Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 295,62 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix28.04.2017
ölçüsü295,62 Kb.
#16329
  1   2   3   4

Hərbi Tibb Fakültəsinin yeni tədris 

binası istifadəyə verilib

Hərbi Tibb Fakültəsinin yeni tədris 

binası istifadəyə verilib

Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 07 (1647) 15 aprel 2017 - ci il                                    Qiyməti 50 qəpik



Azərbaycanda autizmli uşaqların sayı artır

Cibutinin Səhiyyə 

naziri ATU-da qonaq 

oldu

Xalqımıza qarşı törədilən erməni vəhşiliyi



UNİCEF məsləhətçisi ilə görüş keçirilib

Azərbaycan-Türkiyə 3-cü 

Beynəlxalq Bariatrik-

Metobolik cərrahiyyə 

konqresi keçirildi

Azərbaycanda ilk dəfə olaraq Tibb Uni-

versitetinin nəzdində Heriatriya şöbəsi 

fəaliyyət göstərəcək

Nizam-intizam 

qaydaları ilə bağlı 

iclas keçirildi



TANINMIŞ ŞAİR ELDAR 

İSMAYILIN 75 İLLİK 

YUBİLEYİ QEYD OLUNUB

BU  SAYIMIZDA 

2

 

İlham Əliyev: 



İslam dini dostluq dinidir

Bu  qeydlərin  sərlöv­

həsinə  çıxarılmış  fikir 

dövlətimizin 

başçısı­

nın  həmin  mərasimdəki 

nitqindən 

götürülüb. 

Prezi dent deyib: “Əfsuslar 

olsun ki, bəzi hallarda İs­

lam dini haqqında qəsdən 

yalan  məlumatlar  yayı­

lır,  islamofobiya  siyasəti 

aparılır. Bu gün dünyada 

dinlərarası dialoqdan çox da­

nışılır və buna böyük ehtiyac 

vardır.  Ancaq  bəzi  hallarda 

dini ayrı­seçkilik meyilləri də 

görünür. Biz İslam dininə qar­

şı  aparılan  kampaniyanı  və 

əsassız  ittihamları  rədd  edi­

rik. İslam dini dostluq dinidir. 

İslam dövlətləri arasında çox 

geniş  mənada  əməkdaşlığa 

və dostluğa ehtiyac var”.

Azərbaycanda bütün millət­

lərin,  dinlərin  nümayən dələ­

rinin  bir  ailə  kimi  yaşadığını 

qeyd  edən  Prezident  vurğu­

layıb  ki,  ölkəmizdə  heç  vaxt 

milli  və  dini  zəmində  ayrı­

seçkilik  olmayıb,  yoxdur  və 

olmayacaq.

Çoxcildliyin  bu  nəşrinə  da­

xil  olan  materiallar  2009­cu 

ilin iyulundan sentyabrınadək 

olan dövrü əhatə edir.

Azərbaycan 

Respublikası 

Prezidenti  Administrasiya­

sının  rəhbəri  akademik  Ra­

miz  Mehdiyevin  buraxılışına 

məsul olduğu çoxcildliyin bu 

kitabda dövlətimizin başçısı­

nın Böyük Britaniya və Şimali 

İrlandiya  Birləşmiş  Krallığına, 

Rumıniyaya,  Rusiya  Federa­

siyasına,  Qazaxıstana  səfər­

lərinə,  habelə  Suriya  və  Lat­

viya  prezidentlərinin  Bakıya 

səfərləri zamanı bu ölkələrin 

dövlət  və  hökumət  başçıla­

rı ilə danışıqlarına, mətbuata 

bəyanatlarına, 

imzalanan 

sənəd lərə  dair  materiallar 

top lanıb.

Nəşrin bu cildinə Azərbaycan 

Prezidentinin 

ölkəmizə 

səfər  etmiş  Birləşmiş  Ərəb 

Əmirlikləri,  ABŞ,  İsveç,  Çe­

xiya,  Almaniya,  Türkiyə,  Be­

larus  və  digər  dövlətlərin, 

ATƏT,  Avropa  İttifaqı,  TÜRK­

SOY  təşkilatlarının,  xari­

ci  şirkətlərin  yüksək  vəzifəli 

şəxslərini  qəbul  etməsinə 

dair  materiallar,  habelə  döv­

lətimizin  başçısının  mək tub­

ları daxil edilib.

Azərbaycan  Prezidenti  bü­

tün  görüş  və  danışıqların­

da  Ermənistanın  işğalçılıq 

siyasətini  önə  çəkib,  dünya 

ictimaiyyətini Dağlıq Qarabağ 

probleminin  beynəlxalq  hü­

quq  normaları  çərçivəsində 

həllinə dəstək olmağa çağırıb.

Bu  cilddə,  həmçinin  Prezi­

dent  İlham  Əliyevin  Nazirlər 

Kabinetinin  2009­cu  ilin  bi­

rinci  yarısının  sosial­iqti­

sadi  inkişafının  yekunlarına 

həsr  olunmuş  iclasında  giriş 

və  yekun  nitqləri,  Naxçıvan 

Muxtar  Respublikasına,  Ha­

cıqabul, Quba, Qusar rayon­

larına  səfərlərinə,  bölgələrdə 

ictimaiyyət nümayəndələri ilə 

görüşlərinə, təhsil, səhiyyə və 

sənaye  müəssisələrinin,  inf­

rastruktur obyektlərinin açılı­

şında iştirakına, paytaxtımız­

da  aparılan  abadlıq­qurucu­

luq  işləri  ilə  tanışlığına  dair 

informasiyalar yer alıb.

Kitaba  “Qeydlər”,  “Şəxsi 

adlar”, 

“Coğrafi 

adlar” 

göstəriciləri daxil edilib.



“Azərnəşr”  tərəfindən  bu­

raxılan 37­ci cildin hazırlan­

masında  Azərbaycan  Dövlət 

İnformasiya 

Agentliyinin 

(AZƏRTAC)  materiallarından 

istifadə olunub.

“İlham Əliyev. İnkişaf - 

məqsədimizdir”  çoxcil d-

li yinin 37-ci cildi çapdan 

çıxıb.

AZƏRTAC xəbər verir 

ki, çoxcildliyin bu cildi 

Azərbaycan Prezidenti 

İlham Əliyevin Təzəpir 

məscid kompleksinin 

əsaslı yenidənqurma və 

geniş tikinti işlərindən 

sonra istifadəyə veril-

məsi mərasimində iştira-

kına dair informasiya ilə 

başlanır.

2

3

6

7

4

5

7

3


15 aprel 2017-ci il

2

http://w w w.amu.edu.az



u

 

Azərbaycan Tibb Universitetinin 



Tədris Terapevtik Klinikasında 

Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi 

(UPSİM) yaradılıb.

Son illər inkişaf problemlərinin və 

autizm spektr pozulmalarının rastgəlmə 

tezliyinin artmasını, bu problemlərin 

erkən diaqnostikasının çox zəruri 

olduğunu qeyd edən mərkəzin rəhbəri,  

Nigar Sədiyeva, mərkəzin sadəcə klinik 

deyil, elmi və tədris istiqamətlərində 

də fəaliyyət göstərəcəyini bildirib: 

“Mərkəzdə sağlam uşaq təqibi;  inki-

şaf problemlərinin , pediatrik və psixi 

xəstəliklərin erkən diaqnostikası və 

müalicəsi həyata keçirilir. Mərkəz ölkədə 

xüsusilə, neyroinkişaf problemlərinə 

multidisiplinar yanaşmanı təmin etməyi 

hədəfləyir. UPSİM tədris prosesi ilə 

yanaşı, elmi əsaslar üzərində fəaliyyət 

göstərməyi, dünyada mövcud bənzər 

mərkəzlərlə əməkdaşlığı və beynəlxalq 

təcrübənin ölkəmizdə tətbiqini planlaş-

dırır”.

Mərkəzin həkimlərindən artıq üç nəfəri 



ABŞ-da elmi tədqiqatlar üzrə təhsil 

almış, inkişaf pediatriyası bölmələrində 

ixtisasartırma kurslarını keçiblər.

Nigar Sədiyeva  mərkəzin yaranması-

nın əsas məqsədini belə: “ Franklin de-

yirdi ki, əgər öldükdən sonra xatırlanmaq 

istəyirsinizsə, ya oxumağa dəyər şeylər 

yazın, yaxud yazmağa dəyər işlər görün. 

Biz, UPSİM-i bu arzularla , vətənimizə, 

səhiyyəmizə, elmimizə faydalı olması 

üçün yaratdıq”.

Qeyd edək ki, mərkəz dörd nəfərlik 

həkim briqadasından və həkim 

rezidentlərdən ibarətdir.  Həkim briqa-

dası ATU-nun psixiatriya  kafedrasının 

psixiatrı İkram Rüstəmov,  pediatr Nigar 

Sədiyeva, assisent Nərmin Quliyeva 

və uşaq nevroloqu Rima İbadovadan 

ibarətdir.

Həkim-diyetoloq Leyla 

Zülfüqarlı tələbələrə xəstə 

haqqında məlumat verib: 

“Pasientimiz Polimie-

lit keçirməsi ilə əlaqədar 

olaraq aşağı ətraflarda 

hərəkət məhdudiyyəti və 

piylənmənin ən yüksək 

dərəcəsinə çatıb. Ötən ilin 

may ayında mənə müraciət 

edərkən pasiyentin çəkisi 

168 kq, bel çevrəsi isə 170 

sm-dən yuxarı idi. Bu gün 

isə pasientin çəkisi 105 kq, bel çevrəsi 

isə artıq 108 sm-dir”.

Qeyd edək ki, Polimielit - ətrafların 

kontrakturası ilə nəticələnən xəstəlik 

olduğu üçün pasientin az hərəkətlilik 

rejimində, əzələlərini xüsüsi qidalandı-

ran müalicəvi diyetası olub. O, 6,5 aya 

idmansız, heç bir dərman qəbul etmədən 

artıq çəkidən azad olub və hazırda 65 kq 

çəkiyə malikdir.



ATU-nun mətbuat xidməti

Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi artıq fəaliyyətdədir

ATU-nun 4-cü kurs tələbələri nəzəri və praktik olaraq (rasional 

qida və müalicəvi üsulla 65 kq arıqlayan pasiyent üzərində) 

Diyetologiya elminin ilk dərsini keçiblər.

Müdafiə Nazirliyinin rəhbər 

heyəti və Azərbaycan Tibb Univer-

sitetinin rektoru, professor Gəray 

Gəraybəyli Silahlı Qüvvələrin Baş 

Klinik Hospitalının ərazisində 

yerləşən Hərbi Tibb Fakültəsinin 

yeni tədris binasının açılışında iş-

tirak ediblər.

Silahlı  Qüvvələrin  Baş  Qərar­

gah  rəisinin  müavini­Döyüş 

Hazır lığı  və  Hərbi  Təhsil  Baş 

İdarəsinin  rəisi,  general­leyte­

nant  Nizam  Osmanov  təhsilin 

yüksək səviyyədə təşkil edilməsi 

üçün tibbi avadanlıqlar və bütün 

kommunikasiya  sistemləri  ilə 

təchiz edilmiş iki mərtəbəli yeni 

bina barədə məlumat verib.

Bildirilib  ki,  tibb  xidmətinin 

təşkili  və  taktikası,  eləcə  də 

hərbi  tibbi  profilaktika  kafed­

ralarının  yerləşdiyi  korpusda 

kursantların  nəzəri  və  praktiki 

hazırlığı müasir tələblərə cavab 

verən  müxtəlif  tədris  sinifləri, 

simulyasiya  kabinetləri,  la­

boratoriya  otaqları  və  digər 

yardımçı  bölmələrdə  həyata 

keçiriləcəkdir.

Bina ilə tanışlıqdan sonra ge­

niş  brifinq  salonunda  şəxsi 

heyətlə  görüş  keçirilib.  Əvvəlcə 

ümummilli lider Heydər Əliyevin 

və Vətənimizin azadlığı uğrunda 

canlarını  fəda  etmiş  şəhidlərin 

xatirəsi ehtiramla yad edilib.

Müdafiə  naziri  general­pol­

kovnik  Z.Həsənov  Azərbaycan 

Prezidenti,  Ali  Baş  Komandan 

İlham Əliyevin diqqət və qayğı­

sı nəticəsində Silahlı Qüvvələrin 

hər  bir  sahəsində  olduğu  kimi 

hərbi  tibb  sahəsinin  də  sürətlə 

inkişaf etdiyini vurğulayıb.

Müdafiə  naziri  ötən  ilin  ap­

rel  ayında  cəbhə  xəttində  baş 

vermiş  döyüşləri,  o  cümlədən 

Ermənistanın  daim  vəziyyəti 

gərginləşdirmək 

məqsədilə 

təxribatlar törətməsini xatırlada­

raq hərbi tibb mütəxəssislərinin 

peşəkarlıqlarını 

artırmala­

rını,  dərin  biliklərə  və  geniş 

təcrübəyə  malik  olmalarını  xü­

susi qeyd edib.

Azərbaycan  Tibb  Universi­

tet inin 

rektoru, 

profes­


sor  G.Gəraybəyli  də  bu  gü­

nün  Hərbi  Tibb    Fakültəsinin 

tarixində  əlamətdar  gün  ol­

duğunu,  yeni  binada  təhsilin 

yüksək səviyyədə tədris olun­

ması  üçün  şəraitin  yaradıl­

dığını,  həmçinin  niversitet 

tərəfindən  hərbi  tibb  kadrla­

rının  peşəkarlıq  səviyyəsinin 

artırılması məqsədilə hərtərəfli 

köməkliyin göstəriləcəyini bil­

dirib.


Sonda  Müdafiə  naziri  tibbi 

heyətə  müvafiq  tapşırıqlarını 

verib.

Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib

• 

Cibuti Səhiyyə Nazirinin başçılıq etdi-



yi nümayəndə heyəti Azərbaycan Tibb 

Universitetində qonaq olub.

Cibutinin  Səhiyyə  naziri  Dr. 

Cama  Elmi  Okieh,  Səhiyyə  Nazirli­

yinin 


nümayəndələri, 

Cibutinin 

ölkəmizdəki  səfiri  Məhəmməd  Ali 

Kamil,  o  cümlədən  Azərbaycanın 

Cibutidəki  səfiri  Elman  Abdullaye­

vin  daxil  olduğu  nümayəndə  heyəti 

ilə  ATU­nun  rektoru,  professor 

Gəray  Gəraybəyli  arasında  bir  çox 

məsələlərlə bağlı müzakirə aparılıb.

Görüşdə professor Gəray Gəraybəyli 

qonaqlara  universitetin  fəaliyyəti, 

ATU­dakı  mövcud  tədris  və  təhsil 

sistemi, tələbələrin keyfiyyətli təhsili 

üçün yaradılan şərait haqqında ətraflı 

məlumat  verib.  Qeyd  edilib  ki,  ha­

zırda  ATU  Azərbaycanda  tibb  təhsili 

verən yeganə ali təhsil ocağıdır: “Uni­

versitetimiz  təkcə  Azərbaycan  deyil, 

dünya üzrə də tanınan təhsil ocağına 

çevrilməkdədir. Məhz bu səbəbdən bir 

çox xarici ölkədən olan tələbələrimiz 

var  və  hər  il  əcnəbi  tələbələrin  sayı 

artır.  Xarici  tələbə  sayına  görə  ATU 

digər  universitetlərlə  müqayisədə 

demək  olar,  birincidir.  Universiteti­

miz  son  illər  beynəlxalq  əlaqələrin 

genişlənməsinə  böyük  diqqət  yeti­

rir.  Bir  çox  xarici  universitetlərlə  sıx 

əlaqələrimiz,  qarşılıqlı  əməkdaşlıq 

sazişlərimiz var”.  Rektor bildirib ki, 

ATU­nun beynəlxalq əlaqələri yalnız 

tələbə  mübadiləsi  ilə  məhdudlaşmır. 

Həmçinin,  universitet  nəzdindəki 

klinikalar 

bir 

çox 


ölkələrdən 

mütəxəssislər  qəbul  edir,  onların 

iştirakilə elmi konfranslar, seminar və 

təlimlər keçirilir.

Rektor  G.Gəraybəyli  bu  görüşün 

gələcəkdə  iki  ölkənin  səhiyyə  və 

təhsil  sahəsində ciddi əlaqələrin qu­

rulması  istiqamətində  atılmış  böyük 

addım  olacağından  əminliyini  qeyd 

edib: “Azərbaycan və Cibuti arasında 

yüksək  səviyyəli  münasibətlər  möv­

cuddur  və  bu  əlaqələr  inkişaf  edir. 

İnanıram ki, həm səhiyyə sistemində, 

həm də təhsil sektorunda əməkdaşlıq, 

birgə  layihələrin  aparılması  hər  iki 

tərəf üçün faydalı olacaq”.

Cibutinin  Səhiyyə  naziri  Dr.Djama 

Elmi  Okieh  Azərbaycanda  olma­

sından 

məmnunluğunu 



bildirdi. 

O,  səhiyyə  naziri  Oqtay  Şirəliyevlə 

görüş  haqqında  məlumat  verərək 

səhiyyə  və  tibb  təhsili  sahəsində 

əməkdaşlıqda  maraqlı  olduqlarını 

dedi: “Bizim ən böyük sərvətimiz in­

san resurslarıdır. ATU Azərbaycanda 

özünün  nüfuzu  ilə  tanınan,  seçilən 

universitetlərdəndir.  Çox  istərdik  ki, 

ATU­nun  əcnəbi  tələbələri  arasında 

bizim ölkənin gəncləri də olsun”.

Daha  sonra  ATU­nun  beynəlxalq 

əlaqələr  üzrə  prorektoru  Nadir  Zey­

nalov  görüş  iştirakçılarına  ATU­da  

xarici  vətəndaşların  təhsil  şərtləri, 

qaydaları  haqqında  geniş  məlumat 

verdi. O, ATU­da ümumilikdə 7000­

ə  yaxın  tələbənin  təhsil  aldığını, 

bunlardan 1500­nün xarici tələbələr 

olduğunu dedi. Qeyd olundu ki, ha­

zırda  ATU­da  26  ölkədən  tələbələri 

müxtəlif  əsaslarla  təhsil  alırlar. 

N.Zeynalov  həmçinin  qonaqlara 

ATU­nun  xarici  tələbə  yataqxanası 

haqqında,  tələbələrin  asudə  vaxtla­

rının səmərəli keçirilməsi üçün təşkil 

olunan tədbirlərdən də danışdı.

Görüşdə qarşılıqlı əməkdaşlığın ya­

ranması və inkişaf etdirilməsinə dair 

maraqlı müzakirələr aparıldı.  



Cibutinin Səhiyyə naziri 

ATU-da qonaq oldu

ATU-da yeni mərkəz yarandı

ATU-nun  4-cü  kurs  tələbələri  Diyetologiya 

elminin ilk dərsini keçiblər

15 aprel 2017-ci il

3

http://w w w.amu.edu.az



ATU-nun mətbuat xidməti

 Azərbaycan xalqına, türk 

dünyasına qarşı erməni daş­

naklarının soyqırımı siyasəti 

200 ilə yaxın bir dövrü əhatə 

etməkdədir. 31 mart soyqırı­

mı isə öz dəhşətləri ilə tarixin 

qanlı salnaməsinə çevrilmişdir. 

Azərbaycan  Tibb  Universiteti  və 

“Xocalı  Soyqırımını  Tanıtma”  ictimai 

birliyinin birgə təşkilatçılığı ilə 31 mart 

– Azərbaycanlıların soyqırımı gününə 

həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə  Tibb  Universitetinin 

müəllim  və  tələbələri,  qurumun  nü­

may əndələri,  Gənclər  və  İdman  Na­

zirliyinin  və  Xocalı  rayon  İcra  Ha­

kimiyyətinin    məsul  əməkdaşları, 

həmçinin də digər ictimai qurumların 

nümayəndələri iştirak ediblər.

Tədbirdə  əvvəlcə  Azərbaycanın 

Dövlət  Himni  səsləndirilib,  31  mart 

soyqırımı  qurbanlarının  və  eləcə  də 

Vətənimizin ərazi bütövlüyü  uğrunda 

şəhid  olmuş  qəhrəmanlarımızın  əziz 

xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Mərasimi  giriş  sözü  ilə  acan 

tədbirin  aparıcısı,  əslən  Xocalıdan 

olan  məcburi  köçkün  Ayna  Allah­

yarqızı  yaddaşına  həkk  olan  o  qanlı 

hadisələrdən danışıb.

Sonra ATU­ nun tədris və müalicə 

işləri üzrə prorektou, professor Sabir 

Əliyev bildirib ki, 1918­ci ildə Bakıda 

və  Azərbaycanın  digər  bölgələrində 

ermənilərin  törətdikləri  qırğınlar­

dan  99  il  ötməsinə  baxmayaraq,  bu 

vəhşiliklər  xalqın  qan  yaddaşında 

əbədi  iz  buraxıb:    “Azərbaycan  xal­

qı çox zülmlərə dözüb. Bu gün bizim 

üçün  ən  ağır  günlərdən  biridir.  XX 

əsrdə  Azərbaycan  xalqının  yaşadı­

ğı  faciələri,  soyqırımları,  qətliamları 

demək olar ki, heç bir xalq yaşamayıb. 

Əgər  biz  keçən  əsrin  əvvəllərindən 

danışmağa  başlasaq,  18­ci  illərdə 

Azərbaycan  xalqı  soyqırıma,  48­ci 

ildə  deportasiyaya  məruz  qalıb.  88­

ci  ildə  isə  yenidən  həm  deportasi­

ya,  həm  də  faciəli  günlər  yaşayıb. 

Ötən  əsrin  əvvəllərindən  başlayaraq 

ermənilərin  azərbaycanlılara  qarşı 

həyata  keçirdikləri  amansız  soyqı­

rımı  və  deportasiya  siyasəti  1918­

1920­ci  illərdə  xüsusən  genişlənib 

və  Azərbaycan  xalqını  yer  üzündən 

tam  silmək  kimi  iyrənc  niyyətlərini 

bütün  çılpaqlığı  ilə  üzə  çıxarıb”. 

Sözünə  davam  edən  S.Əliyev  vur­

ğuladı  ki,  ulu  öndər  Heydər  Əliyevin  

“Azərbaycanlıların soyqırımı” haqqın­

da 26 mart 1998­ci il tarixli fərmanı 

ilə  xalqımıza  qarşı  törədilmiş  ağır 

cinayətlərə hüquqi­ siyasi qiymət ve­

rilmişdir. Bu gün isə Prezident cənab 

İlham  Əliyevin  30  dekabr  2009­cu 

il  tarixli  “Quba  şəhərində  Soyqırımı 

Memorial  Kompleksinin  yaradılması 

haqqında”  sərancamı  bu  istiqamətdə 

atılan  mühüm  addımlardan  biri­

dir.    Azərbaycanın  Birinci  vitse­pre­

zidenti  Mehriban  xanım  Əliyevanın 

rəhbərliyi  ilə  Heydər  Əliyev  Fondu­

nun  soyqırımı  ilə  bağlı  həqiqətlərin 

dünya  ictimaiyyətinə  çatdırılma­

sı  istiqamətində  gerçəkləşdirdiyi 

layihələr  xüsusi  qeyd  edilməlidir: 

“Bu  soyqırım  Azərbaycan  xalqı  və 

dövlətçiliyinin  tarixində  baş  vermiş 

faciəli  hadisələrə  milli  yaddaşımı­

zın  təzahürüdür.  Azərbaycanlıların 

kütləvi  surətdə  qırğını,  repressiya­

lara  məruz  qalması,  doğma  yurdla­

rından  sürgün  edilməsi  və  didərgin 

salınması  XX  əsr  tarixinin  ən  faciəli 

və  dəhşətli  səhifələrindəndir.  Erməni 

millətçiləri  tərəfindən  törədilən  bu 

soyqırım zamanı 30 minə yaxın adam 

öldürülüb. Təəssüflər olsun ki,  həmin 

qanlı  mart  hadisələri  zamanı  xalqı­

mızın  başına  gətirilən  faciə  barədə 

indiyədək dünya ictimaiyyəti  yetərincə 

məlumatlandırılmayıb”. 

Tədbirdə  çıxış  edən  Azərbaycan 

Gənclər  və  İdman  Nazirliyinin  sek­

tor müdiri Elşən Hüseynov yeniyetmə 

və  gənclər  arasında  vətənpərvərlik 

hisslərinin 

gücləndirilməsi 

və 


azərbaycanlılara  qarşı  törədilən  soy­

qırımı 


haqqında 

maarifləndirmə 

işlərinin  aparılmasının  vacib  olduğu­

nu  dilə  gətirib.  O,  Xocalı  faciəsinin 

Azərbaycan  xalqının  yaddaşından 

heç  zaman  silinməyəcəyini  deyərək 

tarixin  qanlı  səhifələrindən  biri  olan 

31  mart  soyqırımını  təkcə  xalqı­

mıza  qarşı  deyil,  ümumilikdə  in­

sanlıq  əleyhinə  törədilmiş  cinayət 

kimi  qiymətləndirib.  E.Hüseynov  bu 

cinayəti törədənlərin cəzalandırılması, 

azərbaycanlılara qarşı həyata keçirilən 

bu  soyqırımı  aktı  barədə  beynəlxalq 

ictimaiyyətin  məlumatlandırılmasının 

təxirəsalinmazlıgını vurğulayıb.

Sonra  “Xocalı Soyqırımını Tanıt­

ma”  İctimai  Birliyinin  üzvü,  jurnalist 

Emil  Lətifoğlunun  layihəsi  əsasında 

soyqırımı  qurbanlarına  həsr  edilən 

“Yara” sənədli filmi nümayiş etdirilib. 

Bu  səpkidə  bir  sıra  layihələrin 

də  olduğunu  vurğulayan  rejis­

sor  E.Lətifoğlu  “Yara”  sənədli  filmi­

nin    çəkilişi  zamanı  qarşıya  çıxan 

çətinliklərdən söhbət açıb və bu filmin 

üzərində bir ilə yaxın iş getdiyini de­

yib.


 “Xocalı Soyqırımını Tanıtma” İc­

timai Birliyinin sədri  Şamil Sabiroğlu 

da həmin faciəli günlərlə bağlı yaşa­

dıqlarını bölüşüb. O, bildirib ki, bu cür 

filmlərin  çəkilməsi  və  nümayişi  çox 

önəmlidir,  xüsusən  də  gənclər  belə 

filmərə  baxmalı,  millətimizin  başı­

na gətirilən bu faciə haqqında ətraflı 

məlumatlandırılmalıdırlar.

Tədbirdə  insan  anatomiyası  ka­

fedranın professoru, tibb elmlər dok­

toru  Mübariz  Allahverdiyev  də  çı­

xış  edərək,  bütövlükdə  Azərbaycan 

xalqına  və  bütün  bəşəriyyətə  qarşı 

yönəldilmiş Xocalı soyqırımını öz ağ­

lasığmaz  qəddarlığı  və  qeyri­insani 

cəza  üsulları  ilə  bəşər  tarixində  bir 

vəhşilik  aktı  adlandırıb.  O,  çıxışını  

erməninin  əsl  xislətini  açıb  göstərən 

rus  şairi  Puşkinin  “Sən  qulsan,  sən 

oğrusan,  çünki  sən  ermənisən”  şeiri 

ilə  tamamlayaraq  hamını  bu  soyqırı­

mı aktını unutmamağa və işğal altın­

da olan torpaqlarımızın tezliklə azad 

edilməsi  yolunda  əllərindən  gələni 

etməyə səsləiyib.

“Qafqaz  media”  İctimai  birliyinin 

və eyni adlı saytın rəhbəri Hacı Azadə 

Taleh  çıxış  edərək,  erməni  vandaliz­

mini  lənətləyib  və  soyqırımına    həsr 

etdiyi şeirini diqqətə çatdırıb.

Daha sonra ATU­nun   tələbələri 

Nuranə 

Mənsimzadənin 



ifasın­

da  xalq  şairi  Cabir  Novruzun  “Sevin 

Azərbaycanı” və Taleh Qasımovun ifa­

sında xalq şairi Məmməd Arazın “Aya­

ğa dur, Azərbaycan!”  şeirləri tədbir iş­

tirakçılarında xüsusi bir coşqu yaratdı 

və onlarda vətənpərvərlik hisslərini bir 

daha alovlandırdı.



 Mənsur ƏLƏKBƏRLİ

Yüklə 295,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin