Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi



Yüklə 325 Kb.
səhifə1/22
tarix02.01.2022
ölçüsü325 Kb.
#38970
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   22
M-vzu-81
Document (9)

Mövzu: 8. TƏDARÜKAT LOGİSTİKASI

Plan:
1.TƏDARÜKATIN MAHİYYƏTİ, MƏZMUNU VƏ OBYEKTİV ZƏRURİLİYİ

2.TƏDARÜKATIN PLANLAŞDIRILMASI

3.MƏHSULGÖNDƏRƏNLƏRİN SEÇİLMƏSİ

4.TƏDARÜKAT ÜZRƏ HESABLAŞMALARIN ƏSAS FORMALARI VƏ QAYDALARI

5.TƏDARÜKATIN HÜQUQİ ƏSASLARI

1.TƏDARÜKATIN MAHİYYƏTİ, MƏZMUNU VƏ OBYEKTİV ZƏRURİLİYİ

Tədarükatın mahiyyəti, məzmunu və obyektiv zəruriliyi cəmiyyətin inkişafı tarixinin materialist nöqteyi-nəzərdən dərk edilməsi ilə bağlıdır. Çünki, maddi nemətlərin istehsalı cəmiyyətin yaşaması və inkişafı üçün zəruri hesab edilən başlıca şərtdir. İctimai quruluşun əsasını təşkil edən istehsal və əmək bölgüsü nəticəsində məhsullarının mübadilə edilməsi zəruriliyi və bu baxımdan cəmiyyətin təbəqələşməsi tarixi inkişafın materialistcəsinə dərk edilməsinə imkan yaradır. Bir tərəfdən istehsal şərtləri ilə eyniyyət təşkil edən bölgü şərtləri mahiyyətcə istehsal şərtlərinin astarını təşkil edir, digər tərəfdən isə özlərinin təbiətinə görə onların hər ikisi tarixən eyni dərəcədə keçici xarakter daşıyır.

Beləliklə, istehsal prosesinin zəruri olan bu üç elementdən ikisi – əmək vasitələri və əmək predmetləri ilə fasiləsiz tə'min edilməsi təkrar istehsal prosesinin zəruri şərtidir.

Müasir şəraitdə istehsalın əmək vasitələri və ya əmək predmetləri ilə tə'min edilməsi bazar iqtisadiyyatının mahiyyəti və xüsusiyyətləri ilə müəyyən edildiyindən o müxtəlif formalarda həyata keçirilir.

Bazar iqtisadiyyatının əsas məqsədi və hərəkətverici qüvvəsi, onun ilkin və son nöqtəsi yüksək bazar mənfəəti əldə etməkdən ibarətdir. Buna görə də hər bir məhsul istehsalçısı, istehsal vahidi istehsal yerlərinin yüksək keyfiyyətli xammal, material və dəstləşdirici mə'mulatlarla tə'min olunmasına və hazır məhsulların satışının səmərəli təşkilinə çalışmalıdır. İstehsal yerlərinin material resursları ilə zəruri kəmiyyətdə və vaxtda tə'min edilməsi mülkiyyət formasından və tabeçilik əlamətindən asılı olmayaraq hər bir istehsalçı firma və ya müəssisənin sərbəst fəaliyyət sahəsi hesab edilməklə tədarükat işi adlanır. Tədarükat işinin normal təşkili istehsalçı firma və ya müəssisədə maddi-texniki təchizat xidmətini həyata keçirən şöbələrin mütəşəkkillik səviyyəsindən asılıdır. Çünki maddi-texniki təchizatın düzgün təşkili bir tərəfdən müəssisəyə lazım olan material resurslarının alınması üçün əlverişli tədarükat bazarlarının müəyyənləş­dirilməsinə, digər tərəfdən isə material resurslarının istehsal ehtiyatı formasında qalması vaxtının qısaldılmasına səbəb olur.

Beləliklə, tədarükat logistikası logistik sistem daxilində yerinə yetirilən ilk logistik əməliyyat olmaqla xammal, material və dəstləşdirici mə'mulatlara, eləcə də ehtiyat hissələrinə tələbatın dəqiq müəyyənləşdirilməsi mərhələsindən başlayaraq, hesablanmış tələbatın seçilmiş tədarükat bazarından əldə edilməsi, istehsalçı firmaların daxili anbarlarına çatdırılması mərhələsinə qədər həyata keçirilən əməliyyatlar kompleksidir. Tədarükat logistik əməliyyatların əsasını təşkil edir.

Tələbin səmərəli ödənilməsi isə bir sıra vəzifələrin yerinə yetirilməsi ilə şərtləşir. Ümumi şəkildə bu vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. İstehsal sahələrinin və ya yerlərinin əsas xammal və materiallara, yarım-fabrikatlara, habelə dəstləşdirici mə'mulatlara real tələbini müəyyənləşdir­mək.

2. Əsas xammal və materialların, dəstləşdirici mə'mu­latların tələb olunan zəruri vaxtda tədarükatını (bir tərəfdən materialların müəyyən edilmiş zəruri vaxtdan əvvəl alınması dövriyyə fondlarının iqtisadi gərginliyini artırır, digər tərəfdən isə məhsul istehsalı üçün lazım olan materialların istehsal proqra­mında nəzərdə tutulan vaxtdan gec alınması bu proqramın pozulmasına və ya onda müvafiq dəyişikliklərin əmələ gəlməsinə səbəb olur) həyata keçir­mək.

3. Xammal, material və dəstləşdirici mə'mulatların sifariş üzrə tələb olunan həcmi ilə göndərmə və ya kəmiyyətcə qəbulu arasında mütənasibliyi, uyğun­luğu tə'min etmək. Sifariş normasından artıq material və dəstləşdirici mə'mu­latların qəbul edilməsi normadan artıq və lüzumsuz mal-material qiymətlilərinin yaranmasına və bu əsasda müəssisənin maliyyə vəsaitlərinin istehsal ehtiyatları şəklində dondurulmasına şərait yaradır. . Bu baxımdan tədarükat logistikasında məhsulgöndərənlər mühüm rol oynadıqlarından onlarla iqtisadi münasibətlərin qurulmasında aşağıdakı əsas prinsiplərə riayət olunmalıdır:



    • məhsulgöndərənlərlə firmanın (şirkətin) müştəriləri kimi davranmalı;

    • işdə ümumi iqtisadi mənafelərin və ya maraqların üst-üstə düşməsinə nail olunmalı;

    • məhsulgöndərənləri firmanın məqsəd və vəzifələrilə tanış etməli və onların işgüzar təsərrüfat fəaliyyətlərindən xəbərdar olmalı;

    • məhsulgöndərənlərdə məhsul alınması və göndərilməsilə bağlı problemlər yarandıqda onların həll edilməsi üçün əzmkarlıq nümayiş etdirməli;

    • firmanın (şirkətin) qəbul etdiyi müqavilə öhdəliklərinin yerinə yetirilməsinə riayət etməli;

    • məhsulgöndərənlərin təsərrüfat praktikasında mövcud maraqlarını nəzərə almalı;

    • işgüzar aləmlə imkan daxilində sabit əlaqələr yaradılmalı və bunlar qorunub saxlanmalıdır.

Logistik dövrənin «tədarükat» mərhələsində optimal fəaliyyətə təkcə yuxarıda qeyd edilən xarici amillər deyil, eyni zamanda firmanın (şirkətin) struktur bölmələri arasında iqtisadi kompromislərin axtarılıb tapılması da tə'sir gös­tərir. Belə ki, tədarükat işinin həyata keçirilməsi ilk növbədə firmanın (şirkətin) bazar siyasəti ilə tə'yin edildiyindən onlar bazarın tələbinə uyğun məhsul istehsalına başlamaq üçün ilkin olaraq özlərinin müvafiq növ xammal və materiallara tələbatlarını müəyyənləşdirməlidirlər. Firmanın təşkilati strukturundan və maliyyə vəziyyətindən asılı olaraq seçilmiş strategiyanın reallaşdırılması ilə bir qayda olaraq marketoloqlar məşğul olurlar. Sonrakı mərhələlərdə tədarükat bazarı seçilir, seçilmiş tədarükat bazarında məhsulların alınması üçün maliyyə imkanları səfərbər edilir. Daha doğrusu, seçimin reallaşdırılmasına lazım olan maliyyə vəsaitlərinin kəmiyyəti və onların ödənilməsi mənbələri (xüsusi və ya cəlb edilmiş) müəyyənləşdirilir. Firmanın mühasibatlığı isə məhsulgöndərənlərlə hesablaşmanın forma və metodlarını dəqiqləşdirdikdən sonra sanki xammal və materialların tədarükatına və eyni zamanda məhsul istehsalına start vermiş olur. İstehsal proqramının tələbinə uyğun olaraq alınmış xammal və materiallar təchizat şö'bəsinin mərkəzi anbarlarından birbaşa və əksər hallarda sexlərarası anbarlardan istehsal yerlərinə ötürülür. Burada istehlakçıların tələblərini ödəyə biləcək müxtəlif sinfə, eləcə də bu sinif daxilində müxtəlif qrupa və növə malik məhsullar istehsal edilməklə hazır məhsul anbarlarında yerləşdirilərək bölgü kanalları vasitəsilə alıcılara çatdırılır. İcra edilən əməliyyatların yerinə yetirilmə ardıcıllığı bir daha təsdiq edir ki, firmanın struktur bölmələri ümumi logistik dövranın ayrı-ayrı hissələri olmalarına baxmayaraq ümumi məqsədə:

  • az logistik xərclərlə yüksək bazar mənfəəti əldə etmək;

  • istehsal, satış və hazır məhsul ehtiyatlarının səviyyəsini optimal həddə çatdırmaq;

  • normadan artıq material qiymətlilərinin yaranmasına yol verməmək;

  • sifarişləri vaxtı-vaxtında yerinə yetirmək;

  • firmanın istehsalçı müəssisə kimi imicini yüksəltmək;

  • normal logistik servis xidmətləri göstərmək üçün logistik sistemin elementləri olaraq tamlıq, bütövlülük, qarşılıqlı əlaqə və keyfiyyət kimi xassələrə malik olmalıdırlar.

İqtisadiyyatın yeni sahələrinin inkişaf etməsi və müxtəlif istehlak xassələrinə malik məhsulların bazarda təşəkkül tapması xammal və materialların tədarükü ilə bağlı olan məsələləri çətinləşdirir. Tədarükat işinin müvəffəq həyata keçirilməsi üçün tədarükat bazarı haqqında geniş və dolğun infor­ma­siyaları əldə etmək lazımdır. Toplanmış informasiyaları təhlil etmək və nəticə e'tibarı ilə onları qiymətləndirməklə tədarükat bazarının tutumunu və tədarü­katın optimal həcmini müəyyənləşdirmək mümkün olur.

Tədarükat bazarının tədqiqi və öyrənilməsi zamanı problemin qoyuluşuna xüsusi diqqət yetirilməlidir. Çünki tədarükat bazarının öyrənilməsi zamanı firma və müəssisələrin bu bazarda – a) istehsalçı müəssisə, hazır məhsulgöndərən və ya b) material resurslarının istehlakçısı kimi çıxış etməsinin taktika və strategiyasını müəyyənləşdirən ikili yanaşmadan istifadə olunur.

Tədqiqat işinin aparılmasında tədavül xərclərinin nisbi kəmiyyəti, xüsusi satış proqramında baş verən dəyişikliklər, elmi-texniki tərəqqinin nailiyyətlərin­dən istifadə, satış bazarında firmanın (şirkətin) xüsusi çəkisinin artması, rəqabət mühiti, məhsulgöndərənlərin məhsulgöndərmə intizamına əməl etmələri və on­la­rın birdəfəlik tərəf müqabilinə çevrilməsi, gələcəkdə yeni tədarükat bazar­larının əmələ gəlməsi və bu bazarda fəaliyyət mexanizmi, tədarükatın kəmiy­yətcə qeyri-müəyyənliyi kimi amillərin nəzərə alınması mütləq vacibdir. Ba­zarın tədqiqi müvafiq ardıcıllıqlar gözlənilməklə həyata keçiril­məlidir:


    • bazar probleminin müəyyənləşdirilməsi;

    • məsələnin qoyuluşu;

    • tədqiqat planının işlənməsi;

    • informasiyaya tələbatın təhlili;

    • informasiya mənbələrinin axtarılması;

    • tədarükat üzrə qərarların qəbul edilməsi.

Tədqiqatın aparılması ardıcıllığından göründüyü kimi firmalar (şirkətlər) tədarükat bazarını tədqiq etmək üçün özlərinin bu bazarla bağlı olan problemlərini müəyyənləşdirməlidir. Problemin düzgün müəyyənləşdirilməsi firmaların təsərrüfat fəaliyyətinə əhəmiyyətli dərəcədə tə'sir göstərməklə məsələnin həlli üçün tədqiqat planının işlənib hazırlanmasını zəruriyyətə çevirir. Tədqiqat planının reallaşdırılması müxtəlif səpkili informasiyalara əsaslandığından ilk öncə zəruri informasiyanın tipi, əldə edilməsi mənbələri, yığılması üsulları və təhlil metodları müəyyənləşdirilməlidir.

Xammal və materialların tədarükatı bazarının tədqiq edilməsi zamanı firmaların (şirkətlərin) hansı tip tədarükat bazarında fəaliyyət göstərməsi də böyük əhəmiyyətə malikdir. Tədarükat bazarının tiplərinin tə'yin edilməsi firmalara (müəssisələrə) imkan verir ki, onlar özlərinin fəaliyyət istiqamətlərini asanlıqla müəyyənləşdirərək tədarükatla bağlı işlərini tez həll etmiş olsunlar. Tədarükat logistikasında belə bazarlar aşağıdakı kimi təsnif olunur:



  • xammal və materiallara tələbatı ödəyən bazarlar;

  • məhsulgöndərənlər tərəfindən istifadə edilən bazarlar;

  • tam və qismən əvəz edilən məhsullar bazarı;

  • yeni bazarlar.

Seçilmiş məqsəd bazarının tədqiq edilməsi informasiyaların toplanmasına əsaslanır. Toplanmış informasiyalar bazarda tələb və təklifin mövcud vəziyyətini, eləcə də bazar tarazlığının meydana gəlməsi şərtlərini əks etdirməklə aşağıdakı suallara cavab verməlidir:

  • tədqiq edilən bazarın quruluşu necədir;

  • tədqiq edilən bazar necə təşkil edilmişdir;

  • bazarın quruluşu gələcəkdə necə olacaq və onun təşkili hansı prinsiplərə əsaslanacaq.

Qeyd edilən məsələləri həll etmək məqsədilə informasiyalar üç aspektdə qruplaşdırılır:

  • bazarın müasir təhlili;

  • bazar konyukturasının dəyişilməsi dinamikası;

  • bazar dəyişkənliyinin proqnozlaşdırılması.

İstehsal-texniki tə'yinatlı məhsullar üzrə potensial istehlakçıların sifarişləri tədarükat bazarının təhlil edilməsi üçün mühüm vasitə hesab edilir. Məhz bu sifarişlərdən istifadə etməklə bazarı potensial tələbə istiqamətləndirmək mümkün olur.

Material resurslarının həcmi, məhsulgön­dərmənin müddəti və məhsulların istehsal istehlakına yönəldilməsi satış baza­rının nəticəsi kimi istehsal proqramından asılıdır. İstehsal proqramının yeri­nə yetirilməsi üçün onun xammal və materiallarla təmin edilməsi mexanizmi bir sıra firmaları (şirkətləri) ümumi bir problemlə qarşı-qarşıya qoyur. Belə ki, onlar bir tərəfdən istehsal proqramını sadə və hər vaxt iqtisadi cəhətdən səmərəli olmayan xammal və materiallarla tə'min etmək, digər tərəfdən isə iqtisadi baxımdan əlverişli materialların alınması izafi vaxt tələb etdiyindən bu proq­ramın icrasını müəyyən müddətə qədər ləngitmək və ya saxlamaqla yerinə yetirmək məcburiyyətində qalırlar.

Bazarı tədqiq etdikdən və konkret məhsulgöndərənləri seçdikdən sonra tədarükat şöbəsi konkret məhsulgöndərmələr üçün firmanın (şirkətin) tələbatını müəy­yənləşdirir. Tələbatın tə'yin edilməsi ehtiyatların idarə edilməsi strategiyasına əsaslanır və iki: sifarişlər və məsrəf metodu əsasında müəyyənləşir. Tələbatın plana uyğun təyini keyfiyyət və kəmiyyət üzrə məhsul və xidmətlərin aşkar edilməsi deməkdir.

Sifarişlər əsasında tələbatı müəyyənləşdirmək mümkün olmadıqda və ya bu metodun tətbiqi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmədikdə məsrəf metodundan istifadə olunur. Proqnozlaşdırılan tələbat bu halda sadə hesablama metodlarının köməyilə təyin edilir. Əksər hallarda təsərrüfat praktikasında buna əlavə kimi proqnozlaşdırmanın intuitiv metodundan da (məsrəflər hər hansı ixtiyari xarici faktorların tə'sirinə mə'ruz qalmır) istifadə edilir.

Qərb ölkələrində istehsalçı firmalar (müəssisələr) tərəfindən əldə edilən istehsal-texniki təyinatlı məhsullar tədarükatın növləri və alış metodlarına görə təsnif edilir. Belə təsnif etmə istehsal-texniki tə'yinatlı məhsulların növlərinə (xammal və materiallar, yanacaq, dəstləşdirici məmulatlar və avadan­lıqlar) və saxlanma şərtlərinə görə aparılır.

Tədarükat bazarında seçilmiş məhsulların göndərilməsi üsulları da müxtəlif­liyinə görə fərqlənir. Əvvəlcədən tələbatı müəyyənləşdirilməyən və uzunmüddətli anbarlaşdırmaya ehtiyacı olmayan xammal və materialların alınması və göndərilməsi onların istehsal istehlakı yaxınlaşdıqca həyata keçirilir. Nəqliyyat xərcləri təchizat işini yerinə yetirən kommersiya təşkilatlarının və nəqliyyat şirkətlərinin diqqət mərkəzində olmalıdır. Müxtəlif təyinatlı istehsal vasitələrinin tədarükatını həyata keçirən zaman nəqliyyat xərclərini azaltmaq üçün təkcə yük daşıma məntəqələri arasında məsafə deyil, həmçinin nəqliyyatın növü, məhsulgöndərmənin sürəti, yük partiyası və onların qablaşdırılması üsulları, qarışıq və qarşılıqlı məhsulgöndərmə metodlarının seçil­məsi və s. nəzərə alınmalıdır.

Tədarükat işində nəqliyyat xərcləri ilə bərabər materialların saxlanılması zamanı yaranan əlaqədar xərclərin də uçota alınması mühüm əhəmiyyətə ma­likdir. Burada təchizatın birmə'nalı məqsədi – istehsal ehtiyatlarının minimum həddi daxilində məhsul istehsalı üzrə tapşırıqların səmərəli icra edilməsinə nail olmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, müasir iqtisadi şəraitdə aparıcı kapitalist ölkələrinə məxsus olan firma və ya şirkətlər istehsal yerləri və ya sahələrinin əsas növ xammal və materiallar, yarımfabrikatlar və müxtəlif dəstləşdirici mə'mulatlarla təchiz edilməsində əsaslı problemlərlə üzləşmədiklərindən (və ya təchizat işini yüksək səviyyədə təşkil etdiklərindən) onların təchizatla məşğul olan orqanları normadan artıq ehtiyatların yaradılması prob­lemləri ilə də qarşı­laş­mırlar. Bu heç də o demək deyildir ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin istehsal sahələrində ehtiyatlar yaradılmır və ya bunun üçün heç bir vadaredici səbəblər də mövcud deyil. Tədarükat bazarında xüsusi çəkiyə malik olan istehsalçı firmaların (müəssisələrin) idarəetmə aparatı belə qənaətə gəlmişdir ki, bu bazarla əlaqələrin düzgün qurulması və burada tədarükat işinin optimal planlaşdırılması firmanın (şirkətin) satış bazarında normal fəaliyyətinə zəmin yaradır. Firmalar (şirkətlər) özlərinin təchizat siyasətini hazırlayan zaman əsasən iki mühüm:


  1. Nəzərdə tutulan tədarükatın əhəmiyyəti (istehsal edilən məhsulun spesifik xüsusiyyətlərinə potensial təsir etmə; istehsal xərclərinin səviyyəsinin azaldılması və mənfəət həcminin yüksəldilməsi);

Məhsulgöndərmə bazarının spesifik xüsusiyyətləri (bazar imkanlarının məhdudluğu; bazara nüfuz edilməsi yolunda maneələrin mövcudluğu; bazarın monopolist və oliqopolist xarakteri) kimi aspeklərə daha çox diqqət yönəltməlidirlər. Sənaye firmalarının maddi-texniki təminatında mühüm məsələlərdən biri də alınan xammal və materialların, dəstləşdirici mə'mulatların keyfiyyətidir. Məhsulun keyfiyyətionun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məjmusudur. Bu baxımdan xammal və materialların keyfiyyəti daxili və beynəlxalq tədarükat bazarlarında sərt rəqabət mühitinin mövcudluğu şəraitində fəaliyyət göstərən potensial məhsulgöndərənlər arasında böyük aktuallığa malikdir.

Tədarükat praktikasında aşağı keyfiyyətli məhsulların göndərilməsi halları da müşahidə edilir. Bununla əlaqədar istehlakçı firmalar aşağı keyfiyyətli məhsul­göndərmələrin həcminin azaldılmasına yönəldilmiş müxtəlif iqtisadi təd­birlər sistemi hazırlayır və həyata keçirirlər. Məhz belə hallarla rastlaşan firmalar məhsulları səbəbkar məhsulgöndərənlərə dəyəri və daşınma haqları (tədarükat müqavilələrində nəzərdə tutulduqda) ödənilmədən geri qaytarır və müvafiq cərimə sanksiyaları tətbiq edirlər.

Son illərdə dünya praktikasında alınacaq məhsulların keyfiyyətini yüksəltmək, tədarükat müqavilələrinin bağlanması prosedurunu və onların yerinə yetirilməsinə nəzarət mexanizmini sadələşdirmək üçün məhsulgöndərən firma­larla bir sıra əməkdaşlıq formaları, o cümlədən assosiasiyalar meydana gəlmişdir. Belə assosiasiyalar bir qayda olaraq hidravlika, pnevmatika, elektron və elektrotexnika kimi zəruri komponentlərə əsaslanan mürəkkəb texnologiyalı sənaye robotlarının istehsalı, çevik istehsal idarəetmə sistemlərinin yaradılması, istehsal texnoloji sistem-lər üçün periferik avadanlıqların istehsalı və quraşdırılması üzrə ixtisaslaşmışlar. Beləliklə, tədarükat logistikasının funksiyalarını aşağıdakı kimi formalaşdırmaq olar:


  • məhsulgöndərənlərlə optimal təsərrüfat əlaqələrinin qurulması;

  • istehsalın maddi texniki tə'minatının planlaşdırılması və təşkili;


  • Yüklə 325 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə