Bakı-2015
MÖMİNLƏRİN ANALARI
Baş Məsləhətçi:
f.f.d Qəmər CAVADLI
Nəşrə Hazırlayan:
t.f.d Abbas QURBANOV
Hazırlayanlar:
Dr. Sevinc ASLANOVA, Sevinc VƏKİLOVA,
Mələk QƏDİMOVA, Samirə MAHMUDOVA, Lalə
MEHTİYEVA
Elmi və bədii redaktorlar:
f.f.d Sevda QASIMOVA
Əziz SULTANOV
İç dizayn və qapaq tərtibatı:
Nicat QƏRİBOV
Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-433/M nömrəli razılıq məktubu ilə
nəşr edilmişdir.
İPƏKYOLU NƏŞRİYYATI
Bakı-2015; İpəkyolu Nəşriyyatı: 158
İSBN: 978-9952-8259-6-1
Bakı Şəhəri Səbail Rayonu
Cəfərov Qardaşları, 16
Tel: (+994 12) 492 14 38
Mobil: (+994 51) 412 22 82
Web sayt: www.ipekyolunesriyyati.az
Elektron poçt: ipekyoluneshriyyati@gmail.com
ÌÞÌÈÍËßÐÈÍ
AN LARI
À
5
ÖN SÖZ
İslam tarixində elə şəxsiyyətlər olmuşdur ki,
onların həyatı, tərcümeyi-halı barədə yazılan hər
bir kəlmə böyük maraq və həyəcanla qarşılanmış-
dır. Bu intəhasız marağın ən önəmli səbəbi – hə-
min şəxsiyyətlərin Səadət Əsrində yaşaması və
Xa təmul-Ənbiya Peyğəmbərimiz Muhamməd sa-
lavatullaha yaxınlıq dərəcəsi ilə bağlıdır. Bəşərə
mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı
kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz
Həzrət Muhammədin (s) həyatı, yaşadığı dövr, mü-
barizə və zəfər dönəmləri, səhabələri, ailəsi və xa-
nımları haqqında məlumat almaq istəyi hər zaman
irfan əhlini, sadə müsəlmanları, hətta başqa dinlə-
rin nümayəndələrini də ziyadə maraqlandırmışdır.
Bu məhəbbətdən və təbii maraqdan qaynaqlanan
tədqiqi araşdırmalar – həmin dinin tarixinin öyrə-
nilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu məna-
da, Azərbaycan oxucularına təqdim olunan “Mö-
minlərin Anaları” kitabı, əminik ki, böyük diqqət
və maraqla qarşılanacaqdır.
Müstəqillik dövründə Azərbaycanda İslamın
təbliğ etdiyi mənəvi dəyərlərə qayıdış meyli güc-
lənsə də, İslamı düzgün başa düşmək üçün zəruri
olan mətnlər, hədis və xəbərlər, orta əsr mənbələri
sənədləşdirilmiş şəkildə kifayət qədər elmi səviy-
yədə tərcümə edilməmişdir. Qafqaz Müsəlmanları
İdarəsinin “Şəbnəm” mədrəsəsi xanım müəllimləri
tərəfindən gərgin araşdırmalar və böyük zəhmət
bahasına tərtib olunaraq sizlərə təqdim olunan
“Möminlərin Anaları” əsəri Azərbaycan müsəl-
manlarına dinimizin mənəvi mahiyyəti barədə
dəyərli rasional bilgilər verən önəmli mənbələrdən
sayılmalıdır. Çünki bu kitab bütün İslam aləminə
əxlaq örnəyi olan Peyğəmbər xanımlarının yaşayış
və davranışları haqqında mövcud olan ən səhih
mənbələrə və məxəzlərə əsaslanaraq, Qur`ani-Kə-
rim və Sünnənin mötəbərliyinə arxalanaraq ərsəyə
gəlmişdir.
Bu gün İslam Peyğəmbərinin (s) xanımlarının
bütün qadınlara nümunə ola biləcək timsalında
biz əxlaqi təkamül və mənəvi islah ideyalarını gö-
rürük. Bu ideyalar həm müsəlman ümməti, həm
bütün qeyri-müsəlmanlar üçün hələ də aktualdır,
çünki onun təməlində cəmiyyətlərin təməli olan
ailə institutu və qadın hüquqları problemləri daya-
nır. Biz, Azərbaycan müsəlmanları mütərəqqi milli
adət-ənənələrə və dini-əxlaqi vəzifələrimizə sadiq-
liyimizlə seçilirik və şükr edirik ki, Hz. Muhəmmə-
din (s) xatirəsinə layiq olan din-dövlət vəhdətinin
və məzhəbi birliyin nadir nümunəsini ölkəmizdə
yaşamaq və bəyan etmək imkanımız mövcuddur.
Bu kiçik kitabı əziz oxucularımıza, özəlliklə xa-
nım larımıza ərməğan etməklə, bir daha hər kəsi
Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqın-
dan bəhrələnməyə, onun kamillik məktəbinin da-
vamçıları olmağa dəvət edirik. Kitabın tərtibat və
Möminlərin Anaları
6
Möminlərin Anaları
7
nəş rində xidməti olan hər bir kəsə dərin minnətdar-
lığımızı çatdırır, bu maarif və mərifətə xidmət edən
gözəl əməlin savabının yüksək olacağına əminliyi-
mizi bidirmək istəyirik. Bu kitabdan bəhrələnən
hər kəs İki Cahan Peyğəmbərinin müqəddəslik çı-
rağına doğru bir addım irəliləmiş olacaqdır, çünki
onun barəsində Qur`ani-Şərifdə belə deyilmişdir:
َلِزنُٔا يِذَّلا َروُّنلا اوُعَبَّتاَو ُهوُر َصَنَو ُهوُرَّزَعَو ِهِب اوُنَمٓا َنيِذَّلاَف ...
(١٥٧- فارعٔالا) ... َنوُحِلْفُملا ُمُه َكِئَلْؤُا ُهَعَم
“Ona (Peyğəmbərə) iman gətirən, yardım
göstərən və onunla endirilmiş nurun (Qur`anın)
ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
(Əraf surəsi, 7/157).
Qəmər CAVADLI
Qafqaz Müsəlmanları
İdarəsinin sədr müavini,
Filologiya üzrə fəlsəfə doktoru
Hz. Xяdicя
11
Hz. Xədicə Anamızın Həyatı
“Peyğəmbər möminlərə öz canlarından daha
yaxındır. Zövcələri onların analarıdır...”
1
İlk müsəlman qadın, möminlərin anası, Allah
Rə sulunun (s) möhtərəm xanımı Hz. Xədi cə ana-
mız miladi 556-cı ildə Məkkədə doğulmuşdur. Hz.
Xədicə Qureyşin Bəni Əsəd qolundan Xuveylid bin
Əsəd bin Abduluzza ibn Qusay bin Kilabın qızıdır.
Atası Xuveylid bin Əsəd Qureyşin böyüklərindən
və sərvət sahibi idi. Anası Fatimə isə Məkkənin ta-
nınmış və iffətli qadınlarından sayılırdı. Xuveylid
bin Əsəd “Ficar” döyüşlərindən əvvəl vəfat etmiş-
dir.
Hz. Xədicə bacarıqlı, şərəfli bir xanım idi. O, Al-
lahın və Cəbrayılın salam göndərdiyi qadın, Hz.
Muhammədin (s) ilk xanımı, İslamı qadınlar ara-
sında ilk qəbul edən nümunəvi bir şəxsiyyət idi.
Hz. Xədicə cahiliyyə dövründə yaşamağına
bax mayaraq elə şərəf və iffətlə yaşamışdır ki, Qu-
reyş içərisində Tahirə (təmiz) adıyla çağırılırdı.
Pey ğəmbərimizin (s) çox sevdiyi, cənnət əhlindən
olan, Allah tərəfindən cənnətlə müjdələnən ağıllı,
gö zəl, zəngin və dindar olan Hz. Xədicə Rəsulullah
1 . Əhzəb surəsi, 33/6.
Hz
Möminlərin Anaları
12
(s) ilə evlənmədən əvvəl iki dəfə ailə həyatı qur-
muşdu. Əvvəlcə Əbu Halə b. Zürarə ilə evlənən
Hz. Xədicənin ondan Hind adında bir oğlu olmuş-
dur. İlk ərinin ölümündən sonra Bəni Məhzum qə-
biləsindən Ətik ibn Aiz (və ya Abid) b. Abdullah
b. Əmr ilə evləndi. Ondan da yenə Hind adında
bir qızı dünyaya gəldi. İkinci ərinin də ölümündən
sonra o, özünü uşaqlarına və işlərinə həsr etmiş-
dir. Qureyşin bütün zəngin kişiləri onunla şərəfi,
malı və gözəlliyi üçün evlənmək istəyirdilər. Lakin
o, bütün bu təklifləri rədd edib öz işləri ilə məşğul
olmağı qarşısına məqsəd qoymuşdur.
Hz. Xədicənin Peyğəmbərimizlə
(s) Tanış Olması
Qureyş qəbiləsi dolanışığını ticarətlə təmin
edən bir qəbilə idi. Buna görə də, yay və qış ayların-
da bəzən Şama, bəzən də Yəmən tərəflərə ticarət
kar vanları göndərirdilər. Böyük bir sərvətə sahib
olan Hz. Xədicə də digər zəngin qureyşlilər kimi
güvəndiyi bəzi kimsələrə sərmayə verərək Şam və
Yəmənə ticarət karvanları göndərirdi.
Rəvayətə görə Hz. Muhamməd (s) 25 yaşına
çatdığı zaman əmisi Əbu Talib ona “Mən malı ol-
mayan bir adamam və bir neçə ildir ki, qıtlıqdır.
Xuveylidin qızı Xədicə karvanı üçün sənin qöv-
mündən adamlar axtarır. Gedib təklif etsən, bəlkə
nəsə qazana bilərsən” -dedi .
Gənc və etibarlı şəxs olan Muhammədin (s) iş
tapmaq istəyi Xədicəyə çatdırıldıqda həmyerlilə-
rindən Muhamməd (s) haqqında məlumat al
dı.
Hz. Xədicə
13
Onun etibarlı, şərəfli və verdiyi sözdən əsla dön-
məyən bir gənc olduğunu öyrəndi və onun iş təkli-
fini qəbul edərək karvana rəhbər təyin etdi. Hz. Xə-
dicə köləsi Meysərəni də Rəsulullah Əfəndimizin
əmrinə verdi və ona belə tapşırıq verdi:
-“Sənə nə əmr etsə dərhal itaət edəcəksən. Bir
sözünü iki etməyəcəksən və hər halını mənə bil-
dirəcəksən.”
…Və kavran yola çıxdı. Ticarət karvanı 3 aylıq
yorucu bir səfərdən sonra Şam torpaqlarına çatdı.
Karvanda iştirak edənlərin hər biri Busra yarmar-
kasının münasib yerlərinə piştaxtalarını qurdular.
Peyğəmbərimiz Hz. Muhamməd (s) isə oradakı
monastıra yaxın bir zeytun ağacının altına piştaxta-
sını qurdu
.
Hz. Muhammədin (s) zeytun ağacının
altına əşyalarını yerləşdirməsi monastırın rahibi
Nestorun gözündən qaçmadı. Əvvəldən tanıdığı
Meysərəni yanına çağırdı və ağacın altında ticarət-
lə məşğul olanın kim olduğunu soruşdu. Meysərə:
“O, Qureyş və Məkkə xalqından bir şəxsdir” cava-
bını verdi. Nestor bir anlıq fikrə getdi. Sonra Mey-
sərəyə belə sual verdi:
- Onun gözlərində bir az qırmızılıq varmı? Mey-
sərədən “Bəli” cavabını alan Nestor fikrini cəmləş-
dirdi və dedi. O, peyğəmbər olacaqdır. Həm də
sonuncu peyğəmbərdir.
Satışlar tamamlanmış və alınacaqlar alınmışdı.
Karvan Busradan ayrılaraq Məkkəyə doğru yola
çıxdı.
Möminlərin Anaları
14
Artıq karvan Məkkədən görünməyə başladı.
Hz. Xədicə evinin damında qureyş qadınlarıyla
birlikdə gələn karvanı müşahidə edirdi. Karvan
Məkkəyə çatdı. Karvanın rəhbəri olan gənc Mu-
hamməd (s) malları Xədicəyə təslim etdi. Xədicə də
gətirilən malları yüksək bir qazancla satdı.
Meysərə bu səfər əsnasında Hz. Muhamməd-
dən (s) çox şey görmüş, çox şey öyrənmişdir. Mey-
sərə bütün bunları və Rahib Nestorun söylədikləri-
ni, yolda gördüklərini bir-bir Hz. Xədicəyə izah etdi.
Hz. Xədicənin 25 yaşlı bu gəncə heyranlıq və marağı
artıq son həddə çatmışdı.
Hz. Xədicənin Evliliyi
Gənc iş ortağı olan Hz. Muhamməd (s) haqqın-
da deyilənlər Xədicənin Ona qarşı olan rəğbətini
daha da artırmışdı. Onu işlə əlaqədar olaraq evinə
tez-tez dəvət edirdi. Daha sonralar Hz. Xədicə Hz.
Peyğəmbərə (s) hər mövsümdə yetişən meyvələr-
dən, eləcə də evdə hazırlanan yeməklərdən gön-
dərməyə başladı. Hz. Muhamməd (s) isə abır-həya-
nı gözləyər, utancaq davranardı. Hz. Muhammədlə
(s) Hz. Xədicənin arasındakı dostluq getdikcə bö-
yüyürdü. Bu dostluğun böyüməsində Meysərənin
izah etdiklərindən başqa amillər də var idi. Çünki
Hz. Xədicə Meysərənin izah etdiklərinə bənzər bir
xəbəri də bir yəhudidən eşitmişdi.
İbn İshaqa görə Qureyş qadınlarının toplan-
dıqları bir bayram var idi. Yenə bir gün toplanmış-
dılar. Həmin vaxt bir yəhudi gələrək «Ey Qureyş
qadınları! Yaxında sizə bir peyğəmbər gələcəkdir.
15
Hansınız onunla ailə qurmağa müvəffəq olsa, dər-
hal qursun,» - dedi. Orada toplanan qadınlar isə
onu təhqir edib ələ saldılar. Hətta bəziləri çox ağır
sözlər deyərək yəhudini oradan qovdular. Lakin
bu söz Xədicənin ürəyində bir iz buraxdı.
Meysərənin gördüklərini Xədicəyə danışma-
sından sonra yəhudinin də dediklərini xatırlayan
Xədicə: «Əgər yəhudinin dedikləri doğrudursa bu,
ondan başqası ola bilməz» - deyə düşündü.
Hz. Xədicə Peyğəmbərimizi ticarət üçün kar-
vanla Şama göndərməklə onu daha da yaxından
tanıdı. Meysərə və əmisinin oğlu Varaqanın söylə-
dikləri onu düşündürdü. Xədicə dul bir qadın idi.
Üstəlik mədəni, etibarlı və zəngin biri idi. İndiyə
qədər bir çox şəxs onunla evlənmək istəmiş, lakin o
qəbul etməmişdi. Ancaq peyğəmbərimizi tanıdıq-
dan sonra evlənməmək fikrindən daşındı. Peyğəm-
bərimiz (s) kimi üstün xüsusiyyətləri olan heç kimi
görməmişdi. Peyğəmbərimiz (s) etibarlı, gözəl əx-
laqlı, doğru sözlü və nəzakətli idi. Hz. Xədicə bir
müddət tərəddüd etdikdən sonra öz sirrini Nü-
feysə adlı bir sirdaşına açdı və heç kəsə demədən
bu işdə vasitəçi olmasını ondan xahiş etdi.
Rəfiqəsi
Nüfeysəni Peyğəmbərimizin (s) yanına göndərək
onun fikrini öyrənmək istədi.
Bir gün Nüfeysə Muhammədlə (s) danışmaq
üçün səmimi ab-havanın olduğunu gördü və fürsə-
ti əldən verməyərək ona:
- Artıq müəyyən yaş həddinə gəlmisən. Sənin
yaxşı ailəyə mənsub olduğun və mükəmməl şəx-
siyyətin hamıya məlumdur. Belə olan halda nə
Hz. Xədicə
Möminlərin Anaları
16
üçün evlənmirsən? Çünki sən, sözsüz ki, asanlıqla
münasib bir qız tapa bilərsən, - dedi.
-Peyğəmbərimiz:
- Ailəmi dolandıracaq imkanım yoxdur, cava-
bını verdi.
- Əgər xərclərin qarşılansa, şərəfli, təmiz, fə-
zilətli, ağıllı, gözəl və zəngin birindən təklif gələrsə
qəbul edərsənmi?- deyə soruşdu.
- Bu, kim ola bilər?
- Xuveylidin qızı Xədicə. –dedi Nüfeysə
Peyğəmbərimiz (s) bir az tərəddüd etdi və:
“Amma bu, necə ola bilər ki, onun qəbul etmə-
si qeyri-mümkündür. Hz. Xədicə şəhərin bütün
imkanlı adamlarından gələn təklifləri rədd etdi,”
-dedi. Nüfeysə onu razı salaraq “Sən istəsən olar”
-dedi.
Hz. Xədicənin Toy Mərasimi
Toy mərasiminin tarixi birbaşa Hz. Xədicə tərə-
findən təyin olundu. Mərasim də onun evində ke-
çiriləcəkdi. Toyun gözəl keçməsi üçün lazım olan
hər şey şəxsən Hz. Xədicə tərəfindən diqqətlə təşkil
edilmişdi. Qoyunlar kəsilmiş, yeməklər hazırlan-
mışdı. Ömər b. Əsəd, Varaqa b. Novfəl, Hüzey-
mə, Əbu Talib, Həmzə və Muhamməd (s) də dəvət
edilənlər arasında idi. Hz. Xədicə dəvətə gələnləri
nəzərdən keçirdi, sonra gözlənilməz bir çıxış etdi.
O, Muhammədin (s) işini bilən, etibarlı, şərəfli
və verdiyi sözdən əsla dönməyən və üstün bir şəx-
17
siyyət olmasından, onun etibarlılığından və soyu-
nun təmizliyindən bəhs etdi. “Etibar sahibi hər qa-
dın üçün belə bir şəxslə evlənmək şərəfdir,” -deyə
əlavə etdi. Bütün qonaqlar Hz. Xədicəni alqışladı-
lar. Yeməklər yeyildikdən sonra adətə uyğun ola-
raq növbə iki tərəfdən də böyüklərin çıxış etməsinə
gəldi. Hz. Xədicənin atası Ficar Hərbində vəfat et-
mişdi.
Bu səbəblə onu təmsilən mərasimdə əmisi Amr
b. Əsəd iştirak edirdi. Ənənəyə görə söz söyləmək
üçün ilk olaraq Əbu Talib ayağa qalxdı və belə
dedi:
“Həmd olsun Allaha ki, bizi İbrahimin züriyyə-
tindən, İsmayılın nəslindən yaratdı. Yaşadığımız diyarı
bizim üçün bərəkətləndirdi. Bundan sonra əsil məqsədə
gələrək demək istəyirəm ki, qardaşımın oğlu Muham-
məd b. Abdullaha, qureyşin heç bir gənci ilə müqayisə
edilə bilməz. Çünkü o, şərəf, ağıl və fəzilət baxımından
hamıdan üstündür. Hərçənd var-dövləti azdır, lakin
var-dövlət keçici bir kölgə, bir pərdədir. Alınar da verilər
də… Allaha and içərəm ki, bundan sonra onun mərtəbəsi
daha da böyüyəcək, daha da yüksələcəkdir! Beləliklə o,
sizin şan və şərəf sahibi olan qızınız Xədicə ilə ailə qur-
maq istəyir. Muaccəl və müəccəl mehr
2
olaraq da 20 dişi
dəvə verir,” -dedi.
Varaqa b. Novfəl də çıxışında: “Bizləri yaradan
Allaha şükür edirik. O saydığın şeylərin daha çoxu ilə
bizi üstün etdi. Buna görə biz Ərəbin ulularıyıq. Siz
2 . Mehr: Ailə qurulan zaman qadına bu adla verilən və ya
daha sonra verilməsi qərarlaşdırılan maddi əşya və ya pul-
dur. Muaccəl nəğd, Müəccəl isə ödənilməsi sonraya buraxı-
lan mehr növüdür. Hamdi Döndürən, Dəlilləriylə Ailə Elmiha-
lı, səh 131, 135
Hz. Xədicə
Möminlərin Anaları
18
də beləsiniz. Tayfa üstünlüyünüz inkar edilə bilməz;
heç kim sizin xeyir və şərəfinizi rədd edə bilməz. Biz də
sizinlə qohum olmaqdan qürur duyuruq!... Ey camaat!
Şahid olun ki, mən, Muhamməd (s) b. Abdullahla Xu-
veylidin qızı Xədicəni evləndirdim!” - dedi.
Əbu Talib dəvələr kəsərək toy ziyafəti verdi.
Ertəsi səhər Muhamməd (s) də bir dəvə kəsdi
və ətini Məkkənin kasıb və möhtaclarına payladı.
Hz. Xədicə Muhammədin (s) yaxınları da olmaq
üzrə bütün dost və qohumlarını dəvət etdi. Çoxlu
hədiyyələr payladılar. Muhammədin (s) gözü yaşlı
süd anası Həlimə də bu xoş günə dəvət edildi.
Hz. Xədicə ona qırx qoyun hədiyyə verdi və qəbilə-
sinə rifah və xeyir gətirən yetim Hz. Muhammədə
(s) baxdığı üçün ona təşəkkür etdi.
Beləcə, Kainatın Sərvəri Hz. Muhamməd (s) ilə
Qureyş qadınlarının nəsil, şərəf və zənginlik baxı-
mından ən üstünü olan Xuveylidin qızı Hz. Xədi-
cə zövc (ər) və zövcə (arvad) elan edildilər. Həmin
vaxt Peyğəmbərimiz (s) 25, Hz. Xədicə isə 40 ya-
şında idi. Evlilikləri miladi tarixlə 595-ci ilə təsadüf
edir
. Yəni Hz. Muhammədin peyğəmbərliyindən
15 il əvvəl idi.
Hz. Xədicənin Övladları
Peyğəmbərimizlə (s) evləndikdən sonra ilk on
il müddətində Hz. Xədicə ikisi oğlan, dördü qız
olmaqla altı övlad dünyaya gətirmişdir. Bu uşaqlar
bunlardır: Qasım, Zeynəb, Ruqiyyə, Ümmü Gül-
süm, Fatimə, Abdullah (Tahir və Təyyar). İlk do-
ğulan uşağın adı “Qasım” olduğu üçün Peyğəm-
19
bərimizə (s) “Əbul-Qasım” ləqəbi verilmişdir. Hz.
Xədicə anamızın sonuncu dünyaya gələn övladı
Abdullahdır. Peyğəmbərimizə (s) peyğəmbərlik ve-
rildikdən sonra dünyaya gəldiyi üçün ona «ət-Tay-
yib» və “ət-Tahir» ləqəbləri verilmişdir. Oğlan ları
çox kiçik yaşda vəfat etmişdilər.
Hətta ilk doğulan oğlu Qasım hələ süddən kə-
silmədən və yeriməyə başlamadan vəfat etmişdir.
Qızlarının isə hamısı böyüdü. Peyğəmbərimiz (s)
onları evləndirdi. Ən böyük qızı Hz. Zeynəbi Əbu
As ilə evləndirdi. Ruqiyyə Hz. Osmanla ailə həyatı
qurdu. Ruqiyyənin vəfatından sonra Ümmü Gül-
süm də Hz. Osman ilə ailə qurdu. Buna gorə Hz.
Osmana “Zunnureyn” (iki nur sahibi) deyilirdi.
Kiçik qızı Fatimə hicrətdən sonra Mədinədə
Hz. Əli ilə ailə qurdu. Peyğəmbərimizin (s) nəsli
Hz. Əli ilə Fatimədən dünyaya gələn uşaqlar ilə
davam etdi. Peyğəmbərimizin (s) Hz. Fatimədən
başqa bütün övladları ondan (s) əvvəl vəfat etmiş-
dilər. Hz. Fatimə Peyğəmbərimizin (s) vəfatından
altı ay sonra Haqqın rəhmətinə qovuşmuşdur.
İlk Vəhy və Hz. Xədicənin Dəstəyi
Sevimli həyat yoldaşı Hz. Xədicə və uşaqları
ilə xoşbəxt həyat keçirən Hz. Peyğəmbər yaşı qırxa
ya xınlaşdığı zaman bəzi fövqəladə hadisələrin
mey dana gəldiyinə şahid olmağa başladı. Keçdiyi
yol larda bəzi ağacların ona salam verdiyini, bəzi
daş ların onunla danışdığını və qeybdən bəzi səs-
lərin gəldiyini eşidirdi.
Hz. Xədicə
Möminlərin Anaları
20
Cəhalətin qaranlığı getdikcə qatılaşırdı. İnsan-
lar Aləmlərin Rəbbini unutmuş, saxta və xəyali
ilahlara sitayiş edirdilər. Bu vəziyyət Allah Rəsulu-
nun (s) pak ruhunu olduqca sıxırdı. Buna görə də
Allah Rəsulu bu ab-havadan uzaqlaşmağa çalışır-
dı. Saatlarla yol gedir, Nur dağına çıxaraq burada
səmadan gələcək nuru gözləməyə başlayırdı. Hz.
Muhamməd (s) ilin müəyyən vaxtlarında bu dağa
gəlməyə adət etmişdi. O, Hira dağında özünəməx-
sus şəkildə ibadət edirdi.
Hər gedişi Hz. Xədicə üçün hicrana dönürdü.
Allah Rəsulu Hirada hüzura qərq olsa da, Hz. Xə-
dicənin ürəyi çox narahat idi. Başına bir şey gəl-
məsindən qorxurdu. Buna görə də arxasınca adam
göndərib sağ-salamat olub olmadığını bilmək istə-
yirdi. Bəzən də özü gedir, illərlə gəlişini gözlədiyi
müjdəyə öz əlləri ilə azuqə aparırdı. Və nəhayət
miladi 610-cu ildə Ramazan ayının Qədir gecəsin-
də Nur dağında iki nur qovuşmuş, səma ilə yer ara-
sında qopmaz əlaqə qurulmuşdu. Cəbrayıl gəlmiş
və Allahdan ilk vəhyi gətirərək əlamətləri çoxdan
zühur edən peyğəmbərliyini təsdiq etmişdi.
İlahi vəhylə vəzifələnməyin verdiyi həyəcan-
la titrəyən Hz. Muhamməd mağaradan çıxdı və
Məkkəyə doğru getməyə başladı. Yolda bir çox
qeyri-adi hadisələrlə qarşılaşdı. Dağ, daş və ağac-
lar, «Əssəlamu aleykə ya Rəsulullah» dəyərək onu
salamlayır və təbrik edirdilər. Evinə gələn Peyğəm-
bərimiz (s) onu maraq içində qarşılayan vəfakar
zövcəsi Hz. Xədicəyə yalnız «Üstümü örtün, üs-
tümü örtün!» deyə bildi. Hz. Xədicə onun üstünü
21
örtdü. Yanında oturub sakitləşənə qədər gözlədi.
Peyğəmbərimiz sakitləşincə bütün olanları yolda-
şına danışdı. Sonra; “Özümdən qorxmağa başla-
dım,” -dedi. Hz. Xədicə isə onu belə təsəlli etdi:
- Kədərlənmə və qorxma! Allah sənin kimi bir
qulunu heç bir zaman utandırmaz. Çünki sən bü-
tün yaxınlarına qayğı göstərirsən. Kasıblara, ye-
timlərə kömək edirsən. Qonaqlara hörmət edirsən.
Haqsızlığa məruz qalanları qoruyur, zalımlardan
onların haqqını alırsan.
Sonra əlavə etdi: Müjdələr olsun, səbir et!
Daha sonra Hz. Xədicə Peyğəmbərimizi əmisi-
nin oğlu Varaqa b. Novfəlin yanına apardı. Varaqa
məlumatlı və yaşlı bir xristian idi. Olanları peyğəm-
bərimizdən dinlədi. Sonra belə dedi. “Müjdələr
olsun. Vallahi, mən sənin bu ümmətin peyğəm-
bəri olacağını ümid edirəm. Mağarada gördüyün
mələk, səndən əvvəlki peyğəmbərlərə də Uca Al-
lahın əmr və qadağlarını çatdıran Cəbrayıldır. Di-
gər peyğəmbərələrə deyildiyi kimi qövmün sənə
də yalançı deyəcək. Əziyyət edəcək və yurdundan
çıxaracaqlar. Kaş ki gənc olsaydım, məkkəlilər səni
şəhərindən zorla çıxardıqlarında sənə kömək edə
bilsəydim.” Hz. Muhamməd (s) bu sözlərə heyrət-
ləndi. Çünki qövmü onu çox sevirdi. Hətta ona
etibarlı insan mənasına gələn “əl-Əmin” adını ver-
mişdilər.
İlk Möminə Xanım
Allah Rəsulu Hz. Muhamməd (s) Hirada ve-
rilən ülvi məsuliyyətini idrak etmiş və risalət
Hz. Xədicə
Möminlərin Anaları
22
vəzifəsini almışdı. Ancaq bu ağır və böyük vəzifə-
nin çətinlikləri də vardır. Yaşadığı cəmiyyətdə bu
vəzifəni yerinə yetirməyin asan olmayacağının
fərqində idi.
Hz. Xədicə anamız Peyğəmbərimizi (s) həmişə
düşüncəli görürdü. Allah Rəsulu zehnini məşğul
edən və könlünə rahatlıq verməyən bu böyük dər-
dini anamıza: «Mənə kim inanar ey Xədicə?» - deyə
dilə gətirdi. Soyu, zənginliyi və gözəlliyi ilə fəzilət
timsalı anamız, böyüklüyünə böyüklük qatan fə-
rasətli davranışıyla, şərəf və izzətini artıran təsli-
miyətiylə Peyğəmbərimizə (s) dəstək verdi və dedi:
“Sənə kim inanmaz ki? Hamıdan əvvəl mən inan-
dım” - deyib kəlmeyi-şəhadət gətirdi. “Əşhədu
ənlə iləhə illəllah və əşhədu ənnə Muhammədən
abduhu və rəsuluh. Şahidlik edirəm ki, Allahdan
başqa ilah yoxdur və yenə şahidlik edirəm ki, Mu-
hamməd Allahın qulu və rəsuludur !” - dedi.
Məkkəlilər Allah Rəsulunu qəbul etməsə də,
ona qarşı düşmənçilik etsələr də, Hz. Xədicə dəstək
və köməyini ondan əsirgəməmişdir. İnsanlar onun
rahatlığını əlindən almağa çalışırdı. O isə rahatlı-
ğını Xədicənin yanında tapırdı, insanlar həyatına
qəsd etmək istəyir, o, Xədicənin yanında əmin-a-
manlıq tapırdı.
İlklərin ilki Xədicə... Təmiz və pak Xədicə… O,
ilk dost, ilk zövcə və ilk iman edən qadın idi. Cəb-
rayılın öyrətdiyi ilk dəstəmazı Peyğəmbərimizdən
(s) öyrənib onunla ilk namaz qılan da o idi. Xədi-
cənin hərfi mənası da “Erkən doğan” deməkdir.
Onun şəxsində isimlə təmsilin uyğunluğu o qədər
23
aşkar idi ki, onun dərəcəsinə çatmaq mümkün de-
yildi. Çünkü o, səadət əsrində doğulan ilk ulduz
və ilk günlərin ilk gülü idi.
Dostları ilə paylaş: |