3
Tərtibçilər:
Nazilə Tahirova,
Əməkdar mədəniyyət işçisi
Redaktoru və
Şəhla Qəmbərova,
buraxılışa məsul:
Əməkdar mədəniyyət işçisi
Ölkəmizin turizm imkanları:
tövsiyə biblioqrafiyası
/tərt. ed. N.Tahirova, Z.Səfərova, Z.Məmmədov; red. və bur. məs.
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.-
Bakı, 2019.-31 s.
©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2019
4
Tərtibçidən
Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən
dinamik inkişaf edən sahələrindən biri sayılır. Turizm artıq bütün
dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən
iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq
inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi
tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş
yerlərinin
yaradılması, turizmlə bağlı müəssisələrin və
infrastrukturun qurulmasında göstərir.
Avropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri
özündə birləşdirən Azərbaycan bu gün bütün dünyanı sürətli
inkişafı ilə heyran edir. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra, bütün sahələrdə olduğu kimi, turizmin inkişafına
da xüsusi diqqət ayrılıb. Ötən əsrin 90-cı illərinin sonunda
turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb
ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm
sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə
tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin
müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm
infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər
görülür. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən
işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları,
normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə
diqqətini bir daha sübut edir.
Son illər Azərbaycanda turizmin dövlət səviyyəsində
dəstəklənməsi və təşviqi üçün böyük işlər görülüb. “2010-2014-
cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın
imzalanması ilə inkişafın yeni konturları müəyyən edildi. 2011-ci
ilin “Turizm ili” elan edilməsi bir daha sübut etdi ki,
Azərbaycanda turizmin inkişafı birbaşa ölkə rəhbərliyi tərəfindən
dəstəklənir. Bununla digər dövlət qurumlarının və ictimaiyyətin
də diqqəti bu sahəyə yönəldi. Bu baxımdan “Turizm ili”
ölkəmizdə bu sahənin inkişafı üçün geniş zəmin yaradır. Turizm
sənayesində çalışan insanlar bir çox layihə və təşəbbüslərin
5
həyata keçirilməsi üçün indi daha çox işlər görmək imkanı əldə
ediblər.
Turizm üzrə rəqabət qabiliyyətlilik siyahısında Azərbaycan
148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Turizm
Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur.
Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən
Azərbaycan 2010-2016-cı illərdə turizmin ən sürətlə inkişaf
etdiyi 10 ölkə arasına daxil olmuşdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasının
Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi “Ölkəmizin turizm
imkanları” adlı tövsiyə biblioqrafiyası hazırlamışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə
olunan ədəbiyyatdan ibarətdir. Girişdə mövzu haqqında ətraflı
məlumat verilmişdir.
Tövsiyə göstəricisində kitablarda, məcmuə və dövri mətbuat
səhifələrində dərc edilmiş materiallar öz əksini tapmışdır.
Vəsaitdə ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba
sırasına uyğun olaraq qruplaşdırılmışdır.