün də doğrudur. Təbiətin fundamental qanunu ola termodinamikanın I qanunu postulatdır. Bu postulatın doğruluğu onunla təsdiq edilir ki, onun heç bir nəticəsi təcrübəyə zidd deyildir. Termodinamikanın I qanunu sistemin daxili enerjisinin dəyişməsi ilə sistemin aldığı və ya verdiyi istilik miqdarı və sistemin gördüyü və ya sistem üzərində görülən iş arasında əlaqə yaradır.

Sistemin daxili enerjisini dəyişməsi istilik mübadiləsi və iş formasında mümkündür.

Tsiklik dairəvi proses zamanı istilik və ya işi sonsuz kiçik istilik (Q) və sonsuz kiçik işin (A) cəmi (inteqralı) şəklində yazmaq məqsədəuyğundur, çünki inteqrallamanın başlanğıc və son sərhədləri eyni olur. Onda tsiklik prosesdə istilik və işin ekvivalenliyi üçün yazmaq olar:

(1)

burada J – mütənasiblik əmsalı olub istiliyin mexaniki ekvivalenti adlanır. Əgər istilik və iş eyni vahidlərlə ölçülərsə, onda J=1 olur. (1) tənliyi işin istiliyə çevrilməsi halı üçün enerjinin saxlanması qanununu ifadə edir.

Termodinamikanın I qanunu dairəvi olmayan prosesləri nəzərdən keçirdikdə alınır. Belə proses zamanı sistem öz əvvəlki halına qayıtmır. Çünki bu vəziyyət sistemin enerjisi dəyişdiyi halda baş verə bilər. Ona görə də dairəvi olmayan proses üçün udulan və ya ayrılan istilik miqdarı görülən işə bərabər olmur.

(2)

burada J=1

Elementar termodinamik proses üçün isə yaza bilərik ki:

Q -A  0 (3)

Q - A fərqini dU ilə işarə etsək:


Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin