Hərbi Tibb Fakültəsinin yeni tədris
binası istifadəyə verilib
Hərbi Tibb Fakültəsinin yeni tədris
binası istifadəyə verilib
Təsisçi: Azərbaycan
Tibb Universiteti
Qəzet 1933 -cü ildən çıxır. № 07 (1647) 15 aprel 2017 - ci il Qiyməti 50 qəpik
Azərbaycanda autizmli uşaqların sayı artır
Cibutinin Səhiyyə
naziri ATU-da qonaq
oldu
Xalqımıza qarşı törədilən erməni vəhşiliyi
UNİCEF məsləhətçisi ilə görüş keçirilib
Azərbaycan-Türkiyə 3-cü
Beynəlxalq Bariatrik-
Metobolik cərrahiyyə
konqresi keçirildi
Azərbaycanda ilk dəfə olaraq Tibb Uni-
versitetinin nəzdində Heriatriya şöbəsi
fəaliyyət göstərəcək
Nizam-intizam
qaydaları ilə bağlı
iclas keçirildi
TANINMIŞ ŞAİR ELDAR
İSMAYILIN 75 İLLİK
YUBİLEYİ QEYD OLUNUB
BU SAYIMIZDA
2
İlham Əliyev:
İslam dini dostluq dinidir
Bu qeydlərin sərlöv
həsinə çıxarılmış fikir
dövlətimizin
başçısı
nın həmin mərasimdəki
nitqindən
götürülüb.
Prezi dent deyib: “Əfsuslar
olsun ki, bəzi hallarda İs
lam dini haqqında qəsdən
yalan məlumatlar yayı
lır, islamofobiya siyasəti
aparılır. Bu gün dünyada
dinlərarası dialoqdan çox da
nışılır və buna böyük ehtiyac
vardır. Ancaq bəzi hallarda
dini ayrıseçkilik meyilləri də
görünür. Biz İslam dininə qar
şı aparılan kampaniyanı və
əsassız ittihamları rədd edi
rik. İslam dini dostluq dinidir.
İslam dövlətləri arasında çox
geniş mənada əməkdaşlığa
və dostluğa ehtiyac var”.
Azərbaycanda bütün millət
lərin, dinlərin nümayən dələ
rinin bir ailə kimi yaşadığını
qeyd edən Prezident vurğu
layıb ki, ölkəmizdə heç vaxt
milli və dini zəmində ayrı
seçkilik olmayıb, yoxdur və
olmayacaq.
Çoxcildliyin bu nəşrinə da
xil olan materiallar 2009cu
ilin iyulundan sentyabrınadək
olan dövrü əhatə edir.
Azərbaycan
Respublikası
Prezidenti Administrasiya
sının rəhbəri akademik Ra
miz Mehdiyevin buraxılışına
məsul olduğu çoxcildliyin bu
kitabda dövlətimizin başçısı
nın Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığına,
Rumıniyaya, Rusiya Federa
siyasına, Qazaxıstana səfər
lərinə, habelə Suriya və Lat
viya prezidentlərinin Bakıya
səfərləri zamanı bu ölkələrin
dövlət və hökumət başçıla
rı ilə danışıqlarına, mətbuata
bəyanatlarına,
imzalanan
sənəd lərə dair materiallar
top lanıb.
Nəşrin bu cildinə Azərbaycan
Prezidentinin
ölkəmizə
səfər etmiş Birləşmiş Ərəb
Əmirlikləri, ABŞ, İsveç, Çe
xiya, Almaniya, Türkiyə, Be
larus və digər dövlətlərin,
ATƏT, Avropa İttifaqı, TÜRK
SOY təşkilatlarının, xari
ci şirkətlərin yüksək vəzifəli
şəxslərini qəbul etməsinə
dair materiallar, habelə döv
lətimizin başçısının mək tub
ları daxil edilib.
Azərbaycan Prezidenti bü
tün görüş və danışıqların
da Ermənistanın işğalçılıq
siyasətini önə çəkib, dünya
ictimaiyyətini Dağlıq Qarabağ
probleminin beynəlxalq hü
quq normaları çərçivəsində
həllinə dəstək olmağa çağırıb.
Bu cilddə, həmçinin Prezi
dent İlham Əliyevin Nazirlər
Kabinetinin 2009cu ilin bi
rinci yarısının sosialiqti
sadi inkişafının yekunlarına
həsr olunmuş iclasında giriş
və yekun nitqləri, Naxçıvan
Muxtar Respublikasına, Ha
cıqabul, Quba, Qusar rayon
larına səfərlərinə, bölgələrdə
ictimaiyyət nümayəndələri ilə
görüşlərinə, təhsil, səhiyyə və
sənaye müəssisələrinin, inf
rastruktur obyektlərinin açılı
şında iştirakına, paytaxtımız
da aparılan abadlıqqurucu
luq işləri ilə tanışlığına dair
informasiyalar yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi
adlar”,
“Coğrafi
adlar”
göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən bu
raxılan 37ci cildin hazırlan
masında Azərbaycan Dövlət
İnformasiya
Agentliyinin
(AZƏRTAC) materiallarından
istifadə olunub.
“İlham Əliyev. İnkişaf -
məqsədimizdir” çoxcil d-
li yinin 37-ci cildi çapdan
çıxıb.
AZƏRTAC xəbər verir
ki, çoxcildliyin bu cildi
Azərbaycan Prezidenti
İlham Əliyevin Təzəpir
məscid kompleksinin
əsaslı yenidənqurma və
geniş tikinti işlərindən
sonra istifadəyə veril-
məsi mərasimində iştira-
kına dair informasiya ilə
başlanır.
2
3
6
7
4
5
7
3
15 aprel 2017-ci il
2
http://w w w.amu.edu.az
u
Azərbaycan Tibb Universitetinin
Tədris Terapevtik Klinikasında
Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi
(UPSİM) yaradılıb.
Son illər inkişaf problemlərinin və
autizm spektr pozulmalarının rastgəlmə
tezliyinin artmasını, bu problemlərin
erkən diaqnostikasının çox zəruri
olduğunu qeyd edən mərkəzin rəhbəri,
Nigar Sədiyeva, mərkəzin sadəcə klinik
deyil, elmi və tədris istiqamətlərində
də fəaliyyət göstərəcəyini bildirib:
“Mərkəzdə sağlam uşaq təqibi; inki-
şaf problemlərinin , pediatrik və psixi
xəstəliklərin erkən diaqnostikası və
müalicəsi həyata keçirilir. Mərkəz ölkədə
xüsusilə, neyroinkişaf problemlərinə
multidisiplinar yanaşmanı təmin etməyi
hədəfləyir. UPSİM tədris prosesi ilə
yanaşı, elmi əsaslar üzərində fəaliyyət
göstərməyi, dünyada mövcud bənzər
mərkəzlərlə əməkdaşlığı və beynəlxalq
təcrübənin ölkəmizdə tətbiqini planlaş-
dırır”.
Mərkəzin həkimlərindən artıq üç nəfəri
ABŞ-da elmi tədqiqatlar üzrə təhsil
almış, inkişaf pediatriyası bölmələrində
ixtisasartırma kurslarını keçiblər.
Nigar Sədiyeva mərkəzin yaranması-
nın əsas məqsədini belə: “ Franklin de-
yirdi ki, əgər öldükdən sonra xatırlanmaq
istəyirsinizsə, ya oxumağa dəyər şeylər
yazın, yaxud yazmağa dəyər işlər görün.
Biz, UPSİM-i bu arzularla , vətənimizə,
səhiyyəmizə, elmimizə faydalı olması
üçün yaratdıq”.
Qeyd edək ki, mərkəz dörd nəfərlik
həkim briqadasından və həkim
rezidentlərdən ibarətdir. Həkim briqa-
dası ATU-nun psixiatriya kafedrasının
psixiatrı İkram Rüstəmov, pediatr Nigar
Sədiyeva, assisent Nərmin Quliyeva
və uşaq nevroloqu Rima İbadovadan
ibarətdir.
Həkim-diyetoloq Leyla
Zülfüqarlı tələbələrə xəstə
haqqında məlumat verib:
“Pasientimiz Polimie-
lit keçirməsi ilə əlaqədar
olaraq aşağı ətraflarda
hərəkət məhdudiyyəti və
piylənmənin ən yüksək
dərəcəsinə çatıb. Ötən ilin
may ayında mənə müraciət
edərkən pasiyentin çəkisi
168 kq, bel çevrəsi isə 170
sm-dən yuxarı idi. Bu gün
isə pasientin çəkisi 105 kq, bel çevrəsi
isə artıq 108 sm-dir”.
Qeyd edək ki, Polimielit - ətrafların
kontrakturası ilə nəticələnən xəstəlik
olduğu üçün pasientin az hərəkətlilik
rejimində, əzələlərini xüsüsi qidalandı-
ran müalicəvi diyetası olub. O, 6,5 aya
idmansız, heç bir dərman qəbul etmədən
artıq çəkidən azad olub və hazırda 65 kq
çəkiyə malikdir.
ATU-nun mətbuat xidməti
Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi artıq fəaliyyətdədir
ATU-nun 4-cü kurs tələbələri nəzəri və praktik olaraq (rasional
qida və müalicəvi üsulla 65 kq arıqlayan pasiyent üzərində)
Diyetologiya elminin ilk dərsini keçiblər.
Müdafiə Nazirliyinin rəhbər
heyəti və Azərbaycan Tibb Univer-
sitetinin rektoru, professor Gəray
Gəraybəyli Silahlı Qüvvələrin Baş
Klinik Hospitalının ərazisində
yerləşən Hərbi Tibb Fakültəsinin
yeni tədris binasının açılışında iş-
tirak ediblər.
Silahlı Qüvvələrin Baş Qərar
gah rəisinin müaviniDöyüş
Hazır lığı və Hərbi Təhsil Baş
İdarəsinin rəisi, generalleyte
nant Nizam Osmanov təhsilin
yüksək səviyyədə təşkil edilməsi
üçün tibbi avadanlıqlar və bütün
kommunikasiya sistemləri ilə
təchiz edilmiş iki mərtəbəli yeni
bina barədə məlumat verib.
Bildirilib ki, tibb xidmətinin
təşkili və taktikası, eləcə də
hərbi tibbi profilaktika kafed
ralarının yerləşdiyi korpusda
kursantların nəzəri və praktiki
hazırlığı müasir tələblərə cavab
verən müxtəlif tədris sinifləri,
simulyasiya kabinetləri, la
boratoriya otaqları və digər
yardımçı bölmələrdə həyata
keçiriləcəkdir.
Bina ilə tanışlıqdan sonra ge
niş brifinq salonunda şəxsi
heyətlə görüş keçirilib. Əvvəlcə
ümummilli lider Heydər Əliyevin
və Vətənimizin azadlığı uğrunda
canlarını fəda etmiş şəhidlərin
xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri generalpol
kovnik Z.Həsənov Azərbaycan
Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin diqqət və qayğı
sı nəticəsində Silahlı Qüvvələrin
hər bir sahəsində olduğu kimi
hərbi tibb sahəsinin də sürətlə
inkişaf etdiyini vurğulayıb.
Müdafiə naziri ötən ilin ap
rel ayında cəbhə xəttində baş
vermiş döyüşləri, o cümlədən
Ermənistanın daim vəziyyəti
gərginləşdirmək
məqsədilə
təxribatlar törətməsini xatırlada
raq hərbi tibb mütəxəssislərinin
peşəkarlıqlarını
artırmala
rını, dərin biliklərə və geniş
təcrübəyə malik olmalarını xü
susi qeyd edib.
Azərbaycan Tibb Universi
tet inin
rektoru,
profes
sor G.Gəraybəyli də bu gü
nün Hərbi Tibb Fakültəsinin
tarixində əlamətdar gün ol
duğunu, yeni binada təhsilin
yüksək səviyyədə tədris olun
ması üçün şəraitin yaradıl
dığını, həmçinin niversitet
tərəfindən hərbi tibb kadrla
rının peşəkarlıq səviyyəsinin
artırılması məqsədilə hərtərəfli
köməkliyin göstəriləcəyini bil
dirib.
Sonda Müdafiə naziri tibbi
heyətə müvafiq tapşırıqlarını
verib.
Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib
•
Cibuti Səhiyyə Nazirinin başçılıq etdi-
yi nümayəndə heyəti Azərbaycan Tibb
Universitetində qonaq olub.
Cibutinin Səhiyyə naziri Dr.
Cama Elmi Okieh, Səhiyyə Nazirli
yinin
nümayəndələri,
Cibutinin
ölkəmizdəki səfiri Məhəmməd Ali
Kamil, o cümlədən Azərbaycanın
Cibutidəki səfiri Elman Abdullaye
vin daxil olduğu nümayəndə heyəti
ilə ATUnun rektoru, professor
Gəray Gəraybəyli arasında bir çox
məsələlərlə bağlı müzakirə aparılıb.
Görüşdə professor Gəray Gəraybəyli
qonaqlara universitetin fəaliyyəti,
ATUdakı mövcud tədris və təhsil
sistemi, tələbələrin keyfiyyətli təhsili
üçün yaradılan şərait haqqında ətraflı
məlumat verib. Qeyd edilib ki, ha
zırda ATU Azərbaycanda tibb təhsili
verən yeganə ali təhsil ocağıdır: “Uni
versitetimiz təkcə Azərbaycan deyil,
dünya üzrə də tanınan təhsil ocağına
çevrilməkdədir. Məhz bu səbəbdən bir
çox xarici ölkədən olan tələbələrimiz
var və hər il əcnəbi tələbələrin sayı
artır. Xarici tələbə sayına görə ATU
digər universitetlərlə müqayisədə
demək olar, birincidir. Universiteti
miz son illər beynəlxalq əlaqələrin
genişlənməsinə böyük diqqət yeti
rir. Bir çox xarici universitetlərlə sıx
əlaqələrimiz, qarşılıqlı əməkdaşlıq
sazişlərimiz var”. Rektor bildirib ki,
ATUnun beynəlxalq əlaqələri yalnız
tələbə mübadiləsi ilə məhdudlaşmır.
Həmçinin, universitet nəzdindəki
klinikalar
bir
çox
ölkələrdən
mütəxəssislər qəbul edir, onların
iştirakilə elmi konfranslar, seminar və
təlimlər keçirilir.
Rektor G.Gəraybəyli bu görüşün
gələcəkdə iki ölkənin səhiyyə və
təhsil sahəsində ciddi əlaqələrin qu
rulması istiqamətində atılmış böyük
addım olacağından əminliyini qeyd
edib: “Azərbaycan və Cibuti arasında
yüksək səviyyəli münasibətlər möv
cuddur və bu əlaqələr inkişaf edir.
İnanıram ki, həm səhiyyə sistemində,
həm də təhsil sektorunda əməkdaşlıq,
birgə layihələrin aparılması hər iki
tərəf üçün faydalı olacaq”.
Cibutinin Səhiyyə naziri Dr.Djama
Elmi Okieh Azərbaycanda olma
sından
məmnunluğunu
bildirdi.
O, səhiyyə naziri Oqtay Şirəliyevlə
görüş haqqında məlumat verərək
səhiyyə və tibb təhsili sahəsində
əməkdaşlıqda maraqlı olduqlarını
dedi: “Bizim ən böyük sərvətimiz in
san resurslarıdır. ATU Azərbaycanda
özünün nüfuzu ilə tanınan, seçilən
universitetlərdəndir. Çox istərdik ki,
ATUnun əcnəbi tələbələri arasında
bizim ölkənin gəncləri də olsun”.
Daha sonra ATUnun beynəlxalq
əlaqələr üzrə prorektoru Nadir Zey
nalov görüş iştirakçılarına ATUda
xarici vətəndaşların təhsil şərtləri,
qaydaları haqqında geniş məlumat
verdi. O, ATUda ümumilikdə 7000
ə yaxın tələbənin təhsil aldığını,
bunlardan 1500nün xarici tələbələr
olduğunu dedi. Qeyd olundu ki, ha
zırda ATUda 26 ölkədən tələbələri
müxtəlif əsaslarla təhsil alırlar.
N.Zeynalov həmçinin qonaqlara
ATUnun xarici tələbə yataqxanası
haqqında, tələbələrin asudə vaxtla
rının səmərəli keçirilməsi üçün təşkil
olunan tədbirlərdən də danışdı.
Görüşdə qarşılıqlı əməkdaşlığın ya
ranması və inkişaf etdirilməsinə dair
maraqlı müzakirələr aparıldı.
Cibutinin Səhiyyə naziri
ATU-da qonaq oldu
ATU-da yeni mərkəz yarandı
ATU-nun 4-cü kurs tələbələri Diyetologiya
elminin ilk dərsini keçiblər
15 aprel 2017-ci il
3
http://w w w.amu.edu.az
ATU-nun mətbuat xidməti
Azərbaycan xalqına, türk
dünyasına qarşı erməni daş
naklarının soyqırımı siyasəti
200 ilə yaxın bir dövrü əhatə
etməkdədir. 31 mart soyqırı
mı isə öz dəhşətləri ilə tarixin
qanlı salnaməsinə çevrilmişdir.
Azərbaycan Tibb Universiteti və
“Xocalı Soyqırımını Tanıtma” ictimai
birliyinin birgə təşkilatçılığı ilə 31 mart
– Azərbaycanlıların soyqırımı gününə
həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Tibb Universitetinin
müəllim və tələbələri, qurumun nü
may əndələri, Gənclər və İdman Na
zirliyinin və Xocalı rayon İcra Ha
kimiyyətinin məsul əməkdaşları,
həmçinin də digər ictimai qurumların
nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın
Dövlət Himni səsləndirilib, 31 mart
soyqırımı qurbanlarının və eləcə də
Vətənimizin ərazi bütövlüyü uğrunda
şəhid olmuş qəhrəmanlarımızın əziz
xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə acan
tədbirin aparıcısı, əslən Xocalıdan
olan məcburi köçkün Ayna Allah
yarqızı yaddaşına həkk olan o qanlı
hadisələrdən danışıb.
Sonra ATU nun tədris və müalicə
işləri üzrə prorektou, professor Sabir
Əliyev bildirib ki, 1918ci ildə Bakıda
və Azərbaycanın digər bölgələrində
ermənilərin törətdikləri qırğınlar
dan 99 il ötməsinə baxmayaraq, bu
vəhşiliklər xalqın qan yaddaşında
əbədi iz buraxıb: “Azərbaycan xal
qı çox zülmlərə dözüb. Bu gün bizim
üçün ən ağır günlərdən biridir. XX
əsrdə Azərbaycan xalqının yaşadı
ğı faciələri, soyqırımları, qətliamları
demək olar ki, heç bir xalq yaşamayıb.
Əgər biz keçən əsrin əvvəllərindən
danışmağa başlasaq, 18ci illərdə
Azərbaycan xalqı soyqırıma, 48ci
ildə deportasiyaya məruz qalıb. 88
ci ildə isə yenidən həm deportasi
ya, həm də faciəli günlər yaşayıb.
Ötən əsrin əvvəllərindən başlayaraq
ermənilərin azərbaycanlılara qarşı
həyata keçirdikləri amansız soyqı
rımı və deportasiya siyasəti 1918
1920ci illərdə xüsusən genişlənib
və Azərbaycan xalqını yer üzündən
tam silmək kimi iyrənc niyyətlərini
bütün çılpaqlığı ilə üzə çıxarıb”.
Sözünə davam edən S.Əliyev vur
ğuladı ki, ulu öndər Heydər Əliyevin
“Azərbaycanlıların soyqırımı” haqqın
da 26 mart 1998ci il tarixli fərmanı
ilə xalqımıza qarşı törədilmiş ağır
cinayətlərə hüquqi siyasi qiymət ve
rilmişdir. Bu gün isə Prezident cənab
İlham Əliyevin 30 dekabr 2009cu
il tarixli “Quba şəhərində Soyqırımı
Memorial Kompleksinin yaradılması
haqqında” sərancamı bu istiqamətdə
atılan mühüm addımlardan biri
dir. Azərbaycanın Birinci vitsepre
zidenti Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə Heydər Əliyev Fondu
nun soyqırımı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılma
sı istiqamətində gerçəkləşdirdiyi
layihələr xüsusi qeyd edilməlidir:
“Bu soyqırım Azərbaycan xalqı və
dövlətçiliyinin tarixində baş vermiş
faciəli hadisələrə milli yaddaşımı
zın təzahürüdür. Azərbaycanlıların
kütləvi surətdə qırğını, repressiya
lara məruz qalması, doğma yurdla
rından sürgün edilməsi və didərgin
salınması XX əsr tarixinin ən faciəli
və dəhşətli səhifələrindəndir. Erməni
millətçiləri tərəfindən törədilən bu
soyqırım zamanı 30 minə yaxın adam
öldürülüb. Təəssüflər olsun ki, həmin
qanlı mart hadisələri zamanı xalqı
mızın başına gətirilən faciə barədə
indiyədək dünya ictimaiyyəti yetərincə
məlumatlandırılmayıb”.
Tədbirdə çıxış edən Azərbaycan
Gənclər və İdman Nazirliyinin sek
tor müdiri Elşən Hüseynov yeniyetmə
və gənclər arasında vətənpərvərlik
hisslərinin
gücləndirilməsi
və
azərbaycanlılara qarşı törədilən soy
qırımı
haqqında
maarifləndirmə
işlərinin aparılmasının vacib olduğu
nu dilə gətirib. O, Xocalı faciəsinin
Azərbaycan xalqının yaddaşından
heç zaman silinməyəcəyini deyərək
tarixin qanlı səhifələrindən biri olan
31 mart soyqırımını təkcə xalqı
mıza qarşı deyil, ümumilikdə in
sanlıq əleyhinə törədilmiş cinayət
kimi qiymətləndirib. E.Hüseynov bu
cinayəti törədənlərin cəzalandırılması,
azərbaycanlılara qarşı həyata keçirilən
bu soyqırımı aktı barədə beynəlxalq
ictimaiyyətin məlumatlandırılmasının
təxirəsalinmazlıgını vurğulayıb.
Sonra “Xocalı Soyqırımını Tanıt
ma” İctimai Birliyinin üzvü, jurnalist
Emil Lətifoğlunun layihəsi əsasında
soyqırımı qurbanlarına həsr edilən
“Yara” sənədli filmi nümayiş etdirilib.
Bu səpkidə bir sıra layihələrin
də olduğunu vurğulayan rejis
sor E.Lətifoğlu “Yara” sənədli filmi
nin çəkilişi zamanı qarşıya çıxan
çətinliklərdən söhbət açıb və bu filmin
üzərində bir ilə yaxın iş getdiyini de
yib.
“Xocalı Soyqırımını Tanıtma” İc
timai Birliyinin sədri Şamil Sabiroğlu
da həmin faciəli günlərlə bağlı yaşa
dıqlarını bölüşüb. O, bildirib ki, bu cür
filmlərin çəkilməsi və nümayişi çox
önəmlidir, xüsusən də gənclər belə
filmərə baxmalı, millətimizin başı
na gətirilən bu faciə haqqında ətraflı
məlumatlandırılmalıdırlar.
Tədbirdə insan anatomiyası ka
fedranın professoru, tibb elmlər dok
toru Mübariz Allahverdiyev də çı
xış edərək, bütövlükdə Azərbaycan
xalqına və bütün bəşəriyyətə qarşı
yönəldilmiş Xocalı soyqırımını öz ağ
lasığmaz qəddarlığı və qeyriinsani
cəza üsulları ilə bəşər tarixində bir
vəhşilik aktı adlandırıb. O, çıxışını
erməninin əsl xislətini açıb göstərən
rus şairi Puşkinin “Sən qulsan, sən
oğrusan, çünki sən ermənisən” şeiri
ilə tamamlayaraq hamını bu soyqırı
mı aktını unutmamağa və işğal altın
da olan torpaqlarımızın tezliklə azad
edilməsi yolunda əllərindən gələni
etməyə səsləiyib.
“Qafqaz media” İctimai birliyinin
və eyni adlı saytın rəhbəri Hacı Azadə
Taleh çıxış edərək, erməni vandaliz
mini lənətləyib və soyqırımına həsr
etdiyi şeirini diqqətə çatdırıb.
Daha sonra ATUnun tələbələri
Nuranə
Mənsimzadənin
ifasın
da xalq şairi Cabir Novruzun “Sevin
Azərbaycanı” və Taleh Qasımovun ifa
sında xalq şairi Məmməd Arazın “Aya
ğa dur, Azərbaycan!” şeirləri tədbir iş
tirakçılarında xüsusi bir coşqu yaratdı
və onlarda vətənpərvərlik hisslərini bir
daha alovlandırdı.
Mənsur ƏLƏKBƏRLİ
Dostları ilə paylaş: |