Qurban Səid (Məhəmməd Əsəd bəy
“Əli və Nino”
Roman (1927),
Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə təxmin edilir.
Türk nəşrindən Azərbaycan dilinə çevirənlər: Orxan və Fikrət Vəzirov qardaşları.
I
Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx
tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə
rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin
son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin
zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun
dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal
okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın
şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər
dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün
Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı,
yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən
asılıdır”.
Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi.
Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala
cavab vermək üçün böyük zəka tələb olunurdu.
Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi:
“Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd
Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə
Məmməd Heydərin də üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif
nazirliyinin qərarına əsasən Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə
kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin qızılı
sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: “Demək Məmməd
Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini əsaslandıra
bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi.
Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı
vəziyyətindən dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları
anda, mən əlimi qaldırıb dedim ki:
- Cənab professor, mən də Asiyada qalmaq istərdim?
- Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını
qabağa uzadıb, onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı.
Sonra öskürüb, qürurla dedi: -Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?”
- Bəli, ona görə ki, Asiyanı sevirəm.
1
- Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün
Tehranda?
- Bəli olmuşam? Keçən yaz oradaydım?
- Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini
gördünmü? Məsələn avtomobil gördünmü?
- Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları
gördüm. Bu avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə
işləyirlər.
- Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu
olmadığı üçün istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir.
Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş
baxışlarından nə düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini əsl
avropalı kimi yetişdirmək vəzifəsi tapşırılmışdı.
Professor sanin birdən birə soruşdu:
- Yaxşı, sizlərdən Berlinə gedən olubmu?
Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada
yeraltından dəmir yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona
hazırladığı qaxac donuz əti ilə çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman
tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac donuz ətinin xatırlanması tələbələrdən Seyid
Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən çıxmasına icazə verildi. Bununla da
Bakının coğrafi durumu haqqında mübahisə də bu şəkildə sona yetdi.
Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz qırx tələbə də
onun arxasınca sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi
tədbirimiz var idi: tədbirlərdən biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin
tələbələrinin uniformalarındakı düymələrin və kokardlarının qızılı olduqları üçün onları
döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın düymələri və kokardları gümüşü
idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən danışmaqlarından ibarət idi.
Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı məktəbdə qadağan
etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara qız
litseyinə getməkdən ibarət idi.
Bu dəfə mən qız litseyinə getməyi qərara aldım.
Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç
bağçada gəzişirdilər. Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib
gəzişirdi. Nino dünyanın ən gözəl qızlarından biri idi.
Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə
mübahisəmi qızlara söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun
ucundan yerə baxıb, dedi:
- Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada
yaşasaydıq mən gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü
görməzdin.
Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının
qərarsız tikilmiş coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim.
2
Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa
etdim, dənizə baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada
salıb fikrə daldım.
İçimə bir kədər çökmüşdü.
Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona
sadağa verdim, əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki,
iyrənərək əlimi çəkdim. Bir az sonra isə zavallını təhqir etmiş olduğumu düşündüm.
Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk edib onu axtardım. Lakin onu
tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim.
Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə
yeni bir müdir təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu
halda, yeni müdir ikidə bir yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı.
Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı
verdiyi üçün allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki
erməni və bir rus tələbə gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan
biri oxumağı buraxıb on altı yaşında evlənmiş, digəri isə məktəb tətili zamanı qan
davasının qurbanı olmuşdu.
Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə
Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında oldum. Bir dəfə də Gerundiyum1 ilə
Gerudiviyum2 arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım.
Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu
dinlədikdən sonra latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız, boş şey
olduğunu bilirdi. Sonra türk, iran, rus medal və ordenlərinin hamısını yaxasına taxıb,
direktorun yanına getdi. Atam məktəbin laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar
hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə keçirdim. Bu arada məktəbdə tələbələrin iki
güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin qəti qadağan olduğunu bildirən
bir elan asıldı. Nəhayət, keçən beş il ərzində şəhərə telefon xətti çəkildi və iki yeni
kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın ən gözəl qızlarından biri olaraq
qalmaqda idi.
Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə
qalmışdı. Mən evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm.
Evimizin ikinci mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara,
İsfahan və Kəşhan xalıları ilə bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və
çayların təsvirilə dolu idi. Çünki, xalıları toxuyanlar bütün meşələri, gölləri öz gözləri ilə
görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki naxışların nə olduğunu bilməzdi.
- ----------------------------------------
1. Latın və İngilis dillərində feli isim. Red.
2. Latın dilində feli sifət. Red.
---------------------------------------------------
Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı
tikanlı kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları
sıxaraq onlardan şirə çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl
rənglərin sirri yüz illər qədər qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün
3
toxucu on ildən artıq əmək sərf edərdi. Ondan sonra xalının üstündə ov və döyüşən
cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr toxunar, qıraqlarında isə
Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət əsəri
divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq
görünürdü. Otaqda alçaq bir divan, sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və
bunların aralarında da son dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu
kitabları bağlayıb evin hamar damına çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə
bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır qapısının girişində Ərəbcə yazılar
olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına bənzər küçələrlə
dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq
istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın
arxasında baxışları tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi.
Onun da arxasında kəskin qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən
gözəl mənzərəsi idi.
Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim.
Buraya neft axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı
sevmədikləri üçün buradan çıxıb gedirdilər.
Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm.
Özümü zərrə qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də
narahatçılığım yox idi. Məzun olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı
olsam da, fabrik-zavodlarımızda çalışan işçilər tənbəlliyimə deyil, hər halda özümü bir
növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət edəcəkdilər. Gerçəkdən də
məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və kokardlı boz tələbə
uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan da
narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay.
Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim. Buna qərar
vermişdim, çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan
olan xarici dilləri öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan
bilirdim. Üstəlik Lazarev institutu tələbələrinin uniforması da bütün uniformaların ən
gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi
günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən ibarət idi. Tələbələrin
uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər. Rusların
hörmətini qazanmasam Nino mənə ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq
onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər
Nino məni istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu
qaçırmalıyam. Ninonu atımın tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam.
Orada da Nino mənə təslim olacaqdı. Çünki onun başqa çarəsi yoxdur!
Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü.
Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım.
Həqiqətən də vaxt çatmışdı.
Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. Xristian poçtunun
gətirdiyi və teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi
o zaman əmim, üç arvadı və iki qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları
4
qarşılamağa getməli idim. Tələsik pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü
limana yollandım.
Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona
“imperatorluq şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir
şəkildə müraciət etməsinə izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir
sarayı və Mazandaranda da ucsuz-bucaqsız torpaq sahələri və malikanələri vardı.
Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə o Bakıya gəlirdi. Zeynəbin on
səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox istəyirdi. Yazıq
Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı
istəyirdi. Zeynəbə nə Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə
də eşq sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə
Həmədana da getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir
heykəli vardı. Kim bilir bu heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən
qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan kütləsi halında onu ziyarət edirdilər. Şirin
qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları günləri ümidlə gözləməyə
başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi. Ona görə də
onlar indi Bakıya gəlirdilər. Onlar buradakı həkimlərin əzəmətindən kömək umurdular.
Zavallı əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək
məcburiyyətində qalmışdı. Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala
bilərsən. Amma onların hamısına bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni
münasibət isə Bakıya gələrkən hamısını yanında aparmaq deməkdir. Qanuna görə
bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri sarayın daxili sakitliyidir:
yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz və onlara
salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə
özlərini xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz
vardı: “yumurtada qıl, qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi
nəzarətdə olmalıdırlar ki, özlərinin və ətraflarındakıların başlarına bəla gətirməsinlər.
Məncə, bu çox ağıllı qaydadır.
Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə nərdivan
endirdilər. Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə
tələsirdilər ki, elə bil hər dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O,
həmişə deyərdi ki, “tələsik iş şeytan işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk
edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı gövdəsi göyərtədə göründü. Onun
əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz papaq, ayaqlarında isə
yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu adət min il
əvvəl İman Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti
idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca
həyəcanları açıqca duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin
arvadları gəlirdilər. Onların dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı
simaya malik idi. ikincisinin sifəti qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə
balacaboy, amma öz ağasının namusu və şərəfinin qarovulçusu olmaqdan qürurlanan bir
adam idi.
Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol
çiynini öpdüm – əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç
5
gözucu da baxmadım. Biz faytona mindik. Əmimin arvadları ilə xədimağaları qapalı
faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin möhtəşəm görünməsi üçün Bakı əhli
əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil yolundan sürməsi üçün
faytonçuya əmr verdim.
Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla
saqqalını sığallayaraq şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər
olmadığını dedim. Çünki vəzifəmin söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və
gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli olduğunu bilirdim. “Dadaş bəy
keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il əvvəl Dadaş bəyin
arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı.
Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu
polis tapa bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi.
Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər.
Əmim sözlərimi başı ilə təsdiqləyib dedi:
- Bəli, Dadaş bəy düz etmişdir.
Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar.
Dənizin bir qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük birp
alman maşını gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir
tərzdə dodaqlarını tərpətdi.
- Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı
bitirəcəyəm” - dedim.
Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət faytonumuz
evimizə yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim:
“Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir.
Adamın üzünə baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir.
Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə əmim o müdrik
həkimin adını soruşdu. Mənim söylədiklərimdən əmimin məndən çox məmnun qalmış
olduğunu anladım. Çünki bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri
sayılırdı.
II
Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan Qarabağ
xalıları sərilmişdi. Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub
oturduq. Bizim arxamızda əllərində fənər tutmuş xidmətçilər dayanmışdılar.
Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq yeməkləri ilə dolu idi: Ballı-
badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və kişmişli plov.
Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına
qoyurdular. Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı,
və bir az plov götürdü. Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan
ağzına qoydu.
Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən
axmaq adam belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl,
6
bıçaqla çox rahat yemək yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət
etməyi də yaxşı öyrənmişəm. Lakin, on səkkiz yaşım olmasına baxmayaraq, mən atam və
yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin üç
barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar ki, hətta əllərinin üstü
belə tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi baxırdı. Kipiani
ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə
isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça
üstündə oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz
atasının ancaq iyirmi yaşına çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını
unudurdu.
Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri
süfrənin üstündən yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir
yeməkdən sonra əmim qoca adamlar kimi havadan, sudan və boş-boş şeylərdən
danışmağa başladı. Atam heç danışmırdı, mən də susub oturmuşdum. Çünki adət belə
tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi sarayında
çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük
Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi:
- ”Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə
çıxarkən məni də özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə
hamıdan yaxşı tanış oldum. Biz kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış
xristianlarını ziyarət etdik. Qərblilərin dünyası qəribə bir dünyadır. Hamısından qəribəsi
qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların, kanslerlərin arvadları belə
saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə xristianlar əsl mənada
kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb nədir?
Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın
sarayındakı bir ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın
boşqabında yaxşı bir toyuq budu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç
barmağı ilə çox zərif bir şəkildə tutaraq qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın
rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə başladı. Sonradan Şahənşahın
göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə malik olan şəxsləri
çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb
eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir
çox mühafizə zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın
namusunu, şərəfini qorumağa qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq.
Bizi “Afrikalı qadın” operasına dəvət etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə
oxumağa başladı. Qadının səsindən heç birimizin xoşu gəlmədi. Kayzer Vilhelm də bu
qadının eybəcər oxumağını görüb, yerindəcə onun cəzalandırılmasını əmr etdi. Axırıncı
pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir tonqal qaladılar.
Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın
ortasında yavaş-yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik
olduğunu söylədi. Amma biz buna inanmadıq. Çünki qadının çığırtısı Tehranda
olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir qadın “hürriyyət-ül-Ayin”in
çığırtısı qədər dəhşətli idi.
7
Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin
nəfəs alaraq söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa
şeyləri də var. Düşməni məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər
şey istehsal etmək üçün yaxşı zavodları da vardır. Başqa insanları kütləvi şəkildə ən asan
yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira edərsə, həmin adam böyük
məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri tərəfdən də
Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən
əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə
layiq görülürlər. Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah
həzrətləri, həmişə təəccüblənib deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni
dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb qalırsan. Bir dəfə Şahənşah həzrətləri
Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü. Lakin Avstriya imperatoru
lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə, Avropalılar bizə nifrət
edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman dörddən
də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb
hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər.
Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun
siluetini andırırdı. O, bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə
hərarətlə danışmağa başladı:
- Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə yetiririk.
Avropalılar isə allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir,
daha da qüdrətlənirlər. Bizim gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına
düşür. Bu nədən belə olur? Kim mənə cavab verə bilər? Kimsə ona cavab verə bilmədi.
Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da
onun ardınca getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar.
Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri
ovuclarının içinə almışdı.
Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən
ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş
küçələri, yüksək binaları, gurultulu və gözlərini böyük pul istəyi bürümüş insanları vardı.
Çöldən fışqıran, bərəkət və zənginlik gətirən neft, yağışdan sonra çoxalan göbələklər kimi
kənardan camaatı Bakıya axışdırırdı.
Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima
kürəkləri çılpaq gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi
ki, bu atışma pul üstündədir?
Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi.
Nino da bayır şəhərdə yaşayırdı.
İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı
kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının
qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız
qalası” ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət
verən də elə bu axıdılmış qandı.
8
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir
zamanlar nəcib insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər
keçmişdi. O zaman ölkəmizə Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general
olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu
xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin qapısını açmış
və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı zabitin müşayiəti ilə
şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük
ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb
qızardılırdı. Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda
knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb
Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin
xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına
qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər
kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam
da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu cinayətin
intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı.
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın
qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında
düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri
zaman Hüseynquluxan bir yeraltı keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da
İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə
ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola bilməz”.
Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından
salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi.
Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala divarlarının bayırındakı Rus hakiminin
yanına gedə idilər. Lakin rus hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə
yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar sözə baxan və ədalətli
insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi bizim xalqın
xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı.
Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı
oğurlanan şəxsləri qəzəbləndirirdi.
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib,
orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət
və Allahın qanunlarına əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin
daimi hökmü idi. Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir,
şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan davaları
da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin qaranlıq vaxtlarında arxa
küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi. Sonra çuval
dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu.
Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O,
tanrının qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın
öldürülməlidir.
9
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə
doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin
günortadan sonrakı durğunluq vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam
Cəfərin təriqətinə mənsub bir insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir.
Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə,
doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək yeyən, gülər
gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!
III
Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların
yaxaları zərlə işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz
başı açıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı
başlamışdı. Tələbələrin hamısı rus pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, –
baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız ikisi dövlət kilsəsinə mənsub idi.
Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri
qızılı xaç tutan keşiş duaya başladı. Buxurun (1) iyi salonu bürüdü. Müəllimlərlə dövlət
kilsəsinə mənsub olan iki tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin
zərif musiqisi ilə söylənən kəlmələr qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu
səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu sözlərə neçə dəfə qulaq asmışıq.
Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar ikinci Nikolay
Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda səyahət edənlərə, bilicilərə və
iztirab çəkənlərə, din çar və Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban
verən bütün döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...”
Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı qartallı gerbin
altında Bizans ikonasına bənzər böyük qızılı çərçivədə çar həzrətlərinin portreti asılmışdı.
Çarın sifəti uzunsov, saçları sarışın idi və o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun
döşündəki medal və ordenlərinin sayı-hesabı yox idi. Səkkiz il ərzində onun medal və
ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər dəfə də medal və orden çoxluğu
nəticəsində onların sayını çaşdırmışam.
Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. Amma
sonralar çariçanın portreti divardan çıxarılmışdı. Çünki ölkənin bəzi müsəlmanları
çariçanın portretində onun yaxası xeyli açıq olmasından narazı qalıb uşaqlarını məktəbə
buraxmaqdan imtina etmişdilər.
- ------------------------------------------
1. Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran.
--------------------------------------------
Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox həyəcanlı bir
gün idi. Bu həyəcanlı gündə mən də özümü qeyri-adi şəkildə aparırdım. O böyük günü
ləyaqətlə başa vurmaq naminə mən də səhər tezdən hazırlıq işləri görməyə başlamışdım.
Sübh açılan kimi özümə söz vermişdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Lakin
10
evdəkilər yatdıqları üçün bu mümkün olmadı. Sonra da məktəbə gedərkən imtahandan
arxayın olmaq üçün yolda qabağımdan keçən hər bir dilənçiyə sadağa verirdim. O qədər
həyəcanlı idim ki, dilənçilərin birinə beş qəpik əvəzinə bütöv bir manatlıq verdim. Dilənçi
ağız dolusu mənə təşəkkür edəndə, ona qürurla dedim: “Mənə təşəkkür etmə, Allaha
şükür elə ki, o məni belə comərdliyə sövq elədi”.
Bu qədər dindarın duasından sonra hər halda imtahandan kəsilmək qeyri mümkün idi.
Dua sona yetdi. Biz növbəyə duraraq imtahan komissiyasının masasına yaxınlaşdıq.
Uzun masanın arxasında yan-yana oturmuş imtahan komissiyasının üzvləri qap-qara
saqqallı, sərt baxışlı və qızıl rəngli ziyafət uniforması geymiş müəllimlərdən ibarət idi.
Bütün bu mərasim həyəcan doğururdu, baxmayaraq ki, ruslar imtahanda müsəlmanları
çox nadir hallarda kəsərdilər. çünki biz müsəlmanların çoxlu dostu var idi: dostlarımız da
əli xəncərli və tapançalı aslan kimi güclü gənclər idilər. Müəllimlər də bunu çox yaxşı
bilirdilər. Tələbələr müəllimlərdən qorxduqları qədər, onlar da tələbələrindən
qorxurdular. Müəllimlərin çoxu, Bakıya təyinat almaqlarını Allahın bir cəzası hesab
edirdilər. Çünki, müəllimlərə qaranlıq küçələrdə hücum edilməsi və onların sıxışdırılıb
döyülmələri adi bir hal idi. Nəticədə isə döyənlər naməlum qalırdılar. Belə hadisələrdən
sonra da müəllimlər təyinatla başqa yerlərə göndərilirdilər.
Bu səbəbdən də tələbə Əli xan Şirvanşir imtahanda riyaziyyat dərslərinin cavablarını
açıq-aydın parta yoldaşı Metalnikovun dəftərindən köçürürdü. İmtahanda iştirak edən
komissiya üzvləri başlarını o biri tərəfə çevirərək özlərini görməməzliyə vururdular.
Yalnız bir dəfə mən riyaziyyat dərslərinin cavablarını köçürərkən müəllim mənə
yaxınlaşıb pıçıltı ilə dedi: “Bu qədər göz görə-görə köçürtmə olar? Şirvanşir. Axı burada
biz tək deyilik!”.
Beləcə yazılı riyaziyyat imtahanını verdim. İmtahandan çıxdıqdan sonra sevinə-sevinə
Nikolay küçəsindən yavaş-yavaş aşağı endim.
Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi sualların mövzusu
möhürlü bir paket içində Tiflisdən gəlirdi. Həmin gün imtahan salonunda gimnaziyanın
müdiri paketin möhürünü qoparıb təntənəli surətdə imtahanın mövzusunu elan etdi:
“Türgenevin əsərlərində ideal rus qadın ruhunu təcəssüm etdirən qadın obrazları”.
Bu asan mövzu idi. Necə istəsəydim elə də yaza bilərdim. Amma gərək rus qadınlarını
tərifləyəydim, bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi.
Amma fizikadan biliyimin yetərsiz olduğundan köçürtmə kimi sınaqdan çıxmış “Sənət”
köməyimə çatdı. Fizika baryerini də aşdım. Bundan sonra imtahan komissiyası tələbələrə
bir günlük istirahət verdi.
Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək etməzdi. Şifahi
imtahanda tələbə suallara öz başına cavab verməlidir. İmtahandan keçə bilmək üçün asan
suallara, çox söyləməklə cavablar verməkdən başqa çarə yox idi.
Birinci şifahi imtahan din dərsindən idi. Din dərsi müəllimimiz gimnaziya Mollası bütün
ili arxa planda qalırdı. Lakin bu gün o masanın arxasında oturmuşdu. Onun əynində ipək
kimi titrəyən geniş cübbəsi və peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşağı var
idi. Mollanın tələbələrə qarşı ürəyi çox yumşaq idi. O, məndən ancaq gəlməyi-şəhadəti
soruşdu və mən cəsarətlə bir şiə kimi: la ilahə illəllah Məhəmmədən Rəsulullah
Əliyyələnvəliyullah. (1) - deyəndən sonra, din müəllimimiz mənə ən yüksək qiymət verib
buraxdı.
11
Kəlməyi-şəhadətdəki bu son sözlər ən vacib sözlər idi, çünki şiələri sünni məzhəb
mənsublarından ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, əgər sünni qardaşlar
doğru yoldan ayrılmış olsalar da, yenə cənab-i Allahın sünnilərə qarşı mərhəmətini
onların üzərindən çəkməmişdir. Mollamız çox geniş fikirli adam idi.
Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini
götürdüm. Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun
Gəncədə qələbəsi”. Bu
- ----------------
1. “Allahdan başqa Rəb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də Allahın
canişinidir”.
sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə yaxınlığındakı
döyüşdə ruslar, Bakıda knyaz Sisianişvilinin başını kəsən Hüseynqulu xana kömək
eyləmiş olan babam görkəmli cəngavər İbrahim xan Şirvanşirə hücum edərək onu
xaincəsinə öldürmüşlərdi.
- Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini dəyişə bilərsiniz” -
deyə tarix məllimi dilləndi.
Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar yazılıb bükülmüş
kiçicik imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə baxdım. Hər bir tələbə götürdüyü
imtahan biletini ancaq bir dəfə dəyişmək hüququna malik idi. Belə halda tələbə ən yüksək
qiymət almaq imkanından məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək
talehimlə oynamaq istəmirdim. Heç olmasa babamın Gəncə yaxınlığındakı döyüşdə necə
həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı kasada Prussiya hökmdarı
Fridrix Vilhelmə və ya Amerika vətəndaş müharibəsinin səbəblərinə dair müəmmalı
suallar var idi. Bu sualların cavablarından kim baş çıxarda bilərdi?
İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: “Çox sağ olun,
mən öz imtahan biletimə cavab verəcəyəm” dedim.
Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, rusları
Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə
Təbrizdən yola düşməsindən, milliyətcə erməni olan Çar generalı Valerian Mədətovun
beş minlik ordu ilə Gəncədə necə qarşılandığından, toplardan iranlılara atəş açmağı əmr
etməsindən, həyatlarında top səsi eşitməmiş İranlıları necə top atəşinə tutduqlarından
şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir xəndəkdə
sığındığından, İran ordusunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir
dəstə cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Sözümə
yekun vurub dedim ki, “Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının
texniki üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay sülh
müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən iranlılar ruslara xərac verməli oldular və
xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”.
İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki “yaxşı”
qiymətini almaq üçün gərək deyəydimki, “Qələbə rusların göstərdikləri böyük cəsarət
sayəsində qazanıldı: bu cəsarətlə Ruslar özlərindən sayca səkkiz dəfə və daha çox olan
İran ordusunu qaçmağa məcbur etdilər. Qələbənin nəticəsində isə Türkmənçay sülh
müqaviləsi bağlandı və müqavilə sayəsində İran qərb mədəniyyəti və qərb bazarları ilə
təmas qurmaq fürsətini ələ keçirə bildi.
12
Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın şərəfindən söz
düşəndə mənim üçün “yaxşı” və “kafi” qiymətləri arasında heç bir fərq yox idi.
Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissi ilə bizə
imtahanlardan müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu sözləri eşidən kimi
biz hamımız azadlığa çıxmış məhbuslar kimi böyük sevinclə pilləkənlərlə aşağı endik.
Günəşin şüaları gözümüzü qamaşdırırdı. Sarı səhra qumunun incə dənələri küçə
asfaltının üstünü bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi çəkən küçəmizdəki polis
nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də təşəkkürümüzü
bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə quldur dəstəsi kimi bağıra-
bağıra şəhərə dağılışdıq.
Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə çalmış
makedoniyalı İsgəndər kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-qorxa baxırdılar. Atam
mənim üzümdən gözümdən öpdü və “Məndən üç şeydən birini diləyə bilərsən” - dedi...
əmim isə dedi ki, belə ağıllı bir gəncin irəliyə getməsi üçün onun Tehrana getməsi
lazımdır. İlk həyəcan dalğası sovuşandan sonra xəlvətcə telefona yanaşdım. İki həftə idi
ki, Nino ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın disqini saat
əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı istəyirəm deyə bağırdım.
Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”.
- Verdim, Nino.
- Təbrik edirəm, Əli.
- Çox sağ ol. Nə vaxt və harada görüşək Nino?
- Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq danışmağa imkan
yox idi. Çünki arxamda dayanan qohumlarımın, və xidmətçilərin şəklənmiş qulaqları
məndə idi. Ninonun arxasında isə aristokrat anası durub qulaq asırdı. Nə isə...
Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda oturub çay
içirdilər. Xidmətçilər ayaq üstə durub, gözlərini mənə zilləmişdilər.
Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın həyatın
astanasında duran oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açması lazım idi.
Atam:
- ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın
vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə
yaşayırıq. Məhv olmamaq və ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və
köhnə həyat tərzimizi mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın
qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din uğrunda da
daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can versən, bu mən qocanı
ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənlərini
heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki
sabahını düşünən adam ürəkli olmaz.
Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik
təməllərini heç bir vaxt unutma”.
Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı,
əlimdən tutdu və birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə
məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma.
13
Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi.
Nino isə, fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən,
nəhayət tam kamil bir adam idim.
Rəsmi gimnaziya uniforması hələ də əynimdə idi. Mən düz saat beşin yarısında yavaş-
yavaş qala darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator
sarayının yanından keçərək, Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa
tərəf irəlilədim.
İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və
mən səkkiz ilə ərzində ilk dəfə idi ki, onun qabağında nə fərəqət durmalı idim və nə də
ona hərbi sayağı salam verməli idim,. Bakı gimnaziyasının uniformasından gümüşü
kokapdını şapkamdan çıxarmışdım. Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən
mülki bir şəxs kimi gəzib dolanırdım, və hətta elə bir an oldu ki, istədim hamının gözü
qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün, siqaret çəkmək fikrindən
imtina edib qubernator bağına girdim.
Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan ağaclar və asfalt
döşənmiş cığırlar var idi. Sağda qədim qala divarı uzanıb gedirdi. Ortada isə şəhər
klubunun ağ mərmər sütunları görünürdü. Ağacların arasında da çoxlu skamyalar
qoyulmuşdu. Palma ağaclarının arasından batan günəşin qırmızıqtıl şüaları süzülürdü.
Klubun yaxınlığında bir gölməçə vardı. Gölməçə dediyim iri qaya daşlarından hörülmüş
nəhəng bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının orada məskən salıb
gəzinməsi niyyətilə tikdirmişdi. Lakin bu sadəcə niyyət olaraq qalmışdı. çünki su çox
baha idi və ölkədə də bir dənə də olsun qu quşu yox idi. Buna görə də hovuz ölü divin
göz çuxuru kimi əbədi olaraq səmaya baxırdı.
Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz hamar
damlarından işıq saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi
zolaqlı çadra örtmüş, ayaqlarına da şap-şup edən ev başmaqları geymiş bir qadın
yanımdan keçdi. Çadranın altından qadının uzun dimdik burnu görünürdü. Dimdik
burun məni izləyirmiş kimi mən tərəfə yönəldi. Tez başımı yan tərəfə çevirdim. Bu anda
mənim üzərimə qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab örtmürdü və onun
burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə qoymayacağam.
Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında.
Nino Kipiani... bu nə gözəl gürcü adı idi. Avropanın adət və ənənələrini sevən alicənab
valideynləri olan Nino! Ninonun ağappaq gözəl sifətindəki uzun qara kiprikləri altında
iri, gülər, qığılcım saçan Qafqazlı gözləri var idi. Belə xoş və şən gözlər yalnız gürcü
qızlarında olur. Nazik, hilal qaşlı Ninonun profili həzrəti Məryəmin profilini xatırladırdı.
Bu oxşatmalar mənə xoş gəlirdi. Ancaq bu cür qadınlar o qəribə və anlaşılmaz dünyanın
simvolu olan həzrəti Məryəmə bənzədilə bilərdi.
Geniş çöllərdən əsmiş küləklərin gətirdiyi göz qamaşdıran qumlarla örtülmüş
qubernator bağına diqqətlə baxdım. Gözlərimi yumdum. Birdən yanımda şən bir gülüş
səsi eşitdim:
“Allah, Allah! Siz Romeoya baxın! Culyettasını gözləyərkən yuxuya gedib!”
Yerimdən sıçradım. Nino düz yanımda dayanmışdı. Əynində müqəddəs Tamara qız
litseyinin mavi rəngdə uniforması var idi. Nino şərqlilərin xoşuna gəlməyəcək qədər arıq
və incə idi. Amma məndəki incə duyğuları oyadan da elə onun bu qüsuru idi. Onun on
14
yeddi yaşı var idi və mən onu ilk dəfə Nikolay küçəsindən litseyə getdiyi birinci gündən
tanıyırdım.
Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par parıldayırdı:
“Deməli, axır ki, imtahanı verdin, hə? Sənə görə bir az narahat idim”.
Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, qəlbində tanrı
qorxusu olan Allah həmişə kömək edir”.
Nino gülə-gülə: “bir ildən sonra sənin də mənim üçün Tanrı rolu oynamağın gərək
olacaq. İstəyirəm ki, bizim imtahanlar başlayanda partamın altında gizlənib riyaziyyatdan
verilən sualların cavablarını mənə pıçıldayasan.
Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı
Nino böyük tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin arasındakı yolu qaçaraq bizim
tərəfə gəldi və məni öz siniflərinə dartıb apardı. Mən dərs boyunca onun partasının
altında çömbəlib, müəllimin riyaziyyatdan soruşduğu sualların cavablarını kitaba baxıb
Ninoya pıçıldayırdım. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman olaraq
qalmışdım.
- Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb təbabəti əmimin
xanımına yardım edib, amma Zeynəb xanımda heç bir əlamət görünmür. Buna
baxmayaraq əmim göstərilən yardımın köməyinə böyük ümidlər bəsləyir – dedim.
- Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi.
- Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, tozdan və yadların
pis baxışlarından qoruyur.
Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı.
- Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın
başqasının xoşuna gəlmək istəyərsə nə olar?
- Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq
kürək, yarıya kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə
vəd edir. Çünki qadını belə vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir.
Kişini belə arzulardan “qorumaq” üçün isə qadın çadra örtməlidir.
Nino mənə təəccüblə baxa-baxa qaldı.
- Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə
şeylərdən danışarlarmı?
- Zənn etmirəm.
- Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını
sıxdı.
Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun
gözlərinə düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı.
Mən biçimsiz bir şəkildə onu xeyli öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı.
İkimiz də susub alaqaranlığı seyr edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi
olaraq ayağa qalxdıq.
Əl-ələ verib Qubernator bağını tərk etdik.
Bağdan çıxarkən Nino dilləndi:
- Hər halda, mən də gərək çadra geyəydim.
15
O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə qədər
ötürdüm. Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini
tutdum: “Nino, bu yay nə edəcəksən?” dedim.
- Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə,
sən də gərək oraya gedəsən.
- Çox yaxşı, belə isə yayda Şuşada görüşərik:
- Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, niyə səndən bu
qədər xoşum gəlir.
Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti
qurumuş bir kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü
qadınları çox gözəldirlər, xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə
öpmək yaramaz. Çünki ətrafdan bunu görən olur”.
Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son dərəcə şeytan
olmaqlarını bilirdim.
Sonra atamı görməyə getdim.
- Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin.
Səndən istəyəcəyimin birincisini artıq bilirəm – dedim.
Bu yay Qarabağa getmək istəyirəm.
Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı.
IV
Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran
çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra
bir gün zəlzələlərin biri onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da
neft fışqırmağa başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq
üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə
xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və onun üçün bu pul yükə
çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq bir talehin
ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum
olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər,
xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib hacı olmuş və
orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında
ikən evləndiyi on səkkiz yaşlı arvadı onun namusuna ləkə gətirmişdi. Zeynal ağa
zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, ondan sonra da bir yorğun
kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi oğlu isə özünü
intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi.
Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı
sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif
yoldaşımız olduğu üçün buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal
ağanın evinin böyük ziyafət salonunda təşkil edilmişdi.
16
Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda
İlyas bəy pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki
kəmərindən zərif xəncər sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi.
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız
belə geyinmək imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas
bəy” deyərək, köhnə milli adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ
əlini sıxdı.
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı
yırğaladım.
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus
müəllimlərinin ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb
Bakının yaxınlığında bir cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən
yayınmaq istəyirdisə, o saat o, sinif nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin
yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər verirdi ki, cüzamxanadan bir xəstə şəhərə
qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa çıxmış olduğunu da əlavə
edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir. Sinif
müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar
cüzamxanaya salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi.
Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin
ağlına belə gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir
cüzamxana olub-olmadığını soruşsun.
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və
bayram ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko, böyük bir əda ilə
salonun küncündə oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və
dərin bir ehtiramla ona baş əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman
tələbələrinin tərcüməçiliyini mən edərdim. Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld
qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca danışarkən elə ilk cümlələrində rus
əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus ləhcələrinin də
bilirdim.
Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım
idi. Yəni samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl
səslənmirdi, amma son dərəcə nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd
boylarınadək inkişaf eləyən ruslaşdırma siyasətinin yayılmış olmasından sevinirdi.
- Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim.
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi?
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum.
- Nə olub ki?
- O cüzəmxana məsələsini deyirəm.
- Cüzəmxanaya nə olub axı?
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanada qaçıb şəhərə
doğru yürüşə keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək
lazım gəlmişdi. Xəstələr iki kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri
mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od vurub yandırmışdılar. Bu dəhşətli bir
əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq yoxdur. Çürümüş ətləri
17
bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş xəstələr şəhər
darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək
yandırırdılar.
Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə
başladı. Bəlkə də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu
başqa bir yerə keçirtsinlər.
O, boğunuq bir səslə:
- ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada insanlar
yüksək dərəcədə intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər
vacib olduğunu başa düşürlər.
Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması
barədə nitqini dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif
tələbələri indi gərək özləri yeni bir nömrə uyduraydılar. Birdən mən soruşdum:
Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində
oxuyur.
Nə-əə!
Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il
qalmışdı. O, on altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə məktəbə gəlirdi.
Məmməd Heydərin oğlunun doqquz yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil
olmuşdu. Xoşbəxt ata, bu həqiqəti hər şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı.
Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə
yaxınlaşdı və günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım.
Verməsən riyaziyyat misallarını başqasının dəftərindən köçürtdüyünü anama
deyəcəyəm”.
Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış,
sonra ata olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu uyğun bir anda müdirə
söyləməmizi bizdən xahiş etmişdi.
Müdirimiz yenə soruşdu:
- Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var?
Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm
adamı olmasını arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş
vüsət alır.
Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda,
eyni məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü.
Lakin heç bir qərara gələ bilmədi.
Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan
tərəfə çəkdi, sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin əlindən tutub
onları salona gətirdi. Kor musiqiçilər əl-ələ tutub salonun bir küncündəki xalının üstündə
oturdular. Əllərindəki nadir musiqi alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi.
Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası
ilə əlini qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik
çökdü. Bu dəfə korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da
qəzəlxan sakit bir səslə, oxumağa başladı:
“Bir İran xəncəri kimisən,
18
Parlayan yaqut dodaqların
Türk Sultanı olaydım, nikah bağlayardım sənə,
İncilər hörərdim, qulac-qulac saçlarına
Və öpər, öpərdim topuqlarını
QIZIL TASDA gətirərdim,
Əllərimlə qəlbimi sənə...”
Qəzəlxan susmuşdu. Onun yanında oturan xanəndə səsini qaldırdı və böyük nifrətlə
bağırdı:
“Və hər gecə
Bir siçan kimi qaçardın
Eyvandan qonşunun evinə”
Tamburun qəmli səsi ətrafa yayıldı. Kamança da həzin bir səslə mələyirdi. Bu dəfə
üçüncü xanəndənin oxumağının səsi yüksəldi:
“O ki bir çaqqaldır, onda iman yox,
Eyvah, ləkələndim, qara bəxtim ox!..”
Bir an ətrafa səssizlik çökdü. Üç, dörd qısa musiqi ahəngindən sonra dördüncü xanəndə
xəfif və incə bir tərzdə oxumağa başladı...
“Üç gün itilədim xəncərimi.
Dördüncüdə sapladıb, haqlayıb düşmənimi,
Para-para etdim onu
Tərkimə atıram səni, sevgilim,
Döyüş örtüyümlə örtürəm üzümü
Və dörd nala çapıram səninlə dağlara”.
Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Mənim yaxınlığımda müdirimiz
və coğrafiya müəllimimiz dayanmışdılar.
Müdirimiz sakit səslə:
Nə qorxulu musiqidir! Deyə fısıldadı. Elə bil dəhşətli bir səsə qulaq asırsan. Görəsən bu
şərqidə söylənilən sözlərin mənası nədən ibarətdir.
- Elə musiqinin ahəngi kimi mənasız olmalıdır, - deyə coğrafiya müəllimimiz cavab
verdi.
İstədim ayaq barmaqlarımın üstündə kimsəyə bildirmədən sakitcə oradan uzaqlaşım.
Birdən gördüm ki, qalın pərdə yavaşca tərpənən kimi oldu. Ehtiyatla ətrafa baxdım.
Saçları qar kimi ağ, gözləri qeyri adi bir şəkildə parlayan bir qoca kişi pərdənin arxasında
durub musiqini dinləyib ağlayırdı. Bu qoca kişi İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi.
Onun mavi damarlı yumşacıq əlləri əsirdi. O əllərdə bəlkə imza atmağa belə qüvvə
qalmamışdı, lakin bu əllər yetmiş milyon manat pula hakim idi.
Zeynal ağa, sadə bir kəndli idi. Lakin xanəndəlik sənəti haqqında böyük təcrübəyə malik
idi.
Qəzəl sona yetdi. Musiqiçilər bu dəfə bir Qafqaz oyun havası çaldılar. Mən salonda
süzməyə başladım. Tələbələr orada qrup-qrup dayanıb öz aralarında söhbət edirdilər.
Onlardan bəziləri şərab içirdilər. Mən isə içmirdim.
Sinif yoldaşlarımız dostları və tanışları ilə bir küncə çəkilib öz aralarında
zarafatlaşırdılar. Ətrafda saçları sarı, gözləri mavi, sifətləri pudralı bir çox rus qızları
vardı. Onlar rus tələbələri ilə və bəzən də erməni və gürcü tələbələri ilə söhbət edirdilər.
19
Lakin onların yanlarına bir müsəlman tələbəsi yaxınlaşanda rus qızları bir an özlərini
itirir, sonra isə dərhal istehza ilə özlərini çəkir, hırıltı ilə gülür, bir-iki kəlmə söz söyləyib,
uzaqlaşardılar.
Biri pianoya yaxınlaşıb vals çalmağa başladı. Müdirimiz qubernatorun qızını rəqsə dəvət
etdi.
Şükür allaha! Pilləkənin üst tərəfindən Ninonun səsi gəldi: Axşamınız xeyir, İlyas bəy.
Bir az gecikdim. Amma bu mənim günahım deyildir.
Mən bayıra sıçradım. Nino nə bayır paltarı və nə də müqəddəs Tamara qız litseyinin
uniformasını geymişdi. Qızıl düyməli qısa bir məxmər çəpgən onun çiyinlərinə atılmışdı.
Onun beli elə sıx və incə bağlanmışdı ki, mən bir əlimlə onu aça biləcəyimə inanırdım.
Uzun qara bir məxmər yubkası ayaqlarına çatırdı. Mən ancaq onun ayaqqabılarının
burunlarını görürdüm. Başına kiçik bir başlıq qoymuşdu. Alnından da iki cərgə qızıl sikkə
asılmışdı. Gürcü şahzadə xanımının qədim vaxtlardan qalma bayram libası və hələ üstəlik
bir Bizans Madonnasının siması!
Madonna bir qəhqəhə çəkdi:
Yox, Əli xan sən hirslənməməlisən. Bu yubkanın bağlarını bağlamaq saatlar çəkir.
Nənəmin yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm.
Mənimlə birinci rəqsi kim edəcək? - deyə İlyas bəy səsləndi. Nino sual dolu gözləri ilə
mənə baxdı. Başımla “rəqs et” deyə mən işarə etdim. Yaxşı rəqs edə bilmirdim.
İlyas bəyə Ninonu etibar edə bilərdim. Çünki İlyas bəy ədəb ərkanı bilən bir dost idi.
İlyas bəy musiqiçilərə səs elədi:
Şamilin duasını çalın”
Birdən çılğın bir melodiya yüksəldi. İlyas bəy salonun ortasına sıçradı. Xəncərini sıyırdı.
Onun ayaqları Qafqazlıların dağ rəqsinin atəşli ritmiylə hərəkətə gəldi. Xəncərin tiyəsi
onun əlində parlayırdı. Nino rəqs edə-edə ona yaxınlaşdı. O, kiçik ayaqları ilə balaca
oyuncaqlara bənzəyirdi. “Şamilin duası” musiqisi çalınırdı. Biz əl vuraraq musiqinin
tempini tutmağa çalışırdıq. Nino qaçırılmalı olan gəlin idi... İlyas xəncəri dişlərinin
arasına aldı. İlyasın qolları yırtıcı quşun qanadları tək açılmış və qızın ətrafında dolaşırdı.
Ninonun ayaqları da durmadan fırlanaraq salonun ətrafında oynayırdı. Onun titrəyən
qollarının hərəkəti qaçırılacaq bir gəlinin qorxu, ümidsizlik və fədakarlığını ifadə edirdi.
Sol əlində bir cib dəsmalı tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız başlığındakı qızıl
sikkələr cərgə ilə tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə ən çətin şey elə bu
idi. Bu dərəcə çılğınlıqla salon boyunca rəqs etmək və başlığındakı qızıl sikkələrin birini
də tərpənməyə qoymamaq ancaq gürcü qızlarına məxsus idi. İlyas bəy, ona aman
vermədən dairə boyunca Ninonun dalınca qaçırdı. İlyasın qolları ilə etdiyi işarələr,
getdikcə daha amiranə olurdu. Ninonun da hücumu dəf etməyə çalışan hərəkətləri
getdikcə incələşirdi. Nəhayət Nino yolu bir ovçu tərəfindən kəsilmiş maral kimi dayandı.
İlyas bəyin onun ətrafında çızdığı dairə getdikcə daralırdı. Ninonun gözləri itaətkar idi.
Onun əlləri əsirdi.
Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun əlindəki dəsmal
dalğalanaraq yerə düşdü. Elə bu anda da İlyas bəyin xəncəri Ninonun ipək dəsmalına
ilişdi və onu yerə mıxladı.
Simvolik rəqs sona çatdı.
20
Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz xəncərimi İlyas
bəyə vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Deməli, Ninonun dəsmalını
kəsən mənim xəncərimin tiyəsi idi. İşini daima pirli tutmaq lazımdır. Köhnə bir atalar
sözündə deyilir ki, “Dəvəni Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx
bağla”.
V
“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad
verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə
qışqırmışlar. Dağlara yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə
qışqırmışdılar. Doğrudan da dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan
bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan,
indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır.
Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə
qapandı. Sonra kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə
bənzər qeyri adi pendirdən bir tikə kəsdi və boşboğazlığına davam etdi: “Bizim
dağlarımızda qaranlıq ruhlar məskən salıb və nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu
hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır. Meşələrimizin içindən isə müqəddəs
çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib ətrafınıza baxın... heç qəmli,
dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi? Yox. Ağa,
bizim məmləkətimizdə çaşıb qalacaqsınız”.
Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını
şöhrətləndirmək üçün onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir
erməni mənə Şuşadakı Maraş kilsəsinin beş min il bundan əvvəl tikildiyini inandırmağa
çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı uydurmaları danışma. Bütün
xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan qabaq tikilə
bilməzdi?!”
Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli tərzdə dedi:
“Əlbəttə, sən oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı
kişi sənə bir neçə söz desin: “Bəlkə də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq
yaranıb. Lakin Xristos işığını biz Qarabağlılara başqalarından üç min il qabaq göstərib.
Beş dəqiqə sonra həmin adam, gözünü qırpmadan, mənə fransız generalı Muratın Şuşa
ermənisi olduğunu söyləməyə başladı. Guyə o, Qarabağ adının şərəfini fransada yaymaq
üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi.
Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü
mənə göstərib qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndər İrana gedərkən
tikdirmişdir. O, orada ölməz qəhrəmanlıqlar göstərmişdi”.
Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi
“1897” il göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin
yazını ona göstərdim. O, da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim
zəfərlərimizi qısqandıqları üçün o tarixi sonradan oraya həkk etmişlər”.
Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların
yüksəkliklərində, dəniz səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir.
21
Müsəlmanlarla Ermənilər orada barış içində gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa
uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri arasında körpü olmuşdur. Dağlarda və
çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerli uşaqlar çox zaman bu
komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman bəyləri ilə
ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub
qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə
Qarabağ generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı
imperiyanın başına nələr gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan
yorulmazdılar.
Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək
yeddi saatdan sonra Şuşaya çatdıq. Qoçuluq dağa çox quldurluğa meyl göstərən silahlı
nökərlərin peşəsi idi. Təpədən dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar.
Onların hamısının da sifətlərində savaşçı cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu
ki, yolda məni yad adamlardan qorusun. Qoçum etibarlı bir adam idi. Elə bil bir az da
Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara ancaq şərqdə rast gəlmək
olardı.
Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə
yerlilərim mənə dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından
danışırdılar.
Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox
mömin şəhər idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik
şəhər ətrafında saysız-hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli
Saray bəyin iki ağacı dururdu. Elə ilk gündən şuşalılar məni bu yerlərə dartıb
aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir saat aralı idi. Hər il bütün
şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar geymiş
dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu
diz üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini
xüsusilə cəlb edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara
toxunmaq ən böyük günah sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə
yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy bax beləcə qüdrətli adam idi.
Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə
bilmədi. Bunun əvəzində isə camaat onun bir işində təfərrüatı ilə mənə danışdılar ki, guya
o bir dəfə düşmənləri tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın
yerləşdiyi dağın təpəsində çapır. Təqib edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng
sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub qeyb olmuşdu. Möminlər bu gün
belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə bilirdilər. Bir atın o
dərəcədə sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş halda
and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə
mənə bir maraqlı əhvalat söylədilər:
“Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl
şeylərindən biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa
Məhəmməd bütün hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim
dostlarım Ağa Məhəmməd şahın axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at
deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu möcüzəli at cinsini meydana gətirənə
22
qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və nəticədə yeni at cinsi –
Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı Qarabağın qırmızı
qızılı rəngli atı idi.
Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini
mənə göstərsinlər. Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın
hərəmxanasına girmək – Qarabağ atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi
on iki belə kəhər atı vardır. Bu atların sahibləri ancaq müharibə olan zaman onları
minirlər”. Bəxtim gətirməmişdi. Ona görə də onların o əfsanəvi Qarabağ atları barədə
söylədikləri ilə kifayətlənməli idim.
İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa
Ninonu gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım.
“Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız müharibələr aparmışlar,
sən isə təhsilli, oxumuş bir adamsan. Elə ona görə də gözəl sənətlər haqqında bəhs edilən
söhbətlərdən başın çıxır. Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr
edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair olub və o, şeytan haqqında şer yazıb”.
Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim.
- Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha
istedadlıdır. Onlar o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər
oxuyurdular.
- Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı?
- Bəli, aşıqları nəzərdə tuturam – deyə Mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar
Şuşanın ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları
var. Gedib onları heyran-heyran dinləmək istəyirsənmi?
- Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq
sənətinin dayaq nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar ki, Qarabağın hər kəndində
yerli aşıqlar vardı. Onlar qışda şer yazarlar, mahnılar və dərvişlərin rəqs motivlərini
bəstələyərlər, baharda isə klublar və saraylarda yeni şərqilərini və mahnılarını
oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf aşıqlar yaşayırdılar. Şərqin ta
qədim zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli feodallar onları
vergidən azad etmişdilər.
Bu kəndlərdən biri də Daş kənd idi.
Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə
baxmaq kifayət idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər.
Qadınları isə qəmgin baxışlarla kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar.
Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd Şuşadan gəlmiş dövlətli müsəlmanlar və
ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas meydançasında toplaşmışdı. Meydanın
ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq dayanmışdı. Onlar
burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını
yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz
sifətinə bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün
haqqında təhqiramiz şer yazarsan”.
O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi:
23
- Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini xatırladır. Mənim
istedadım yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan
törtöküntülərlə yaşayırsan.
Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər.
Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki
mövzu elan etdi:
Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi.
Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa
Məhəmməd şah kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul
etmək üçün gedir. Ona kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-
yeksan etmiş və bütün qadın və kişiləri vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan
zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında yatdığı yerdə xəncərlə
öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb yürüşləri
zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız
ölkələri fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağa
Məhəmməd belə adam idi.
Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl
qadınların yaşadığı ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə təsvir edir, o birisi isə
bu qadınların edam səhnəsini təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun
olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində tər dənələri axırdı. Birdən mülayim
səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?”
Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi.
Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”.
- Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün
qalxanına bənzəyir”.
Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar.
Sonra onların hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir Bakirənin saç
hörküsü kimi dolana-dolana əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan
sevgililərdən şərqilər oxuyurdular.
Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə rəqibinin
sazını mükafat olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən
qaşqabağını sallayıb ətrafa baxırdı.
- Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa,
buna qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə
yarışmaların sonunda qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə
hörmət böyük idi. İndi nazik ürəkli olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda
etmir.
- İndi sən bu diyarın ən yaxşı aşığısan.
- Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram.
Əsl aşıq deyiləm.
Bəs əsl aşıq nə deməkdir?
Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi
deyirlər. Bu gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar
xəzinələrin keşiyində durmurlar. Çəmənlərdə otların artdığını və ağacların danışdığını
24
eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o gecədə dünyaya gələn adamlar alim və
şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri
çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: - Bu
gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən.
Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və
dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü
vardır.
Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür
ağlamağa başladı.
- Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq
lazım olduğunu artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb.
Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda Qarabağın
yaşıl cənnətini bir səhra canavarı kimi tərk etdi.
VI
İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər
kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl
otlaqlar üfüqə doğru uzanıb gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ
tarlaları Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi,
çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. Ətrafımızdakı qorunan meşədə ən
kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri buraları tərk edib getmiş
olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu müqəddəs
yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı.
Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef
çəkən gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr
dolusu şərab, cürbəcür meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr
düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan səyyah aşıqlar oturmuşdular. Onların
əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri, tara, diplipito.
Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu
mahnını ekzotik təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz
burada olsaydı, məmləkət ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios
aləmi” adlandırardı. Nəhayət oradakı kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı
meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən Kipiani ailəsi gəlib çıxdı.
Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq
tamada rolunu ifa edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları
var idi. Kipiani əlindəki qədəhi mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda
qədəhimi qaldırıb bir qurtum içdim. Başqa vaxt olsaydı içməzdim, amma məclisə
tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə, içməmək nəzakətsizlik olardı.
Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi
və artıq yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. Çünki İsa bulağının suyu da
Qarabağın saysız-hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun
anasının profilini gördüm. Onun sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun
25
gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar Medeyanın Arqono Yasonla tanış olduğu
Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi.
Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!”
Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz
qədəhini bir nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda
ürəkdən nəşələnməyi sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və
şəffaf qalırdı.
Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına
qərq olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef
məclisləri səhər açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs
meşəciyin bütləri xatırladan ağaclarının kölgəsi altında şənlənirdilər.
Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və
ənənənin bir əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət...
Didiani dilləndi:
- Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion
çayının qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl
tozlarını yuduqları yer idi. Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik
meşələrini və qədim ağaclarını görərsiniz.
- Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə
görə gələrəm.
- Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür.
Nino söhbətə qarışdı:
- Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur.
- Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də
bir o qədər çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu
dünya vahimə, cin və şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin
şüaları ağacların kölgəsində yox olur. Meşələrin qaranlıqları məni sıxır, budaqların
xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə şeylərdən xoşlanıram:
küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir. Meşələr isə
Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam
itirirəm, möhtərəm Didiani.
- ----------------------------------
1. Dolaşıq, cəncəlli məsələ. Red.
---------------------------------------
Didiani fikirli-fikirli mənə baxıb dedi:
- Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul
vardır: insanları meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz
sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada
həyat sadə və problemsizdir. Meşələr isə min bir suallarla doludur. Çöl isə kimsədən bir
şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi
meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir üzü vardır.
O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min
26
bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və
Qərb arasındakı əsas fərq də elə budur.
Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:
- Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı.
Domba gözləri və qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə və içkiyə artıq
dərəcədə meyl göstərirdi. Naçararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi:
- Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır?
- Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı.
Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub
boşalırdı. Gürcü şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naçararyanla nəyi isə
müzakirə edirdilər. Nino da fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən
razılıq işarəsi olaraq başımı tərpətdim. Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş
adamlar cinləri, ya da quldurları andırırdılar. Heç kim bizə fikir vermirdi. Ayağa durub
yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb içdim. Bulaqdan su
içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən ulduzların
əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında
şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin
dərinliklərinə getdik.
Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi.
Nino balaca bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad
olan Qarabağda da ciddi və sərt adətlər var idi. Mustafa kişi mənə dəhşət içində
danışmışdı ki, on səkkiz il bundan qabaq Qarabağda bir ailədə sədaqət pozulmuş və
bunun nəticəsində də o gündən bəri meyvə ağacları məhsullarını azaltmışlar.
Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə
ona müraciət etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses
olmuşdur. Atasının knyaz rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul
etdirə bilməsi isə iyirmi dörd il çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına
teleqram gəlmişdi. Ninonun atası itirdiyi anasını yenidən tapmış bir uşaq kimi sevinirdi.
O, hamımızı gecə ziyafətinə dəvət etdi.
- ”Prinses”, - deyə mən təkrar etdim. Sonra Ninonun üzünü əllərimin arasına aldım. O
heç bir müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da
onu sərxoş edən meşə və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq və
ilıq idi. Biz yumşaq yosunların üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun
sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında onun bədəni sarımtıl əqiq daşı kimi
parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun dizləri əsirdi, gözlərindən yaş
gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və nəm yanaqlarını qurutdum.
Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim
Ninomun on yeddi yaşı hələ təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara
litseyinə təzəcə gedirdi. Nino dillənib dedi ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm.
Hətta indi prinses olduğum halda da səni sevirəm”.
- Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim.
Nino sözümü başa düşmədi karıxmış halda dedi:
- Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq?
27
- Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir
ünvandır.
Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü:
- Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin
qəribə bir evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa...
- Mən bunu nəzərdə tuturam.
- Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi:
- Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni
xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan?
- Mənə elə gəlir ki, edərəm hər halda.
- Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də
orada xüsusi nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı
şişman qadınlarla çay içib söhbət etməli olacağam.
- Başqa?
- Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins
olmayacaq.
- Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək.
Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi:
- Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə
və çöllərdən başqa nə kimi əngəllər qarşımıza çıxacaq?
- Hansı əngəllər?
- Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən
öləcəklər. Sonra sənin atan sənə lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul
edim. Bunu da qəbul etsəm bu dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə
məni Sibirə sürgün edəcək: Səni də təhrik etdiyin üçün mənə qoşacaq.
Mən gülə-gülə cavab verdim:
- Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ
ayılar da gəlib bizi tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis
olmayacaq. Sən müsəlmançılığı qəbul etməlisən, valideynlərin də kədərlənib
ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək üçün Parisə və Berlinə
gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur
heyvanxanasına tamaşa edərsən.
- İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi:
Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var.
Qorxma qaçası deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq,
səndən xahiş edirəm ki, məni qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də necə edirlər.
Bir gün qəfildən gəlib məni atın tərkinə atırsınız və dağa qaçırarsınız. Nəticədə də
Kipianilər ailəsi ilə güclü qan davası başlanır.
Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey
gülürdü: üzü, əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi
süzdü. Mən onun qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların
qorxusundan meşələrdə gizlənən qorxmuş bir ceyrana bənzəyirdi.
- Gedək, - deyə Nino dilləndi.
28
Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun
ağlına nə isə gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.
Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu.
- Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub
olacaqlar”.
Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda:
- Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam
olacaq. Sənin gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi.
Mən onu sakitləşdirdim. Yox, o mənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq
ağıllı və hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi?
Mənə elə gəlirdi ki, biz şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və
ağıllaşırıq. Bununla belə bəzən hamımızın səfeh və sadəlövh olduğumuz qənaətinə
gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim.
Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən
özüm özümü çaşdırmışdım. Bəlkə də mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru
kimi məhəbbətin sakit bağçasında bir sərsəri kimi dolaşırdım.
Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O
özünü çox sakit aparırdı.
Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə
coşğunluğundan əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç
kim sezməmişdi. Mən ocağın qırağında oturdum və birdən hiss etdim ki, susuzluqdan
dodaqlarım quruyur. Mən İsa bulağının suyundan bir istəkan doldurub içdim. İstəkanı
süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız rastlaşdı. O, mənə dostcasına, qayğı ilə
və bir azca himayətkarcasına baxırdı.
VII
Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim məhəbbətim başqalarının
məhəbbətindən təmamilə fərqli idi. Mən Ninoya bulaq başında, şəlalələr yanında yox,
Nikolay küçəsində məktəbə gedərkən rast gəlmişdim. Elə ona görə də Mənim
məhəbbətim babalarımın, atamın və əmimin məhəbbət məcarələrindən çox fərqli idi.
Şərqlilərin məhəbbət hekayətləri bulaq başında və yaxud səsli-küylü şəlalələrin yanında
başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü bulaq başına gedərdilər. Cavan
oğlanlar da bulaq başına yaxın bir yerdə dövrə vurub oturardılar. Onlar yanlarından
keçən qızlara heç gözucu da baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən
söhbətlər edərdilər. Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-yavaş
evlərinə qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər çox ağır olur. Bu dolu
səhəngləri apararkən büdrəməmək üçün qızlar örpəklərini dala atıb, ədəblə gözlərini yerə
zilləyərdilər.
Hər axşamüstü qızlar bulaq başına gedərdilər. Oğlanlar da hər axşamüstü meydanın bir
guşəsində oturardılar. Şərqdə məhəbbət məcarəsı belə başlayardı.
Təsadüfən qızlardan biri gözlərini qaldırıb oğlanlara nəzər salardı. Oğlanlar yenə buna
əhəmiyyət verməzdi. Əgər həmin qız təkrarən bulaq başına qayıdırsa, oğlanlardan biri
başını qaldırıb göyə baxardı. Bəzən onun baxışı qızın baxışı ilə rastlaşırdı. Bulaq başında
29
iki gəncin baxışları bir neçə dəfə rastlaşırdısa, hamı başa düşərdi ki, məhəbbət məcarəsı
başlayıb.
Qalan şeylər artıq su kimi axıb gedərdi. Eşq atəşinə düşmüş cavan oğlan mahnılar
oxuyaraq ətrafı dolaşmağa başlardı. Oğlanın yaxın qohumları isə qız evi ilə başlıq
məsələsini götür-qoy edərdilər. Müdriklər də təzə evlənmək istəyənləri neçə cəngavər
dünyaya gətirəcəklərini hesablayardılar. Hər şey qabaqcadan hazırlanıb qərarlaşdırılardı.
Bəs mənim bulağım harada qaldı? Hanı Ninonun üzündəki örpək? Qəribədir. Qadını
örpək altından görmək mümkün deyil, amma tanımaq olur: onların vərdişini,
düşüncəsini, arzularını bilmək olurdu. Örpək qızların gözlərini, burnunu və ağzını
bağlayır, qəlbini, ruhunu isə yox. Şərq qadınlarının qəlbi çadrasız qadınların qəlbindən
fərqli idi. Çünki, çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını görmək olur.
Amma bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu çox yaxşı
tanıdığınızı zənn etsəniz belə.
Mən Ninonu sevirəm, amma o yenə də məni çaşdırır, heyrətə və şübhəyə salırdı. Küçədə
özgə kişilər ona baxdıqları zaman o bundan xoşlanırdı. Halbuki, yetişmiş bir şərqli qızı
belə şeylərdən diksinərdi. O məni öpürdü. Mən də onun qıçlarını sığallayırdım. Halbuki
biz hələ heç nişanlı da deyildik. Nino eşq və məhəbbət haqqında olan kitabları oxuduğu
zaman adəti üzrə xülyalara dalırdı və həsrətlə için-için yanırdı. Ondan soruşanda ki, axı
sən nəyin həsrətini çəkirsən. O, başını aşağı salıb “heç özüm də bilmirəm” deyə cavab
verirdi. Zənnimcə, Ninodakı bu xasiyyət onun əvvəllər Rusiyada olmasından irəli gəlir.
Atası Ninonu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının necə çılğın olduqlarını
hamı bilir. Onların gözləri ehtirasla dolu olur, ərlərinə vəfasızlıq edib, başqaları ilə
gəzirlər. Ona görə də çox nadir hallarda onların ikidən artıq uşaqları olardı. Tanrı onları
da belə cəzalandırırdı. Bununla belə mən Ninonu yenə də sevirdim. Onun gözlərini,
səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirdim. Mən onunla evlənəcəyəm. Onun
xəyalpərəst olmağına baxmayaraq, o da bütün gürcü qadınları kimi yaxşı bir həyat
yoldaşı olacaq. İnşallah.
Divanın üzərində o biri tərəfə çevrildim. Bütün bu düşüncələr məni yorurdu. Gözlərimi
yumub gələcəyi, yəni Ninonu xəyalımda düşünmək mənə daha xoş idi. Çünki bizim
gələcəyimiz, toy günümüzdən, Nino mənim arvadım olan gündən başlayacaqdı.
O gün çox həyəcanlı bir gün olacaq. O gün mənə Ninonu görməyə icazə verməyəcəklər.
Deyilənə görə toy günü bəylə gəlinin birlikdə gözə görünməsindən pis şey yoxdur.
Təpədən dırnağa qədər silahlanmış dostlarım atlara minib Ninonu evlərindən
aparacaqlar. Onun üzündə örpək olacaq. O, yalnız bircə gün şərqin adətinə baş əyməli
olacaq.
İmam suallar verəcək, mənim dostlarım da salonun bir küncündə dayanıb imamın
suallarını gözləyəcəklər. İmam verdiyi sualların cavablarını soruşarkən dostlarım and-
aman edəcəklər ki, mən iqtidarsız deyiləm. Adət və ənənələr bunu tələb edirdi. Çünki hər
bir adamın düşmənləri var. Bu düşmənlər toy günü xəncərlərini qınlarından sıyırır,
üzlərini gün batan tərəfə yönəldib “Anisani, banisani, mamaverli, kaniani” deyə
pıçıldayardılar. Yəni, “o bu işi eləməz, o, bu işi eləməz”.
Amma, Allaha şükür ki, yaxşı dostlarım vardı. İlyas bəy də insanı bu cür cadugərlərdən
qoruyan duaların hamısını yaxşı bilirdi.
30
Toydan sonra biz dərhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin, mən də öz dostlarımın
yanına gedəcəyəm. Gəncliyimizin vida gününü hər ikimiz ayrı-ayrılıqda qeyd edirik.
Bəs sonra?
Gözlərimi bir anlığa açıb, damdakı divanı və bağdakı ağacları görürəm. Gözlərimi
təkrarən yumuram ki, ondan sonra nələr olacağını daha yaxşı görə bilim. Çünki toy günü
insanın həyatında ən vacib və lazımlı bir gündürsə, eyni zamanda da həmin gün çox ağır
və çətin bir gündür. Toy gecəsində gəlin otağına girmək asan iş deyildi. Uzun koridora
açılan hər qapının ağzında üzlərinə maska keçirmiş adamlar dururlar. Ancaq onların
ovuclarına pul qoyulduqdan sonra onlar yoldan çəkilirlər. Xoş niyyətli dostlar da gəlin
otağına bir xoruz, bir pişik və yaxud başqa bir gözlənilməz şeylər qoyub gedərdilər. Otağa
girdiyin zaman mütləq otağın hər tərəfinə nəzər salmaq lazım idi. Çünki, bəzi hallarda
çarpayının altında ifritə bir qadın gizlənirdi. O da pul qoparmadan gəlin otağını tərk
etməzdi.
Nəhayət otaqda tək qalıram. Qapı açılır, Nino içəri girir. İndi toyun ən güclü hissəsi
başlayır. Nino gülümsəyərək, dəvət edici baxışlarla mənə baxır. O, bədəninə keçi
dərisindən tikilmiş çox dar bir korset geyinmişdi. Korset qabaq tərəfdən iç-içə tikilmiş
bağlarla düyünlənmişdir. Korsetin düyünləri çox mürəkkəb düyünlərdir. O düyünlərin
hamısını mən özüm açmalıyam. Ninonun bu işdə mənə kömək etməsinə izn verilmirdi..
Korsetin düyünləri həqiqətən son dərəcədə mürəkkəbdir, lakin onları xəncərimlə kəsib
açmaq mənə böyük şərəfsizlik gətirərdi. Kişi gərək özünə sahib olduğunu göstərsin.
Çünki səhəri gün onun rəfiqələri gəlib açılmamış düyünləri görmək istəyirlər. Vay o
bədbəxtin halına ki, düymələri öz əlləri ilə açdığını sübut edə bilmir. -Bu səbəb gülüş
mövzusuna çevrilirdi və bütün şəhər ondan danışırdı.
Toy gecəsində, toy evi qarışqa yuvasına bənzəyirdi. Dostlar və qohumlar koridorlarda,
damda və hətta küçədə durub düyünlərin açılmasını gözləyirdilər. Düyünlərin
açılmasının uzun vaxt aparması onlarda səbirsizlik yaradırdı. Onlar gəlin otağının
qapısını döyürlər, pişik kimi miyoldayırlar və nəhayət düyünlərin açılmış olduğunu
eşidən dostlar sevincdən elə o dəqiqə havaya atəş açmağa başlayırlar. Onlar eşiyə çıxıb
qaravul çəkməyə başlayırlar ki, mənimlə Ninonu yalnız istədikləri vaxt evdən buraxa
bilsinlər.
Bəli, bu toy qeyri adi toy olacaqdır. Ata-babalarımızın adət və ənənələri əsasında.
Divanda uzandığım yerdə yatıb yuxuya qalmışam. Gözlərimi açanda gördüm ki, qoçum
yerdə oturub, uzun xəncəri ilə dırnaqlarını təmizləyir. Onun gəlişindən heç xəbərim
olmamışdı.
Tənbəl-tənbəl əsnəyərək soruşdum:
- Təzə nə xəbərlər var, qardaş?
Qoçu da zəhlə tökən səsi ilə cavab verdi:
- Elə bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşıblar, bir eşşək də qorxuya düşüb
ipini qoparıb çaya qaçıb, hələ də oradadır...
Qoçu bir az susdu, xəncəri qınına soxdu və laqeydliklə sözünə davam etdi:
- Çar bir çox Avropa krallarına qarşı müharibə elan etdi.
Nə? Nə müharibə?
Mən yerimdən sıçradım və başımı qaldırıb gözlərimi ona zillədim. Təmamilə adi bir
müharibə. Sən nə danışırsan? Çar kimlərə müharibə elan edib?
31
- Avropanın bir çox krallarına qarşı onlar o qədərdilər ki, adları yadımda qalmayıb.
Amma Mustafa kişi onların hamısının adlarını qeyd edib.
- Tez onu bura çağır!
Mənim bu məsələ ilə bu qədər maraqlanmağıma təəccüb edən qoçum başını yırğaladı və
otaqdan çıxıb getdi. Bir az keçəndən sonra o ev sahibi ilə birlikdə geri qayıtdı.
Mustafa kişi o anda özünü daha çox bilən bir insan gördüyü üçün istehza ilə gülürdü.
Həqiqətən çar müharibə elan etmişdi. Bunu bütün şəhər bilirdi. Yalnız mən yatıb yuxuya
qaldığım üçün hər şeydən bixəbər idim. Hər halda, çar müdrikliyini nümayiş etdirib belə
hərəkətə qərar vermişdi.
- Axı, çar kimə qarşı müharibə elan edib? - deyə bağırdım. Mustafa kişi əlini cibinə saldı
və cibindən bir əzik kağız parçası çıxartdı. O, boğazını arıtladı və son dərəcə qürurla,
lakin çox böyük çətinliklə oxumağa başladı: “Çar, Alman Kayzerinə, Avstriya
imperatoruna, Bavariya Kralına, Prussiya Kralına, Saksoniya Kralına, Macarıstan Kralına
və daha bir çox lordlara, prinslərə müharibə elan edib.
- Ağa, axı, sənə əvvəlcədən demişdim ki, adları və ünvanları yadda saxlamaq olmur –
deyə qoçum utancaq halda dilləndi. Mustafa kişi də kağız parçasını qatladı və danışmağa
davam etdi:
- Bütün bunların əksinə olaraq “Böyük Osmanlı dövlətinin Xəlifə və Əlahəzrət Sultanı
beşinci Məhməd Rəşid, eləcə də İran şahənşahı həzrətləri Sultan Əhmədşah bəyan ediblər
ki, onlar bundan sonrakı açıqlamaya qədər bu müharibəyə qatılmayacaqlar. Beləliklə bu
müharibə kafirlərin öz aralarında olacaq müharibədir. Məhəmməd Əli məscidinin imamı
belə fikirdədir ki, müharibədə almanlar qalib gələcəklər...”
Mustafa kişi sözlərini tamamlaya bilmədi. Şəhərin hər tərəfində birdən-birə çalınmağa
başlayan kilsə zənglərinin səsləri şəhəri bürüdü. Mən küçəyə qaçdım.
Qızmar avqust ayının səması şəhərin üstündə hərəkətsiz vəziyyətdə qalmışdı. Uzaqlarda
görünən mavi dağlar etinasız şahidləri andırırdı. Kilsə zənglərinin səsləri də bu
dağlardakı qayalara dəyib əks-səda verirdi. Küçələr adamlarla dolu idi. Həyəcanlı və
çaşıb qalmış sifətlər kilsələrlə məscidlərin minarə və günbəzlərinə tamaşa edirdilər. Hava
tozla dolmuşdu. İnsanlar həyəcan içində idilər. Kilsələrin bürcləri lal-dinməz bir təhdid
kimi başımızın üzərində ucalırdı. Kilsə zənglərinin səsi kəsildi. Enli və əlvan paltar
geymiş kök bir imam yaxınlığımızdakı məscidin minarəsinə çıxdı. O, əllərini ağzının iki
yanına qoyaraq qəmgin bir səslə: “namaza gəlin, namaza gəlin” - deyə möminləri ibadətə
çağırdı.
Mən tövləyə qaçdım. Qoçum atımı yəhərlədi. Atı minib, ürkmüş baxışlarla mənə yol
açan camaatın içindən dördnalla çapdım. At qulaqlırını şəkləmişdi. Şəhərdən kənara
çıxandan sonra ilanvari bir cığırın enli zolağı qarşımda açılıb uzandı. Mən Qarabağ
zadəganlarının evlərinin qabağından külək kimi keçdim. Sadə kənd zadəganları mənə
təəccüblə baxır əl eləyib qışqırırdılar:
- Əli xan, sən artıq döyüşəmi qoşulursan?
Aşağıdakı dərəyə nəzər saldım. Orada hamar damı olan bir balaca ev bağın ortasında
yerləşirdi. Evə baxa-baxa at minməyin bütün qaydalarını unutmuşdum. Atı çılğıncasına
dik bir uçurumdan aşağı sürdüm. Ev get-gedə böyük görünürdü. Onun arxasındakı
dağlar, səma, şəhər, çar və bütün dünya yoxa çıxmağa başladı. Dalanı dönərək bağa
girdim. Evdən ətalətli bir xidmətçi çıxdı və ölü gözlərini mənə zilləyib dedi:
32
- Zadəgan ailəsi üç saat bundan qabaq evi tərk edib.
Qeyri-iradi olaraq əlimdə xəncərin dəstəyindən yapışdım.
Nökər yana çəkildi və dedi:
- Prinses Nino, cənab Əli xan Şirvanşirə bir məktub göndərib. O, əlini pencəyinin iç
cibinə saldı. Atdan düşüb dama çıxan pilləkəndə oturdum. Səbirsizliklə Ninonun
göndərdiyi ətirli məktubunu açıb oxumağa başladım. Nino məktubu uşaq kimi iri
hərflərlə yazmışdı: “Əzizim Əli xan! Müharibə başlayana qədər Bakıya qayıtmalı olduq.
Sənə xəbər verməyə vaxtım olmadı. Məndən incimə. Əsəbiləşmə. Ağlayıram və səni
sevirəm. Yay mövsümü hiss edilmədən başa çatdı. Təcili arxamca gəl. Səni gözləyirəm və
həsrətini çəkirəm. Yol boyunca yalnız səni düşünəcəyəm. Atam müharibənin çox yaxın
zamanda sona yetəcəyinə və bizim tərəfin qələbə çalacağına inanır. Mənim isə bu
qarışıqlıq içində halım çox pisdir. Səndən xahiş edirəm Şuşa bazarına gedib mənə oradan
bir xalı alasan. Onu almağa vaxtım olmadı. Xalının üzərində rəngarəng kiçik at başının
naxışı olsun. Öpürəm səni. Bakıda hava çox isti olmalıdır”.
Sənin Ninon”.
Məktubu qatladım. Əslində hər şey öz qaydasında idi. Yalnız mən qaydada deyildim.
Mən, Əli xan Şirvanşir, özümə yaraşan bir qaydada şəhər bələdiyyə rəisinin yanına gedib
onu müharibə münasibətilə təbrik etmək yaxud Şuşa məscidlərinin birinə gedib, çar
ordusunun zəfəri üçün dua edib xeyir – dua almaq əvəzinə, dəliqanlıqla atıma minib
dərəyə çapdım.
Mən dama çıxan nərdivanın bir pilləsində oturub irəliyə baxmağa başladım. Mən
həqiqətən özümü səfeh kimi apardım. Əlbəttə, hərhansı bir ölkədə müharibə getdiyi
zaman sevgili birinci növbədə, sevgilisinin yanına getməlidir, daha oturub ətir iyi saçan
məktublar yazmamalıdır. Amma müharibə bizim ölkədə getmirdi, müharibə Rusiyada
idi. Bunun mənə və Ninoya çox az dəxli var idi. Buna baxmayaraq içimdə güclü bir hirs
var idi. Mən təcili evinə qayıdan yaşlı Kipianiyə və müqəddəs Kraliça Tamara litseyinə
hirslənmişdim. Çünki onlar müharibə zamanı qızlara özlərini necə aparmağı öyrədə
bilməmişdilər. Hər şeydən əvvəl isə ad-sanımı unudaraq özümü Ninoya tez çatdırmaq
üçün tələsməyimə baxmayaraq onun xəbərsiz çıxıb getməsinə qəzəblənmişdim. Məktubu
təkrarən bir neçə dəfə oxudum. Birdən xəncərimi sıyırdım. Əlimi qaldırıb ani bir surətdə
onu qabağa atdım. Xəncərin tiyəsi vıyıltılı bir səslə havada uçaraq parıldadı və
qarşımızdakı ağacın gövdəsinə sancıldı.
Nökər ağaca yanaşıb, xəncəri ağacın gövdəsindən çəkib çıxardı. O, başı çıxan bir adam
kimi xəncərin hər tərəfinə baxıb mənə qaytardı və bir az qorxu ilə dedi:
- ”Xalis Kübəçi poladıdır, qolunuz da qüvvətli qoldur”.
Mən ata minib yavaş-yavaş evə tərəf getdim. Uzaqda şəhərin günbəzləri görünürdü.
Artıq hirsim soyumuşdu. O ağacın gövdəsinə sancılıb qalmışdı.
Nino yerdən göyə qədər haqlıydı. O, valideynlərinə hörmət edən bir qızdır. Xəcalət
çəkdiyim üçün başımı aşağı salıb atımı sürməyə davam etdim. Küçələr toz-torpaq içində
idi. Günəş də qızarıb Qərbdə batırdı.
Birdən bir at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən ağzım açıla
qaldı. Bir anlığa Ninonu da, bütün dünyanı da unutdum. Balaca başı, məğrur baxışı, arıq
gövdəsi və balet rəqqasəsinin ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu
qarşımda. Günəşin şüaları altında atın al qırmızı dərisi parpar sayrışırdı. Atın belində isə
33
sallaq bığı, əyri burunlu bir qoca kişi oturmuşdu. Bu, qonşuluqda yaşayan Knyaz Melikov
idi. Mən gözlərimə inanmamış kimi heyranlıqla ata baxırdım.
Mən Şuşaya ilk gəldiyim günlərdə camaat müqəddəs Sarı bəyin qırmızı-qızılı rəngdə
olan məşhur cins ərəb atlarından mənə danışmışdılar.
Bu kəhər atdı. Bütün Qarabağda bu atdan ancaq on ikisi vardır. Onları sultanın
hərəmindəki qadınları qoruyan kimi qoruyurdular. O qırmızı-qızılı möcüzə indi
gözlərimin önündə dururdu.
- Yolunuz haradır, knyaz? - deyə soruşdum.
- Müharibəyə, oğlum.
- Nə gözəl atdır, Knyaz!
- Hə, görürəm valeh olmusan! Bu cür kəhər atını görmüş olanlar barmaqla sayılacaq
qədər azdır.
Knyazın gözləri doldu:
- Atın yalnız ürəyi üç kilo ağırlığındadır. Onun üzərinə su tökəndə bədəni qızıl üzük
kimi parlayır. O hələ günəş işığını görməmişdir. Bu gün onu tövləsindən çıxardanda
günəşin şüası onun gözlərinə düşdü. Onun gözləri qayalar arasından yeni fışqırmış bir
bulaq kimi parıldayırdı. Odu kəşf edən insanın gözləri də ilk alovu gördüyü zaman hər
halda belə parlayıb. Bu kəhər Sarı bəyin atının cinsindəndir. Mən onu bu günə qədər heç
kimə göstərməmişdim. Yalnız çar həzrətləri müharibə elan etdiyi zaman bu möcüzəli
kəhər ata knyaz Melikov minərdi.
O, qürurla mənim ilə sağollaşdı. Qılıncını xəfifcə şıqqıldadıb atını sürdü.
Ölkədə doğrudan da müharibə başlamışdı. Evə gəlib çatanda hava qaralmışdı. Müharibə
çılğınlığı şəhəri şövqə gətirmişdi. Yerli zadəganlar sərxoş vəziyyətdə səs-küylə küçələrdə
və meydanlarda atlarını çapa-çapa havaya güllə atırdılar.
- Qan axacaq, qan – deyə qışqırırdılar. - Qan su yerinə, axacaq Ey Qarabağ, sənin adın
dünyaya yayılacaq, adına şan-şövkət gələcək.
Evdə məni bir teleqram gözləyirdi: “Dərhal evə qayıt. Atan”.
Qoçuya:
- Əşyalarımızı yağışdır, - deyə əmr etdim, sabah yola çıxırıq.
Küçəyə çıxaraq şəhərdəki hərc-mərcliyi seyr etdim. Məni nə isə narahat edirdi, amma
səbəbini bilmirdim.
Başımı qaldırıb ulduzlara baxdım və xeyli vaxt düşünüb fikrə getdim.
VIII
Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən soruşdu.
Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə kəndli balası olan qoçum
müharibə və siyasət sahəsinə aid belə qəribə sualları biri-birinin ardınca verməkdən
yorulmurdu. Ölkəmizdə orta təbəqədən olan adamların söhbət etməyə üç mövzusu var
idi: din, siyasət və ticarət. Müharibə bütün bu sahələri əhatə edirdi. Müharibədən
istədiyin zaman, istədiyin yerdə və istədiyi qədər danışa bilərdin. Çünki bu mövzunu
dinləməkdən heç kim yorulmaq bilmirdi.
34
- Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan Kralı, İngiltərə
kralı, Serbiya kralı, Belçika Kralı və Fransa respublikasının prezidentidir.
Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü:
- Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş meydanına gedib,
müharibə apara bilər?
- Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək.
- Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa,
müharibənin sonu heç də xeyirli olmaz.
Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi danışmağa başladı:
- Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə əksinə, iri gövdəli və güclüdür. O,
elə ilk döyüşdə çarın öhdəsindən gələcək.
Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən ölkələrinin
hökmdarları atlarına minərək onları bir-birlərinin üzərlərinə sürəcəklər və müharibə də
belə başlayacaqdır. Əslində müharibənin belə başlamadığını söyləyərək onu inandırmağa
çalışmaq mənasız idi. Kayzer Gilyom çarı vurub yıxandan sonra şahzadə meydana
çıxmalıdır. Şahzadə isə çox gənc, üstəlik də xəstədir. Halbuki, gilyomun aslan kimi altı
sağlam və qolu qüvvətli oğlanları vardır.
Mən onun bədbinliyini sovuşdurmağa çalışdım:
- Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir.
- Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini tutmaq üçün
lazım olacaqdır. Vuruşmaq üçün isə ona sağ əl lazımdır,
Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O birdən-birə
soruşdu:
- Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var?
- Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir.
- O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – deyə qoçum
dilləndi.
- Allah onun yardımçısı olsun.
- Amma, onun vuruşmasına lüzum yoxdur.
Necə yəni lüzum yoxdur?
- Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar bir-birlərilə
qan düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin tökülən qanının intiqamını
almalıdır. Bizim kəndlilərdən biri olsaydı, yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu
ödəyə bilərdi. Amma Kafzer tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı
bağışlamalı olsaydı, ondan sonra qan davası tezliklə aradan qalxardı. Qan davası da
olmasa, ölkə tənəzzül edər.
Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət quruluşunun və
insan davranışının ən önəmli təməlini təşkil edirdi. Əlbəttə, yaşlı və müdrik kişilər əlavə
qan tökülməməsi üçün yalvarıb yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda
pul alıb onları bağışlasınlar. Amma tökülən qan davasının əsasını mühafizə etmək
lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı?
Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə Allahın buyuruğuna
və kişilərin güclü inamına əsaslanan bir müvazinət vardı. Kobud zorakılıq nəticəsində bu
müvazinət pozularsa. Allahın buyuruğuna qarşı gedən ailə də bir üzvünü qurban
35
verməlidir. Bu yolla da müvazinət bərpa olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir
az çətin işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə dəymir, ya da onun gülləsi lazım
olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam edir. Qan qisasının əsası
isə doğru və aydındır. Qoçum məni çox yaxşı başa düşürdü və razılıq ilə başını
yırğalayırdı. Öz vəliəhdinin tökülən qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer
Yozef atına minib davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi.
- Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa
hökmdarlar bu işə niyə qarışırlar? - deyə qoçum dilləndi.
Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- Buraya bax, - deyə
sözə başladım, -bizim çar da Serbiya Kralının səcdə etdiyi Tanrıya itaət edir, elə ona görə
də çara kömək edirdi. Mənim fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və
imperatorlar qohumdurlar. İngiltərə kralı çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi
biri-birilə bağlı olur.
Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın Tanrısından
tamamilə fərqli olan bir Tanrıya itaət edirdi. Fransada hökmdarlıq edən o müəmmalı
mülki şəxsin isə heç bir hökmdarlarla qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar
hələ bir yana, qoçumun fikrincə, Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli
fransızlar allahsızdı. Ona görə də, o ölkəyə respublika deyilir.
Bütün bunlar mənə də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə cavablar verib
soruşdum ki, görəsən mənim igid qoçum müharibəyə gedəcəkdirmi? Qoçum xülyalı
baxışlarla silahlarına baxdı.
- Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən
müharibəyə getməyə də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq
ona baxmayaraq mən yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum
birdən-birə həyəcana gəldi. - Müharibə yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət
etmək və uzaq diyarlara getmək mümkün olacaqdı. Qərbdə küləklərin vıyıltısını eşidəcək
və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. Müharibəyə getsəm mənə bir at
və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz kəndlərin içərisindən
böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu pul
gətirəcəyəm, qəhrəman olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək.
Əgər həlak olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O
zaman da hamı mənim qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama
böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək
ömründə heç olmasa bir dəfə müharibəyə getsin.
Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan danışır və
hətta xəyalında artıq hərbi qənimətlərini də görürdü. Onun gözləri getdikcə artan
ehtirasdan parlayırdı, qarayanız sifəti isə ilahi “Şahnamə” əsərinin səhifələrindəki
əfsanəvi cəngavərlərinin simasını xatırladırdı.
Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə bir adamdı. Mən
isə gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. Mən rus imperator gimnaziyasında
oxuduğum zaman tələb olunandan da artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də
keçmişdi.
Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, uşaqlar, qocalar və
Zaqataladan gəlmiş köçərilər stansiyanın binasına dolmuşdular. Onların haradan gəlib və
36
haraya getmək istədiklərini bilən yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar
palçıq topaları kimi dinməz-söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə
getməsindən asılı olmayaraq gələn qatarlara hücum edib vaqonlara doluşurdular.
Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə zalının qapısında oturub
hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki Lənkəran şəhərindən idi. Ona elə gəlirdi
ki, onun evi yanıb yerlə yeksan olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə
müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi
ki, paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın edəcəklər,
Şahsevənlər də evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz kafirlər imperiyasında
yaşayırıq. İran aslanı ölkəmizi xarabazara çevirəcək. Qızlarımız kölə, oğlanlarımız da İran
şahpərəstlərinin oyuncağı olacaq”.Qocanın mənasız fəryadları davam edirdi. Qoçum
qarışıqlıqda camaatı itələyə-itələyə vaqona minmək üçün yol açırdı. Çox böyük
əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən sonra o bizə bir
kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt siması Nuh əyyamından qalma
əjdahanı xatırladırdı. Səhramızın fonunda onun qara yırtıcı bir görünüşü vardı.
Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”(1) hərfləri olan məxmər döşəkçənin
üstündə oturdu.
Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta uzaqlara qədər
uzanan sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr, küləklərdən və günəş şüalarından
çatlamış qayalıqlar işıq saçırdılar.
Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin üstündən, çox-çox
uzaqlarda olan dəniz tərəfdən sərin külək əsirdi. Çılpaq qayalar qıpqırmızı göz kimi
közərirdi. Səhranın ətrafını bürüyən tozlu kollar ilansayağı tərpəşirdi.
Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki hörgüclü irili-
kiçikli dəvələrin hamısı ürkək baxışlarını qatara zilləmişdilər. Hər dəvənin boynunda
zınqırov var idi. Onlar ayaqlarını qorxaq addımlarla zınqırovların səslərinin ahənginə
uyğun olaraq atır, başlarını da ona uyğun surətdə yellədirdilər. Dəvənin biri büdrəsə və
ya addımını səhv qoysa zınqırovun birinin səsi dərhal kəsilir. Dəvələrin hamısı bunu
hiss edir və onlar narahat olmağa başlayırlar.
- ----------------------------------------------------
1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa.
--------------------------------------------
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün qızğın
xülyalarından doğmuş və eyni xəmirdən yaradılmış dəvə çölün simvoludur.
Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal aləmində yox olurdu.
Qatar isə gün batan istiqamətinə gedirdi. Mən oraya, dəvələrə, onları aparan adamlara və
qumlu səhraya mənsubam! Mən qatarı saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb
ehtiyat əyləcini dartmadım? Çünki mən artıq o istiqamətə getmək istəmirdim. Qatar
Qərbə tərəf gedə bilər, amma mən bütün qəlbimlə, bütün ruhumla Şərqə mənsubam.
Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq uzaqlarda qalmışdı.
Onun arxasınca baxdım tam bir sükut çökmüşdü. Mənim ölkəmdə heç bir düşmən yox
idi. Zaqafqaziya çöllərini heç kim təhdid etmirdi. Qoçum müharibəyə getmək istəyirdi.
37
Onun üçün durum başqaydı. Çünki o, çar üçün də vuruşar, qərb üçün də. Qoçum öz
macəra pərəstliyinin əsiridi. O, bəzin asiyalılar kimi düşmənlərinin qan axıtmasını və
onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək istəyirdim: Bütün
varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin həsrətini çəkirdi. İçim gecələr döyüş
meydanından ucalan tüstüləri görmək arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür.
Onda kişilik və qüdrət hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin
ölkəmizə ayaq basdığı günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə lovğalar
getsinlər. Amma ölkəmizdə kifayət qədər adam qalmalıdır ki, düşməni dəf etmək
mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı. Hiss edirəm ki, bu müharibədə kim
qalib gəlirsə-gəlsin, bizim üçün çarın istila yürüşlərindən də böyük bir təhlükə meydana
çıxar. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla yad
otlaqlara, yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. Mən
o yolla getmək istəmirəm. Ona görə də mən müharibəyə getməyib vətənimdə qalmaq
istəyirəm. Ancaq o gözəgörünməz qüvvə mənim dünyama qarşı qalxarsa, yalnız o zaman
mən qılıncımı qınından sıyıracağam.
Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra çatdıranda rahat olur.
Ola bilər camaat söz yayacaq ki, mən Ninonun qara gözlərindən ayrıla bilmədiyim üçün
müharibəyə getməyib evdə qalıram. Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə də
haqlıdırlar. Amma onlar onu da bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır,
yadellilərin yad yola dartıb aparmaq istədiyi vətən övladının nidasıdır. Mən də qalıram
ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən qoruyum.
Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı.
IX
Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış tutmuş sifəti heç
dəyişməmişdi. Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. Onlar öz çarları və vətənləri
uğrunda cəbhəyə getmişdilər. Polis bir-bir evləri gəzib almanlarla avstriyalıları axtarırdı.
Neftin qiyməti artmışdı. Şəhər qala divarlarının içində və bayırında yaşayan adamların
kefləri saz, həyatlarından da məmnun idilər. Müharibə barədə məlumatları yalnız
çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki çox uzaqlarda, başqa bir
planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud itirilən şəhərlərlə qəsəbələrin adları
çox uzaqdan eşidilir və qulaqlarda yad kimi səslənirdi. Bütün qəzetlərin birinci
səhifələrində müxtəlif generalların şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi
özlərindən razı halda, zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə
vətənimi tərk etmək istəmirdim. Elə ona görə də Moskvaya gedib xarici dillər institutuna
daxil olmadım. Bir də təhsil qaçmırdı ha. Müharibəyə getmədiyim üçün bir çoxları mənə
nifrət edirdi.
Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr edən zaman
dərk edirdim ki, çarın heç bir çağırışı məni doğma qala divarlarından ayıra bilməz.
Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:
- Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən?
- Bəli, ata getmək istəmirəm.
- Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır.
38
- Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq
cəbhələrdə də yox.
-Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır.
- Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır.
Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o qorxaq övladmı
yetişdirmişdi? Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini təkrarən nəql etməyə başladı:
hələ Nadir şahın hakimiyyəti dövründə beş Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə
vuruşduqlarını danışdı. Onlardan dördü Hindistana yürüş vaxtı döyüş meydanında həlak
olmuşdu. Yalnız biri Dehlidən bol qənimətlə qayıtmışdı. O, sonralar malikanələr almış və
saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən də sağ-salamat çıxmışdı. Amma
Şahruh Hüseyn xana qarşı vuruşduğu zaman əcdadım qəddar Qacar şahzadəsi Ağa
Məhəmmədin tərəfinə keçmişdi. Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa
Məhəmmədin Zənd, Xorasan və Gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz
oğlundan üçü sağ qalmışdı. Onlar da bu böyük Xədim şah olandan sonra da ona qulluq
etməkdə davam edirdilər. Ağa Məhəmməd öldürüldüyü gecə o üç qardaşın çadırları
Şahın Şuşadakı qərargahında qurulu qalmışdı. Ağa Məhəmmədin varisi Fətəli xanın
onlara Şirvanda, Mazandaranda, Gilanda və Azərbaycanda bəxş etdiyi təsərrüfatlarla,
malikanələr Şirvanşirlər nəslinin doqquz igidinin qanlarının bahasına başa gəlmişdi. Bu
üç qardaş şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra ruslar
gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun Gəncə yaxınlığında
qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan, şərəf gətirmişdi. Yalnız
Türkmənçay sülh müqaviləsindən sonra Şirvanşirlərin arasına ayrılıq düşmüşdü.
Nəslimizin üzvləri Məhəmməd şahla Nəsrəddin şahın hakimiyyətləri zamanı
türkmənlərlə Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak oldular. Nəslimizin ruslar
tərəfində olan üzvləri də çarın Krım müharibəsində, türklərə qarşı döyüşlərdə və Rus-
yapon müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və şərəflə daşıdığı saysız-
hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız Gerindium və Gerindivyum
arasındakı fərqi bilmədikləri halda, belə imtahanları verməyə qadir idilər.
Atam sözünə yekun vurub dedi:
- Ölkədə yenə müharibədir, amma sən Əli xan, çarın iltifatlı bir fərmanının ardında
gizlənib qorxaqlıq edirsən. Nəslimizin tarixçəsi sənin qanına yeriməyibsə, nə desəm də
faydası yoxdur. Sən əcdadlarımızın qəhrəmanlıqlarını toz basmış kitabların səhifələrində
yox, qəlbində və qan damarlarında oxumalı idin.
Atam qəmgin halda susdu. O, məni başa düşmədiyi üçün mənə nifrət edirdi. Onun oğlu
doğrudanmı qorxaq idi? Ölkədə müharibədir, amma onun oğlu döyüşə can atmır.
Düşmənin qanına susamır, onların diz çökdüyünü və ağladıqlarını görmək istəmirdi. Yox,
onun oğlu korlanıb, yoldan çıxıb!
Mən xalçanın üstündə bardaş qurub oturmuşdum. Yumşaq yastığa söykənib zarafatla
dedim: “Mənə demişdin ki, üç şey edə bilərsən. Birincisi ilk yazımı Qarabağda
keçirməkdi. İkincisi, mən öz qılıncımı ancaq özüm istədiyim zaman qınından sıyıracam.
Bu işin də çox gec olacağını düşünmürəm. Yanılmıramsa sülh günləri uzun zaman üçün
qurtarıb. Bizim vətənimizin mənim qılıncıma daha sonra ehtiyacı olacaq.
Atam, yaxşı deyib susdu və bir daha müharibədən söz salmadı. Yalnız hərdənbir
soruşucu baxışlarla göz ucu mənə baxardı. Bəlkə oğlu hələ korlanmayıb, kim bilir?
39
Bu aradan Təzə Pir məscidinə gedib, oranın imamı ilə söhbət etdim. İmam dərhal məni
başa düşdü. O yaraşıqlı libasını geyib evimizə gəldi. İmam atamla bir otağa girib orada bir
xeyli söhbət etdilər. Uzun sürən söhbət əsnasında imam atama demişdi ki, Qurani Kərimə
əsasən bu müharibənin müsəlman ilə heç bir əlaqəsi yoxdur. O, öz sözlərini təsdiq etmək
üçün peyğəmbərin bir çox kəlamını da atama söyləmişdi. Ondan sonra bizim evimizdə
sakitlik hökm sürməyə başladı. Evimizə barışıq və əmin-amanlıq gəldi.
Amma bu sakitlik yalnız bizim evdə idi. Gənclərimizdə döyüş həvəsi yaranmışdı.
Bundan kənarda qalmaq da hər adamın işi deyildi. Bəzən dostlarıma baş çəkməyə
gedirdim. Bu gün də mən Sisanişvili darvazasından keçib, sağa Haşım küçəsinə döndüm.
Sonra da müqəddəs Olqa küçəsindən keçib, Zeynal ağanın evinə getdim.
İlyas bəy masanın arxasında oturub hərbiyə aid olan əsərləri oxuyurdu. Onun yanında
qaşları çatılmış və sifətinə dəhşət çökmüş, məktəbdə ən axmaq şagird olan Məmməd
Heydər çömbəlib oturmuşdu. Müharibə onu ağıllı başlı sarsıtmışdı. O da elm ocağını
tələsik atıb İlyas bəy kimi yalnız çiyinlərində qızılı sapla işlənmiş zabit paqonlarının
varlığını hiss etmək arzusu ilə yaşayırdı. Ona görə də onların hər ikisi zabitlik məktəbinə
daxil olmaq üçün inadkarcasına imtahana hazırlaşırdılar. Otağa girəndə Məmməd
Heydərin məyus mırıltısını eşitdim: “Ordu və donanmanın vəzifəsi çarı və vətəni xarici və
daxili düşmənlərdən qorumaqdır”.
Mən bu zavallının əlindən kitabı götürüb, onu imtahan etməyə başladım:
- Möhtərəm Məmməd Heydər, mənə söyləyə bilərsənmi ki, xarici düşmən dediyin
kimdir.
O, alnını qırışdırıb çox dərin fikrə getdi. Sonra birdən partladı. “Almanlar və
Avstriyalılar”.
Təmamilə yanılırsan əziz dostum, - deyə güldüm. Sonra qələbə qazanmış bir insan kimi
kitabdan oxudum:
“Xarici düşmən termini, müharibə etmək məqsədilə bizim sərhədlərimizi aşan və ya
aşmaq təhlükəsini yaradan hər növ hərbi hissədir”.
Sonra üzümü İlyas bəyə çevirdim:
- Sən mənə deyə bilərsənmi “Atəş nə deməkdir?”
İlyas bəy bir avtomat kimi cavab verdi: “Atəş, barıt qazının köməyi ilə güllənin lülədən
çıxmasına deyilir”.
Bu sual-cavab oyunu bir müddət davam etdi. Biz elmin bütün qaydalarına riayət edib
düşməni məhv etməyin nə qədər çətin olduğuna və bu sənətə bizim ölkədə hələ də çox
səthi əməl edildiyinə heyrət edirdik.
Sonra Məmməd Heydərlə İlyas bəy sevincindən vəcdə gəlib gələcək hərbi
əməliyyatlardan danışmağa başladılar. Düz bir saatlıq xülyapərəstlikdən sonra hər ikisi
belə nəticəyə gəldilər ki, hər bir əsgər öz xəritəsini arxa çantasında daşımalıdır. Bunu
deyəndən sonra onlar mərhəmətli baxışlarını mənə zillədilər.
Məmməd Heydər sözə başladı:
- Mən zabit olduğum zaman, sən gərək küçədə gedərkən mənə yol verəsən və mənə
böyük hörmət göstərəsən. Çünki mən cəsur qanımla sənin tənbəl gövdəni müdafiə
edəcəyəm.
- Sən zabit olana qədər müharibə çoxdan sona çatmış olacaq, almanlar da Moskvanı
tutacaqlar.
40
Mənim bu qənaətim gələcək iki qəhrəmanımın keflərini heç də pozmadı. Çünki
müharibədə kimin qalib çıxacağı mənim kimi onları da maraqlandırmırdı. Bizimlə döyüş
meydanı arasında dünyanın altıda biri qədər böyük bir məsafə var idi. Almanlar bu qədər
ucsuz-bucaqsız yeri tuta bilməzdilər. Əgər almanlar lap bu qədər yeri tutsaydılar da,
bizim üçün fərqi yox idi. Çünki bir xristian hökmdarın yerinə o biri xristian bizə
hökmranlıq edəcəydi. İlyas bəy üçün müharibə bir məcarə idi. Məmməd Heydər üçün isə
məktəb həyatını şərəfli bir şəkildə başa vurub, özünə bir kişi sənəti seçmək fürsəti idi.
Əlbəttə onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Mən buna əmin idim. Çünki
xalqımızda igidlik və cəsarət kifayət qədərdi. Amma nə fayda? Bu sualı nə İlyas bəy və nə
də Məmməd Heydər bir kərə də olsun soruşmurdular. Mənim xəbərdarlıqlarımın hamısı
tam boşa çıxdı. Çünki onların hər ikisində Şərqlilərin qan içərliyi həvəsi oyanmışdı. Onu
söndürmək artıq mümkün deyildi.
Bu səbəbdən də onlar mənim sözlərimə və özümə etinasızlıq göstərəndən sonra mən,
Zeynal ağanın evini tərk etdim. Məhəlləni keçib sahil bağına gəldim. Qurğuşun rəngli
Xəzər dənizinin duzlu suları sahildəki qranit daşları yalayırdı. Limanda bir hərbi gəmi
durmuşdu. Sahildə oturub kiçik dalğalarda igidcəsinə çarpışan balaca yelkənli gəmilərə
tamaşa etdim. Mən onların birinə minib rahatca İran şahının yaşıl diyarının darvazası
olan qədim Astara limanına gedə bilərdim. Bu diyar, klassik iran şairlərinin son dərəcə
gözəl yazılmış rubailərini, Rüstəm Zalın qəhrəmanlıqlarını, Tehran saraylarının ətirli
qızılgül bağçalarını mənə xatırladırdı. İran qeyri adi bir xəyal diyarı idi.
Mən bir neçə dəfə sahil bağını o baş bu başa gəzdim. Ninogilə gedib orada onunla
görüşmək mənə hələ bir az qəribə gəlirdi. Çünki belə təqdirdə davranış qaydalarına qarşı
zidd olacaqdım. Amma, müharibəni nəzərə alaraq bəlkə də qoca Kipiani bu hərəkətimə
də göz yumardı. Çox düşündükdən sonra, nəhayət dərindən nəfəs alıb, dörd mərtəbəli
binanın pilləkənləri ilə yuxarı qalxdım. Binanın ikinci mərtəbəsindəki giriş qapısının
üzərində “Knyaz Kipiani” sözləri yazılmış bürünc bir lövhə vardı. Qapının zəngini
basdım. Ağ örlüklü bir xidmətçi qız qapını açdı və reverans etdi. Papağımı ona verdim.
Şərqin adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropalıların məclisində
hansı şəkildə hərəkət etməyin qaydalarını bilirdim.
Knyaz Kipianinin ailəsi böyük qonaq otağında oturub çay içirdilər. Qonaq otağındakı
mebelin üzünə qırmızı ipək parça çəkilmiş, künclərdə palma ağacları və dibçəklərdə
çiçəklər dururdu. Divarlara isə sadəcə naxışlı divar kağızları çəkilmişdi. Kipiani ailəsinin
üzvləri bəzəkli iri fincanlarda südlü ingilis çayı içirdilər. Masanın üstündə suxarı və
ingilis üsulu ilə hazırlanmış biskvit qoyulmuşdu. Ninonun anasının əlini öpdüm. Onun
əlindən suxarı, biskvit və ətir iyi gəlirdi. Knyaz mənə əl verdi. Nino gizlincə çay
fincanının içinə baxaraq üç barmağını mənə uzatdı.
Mən əyləşəndən sonra, mənə də çay gətirdilər. Əli xan deməli qəti qərara gəlmisiniz ki,
müharibəyə getməyəcəksiniz, deyə knyaz zarafatla soruşdu.
- Bəli, knyaz məncə hələlik vaxtı çatmayıb. Ninonun anası fincanı masanın üstünə qoyub
dilləndi.
- Sizin yerinizdə olsaydım, barı müharibə qeyrətlərinə yardım qayəsiylə qurulmuş
komitələrin birinə üzv olardım. Heç olmasa bu və ya başqa şəkildə bir uniforma geymək
fürsətini əldə edə bilərdiniz.
- Bu yaxşı fikirdir, mən də belə edəcəyəm, - deyə knyaz sözünə davam etdi:
41
- Düz deyirsiniz, knyaz. Amma iş burasındadır ki, boş vaxtım o qədər azdır ki, qorxuram
ana vətən məndən çox az fayda görsün.
Knyaz təəccüblə üzümə baxıb soruşdu:
- Bəs siz boş vaxtlarında nə ilə məşğul olursunuz?
- Malikanəmizin idarə edilməsi ilə məşğulam, knyaz.
Bu cavab yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında və ya başqa bir
yerdə oxumuşdum. Əgər bir alicənab lordun işi-gücü yoxdursa, deməli o, öz malikanəsini
idarə etməklə məşğuldur. Bu cümləni işlətdiyim üçün knyaz ailəsinin rəğbətini qazandım.
Bir neçə bu cür cümlələr işlədəndən sonra Kipianilər ailəsi mənə böyük bir nəzakət
göstərərək o axşam Ninonu operaya aparmağa icazə verdilər. Mən yenə də Ninonun
anasının əlini öpdüm, baş əydim və hətta “r” hərfini peterburqlular kimi tələffüz edə-edə
danışdım. Axşam saat səkkizin yarısında gəlib Ninonu operaya aparacağıma söz verdim.
Nino məni qapıya qədər ötürdü. Papağımı xidmətçi qızın əlindən aldığım zaman o,
qızarıb başını aşağı dikdi, sonra Nino heyran edici bir şirinliklə pozuq Azərbaycan ləhcəsi
ilə dedi: “Şəhərdə qaldığın üçün çox sevincək oldum Əli xan”, Sən doğrudanmı
müharibəyə getməkdən qorxursan? Axı kişilər müharibədən xoşlanırlar. Sən müharibəyə
gedib yaralansan da yaralarını belə sevəcəyəm”.
Mən Ninonun əlini tutub sıxdım və sakit tərzdə dedim ki, “Mən heç nədən qorxmuram,
bir gün gələcək sən mənim yaralarımı sarıyacaqsan. O günə kimi məni qorxaq hesab edə
bilərsən”. Nino nə demək istədiyimi anlamadan çaşqın-çaşqın mənə baxdı.
Ondan ayrılandan sonra evə getdim və hirsimdən köhnə bir kimya kitabını cırıq-cırıq
edib yerə çırpdım. Bir az hirsim soyuyandan sonra bir fincan İran çayı içdim və operaya
zəng edib bir loja sifariş etdim.
X
- Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə qərq ol. Tehrandakı o
gecəni xatırlayırsanmı?
Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı üzərində
Nəsrəddin Şahın şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı dördkünc səhnənin
ətrafında oturmuş, ayaq üstə durmuş və uzanmış vəziyyətdə olan ləyaqətli kişilər, dəcəl
uşaqlar və vəcdə gəlmiş gənclərlə dolu idi. Onlar həzrəti Hüseynin Kərbəla müsibətini
göstərən şəbehə tamaşa edirdilər. Salonda işıq çox zəif yanırdı. Səhnədə saqqallı bir mələk
həzrəti Hüseynə təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini səhraya göndərir ki,
həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şüvən səslərini qılıncların cingiltisi
kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan Həvva səhnədə gəzişib uzun rübai
düzümlərini oxuyurdular. Həzrəti Hüseynin başını qızıl bir sinidə gətirib Xəlifəyə
verirlər. Tamaşaçılar titrəyir və ağlaşırlar. Bir imam cərgələri gəzib, ağlayan tamaşaçıların
göz yaşlarını pambıqla balaca bir şüşəyə yığırdı. O, gözyaşlarında son dərəcə ovsunlu bir
qüvvətin olduğuna inanırdı. Möminin inamı artdıqca şəbehin təsiri də güclənirdi. Enli bir
taxta lövhəsi səhra dekorasiyası vəzifəsini görürdü. Sandıq xəlifənin ləl-cəvahirətlə
bəzədilmiş taxtını, bir neçə ağac dirəklər cənnət bağını və saqqallı bir kişi də həzrəti
Peyğəmbərin qızını təsvir edirdi.
- İndi isə gözlərini aç, əllərini qulaqlarından götür və ətrafına bax!
42
Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz qamaşdırırdı. Lojalar
gipsdən düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş ilahə fiqurları ilə bəzədilmişdi.
Onların üstü qırmızı məxmərlə örtülmüşdü. Tamaşa salonundakı kişilərin daz başları
gecələr göy qübbəsində görünən ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri
və qolları çılpaq olduğundan salonda həyəcan yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq
bir uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi görünən musiqiçilər oturub
əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda pıçıltıların səsi, proqram
vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-birinə qarışmışdı. Bir neçə dəqiqədən
sonra Bakı şəhər opera teatrında “Yevgeni Onegin” tamaşası başlanmalı idi.
Nino yanımda oturmuşdu. Onun zərif siması mənə tərəf yönəlmişdi. Onun dodaqları
nəm, gözləri quru idi. O qədər də danışqan deyildi. İşıqlar sönən kimi qolumu Ninonun
çiyinlərinə qoydum. Nino başını yana çəkdi, elə bil ki, bütün fikri Çaykovskinin
musiqisində idi. Yevgeni Onegin şahanə görünüşü olan kostyumu ilə səhnədə gəzir,
Tatyana da ariyasını oxuyurdu.
Mən operanı həmişə dram teatrından üstün tutardım. Çünki operadakı hadisələr,
dramdakılara nisbətən bəsit idi və çoxu da əvvəlcədən bəlli idi. Dram teatrında isə
səhnədəki hadisələri adam necə olsa da bilirdi. Musiqi gurultulu olmadığı zaman operaya
heç bir etirazım yoxdu. Lakin dramda olub bitən qarmaqarışıq, qəribə hadisələri izləməyə
çox zaman həddən artıq vaxt sərf edirdim. Salonda qaranlıqdır. Mən gözlərimi
yumduğum zaman qonşularım ruhumun bir musiqi okeanının ovsunlu dərinliklərinə
batdığını düşünürdülər.
Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin birinci
cərgələrində oturanları nəzərdən keçirirdim. Üçüncü cərgənin ortasında qoyun gözlü və
filosof alınlı bir kök adam oturmuşdu. Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik
Naçararyan idi.
Bax, Naçararyan oradadır – deyə Ninonun qulağına pıçıldadım.
Ay barbar, səhnəyə bax, ətrafa yox, - deyə Nino pıçıltı ilə cavab verdi, amma buna
baxmayaraq özü də göz ucu kök erməni tərəfə baxdı.
Naçararyan oturduğu yerdə başını çevirib dostcasına salam verdi. Tənəffüsdə Ninoya
şokolad almaq üçün bufetə getdim. Bufetin qarşısında Naçararyanla qarşılaşdım. Sonra
tosqun bir az da keçəl olan Naçararyan lojamıza gəlib oturdu. “Naçararyan neçə yaşınız
var”, - deyə ondan soruşdum. O, “otuz” deyə cavab verdi.
Naçararyanın cavabı Ninonun diqqətini cəlb etdi və heyrətləndirdi: “Deməli, bundan
sonra sizi şəhərdə görə bilməyəcəyik”.
- Nəyə görə, prinses?
- Çünki sizin yaşınız da olanları əsgərliyə çağırmışlar.
Naçararyan bərkdən güldü, onun gözləri az qala hədəqəsindən çıxacaq idi və şişman
qarnı atlana-atlana dedi:
- Təəssüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərəm. Həkim məndə sağalmaz
bir böyrək xəstəliyi tapıb, elə buna görə də mən əsgərliyə getməyib evdə qalmalıyam.
Xəstəliyin adı qəribə səslənirdi.
Nino təəccübdən gözlərini bərəltdi və ürəkyananlıqla soruşdu:
- Bu xəstəlik təhlükəlidirmi?
43
- Bu insanın özündən asılıdır. İşini bilən həkimin köməyi ilə heç bir xəstəlik təhlükəli ola
bilməz.
Nino heyrətlənmişdi və həm də qəzəblənmişdi.
Məlik Naçararyan Qarabağın ən nüfuzlu ailəsinə mənsubdu. Onun atası general idi, özü
də ayı kimi sağlam və zırpı idi. Üstəlik evli də deyildi.
Pərdə qalxanda Nino başını çiynimə qoydu. Çaykovskinin məşhur valsı çalınmağa
başlananda isə Nino gözlərini mənə dikib pıçıldadı:
- Sən Naçararyanla müqayisədə az qala qəhrəmansan. Heç olmasa səndə adı dolaşıq olan
xəstəlik yoxdur.
Qəhrəman Lenski tenor səsiylə oxuya-oxuya Yevgeni Oneginin tapancasının lüləsi
qabağına çıxıb, qabaqcadan proqramlaşdırılmış surətdə öldürülənə qədər belə Nino başını
mənim çiynimdən qaldırmadı.
Naçararyan bizi operanın girişində gözləyirdi. Onun avtomobili var idi. Avtomobilə
minib şəhərimizin qaranlıq dar küçələrindən, gimnaziyanın və litseyin qabağından
keçdik. Gecələr bu iki təhsil ocağının görkəmi insana xoş təsir bağışlayırdı. Biz şəhər
klubunun mərmər pilləkənləri qarşısında dayandıq. Ninonu buraya gətirmək olduqca
təhlükəli idi, çünki o hələ litseydə oxuyurdu. Nino, Şirvanşir və Naçararyan adlı
cənabların müşayiətindədirsə, deməli prinses Kipiani müqəddəs Kraliça Tamara litseyinin
qaydalarını pozulmasında narahat olmaya bilərdi.
Biz gur işıqlı geniş balkona keçdik. Klubun balkonu gecə qaranlığına qərq olmuş
Qubernator bağına çıxırdı. Mən ulduzları, işıq saçan dənizi və Nargin adasının
mayaklarını seyr etdim.
Qədəhlərin cingiltili səsi gəldi. Nino və Naçararyan şampan şərabı içirdilər. Çünki
dünyada heç bir şey, hətta Ninonun gözləri belə məni öz doğma şəhərimdə camaatın
gözü qabağında spirtli içki içməyə məcbur edə bilməzdi. Elə bu səbəbdən də mən həmişə
olduğu kimi portağal suyu içirdim. Altı nəfərdən ibarət olan orkestr nəhayət fasilə edən
vaxt, Naçararyan ciddi və düşüncəli bir tərzdə dedi:
- Budur, Qafqazın üç böyük xalqının nümayəndələri olan biz bir yerdə oturmuşuq: Bir
gürcü qızı, bir müsəlman və bir də erməni. Üçümüz də eyni səma altında doğulmuş, eyni
torpaq üstündə yaşayırıq. Aramızda fərq vardır, amma yenə də eyni, Məryəm, həzrəti İsa
və Cəbrail üçlüyü kimi birik. Eyni zamanda biz avropalıyıq və həm də asiyalı. Qərbdən də
alırıq, Şərqdən də. Amma hər ikisinə də mal-dövlət veririk.
Nino sözə başladı:
- Mən həmişə elə zənn edirdim ki, Qafqazlıların ən vacib xüsusiyyətləri dava etməkdir.
Lakin indi mən heç bir döyüşmək istəməyən iki qafqazlının arasında oturmuşam.
Naçararyan xoş sifətlə ona baxıb dedi:
- Xeyr, Əslində hər ikimiz də döyüşmək istəyirik, prinses, amma biri-birimizə qarşı yox.
Bizi ruslardan sıldırım bir dağ ayırır. Bu dağ Qafqaz dağlarıdır. Əgər bu müharibədə
ruslar qalib gələrlərsə, ölkəmiz tam mənada ruslaşacaq. Biz ibadətxanalarımızdan,
dilimizdən və milli xüsusiyyələrimizdən məhrum olacağıq. Biz Avropa və Asiya arasında
körpü rolunu oynamaq əvəzində, hər ikisinin mələzi olacağıq. Yox, kim çar üçün
vuruşarsa, o Qafqazlılara qarşı vuruşur deməkdir.
Nino müqəddəs Tamara litseyində dərsliklərdən öyrəndiyini təkrarladı: “İranlılar və
türklər ölkəmizi çapıb talayırlar. Şah şərqi yerlə-yeksan etmişdir, Sultan da qərbi. Nə
44
qədər qız qul edilərək uzaq diyarların hərəmxanalarına aparıldı. Ruslar isə buraya öz
razılıqları ilə gəlməmişlər. Biz onları çağırmışıq. Gürcü kralı XII Georgiy könüllü olaraq
çara təslim olub. Məgər çarın dediyi sözlərlə tanış deyilsinizmi: “Biz gürcü krallığının
müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı böyütmək üçün üzərimizə
götürmürük”.
Əlbəttə, biz bu sözləri eşitmişdik. Çar birinci Aleksandrın yüz il bundan qabaq
haqqımızda çıxartdığı manifesti düz səkkiz il oxuduğumuz məktəbdə başımıza yeritməyə
çalışmışlar. “Biz gürcü krallığının müdafiəsini onsuz da ucsuz-bucaqsız olan
imperiyamızı daha artıq böyütmək üçün...” sözləri Tiflisin mərkəzi küçəsində vurulan
bürünc bir lövhənin üzərində həkk edilmişdi.
Nino haqsız deyildi. O zamanlar Şərq hərəmxanaları müharibələrdə yaxalanmış Qafqaz
qadınları ilə, Qafqaz şəhərlərinin küçələri isə xristian cəsədləri ilə dolu idi. Mən Ninoya
cavab verib deyə bilərdim ki, “Mən müsəlmanam, siz isə xristian. Allah da sizi bizə
qənimət bəxş edib”. Lakin susmağa üstünlük verdim və Naçararyanın cavabını gözlədim.
O dedi:
- Baxın, prinses, siyasi düşüncəsi olan adamın bəzən haqsızlıq, hətta ədalətsizlik edəcək
qədər cəsarət göstərməsi də lazımdır. Bəli razıyam, ölkəmizə sülh ruslarla birlikdə gəldi.
Lakin biz Qafqazlılar bu sülhü indi rusların köməyi olmadan da qoruyub saxlaya bilərik.
Ruslar bizi biri-birimizdən qorumalarının gərəkliyini irəli sürərək buraya rus hərbi
hissələri, rus çinovnikləri və rus qubernatoru göndəriblər. İndi, prinses, özünüz deyin, siz
özünüzü məndən qorumalısınızmı? Mənim də Əli xandan qorunmam lazımdırmı? Bu
yaxın keçmişdə biz Şuşanın yaxınlığındakı İsa bulağının başında əlvan xalçaların üstündə
oturub dostcasına söhbət etmirdikmi? İran artıq bizimlə düşmən deyildir ki, Qafqaz
xalqları ondan qorxmalı olsunlar. İndi düşmənimiz şimalda oturub və bizi inandırmağa
çalışır ki, biz biri-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq bizlər artıq çoxdandır ki,
uşaqlığı arxada qoyub, uşaqlıq yaşından çıxmışıq.
- Deməli ona görə müharibəyə getmirsiniz? - deyə Nino soruşdu.
Naçararyan həddən artıq şampan şərabı içmişdi. “Yox, səbəb təkcə buna görə deyil” -
deyə söz başladı. Mən həm də tənbələm, özü də rahat yaşamağı sevirəm. Erməni
kilsəsinin əmlakını ruslar müsadirə etdikləri üçün onlardan küsmüşəm. Sonra da ki,
klubun balkonunda oturmaq, atəş xəttindəki səngərlərdə çürüməkdən yaxşıdır. Bizim
ailəmiz məşhurlaşmaq üçün kifayət qədər çalışıb vuruşmuşdu. Mən özüm isə kef
əhliyəm.
- Mən bu mövzuya tamam başqa nöqtəyi nəzərlə baxıram, - dedim. Mən kef əhli
deyiləm, müharibədən də xoşum gəlir. Amma məhz bu müharibədən xoşum gəlmir.
Naçararyan şərab içə-içə mənə baxıb dedi:
“Siz hələ gəncsiniz, dostum, ona görə” - dedi və şampan badəsini təkrar qaldırıb
söhbətinə davam etdi. Biz durub evə getməyə hazırlaşanda Nino artıq deyəsən
Naçararyanın haqlı olduğuna təxminən inanmışdı. Naçararyanın avtomobilinə mindik.
Yolda Naçararyan yenə də dilləndi:
- Bu qeyri adi şəhər Avropanın darvazasıdır. Əgər Rusiya belə geridə qalmasaydı,
ölkəmiz çoxdan Avropa ölkəsinə çevrilərdi.
- Mən coğrafiya dərslərindəki xoş günləri yada salıb ürəkdən qəhqəhə çəkdim. Çünki
coğrafiya müəllimimiz də şəhərimizi Avropaya daxil etmək istəyirdi.
45
O gün çox xoş bir axşam keçirdik. Vidalaşanda mən Ninonun gözlərindən və əllərindən
öpdüm. Naçararyan isə başını dənizə tərəf çevirib dənizi seyr edirdi. Sonra da Naçararyan
məni avtomobili ilə Sisianaşvili darvazasına tərəf apardı. Avtomobil oradan daha irəliyə
gedə bilməzdi. Çünki qala divarlarının arxa tərəfi Asiya idi.
Naçararyan mənim ilə vidalaşan zaman soruşdu:
- Nino ilə evlənəcəksinizmi?
- İnşallah, qismət olsa.
- Dostum, onunla evlənmək üçün bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsan.
Əgər köməyə ehtiyacınız olsa, qulluğunuzda hazıram. Mən istəyirəm ki, siz başqa-başqa
dinlərə mənsub olsanız da xalqımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni qurasınız.
Mən belə evlənmələrə ürəkdən tərəfdaram. Biz əl-ələ verib mövqelərimizi müdafiə
etməliyik. Birləşməliyik və bir olmalıyıq.
Səmimiyyətlə onun əlini sıxdım. Deməli həqiqətən də ləyaqətli və vicdanlı ermənilər də
var imiş. Kəşf etdiyim bu yenilik son dərəcə insanı düşünməyə məcbur edirdi.
Yorğun halda evə gəldim. Xidmətçi yerdə bardaş qurub kitab oxuyurdu. Əlindəki kitaba
bir nəzər saldım: Qurani Kərimin səhifələri incə yazılarla dolu idi. Xildmətçi ayağa
qalxaraq məni salamladı.
Əlindəki müqəddəs kitabı onun əlindən alıb oxumağa başladım: “Ey möminlər,
unutmayın ki, şərab içmək, qumar oynamaq və canlının rəsmini çəkmək qadağan
edilmişdir və bunlar şeytan əməlləridir. Bunlardan uzaq qaçın ki, bəlkə xoşbəxtliyə nail
olasanız. Şeytan sizi Allahın düşüncəsindən və ibadətindən döndərmək istəyir”.
Quranın səhifələrindən ətrafa xoş bir qoxu gəlirdi. İncə sarımtıl rəngli vərəqlər
xışıldayırdı. Allahın iki dəri örtüklü cild arasına alınmış kəlamları ciddi və öyüdverici idi.
Quranı xidmətçinin özünə qaytardım, sonra yuxarı otağıma qalxdım. Divan geniş və
yumşaq idi. Həmişəki adətim üzrə dərin düşünmək və hər şeyi yaxşı görmək üçün
gözlərimi yumdum. Şampan şərabı, bal səhnəsindəki Yevgeni Onegin, Naçararyanın açıq
rəngli qoyun gözləri, Ninonun zərif dodaqları və şəhərimizi zəbt etmək üçün dağ
tərəfindən şəhər divarlarını aşan saysız-hesabsız düşmən dəstələri gözümün qabağında
canlandı.
Küçədən bir mahnı səsi gəldi. Bu, aşiq olmuş Haşım kişi idi. O, çox yaşlı idi və heç kim
onun hansı eşq üçün kədərləndiyini bilmirdi. Camaat ona “məcnun” - eşq xəstəsi adını
vermişdi. Gecələr şəhərin qaranlıq küçələrində sərgərdan dolaşır, dalanların birində yerə
oturur və səhər açılana qədər ağlaya-ağlaya öz eşqindən şərqilər oxuyardı.
Onun oxuduqları ahəngli adama yuxu gətirirdi. Üzümü divara çevirib dərin yuxuya
getdim.
Həyat hələ də çox gözəl idi.
XI
Çomağın iki başı var. Bir başı yuxarı, o biri də aşağı başdır. Çomağın ortasından tutub
çevirsən yuxarı baş aşağıda, aşağı baş da yuxarıda olur. Çomağın özündə isə heç bir şey
dəyişmir.
Mənim vəziyyətim də elə bu cür idi. Mən bir ay və yaxud bir il bundan qabaqki adam
idim.
46
Qoca dünyada eyni müharibə gedir, eyni generallar ya qalib gəlir, ya da məğlub
olurdular. Amma bir az əvvəl mənə qorxaq deyənlər, indi mənimlə küçədə qarşılaşdıqları
zaman xəcalət çəkdiklərindən gözlərini yerə zilləyirlər. Dostlarımla qohumlarım vaxtı ilə
müharibəyə getməməyimə qərarımı verərək çox ağıllıca davranmış olduğumu söyləyirlər,
atam da mənə iftixarla baxırdı. Lakin çomaqda heç bir şey dəyişməmişdi.
Bir gün şəhərdə xəbər yayılır ki, Böyük Osmanlı İmperatorluğunun sultanı əlahəzrət
Mehmət Rəşid kafirlər dünyasına qarşı müharibə elan etmək qərarına gəlib, Sultanın
müzəffər qoşunları müsəlmanları Rusiyanın və İngiltərənin boyunduruğundan
qurtarmaq üçün şərqə və qərbə irəliləyirdi. Bununla da Cihad – müqəddəs müharibə elan
edilmiş və xəlifənin sarayının üstündə də Peyğəmbərin yaşıl bayrağı dalğalanırmış. Bu
xəbər mənim qəhrəmana çevrilməyimə səbəb oldu. Dostlarım gəlib mənim
uzaqgörənliyimə səcdə edirdilər. Çünki, müharibəyə getməməkdə haqlı idim. Müsəlman
heç bir vaxt Sultana qarşı vuruşmamalıdır. Türklər isə Bakıya gələcəklər və Türklərlə
birləşdiyimiz zaman da xalqımız böyük bir müsəlman dövləti meydana gətirəcəkdi.
Mən susurdum. Dostlarımın məni tərifləmələrinə cavab vermədən başımı aşağı salıb
onları dinləyirdim. Ağlı başında olan adam tərifə də, nifrətə də soyuqqanlı olmalıdır.
Dostlarım xəritələri açıb vəziyyəti müzakirə edirdilər.
Türklərin şəhərin hansı tərəfindən Bakıya girəcəkləri barədə dostlarım biri-birilə
mübahisə edirdilər. Mübahisəni saxlamaq üçün, dedim ki, türklər Bakıya hansı tərəfdən
gəlirlərsə gəlsinlər, ancaq onlar mütləq şəhərə Ermənikənd tərəfdən girəcəklər. Bu sözdən
sonra dostlarım mənə heyranlıqla baxıb, bir daha zəkamı və uzaqgörənliyimi təriflədilər.
İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. O gündən sonra artıq heç bir
müsəlman silaha sarılmağa qalxmadı. Zeynal ağa da böyük miqdarda pul qoyub birdən-
birə döyüşmək həvəsini itirən İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. İlyas bəy
Osmanlı sultanı müharibə elan etməzdən bir az qabaq zabitlik imtahanından keçmişdi.
Məmməd Heydər də imtahan verib zabit olmağa müvəffəq olmuşdu. İndi hər ikisi
leytenant rütbəsiylə kazarmada oturub, çara sədaqət andını içməyən mənə qibtə edirdilər.
Onların geriyə dönüş yolu artıq yox idi. Onları zabit olmağa heç kim məcbur etməmişdi.
Onlar bunu könüllü etmişdilər və çara sədaqət andını içmişdilər. Əgər onlar bu andı
pozsaydılar onlara arxa çevirən ilk insan elə mən özüm olacaqdım.
O günlərdə mən çox qaradinməz olmuşdum. Gecələr hərdənbir evdən çıxıb, iti
addımlarla yaxınlıqdakı kiçik məscidə gedərdim. Məscidin yanında köhnə bir ev var idi.
Bu evdə mənim köhnə məktəb yoldaşım Seyid Mustafa yaşayırdı. Seyid Mustafa
Peyğəmbərin sadiq qulu idi. Onun balaca badamı gözləri və çopur sifəti var idi. O,
mənsub olduğu rütbənin yaşıl qurşağını taxırdı. Onun atası balaca məscidin imamı idi.
Babası isə müqəddəs Məşhəd şəhərində İmam Rzanın türbəsində tanınmış bir alim idi.
Seyid Mustafa dindar idi. O, gündə üç dəfə namaz qılırdı. İsanın düşmənini ayaqları
altında əzmək məqsədilə allahsız xəlifə Yezidin adını pəncəsinə yazmışdı. Seyid Mustafa
Məhərrəm ayının onuncu gününə düşən aşurada qan fışqırana qədər sinə vurardı. Nino
onun din uğrunda ağlını itirmiş olduğunu hesab etdiyi üçün ona nifrət edirdi. Halbuki
mən onun təmiz və açıq dünya görüşlərinə görə Seyid Mustafanı sevirdim. O, xeyri
şərdən, haqqı da nahaqdan hamıdan yaxşı seçə bilirdi.
Seyid Mustafa məni müdrik bir adamın şən gülüşü ilə qarşılayıb dedi:
47
- Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yeşik şampan şərabı alıb ki, onları şəhərə
girən ilk türk zabiti ilə içsin. Əli xan, şampan şərabı anladınmı? Müsəlman Cihad
döyüşçülərinin şərəfinə şampan şərabı!
Çiyinlərimi dartıb dedim:
- Niyə təəccüblənirsən, ay Seyid? İnsanlar ağıllarını itiriblər.
Seyid acıqla dedi:
- Allah qəzəbləndiyi adamı yolundan azdırar.
Seyid yerindən atıldı. Onun dodaqları əsirdi:
- Dünən səkkiz adam əsgərlikdən qaçıb ki, Sultanın ordusunda xidmət etsin. Səkkiz
adam! Əli xan anlayırsanmı? De görüm, bu səkkiz nəfər nə etdiklərini başa düşürlərmi?
- Hər halda quş beyinli adamlardır: - deyə ehtiyatla cavab verdim. Buna baxmayaraq,
ürəyim Ənvər Paşa ordularının şəhərimizə girəcəyi anı görmək istəyirdi.
- Bir işə bax, Əli xan, dedi:
- Şiələr sünni Xəlifənin tərəfində vuruşurlar. Məgər Yezid Peyğəmbər nəvəsinin qanını
tökməmişdirmi? Məgər Müaviyə həzrəti Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi
kimdir? Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz əbədiyyət
İmamı? Yüz illərdən bəridir ki, şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan
bu dönüklər arasında qan axır. Burada şiə, orada sünni və onların arasında heç bir körpü
yoxdur.
Sultan Səlimin qırx min şiəni qılıncdan keçirdiyi gündən heç də çox keçməmişdir. Bəs
indi? Şiələr Peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey,
möminlərin qanı, İmamların sirli ölümləri yaddan çıxmışdır? Burada şiə şəhərində
insanlar oturub sünnilərin gəlməsini və dinimizi məhv etməsini həsrətlə gözləyirlər. Axı
Türkiyə nə istəyir?! Ənvər Urmiyaya kimi irəliləmişdir. İran parçalanacaq, din məhv
olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, bu dönüklərin cəzasını ver! Ya Əli, ya
Əli...!
Seyid Mustafanın yanaqlarından göz yaşları axırdı. O, yumruğu ilə sinəsinə vururdu.
Mən sarsılmış halda ona baxırdım. Nəyin haqq və nəyin isə nahaq olduğunu artıq
bilmirdim. Düzdür, türklər sünnidirlər. Amma buna baxmayaraq, ürəyim, Ənvər Paşanın
ordusunun şəhərimizə girəcəyi anı görmək istəyirdi.
Axı bu nə deməkdi? Şəhidlərimizin qanı məgər boş yerə axıb?
Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. İkimizin də
damarlarında turan qanı axır. Bəlkə də ona görə Xəlifənin ayparalı bayrağının altında
ölmək daha asandır.
Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi:
- Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan qanımı deyirsən?
Mənə elə gəlir ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, hətta
daha uzaqlara, get Sibir hüdudlarına kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə
danışan, bizim qanımızdan olan, bizim kimi türklər. Amma Allah onları yolundan
azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa, torpağa, bütlərə sitayiş edirlər. Su
ilahiəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-Tengriyə səcdə edirlər. Əgər günlərin
birində oralarda yaşayan yakutlar və yaxud altaylılar qüvvətlənib bizə qarşı müharibə
elan edərlərsə, onda biz şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin
qələbəsinə sevinməliyik?
48
- Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. Türklərə qarşı
vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmməd Peyğəmbərin adı ilə biz çarın xaçını
xəlifənin ayparalı bayrağına qarşı müdafiə etməliyik? Axı nə etməliyik, Seyid?
Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi:
- Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm.
Seyid Mustafa dəhşətli iztirab içində idi.
Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his eləyərək yanırdı.
Lampanın sarımtıl zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işıqlandırırdı. Bu
namaz xalçası qatlanıb yola götürülə biləcək qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa
da bu dünyaya bir səyahət dolayısıyla gəlmiş kimiydi. Zatən başqalarının günahlarını
pisləmək Seyid üçün çox asan idi. On il, iyirmi il keçəcək və Məşhəddə gözə görünmədən
və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam Rzanın türbəsində
imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından xəbərdar olan bir qocanın
gözlərini xatırladırdı. Əgər o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gətirib
çıxartsaydı da, yenə haqq və din məsələlərində zərrə qədər güzəştə getməzdi. O, günaha
batıb dünyanın nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı.
Seyid ona görə susur və nə edəcəyini bilmirdi. Həqiqi haqq və din astanasında tənha
keşikçi olan Seyid Mustafanı mən elə buna görə çox istəyirdim.
Söhbətin mövzusunu dəyişdirmək üçün dedim:
- Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan ayırmasın.
Ancaq mən bu gün səninlə o mövzuda deyil, bam-başqa şey haqqında danışmaq
istəyirəm.
Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə məşğul idi. Başını
qaldırıb gülümsədi. Onun çopur sifəti elə bil bir az da enliləşdi: “Dərdini bilirəm, Əli xan.
Evlənmək istəyirsən” - dedi. Özümü itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid
Mustafa ilə şiə hərbi-siyasi gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək
niyyətində idim. Amma Seyid, artıq indidən mənim nikahımı kəsməyə hazır olan molla
kimi danışırdı.
- Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, evlənmək istəməyimin
sənə nə dəxli var?
- Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun üçün də evlənmək
istəyinin bir az da olsa mənə dəxli var. Sən məndən xoşu gəlməyən xristian Nino ilə
evlənmək istəyirsən? Elədir mi?
- Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna?
Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi:
- Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də ən vacib odur ki,
bəyəndiyin qızla evlənəsən. Qadının kişidən xoşu gəlməsi vacib deyildir. Ağıllı kişi
qadının iltifatını qazanmağa səy göstərməz.
Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini sevməsinə lüzum
varmı? Yox, çünki əkinçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma heç bir
zaman yaddan çıxartma ki, qadın yalnız və yalnız sadəcə bir tarladır.
- Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - deyə ondan
soruşdum.
Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi:
49
- Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda yoxdur. Bunlar axı
ona nəyə lazımdır? Qadının bakirə olması və çoxlu uşaq doğması ona yetər.
Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha məqbuldur. Bunu
yaddan çıxartma, Əli xan. Mən həyəcanla oturub gözləyirdim ki, dindar Seyid Mustafa
zəhləsi gedən bir xristian qızı ilə evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa
başlayacaq. Lakin onun cavabı məni sakitləşdirdi. Bu cavab onun açıq və ağıllı insan
olduğunu bir daha isbat edirdi.
Yavaşca ondan soruşdum:
- Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir?
- Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun
dini, imanı da olmaz. Qadın qisminə nə cənnətdə, nə də cəhənnəmdə yer var. Qadın qismi
öləndən sonra dağılıb heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə
olmalıdırlar.
Başımı razı halda yırğaladım.
Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərinə bənzəyən
uzun əlləri üstünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə nəzər saldım.
Orada farsca “Çeynabi Təvarix əl səlcuq” sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi.
Seyid kitabı açdı və dedi:
- Budur, səhifə 207.
Sonra yüksək səslə oxumağa başladı.
- Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun
yerinə Səlcuq taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox keçmədən Qiyasəddin Keyxosrov
bir gürcü prinsesi ilə evləndi. Onun gürcü qızına məhəbbəti o qədər güclü idi ki,
sikkələrin üzərində öz şəkli ilə yanaşı, arvadının da şəklini vurmağı əmr etdi. Bir gün
alimlərlə din xadimləri sultanın yanına gəlib deyirlər: “Sultanın şəriətə qarşı çıxması
düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”.
Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: “Cənabi Allah məni
sizə hökmdar təyin edib. Sizin vəzifəniz də itaət etməkdir”. Alimlərlə din xadimləri
hökmdarın sözlərindən sonra gedib kədərə qərq oldular. Lakin Allah sultan Qiyasəddin
Keyxosrovun gözlərini açdı və o, alimləri yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən
müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara riayət etmək vəzifəsini Allah
mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: uzun yalı olan və sağ pəncəsində
qılınc tutan aslan mənəm. Başımın üzərində parıldayan günəş də çox sevdiyim qadındır.
Dediklərim də sizin üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur.
Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”.
Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də, vaxtı ilə
Keyxosrovun etdiyini indi sən edirsən. Heç bir qanun bunu qadağan etmir. Gürcü
qadınları da Peyğəmbərin dindar möminlərinə vəd etdiyi qənimətin bir hissəsidir.
Peyğəmbər Quranda deyir: “Gedin onları alın”.
Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi balaca gözləri
işıqlandı. O, iyirminci əsrin balaca bir tərəddüdünü müqəddəs Qurani Kərimin kəlamı
vasitəsilə aradan qaldırdığı üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib
deyirdi: qoy, kafirlər əsl tərəqqinin harada olduğunu bilsinlər!
50
Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə mətin addımlarla
addımlayırdım. Çünki arxam-müqəddəs Qurani Kərim, Sultan Qiyasəddin Keyxosrov və
bilikli Seyid Mustafa idi.
XII
Çöl sirli və anlaşılmaz bir dünyanın darvazasına bənzəyir. Atımın nallarının altından toz
və xırdaca daşlar ətrafa səpələnirdi. Altımdakı Terek kazaklarının yəhəri yumşaq idi, elə
bil onun içini yonqarla doldurmuşdular. Terek kazakları bu yəhərin üstündə yatır, uzanır,
və həm də ayaq üstündə dayanırdılar. Kazakın varı da, yoxu da bu yəhərdən asılan
heybənin içində olur: – bir kömbə çörək, bir şüşə arağ və Qabardin kəndlərindən
oğurladığı qızıl sikkələr. Mənim isə heybəm boş idi. Çöl küləyinin vıyıltısı içində atımı
çapırdım. Güclü küləyin qopardığı tozanaqdan göz-gözü görmürdü. Çiynimdəki yumşaq
Qabardin yapıncısı məni küləkdən qoruyurdu. Quldurlar və cəngavərlər bu geyim
növünü soyğunçuluq və gəzinti üçün ixtira etmişdilər. Yapıncıdan nə gün işıqları və nə də
yağmır damcıları keçə bilirdi. Bu qara yapıncını bir an içərisində çadıra çevirmək və onu
büküb basqın zamanı oğurlanmış şeyləri onun qatları içində gizlətmək də mümkündür.
Qaçırılmış qızlar isə tutuquşu qəfəsdə oturan kimi yapıncının içində büzüşüb dinməz
oturardılar.
Mən atımı qurd darvazasına doğru sürdüm. Bakı yaxınlığındakı çöllüyün tam ortasında
yerləşən bu darvazanı lap qədim zamanların bahadırları düzəltmişlər. Bu darvaza, qum
okeanının ortasında ucalan küləkdən kobudlaşmış iki boz qayadan ibarət idi. Türklərin
əcdadı sayılan Boz qurd o zaman Osmanlı türklərinin qabağına düşərək, onları bu
darvazadan keçirdib, Anadolunun yaşıl yamaclarına aparmışlar.
Aylı gecələrdə çaqqallar və çöl qurdları qayalıqların başında yığışıb cəsəd görmüş
köpəklər kimi ulayırdılar. Onların cəsəd iyi barədə anlaşılmaz və qeyri-adi bir
hissiyyatları vardır. Onların nəzərində Ay da bir cəsəddir. Hər hansı bir evdə ölüm
yatağında yatan adam varsa, itlər başlayırdılar ulaşmağa. Onlar cəsəd iyini hələ adam
ölüm yatağında olan zaman hiss edirlər. Bu itlər çöl qurdlarının cinsindən və
nəslindəndirlər.
Çölün ucsuz-bucaqsız boşluğunda atımı sürürdüm. Yanımda da atam atının belində
oturub eyni sürətlə irəliləyirdi.
– Səfər xan! – deyə atamı səslədim. Səsim boğuq çıxırdı. Atamı çox nadir hallarda öz adı
ilə çağırardım.
– Səfər xan, səninlə danışmaq istəyirəm.
– Atam çapa-çapa mənə çatıb, “danış oğlum” dedi. Atlılar həmahəngliklə birləşəndə
danışmaq daha asan olur.
Görəsən atam məni ələ salırdı? Onun qaşları çatılmışdı.
– Buyur, oğlum, nə deyirsən? – Onun səsi mənə istehzalı göründü.
– Evlənmək istəyirəm, Səfər xan.
Araya uzun bir sükut çökdü. Küləyin vıyıltısı isə kəsilmirdi. Atın nalları altından çıxan
xırdaca daşlar, tozla qarışıb ətrafa səpələnirdi.
Nəhayət atamın səsi eşidildi:
51
– Mən sənə dəniz qırağında imarət tikdirəcəyəm. Gözəl bir yer tanıyıram. Bəlkə imarətin
həyətində bir tövlə də tikdirməli oldum. Yay aylarında Mərdəkanda da qala bilərsən.
Birinci oğlunun adını isə əcdadımızın şərəfinə İbrahim qoymalısan. İstəsən sənə bir
avtomobil də alıb verə bilərəm. Amma avtomobil üçün yararlı yollarımız yoxdur. Cins
atlar saxlamaq üçün tövlə daha yaxşıdır.
Yenə sükut çökdü. Qurd darvazası artıq arxada qalmışdı.
Atlarımızı dənizə tərəf, Bayıl qəsəbəsinə tərəf sürürdük. Atamın səsi elə bil uzaqdan
gəlirmiş kimi eşidilirdi. O dedi:
– Mən gərək axtarıb sənə layiqli gözəl bir qız tapım, yoxsa sən özün tapmaq istəyirsən?
Son zamanlar gənclərin çoxu qızları özləri axtarıb tapırlar.
– Mən Nino Kipiani ilə evlənmək istəyirəm.
Atamın simasında heç nə dəyişmədi. O sağ əli ilə atın yüyənini tutmuşdu.
– Nino Kipiani ilə? – deyə o sözə başladı. – Nino Kipianinin incə beli var. Mənə elə gəlir
ki, bütün gürcü qızları incəbeldirlər. Lakin buna baxmayaraq onlar sağlam uşaqlar
doğurlar.
– Axı, ata! – deyə hirsləndim.
Ancaq heç özüm də bilmirdim ki. nəyə görə hirslənmişəm. Atam mənə kənardan
baxaraq gülümsəyirdi.
– Sən hələ çox gəncsən, Əli xan. Qadının beli onun xarici dillər bilməyindən daha çox
önəmlidir. Sonra atam açıq bir laqeydliklə soruşdu.
– Nə vaxt evlənmək istəyirsən?
– Payızda, Nino məktəbi bitirəndə.
– Çox gözəl. Deməli uşaq gələn may ayında dünyaya gələcək. May ayı çox xoşbəxt
aydır.
– Ata!
Məni daha anlaşılmaz bir hirs bürüdü. Mənə elə gəlirdi ki, atam məni lağa qoyur. Mən
Nino ilə onun belinə görə və yaxud xarici dilləri bildiyindən ötrü evlənmirəm. Onu
sevdiyim üçün evlənirəm.
Atam gülümsəyirdi. Sonra atını saxlayıb dedi:
- Çöl ucsuz-bucaqsız və bomboşdur. Hansı təpənin yanında olursa-olsun, fərqi yoxdur,
oturub çörək yeyək. Acmışam. Elə burada da bir az dincələk.
Atlardan düşdük. Atam yəhərinə asılmış heybəsindən təndir çörəyi ilə pendir çıxartdı və
yarısını mənə uzatdı. Mən isə ac deyildim. Qumun üstündə uzanmışıq, atam yeyir və
uzaqlara baxırdı. Birdən onun sifəti ciddiləşdi, dirsəklənib özünü düzəltdi. Sonra bardaş
qurub oturdu:
- Çox yaxşı edirsən ki, evlənmək istəyirsən. Mən üç dəfə evlənmişəm. Amma arvadlarım
payız milçəyi kimi ölüb gedirdilər. İndi isə bildiyin kimi evli də deyiləm. Amma sən
evlənsən, bəlkə mən də evləndim. Sənin Ninon xristian qızıdır. Onun evimizə özgə dinini
gətirməsinə imkan vermə. Bazar günləri onu kilsəyə göndərə bilərsən, amma evinə gərək
keşiş ayağı dəyməsin. Qadın tez sınan incə qaba bənzəyir. Bunu bilmək sənə vacibdir.
Hamilə olduğu vaxt ona əl qaldırma, ehtiyat elə. Amma heç vaxt yadından çıxartma ki,
evin ağası sənsən, o də sənin kölgəndə yaşamalıdır. Bilirsən ki, hər bir müsəlmana dörd
qadına qədər evlənmək icazə verilir. Amma bir qadınla kifayətlənsən daha yaxşı olar.
Əgər Ninonun uşağı olmasa, o başqa məsələdir. Arvadına sədaqətsizlik eləmə. Onunla
52
səbirli ol. Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq onlar daha hiyləgər və
daha yaman olurlar. Bunu da bilməlisən, bu çox vacib məsələdir. İstədiyin vaxt ona çoxlu
hədiyyələr gətir, ipək və daş – qaş ver.
- Ata, mən onu sevirəm.
O başını yırğaladı:
– Ümumiyyətlə kişi gərək arvadı sevməsin. Kişi vətənini, müharibəni sevər. Bəzi kişilər
də gözəl xalçaları və yaxud nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsinə rast
gəlmək olur. Leyli və Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin
qəzəllərindən xəbərin varmı? Hafiz bütün ömrü boyu eşqi – məhəbbəti tərənnüm edib.
Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafiz ömründə bir qadınla belə yatmayıb. Məcnun
isə əməlli – başlı dəli idi. İnan mənə oğlum. Kişi qadını qorumalıdır, ona baxmalıdır,
amma sevmək qadının vəzifəsidir. Allahın buyruğu belədir.
Mən ona cavab verməyib susmağı üstün tutdum. Atam da dinməz oturdu. Bəlkə də o
haqlı idi. Kişinin həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil. Mən hələ həyatda
atamın təcrübə və bildiyinin zirvəsinə çatmamışdım.
Atam birdən-birə gülərək dedi: “Yaxşı, mən sabah Knyaz Kipianinin yanına gedib,
məsələni onunla danışaram. Yoxsa dünya dəyişib, artıq gənclər özləri indi qıza elçi
gedirlər?
– Kipianlilərlə mən özüm gedib danışacağam, – deyə tələsik cavab verdim.
Atlara minib Bayıla tərəf sürdük. Bir az keçəndən sonra Bibiheybətin neft vışkaları
göründü. Qara neft buruqları eybəcər görünüşlü qaranlıq bir meşəni xatırladırdı. Ətrafı
neft qoxusu bürümüşdü. Əllərindən neft damcılayan fəhlələr, neft fışqıran buruğun
yanında dayanmışdılar. Bayıl həbsxanasının yanından keçəndə birdən-birə güllə səsi
eşitdik. “Kimi güllələyirlər?” – deyə mən soruşdum.
– Yox, bu dəfə Bayıl həbsxanasında heç kimi güllələmirdirlər. Güllə səsləri Bayıl
qarnizonunun kazarmasından gəlirdi. Orada əsgərlərə müharibə təlimini öyrədirdilər.
– Dostlarını görmək istəyirsənmi? – deyə atam soruşdu. Başımla ona “bəli” işarəsi etdim.
Atlarımızı kazarmanın təlim meydançasına sürdük. İlyas bəylə Məmməd Heydər öz
hissələrindəki əsgərlərə təlim keçirdilər. Onların alınlarından tər süzülürdü.
Məmməd Heydərin sifətində çox ciddi bir ifadə vardı. İlyas bəy isə başqa bir nəfər
tərəfindən idarə edilən incə bir oyuncağı andırırdı. Hər ikisi bizə yaxınlaşıb salam
verdilər.
– “Hərbi xidmət necədir, xoşunuza gəlirmi? – deyə soruşdum.
İlyas bəy cavab vermədi...
Məmməd Heydər də qaşqabağını töküb dedi ki, hər halda məktəbdən yaxşıdır.
İlyas bəy də dilləndi.
– Alayımıza yeni bir komandan gəlir. Şuşalıdır, adı Knyaz Melikovdur.
– Melikov? O kəhər atı olan Melikov deyilmi?
– Bəli, özüdür ki, var. İndidən bütün qarnizon o atdan əfsanələr danışır.
Bir müddət aramıza sükut çökdü. Kazarmanın keçid meydanını qatı toz təbəqəsi
örtmüşdü. İlyas bəy qısqanc və sıxıntılı baxışlarla əsgərlər tərəfə baxırdı. Atam əlini onun
çiyninə qoydu:
– Deyəsən, Əli xana həsəd aparırsan ki, o azaddır. Paxıllıq eləmə, çünki o, da öz razılığı
ilə azadlığını əldən vermək niyyətindədir.
53
İlyas bəy heyrətə düşmüş halda uzun-uzadı güldü: “Bəli, amma o azadlığını Ninoya
verir” – dedi:
Məmməd Heydər də sual verici baxışlarla başını qaldırıb dedi:
– Evlənməyinin artıq vaxtıdır.
Məmməd Heydər ailəvi idi. Arvadı çadra örtürdü. Onun adını nə mən bilirdim, nə də
İlyas bəy. O, məni başdan ayağa diqqətlə süzdü, sonra alnını qırışdırıb dedi:
– “İndi həyatın əslində nə demək olduğunu anlayacaqsan”.
Bu sözlər Məmməd Heydərin dilində çox sadəlövhcəsinə səslənirdi. Axı Məmməd
Heydərlə onun çadralı arvadı həyat haqqında nə bilə bilərdilər?
Hər ikisinin əllərini sıxıb kazarmanı tərk etdik.
Evə qayıdıb divanda uzandım. Asiyalıların evləri daima sərin olur. Gecələr otaqlar bulaq
suyu tək sərin olur. Gündüzlər isə evə girəndə elə bil ki, soyuq hamama girirsən.
Birdən telefon zəng çaldı. Ninonun səsi gəldi: “İstidən, bir də riyaziyyatın əlindən
ölürəm, Əli xan. Gəl mənə kömək elə”.
On dəqiqədən sonra artıq Nino incə əllərini mənə uzadırdı. Onun qələm kimi incə
barmaqları mürəkkəbə bulaşmışdı.
Mən mürəkkəb ləkələrə bulaşmış bu barmaqları öpdüm.
– Nino, atamla danışdım. O, razıdır.
Nino titrək vəziyyətdə gülürdü. Utancaqlıqla evinə göz gəzdirdi. Onun yanaqları
qızarmışdı. O, mənə yaxınlaşdı, mən onun iriləşmiş göz bəbəklərini görürdüm. Sonra
pıçıldaya-pıçıldaya:
– Əli xan, qorxuram, çox qorxuram. – dedi:
– İmtahandan mı qorxursan, Nino?
“Yox” deyib gözlərini dənizə tərəf zillədi. Sonra barmaqlarını saçlarının arasına salıb
dedi:
– Əli xan, bir qatar saatda on kilometr sürətlə “A” şəhərindən “B” şəhərinə gedir...”
Ürəyim açıldı və sevincək olub onun riyaziyyat kitablarını vərəqləməyə başladım.
XIII
Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq
yayırdı. Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx
idi ki, insanların üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və
yaxud da ürkmüş kimi görünüb qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib,
çömbəlmiş bir liman hambalının üstünə yıxıldım. Onun mənasız baxışları çox – çox
uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş – xaş çeynəyirdi və artıq
dərin, nəşəli xəyallar içində idi. Yumruğumu onun kürəyinə əndərib yoluma davam
etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan
gözlərim qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların
cingiltisinin səsindən vahiməyə düşmüş bir adamın sifəti göründü. Dumanın içində bu
kök adamın qarnı məni dəhşətə gətirdi. Mən yolumla gedərkən onun qarnına toxundum.
Onun qarnı yumşaq və piyli idi. Birdən mehriban bir səs eşitdim: “Axşamınız xeyir, Əli
xan”. Başımı qaldırıb baxdıqda Naçararyanı gördüm. O, gülə – gülə üzümə baxırdı. “
54
Lənət şeytana”, deyə qışqırıb yolumu davam etmək istədim. Lakin o, mənim qolumdan
bərk – bərk tutub dedi:
– Sizi pərişan görürəm, dostum. İstəyirsiniz qalın mənimlə”.
Onun səsi şəfqətlə səslənirdi. Birdən birə özümü çox yorğun hiss etdim. Məni soyuq tər
basmışdı, artıq taqətim yox idi. Naçararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: -
”Olar” deyə başımla işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naçararyan
əlimdən tutub məni Baryatinsk küçəsindəki böyük bir restorana apardı. Restoranın
yumşaq mebelləri var idi. Divarlarına da qırmızı ipək parçalar çəkilmişdi.
Yumşaq kreslolarda oturduqdan sonra Naçararyan həmdərd bir adamın ədası ilə dedi:
– Bu dəlilikdir, nədir Əli xan, Qafqaz dəliliyi. Bəlkə də bu bürküdəndir. Ya da bambaşqa
bir şeydən əmələ gəlib? Sizin başınızı götürüb qaçmağa vadar edən başqa səbəblərmi var?
İsti çayımı qurtum – qurtum içərək; Kipianigilə telefonla zəng edərək o gün onlardan
görüş üçün icazə aldığımı, Ninonun ayaqlarının ucunda, qorxu içində evdən gizlincə
çıxdığını, prinsesin əlini öpdüyümü, knyaz Kipianinin əlini sıxdığımı, kökü çox qədimlərə
gedən nəslimizdən, habelə prinses Nino ilə evlənmək istədiyimi təmiz rus dilində necə
başa saldığımı Naçararyana nəql etdim.
“Çox yaxşı, bəs sonra necə oldu?”
Bu əhvalatlar Naçararyanı həqiqətən çox maraqlandırmışdı.
– Sonrası necə olub qulaq asın, deyim.
– Mən knyaz Kipianinin hərəkətlərini yamsılayıb, onun rus dilində azacıq gürcü ləhcəsi
ilə mənə necə müraciət etdiyini nəql etdim: “Əziz oğlum, möhtərəm Əli xan. İnanın ki,
mən qızım Nino üçün sizdən daha yaxşı bir adam təsəvvür də bilmirəm. Sizin
xasiyyətinizdə olan bir adamla evlənmək hər bir qadın üçün xoşbəxtlikdir. Amma
Ninonun yaşını nəzərə almaq lazımdır. Axı, o hələ məktəbə gedir. Bu uşağın məhəbbət
haqqında nə anlayışı ola bilər? Hər halda biz hindlilərin uşaq yaşlarında evlənmək adətini
təkrarlamayacağıq. Bir də ki, hər ikiniz ayrı-ayrı dinlərə mənsubsunuz və yetişmə
tərzləriniz də biri-birinizdən çox fərqlidir. Bunu mən sizin yaxşılığınız üçün deyirəm.
Atanızın da mənim kimi düşünməkdə olduğuna əminəm. Hər şeyi qoyaq bir yana,
görmürsünüz nə zəmanədir, dəhşətli müharibə şəraitində yaşayırıq. Kim bilir sabah nə
olacaq! Mən də qızım Ninonun xoşbəxtliyini istəyirəm. Bilirəm ki, o sizi sevir. Mən onun
xoşbəxtliyinə mane olmaq istəmirəm. Amma bir şeyi demək istəyirəm: gəlin müharibənin
qurtarmağını gözləyək. O vaxt ikiniz də daha böyümüş olacaqsınız. Əgər onda da bir-
birinizi bu günkü qədər sevsəniz, səninlə bir daha görüşərik”.
– Bəs indi nə fikirdəsiniz, Əli xan? – deyə Naçararyan soruşdu.
– Mən Ninonu qaçırdıb İrana aparacağam. Bu rüsvayçılığa mən dözə bilmərəm. Sən işə
bir bax, Şirvanşir nəslindən biri olan Əli xana yox cavabı verilsin? Bu hərəkətilə knyaz
Kipiani görən nə fikirləşir? Mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşirlər nəsli
Kipianilər nəslindən daha çox qədimdir. Ağa Məhəmməd şah Qacar dövründə
Şirvanşirlər bütün Gürcüstanı yerlə-yeksan etmişdilər. O vaxtlar olsa idi Kipianilər öz
qızlarını böyük sevinclə Şirvanşirlərin oğullarına verərdilər. Sonra o, dini fərqlərdən
danışdı: Bununla da Kipianinin nə demək istədiyini başa düşmədim. Məgər İslam dini
xristian dinindən aşağı dindir? Bəs mənim şərəfim nə olacaq? İndi atam mənə istehza ilə
gülüb deyəcək ki, bir işə bax ha, bir xristian öz qızını mənə verməkdən imtina edir!
Biz müsəlmanlar dişləri tökülmüş canavarlarıq. Yüz il bundan qabaq olsaydı...
55
Qəzəbimdən səsim kəsildi. Susdum. Əslinə qalsa, onsuz da həddindən artıq
danışmışdım.
Naçararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab etsəydi haqlı olardı. Amma
özünü o yerə qoymadı.
– Qəzəbinizi başa düşürəm, Əli xan, – deyə Naçararyan dilləndi. Lakin knyaz Kipiani
sizə yox deməyib axı. Təbii ki, müharibənin sonuna kimi gözləmək, əlbəttə gülüncdür.
Kipiani sadəcə qızının artıq böyümüş olduğunu başa düşmək istəmir. Qızı qaçırtmağa
cəhd göstərməyinə sözüm yoxdur. Qız qaçırtma köhnə, sınaqdan çıxmış yoldur, bizim
adətlərimizə də uyğundur. Amma bu son çıxış yolu deyildir. Gərək biri knyaz Kipianinin
yanına gedib bu nikahın necə deyim, mədəni və siyasi əhəmiyyətini ona izah etsin.
Ondan sonra onun yola gələcəyinə əminəm.
– Bəs bu işi kimə tapşırmaq olar?
Elə bunu deyən kimi Naçararyan əlini sinəsinə vurub bərkdən bağırdı:
– Necə yəni kimə, mənə! Arxayın olun, Əli xan, bu işi mənə etibar edin.
Təəccüblə ona baxdım. Görəsən bu erməninin məqsədi nədir ki, o mənim şəxsi işimə
ikinci dəfədir ki, qarışır. Bəlkə türklərin Qafqaza doğru irəliləməkdə olduqlarını gördüyü
üçün o, müsəlmanlarla yaxın əlaqə yaratmağa çalışırdı. Yoxsa, o doğrudan da Qafqaz
xalqlarının ittifaqını qurmaq niyyətindədir? Kim bilir? Mənə heç bir fərqi yox idi. Hər
halda o mənim müttəfiqim idi.
Əlimi Naçararyana uzatdım. O, əlimi möhkəm sıxıb dedi:
– Sizi hər şeydən xəbərdar edəcəyəm. Amma Ninonu qaçırtmaq üçün cəhd göstərməyə
tələsməyin. Əgər başqa çarə qalmazsa o zaman buna əl atarsınız.
Ayağa qalxdım. Birdən-birə məndə elə hiss oyandı ki, bu yekəqarın adama bel bağlamaq
olar. Mən onu qucaqlayaraq restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki,
kimsə tələsik özünü mənə çatdırdı. Arxaya dönüb baxanda özünü mənə çatdıran adamı
tanıdım. O, atamın köhnə dostu Süleyman Ağa idi. Biz restoranda olarkən o da orada idi.
Süleyman Ağa ağır əlini çiynimə qoyub dedi: “Ayıb olsun sənə, Əli xan! Şirvanşir nəslinin
övladı da ermənini qucaqlayarmı?” Çaşqınlıqdan ağzım açıla qaldı. Lakin Süleyman ağa
gecənin dumanında qeyb oldu. Yoluma davam etdim. Yaxşı ki, Kipianigilə bu gün nəyə
görə getdiyimi atama deməmişəm. Açarı çıxardıb qapını açmaq istəyərkən başımı
yırğalayıb öz-özümə düşündüm: “Müsəlmanların ermənilərə qarşı belə nifrət hissi
bəsləməsi görəsən haradandır?
Bu əhvalatdan sonra günüm telefon aparatının yanında keçirdi. Bu iri dəstəkli
yöndəmsiz qara rəngli aparata birdən-birə, heç ağlıma gəlməyəcək dərəcədə elə
bağlanmışdım ki, evdən bayıra da çıxmaq istəmirdim. Atam soruşanda ki, niyə gedib
Nino ilə evlənmək istədiyini onun valideynlərinə bildirmirsən. Mən ona dodaqaltı
anlaşılmaz bir söz deyirdim. Bu əsnada masanın üzərindəki telefonun dəhşətli səsi məni
diksindirdi. Dəstəyi qaldırdım, Nino döyüş meydanından məlumat verirdi:
“Əli, sənsən? Qulaq as. Naçararyan anamla oturub, ulu babam şair İliko Çavçavadzenin
şerlərindən danışır”. Bir az sonra: “Əli, eşidirsən məni? Naçararyan, şair Şota Rustaveliyə
və kraliça Tamaraya İran mədəniyyətinin böyük təsiri olduğunu söyləyir”. Bir az sonra
da:
“Əli xan, Naçararyan atamla çay içir. Elə indicə o, dedi ki, bu şəhərin sirri ondakı irqlərin
və millətlərin anlaşılmaz birliyindən, yaxınlığından irəli gəlir.
56
Yarım saatdan sonra telefon aparatının dəstəyindən yenə Ninonun səsi eşidilir.
“Naçararyan lap ağıl dəryası imiş”. O, deyir ki, “Qafqazda barış içində yaşayan bir irq
varsa, o da bu irqin doğulduğu yer Bakıdır”. Qəhqəhə ilə gülüb telefonun dəstəyini yerinə
qoydum.
Günlər bu cür biri-birinin ardınca keçib gedirdi. Naçararyan Kipianigilin evindən əl
çəkmirdi: onların evində yeyir, içir gününü bu evdə keçirirdi. O, hətta onlarla gəzməyə
çıxır və onlara mistik, bəzən də əməli məsləhətlər verirdi. Mən telefon xətti vasitəsilə
erməni hiyləgərliyini heyrətlə izləyirdim: “Naçararyan yer üzündəki ilk pulun Ay
şəklində düzəldiyini söyləyir. On dörd gecəlik, ay şəkilli qızıl sikkələr və onların insan
üzərindəki təsiri Qafqazlılar və İranlıların qədim zamanlarda Aya sitayiş etmələrinin
nəticəsidir. Əli xan artıq bu boş söhbətlərə qulaq asa bilmirəm. Qubernator bağına gəl”.
Qubernator bağına gedib, köhnə qala divarlarının yanında görüşdük. Nino tələsik qısa
cümlələrlə mənə son məlumatları böyük həyəcanla danışdı. Anası dad-aman edərək
Ninoya nəsihət edib ki, o öz gənc həyatını gəlmə bir müsəlmana etibar etməsin. Atası isə
zarafat edərək xəbərdarlıq edib ki, guya mən Ninonu hərəmxanaya göndərəcəyəm.
Gənc Nino isə qəhqəhə ilə gülmüş və eyni zamanda ciddi şəkildə valideynlərinə
xəbərdarlıq edib demişdi:
“Hələ gözləyin...Əli xan məni qaçırarsa, o zaman neyləyəcəksiniz?”
Onun saçlarını tumarladım. Mən öz Ninomu yaxşı tanıyırdım. Nino istədiyini bilməsə
belə, həmişə arzusuna nail olurdu.
Nino deyinə-deyinə dedi:
– Bu müharibə on il davam edə bilər. Valideynlərin bizdən uzun bir zaman
gözləməyimizi istəmələri dəhşətdir.
– Nino, məni doğrudan da belə sevirsən?
Onun dodaqları titrədi:
– Biz biri-birimizdən ayrı yaşaya bilmərik. Mənim valideynlərim işi son dərəcə
çətinləşdirirlər. Amma mən fikrimdən dönməyəcəyəm, soruşursan ki, doğrudan da
sevirsən? Hə, səni həqiqətən sevirəm. Amma məni götürüb qaçsan, vay sənin halına!
Nino susdu. Sonra oğrunca aradan çıxıb evlərinə getdi və telefon oyunu təzədən başladı:
– “Əli xan, Naçararyan deyir ki, onun əmisi oğlu Tiflisdən ona məktub yazıb bildirir ki,
çarın Qafqazdakı canişini qarışıq nikahlara tərəfdardır. Canişin bunu, Şərqin Qərb
mədəniyyətinə qovuşmasının bir üsulu hesab edir. Onun nə demək istədiyini başa
düşürsənmi, Əli xan?”
– Yox, mən artıq heç bir şey başa düşmürdüm. Mən sadəcə tənbəl-tənbəl evdə oturub
mümkün qədər az danışırdım. Nino ilə bir sinifdə oxuyan xalam qızı Aişə yanıma gəlib,
xəbər verdi ki, Nino son üç gündə bir neçə dərsdən “qeyri-kafi” qiymət almışdı. Əlbəttə,
Aişə bunun günahını mənim üstümə atırdı. Mən gələcəyin qayğısına qalmaqdansa, gərək
Ninonun ev tapşırıqlarına diqqətimi artıraydım. Aişənin qabağında xəcalət çəkirdim.
Sonra xalam qızı ilə nərd oynadıq. Aişə oyunu uddu və gedəndə Ninonun dərslərinə
kömək edəcəyinə mənə söz verdi.
Yenə telefon zəng çaldı: “Sənsən Əli xan, bir neçə saatdır ki, siyasət və təsərrüfat
işlərindən danışırlar. Naçararyan deyir ki, pullarını İrandaki malikanələrə sərbəst qoya
bildikləri üçün müsəlmanlara qibtə edir. Kim bilir, Rusiyanın başına nələr gələcək? Bəlkə
hər şey dağılacaq. İranda isə ancaq müsəlmanlar torpaq ala bilərlər. O, Gilanın yarısının
57
Şirvanşirlər ailəsinə mənsub olduğunu bildirir. Rusiya da qopacaq hər hansı bir
həngaməyə qarşı ən mükəmməl qarant, başqa ölkələrdə torpaq sahibi olmaqdır. Bu
gələcəyi təminat altına alır. Naçararyanın bu sözləri valideynlərimə misilsiz təsir göstərib.
Anam bir çox müsəlmanların həqiqətən çox mədəni olduqlarını söyləyir.
Bu söhbətin üstündən iki gün keçəndən sonra telefon zəng çaldı. Telefonda sevincindən
gülən və ağlayan Nino mənə xəbər verdi ki:
– Anamla, atam bizə xeyir-dua verdilər. Allaha çox şükür.
– Nino, qoy əvvəlcə sənin atan mənə zəng eləsin. Çünki ilk gəlişimdə o məni təhqir edib.
Elə də oldu. Knyaz mənə zəng çaldı. Knyazın səsi mülayim və mərhəmətli idi: “Qızımın
qəlbindəkiləri oxumağa çalışdım. Qızımın sizə qarşı olan hissləri daxilən müqəddəsdir.
Bu durumda onun yolunu kəsmək günah olardı. Bizə gəlin, Əli xan!”
Getdim onların evlərinə, Ninonun anası məni görüb öpdü və ağladı. Knyaz Kipiani
bayramsayağı geyinmişdi. O da nikahdan, ər-arvadlıqdan danışdı. Amma onun fikirləri
atamınkındən fərqli idi. Knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya
əsaslanır. Ər ilə arvad həmişə məsləhətləşməli və işdə biri-birlərinə kömək etməlidirlər.
Onlar həmişə yadda saxlamalıdırlar ki, ikisi də azad ruhlu və bərabər hüquqlu
insanlardır.
Ninonu heç bir zaman çadra geyməyə məcbur etməyəcəyimə və hərəmxanada
saxlamağa cəhd göstərməyəcəyimə dair onlara söz verdim. Nino içəri girdi və mən onun
alnından öpdüm. Başını çiyinləri arasında gizlətməyə çalışan Nino kömək istəyən kiçicik
bir quşa bənzəyirdi.
Knyaz da əlavə edib dedi:
– Amma bu işdən heç kimin qətiyyən xəbəri olmamalıdır. Əvvəlcə Nino məktəbi
bitirməlidir, sonra isə bu işi hamıya bildirərik. Qızım, çalış yaxşı oxu. Əgər imtahandan
kəsilsən, daha bir il gözləməli olacaqsan.
Nino qələm kimi olan qaşlarını qaldırdı: “Arxayın ol, ata. Mən hər iki imtahandan
müvəffəqiyyətlə çıxacam: həm məktəbdə, həm də ailədə. Hər iki halda Əli xan mənə
kömək edəcəkdir”.
Onların evindən bayıra çıxdığım zaman gördüm ki, Naçararyan maşının yanında
dayanıb məni gözləyir. Onun domba gözləri mənə zillənmişdi.
– Naçararyan, – deyə səsləndim – sənə nə istəyirsən hədiyə edim: Dağıstanda bir kənd,
və yaxud bir İran ordeni? Bəlkə Ənzəlidə portağal bağları istəyirsən?
O, əlini çiynimə qoyub dedi:
– Onların heç birini istəmirəm. Taleyin təkərini düz yola çəkə bildiyim üçün xoşbəxtəm.
Bu mənim üçün kifayətdir.
Minnətdarlıqla onun üzünə baxdım. Şəhərdən çıxıb Bibi-heybət körfəzinə tərəf getdik.
Çirkli qara maşınlar neft hopmuş torpağa işgəncə etməklə məşğul idilər. Naçararyan
mənə necə canfəşanlıq edirdisə, Nobel kompaniyası eyni coşqunluqla ölkənin təbii
mənzərəsini dəyişdirmək işini başa çatdırırdı. Dənizin böyük bir qismi torpaqla
doldurularaq qurudulmuş və sahilə birləşdirilmişdi. İşini bilənlərdən bir nəfər torpaqla
doldurulmuş yeni ərazinin üzərində kiçik bir çayxana açmışdı. Biz orada oturub Çin çayı
içdik. Alkoqol kimi sərt olan bu çay dünyanın ən nəfis çayı idi. Çayın gözəl ətrindən məst
olan Naçararyan Qarabağa hücumu gözlənilən türklərdən və Anadoluda türklərlə
ermənilər arasındakı qırğınlardan danışırdı.
58
– Qorxma, – dedim. Əgər türklər Bakıya gələrlərsə, səni evimdə gizlədərəm.
Naçararyan cavab verdi ki, o heç nədən qorxmur.
Nargin adasının arxasında ulduzlar parıldaşırdı. Sahilə dilsiz bir sükut çökmüşdü:
“Dənizlə sahil daimi müdarizədə əbədi birləşən ərlə arvad kimi idi”. Bunu görəsən
mənmi dedim, yoxsa Naçararyan? Artıq yadımda deyildi. Naçararyan məni evimizə
gətirdi. Atamın yanına gedib dedim: “Knyaz Kipiani Şirvanşirlər ailəsinin ona göstərdiyi
hörmət üçün minnətdarlığını bildirir. Nino artıq mənim nişanlımdır. Sabah onlara gedin
və qalan məsələləri də həll edin.
Mən çox yorğun və çox xoşbəxt idim.
XIV
Günlər həftələrə, həftələr də aylara qarışıb gedirdi. Bu zaman ərzində dünyada,
ölkəmizdə və evimizdə çox şeylər baş vermişdi. Gecələr də uzanmışdı. Ağaclardan
tökülən saralmış yarpaqlar Qubernator bağının cığırlarını örtmüşdü. Payız yağmurları
üfüqü qaraltmışdı. Dənizin üzərində nazik buz layları üzürdü və onlar sahildəki
qayalıqlara dəyib parçalanırdı. Günlərin birində küçələr ağappaq qarla örtüldü və bir
müddət qış hökm sürdü. Sonra gecələr yenə də qısalmağa başladı.
Səhradan şəhərə ağır addımlarla yüklü dəvələr gəlməyə başladı. Dəvələrin sarı tükləri
quma, torpağa bulaşmış və əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi.
Dəvələr güllə və silah dolu sandıqlar daşıyırdılar. Bunların hamısı böyük bir döyüşdə ələ
keçirilmiş hərbi qənimət idi. Türk əsirləri də cır-cındıra çevrilmiş boz rəngli
uniformalarında küçələrdən keçirdilər. Onlar dəniz sahilinə tərəf gedirdilər. Orada əsirləri
kiçik gəmilərə doldurub Nargin adasına aparırdılar. Əsirlər bu adada dizenteriya
xəstəliyindən, aclıqdan və vətən həsrətindən məhv olurdular. Qaçmağa müvəffəq olanlar
İranın duz basmış səhralarında və yaxud da Xəzər dənizinin boz rəngli dalğalarında can
verirdilər.
Müharibə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən müharibə gəlib lap yaxına
çatmışdı. Biz onu yaxından hiss edə bilirdik.
Şimaldan əsgərlərlə, Qərbdən isə yaralılarla dolu qatarlar gəlirdi. Çar öz əmisini
komandan vəzifəsindən kənar edib, orduya özü rəhbərlik etməyə başlamışdı.
Çarın əmisi indi Qafqazın hökmdarı idi. Onun qaranlıq və qorxunc kölgəsi vətənimizin
üzərinə çökmüşdü. Böyük knyaz Nikolay Nikolayeviçin uzun və arıq əlləri Anadolunun
mərkəzinə qədər uzanırdı. O, çara qarşı bəslədiyi qəzəbini ordularının amansız və
vəhşicəsinə hücumları ilə soyudurdu. Böyük knyazın qəzəbi ilə gurlayan ordu qarlı
dağları və qumlu səhraları aşaraq Bağdad, Trabzon və İstanbula qədər uzanıb gedirdi.
Camaat ona “uzun Nikolay” ləğəbini vermişdi. Onun vəhşi çılğınlığından, qəzəbə gəlmiş
müharibə qudurğanlığından hamı vahimə ilə danışırdı. Müharibəyə bir çox ölkələr
qoşulmuşdular. Cəbhə Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı. Müxtəlif
hökmdarların, dövlətlərin və sərkərdələrin adları, cəbhədə can vermiş qəhrəmanların
cəsədlərinə qonmuş zəhərli milçəklər kimi qəzetlərin səhifələrini doldururdu.
Yenə yay gəldi. Qızmar günəş səhərin başına od yağdırırdı. Küçələrdəki asfalt adamın
ayaqları altında əriyirdi. Şərqdə və həm də Qərbdə zəfərlər bayram edilirdi.
59
Mən vaxtımı çayxanalarda, kafelərdə, dostlarımın yanında və evimdə keçirirdim. Erməni
Naçararyanla dostluq etdiyimə görə bir çoxları məndən üz döndərmişdilər. İlyas bəyin
alayı hələ də şəhərdə idi. Onlar kazarmanın tozlu həyətində hərbi təlim keçirdilər. Opera,
teatr və kinoteatrlar müharibədən qabaq olduğu kimi tamaşaçıların üzünə açıq idi. Çox
şeylər baş vermişdi, amma ölkəmizdə və evimizdə heç bir şey dəyişməmişdi.
İmtahanların yükü altında inildəyən Nino yanıma gələn zaman onun gözlərində dərin
bir qorxu var idi. Xalam qızı Aişə müəllimlərin Şirvanşirin nişanlısına mərhəmət göstərib
sinif jurnalına bir-birinin ardınca “kafi” qiymətlər yazdıqlarını xəbər verdi. Nino ilə
birlikdə küçədə gəzən zaman onun məktəb rəfiqələri böyük bir maraqla arxamızca baxıb,
bizi gözdən itənə qədər izləyirdilər. Biz şəhər klubuna, teatrlara və rəqs gecələrinə
gedirdik.
Ancaq nadir hallarda tək qalırdıq. Dostlarımız bizi xeyirxahlıqla keçilməz bir qala divarı
kimi əhatə edirdilər. İlyas bəy, Məmməd Heydər, Naçararyan və hətta dindar Seyid
Mustafa belə bizi müşayiət edirdilər. Onların öz aralarında sözləri bir-birilə tutmurdu.
Kök və zəngin olan Naçararyan şampan şərabı içib, Qafqaz xalqları arasındakı qarşılıqlı
məhəbbətdən danışdığı zaman Məmməd Heydərin əhvalı pozuldu və dözməyib dedi:
“Cənab Naçararyan, mənə elə gəlir ki, qayğıkeşliyiniz yersizdir. Çünki müharibədən
sonra onsuz da cüzi miqdarda ermənilər sağ qalmış olacaqlar”.
Nino yerindən atılıb səsləndi:
– Amma Naçararyan sağ qalan kişilərdən biri olacaqdır.
Naçararyan söhbətə qarışmayıb, şampan şərabı içməkdə davam edirdi. Mənim
eşitdiyimə görə o, bütün pullarını İsveç banklarına keçirmək niyyətindədir. Mən
Məmməd Heydərdən Naçararyanla bir az mehriban olmağı xahiş etdim. O, qaş-qabağını
sallayıb dedi: “Heç bilmirəm nə səbəbdən ermənilərə nifrət edirəm”.
Bu əhvalatın üstündən günlər, həftələr, aylar keçdi. Nəhayət, imtahan günü gəldi, Nino
müqəddəs kraliça Tamara litseyinin imtahan zalında dayanıb riyazi tənliklərin həll
edilməsində, klassik əsərlərdən iqtibaslar və tarixi rəqəmlər vasitəsilə kamilliyini sübuta
yetirdi və məzun oldu.
Buraxılış gecəsindən sonra sevincindən özünə yer tapa bilməyən Ninonu evlərinə
gətirəndən sonra qoca Kipiani dedi:
– İndi siz nişanlısınız. Hazırlaşın Əli xan, Tiflisə gedirik. Sizi ailəmizlə tanış etmək
istəyirəm. Beləliklə, biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük.
Tiflis sıx bir meşəni xatırladırdı. Bu meşədə hər bir ağacın öz adı vardı. Hər bir ağac o
birisinin ya əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Bu şəhərdə
yolu tapmaq, azmaq insan üçün o qədər də asan iş deyildi. Adlar köhnə palıda vurulmuş
balta səsi kimi adamın qulağında cingildəyirdi:
Orbeliani, Çavçavadze, Sereteli, Amilaxari, Abaşidze şəhərin kənarında Didube bağında
ziyafət verirdi. Çalğıçılar gürcü zurnasında kaxetiyalıların döyüş havası olan
“Mravalyaver”i və çılğın xevsurların “Lilo” rəqs havalarını çaldılar. Qutaisidən gələn
Abaşidze familli əmi oğlu İveriya dağının mahnısı olan “Mqali Deliya”nı oxudu. Bir
əmioğlu da “Davlur” rəqsini oynadı. Ziyafət bütün gecə davam etdi. Günəş dağların
arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar:
“Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır”. Mən dinməz-söyləməz Ninonun
yanında oturmuşdum. Birdən birə qabağımızda xəncər və qılınclar parladı.
60
Sübh ala qaranlığında bir dəstə əmi oğlanlarının ifa etdikləri gürcü xəncər rəqsi maraqsız
bir səhnə oyununu xatırladırdı.
Yanımda oturanların söhbətlərinə qulaq asırdım: Onlar keçmiş yüz illiklərdən bu
günümüzə qədər uzanıb gələn yanğılardan danışırdılar: Saakadze komandasında olan
Sereteli nəslinin bir nümayəndəsi Tiflisi Çingiz xandan müdafiə edib.
Yəqin xəbəriniz var ki, Çavçavadzelər nəsli, Kral nəslindən olan Baqrationlardan daha
çox qədimdir.
Birinci Orbeliani kim idi və haradan gəlmişdi? Necə yəni haradan. O, üç min il bundan
qabaq Çindən gəlmişdi. Çin imperatorunun oğullarından biri idi. Orbeliani nəslindən
olan bəziləri indi də qıyıqgözdürlər.
Utancaq-utancaq ətrafa göz gəzdirdim. Bütün bu köklülərin qabağında məndən əvvəl
əbədiyyətə qovuşan Şirvanşirlər kimlər, idi?
Nino mənə təsəlli verdi: “Sən bunlara fikir vermə, Əli xan. Mənim əmilərim çox qədim
və adlı-sanlı nəsildəndir. Amma bir fikirləş. Sənin ulu babaların Tiflisi fəth etdikləri
zaman, bəs onların əcdadları harada idilər?
Heç bir şey demədim, amma qürurlandım. Nino elə indidən, öz qohum-əqrabasının
içərisində özünü Şirvanşir arvadı hesab edirdi. Mən minnətdarlıqla ona baxdım.
Fərəhlənməyəsən nə edəsən!
Qırmızı Kaxetiya şərabı duru atəş kimi idi. Mən tərəddüdlə qədəhimi qaldırıb Orbeliani
ailəsinin şərəfinə sağlıq dedim. Yaşlı bir qadın başını mənə tərəf əyib dedi: “Bu şərab
safdır, çünki tanrı ona nəfəs vermişdir. Arxayın için, Əli xan. Bunu çox az adam bilir. O
biri məstliklərin hamısı şeytandan gəlir”.
Biz şəhərə qayıdan vaxt hava tamam işıqlanmışdı. Otelimə getmək istəyirdim. Lakin
əmioğlu idi, ya da əmi idi, bilmədim, o məni saxlayıb dedi:
– Keçən gecə siz Orbeliani ailəsinin qonağı idiniz, bu gün isə mənim qonağımsınız. Səhər
yeməyini “Purqvinoda” edəcəyik. Günorta da dostlarımızla birgə nahar edəcəyik.
Mən gürcü qonaqpərvərliyinin əsiri olmuşdum. Bir həftəm elə bu minvalla ziyafətlərdə
keçmişdi: Hər gün Alazan və Kaxetiya şərabları, kabablar və motal pendirləri və s.
əmioğlular gürcü qonaqpərvərliyinin keşiyini çəkən əsgərlər kimi bir-birini əvəz edirdilər.
Dəyişən onlar idi, dəyişmədən yerində qalan isə mənimlə Nino idi. Ninonun səbrinə
məəttəl qalmışdım. Həftənin axırında o, hələ də bahar şehi kimi gümrah idi. Ninonun
gözləri gülür, dodaqları da əmioğlularla, xalalarla, bibilərlə və onların qızları ilə söhbət
etməkdən yorulmaq bilmirdi. Onun gecə, gündüz rəqs etmiş, şərab içmiş və gözünə yuxu
getməmiş olduğunu sadəcə səsindəki balaca xırıltı bildirirdi.
Səkkizinci günün sabahı Sandro, Dodiko, Vameç və Soso adlı qohumlar yatdığım otağa
gəldilər. Mən qorxmuş halda yorğanı başıma çəkdim. Lakin onlar zalımcasına başladılar
sözə:
– Əli xan, bu gün siz Çakelilərin qonağısınız. Sizi onun Qacoridəki malikanəsinə
aparacayıq.
Qaş-qabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün
mən yazıq şəhidin üzünə cənnət qapıları açılsın və məlaikə Mikayıl alovlu qılıncı ilə məni
cənnətə salsın, çünki mən xoş əməl yolunda həlak olmuşam.
61
Sözlərim onlara heç bir təsir eləmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən
mərhəmətsizcəsinə qəhqəhə çəkdilər. Sonra da bir kəlmə söz dedilər: “Kükürd suyu
vannası”.
“Kükürd suyu vannası” deyə təkrar etdim. Nə kükürd suyu vannası, o ancaq
cəhənnəmdə olur. Halbuki mən cənnətə gedirəm.
Qohumlar dedilər ki, yox, elə ən yaxşısı kükürd suyudur. Çalışdım ki, ayağa durum.
Başım qurğuşun kimi ağırlaşmışdı. Əl-ayağım keyimişdi, onları elə bil heç də hiss
etmirdim. Güzgüyə baxarkən orada parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət
gördüm.
Öz-özümə deyinə-deyinə: “Mənə belə yaxşıdır. Həqiqətən Kaxetiya şərabı maye atəşi
imiş? Bəs bilmirdin ki, müsəlman şərab içməz”.
Vamec mənə müraciət edib dedi:
– Biz Ninoya xəbər verərik. Dörd saatdan sonra Qacoriyə gedəcəyik. O vaxta qədər sən
də özünə gələrsən.
Vamec eşiyə çıxdı. Mən onun telefonla danışdığını eşidirdim: “Əli xan birdən-birə
kefsizləmişdi. İndi onu kükürdlü hamamlara aparıb, kükürd suyu ilə müalicə edərlər.
Prinses Ninoya söyləyin ki, ailəsi ilə birlikdə elə indi Qacoriyə yola düşsünlər. Biz də bir
az sonra gələrik. Əli xanın xəstəliyi təhlükəli deyil. Sadəcə özünü o qədər də yaxşı hiss
etmir”.
Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpərvərliyi Tehranda əmimin sakit
və alicənab qonaq qəbulundan tamamilə fərqli idi. Əmimin evində oturub tünd çay
içirsən, şerlərdən və bildiyin elmlərdən danışırsan. Halbuki burada şərab içirlər, rəqs
edirlər, şərqilər söyləyirlər və deyib-gülürlər: bu ziyafətdəki qonaqlar üzü yola olduqları
kimi, həm də sərt sifətli idilər. Bu imişmi Avropanın qapısı? Yox, təbii ki, yox. Bu ölkə
Asiyanın digər hissələrindən fərqlənirdi. Bura darvaza olmağına darvazadır, amma bu
darvazanın qapısı haraya açılır? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında
təcəssüm tapan bir müdrikliyə aparırdı, bu darvaza! Bilmirdim. Bildiyim şey o idi ki, çox
yorğunam. Pilləkənlə yırğalana-yırğalana aşağı düşdüm. Faytona mindik.
“Kükürdlü hamamlara! – deyə Sandro faytonçuya çığırdı. Faytonçu atları qamçıladı və
şəhərin Meydan məhəlləsindən keçib, gümbəzli böyük bir binanın qabağında dayandıq.
Binanın qapısının ağzında canlıdan çox skeleti andıran yarıçılpaq bir kişi dayanıb, bizi
gözləyirdi. Bu kişi elə xəyala getmişdi ki, gözləri açıq ola-ola bizi görmürdü.
“Qamarcoba, Mekisse” deyə Sandro ona müraciət etdi. Qapıdakı kişi diksinərək özünə
gəlib baş əydi və dedi: “Qamarcoba, Tevadi, Salam knyaz”. Sonra da o, qapını açıb bizi
binanın iri salonuna apardı. Salon çox böyük və isti idi. Daş döşəmələrinin üzərində
çılpaq adamlar uzanmışdılar. Biz paltarlarımızı soyunduq və koridordan keçib ikinci
otağa girdik. Otağın döşəməsində kvadrat biçimli böyük dəliklər var idi. O dəliklər
buxarlanan isti kükürdlü sularla dolu idi.
Sandronun səsi elə bil çox uzaqdan gəlirdi: “Çox qədim zamanlarda bir kral ova
çıxmışdı. O, ov quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov quşunun ovu ilə
birlikdə geri dönməsini xeyli gözləyir. Lakin nə ov quşu, nə də meşə xoruzu geri qayıdır.
Nəhayət, kral başlayır onları axtarmağa. Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu
meşəlikdə kükürdlü su axırdı. Kral ov quşunun da, meşə xoruzunun da kükürdlü çayda
boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra elə həmin yerin yanında
62
Tiflis şəhərinin təməl daşını qoyur. İndi sənin dediyinə görə, meşə xoruzu hamamı
buradadır. O balaca meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.
Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuşdu. İsti hamamı kükürd iyi bürümüşdü.
Elə bil lax yumurtanın iyi idi. Qohumların bədəni tərdən parıldayırdı. Əlimi köksümə
sürtərək ovuşdurdum, kükürd bədənimə yeriyirdi. Mən bu şəhəri fəth etdikdən sonra
kükürdlü hamamlarda çimən bütün cəngavərləri və fatehləri xatırladım. Cəlaləddin
Xarəzmi, Topal Teymuru və Çingiz xanın oğlu Cığatayı. Tökdükləri qandan sərxoş olmuş
bu şəxslər, sonra kükürd suyuna girib qanlı ağırlığı yuyub yüngülləşmişdilər.
– Bəsdi Əli xan, çıx bayıra.
Qohumumun səsi məni xəyaldan ayıltdı. Yavaş-yavaş kükürdlü sudan çıxdım, yandakı
otağa keçib taqətsiz halda daş döşəmənin üstünə sərildim.
– Mekisse! – deyə Sandro çığırdı.
Bizi buraya gətirən Mekisse gəldi. Sonradan onun hamamçı olduğunu öyrəndik. O,
çılçılpaq idi və ülgüclə qırxılmış başına çalma qoymuşdu. Sən demə, kisəçi də o elə özü
idi. Mən üzü üstə uzandım, Mekisse kürəyimə sıçradı. O, xalı üstündə rəqs edən rəqqas
kimi kürəyimi məharətlə tapdalayırdı. Bundan sonra onun barmaqları biz kimi ətimə
batırdı. Qollarımı elə bururdu ki, sümüklərimin xırçıltısını eşidirdim. Qohumlarım
yanımda durub ona məsləhət verirdilər.
– Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. İndi onun sol tərəfini əməlli
başlı ovxala.
Bu masajdan sonra yüngülləşmişdim. Ağappaq sabun köpüyünün içində uzanmışdım.
Kisəçinin əməyi hədər getməmişdi. Hiss edirdim ki, bədənimin bütün əzələlərinə güc
qayıdır.
“Bəsdir” – deyə Mekisse dilləndi. Mən özümü güclə qaldırdım. Yandakı otağa keçib
ikinci hovuzun soyuq kükürdlü suyuna girdim. Birdən-birə soyuq suyun içinə girəndə bir
an nəfəsim tutuldu. Bir azdan sonra əzələlərim yumşalmağa başladı. Ağ bir qətfəyə
bürünüb dala qayıtdım. Qohumlarımla Mekisse ümid dolu gözlərlə mənə baxırdılar. Mən
çox ciddi bir tərzdə dedim ki, “acmışam” və bardaş qurub oturdum.
Qohumlarım “o sağalıb” deyə birgə səsləndilər və “tez qarpız, pendir, xiyar, göyərti,
çörək və şərab gətirin!” dedilər.
Müalicəm qurtarmışdı.
Biz hamamın giriş salonunda oturub, yemək-içməklə məşğul olduq. Bütün yorğunluğum
və zəifliyim keçib getmişdi. Buz kimi qarpızın qıpqırmızı şirin dilimi bədənimdəki
kükürd iyisini aparmışdı. Qohumlarım da ağ “Napareyli” şərabını qurtum-qurtum
içirdilər. “Görürsən də!” deyə Dodiko sözə başladı, amma sözünü bitirmədi. Çünki bu
bircə “görürsən də” sözü hər şeyi ifadə edirdi. Ölkələrinin kükürdlü su vannasından
duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş” qonaqlara qayğı hissi və
Dodikonun müsəlman qohumunun zəifliyindən ötrü boynuna götürdüyü məsuliyyət
hissi bu bir kəlmə ilə ifadə olunurdu.
Ziyafət süfrəmizə çoxlu adam qoşulurdu. Çılpaq qonşularımız şərab şüşələrini əllərində
silah kimi tutub süfrəmizə yaxın gəlirdilər. Knyazlar, onların borc verənləri, asan
varlanmaq yolunu axtaran adamlar, bilici kişilər, şairlər və dağ yerlərindən gələn mülk
sahibləri... gürcü bərabərliyinin şən bir simvolu halında gəlib bizimlə bir süfrə başında
63
oturdular. Bu artıq hamam deyildi, daha çox klub, qəhvəxana və yaxud da çılpaq, gülməli
adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı idi.
Balaca gözlü kök bir kişi sözə başladı:
– Osmanlılar gəlirlər. Eşitdiyimə görə bir alman generalı elə bir top gətirib ki, onu atanda
mərmi düz gəlib Tiflisdəki Sion məbədinə dəyə bilər.
– Siz yanılırsınız, knyaz, – deyə başqası cavab verdi.
– Bu topu hələ düzəltməyiblər. Onu düzəltməyi planlaşdırıblar. Əgər top hazır olsa belə,
onunla Tiflisi vurmaq olmaz. Almanların əlində olan bütün xəritələr yanlışdır. Çünki
onları hələ müharibədən əvvəl ruslar hazırlayıb almanlara ötürmüşlər.
Küncdən biri dərindən ah çəkdi. Başımı çevirib baxanda, ağ saqqallı, qartal burunlu qoca
bir kişini gördüm. Qoca dərindən ah çəkərək sözə başladı:
– Zavallı Gürcüstan! Biz odla su arasında qalmışıq. Müharibədə almanlar qələbə çalsalar,
Tamara məmləkətinin axırı çatacaq. Ruslar müharibədə qalib çıxsalar, bəs nə olacaq? O
zaman soluq sifətli çar öz istəyinə nail olacaq, amma böyük knyazın barmaqları
xirtdəyimizi daha bərk sıxacaqdır. Elə indi ən igid gənclərimiz müharibə meydanlarında
həlak olurlar. Sağ qalanları isə ya böyük knyaz və yaxud başqa bir düşmən boğacaq. Biz
çıxılmaz bir vəziyyətə düşmüşük. Bizim döyüş ruhumuz birdən-birə sönüb gedəcək.
Tamara məmləkətinin axırı çatıb. Bizim günümüzə baxın: döyüşçülərimiz balaca boy və
zəif, məhsullarımız pis, şərablarımız da turş.
Qoca ağır nəfəs alaraq susdu. Biz də susmuşduq. Birdən boğuq bir pıçıltı səsi eşidildi:
– Onlar Baqrationu öldürdülər. Çarın qardaşı qızını götürüb qaçdığı üçün ruslar ondan
intiqam aldılar. Çarın özü onu İrəvan alayının komandanı təyin edib cəbhəyə yolladı.
Baqration da aslan kimi döyüşdü, amma on səkkiz güllə ilə vurulub öldürüldü.
Qohumlarım şərab içirdilər. Mən də bardaş qurub, gözlərimi yerə zilləyərək Baqrationu
düşünürdüm. Baqrationun ailəsi xristian aləminin ən qədim knyaz nəsli idi.
Saqqallı qoca haqlı idi. Gürcüstan həqiqətən də odla su arasında qalmışdı.
Süfrə ətrafında oturanların biri dilləndi:
– Baqrationun bir oğlu qalıb – Teymuraz Baqration, əsl kraldır ki, var. Ona xələl
toxunmasın deyə bir nəfər onu gizlədib qoruyur. Araya yenə sükut çökdü. Mekisse
kürəyini divara söykəyib özünü dininə həsr etmiş bir peyğəmbər ədası ilə dayanmışdı.
Dodiko sükutu pozub, əsnəyərək dedi:
– Bizim ölkəmiz qeyri-adi gözəl bir ölkədir. Tiflis şəhəri və onun kükürdlü hamamları,
Kaxetiya şərabları! Hələ bir düzənliyin ortasından şırıltı ilə axan Alazan çayına baxın.
Gürcüstan məhv olursa belə, gürcü olmaq xarüquladə bir şeydir. Sizin burada etdiyiniz
söhbətlər ümidsizlik yaradır. Amma deyin görüm, Tamara məmləkətində bundan yaxşı
günlər görən olubdumu? Heç vaxt, elə həmişə belə olub. Buna baxmayaraq yenə də
çaylarımız şırıltı ilə axır, bağları böyüyür, xalqımız da çalıb-oynayır. Bütün ümidsizliyə
baxmayaraq, bizim Gürcüstanımız gözəldir və gözəl olaraq da qalacaq.
Bu qəddi-qamətli Dodiko sözünü qurtarıb ayağa durdu. Məxmər kimi yumşaq dərisi
olan bu cavan oğlan müğənni və qəhrəmanlar nəslindən idi.
Küncdə oturan ağsaqqallı qoca xoşbəxtcəsinə gülümsəyib dedi:
– Şükürlər olsun ki, belə dəliqanlılarımız var, olmaqda da davam edəcək.
Vamec mənə tərəf əyilərək pıçıldadı: “Əli xan, unutma ki, bu gün sən Qacoridə
Şakelilərin qonağısan”.
64
Hamımız qalxıb geyindik və bayıra çıxdıq. Faytonçu qamçını şappıldatdı. Vamec də:
“Şakelilər qədim zadəgan nəslindəndirlər...” deyib sözə başlayanda mən ürəkdən
qəhqəhə çəkib güldüm.
XV
Nino ilə Qolovinski prospektindəki “Mefistofel” kafesində oturmuşduq. Müqəddəs
Davud dağı və onun təpəsindəki qədim monastır qarşımızda ucalırdı. Qohumlarımız bizə
bir günlük istirahət vermişdilər. Nino monastıra baxırdı. Mən onun nə barədə
düşündüyünü bilirdim. Bizim ziyarət etmiş olduğumuz Davud dağında bir məzar vardı.
Bu məzarda tanınmış şair və əlahəzrət çarın naziri Aleksandr Qriboyedov yatırdı. Onun
məzar daşının üzərində arvadı Nino tərəfindən aşağıdakı sözlər yazılmışdı:
“Sənin ağlın və əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin
ömründən uzun yaşadı?”
Nino? Bəli, Nino. O Nino Çavçavadze idi. Tanınmış şair və çarın naziri olan Qriboyedov
Nino ilə evlənəndə, Ninonun on altı yaşı vardı. Nino Çavçavadze mənim yanımda oturan
Ninonun böyük xalası idi. Tehranda camaat rus nazirinin evini mühasirəyə alan zaman
Ninonun on yeddi yaşı var idi.
Camaat oradakı qarışıqlığın içindən “Ya Əli! Ya Əli!”- deyə qışqırırdılar. Nazir
Qriboyedovun balaca bir xəncəri və bir tapançası var idi. Camaat evə zorla girdikdən
sonra Zilli Sultan küçəsindən olan bir dəmirçi əlindəki iri kürz ilə naziri vurub onun
sinəsini parçalamışdı. Nazirin meyitini çöllüyə atmışdılar. Onun başını isə itlər
parçalamışdı. Şair və çarın nazirindən qalan bu olmuşdu. İran şahı Fətəli şah Qacar bu
qırğından çox razı qalmışdı. Onun vəliəhdi Abbas Mirzə də çox xoşbəxt idi. Bu qarışıqlığı
həyata keçirənlərdən biri olan fanatik qoca Məşədi Ağa şahdan çoxlu mükafat almışdı.
Böyük əmim Şirvanşirə də şah Gilanda bir malikanə bağışlamışdı.
Bütün bunlar yüz il bundan qabaq baş vermişdi. İndi isə mən Şirvanşir nəslinin övladı,
Qriboyedovun arvadının yaxın qohumu olan Nino ilə birlikdə Tiflisdə “Mefistofel”
kafesində oturmuşuq.
Başımla Davud dağını Ninoya göstərib dedim:
“Sən də mənim məzarımın daşına bu qədər gözəl sözlər yazdıracaqsanmı?”
– Bəlkə də, - deyə Nino cavab verdi. Ancaq bu sənin davranışından asılıdır. Özünü yaxşı
aparsan, yazdıraram.
Nino qəhvəsini axıra kimi içdi.
– Dur gedək şəhəri gəzək, – dedi.
– Ayağa durdum. Bir uşaq anasını sevən kimi, Nino də bu şəhəri elə sevirdi. Biz
Qolovinski prospekti ilə köhnə şəhərin dar küçələrinə tərəf getdik. Sion kilsəsinə çatanda
Nino dayandı. Biz kilsəyə girdik. Kilsənin içi qaranlıq və rütubətli idi. İçəridə, üzüm
tənəyindən düzəldilmiş bir xaç asılmışdı. Gürcüstana nur gətirən müqəddəs Nino bir
üzüm tənəyini ilk dəfə ziyarət etdiyi qərbdən gətirmişdi. Nino kürsünün önündə xaç
çəkib, başını qaldırdı və yuxarıda asılmış müqəddəs himayəçinin rəsminə baxdı. Sonra o,
“müqəddəs Nino, məni bağışla” – deyə pıçıldadı.
Kilsə pəncərələrindən içəri düşən işıqda mən onun gözlərinin yaşlı olduğunu gördüm.
65
– Gəl buradan gedək, – dedim. Nino itaətkarcasına kilsədən çıxdı. Dinməz-söyləməz
küçələri gəzdik. Nəhayət mən dilləndim:
– De görüm, müqəddəs Nino sənin hansı günahlarını bağışlamalıdır?
– Səni, Əli xan.
Onun səsi qəmgin və yorğun idi. Tiflis küçələrində Nino ilə birlikdə gəzmək xatalı bir
hərəkət idi.
– Nə üçün?
Biz artıq meydana çatmışdıq. Gürcülər kafelərdə, elə küçənin ortasında oturmuşdular.
Haradansa zurna səsi gəlirdi. Lap aşağılarda isə Kür çayı köpüklənə-köpüklənə axırdı.
Nino çox uzaqlara baxırdı. Elə bil ki, o, uzaqlarda öz keçmişini axtarırdı.
– Nə düşünürsən, – deyə soruşdum.
– Səni və bütün olub keçənləri, – deyə Nino cavab verdi.
Mən onun nə demək istədiyini başa düşdüm. Lakin yenə də ondan soruşdum:
– Nə dedin?
Nino dayanıb sözə başladı:
– Get Tiflisi gəz və şəhərə diqqətlə bax. Bu şəhərdə heç çadralı qadın görəcəksənmi? Yox.
Burada heç Asiya şəhərlərinin havası duyulurmu? Yox, bu şəhər başqa bir dünyadır.
Küçələri enli, insanları isə açıq qəlblidir. Əli xan mən Tiflisdə olduğum zamanlar özümü
ağıllı bir insan kimi hiss edirəm. Çünki burada Seyid Mustafa kimi sarsaqlara və
Məmməd Heydər kimi başıboşlara rast gələ bilməzsən. Burada həyat rahat və şəndir.
Lakin bu ölkə çəkiclə zindan arasındadır, Nino.
Nino balaca ayaqları ilə daş döşəmənin üzərində atlana-atlana yeriyərək söhbətinə
davam etdi: “Bax elə səbəb də budur. Topal Teymur Tiflisi yeddi dəfə yerlə-yeksan edib,
sonra isə türklər, iranlılar, ərəblər və monqollar da ölkəmizə yürüşlər etmişlər. Onlar
Gürcüstanı xarabaxanaya çevirmişlər, insanları qətlə yetirmişdilər, lakin heç bir zaman
ona sahib ola bilməmişdilər. Müqəddəs Nino buraya üzüm tənəklərini Qərbdən
gətirmişdi. Deməli biz də Qərbə mənsubuq. Bizim ölkə Asiyaya aid deyil, biz də Asiyalı
deyilik. Biz Avropanın şərqində yerləşən bir ölkəyik. Məgər sən burada bunu hiss
etmirsən?”
Ninonun qaşları çatılmış və addımlarını tez-tez atmağa başlamışdı. Onun uşaq alnı
büzüşmüşdü: “Bilirsən, sənin Ninon nəyə görə bu gün burdadır? Gəl sənə başa salım: ona
görə ki, biz Topal Teymura, Çingiz xana, Şah Təhmasibə və Şah İsmayıla mətanətlə
müqavimət göstərmişik. Bax elə buna görə də mən varam. İndi isə sən qılıncların, hər şeyi
əzib keçən fillərin, ətrafında cəngavərlərin olmadan Tiflisə gəlmisən. Halbuki sən əlləri
qana bulaşmış şahların nəslindənsən. Gələcəkdə mənim qızlarım çadra örtəcəklər və
İranın qılıncı yenə də iti olan zaman mənim oğullarım və nəvələrim Tiflisi bəlkə də
yüzüncü dəfə yerlə-yeksan edəcəklər. Ah, Əli xan, biz gərək ikimiz də Qərbə mənsub
olaydıq”.
Onun əlini əlimə aldım: “Nino, sənin üçün nə istəyirsən, edim?”
– Eh, Əli xan, – mən çox axmaq qızam, – deyə Nino cavab verdi.
Mən istəyirəm ki, sən enli küçələri, geniş bulvarları olan və yaşıl meşələri sevəsən. Mən
istəyirəm ki, sən Asiyanın çürük divarlarına yapışıb qalmayasan, həyatı yaxşı başa
düşəsən. Mən qorxuram ki, on ildən sonra sən möminləşib, hiyləgər bir adama çevriləsən.
66
Sonra da Gilandakı malikanəndə oturub günlərin bir günü mənə deyəsən ki: “Nino, sən
yalnız bir tarlasan”. İndi de görüm, məni nə üçün sevirsən?
Tiflis Ninonu çaşdırmışdı. Nino elə bil Kürün sahilinin nəmli havasında sərxoş olmuşdu.
– Deyirsən səni nə üçün sevirəm, Nino? Mən sənin gözlərini, sənin səsini, sənin ətrini və
sənin yerişini sevirəm. Daha bundan artıq nə istəyirsən? Sevdiyim ancaq sənsən. Başa düş
ki, məhəbbət deyilən şey Gürcüstanda necədirsə, elə İranda da o cürdür. Sizin böyük
şairiniz Rustaveli min il bundan qabaq bizim durduğumuz yerdə kraliça Tamaraya
məhəbbət şerlərini oxuyurdu. Onun şerləri İran rübailərinə bənzəyir.
Nino düşünərək dedi:
– Bizim durduğumuz yerdə deyirsən? Bəlkə də elə böyük məhəbbət şairi Sayat Nova da
bu yerdə dayanmışdı? Amma gürcülərin məhəbbətini şerlərində tərənnüm etdiyi üçün
şah onun başını vurdurtmuşdu.
Bu gün mənim Ninomun kefi yox idi. Çünki o, vətəni ilə vidalaşırdı. Nino vətəninə olan
dərin eşqini əvvəlki vaxtlardan daha çox hiss edirdi. O, ah çəkib sözə başladı:
– Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan
çıxarırsan. O da mənim ruhumdu. İndi de görək, sən mənim ruhumu da sevirsənmi?
Mən yorğun halda cavab verdim ki, bəli, mən sənin ruhunu da sevirəm. Qəribədir: Seyid
Mustafa deyəndə ki, “qadınlarda ruh yoxdur” mən ona gülürdüm. Amma indi Nino onun
ruhunu sevdiyimi bildirməyi məndən tələb edir. Axı bu qadın ruhu nə deyilən şeydir?
Qadın sevinməlidir ki, kişi onun ruhunun dərinliyində olanları bilmək istəmir.
– Bəs sən məni nə üçün sevirsən, Nino?
Nino birdən-birə, elə küçənin ortasında ağlamağa başladı. Yanaqlarından süzülən iri yaş
damlaları onu balaca bir uşağa döndərmişdi.
– Əli xan, bağışla məni. Mən səni sevirəm, sadəcə səni, olduğun kimi. Amma sənin
yaşadığın aləm məni qorxudur. Əli xan, mən dəliyəm. Sən işə bax ki, küçənin ortasında
nişanlımla dayanıb, Çingiz xanın bütün hərbi yürüşlərinin günahını sənin üstünə atıram.
Öz Ninonu bağışla, Əli xan. Çingiz xanın hərbi yürüşlərində gürcülərin müsəlmanlar
tərəfindən öldürülməsinin məsuliyyətini sənin üstünə atmaq da axmaqlıqdır. Ancaq başa
düş ki, mən sənin Ninon, nifrət etdiyin Avropanın kiçicik bir parçasıyam və bunu burada,
Tiflisdə əvvəlki vaxtlardan daha çox hiss edirəm. Mən səni sevirəm, sən də məni sevirsən.
Lakin mən meşələri və çəmənlikləri sevirəm, sən isə dağları, daşları və çölləri sevirsən.
Çünki sən çöl övladısan. Ona görə də sənin məhəbbətindən, sənin aləmindən qorxuram.
Çaşıb qalmışdım, onun sözlərini başa düşmürdüm:
“Hə, sonra?” – deyə soruşdum.
“Sonra” – deyə Nino gözlərinin yaşını silib, yenə gülməyə başladı və başını yan tərəfə
əyib dedi: “Sonra nə olacaq? Üç aydan sonra evlənməliyik, daha bundan artıq nə
istəyirsən ki?”
Nino ağlamağı da, gülməyi də, sevməyi və nifrət etməyi də bacarırdı.
O, Çingiz xanın bütün yürüşlərini mənə bağışladı və yenə də məni sevməyində davam
etdi. Nino əlimdən tutaraq məni darta-darta “Veri” körpüsündən keçirdib, bazarın əyri-
üyrü dar küçələrinə apardı. Bu Ninosayağı üzr istəmək idi. Bu bazar Tiflisin Avropa
formasında olan yeganə Şərq bazarı idi. Xalı tacirlərindən ermənilər və farslar orada İran
xəzinəsinin rəngarəng ziynətlərini camaatın qabağına tökmüşdülər. Üstündə müdrik
sözlər həkk edilmiş mis və bürünc əşyalar dükanların rəflərini doldururdu. Mavi gözlü
67
bir kürd qızı fala baxırdı. Hər kiçik çayxananın qabağında Tiflisin saysız-hesabsız avara
və tənbəlləri yığışıb dünya məsələləri barədə boş-boş söhbətlər edirdilər. Şəhərdə müxtəlif
dildə danışanların səsi qulaqlarımızda cingildəyirdi. Ninonun kədəri bazarın min bir
rəngli qarmaqarışıqlığında itib getmişdi. İranlı aşpazlar, erməni səyyar satıcıları, kürd
falçıları, osetin keşişləri, azərbaycanlılar, ruslar, ərəblər, inquşlar, hindlilər – Asiyanın
bütün xalqları Tiflis bazarının dar yollarında görüşürdülər. Tacirlər bir çəmbər təşkil
edərək dayanmışdılar. Bir Assuriyalı, bir yəhudi ilə mübahisə edirdi. Biz yalnız bu sözləri
eşidə bildik: “Mənim əcdadlarım sənin əcdadlarını Babil əsarətinə aparanda...”
Ətrafda duranlardan qəhqəhə qopdu. Nino da yəhudilərə, assuriyalılara, qarmaqarışıq
bazara, Tiflisin daş küçələrinə tökdüyü göz yaşlarına gülürdü.
Yolumuza davam etdik. Bir neçə addım atandan sonra bir daha Qolovinski
prospektindəki “Mefistofel” kafesinin qabağına çıxdıq.
– İçəri girək mi? – deyə tərəddüdlə soruşdum. Əslində isə, nə etmək istədiyimi heç özüm
də bilmirdim.
– Yox, barışmağımızın şərəfinə gəl müqəddəs Davud dağındakı monastıra gedək.
Yan küçəyə dönüb funikulyora tərəf getdik. Bir azdan sonra mindiyimiz qırmızı rəngli
kiçik vaqon yavaş-yavaş Davud dağına qalxmağa başladı. Nino dağın təpəsindəki dillər
əzbəri olmuş məşhur monastırın yaranması tarixçəsini mənə danışmağa başladı:
“Bir çox illər bundan qabaq bu dağda müqəddəs Davud yaşayırmış. Şəhərdə isə bir kral
qızı varmış. O qız bir knyaz ilə eşqbazlıq edib, onunla günah iş tuturmuş. Bir gün knyaz
qızı atır. Qız da hamilə imiş. Bu hadisədən xəbər tutmuş kral çox qəzəblənmiş və qızını
başdan çıxaran adamın kimliyini soruşmuşdu. Qız sevgilisinin adını deməyə qorxduğuna
görə onun yerinə müqəddəs Davudun adını çəkir. Hirsindən qəzəbə gəlmiş kral əmr edir
ki, Davudu onun sarayına gətirsinlər. Davudu saraya gətirəndən sonra kral öz qızını da
oraya çağırtdırır. Kralın qızı atasının qabağında da dediklərini təkrar edir. Müqəddəs
Davud də əlindəki həsasını qızın qarnına toxundurur və o zaman birdən möcüzə yaranır.
Qızın qarnındakı uşağın səsi gəlir və səs əsl günahkarın adını çəkir. O zaman müqəddəs
Davud əllərin göyə qaldıraraq dua etmiş və qız övlad yerinə daş doğmuşdu. İndi həmin
daşın dibindən müqəddəs Davud bulağının suyu fışqırmağa başlayıb. Uşağı olmayan
qadınlar isə bu bulağın suyunda çimirlər ki, uşaqları olsun”.
Nino düşüncəli tərzdə əlavə etdi: “Əli xan, indi müqəddəs Davud ölmüş və onun sehrli
əsası qeyb olmuşdu”.
Nino monastırın yaranma tarixçəsini bitirdiyi vaxt, biz artıq dağın başına çatmışdıq.
– Nino, bulaq başına getmək istəyirsənmi? – deyə soruşdum.
– Xeyr, Əli xan, bir il də gözləsəm, hər halda yaxşı olar.
Biz, monastırın ətrafını hər tərəfdən əhatə etmiş divarlarının yanında durub, şəhərə
baxırdıq. Kür çayının sahili mavi duman içində idi. Evlərin damlarından görünən
kilsələrin qübbələri tənha adaları xatırladırdı. Şəhərin şərqində və qərbində tiflislilərin
dincəldikləri bağlar uzanırdı. Uzaqlarda qapqara görünən Metex qalası ucalırdı. Bir
zamanlar gürcü krallarına məskən olmuş bu qala, indi çar imperatorluğu siyasətinə
qarışmaq cəsarətini göstərmiş Qafqazlıları bu qalada saxlayırlar. Nino başını yana tərəf
çevirdi. Deyəsən bu məşhur işgəncə qalasını görən Ninoda çara olan sədaqət sarsılmışdı.
– Sənin qohumlarından Metex qalasında yatan varmı, Nino? – deyə soruşdum.
– Yox, amma sənin qohumlarından orada yatan olmalıdır. Əli xan, gedək.
68
– Hara gedək, Nino?
– Qriboyedovun məzarını ziyarət edək.
Monastır divarını dönüb, baxımsızlıq ucbatından köhnəlib pis vəziyyətə düşmüş bir
məzar daşına yaxınlaşdıq. Onun üzərində “Sənin ağlın və əməllərin unudulmazdır, amma
nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun yaşadı?” sözləri həkk edilmişdi.
Nino əyilib yerdən bir çınqıl götürdü. O, çınqılı qəbir daşına vurub əlini çəkdi. Çınqıl
yerə düşdü və ayaqlarımızın altına yuvarlandı. Nino dərindən ah çəkdi. Bu köhnə Tiflisin
xürafatı idi: əgər bir qız çınqılı nəm məzar daşına vurursa və çınqıl bir anlığa oraya
yapışıb qalırsa, deməli həmin il qız ərə gedəcəkdir. Ninonun isə daşı yerə düşmüşdü.
Ninonun pərt olmuş sifətinə baxıb güldüm:
– “Görürsən də, evlənməyimizdən üç ay qabaq belə şey baş verir! Deməli, bizim
Peyğəmbərimiz düz demişdir ki, “Ölü daşlara inam etmə”.
Nino “haqlısan” deyib susdu.
Biz yenidən funikulyor tərəfə getdik.
– Müharibə sona yetəndən sonra nə edəcəyik? – deyə Nino soruşdu.
Müharibə sona yetəndən sonra Bakının küçələrində və meydanlarında gəzməyə
çıxacağıq, dostlarımızın evlərinə qonaq gedəcəyik, Qarabağa səyahət edəcəyik, gələcək
uşaqlarımızı böyüdəcəyik. Bundan yaxşı nə ola bilər.
– Mən gedib Avropanı gəzmək istərdim.
– Parisə, Berlinə, haraya istəsən, oraya da gedərik. Bir qış uzunu gəzərik xarici ölkələri.
Nino, yoxsa, artıq bizim vətənimizi sevmirsən? İstəsən Tiflisdə də yaşaya bilərik.
-Təşəkkür edirəm, Əli xan, sən mənim qayğıma çox qalırsan. Biz elə Bakıda qalacağıq.
-Nino məncə dünyada Bakıdan yaxşı yer yoxdur.
-Yəni, o qədər başqa şəhərlər görmüsən ki?
-Xeyr, görməmişəm. Ancaq istəsən, səninlə birlikdə dünya gəzintisinə çıxıb bütün
şəhərləri görərəm.
– O zaman getdiyimiz hər yerdə yenə də Bakının köhnə divarlarını və Seyid Mustafa ilə
söhbətlərini yada salaraq məmləkət həsrəti çəkəcəksən. Nə isə, bu söhbətlərin üstündən
keçək. Çünki mən səni sevirəm.
Haqlısan, Nino, mən öz vətənimizi, onun hər daşını, səhrasındakı hər qum dənəsini də
sevirəm.
– Bilirəm, Əli xan, burada qəribə bir şey yoxdur. Əcnəbilər üçün bizim şəhərimiz sadəcə
isti, tozlu və neftə bulaşmış sıxıcı bir şəhərdir.
– Bu əcnəbilər bizim şəhəri tanımadıqları üçün belə düşünürlər.
– Nino əlini çiynimə qoydu. Onun dodaqları yanağıma toxundu:
“Biz isə yad əcnəbilərdən deyilik və heç bir zaman da yad olmayacağıq. Məni daima
sevəcəksənmi, Əli xan?”
– Qiyamətədək, Nino.
Maşınımız şəhərdəki duracağa çatmışdı. Yenə Qolovinski prospekti ilə gedirdik. Fəqət
bu səfər bir-birimizə sarılmışdıq. Sol tərəfimizdə nazik burma dəmir barmaqlıqlarla
dairəyə alınmış böyük park uzanırdı. Parkın bağlı qapısının qabağında iki əsgər növbə
çəkirdi. Onlar daş heykəl kimi quruyub durmuşdular. Qapının üstündə rus çarlığını
təmsil edən qızıl suyuna salınmış qartal asılmışdı. Bu park Qafqaz canişini, böyük knyaz
Nikolay Nikolayeviçin sarayı idi. Nino birdən dayandı. “Buraya bax” – deyə parkı
69
göstərdi. Parkın hər iki tərəfində hündür şam ağacları var idi. Orada uzun boylu, arıq, ağ
saçlı bir kişi gəzişirdi. O üzünü çevirən kimi dəli baxışlı gözlərindən böyük knyazı
tanıdım. Onun üzü uzunsov, dodaqları da qısılmışdı. Şam ağaclarının kölgəsində böyük
knyaz vəhşi bir heyvana bənzəyirdi.
– Əli xan, görəsən o nə düşünür? – hər halda çarın tacını, Nino.
Tac onun çal saçlarına yaxşı yaraşar. Bəs o nə edəcəkdir?
– Deyirlər ki, o çarı taxtından devirəcəkdir.
– Gəl, Əli xan, buradan gedək mən qorxuram.
Biz nazik dəmir burma barmaqlıqlarla dairəyə alınmış gözəl parkdan uzaqlaşdıq.
– Əli xan, – deyə Nino dilləndi, sən çarın və böyük knyazın əleyhinə o qədər də pis
şeylər danışmamalısan, onlar bizi türklərdən qoruyurlar.
– Sənin vətənin çəkiclə zindan arasındadır.
– Mənim vətənim? Bəs sənin vətəninin vəziyyəti daha yaxşıdır?
– Bizim vəziyyətimiz daha başqadır. Biz məngənədə deyilik.
– Biz zindanın üstündə uzanmışıq, böyük knyaz də çəkici əlində tutub. Ona görə də ona
nifrət edirik.
– Siz Ənvər paşanı sevirsiniz. Bu ağılsız bir şeydir. Onun şəhərimizə gəlişini heç bir vaxt
görməyəcəksiniz. Böyük knyaz qələbə çalacaq.
– Allah böyükdür və orasını ancaq allah bilir, – deyə ehtiyatlı cavab verdim.
XVI
Böyük knyazın qoşunları Trabzona girmiş, Ərzurumu almış, Kürdüstan dağlarını aşıb
Bağdad istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta
müqəddəs Məşhədə belə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində
Nikolay Nikolayeviçin zəhmli kabusu dolaşırdı. Böyük knyaz gürcü zadəganlarının
toplantılarının birində belə demişdi:
“Çarın əmrinə tabe olaraq mən, İstanbuldakı Aya Sofyanın qübbəsi üzərində qızıl Bizans
xaçının öz şan, şöhrətilə parlamayacağına qədər rahatlıq tapa bilməyəcəyəm”.
Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə Osmanlı imperatorluğunun
qüdrətindən və Ənvər paşanın müzəffər qılıncından danışan qoçularla, hamballar
qalmışdılar. İran kimi bir ölkə artıq mövcud deyildi, bir az sonra Türkiyə adında bir ölkə
də qalmayacaqdı.
Atam yaman qaradinməz olmuşdu, o, çox zaman evdə olmurdu. O, bəzən müharibə
bülletenlərini oxuyur və xəritələrə baxırdı. Əldən gedən şəhərlərin adlarını pıçıltı ilə
çəkirdi. Sonra da əlində təsbeh saatlarla danışmadan bir yerdə otururdu. Mən isə
zərgərxanaları, çiçək dükanlarını və kitab mağazalarını durmadan gəzib Ninoya qiymətli
hədiyyələr alırdım. Bu işləri gördüyüm zaman müharibə böyük knyaz və təhlükə altında
olan hilal bayrağı bir neçə saatlığa zehnimdən çıxıb yayınırdı.
Bir gün atam dedi: “Axşam evdə ol, Əli xan. Bizə bəzi adamlar gələcək və bəzi məsələlər
barədə söhbət edəcəyik”.
O bir az pərt idi. Başını yana çevirərkən, vəziyyəti anladım və istehza ilə dedim:
70
Ata, məgər mən sənə and içməmişdim ki, mən heç vaxt siyasətlə məşğul olmayacağam.
– Öz xalqının taleyi ilə maraqlanmaq və onun qeydinə qalmaq, siyasətlə məşğul olmaq
demək deyildir. Əli xan, elə vaxtlar olur ki, xalqın taleyini düşünmək və onun qeydinə
qalmaq bir vəzifəyə çevrilir.
O axşam Ninonu operaya aparmaq üçün əvvəlcədən hazırlıq görmüşdüm.
Bakıya mahir sənət ustası Şalyapin gəlmişdi. Nino neçə gün idi ki, bu tamaşaya baxmağa
hazırlaşırdı.
İşim olduğu üçün telefonun dəstəyini götürüb İlyas bəyə zəng etdim: “İlyas bəy, bu gün
mənim vacib işim var. Ninonu mənim yerimə operaya apara bilərsənmi? Biletləri
əvvəlcədən almışam”.
Xəttin o başından dilxor bir səs gəldi: “Nə danışırsan Əli xan? Axşamlar sərbəst
olmadığımı bilmirsənmi? Bu gecə mən Məmməd Heydərlə kazarmada növbətçiyəm”.
Sonra Seyid Mustafaya zəng etdim.
– Gedə bilmərəm, – dedi, çünki, bu axşam hörmətli imam Hacı Maqsud ilə görüşüm
var. O, İrandan yalnız iki-üç günlüyə gəlib.
Axırda Naçararyana zəng etməli oldum. Onun səsində böyük çaşqınlıq ifadəsi hiss
olunurdu: “Yaxşı, sən nə üçün operaya getmək istəmirsən, Əli xan?” – deyə soruşdu.
– Evdə qonaqlarımız var – dedim.
– Sənin xahişinə və bu gecə operada Şalyapin iştirak etdiyinə görə gedərəm.
Çox şükür! Darda olan adama köməklik edən həyatda həqiqi dostdur.
Ninoya zəng edib, gələ bilməyəcəyimi və onu operaya Naçararyanın müşayiət edəcəyini
söylədim və operaya getməyib evdə qaldım.
Düz saat yeddidə gözlədiyimiz qonaqlar gəlməyə başladılar. Var dövləti bir milyardı
aşan qonaqlarımız, qırmızı xalçalar və quş tükündən olan osmanlı döşəkçələri sərilmiş
böyük zalımıza toplaşmışdılar. Qonaqların sayı çox deyildi. Mən onların hamısını neçə
illər idi ki, tanıyırdım.
İlyas bəyin atası Zeynal ağa birinci gəlmişdi. Onun beli bükülmüş, sulu gözləri
dumanlaşmışdı. Zeynal ağa divanda oturub, həsasını yanına qoydu və bir tikə türk
halvasından götürüb yavaş-yavaş yeməyə başladı. Ondan sonra iki qardaş, Əli Əsədulla
və Mirzə Əsədulla bizə gəldilər. Onların mərhum ataları Şəmsi bəy on iki milyon pul
qoyub getmişdi. Qardaşlara atalarının zəkası da ayrıca miras qalmışdı. Onlar üstəlik
yazıb-oxumağı öyrənmişdilər. Ona görə də onlar atadan qalan milyonların sayını qat-qat
artırmışdılar.
Mirzə Əsədulla pulu, ağıllı insanları və sakitliyi sevərdi. Qardaşı Əli Əsədulla isə
Zərdüşt atəşi kimi idi. O tükənməz alova bənzəyirdi. Durmadan hərəkətdə idi. Onun
vuruşmaqdan və sərgüzəştdən xoşu gəlirdi.
Hər yerdə onun girişdiyi vuruşmalarda tökdüyü qanlı hadisələrdən söhbət edilirdi.
Onun yanında oturan qaraqabaq Bunyatzadə sərgüzəşti sevməzdi, amma eşqdən çox
xoşlanardı. Aramızda dörd arvadı olan yeganə adam o idi. Onun arvadları bir-biriləri ilə
amansızcasına dalaşardılar. Onlara görə Bunyatzadə xəcalət çəkirdi, amma öz təbiətinə
qarşı heç nə edə bilmirdi. Ondan neçə uşağı olduğunu soruşanda, daima qəmli-qəmli
cavab verirdi: “Bilmirəm on beşdir və yaxud on səkkiz. Axı mən yazıq bunu haradan
bilim?” ondan milyonların sayını soruşanda da o, eyni cavabı verərdi.
71
Zalın o biri küncündə oturan Yusif oğlu Bunyadzadəyə paxıllıq və bir az qısqanclıqla
baxırdı. Yusif oğlunun bircə arvadı var idi, deyilənə görə o da eybəcərin biri idi. Onun
arvadı hələ toyları olan gün ona demişdi: “Əgər sən xəyanət edib başqa qadınlara baxsan,
mən o qadınların əvvəlcə qulaqlarını, sonra burunlarını və döşlərini kəsəcəyəm. Sənə nə
edəcəyimi isə demək istəmirəm” bu qadın davakar bir ailənin qızı idi. Zavallı Yusif oğlu
arvadının hədə-qorxusundan çəkinərək sağına-soluna baxmaz, rəsm toplamaqla məşğul
olardı.
Saat səkkizin yarısında zalımıza balacaboy və arıq bir kişi girdi. Onun incə
barmaqlarının dırnaqları xınalı idi. O qapıdan içəri girəndə hamımız yerimizdən qalxıb
ona başsağlığı verdik. Çünki ona bədbəxtlik üz vermişdi. Bir neçə vaxt bundan qabaq
onun yeganə oğlu İsmayıl vəfat etmişdi. Kişi oğlunun xatirəsinə Nikolay küçəsində cah-
cəlallı bir imarət tikdirmişdi. Binanın üz tərəfində par-par parıldayan iri qızıl hərflərlə
“İsmayıl” sözü yazılmışdı. Kişi bu binanın İslam xeyriyyə cəmiyyətinə verilməsini
vəsiyyət etmişdi. O kişinin adı Ağa Musa Nağı idi və iki yüz milyon manata sahib olduğu
üçün bizim dəstəmizə daxil ola bilmişdi. Çünki Ağa Musa artıq müsəlman deyildi. O,
Nəsrəddin şahın edam etdirdiyi Mürtəd Babın kafir təriqətinə mənsub idi. Babın nə
istədiyini aramızda yalnız bir neçəsi bilirdi. Amma hamımız yaxşı bilirdik ki, Nəsrəddin
şah Bahailərin dırnağının altına yanıb közərmiş biz batırtdırır, onları diri-diri tonqallarda
yandırtdırır və qamçı ilə ölənə qədər döydürürdü. Bu cür ağır cəzalara məruz qalan bir
təriqət insanlara hökmən çox şeytanı şeylər öyrətməyə çalışmalıydı.
Saat səkkizdə qonaqların hamısı evimizin böyük zalında toplaşmışdılar. Neft şahzadələri
zalda oturub çay içirdilər, şirniyyət yeyirdilər və durmadan inkişaf edən işlərindən,
evlərindən, atlarından, bağlarından, qumarxanadakı yaşıl mahud örtüklü masaların
üstündə uduzduqları pullardan danışırdılar. Onlar adətə sadiq qalıb saat doqquza qədər
bütün danışıqlarını yekunlaşdırdılar. Saat düz doqquzda nökərlər gəlib süfrəni
yığışdırdılar və zalın qapısını bağlayandan sonra atam “Şəmsi Əsədullanın oğlu Mirzə
Əsdullanın xalqımızın taleyi barədə bəzi fikirləri var. Gəlin onu dinləyək” deyərək
toplantını açdı.
Mirzə Əsədulla o gözəl, xülyalı başını qaldırıb danışmağa başladı: “Bu müharibəni
Böyük Knyaz udarsa, artıq xəritədə bir dənə də olsun İslam ölkəsi qalmayacaq, çarın
üzərimizə enəcək qolu daha çox güclənəcək. Çar bu gecə burada toplanmış olan bizlərə
əlbəttə ki, toxunmayacaq, çünki bizlər pulluyuq. Amma məscidlərimizi, məktəblərimizi
bir-bir bağlayacaq və ana dilimizdə danışmağımızı da qadağan edəcəkdir. Vətənimizi
əcnəbilər idarə etməyə başlayacaqlar. Çünki, Məhəmməd Hümmətini qoruyacaq kimsə
qalmamış olacaq. Əgər müharibəni Ənvər Paşa udarsa, vəziyyətimiz yaxşı olacaqdır.
Amma bu işdə biz ona kömək göstərə bilərikmi? Mənim fikrimcə yox, kömək edə
bilmərik. Bəli, biz pulluyuq, amma çar bizdən də pulludur. Bəs biz bu vəziyyətdə nə
etməliyik? Əgər biz pulumuzun bir qismini və xalqımızdan ibarət alay yaradaraq onu
silahlandırıb çara versək, bəlkə müharibədən sonra bizlə mülayim rəftar edər. Siz nə
fikirdəsiniz? Bəlkə bunun başqa çıxış yolu vardır?
Onun qardaşı Əli söz alıb dedi:
– Çarın qolu daha çox güclənəcək deyirsən. Kim bilir, bəlkə müharibədən sonra çarın heç
qolu da qalmayacaq.
Amma, çar getsə də, ölkəmizdə çoxlu rus qalacaq. Qardaşım, onların sayı azala da bilər.
72
– Onların hamısını qırıb tökmək olmaz, Əli.
Sonra qocalıb taqətdən düşmüş Zeynal ağa söz alıb donuq bir səslə danışmağa başladı:
– Kitabda yazılanı heç kim bilmir. Böyük knyaz İstanbulu alsa belə, onun qələbəsi qələbə
sayıla bilməz. Çünki bizim xoşbəxtliyimizin açarı İstanbulda deyil, açar Qərbdədir. Qərb
cəbhəsində isə türklər qalib gələcəklər. Ruslar Trabzonu, türklər də Varşavanı alıblar.
Ruslardan danışırsınız? Onlarda heç rusluq qalıbdımı? Eşitmişəm ki, Rasputin adında bir
kəndli çara hökmranlıq edir, onun qızlarını sığallayır, çarın arvadına da “Mama” deyir.
Çarı taxtından yıxmaq istəyən knyazlar da vardır. Hətta üsyan eləməyə hazırlaşanlar da
vardır. Müharibədən sonra hər şey kökündən dəyişəcək. Heç bir şey köhnədəki kimi
olmayacaq.
Uzun bığları və parıldayan gözləri olan bir kök adam söz alıb dedi: “Bəli, bu
müharibədən sonra həqiqətən hər şey kökündən dəyişəcək”.
Bunları söyləyən, peşəsi vəkil olan, Xoylu Fətəli xan idi. Biz onun daima xalq işinin
qayğısını və qeyrətini çəkən bir adam olduğunu bilirdik.
Fətəli xan ciddiləşib sözünə davam etdi:
– Hər şeyin dəyişəcəyi üçün biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə
kim qalib gəlirsə-gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və o zəifləyəcək. Biz
isə zəif düşməyəcəyik, yaralılarımız olmayacaq, dilənmək ehtiyacını duymayacağıq və
gur səslə tələb etmək gücünə sahib olacağıq. Bizim ölkəmiz müsəlman ölkəsidir. Biz
Osmanlılardan nə gözləyiriksə, Romanovlardan da eyni şeyi tələb edirik. Bizi hər sahədə
maraqlandıran müstəqillikdir. Müharibədən sonra bu güclü dövlətlər nə qədər zəif
düşsələr, biz o qədər azadlığa yaxınlaşacağıq. Bu azadlıq bizə itirilmiş qüdrətimizdən,
pulumuzdan və neftimizdən gələcək. Elə buna görə də unutmayın ki, bizim dünyaya yox,
dünyanın bizə ehtiyacı olacaqdır.
Zalda bir milyard manat toplamış qonaqlarımızı bu sözlər son dərəcə məmnun etmişdi.
İndi gözləmək və kimin qalib gələcəyini görmək lazımdır: ruslarınmı, yoxsa türklərinmi?
Bizim neftimiz vardı, müharibədən qalib çıxan da bizə yalvarıb lütfkarlıq diləyəcək. Bəs o
vaxta qədər biz nə etməliyik? Xəstəxanalar, uşaq bağçaları, korlara məxsus klinikalar
tikdirməliyik. Haqq Dini uğrunda vuruşanlara sığınacaq verməliyik. Elə etməliyik ki. bizi
əqidəsizlikdə günahlandırmasınlar.
Mən isə dinməz-söyləməz bir küncdə oturmuşdum. Əli Əsədulla zalın o başından gəlib
yanımda oturdu: “Bu barədə siz nə fikirdəsiniz, Əli xan?” – deyə məndən soruşdu. Əli
Əsədulla mənim cavabımı gözləmədən başını mənə tərəf əyib, pıçıltı ilə danışmağa
başladı: “Ölkəmizdəki rusların hamısını təmizləmək yaxşı olmazdımı? Təkcə rusları yox,
bizim dilimizdə danışmayan, bizim dinimizdən olmayan, və bizdən fərqli düşünən bütün
əcnəbiləri təmizləsək daha yaxşı olmazdımı? Əslində biz hamımız bunu istəyirik, amma
bu düşüncəni açıq söyləməyə cəsarət tapan tək mənəm. Bəs bundan sonra nə olacaq?
Mənə sual verirsinizsə, şəxsən mən Ənvər Paşaya üstünlük verərdim. Amma ölkəmizi
Fətəli xan da idarə edə bilər. Başlıca məsələ isə odur ki, ölkəmizdən əcnəbiləri
təmizləməliyik.
O, “təmizləməliyik” sözünü elə nəzakətlə və yumşaq bir tonla dedi ki, elə bil eşq elan
edirdi. O, hiyləgərcəsinə gülümsəyirdi. Mən ona cavab vermədim.
İndi növbə Bəhai Ağa Musa Nağının idi. O danışmağa başlayanda onun balaca, içəri
batmış gözləri parıldayırdı:
73
– Mən yaşlı bir adamam, – deyə sözə başladı. – Gördüklərim, eşitdiklərim məni çox
kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə
bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə
çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağanın, Mirzə Əsədullanın,
Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların
məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına
qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədrik edilirsə, o
məktəb kimə və nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın
nə faydası vardır? Bizim ruhumuz tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət
özünə məxsus bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə keçmiş neçə-neçə
uluların diliylə desək, özünü bizə tanıtmış olan Allah birdir. Buna görə də mən eyni
zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də Məhəmməd
Peyğəmbərə inanıram. Biz hamımız bir Allahdan törənmişik və Bab* yoluyla onun yanına
dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ,
ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada
kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da
bizim bir parçamızdır.
Biz pərt halda oturmuşduq. Deməli Babın kafir ideyası bu imiş. Yanımda kiminsə
bərkdən hıçqırdığını eşitdim. Başımı çevirib baxdım və təəccübləndiyimdən quruyub
qaldım:
Əli Əsədullanın sifətindən göz yaşları sel kimi axırdı.
- -----------------------------------------------
*Burada XIX əsrin 40-cı illərində şiəlik əsasında yaranmış dini təriqətin banisi Bab
nəzərdə tutulur.
-----------------------------------------------------
Əli Əsədulla hıçqıra-hıçqıra dedi:
– Ah, nə qədər siz haqlısınız! Sizə qulaq asmaq böyük xoşbəxtlikdir. Ey ulu Tanrım Ağa
Musa, bütün insanlar bu qədər dərin biliyə malik olsaydılar, dərdimiz olmazdı?
Sonra o göz yaşlarını silib, dərin bir köks ötürdü və sakitləşmiş bir şəkildə söhbətinə
davam etdi:
- Ey dərin hörmət bəslədiyimiz dostum! Heç bir şübhə yoxdur ki, Tanrının qolu
hamımızın qolundan qüvvətli və qüdrətlidir. Lakin ey, müdriklik dəryası olan dostum, bu
da həqiqətdir ki, insan Küll-İxtiyarın iltifat ruhuna həmişə bel bağlaya bilməz və bel də
bağlamamalıdır. Biz hamımız insanıq, biz gərək özümüz bütün çətinliklərimizi aradan
qaldırmaq yollarını axtarıb tapaq.
Əli Əsədullanın ustalıqla söylədiyi kəlmələr, çox ağıllı kəlmələr idi. Onun göz yaşları
axıtması da ağıllı bir oyun idi. Mən Əlinin qardaşı Mirzəyə baxdım. Mirzə mat-məəttəl,
iftixar hissilə qardaşına baxırdı.
Nəhayət qonaqlar ayağa durdular. Mehribancasına bir-birlərinə “Salamat qalın,
dodaqlarınızdan təbəssüm əskik olmasın” deyib ayrıldılar.
74
Toplantı sona çatdı. Hərə öz evinə getdi. Saat on birin yarısı idi. Evimizin qonaq zalı, boş
idi və adama ağır təsir bağışlayırdı. Məni tənhalıq hissi bürüdü. Xidmətçiyə: “Mən
kazarmaya gedirəm. İlyas bəy bu gecə növbətçidir” deyib evdən çıxdım.
Ninogilin evinin yanından keçib dəniz kənarı ilə böyük kazarmaya tərəf yollandım.
Kazarmanın növbətçi otağının pəncərəsindən işıq gəlirdi. İlyas bəylə Məmməd Heydər
nərd oynayırdılar. Növbətçi otağına girdim. Onlar səslərini çıxartmadan başları ilə mənə
salam verdilər. Nəhayət, nərd oyunu başa çatdı. İlyas bəy nərdin zərini küncə atdı və
yaxasını düymələdi. Sonra “toplantı necə keçdi?” deyə soruşdu.
– Əli Əsədulla ölkəmizdən bütün rusları təmizləyəcəyinə yenə and içdimi?
– Bəli, təxminən elə dedi. Bəs sizdə müharibədən nə xəbər var?
İlyas bəy, müharibədən təngə gəlmiş bir adam kimi cavab verdi:
– Müharibəni deyirsən? Almanlar Polşanı tutublar. Böyük knyaz deyilənə görə qarlı
yollarda batıb qalıb və ya da Bağdadı zəbt edib. Türklər də bəlkə Misiri tutdular. Kim
bilir? Bu dünya yaman can sıxıcı olub.
Məmməd Heydər saçları azca kəsilmiş başını qaldırıb dedi:
– Heç də can sıxıcı deyil. Bizim atlarımız və əsgərlərimiz var, silah işlətməyi də bilirik.
Kişiyə bundan başqa nə lazımdır. Bəzən istəyirəm ki, dağları aşım, səngərlərdə oturub
qabağımda düşmən görüm. Düşmən dediyinin güclü əzələləri olmalıdır, bədəni də tər
qoxumalıdır.
– Onda nə üçün cəbhəyə könüllü getmirsən? – deyə soruşdum.
Məmməd Heydər kədərlə mənə baxıb dedi:
– Mən elə kişilərdən deyiləm ki, din qardaşlarım türklərə atəş açım.
Mən nəvazişlə ona baxdım. Bu enlikürəkli, güclü, sadəlövh sifətli gənc burada oturub,
döyüş həsrətindən az qala partlayırdı.
Məmməd Heydər oturduğu yerdən məhzun-məhzun dilləndi:
– Mən cəbhəyə getmək istəyirəm, amma getmirəm.
– Bəs bizim məmləkətimizdə nələr etməliyik, – deyə soruşdum.
O susdu və alnını qırışdırdı, xeyli vaxt keçəndən sonra, dedi:
Biz gərək məscidlər tikəydik, torpağa su verəydik. Torpağımız suya möhtacdır. Sonra
onlarla əcnəbilərin ölkəmizə gəlib ikidə bir bizə axmaq demələri yaxşı iş deyil. Mənə elə
gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. O zaman
gözəl bir mənzərə əmələ gələrdi və biz yenə də kasıb vəziyyətimizə qayıdardıq. Biz o
zaman heç kimə lazım olmazdıq və əcnəbilər də yaxamızdan əl çəkərdilər. Mən neft
buruqlarının yerinə, mavi rəngli gözəl məscid tikdirərdim. Bir də istəyərdim ki, bu gün
neft çıxan sahələrdə də taxıl əkəydilər. Məmməd Heydər düşüncələrinin xəyalına dolaraq
susdu. İlyas bəy qəhqəhə çəkib güldü. Bəs sonra? - Sonra da oxumağı və yazmağı
qadağan etməli, elektrik əvəzinə şam işığından istifadə etməli və ölkəmizdəki ən səfeh
adamı da padşah seçməliyik, hə?!
Məmməd Heydər bu istehzaya məhəl qoymadı:
– Keçmiş zamanda indikindən daha çox səfeh adamlar var idi. Amma o səfeh adamlar
neft buruqları yerinə su kanalları tikirdilər və indikindən fərqli olaraq biz əcnəbiləri
soyurduq, onlar bizi yox. Keçmişdə xoşbəxt insanlar da indikindən daha çox idi.
Onun dediyi sözlər elə xoşuma gəldi ki, istədim bu bəsit adamı qucaqlayıb öpüm.
75
Lakin birdən-birə kimsə qapını həyəcanla döyməyə başladı. Mən tez yerimdən sıçradım
və qapını açıb bayıra baxdım. Seyid Mustafa həyəcanlı halda içəri girdi. Onun
əmmaməsinin sarığı sökülmüş, ucu tərdən parlayan qaşlarının üzərinə düşmüşdü. Yaşıl
qurşağı açılmışdı, boz rəngli fəsi isə toz içində idi. O, rəngi qaçmış halda kürsüyə çökdü
və ləhləyə-ləhləyə dedi:
– Naçararyan yarım saat bundan qabaq Ninonu qaçırtdı. İndi onlar Mərdəkan
yolundadırlar.
XVII
Məmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacalaşmışdı. “Mən atları
yəhərləyərəm!” deyib bayıra qaçdı. Sifətim yanırdı. Qan gicgahıma vururdu, başımda bir
gurultu vardı. Elə bil gözəgörünməz bir qüvvə dəyənəklə başıma zərbə vururdu. İlyas
bəyin səsi elə bil çox uzaqlardan gəlirdi: “Özünü itirmə, Əli xan, səbirli ol. Onları
yaxalayacağıq. O vaxta qədər özünü ələ al”.
İlyas bəy qabağımda durmuşdu. Onun incə sifəti son dərəcə solmuşdu. Üstündə Qafqaz
xəncəri olan kəməri belimə bağladı. Sonra “götür” deyib əlimə də bir tapança verdi:
– Yenə deyirəm, səbirli ol, Əli xan – dedi – qəzəbini Mərdəkan yoluna saxla.
Nə etdiyimi bilmədən tapançanı cibimə qoydum. Seyid Mustafanın çopur sifəti mənə
tərəf döndü. Mən onun qalın dodaqlarının qımıldandığını gördüm və söylədiyi qırıq-qırıq
cümlələrini eşitdim: “Evdən çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Onun
qaldığı ev operanın yanındadır. “Saat on birdə Molla Maqsudun evindən çıxıb operanın
yanından keçirdim. Tamaşa sona çatmışdı. Birdən gördüm ki, Nino Naçararyanla
avtomaşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar maşının içində bir-birilə
danışırdılar. Naçararyanın sifətinin ifadəsi heç xoşuma gəlmədi. Qaranlıqda onlara
yaxınlaşıb danışıqlarına qulaq asmağa başladım. Nino “olmaz” deyirdi, “mən onu
sevirəm”. Naçararyan da cavab verirdi ki, “mən səni ondan da çox sevirəm” deyirdi. Bu
ölkənin daşı daş üstündə qalmayacaq! Mən səni Asiyanın əlindən alıb qaçırdacağam.
Nino cavab verdi ki, “yox, məni evimizə apar”. Naçararyan motoru işə saldı. Mən maşının
arxasına atıldım. Avtomaşın Kipianigilin evinə yaxınlaşdı. Yoldakı danışıqlarını eşidə
bilmədim. Nino ağlayırdı. Naçararyan birdən Ninonu qucaqlayıb üzündən öpdü. “Sən bu
vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi. Sonra pıçıltı ilə nəsə
dedi. Mən yalnız onun axırda dediyi sözü eşidə bildim: “Mənim Mərdəkandakı evimə
gedirik. Biz Moskvaya gedib kəbin kəsdirərik, oradan da İsveçə gedərik”. Mən gördüm ki,
Nino onu itələdi. Naçararyan maşını işə saldı və onlar getdilər. O zaman avtomaşının
arxasında asıldığım yerdən atlanıb var gücümlə qaçdım ki...
O, sözünü axıra kimi deyə bilmədi, bilmirəm, bəlkə də mən ona axıra kimi qulaq
asmamışam. Məmməd Heydər qapını taybatay açıb içəri girdi: “Atlar hazırdır!” – deyə
bağırdı. Biz tələsik meydançaya qaçdıq. Ay işığında kişnəyən və nalları ilə yavaş-yavaş
yeri eşələyən yəhərli atları gördüm. Məmməd Heydər atın birinin yüyənini mənə uzadıb:
“Tut bunu, bu sənin” dedi. Mən ata baxanda heyrətimdən yerimdə quruyub qaldım. Bu
at, alay komandanı Məlikovun Qarabağda ad çıxarmış kəhər atı idi. Məmməd Heydər üz-
gözünü turşutdu:
76
– Komandan xəbər tutsa, özündən çıxacaq. Çünki bu atı indiyə kimi özgə adam
minməyib. Bu at ildırım kimi çapır. Ona heyifin gəlməsin. Sən onlara ancaq bu atla çata
bilərsən.
Mən cəld atın yəhərinə sıçradım. Qamçını bu möcüzəli atın arxasına vurdum. At bir
sıçrayışla məni kazarmanın həyətindən bayıra çıxartdı. Qaçanları izləmək üçün mən atı
dəniz sahili ilə sürdüm. İçim nifrət və hirslə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı
tez-tez qamçılayırdım. Atın nallarından qığılcım çıxırdı. Şəhər evləri bir-bir arxamda
qalırdı. Qəzəbim get-gedə artırdı. Hirsimdən atın yüyənini dartdım. At dik durdu. Sonra
yenə dördnallı uçmağa başladı. Nəhayət, ay işığı düşmüş tarlaları və Mərdəkana gedən
dar yolu gördüm. Hava sərin idi. Gecənin sərin havası əsəblərimi bir az sakitləşdirirdi.
Yolun sağında və solunda qarpız, yemiş bostanları uzanırdı. Ay işığında yumru
qarpızlar iri qızıl halqalar kimi parıldayırdı, yemişlər isə qızıl külçələrə oxşayırdı. At
dördayaq çapırdı. Adamın heç ruhu da incimirdi. Mümkün olduğu qədər özümü atın
boynuna yaxın əymişdim. Üzüm onun sarı yalına toxunurdu. Birdən birə hər şey
gözlərimin qabağında canlandı...
Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Mən indi hər şeyi lap yaxşı başa
düşürdüm. İndi dərk edirdim ki, Naçararyanın planı sadə və real bir plandır: Ənvər paşa
Anadoluda vuruşur. Çarın taxtı laxlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni
batalyonu var. Cəbhə çökdüyü təqdirdə, Osmanlı ordusu Ermənistana, Qarabağa və
Bakıya axıb gələcəkdi. Naçararyan bunun nə nəticə verəcəyini yaxşı başa düşən bir
adamdı. Ona görə də Naçararyan saysız-hesabsız qızıl külçələrini İsveçə göndərirdi.
Qafqaz xalqlarının qardaşlıqlarından artıq heç nə qalmamışdı. O gecə operadakı loja
gözlərimin qabağında canlandı. Naçararyan və Nino lojada oturub söhbət edirlər:
– Prinses, Şərq ilə Qərb arasında heç bir körpü ola bilməz, hətta məhəbbət körpüsü belə
yoxdur.
Nino susaraq Naçararyanın dediklərini dinləyirdi.
– Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz
Avropanın Asiyadakı elçiləriyik. Prinses, mən səni sevirəm. Biz bir-birimizə layiqik.
Stokholmda həyat bizim üçün çox rahat olacaq. Stokholm Avropadır, Qərbdir.
Bu sözlər qulağımda elə cingildəyirdi ki, elə bil mən də lojada onların yanında
oturmuşdum:
– Osmanlı ordusu gələrsə, bu ölkənin daşı daş üstə qalmayacaq.
Naçararyan sözünü tamamlayaraq dedi:
– Talehinizin necə olacağını şəxsən özünüz müəyyən etməlisiniz, Nino. Müharibədən
sonra Londona köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı Avropalı özü öz taleyini
müəyyən etməyi bacarmalıdır. Mən də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi
qulu olan bir barbardır.
Bu sözlər xəyalımda səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırtı çıxdı. Çöl
qurdları ayı görəndə belə ulayırlar. Mən də qurdlar kimi sürəkli və kədərli bir tərzdə
ulayırdım. Qışqırmaqdan boğazım ağrıyırdı. Axı ay işığı düşmüş Mərdəkan yolunda niyə
qışqırıram? Qəzəbimi sonraya saxlamalıyam. Kəskin külək qamçı kimi üzümə vururdu.
Gözlərimdən yaş gəlirdi. Yox, yox mən ağlamıram. Göz yaşlarıma səbəb başqa şey deyil,
ancaq küləkdir. Mən hətta Şərq və Qərb arasında körpünün, eləcə də məhəbbət
körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. Ah, o hiyləgər, gülümsəyən
77
gürcü gözləri! Bəli, mən çöl övladıyam, türklərin boz qurdundan törənmişəm. Gör
Naçararyan hər şeyi necə ustalıqla planlaşdırmışdı: “Moskvada kəbin kəsdirib, sonra da
Stokholma getmək”. Sən bir buna bax, Stokholmda bir otel. Təmiz, isti və ağappaq
yorğan-döşək. Londonda da bir villa? Hirsimdən başımı atın boynuna yaxın əyirəm.
Birdən qeyri-iradi olaraq atın boynunu dişlədim. Ağzım duzlu qan dadı ilə doldu. Villa?
Naçararyanın Mərdəkandakı meyvə bağlarının içində bir villası vardı. Bakının bütün
varlılarının da burada villaları var idi. Naçararyanın villası ağ mərmərdən tikilib, Roma
üslubunda sütunları olan və dənizin qırağında yerləşən bir villa idi. Görəsən, avtomaşın
ilə Qarabağ atı hansı sürətlə gedə bilərlər? Naçararyanın villasını görmüşdüm. Qırmızı
ağacdan düzəldilmiş enli bir çarpayısı vardır. O çarpayının üstünə Stokholm otelində
olduğu kimi ağappaq döşək ağı sərilmişdi.
Bilirəm, o bütün gecəni oturub Ninoya filosofluq etməyəcək.
O ancaq öz işini görəcək...
Naçararyanın çarpayısı gözlərimin qabağında idi. O çarpayı və şəhvətlə dolu, qorxu
pərdəsi altında gizlənmiş o gözəl gürcü gözləri gözümün qabağında canlandı. Bu dəfə
atın boynunu bərk-bərk dişlədim. O gözəl at dördnalla çapırdı. Tələs, tez tələs! Özünü
itirmə, Əli xan, onları yaxalayana kimi qəzəbini içində saxla!
Mərdəkana gedən bu yol nə dar yol imiş. Birdən-birə qəhqəhə çəkib gülməyə başladım.
Nə böyük xoşbəxtlikdir ki, biz Asiyada yaşayırıq, geridə qalmış, sivilizasiyadan uzaq olan
Asiyada. Qarabağ atları üçün yararlı cığırları olan Asiyada! Görəsən bu dar yollarda
avtomobil böyük sürətlə gedə bilər, ya Qarabağın kəhər atları? Qərbdə istehsal olunmuş
avtomobillər üçün bizim geniş və rahat yollarımız yoxdur.
Yolun qırağındakı bostanlardan qarpız və yemişlər elə bil mənə baxırdılar. Elə bil onların
sifətləri var idi və onlar dil açıb deyirdilər: “Bu yollar xarici avtomobillər üçün deyildir.
Bu yollar Qarabağ atlarını çapanlar üçündür”.
Görəsən bu at sürətə tab gətirə biləcəkmi? Heç sanmırdım. Bu anda knyaz Melikovun
sifəti gəldi durdu gözlərimin qabağında. O, Şuşadakı günəşli günlərin birində qılıncını
şaqqıldadıb demişdi: “Yalnız çar həzrətləri müharibə elan etdikləri zaman mən bu
möcüzəli atı minəcəyəm”. Eh, nə olursa olsun, istəyirsə qoy, o qoca Qarabağlının atı üçün
ağlamaqdan lap ürəyi partlayıb ölsün, mənə nə var. Ata daha iki qamçı vurub fit çalaraq
havanı yardım. Yolun kənarları yabanı kolluqlarla dolu idi. Nəhayət, uzaqdan avtomobil
motorunun səsini eşitdim. İndi iki böyük faranın kələ-kötür yollara işıq saçdığını gördüm.
Bu avtomobilin saçdığı işıq idi. Asiyanın yararsız yollarında Avropa avtomobili
səndələyə-səndələyə gedirdi. Ata daha bir qamçı vurduqdan sonra, artıq avtomobilin
sükanı arxasında oturan Naçararyanı gördüm. Nino isə büzüşüb bir küncdə oturmuşdu.
Axı, nə üçün onlar atın nallarının səsini eşitmirdilər?
Məgər Naçararyan gecə sükutunda kənardan gələn səsi eşitmirdi. Hər halda Naçararyan
Mərdəkan yolunda sürdüyü Avropa avtomobilində özünü arxayın hiss edirdi. Mən əlimi
tapançaya atdım. Gəl mərifətini göstər Belçika malı, indi növbə sənindir öz-özümə deyib
tapançanın tətiyini sıxdım. Atılan güllənin işığı ani olaraq qaranlığı yardı. Avtomobilin
sol arxa təkəri boşalıb əyildi. Çapıb maşına yaxınlaşdım. Qan beynimə vurdu. Tapançanı
kənara tulladım. Artıq nə etdiyimi bilmirdim. Qorxudan gözləri təpəsinə çıxmış iki sifət
mənə baxırdı. Naçararyan titrək əlini tapançaya uzadır. Aha, deməli o, Avropa
avtomobilində o qədər də arxayın deyildi. Onun iri və kök barmaqlarının birində iri
78
brilyantlı üzüyünü gördüm. Tez, cəld ol, Əli xan! İndi bütün qəzəbini büruzə verə
bilərsən! Xəncəri çəkdim. Yox, bu titrək əl atəş aça bilməz. Xəncər xoş bir ahənglə havada
vıyıldadı. Mən belə xəncər atmağı harada öyrənmişdim? İrandamı? Yoxsa Şuşadamı? Hər
hansı bir yerdə! Bu qabiliyyət bizim əcdadlarımızdan mənə miras qalmışdı. Hindistana
yürüş edib, Dehlini dizə çökdürən ilk Şirvanşirdən mənə miras qalmışdır. Gözlənilmədən
təəccüblü bir qışqırıq səsi gəldi. Naçararyanın biləyindən qan fışqırırdı. Mərdəkan
yolunda düşmənin qanını görmək nə böyük xoşbəxtlikdir. Tapança onun əlindən yerə
düşdü. Sonra iri bir cəmdək avtomobildən çıxıb, yerlə sürünməyə başladı. Yolu keçərək,
yol kənarındakı yabanı kolluqların içində itdi. Xəncəri götürüb qınına qoydum.
Nino avtomobilin yumşaq oturacağında quruyub qalmışdı. Onun sifətində ən kiçik
ifadə belə yox idi. O, daşdan yonulmuş heykəl kimi hərəkətsiz idi. Uzaqdan nal səsləri
gəlirdi. Tez kolluğa tullandım. Tikanlı kolluqlarda cızılmış əllərimdən qan axırdı. Quru
budaqlar da əllərimi kəsirdi. Quru xəzəllər ayaqlarımın altında xışıldayırdı.
Oradan bir az kənarda qovulan vəhşi bir heyvanın – Naçararyanın səsi gəlirdi. Buna bax,
Stokholmda otel! Ay gördün ha, o oteli! Qalın, kobud dodaqların ay dəydi ha Ninonun
yanaqlarına. İndi onu görürəm. Naçararyan büdrəyir, iri kök əlləri ilə sıx kolluqları
yarmağa çalışırdı. O kolluqları keçəndən sonra bostanların içindən dəniz sahilinə doğru
qaçırdı. O alçağı görən kimi tapançam yadıma düşdü. Hanı mənim tapançam? Aha,
yadıma düşdü. Tapançanı avtomobilin yanında tullamışdım. Mən də yabanı kolluqların
içindən keçərək, onun dalınca qaçmağa başladım. Kolluqların tikanlarından cızılmış
əllərim qanamışdı. Budur, bostana çatdım. Bostanda gördüyüm ilk qarpız mənə yumru,
kök və sarsaq bir adamı xatırladırdı. Onun üstündən keçdim. Qarpız ayağımın altında
partlayıb tikə-tikə oldu. Yüyürüb bostanı keçdim. Ayın solğun şüası qarpız və yemiş
bostanına zəif işıq salırdı.
Ey Naçararyan, bil ki, qızıl külçələri İsveçə apara bilməyəcəksən!
İndi, birdən Naçararyanın çiynindən yapışdım. O, üzünü çevirdi və kötük kimi qarşımda
durdu. Gözlərindən görünürdü ki, o ifşa olunmuşdu. Artıq mən onun kim və nə
olduğunu bilirəm. Onun birinci yumruğu çənəmə dəydi. İkinci yumruğu isə döşümə
ilişdi:
Naçararyan, sən boks vuruşmasını Avropada öyrənmisən. Başım gicəlləndi. Bir saniyəlik
nəfəsim tutuldu. Mən ancaq Asiyalıyam, Naçararyan. Mənə qurşaqdan aşağı yumruq
vurmaq sənətini heç vaxt öyrətməmişlər.
Mən bir çöl qurdu kimi qəzəbdən yalnız qızışa bilirəm – deyib Naçararyanın üstünə
atıldım. Onun gövdəsindən yapışdım. Elə bil ağac kötüyünü qollarım arasına almışdım.
Ayaqlarımla onun yekə qarnını sıxıb, əllərimlə də yoğun boynundan yapışdım.
Naçararyan Avropada öyrəndiyi bütün vuruşma qaydalarını unudaraq məni vəhşi kimi
yumruqlamağa başladı. Aşağı əyildim və birlikdə yerə yıxıldıq. Yerdə fırlanırdıq. Birdən
mən onun altına düşdüm. Onun xirtdəyimə keçirdiyi barmaqları məni boğmağa başladı.
Naçararyanın zədələnmiş sifətinin bir tərəfi əyilmişdi. Ayaqlarımla onun piyli qarnına
vururdum. Bir anlığa əlimdən çıxanda onun yaxasının cırıldığını gördüm. Birdən
dişlərimlə onun ağ yoğun boğazından yapışdım. Bəli, Naçararyan, biz Asiyalılar belə
vuruşuruq! Qurşaqdan aşağı vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından.
Onun damarlarının döyüntüsünü hiss edirdim.
79
Naçararyan əlini mənim belimdəki xəncərimə uzadırdı. Döyüşün qızğın çağında
belimdəki xəncəri tamamilə yadımdan çıxartmışdım. Xəncərin tiyəsi gözümün qabağında
parladı. Qabırğamda bir ağrı hiss etdim. Gör nə qədər qanım isti imiş. Xəncərin ucu
qabırğalarımın üstündən sürüşdü. Onun boğazını buraxıb, yaralı əlindən xəncəri qapdım.
İndi o, mənim altımdadır, üzü də aya tərəf baxırdı. Xəncəri havaya qaldırdım. O başını
dala atıb nazik səsi ilə qışqırmağa başladı. Onun bütün sifəti dəhşətdən, qorxudan açılmış
ağızdan ibarət idi.
Axı niyə vurmuram? Nəyi gözləyirəm? Arxamdan bir səs gəldi: “Gəbərd onu, Əli xan,
gəbərd!”
Bu Məmməd Heydərin səsi idi:
– Xəncəri ürəyinin başına endir və girdiyi yerdən aşağa doğru çək.
Mən ölüm nöqtəsinin harada olduğunu bilirəm. Amma bir an gözləyib, düşmənimin
fəryad səsini bir daha eşitmək istəyirəm.
Sonra xəncəri qaldırdım. Əzələlərim artıq gərilmişdi. Xəncəri düşmənin düz ürəyinin
başına endirdim. O, arxası üstə çapalayıb can verirdi. Yavaş-yavaş ayağa durdum.
Paltarım qana bulaşmışdı. Kimin qanı idi bu? Mənim, yoxsa onun? İndi bunun heç bir
fərqi yox idi. Məmməd Heydər dişlərini qıcayıb dedi: “Əli xan, mən sənə ömrüm boyu
hörmət edəcəyəm”.
Qabırğam ağrıyırdı. Məmməd Heydər qoluma girdi. Kolluğun içindən çıxıb Mərdəkana
gedən dar yolda durmuş, böyük bir qutunun yanına gəldik. Orada dörd at və iki atlı
dayanmışdı. İlyas bəy mənə əl verib salamlaşdı. Seyid Mustafa yaşıl əmmaməsini bir az
yuxarı qaldırdı. O, atının tərkində Ninonu otuzdurub bərk-bərk tutmuşdu. Nino susurdu.
Seyid Mustafa yumşaq bir səslə:
– Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksən, yoxsa mən öldürüm? – deyə
dilləndi.
Məmməd Heydər mənə tərəf xəncər uzadıb: – Öldür onu, Əli xan – dedi. Mən İlyas bəyə
baxırdım. Onun üzü təbaşir kimi ağarmışdı: – “Biz cəsədi dənizə atarıq” – dedi.
Ninoya yaxınlaşıram. Onun gözləri qorxudan böyümüşdü...
Böyük tənəffüs vaxtı o, əlində məktəb çantası gözlərindən də yaş sel kimi axa-axa küçəni
keçərək bizim məktəbimizə gələrdi. Bir dəfə imtahan vaxtı partasının altında gizlənib,
pıçıltı ilə ona deyirdim: “Böyük Karlın başına 800-cü ildə Axendə tac qoyulmuşdu”.
Nəyə görə Nino susur. Nə üçün Nino o zaman böyük tənəffüsdə yardım istəmək üçün
yanıma gəlib göz yaşlarını axıdıb ağladığı kimi ağlamır? Böyük Karlın başına nə zaman
tac qoyulduğunu bilmədiyi üçün onun təqsiri yox idi. Mən onun mindiyi atın boynunu
qucaqlayıb Ninonun üzünə baxdım. Baxışlarımız rastlaşdı. Ay işığında gözlərini əlimdəki
xəncərə dikmiş, Seyid Mustafanın atının yəhərində oturan Nino nə qədər gözəl idi.
Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları da gözəldir. Amma onları İsveçə
qızıl külçələrini qaçırmaq istəyən Naçararyan öpmüşdür!
– İlyas bəy, mən yaralıyam. Prinses Ninonu evlərinə apar. Hava soyuqdur, Ninonun
çiyninə bir şey salarsan. İlyas bəy, eşidirsən, əgər prinses Nino sağ-salamat evinə çatmasa
səni öldürəcəyəm. Eşitdin? İlyas bəy, bu mənim qəti sözümdür. Məmməd Heydər, Seyid
Mustafa özümü halsız hiss edirəm. Məni evə aparın. Evə qədər mənə yardım edin. Qan
itirdiyimdən taqətdən düşüb zəifləmişəm.
80
Qarabağ atının yalından yapışdım. Məmməd Heydərin köməyi ilə atıma mindim. İlyas
bəy Ninoya yaxınlaşdı, qayğı ilə onu öz yumşaq yəhərinə oturtdu. Nino müqavimət
göstərmirdi... İlyas bəy pencəyini çıxardıb nəvazişlə Ninonun çiyninə saldı. Onun rəngi
hələ də solğun idi. İlyas bəy başını mənə tərəf çevirib sağollaşdı. Bilirəm, İlyas bəy
Ninonu sağ-salamat aparıb evinə çatdıracaq. İlyas bəylə Nino bizdən uzaqlaşdılar.
Məmməd Heydər atının yəhərinə atıldı: “Əli xan, sən qəhrəmansan. Aslan kimi
döyüşdün, vəzifəni də yerinə yetirdin”.
Seyid Mustafa isə başını aşağı salıb dedi: “Əli xan, onun həyatı sənin əlindədir. Sən onu
öldürə də bilərsən, istəsən bağışlaya da bilərsən şəriət hər ikisinə icazə verir”.
Seyid Mustafa fikirli-fikirli gülümsəyirdi. Məmməd Heydər atın yüyənini mənə verdi.
Biz Bakının nazlı-nazlı sayrışan işıqlarına doğru dinməz-söyləməz atlarımızı gecə yolu
ilə sürməyə başladıq.
XVIII
Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin
döyəclədiyi quru sarı qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə
qoyularaq divar halına gətirilmişdi. Bir-birlərinə yapışmış dörd bucaq şəklində olan sadə
komalar sıldırım qayalara söykənmişdi. Bir komanın damı, o biri koma üçün həyət rolunu
oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq aydın havada qayalar
parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca gözdən
itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər
döşənib. Komanın damını bayırdan iki dirək saxlayırdı. Göyün dərinliklərində
qanadlarını bütöv açmış bir qartal elə bil daşdan düzəlmişdi.
Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü
dodaqlarımın arasında idi. Mən bu qəlyanın tüstüsünü ciyərlərimə çəkirdim. Gicgahım
buz kimi soyuq idi. Zəif külək qəlyanın tüstüsünü ətrafa yayırdı. Kiminsə “qayğıkeş” əli
tütünümün içinə nəşə atmışdı. Ayaqlarımın yanında açılan uçurumun dərinliklərinə
baxıram və dumanlıqda dolaşan sifətləri görürəm. Tanış simalar qarşımda peyda olurlar.
Onlar Bakıdakı otağımın divarını bəzəyən xalçadakı Rüstəm Zaloğlunun surətini
xatırladırdı. Bir neçə gün bundan əvvəl mən qalın ipəkli yorğana bürünüb o otaqda
uzanmışdım. Qabırğalarım ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimsə yavaşca
danışırdı. Qulaq asdım! Səslərin tonu yavaş-yavaş yüksəlirdi. Bu atamın səsi idi: “Üzr
istəyirəm, cənab polis rəisi, oğlumun harada olduğunu heç mən özüm də bilmirəm. Belə
güman edirəm ki, o İrana, əmisinin yanına gedib. Çox təəssüf edirəm, cənab polis rəisi”.
Polis rəisinin səsi gur və qəzəbli gəlirdi:
– Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs
edilməsinə dair artıq əmr də hazırdır. Biz onu hətta İranda belə tapıb həbs edəcəyik.
Mən bunu ancaq alqışlayardım. Şübhəm yox idi ki, onun işi hər hansı bir məhkəmə
hüzuruna çıxarılarsa mənim oğlum həmin məhkəmədə bəraət qazanacaqdı. Çünki,
hadisələrin inkişafı ilə əlaqədar başqasının hərəkətinə cavab olaraq canini vurub
öldürmək cinayət deyildir. Bundan başqa...
81
Mən təzə pulların xışıltısını eşitdim, bəlkə də mənə elə gəlirdi. Sonra sükut çökdü və
yenə də polis rəisinin səsi gəldi:
– Ah, nə deyim bu dəliqanlı cavanlara. Bir şey olan kimi bellərindəki xəncərə əl atırlar.
Mən dövlət adamıyam. Təbii ki, sizi də başa düşürəm. Dəliqanlı oğlunuz şəhərdə
görünməməlidir. Həbsi barədəki hökmü isə İrana göndərməliyəm.
Addımlar uzaqlaşır. Yenə də dərin bir sükut çökür. Xalçanın üzərindəki zərif hərflər
labirintə bənzəyirdi. Hərflərin cizgisini izləməyə başladım. Xətt yaraşıqlı bir tərzdə “nun”
hərfində birləşirdi...
Başım gicəllənirdi. Tanımadığım simalar əyilib üzümə baxırdılar və dodaqlarında
anlaşılmaz sözlər deyirdilər. Sonra yatağımdan durub çarpayımda oturdum və gördüm
ki, İlyas bəylə, Məmməd Heydər qarşımda durublar. İkisi də gülümsəyirdi və onlar döyüş
paltarı geymişdilər.
– Gəlmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərirlər.
– Niyə?
İlyas bəy patrondaşını dartdı:
– Mən Ninonu evinə apardım. Bütün yol boyu bir kəlmə də olsun söyləmədi. Sonra da
atımı kazarmaya sürdüm. Bir neçə saatdan sonra hamı hər şeyi bilirdi. Alay komandanı
Melikov kabinetini bağlayıb, sərxoş olana qədər içki içdi. O, kəhər atını bir daha görmək
istəmirdi. Axşam isə atının vurulması barədə əmr etdi. Sonra da cəbhəyə könüllü getməyə
hazır olduğunu bildirdi. Atam xeyli pul xərcləyib hərbi tribunala verilməmizi qabaqladı.
Amma bundan artıq heç nə edə bilmədi. Bizi də cəbhəyə göndərməyə qərar verdilər. Özü
də cəbhənin ön xəttinə.
– Məni bağışlayın. Bunların hamısı mənim günahımdır.
Hər ikisi qəti etiraz etdilər:
– Yox, yox, sən əsl qəhrəmansan. Sən kişi kimi hərəkət etdin.
Biz səninlə fəxr edirik.
– Ninonu görmüsünüzmü?
İkisi də pərt halda:
– Yox, Ninonu görməmişik.
Cavab çox soyuq səsləndi.
Biz qucaqlaşdıq.
– Bizdən narahat olma. Cəbhədə özümüzə bir yer tapacayıq.
Gülüşdük, öpüşdük. Sonra qapı arxadan bağlandı.
Başımı yastığa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zillədim. Yazıq
dostlarım! Bu mənim günahımdır. Gözlərim açıq ola-ola qəribə xəyallara dalmışdım. Hər
şey gözlərimin qabağından çəkilib yox olurdu. Ninonun gah gülən, gah da ciddiləşən
sifəti dumanlar içində görünürdü. Yad əllər mənim vücuduma toxunurdu. Kimsə farsca
dedi: “Ona xaş-xaş vermək lazımdır. Vicdan əzabına qarşı çox kömək edir”
Biri kəhrəba müştüyü ağzıma qoydu və bu gözü açıq, xəyallardan ayılarkən qulağıma
səs gəldi:
– Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir başımıza gəldi. Mən istəyirəm ki,
qızım sizin oğlunuzun yanına getsin. Onlar dərhal evlənməlidirlər”.
82
– Möhtərəm knyaz, Əli xan evlənə bilməz. Son hadisədən sonra Əli xan artıq qanlıdır.
İndi Naçararyan ailəsi ilə aramızda qan davası var. Mən oğlumu İrana göndərmişəm.
Onun həyatının hər anı təhlükə altındadır.
Oğlum Əli xan, sizin qızınıza ər ola bilməz.
– Səfər xan, çox rica edirəm, uşaqlarımızı qorumaq lazımdır. Onlar buradan Hindistana
və yaxud İspaniyaya çıxıb getməlidirlər. Mənim qızımın namusu ləkələnib. Onun
namusunu ancaq nikah xilas edə bilər”.
– Möhtərəm knyaz, bu Əli xanın təqsiri deyildir. Sonra da qızınız əgər istərsə onun üçün
bir rus və yaxud bir erməni kürəkən belə tapıla bilər. Mən buna əminəm.
– Amma çox xahiş edirəm. Qızım zərərsiz, məsum bir gecə gəzintisinə çıxmışdı, desəm
heç kəs buna inanmaz. Elə boğanaq havada kim belə gəzintiyə çıxa bilər. Oğlunuz bu işi
görməkdə tələsib. Ona qarşı sürülən ittiham təmamən səhvdir. Oğlunuz bu səhvi
düzəltməlidir”.
– Orasını düşünürük, knyaz. Lakin nə olursa olsun, Əli xan artıq qanlıdır. Onun üçün o,
evlənə bilməz.
– Səfər xan, mənim də bir ata olduğumu unutmayın. Səslər kəsildi. Hər yeri yenidən bir
səssizlik bürüdü.
Nəhayət, yaralarımın sarğılarını açdılar. Bədənimdə ilk şərəfli nişanə olan yara yerimə
toxundum. Sonra ayağa durdum. Tərəddüdlə addım ataraq otağın içində yeriməyə
başladım. Nökərlər ürkmüş baxışlarla mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri
girdi. Qəlbim şiddətlə çırpınmağa başladı. Nökərlər otaqdan çıxdılar.
Atam bir müddət susdu. O, otaqda gəzişməyə başladı. Sonra yerində dayanıb dedi:
– Hər gün evimizə polis gəlir. Polisdən başqa Naçararyanlar ailəsi hər yerdə səni axtarır.
Onların beş nəfəri artıq İrana getmişlər. Mən evi qorumaq üçün evin ətrafına silahlanmış
iyirmi nəfər adam qoymuşam. Hə, yadımdan çıxmamış deyim ki, Melikovlar da istifadə
etdiyin kəhər atından ötrü səni qan düşməni elan ediblər.
Dostlarını da cəbhəyə göndərməyə nail oldular.
Mən cavab vermədən başımı aşağı əymişdim. Atam yanıma gəlib əlini çiynimə qoydu və
mehribanlıqla dedi:
– Mən səninlə fəxr edirəm, Əli xan. Mən sənin yerində olsa idim, elə mən də eyni şeyi
edərdim.
– Ata, sən razısanmı?
– Özü də hədsiz dərəcədə razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb düz
gözlərimin içinə baxa-baxa soruşdu:
– Qızı nəyə görə öldürmədin?
– Bilmirəm, ata. Mən yorğun idim.
– Onu da öldürsəydin, çox yaxşı olardı. İndi artıq gecdir. Mən səni bunun üçün
təqsirləndirmirəm. Bütün ailəmiz səninlə son dərəcə fəxr edir.
– Bəs bunun axırı nə olacaq, ata?
– Atam, fikirli-fikirli nəfəs alaraq yenidən otaqda gəzişməyə başladı. Sonra həyəcanla
ah çəkib dedi:
– Sən burada qala bilməzsən. İrana da gedə bilməzsən. Polis və iki nüfuzlu ailə səni
axtarırlar. Ən yaxşısı budur ki, Dağıstana gedəsən. Oradakı aulların birinə gedərsən, səni
83
heç kim tapa bilməz. Çünki, nə bir erməni və nə də polis nəfəri cürət edib oraya gedə
bilməz.
– Bəs nə vaxtadək orada qalmalıyam, ata?
– Orada uzun bir vaxta qədər qalmalısan, Əli xan. O vaxta qədər ki, polis baş verən
hadisəni unutsun və düşmən ailələr bizimlə barışsın. Mən sənə ara bir baş çəkəcəyəm.
O gecə yola düşdüm. Əvvəlcə Mahacqalaya, oradan da dağlara yollandım. Uzun yalları
olan balacaboy atların belində dar dağ yolları ilə yuxarı dırmaşırdıq. Hədəfimiz dəhşətli
bir uçurumun başındakı ucqar bir aul idi.
İndi mən burada, Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsində idim. Camaat mənə
qanlı kimi baxırdılar. Zərif əllər tütününə nəşə qarışdırırdılar. Mən çox çəkirdim. Xəyallar
içində üzərək susurdum. Qanadının altında himayə tapdığım adam-atamın dostu Qazı
Molla idi. O, mənə qayğı göstərirdi. Qazı Molla durmadan danışırdı, və onun dediyi
sözlər gözlərimin qabağında canlanan həyəcanlı xəyallarımı dağıdırdı.
– Özünü xəyallara sürükləmə, Əli xan! Mənə qulaq as. Sən Andalalın əhvalatını heç
eşitmisənmi?
Bilirsənmi, Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idi. Böyük
qəlbli, ağıllı və cəsur bir xan oranın hökmdarı idi. Lakin xalq onun bu qədər səxavətinə
dözə bilmirdi. Buna görə də bir gün camaat hökmdarın hüzuruna gəlib dedilər: “Biz sənin
əlindən artıq bezmişik, çıx get ölkəmizdən”. Hökmdar bu sözləri eşidib hönkür-hönkür
ağladı, yaxın adamları ilə vidalaşıb atına mindi və çox uzaqlara, İrana getdi. Orada o,
böyük bir adam oldu. Şah onu özünə müşavir etdi. O, bir çox ölkələri və şəhərləri fəth
etdi. Lakin Andalal xalqına qarşı qəlbindəki kini saxlayırdı. Ona görə də o deyirdi ki,
“Andalal vadisində çoxlu qızıl və daş-qaş dolu çox zəngin xəzinələr var, biz oranı fəth
etməliyik”.
Şah böyük bir ordu ilə Dağıstana yola düşdü. O zaman Andalal xalqı, “siz sayca
çoxsunuz, amma dağların ətəklərindəsiniz. Bizim sayımız isə sizinkindən çox azdır, ancaq
biz dağın başındayıq. Lakin bizdən yuxarıda da cənabi Allah var. O bənzəri olmayan
Tanrı hamımızdan güclüdür” dedilər. Beləliklə, Andalal xalqı döyüşə girişdi. Döyüşdə
kişilər, qadınlar və uşaqlar iştirak edirdilər. Ön cəbhədə isə Andalal hökmdarının İrana
gedərkən kənddə qalmış oğulları vuruşurdular. Döyüşdə İranlılar məğlub oldular. İlk
qaçanlardan biri şah oldu. Axırda qaçan isə şahı Andalala gətirən oranın hökmdarı oldu.
Bu hadisənin üstündən on il keçdi. Hökmdar yaşlandı və vətən üçün həsrət çəkməyə
başlayır. O, Tehrandakı sarayını tərk edib atına minir və vətəninə yola düşür. Lakin
kəndinə gəldiyi zaman, camaat düşmən ordusunu Andalala gətirən xaini tanıyır. Onlar
onun üzünə tüpürürlər və qapılarını onun sifətinə bağlayırlar. Hökmdar bütün günü atı
ilə kəndin içində dolaşır, amma özünə bir dost tapa bilmir. Nəhayət, o, qazının yanına
gedir və ona “Mən vaxtı ilə etdiyim günahımın cəzasını çəkmək üçün vətənimə gəlmişəm.
Məni mühakimə et. Şəriətimizə uyğun olaraq hökm et” dedi. Qazı da ətrafındakılara əmr
etdi ki, onun əl-ayağını bağlasınlar və sonra bəyan edib qərarını bildirdi: “Əcdadlarımızın
qanununa əsasən bu adam diri-diri basdırılmalıdır”. Sonra isə qazı adamlara müraciət
edərək soruşur: “Ay camaat, bəyan edilmiş qərara siz nə deyirsiniz? Camaat da “Qoy elə
olsun!” deyə qışqırdılar. Lakin qazı ədalətli adam olduğu üçün ondan soruşur: “Özünü
müdafiə etmək üçün nə deyə bilərsən?” Hökmdar ona cavab verərək deyir: “Heç bir şey
deyə bilmərəm, mən günahkaram”. Əcdadlarımızın qanunlarına belə hörmətlə əməl
84
edilməsi yaxşı şeydir. Lakin əcdadlarımızın eyni zamanda başqa bir qanunu da vardır. Bu
qanunda deyilir ki, atasına qarşı vuruşan oğul öldürülməlidir. Mən də o qanuna
əsaslanaraq öz atalıq haqqımı tələb edirəm. Oğullarım mənə qarşı vuruşdular, elə ona
görə də onların başları mənim məzarımın üstündə vurulmalıdır. Qazı “Qoy belə olsun”
deyə hökm edir. Ondan sonra isə qazı camaat ilə birlikdə ağlayır. Çünki hökmdarın
oğulları böyük hörmətə malik idilər, camaat onları çox sevirdi.
Lakin qanun qanundur, o yerinə yetirilməli idi. Beləliklə, xain hökmdar diri-diri
basdırıldı və ölkənin ən cəngavər döyüşçüləri olan hökmdarın oğullarının başları
atalarının məzarı üstündə vuruldu.
– Bu cansıxıcı bir əhvalatdır – deyə donquldanıb soruşdum: – Bundan yaxşı əhvalat
tapmadın ki, danışasan? Sənin söylədiyin əhvalatdakı qəhrəman altı yüz il bundan qabaq
ölüb, özü də xain olub.
Qazı Molla burnunu çəkdi, ağır bir nəfəs alıb soruşdu:
– Şeyx Şamildən xəbərin varmı? Mən Şeyx Şamil haqqında hər şeyi bilirəm. Əlli il
bundan qabaq Şeyx Şamil buranın hökmdarı idi. Şeyx Şamilin hökmranlığı dövründə xalq
çox xoşbəxt idi, nə şərab içən var idi və nə də siqara çəkən. Hər hansı bir oğru yaxalandığı
zaman onun sağ əli biləyindən kəsilirdi. Amma demək olar ki, heç oğru da yox idi. Bu
xoşbəxt günlər ruslar gələnə kimi davam etdi. Ruslar gəldiyi zaman isə peyğəmbər
əfəndimiz Şeyx Şamilə vəhy gəldi və Qazavat müharibə aparmağı əmr etdi.
Bütün dağ xalqları əhd-peyman ilə Şeyx Şamilin müttəfiqi idilər. Çeçen xalqı onların
arasında idi. Lakin ruslar güclü idilər. Onlar çeçenləri qorxutmağa başladılar. Onların
kəndlərini yandırır və tarlalarını məhv edirdilər. O zaman çeçen köçərilərinin müdrikləri
Darqoya Şeyx Şamilin imarətinə gəlirlər. Lakin onlar Şeyx Şamilin hüzuruna gəldikləri
zaman oraya nə niyyətlə gəlmiş olduqlarını söyləməyə cəsarət etməmişlər. Ona görə də
onlar Şeyx Şamilin anası Xanımın yanına gedib onunla görüşürlər. Xanım ürəyi yumşaq
qadın idi. O, çeçenlərin başlarına gətirilən əzab-əziyyətləri dinlədiyi zaman kədərindən
ağlamağa başlamışdı: “Mən Şeyxə deyərəm, o, sizi əhddən azad etməlidir”. Xanım böyük
nüfuza malik idi. Şeyx də anasına daima xeyirli bir övlad olmuşdu. Bir dəfə Şeyx Şamil
demişdi ki, “anasına dərd gətirən övlada lənət olsun”. Xanım Şeyx Şamilə çeçenlərin
dərdindən danışanda, “Quran xəyanəti qadağan edir” – deyə Şeyx söyləmişdi. Ancaq
Quran övladın anaya qarşı çıxmasını və onun sözünü yerə salmağını da qadağan edir.
Mənim müdrikliyim, idrakım bu müşkülatdan çıxmaq üçün kifayət deyildir. Mən ibadət
edib, oruc tutacağam ki, Allah mənə düz yol göstərsin. Şeyx üç gün, üç gecə oruc tutur.
Sonra xalqın qarşısına çıxıb deyir: Allah mənə ilham verdi və buyurdu ki, “xəyanət
barədə mənimlə danışan ilk adam yüz şallağa məhkum olunmalıdır”. Mənimlə
xəyanətdən ilk dəfə bəhs edən, mənim anam Xanım olub. Mən onu yüz şallaq cəzasına
məhkum edirəm.
Xanımı meydana gətirirlər. Döyüşçülər onun çadrasını başından dartırlar, sonra onu
məscidin pilləkanlarına yıxıb şallaqlarını havaya qaldırırlar. Şeyxin anasına birinci şallaq
vurulan kimi, Şamil diz üstə yıxılıb hönkür-hönkür ağlayır və imdad edib deyir: “Cənab
Allahın qanunlarına qarşı çıxmaq olmaz. Heç kim o qanunları dəyişdirə bilməz, hətta mən
də dəyişdirə bilmərəm. Lakin Quran bir şeyə icazə verir. Övladlar valideynlərinin cəzasını
öz üzərlərinə götürə bilərlər. Ona görə də anamın cəzasının qalan hissəsini mən üstümə
götürürəm. Sonra Şeyx Şamil cübbəsini çıxartdı və xalqın gözləri qabağında məscidin
85
pilləkənlərinə uzanıb çığırır: “Şeyx olmağıma baxmayın, əgər mən hiss etsəm ki, şallağı
var gücünüzlə vurmursunuz, başınızı vurduracayam”. Şeyxə doxsan doqquz şallaq
vurulur. Şallağın vurulması sona çatanda Şeyxin bədəni qan içində idi. Onun dərisi parça-
parça olmuşdu. Özü də pilləkənlərin üzərinə sərilib qalmışdı. Xalq bu mənzərəni görəndə
dəhşətə gəlir. O gündən sonra bir daha kimsə xəyanət kəlməsini ağzına almağa cəsarət
etmir. Əlli il bundan qabaq dağlarımızda idarə üsulu bu cür idi. Xalq da çox xoşbəxt idi.
Mən susmuşdum. Səmadakı qartal uzaqlaşıb gözdən itmişdi. Qaranlıq çökürdü. Balaca
məscidin minarəsində molla göründü. Qazı Molla namaz xalçalarını açıb yerə sərdi. Biz
üzümüzü qibləyə çevirərək axşam namazını qıldıq. Namaz duaları köhnə döyüş
şərqilərini xatırladırdı. – Artıq gedə bilərsən Qazı Molla – dedim – sən həqiqətən mənim
dostumsan. Mən yatmaq istəyirəm.
Qazı Molla şübhəylə mənə baxdı. Sonra köksünü dərindən ötürərək tənbəkimə nəşə
qırıntılarını qarışdırdı. Otaqdan çıxdığı zaman onun qonşuya söylədiklərini eşitdim:
“Qanlı çox xəstədir!”
Qonşu da ona cavab verdi: “Dağıstanda heç kim uzun müddət xəstə olmur”, deyə cavab
verdi.
XIX
Sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar kəndin içindən
keçirdilər. Əllərində torpaq və peyinlə dolu torbalar var idi. Onlar çox qiymətli yüklərini
bir dəfinə sandığı kimi əllərində bərk-bərk tutub əsəbi halda daşıyırdılar. Çünki, bu
torpağı onlar çox uzaq vadilərdən gətirirdilər, əvəzində isə gümüş sikkələr və əl
dəzgahlarında toxunmuş qumaşlar vermişdilər. Onlar istəyirdilər ki, baha qiymətə satın
alınmış bu qiymətli torpağı çılpaq qayalardakı şoran torpaqlara səpsinlər və əhalini
yaşatmaq üçün bu yoxsul sahələr taxıl versin.
Bu sahələri becərmək üçün kişilər bellərinə kəndir bağlayıb işləyirdilər. Onlar bu
qayalıqlarda səliqə ilə toxum səpirdilər. Külək və torpaq sürüşmələrindən gələcək
tarlaları qorumaq üçün, tarlaların yuxarı tərəfində çiy kərpicdən hasar hörürdülər.
Dağıstanın kobud, çılpaq qayalıqlarının ortasındakı tarlalar bu cür yaranırdı. Bu tarlaların
eni üç addım, uzunluğu isə dörd addım idi. Kişilər ala-qaranlıqdan tarlalara gedirdilər.
Onlar bərəkətli torpaqlarda işləməyə başlamazdan əvvəl xeyli dua edirdilər, ancaq
bundan sonra əyilib işləməyə başlayırdılar. Külək əsəndə isə qadınlar tarlalarını qorumaq
üçün evlərindən ədyallar gətirib torpağın üstünə sərərdilər. Onlar sünbülləri qabarmış
əlləri ilə sığallayır, seyrək bitən sünbülləri kiçik oraqlarla biçirdilər. Sonra isə taxılı
üyüdüb uzun, yastı çörəklər bişirirdilər. Bu daş-kəsəkli qayalardakı torpağın göstərdiyi
möcüzəyə minnətdarlıq əlaməti olaraq ilk bişirdikləri çörəyin içinə sikkə qoyardılar.
Mən balaca bir tarlanın hasarı boyunca yeriyirdim. Yuxarıda, qayalıqların üstündə
qoyunlar büdrəyə-büdrəyə yeriyirdilər. Başında ağ və enli gecə papağı olan bir kəndli iki
təkərli arabası ilə qarşıma çıxdı. Onun arabasının təkərlərinin səsi körpələrin çığırtısını
andırırdı. Bu səsi lap uzaqlardan da eşitmək olardı.
– Qardaş, dedim – Bakıdakı dostlarımdan birinə məktub yazacağam ki, sənin arabanın
təkərlərinin oxlarını yağlamaq üçün sənə bir az yağ göndərsin.
86
Kəndli gülümsündü:
– Eh, qardaş, mən adi bir adamam və nə üçün özümü gizlətməyə çalışmalıyam? İki
təkərli arabamın gəlişini hamı eşitsin deyə, onun təkərlərinin oxlarını yağlamıram. Bu işi
yalnız abreklər edir.
– Abreklər?
– Bəli, abreklər, icmadan qovulanlar.
– Bu tərəflərdə abreklər çoxdurmu?
– Kifayət qədərdir. Onlar quldur və qatildirlər. Abreklərin bəziləri bunu xalqın xeyri
üçün bəziləri isə öz mənfəətləri üçün edirlər, amma hər şeydən əvvəl abreklərin çox
müdhiş bir and içmələri şərtdir.
– O necə anddır?
Kəndli arabasını dayandırıb yerə düşdü. O, tarlasının hasarına söykəndi, xurcunundan
bir parça duzlu qoyun pendiri çıxarıb uzun barmaqları ilə onu parçaladı, yarısını da mənə
verdi. Motal pendirin içində qara qoyun tükləri var idi. Kəndlinin verdiyi pendiri mən də
yedim.
– Deməli, abreklərin andından xəbərin yoxdur? Abreklər gecə yarısı gizlincə məscidə
gəlib belə and içirlər: “hörmət etdiyim bu müqəddəs yerdə and içirəm ki, bu gündən
etibarən mən sürgün olunmuş kimi yaşayacağam. İnsan qanı tökəcəyəm və heç kimə
rəhm etməyəcəyəm. Mən hamıya qənim olacağam. And içirəm ki, insanların sevdikləri,
vicdanlarına və namuslarına məqbul nə varsa, hamısını oğurlayacağam. Südəmər
körpələri xəncərlə doğrayacağam. Ən fağır dilənçinin belə daxmasına od vurub
yandıracağam. İnsanların üzü güldüyü hər yerə kədər gətirəcəyəm. Əgər bu andımı
yerinə yetirməsəm, qoy mənə əcdadlarımın məzarını bir daha görmək nəsib olmasın, su
susuzluğumu, çörək aclığımı yatırmasın, cəsədim tozlu yolların üstündə sərilib qalsın və
küçə itləri gəlib cəsədimi murdarlasınlar”.
Kəndlinin səsinin tonu çox ciddi idi, onun üzü günəşə tərəf idi, gözləri yaşıl və baxışları
dərin idi.
– Bəli, deyə kəndli dilləndi, – abreklərin andı belədir.
– Bəs bu andı içənlər kimlərdir?
– Çox haqsızlığa məruz qalan adamlar. – deyib susdu.
Mən də evə yollandım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəşin qızmar
şüaları təpəmizi deşirdi. Bəlkə, mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir
abrekəm. Yoxsa mən də Dağıstan quldurları kimi gecə yarısı məscidə gedib and
içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi kəlmələr hələ də qulaqlarımda
cingildəyirdi. Sonra komanın qabağında yəhərli üç yad atlı gördüm. Atlardan birinin
yüyəni gümüşdən idi. Komanın damında isə kəmərində qızıl xəncəri olan on altı
yaşlarında kök bir oğlan oturmuşdu. O mənə əl eləyərək güldü. Bu gənc vaxtı ilə bizimlə
bir məktəbdə oxuyan Arslan ağa idi. Onun atasının zəngin neft quyuları var idi. Arslan
ağanın səhhəti yaxşı olmadığı üçün o, müalicəyə tez-tez Kislovodska gedərdi. O məndən
çox balaca olduğu üçün onu yaxşı tanımırdım. Lakin burada, dağın başındakı kənddə onu
hərarətlə bir qardaş kimi qucaqladım. O, qürurdan qızardı və dedi: “Nökərlərimlə kəndin
yanından keçirdim və qərara gəldim ki, sənə bir baş çəkim”.
Əlimi dostcasına onun çiyninə qoydum.
– Qonağım ol, Arslan ağa. Bu gecə şəhərimiz şərəfinə ziyafət veriləcək.
87
Sonra üzümü daxmaya tərəf tutub səsləndim:
– Qazı Molla, ziyafət süfrəsini hazırla: Bakıdan qonağın gəlib.
Yarım saatdan sonra Arslan ağa həsirin üstündə oturub qoyun ətindən kabab yeyib
şənlənirdi.
– Səni görməyimə çox şadam, Əli xan. Sən bir qəhrəman kimi bu uzaq kənddə yaşayıb,
özünü qan düşmənindən qoruyursan. Amma arxayın ola bilərsən. Mən sənin olduğun
yeri heç kimə deməyəcəyəm.
Mən bu barədə heç narahat deyildim. Çünki Bakıda mənim harada olduğumu hamı
bilirdi.
– Məni necə tapdın?
– Sənin yerini mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, sənin qaldığın kənd elə
mənim yolumun üstündədir. Seyid Mustafa sənə salam göndərdi.
– Yaxşı, indi sənin yolun hansı tərəfədir, Arslan ağa?
– Kislovodska gedirəm. Bu iki nökərlərim də mənimlə gedəcəklər.
– Belə de! – deyə gülümsədim. O, da son dərəcə məsumcasına mənə baxırdı.
– Arslan ağa, de görüm Kislovodska niyə qatarla getmirsən?
– Vallah, bir az dağ havası almaq istədim. Mahaçqalada qatardan düşüb atlara minib
kəsmə yolla Kislovodska gedəcəyik. O, ağzını şirin kökə ilə doldurub ləzzətlə yeyirdi.
– Amma, Kislovodska kəsmə yol deyəsən buradan üç günlük yol məsafəsi
uzaqlığındadır.
Arslan ağa təəssüflənirmiş kimi cavab verdi:
– Doğrudanmı? Demək mənə yanlış məlumat veriblər. Amma yenə sevinirəm ki, heç
olmasa sizə baş çəkə bildim.
Bu gənc, hər halda yolunu qəsdən bu qədər uzaq salıb ki, Bakıya qayıdandan sonra məni
gördüyünü evdə danışa bilsin. Deməli Bakıda şöhrətim xeyli yayılıb.
Arslan ağanın stəkanına şərab tökdüm. O böyük qurtumlarla şərabı içdi. Bir az keçəndən
sonra sadəlövhlüklə məndən soruşdu:
– Əli xan, deyin görüm o gündən bu günə qədər başqa bir adamı öldürmüsənmi,
yalvarıram, mənə düzünü deyin. And içirəm, heç kimə demərəm.
– Bəli, öldürmüşəm, özü də bir çox adamı.
– Sən allah düzünü deyirsən?
O keyflənmişdi və hələ də içməyinə davam edirdi. Mən də onun stəkanını durmadan
şərabla doldururdum. “Bəs Nino ilə evlənəcəksənmi?” – deyə soruşdu, şəhərdə camaat bu
barədə deyir ki, sən onu hələ də sevirsən.
O, keyfli halda qəhqəhə çəkib güldü və şərab içməyinə davam etdi. Bilirsən, biz hamımız
özümüzü elə itirmişdik ki, elə bütün günü söhbətimiz bu barədə gedirdi.
– Doğrudan? Bəs Bakıda nə xəbər var, Arslan ağa?
– Bakıdamı? Heç nə. Təzə bir qəzet buraxmağa başlayıblar.
Fəhlələr tətil eləyirlər. Müəllimlərimiz hərdən bir sizin zatən çox sürətlə parlayan bir
tələbə olduğunuzu söyləyirlər. Allah eşqinə de görüm Ninonun qaçırıldığını necə
öyrəndin?
– Əziz qardaşım Arslan, gözəl dostum, artıq bəsdir suallar verdin. İndi növbə mənimdir
De görüm Ninonu heç görmüsənmi? Bəs Naçararyangildən necə, bir kimsəyə rast
88
gəlmisənmi? Kipianilər neyləyirlər? Bu barədə nə deyirlər? Zavallı Arslan ağanın
ağzındakı loxma az qaldı ki, boğazında qalsın.
– Vallah, heç bir xəbərim yoxdur. Heç kimi görməmişəm. Çünki küçəyə nadir hallarda
çıxıram.
– Nəyə görə dostum? Xəstə deyildin ki?
– Hə, bərk xəstələnmişdim. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə üç dəfə
dərman qəbul edirdim.
– Difteriyaya qarşı?
– Bəli.
– İçməyini davam et, Arslan ağa. Şərab sağlamlıq üçün çox yaxşıdır.
İçdi. Sonra ona tərəf əyilib soruşdum:
– Əziz dostum, de görüm, axırıncı dəfə nə zaman düz söz danışmısan?
O, məsum gözləri ilə mənə baxdı və səmimi tərzdə dedi: “Məktəbdə, üç dəfə üçün neçə
olduğunu bildiyim zamandan”.
Dadlı şərab bu sadəlövh gənci tamam sərxoş etmişdi. Onun suallarıma az-çox doğru
cavab verəcəyi vaxtı çatmışdı. Elə ona görə də onu dindirməyə başladım. O kəndə ancaq
maraq məqsədi ilə gəlmiş olduğunu, difteriya xəstəliyinə tutulmadığını və Bakıda gedən
bütün dedi-qoduları dərinliyinə qədər bildiyini etiraf etdi. Sonra o, özünə məxsus bir
formada çərənçilik edərək: “Naçararyanlar səni öldürmək istəyirlər” dedi. “Lakin onlar
əlverişli bir fürsəti gözləyirlər. Bir-iki dəfə Kipianiləri ziyarət etməyə getdim. Uzun zaman
idi ki, Nino xəstələnmişdi. Sonra onu Tiflisə apardılar. İndi o, geri qayıdıb. Ninonu şəhər
klubunda keçirilən balda gördüm. Bilirsən...”
– O şərabı su kimi içir və durmadan qəhqəhələrlə gülürdü.
– O, ancaq rus zabitləri ilə rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər,
amma o getmək istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas
bəyə orden verilib, Məmməd Heydər də cəbhədə yaralanıb. Naçararyanların villası yanıb
kül oldu. Deyirlər ki, villanı sənin dostların yandırıblar.
– Daha başqa nə xəbər var?
– Hə, bir də, Nino kiçik bir it alıb. Hər gün onu amansızcasına döyür. İtə nə ad
qoyduğunu heç kim bilmir. Bəzi adamlar Ninonun onu Əli xan, başqaları isə Naçararyan
deyə çağırdıqlarını söyləyirlər. Ancaq mənə elə gəlir ki, Nino itini Seyid Mustafa deyə
çağırır. Sənin atanı da görmüşəm. O mənə dedi ki, əgər yenə də dedi-qoduyla məşğul
olsan səni döyəcəyəm. Kipianilər Tiflisdə ev alıblar. Bəlkə birdəfəlik köçüb orada
yerləşdilər.
Arslan ağa, çox yalançı bir məlumatdır.
– Bəs sən nə olacaqsan, Arslan ağa?
– O sərxoş baxışları ilə mənə baxıb dedi: “Kral olacağam”.
– Nə olacaqsan?
– Mən gözəl bir ölkənin kralı olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.
– Sonra nə istəyirsən?
– Ölmək istəyirəm.
– Nə üçün?
– Kralı olacağım ölkəni fəth edərkən ölmək istəyirəm!
Mən qəhqəhə çəkib güldüm. Deyəsən o, bundan incidi.
89
– Yaramazlar məni üç günlüyə karantinə qoydular.
– Harada, məktəbdə?
– Hə, özü də bilirsən niyə? Çünki yenə qəzet üçün məqalə yazmışdım. Məqaləmdə orta
məktəb şagirdləri ilə qəddar rəftar edildiyi barədə yazmışdım. Vallah, elə qiyamət
qopmuşdu ki!
– Ay Arslan ağa, adam hər qəzetə məqalə yazmaz
– Yazar, görərsən, şəhərə qayıdanda sənin haqqında da yazacağam. Ancaq sənin adını
yazmayacağam. Çünki ad çəkməkdən xoşum gəlmir. Axı, həm də ki, sənin dostunam.
Belə bir şey yazacağam: “Qan davasından qaçış... ölkəmizin pis bir adəti”.
O, şüşədə qalan şərabı axıra qədər içdi, sonra kilimin üstünə uzanıb yuxuya getdi. Onun
nökəri içəri girdi və narazılıqda üzümə baxdı. Elə bil baxışı ilə deyirdi: “Ayıb olsun sizə,
Əli xan, bu zavallı uşağı bu qədər içirdərlərmi?”
Qalxıb gecənin qaranlığında bayıra çıxdım. Sən bu yaramaz cavana, Arslan ağaya bax!
Hər halda, şübhəsiz ki, dediklərinin yarısı uydurmaydı. Nəyə görə Nino itini hər gün
döyməliydi? Allah bilir ki, o itinə nə ad qoymuşdu!
Kənd yolu ilə aşağı enib tarlaların qırağında oturdum. Qayalar ayın qaranlığında
yuxarıdan mənə acıqlı-acıqlı baxırdılar. Görəsən onlar keçmişi mi, yoxsa insanların
xəyallarından keçənləri mi xatırlayırdılar. Qaranlıq səmadakı ulduzlar Bakının işıqlarını
xatırladırdı.
Sonsuzluqdan gələn minlərlə şüa mənim göz bəbəyimdə əksini tapırdı. Beləcə bir saat,
bəlkə də daha çox oturduğum yerdə səmanı seyr etdim. “Deməli Nino rus zabitləri ilə
rəqs edir” deyə düşündüm. Birdən birə o xəyalətlərlə dolu gecəni axıra çatdırmaq üçün
Bakıya qayıtmaq istədim. Bir kərtənkələ xışıltı ilə yanımdan keçəndə onu tutdum. Onun
qəflət qorxusuna bürünmüş ürəyi ovucumun içində çırpınırdı. Mən onun soyuq bədənini
sığalladım. Onun balaca gözləri qorxudan mənə baxırdı. Onu yuxarı qaldırıb diqqətlə
baxdım. Dərisi solmuş bu məxluq qədimdən qalmış, üstü qurumuş bir dəriylə örtülmüş
canlı bir daşı xatırladırdı.
Kərtənkələyə “Nino” deyə müraciət etdim və Ninonun itini yadıma saldım. “Nino səni
döyüm?” Amma... adam kərtənkələni necə döyə bilər?
Birdən kərtənkələ ağzını açdı. Ağzından iti dili bayıra çıxdı və dərhal geri çəkildi. Mən
qəhqəhə çəkib güldüm. Onun dili kiçik və çevik idi. Ovcumu açdım və kərtənkələ
qaranlıqda, daşların arasında yox oldu.
Ayağa qalxıb komaya qayıtdım. Arslan ağa hələ də yerdə sərilib yatırdı. Onun başı
sədaqətli nökərinin dizləri üstündə idi.
Dama çıxdım namaz vaxtına qədər bir papiros çəkdim.
XX
Heç özüm də bilmirəm ki, bu necə oldu. Bir gün oyanıb qarşımda Ninonu gördüm.
– Yaman tənbəl olmusan, Əli xan, – deyə Nino dilləndi.
Sonra isə döşəyimin qırağında oturdu.
– Üstəlik yatanda da xoruldayırsan, bu da heç sənə yaraşmır.
Ayağa qalxıb tərs-tərs ona baxdım: “Xoruldamaq tütünümə qatılan nəşədəndir” dedim.
Nino başı ilə sözlərimi təsdiqlədi:
90
– Elə isə nəşə çəkməyi gərək buraxasan.
– Ay səfeh, de görüm aldığın o yazıq iti niyə döyürsən?
İtimi, sol əlimlə onun quyruğundan yapışıram, sağ əlimlə də kürəyinə vura-vura onu
döyürəm.
– Bəs itinə nə ad qoymusan?
Nino mülayim bir səslə:
– Onu Kilimancaro deyə çağırıram.
Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərimin qabağında canlandı: Naçararyan,
Qarabağ atı, ay işığı ilə aydınlaşmış yol və Seyidin tərkindəki Nino.
“Nino!” deyə bağıraraq yerimdən atıldım: “Buraya necə gələ bildin”?
Arslan ağa, məni öldürmək istədiyini şəhərdə hamıya danışıb. Elə ona görə də buraya
gəldim.
Onun gözləri yaşla dolu idi.
– Sənin üçün elə darıxmışam ki, Əli xan, heç inanmazsan.
Əlim Ninonun saçlarına toxundu. Onu qucaqlayıb öpdüm, dodaqları açıldı.
Dodaqlarının hərarəti məni məst eylədi.
Ninonu döşəyə uzandırdım və əynindəki ipək paltarını çıxartdım. Onun bədəni yumşaq
və ətirli idi. Nino o qədər arıq idi ki, onun qabırğaları görünürdü. Onu qucağıma alıb elə
bərk sıxdım ki, ağrıdan zarıdı. “Nino” dedim. Bu kəlmənin sanki sehrli qüdrəti vardı. Bu
kəlmənin sehri ilə real nə vardısa, qeybə çıxdı. Bu reallıqdan yalnız iki yaşarmış iri gürcü
gözləri və hər şeyi – qorxunu, ləzzəti, marağı və xoşbəxtliyi birdən-birə yaxşı yandıran
ağrını əks etdirən gözlər qalmışdı. Nino heç ağlamadı, fəryad da qoparmadı. Nino birdən-
birə yorğanı qaldırıb, onun altına girdi və sifətini sinəmə dayayaraq gizlətdi. Onun zərif
bədəninin hər bir hərəkəti yağışa susamış torpağın imdadını xatırladırdı.
Yorğanı xəfifcə ayaq ucuma doğru çəkdim.
Bir müddət səssiz, yorğun və xoşbəxt halda uzandığımız yerdə qaldıq. Birdən Nino
dilləndi:
– İndi mən evimizə qayıdacağam. Artıq sənin məni öldürməyəcəyini anladım.
– Buraya təkmi gəlmisən, Nino?
– Yox, məni buraya Seyid Mustafa gətirdi. O məni buraya gətirərkən dedi ki, səni Əli
xanın yanına aparıram. Amma onu incitsən, səni öldürərəm. Odur ha, Seyid Mustafa
bayırda oturub, əlində də tapança, əgər səni məyus etmişəmsə, onu içəri çağıra bilərsən.
Mən onu çağırmadım. Əvəzində Ninonu öpdüm.
– Elə bunun üçün buraya gəlmisən?
– Yox, – deyə Nino düzünü dedi.
– Elə isə söylə görüm, nə üçün buraya gəlmisən?
– Nəyi söyləyim? – deyə Nino dilləndi.
– O gecə Seyid Mustafanın atının tərkində Bakıya dönərkən niyə susurdun?
– Qürurumdan.
– Bəs indi nə üçün buradasan?
O da qürurumdan...
Onun əlini əlimə alıb, çəhrayı gül rəngli barmaqlarını oynatdım.
– Bəs Naçararyan məsələsini necə izah edəcəksən? – dedim.
Nino yavaşca dedi:
91
– Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən elə hərəkət etməklə də doğru etdiyimə
inanırdım. Lakin yanılmışdım. Günah məndə idi və mən ölməli idim. Onun üçün
danışmayıb susurdum... Elə bu səbəbdən də buraya gəlmişəm. İndi hər şeyi artıq
öyrəndinmi?
Onun isti ovucunun içini öpdüm. Həqiqət onun özü üçün çox təhlükəli bir şey olduğu
halda O, açığını danışırdı. Sonra Nino ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:
– İndi mən evimizə qayıdıram. Sən mənimlə evlənməli deyilsən.
Mən Moskvaya gedirəm.
Mən qapıya yaxınlaşıb, qapının bir tayını axıra qədər açdım. Çopur dostum Seyid
Mustafa silahı əlində qapının bayır tərəfində bardaş qurub oturmuşdu. Onun yaşıl
qurşağı da belində idi.
– Seyid – dedim – get bir molla və bir şahid çağır. Bir saata evlənirəm.
Seyid cavab verdi:
– Molla çağırmayacağam. Yalnız iki şahid gətirəcəyəm. Kəbini də mən özüm kəsəcəyəm.
Mənim buna səlahiyyətim çatır.
Qapını bağladım. Nino çarpayıda oturmuşdu. Onun qara saçlar çiyinlərinə tökülmüşdü.
O güldü:
– Bir fikirləş nə edirsən, Əli xan. Sən pozğun bir qızla evlənirsən.
Mən onun yanına uzandım.
– Sən doğrudan da mənimlə evlənmək istəyirsən? – deyə Nino soruşdu.
– Əgər məni ərliyə qəbul edərsənsə...Bilirsən ki, qanlıyam, düşmənlərim məni axtarırlar.
– Bilirəm, amma onlar buraya gəlib çıxmazlar. Gəl elə biz də burada qalaq.
– Nino, sən həqiqətən burada mənim yanımda qalmaq istəyirsən? Bu dağ kəndində, bu
kasıb komada, evsiz, nökərsiz?
– Bəli, – deyə Nino cavab verdi. Mən burada qalmaq istəyirəm, çünki sənin burada
qalmağın vacibdir. Mən ev işlərini görərəm, çörək bişirərəm və sənə yaxşı arvad olaram.
– Bəs burada darıxmayacaqsan?
– Yox, axı necə darıxa bilərəm ki,... səninlə bir yorğanın altında yatacayıq.
Kimsə qapını döydü. Paltarımı geydim. Nino da pijamamı əyninə geydi. Başında təzə
əmmamə olan Seyid Mustafa içəri girdi. Onun dalınca da iki şahid. Sonra Seyid yerdə
oturdu, qurşağından bir qələmdan çıxartdı. Qələmdanın üstündə “Yalnız allah yolunda”
sözləri yazılmışdı. O, bir kağız götürüb sol ovucunda tutdu. Sonra qamış qələmi
mürəkkəbə batırdı. Zərif bir xətlə yazmağa başladı: “Bismillahül – rəhmanür-rəhim”.
Sonra mənə üzünü tutub soruşdu:
– Ağa, adınız nədir?
– Əli xan Şirvanşir. Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.
– Dininiz?
– Müsəlmanam əlhəmdülillah.
– İstəyiniz nədir?
– İstəyim bu qadınla evlənməkdir.
– Xanım, sizin adınız nədir?
– Prinses Nino Kipiani.
– Dininiz?
– Rum Ortodoks kilsəsinə mənsubam.
92
– Sizin istəyiniz nədir?
– Bu adamın arvadı olmaq istəyirəm.
– Dininizi saxlamaq fikrindəsiniz, yoxsa ərinizin dininə keçmək istəyirsiniz?
Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətlə dedi:
– Mən öz dinimi saxlamaq niyyətindəyəm.
Seyid cəsarətlə yazırdı. Kağız onun ovcunun içindən sürüşür və kağızın üzəri yavaş-
yavaş çox gözəl ərəb kəlmələrilə dolurdu. Kəbin kağızı hazır idi.
– İndi siz imzalayın – deyə Seyid dilləndi.
İmzamı kağızın altına atdım.
İndi mən hansı famili yazmalıyam? – deyə Nino soruşdu.
– Təzə famili.
Nino bir əllə qələmi möhkəm sıxıb yazdı: “Nino xanım Şirvanşir”.
Sonra şahidlər də imzalarını qoydular. Seyid Mustafa üzərində öz adı həkk olunmuş
möhürünü çıxardıb kağıza basdı. Zərif kufi xətti ilə orada bu sözlər həkk olunmuşdu:
“Küll-İxtiyarın qulu Hafiz Seyid Mustafa Məşhədi”.
Seyid kəbin sənədini mənə uzatdı. Sonra məni qucaqlayıb farsca dedi: “Əli xan, mən
yaxşı adam deyiləm”. Lakin Arslan ağa dedi ki, sən Ninosuz bu dağlarda əldən gedərsən
və əyyaş olarsan. Bu da günahdır. Nino yalvardı ki, onu da buraya gətirim. Əgər Ninonun
dedikləri həqiqətdirsə, onu sevməlisən. Həqiqət deyilsə, elə sabah onu öldürək.
– Onun dedikləri həqiqət deyil, amma onu öldürməyəcəyik, qoy yaşasın.
Seyid Mustafa çaşqın bir baxışla mənə baxdı. Sonra otağa göz gəzdirib qəh-qəhə ilə
güldü.
Bir saatdan sonra sulu qəlyan təntənə ilə uçurumdan aşağı atıldı. Bütün toy mərasimimiz
bundan ibarət oldu.
Gözlənilmədən həyat birdən-birə yenidən gözəlləşməyə başladı. Mən küçədən keçəndə
kənd camaatı mənə baxıb gülümsəyirdi. Mən də onlara gülümsəyərək cavab verirdim.
Çünki xoşbəxt idim. Özümü misilsiz dərəcədə yaxşı hiss edirdim. İstərdim ki, bütün
ömrümü balaca ayaqları olan, parlaq qırmızı rəngli Dağıstan şalvarı geymiş Nino ilə
birlikdə burada keçirdim.
Nino özünü auldakı həyata uyğunlaşdırmışdı. Nino auldakı bütün qadınlardan fərqli
olaraq başqa cür yaşamağı, başqa cür düşünməyi və başqa cür davranmağı bacaran bir
qadın olduğunu kimsə hiss etmirdi. Kənddə heç kimin ev xidmətçisi olmadığı üçün, Nino
da xidmətçi tutmaqdan qətiyyətlə imtina edirdi. Nino yemək bişirirdi, qonşuluqdakı
qadınlarla laqqırtı vurur və kəndin bütün dedi-qodularını da bir-bir mənə danışardı. Mən
isə ata minib ova çıxır, ovladığım heyvanları evə gətirir və Ninonun bişirdiyi bütün qəribə
yeməkləri yeyirdim.
Bizim gündəlik həyatımız belə keçirdi: səhər tezdən mən Ninonun ayaqyalın və əlində
boş bir böyük səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. Səhəngi doldurduqdan
sonra o yalın ayaqlarını kələ-kötür daşların üstünə ehtiyatda qoya-qoya geri qayıdırdı.
Səhəngi sağ çiyninə qaldırıb, zərif əlləri ilə onun dəstəyindən bərk-bərk yapışırdı. Nino
yalnız bir dəfə büdrəyib yıxılmışdı, səhəng də əlindən çıxıb yuvarlana-yuvarlana aşağı
düşmüşdü. O zaman bu rüsvayçılığa dözməyən Nino acı göz yaşları tökürdü.
Qonşuluqdakı qadınlar ona təsəlli verirdilər. Bu hadisədən sonra Nino su gətirmək üçün
hər gün kəndin qadınları ilə birlikdə bulağa gedirdi. Onlar qaz yerişi ilə yamaclardan
93
yuxarı dırmanırdılar. Mən uzaqdan Ninonun yalın ayaqlarını görürdüm. Nino ciddi
baxışlarla irəliyə baxırdı. Belə vaxtlarda o mənə baxmazdı, mən də baxışlarımı onun
yanından başqa tərəflərə çevirirdim. O dağlıların qanununu yaxşı qavramışdı. Qanun isə
bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz məhəbbətini biruzə
verməməlidir. Nino qaranlıq komaya girir, qapını örtür, səhəngi yerə qoyur və mənə bir
parç su verirdi. Sonra küncdən çörək, pendir və bal çıxarıb gətirirdi və biz də kənd
camaatı kimi yeməyi əl ilə yeyərdik. Nino yerdə bardaş qurub oturmağı da öyrənmişdi.
Yeməyimizi yeyib qurtardıqdan sonra Nino barmaqlarını yalayaraq ağappaq dişlərini
göstərərdi. Sonra deyərdi:
Buradakı ənənəyə görə, indi mən sənin ayaqlarını yumalıyam. Lakin biz tək
olduğumuza görə və mən də bulağa gedib su gətirdiyimə görə, sən mənim ayaqlarımı
yumalısan.
Mən onun ayaq adlandırdığı kiçicik, gülməli oyuncaqları suya qoyurdum. Nino uşaq
kimi ayaqlarını oynadır, üzümə su zərrələri sıçradırdı. Sonra da dama çıxıb orada
otururduq. Nino bəzən pəsdən mahnı oxuyardı, bəzən də Madonnaya bənzər sifətini
mənə çevirib susardı. Mən isə Madonnanın sifətinə baxmaqdan heç yorulmurdum. Hər
gecə balaca bir heyvan kimi büzüşüb yatardı.
Bir dəfə Nino məndən soruşdu:
– Əli xan, xoşbəxtsənmi?
– Çox xoşbəxtəm. Bəs sən Bakıya qayıtmaq istəyirsənmi?
– Yox! – deyə ciddi cavab verdi – mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının
bacardığını mən də bacarıram, öz ərimə də qulluq edə bilirəm.
Neft lampasını söndürdüyümüz zaman Nino yatağa uzanır, qaranlığın dərinliklərinə
baxaraq önəmli məsələlər barədə düşünürdü: görəsən qoyun qızartmasına bu qədər
sarımsaq tökmək lazım idi, ya yox? Görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir
məhəbbət əlaqəsi vardı, yoxsa, yox? Kənddə yaşayan zaman birdən diş ağrısı tutsa,
kənddə nə edəcəm və nəyə görə dünən qonşudakı arvad ərini süpürgə ilə amansızcasına
döyürdü?
Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar,
dirsəyimə toxunar, sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə
yatardı. Mən onun incə çiyinlərini yorğanla örtərdim.
“Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı
yerlərdə yaşamağa layiq adamsan”.
Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası,
qrammofon və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri
kəlləsinə çıxdı. Amma çox təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi.
Onlardan biri dağlı rəqsi, ikincisi isə “Aida” operasından bir ariya idi. Biz bu valların
ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları dalbadal qoyub qulaq asırdıq.
Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni
ölkəyə gedib orada yaşayaq, yoxsa bizə lənət oxuyacaqlar. Ninonun atası bircə dəfə
yanımıza gəldi. Qızının komada yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.
– Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.
Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan
heç yana gedə bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.
94
– Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada
sizə ilişə bilməz.
– Bəs İspaniyaya necə gedə bilərik, Ata?
– İsveç yolu ilə.
Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.
Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino
da kitabları saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.
Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.
– Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.
– Bəli, mən bişirirəm.
– Suyu da sən daşıyırsan?
– Bəli, mən daşıyıram.
– Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?
Nino dərhal gedib su və ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm”
deyib cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna
taxdı. Sonra Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və
qərarını bildirdi: “Əli xan, sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə
Bakıdan bir aşpaz göndərəcəyəm”.
Nino qışqırıb dedi:
– Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.
Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.
Kəndimizdə həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Molla böyük bir xəbərlə
yanımıza gəlib dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki,
bu naməlum şəxs erməni imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi
olan mən, kəndin qonağı idim. Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və
heysiyyətinə vurulmuş silinməz bir ləkə ola bilərdi. Bayıra çıxdım ki, gedim o adamı
görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun Naçararyan nəslindən olub-
olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb məsləhətləşirlər və belə
qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar. Əgər o
Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən
deyilsə, onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahını bağışlayacaq.
Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi.
Dağlarımız Şamil dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib
çatmırdı. Dostlarımız vaxtaşırı bizə qəzet göndərirdilər, lakin mən gələn qəzetləri
oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:
– Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.
Mən gülə-gülə cavab verdim:
– Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə
gələcək arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl
bir həyat ola bilməzdi. Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.
Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə məktub gətirdi. Məktub nə
atamdan, nə də Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana”
sözləri yazılmışdı. Nino təəccüblə soruşdu:
– O bizdən nə istəyə bilər?
95
Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul
verdi ki, bu xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır”
deyə düşünüb məktubu açdım: Sonra məktubu oxumağa başladım:
“Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız
və birlikdə yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım,
şərablarım və ətrafımdakılar da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə
böyük hadisə baş verib. Məhbuslar həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin
küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki, bəs polislər haradadırlar? Amma bil
ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz qırağındakı
zindandadırlar. Bəs əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını
yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim
ağıllı qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən
qaçmışdır. Ondan ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə
gülürsən, fikirləşirsən ki, yalan danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm,
indi özün-özünə sual verib deyəcəksən ki, bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və
yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar mövcud deyil. Ümumiyyətlə indi
heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər, lakin dünən məktəbin
baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam, Əli xan. Ona
görə də bütün bunları sənə ilk dəfə xəbər verən mən olmaq istəyirəm. Bütün
Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə də daha polis mövcud deyil. Sağ-salamat
qalın, Əli xan. Sənin dostun və qulun Arslan ağa”.
Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi:
– Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə!
Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik”
deyə hıçqıra-hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə
döyəcləməyə başladı.
– Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.
Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və
cazibədarlığı ilə uzaqda parıldayırdı.
Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra
üzümü möminləri ibadətə çağıran kiçik minarəyə çevirdim.
O gün aul həyatının son günü idi.
XXI
İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu.
Küçələrin bu başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız
şüarlar yazılmışdı. Bazarda alver edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və
Afrika zəncilərinə azadlıq verilməsini tələb edirdilər. Müharibənin gedişi tərsinə
dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-başdan tökülmüş, içində
haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində sərgərdan dolaşırdılar. Gecələr atışma
səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.
Nino əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino
barmağını rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.
96
Mən də istehza ilə dedim:
“Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.
Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.
– Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik?
Nino köksünü ötürdü.
– Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən?
– Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya,
Çin, Yaponiya?
– Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.
– Əli xan, deməli biz tələyə düşmüşük?
– Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa
türklər gələnə kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını
axtarmalıyıq.
Nino narazı halda dilləndi:
– Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər
belə davam edərsə, İrandakı sənin əminin yanına qaçacağam.
– Belə davam edə bilməz, – deyib evi tərk etdim.
İslam xeyriyyə cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq
atamın evində xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada
deyildilər. Binanın salonuna qolu qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə
rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə cəbhədən qayıtmışdılar. Çarın öz
taxtını tərk etməsini eşidib şəhərə gəlmişdilər. Müharibədə gördüklərini qiyamətə qədər
ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.
– Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin
qapısında dayanıb
– Bəli, biz özümüzü müdafiə etməliyik.
– Yox, bizim hücuma keçməyimiz lazımdır.
İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa
başladı: “Hörmətli müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək
istəyirəm.
İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər
soyğunçuluğa hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir
müsəlman hərbi hissəsi vardır. Bu hissə də “Vəhşi diviziya”nın könüllülərindən ibarətdir.
Biz həm sayca və həm də hərbi sursat baxımından rus ordusundan zəifik. Şəhərimizdəki
ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni millətçi partiyasının hərbi dəstələridir.
Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik Ozanyan bizimlə təmas
yaratmışlar. Onlar Qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin erməni
sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun
Ermənistan tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də
ermənilər bizimlə birləşib ruslara ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus
əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən keçməsinlər. Ruslar bizim tələbimizi
rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla yerinə yetirmək
iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya”ya yazılın və silaha sarılın. Düşmən qapı
ağzındadır”.
97
Mən qulaq asırdım. Bu nitqdən müharibə və qan iyi gəlirdi. Artıq neçə gün idi ki,
kazarmanın həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini
lazımlı yerdə tətbiq etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə
oynayırdı, əyilib onun qulağına dedim: “Toplantıdan sonra İlyas bəylə bizə gəlin. Seyid
Mustafa da bizdə olacaq. Biz vəziyyəti müzakirə etməliyik”.
Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər.
Onlar silahlı idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı.
Nino bir evdar qadın kimi tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi.
Müharibə ərəfəsində şəhər sıxıntılı və yad görünürdü. Hələ də küçələrdə insanlar
gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma onların hərəkətlərində
qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin tezliklə
mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.
– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu.
– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.
– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı?
Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:
– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və
qəti idi.
Məmməd Heydər çox sakit tərzdə dedi:
– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.
Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin
küçələri döyüş meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək. Bir azdan sonra
isə, Nikolay küçəsinə getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara
litseyinə getmək üçün ya dünyagörüşünü dəyişmək və yaxud bir ordunu məğlub etmək
lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-sürünə getməyinizi və vaxtı ilə Əli
xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını xəyalımda canlandırdım. Biz
çox qəribə bir şəhərdə yaşayırıq”.
Sonra İlyas bəy sözə başladı:
– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.
Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi:
– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi
ki, ruslar ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək.
Mən silahımı onlara verməyəcəyəm.
İlyas bəy dedi:
– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.
Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi. Seyid Mustafa əmmaməsini
düzəldib dedi:
– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti
yaxşı bilirəm. Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o
müharibədən xeyir gəlməz. Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə
buyurur, həyat da belədir. Erməni hərbi dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay!
Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki, ermənilər bizimlə birlikdə ruslara qarşı
vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır içində olan bir sürü
anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da
98
ermənidir. Erməni anarxistləri ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni
millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.
Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə,
hər halda Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.
Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:
– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib
gəlsək ermənilərin vəziyyəti necə olacaq? Əgər türklər Ermənistana girsələr, biz onların
ölkəsini müdafiə etməyəcəyik.
– İlyas bəy bərk hirslənərək dedi:
– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və
sadə yolla həll ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana
gedəcək. Döyüşçülərlə birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin
ərzində Bakıda erməni qalmayacaq. Onlar öz ölkələrinin sahibi olacaqlar, biz də öz
ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə iki qonşu xalq olaraq ömür
sürəcəyik.
Mən söz alaraq dedim:
– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir
adam olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam
hissini boğsun. Əgər onun ağlı başındadırsa, özünün və xalqının mənafeyi üçün bizim
tərəfimizdə olardı.
Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı:
– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən
sonra inşallah sağ-salamat buraya qayıdasınız.
Əgər şəhərdə müharibə başlayarsa...
Nino sözünü axıra çatdıra bilmədi, susdu.
Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm
idi. Nino gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf
çevirib soruşdu: “Əli xan, sən də döyüşə qatılacaqsanmı?”
Əlbəttə, Nino.
O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.
Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı, gözlərini geniş açaraq, dinməzcə məni
öpdü. Onu çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə tərəf
çəkdi. Onun simasında elə bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı
gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi.
– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə
tərəf zilləndi. Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu.
Qədim qala divarları isə arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan
dəmirin dəmirə sürtülməsindən çıxan bir səs eşidildi.
Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi. Bu vaxt telefon zəng
çaldı.
Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm.
Dəstəkdən İlyas bəyin səsi gəldi:
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər
tərksilah edilməsini tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb
99
qala divarlarındakı Sisianaşvili darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz
nəfər göndərəcəyəm. Darvazanı müdafiə etmək üçün bütün hazırlıqları edərsən.
Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi.
Mən xəncəri götürüb tiyəsini yoxladım.
– Nə olub, Əli xan?
– Düşmən qalanın ağzında durub, Nino.
Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli,
güclü və hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına
getdim. O, güzgünün qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz
pencəyini şotka ilə təmizləyirdi.
– Harada mövqe tutacaqsan, Əli xan?
– Sisianaşvili darvazasında.
– Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.
Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan.
Düşmənlər qala divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar,
pulemyotla onlara atəş açıb qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri
toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay küçəsindəki arxadan hücuma keçəcəklər.
O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi:
– İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki
ruslar qalib gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.
Mən otağıma getdim. Nino telefonla danışırdı.
– Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata,
narahat olma, bizim kifayət qədər ərzağımız var. Təşəkkür edirəm. Amma çox xahiş
edirəm ki, özünüzü üzməyin. Yox, gəlməyəcəyəm, yenə də təkrar edirəm, gəlmək
istəmirəm – deyib telefonun dəstəyini yerinə qoydu.
Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi:
– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son
gəmi İrana saat səkkizdə gedir. Əşyalarını yığ.
Onun sifəti qıpqırmızı oldu.
– Sən məni buradan qovursan, Əli xan?
Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.
– Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün
qadınların namusunu ləkələyəcəklər.
Nino başını qaldırıb qətiyyətlə dedi:
– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.
– Hələ nə qədər vaxt var, İrana get, Nino.
Nino ciddi tərzdə dedi:
– Bəsdir, Əli xan. Mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli
şeylərdən qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim
dəyməyəcək, amma mən səninəm. Mən burada qalmalıyam, vəssalam.
Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən
mənə söz qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.
Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə
çıxdım. Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.
100
İlyas bəyin göndərdiyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının
gözətçiliyini edirdilər. Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda
idilər. Kiçik lüləli pulemyot bir rusun fındıq burnunu andırırdı. Ətraf sükut içində idi.
Qərargahla əlaqə saxlayan adamlar səssizcə qala divarının üstündə ora-bura gedib qısa
xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış möcüzəsinə nail olmağa
çalışırdılar.
Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.
Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini
pulemyota zillədi... Mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub
ətrafa baxırdı. Saat bir idi. Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə əzan
verdi. Sonra yanımıza gəldi. O, tüfəngi arxasınca sürüyürdü. Onun qurşağında Quran
vardı.
Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən
bir neçə kişini qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan
uşaqlarının dalınca qaçırdı.
Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir
dünyanın qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi.
XXII
O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə
yellənə-yellənə üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın
başımızın üstündəki qapqara yelkəni gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı.
Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım.
Sükançımız girdə və saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı
qaldırdım və əlim qoyun dərisinin qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə
səsləndim.
Çopur Mustafa başını mənə tərəf əydi. O, əlində dənələri qırmızı olan təsbehini
çevirirdi... Elə bil barmaqları qan damlaları ilə oynayırdı.
Seyid Mustafa:
– Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi.
Onun gözlərini yaşlı görüb, durub oturdum.
– Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm.
Burnu ilə qulaqlarını kəsmişdilər.
Seyid üzünü mən tərəfə çevirdi:
– Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından
qovub, çıxardanda onlar bulvar tərəfə qaçırdılar.
Yadıma düşdü:
– Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma
keçdik. Biz hücuma keçərkən sən yasin surəsini oxuyurdun.
– Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında
kimlər bizi gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı.
Hamısı qırıldı, – deyə təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ
keçirdim. Biz bütün məhəlləyə hakim olduq...
101
Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında
bütün günü pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da
bunu eşitdi, ancaq heç bir şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş
açmaqda davam edirdilər. Nino birdən-birə əlləri ilə üzünü tutdu və “Qurtarın artıq,
qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz işlərində idilər. Sonra hərbi sursatımız
qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən elə zənn edirdi ki, bu bir
tələdir. Musa Hacı da öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha deməyə bir söz
yoxdur”.
Mən susurdum. Sükançımız hələ də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun
rəngarəng ipək libasını yellədirdi.
Seyid sözünə davam edib dedi:
– Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən
şəxsən bu hadisəni görmədim, çünki qala divarlarının o biri başında idim.
– Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir
cəmdək var idi. Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni
də öldürdülər.
Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının
sahilləri kimi adsız idi.
Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə gələn meyitləri üst-üstə
qaladıq. Sonra da xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam
həlak oldu. Lakin məni Allah qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç
bilirsən sizin evinizi necə talan etdilər. Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel
və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız lüt divarlar qaldı.
Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi.
Bibiheybətin xam neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və əlində bir bağlama
tutmuş Nino gözlərimin qabağına gəldi. Nargin adasından qüllədən fənərin işığı gəlirdi.
Şəhər gecənin zülmət qaranlığında qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli
həbsxana qarovulçularını xatırladırdı...
İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı
sinəmi yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun
sifəti çox solğun idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss
etdim.
Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq
qulağıma çatırdı. Mənasız şeylər danışırdılar.
Atam deyirdi:
Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin
rəngini dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli Əli xan, dünyanın
yalnız bir yerində insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco
vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində
olmuşdu.
Mən Ninoya müraciətlə dedim:
– Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın
dərdlərinə tab gətirmək üçün insan gərək belə olsun.
Nino cavab verdi:
102
– Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən,
küçənin tozları da qandan qıpqırmızı olmuşdu.
O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi...
Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını,
Məmməd Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə
boyanan qara meşin pencəyi xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi.
Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var?
– Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları
heç kəs gözü ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi
mənə...
Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim:
– Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin
düşmüşük. Biz Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı
ilanlardan danışırsan.
Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun
zaman üzümə baxdı:
– Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub,
bu təsadüfi deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır.
– Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm.
– Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və
səninlə birlikdə döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət
etmirəm. Sadəcə ona qarşı etinasızam. Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən
rus məktəbində oxumusan, latıncanı öyrənmisən, arvadın da avropalıdır. Sən özünə hələ
də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa həyat tərzini sən özün
Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri kimlər tikəcək
– biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız
düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil.
– Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar?
– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə
bilmərəm, çünki sən həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə
baxırsan. Bax, buna görə basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən.
Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən
daha artığını bilirdi.
O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə çəkilə biləcəyi, orada
kimsənin özünə girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar
idi. Halbuki mən bu insanın dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı
ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs ediləcək aləmdən də xəbərsiz idim. Mən də bu
aləmin qapısını döydüm, amma məni oraya qəbul etmədilər. Deməli mən artıq asiyalı
deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən bunu hamı bilirdi. Mən bu
arada bir əcnəbiyə çevrilmişdim.
Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım.
Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər
öldü, Aişə həlak oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın
diyarına, böyük sakitliyin hökm sürdüyü İrana gedirəm.
103
Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu.
– Dincələcəyik, Nino – dedim.
– Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il
yatmaq istəyirəm. Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada
müharibə, atəş səsləri olmamalıdır.
– Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş
səsləri eşidilir.
Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun
barmaqlarının hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman
uzandığım yerdə oyaq qaldım.
Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya
yaxşı bələd idi.
Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq
yeyirdik, su içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen qəbiləsindən olan
yeganə əcnəbi sükançı atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla
baxırdı.
Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı,
həqiqətdə isə görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu
şahın Ənzəlidəki limanı idi. Biz köhnə və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi
atdıq. Uzun cübbəli bir kişi bizə yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən
birini qaldırmış şir və doğan günəş rəmzi olan İran gerbi parıldayırdı. Məmurun
arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi. Onlardan birincisi iri, yumru
gözləri ilə bizə baxdı və dedi:
– Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə
salamlayacayam. Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı?
Atam cavab verdi ki, “biz Şirvanşirik”.
– Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir
damarlarında sizinkiylə eyni qanımı daşıyır?
– Bəli, o mənim qardaşımdır.
Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi:
“Əsəd-əs-Səltəne” bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü,
ceyrandan iti, qartaldan gözəl, qayalar üzərində qurulmuş qaladan möhkəmdir.
Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir
“ford” maşını yol üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən
yamanmışdı. Maşına mindik, motor titrəyərək işləməyə başladı. Sürücü, okeandakı
nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini uzaqlara dikmişdi. Yarım saatdan sonra
biz Rəşt yolu ilə Tehrana gedirdik.
XXIII
Ənzəli, Rəşt yollarından səhra nəfəsi ilə qızmış küçələr ... Üfüqdə “Abi-Yezid” şeytan
suyu zaman-zaman bir xəyalət kimi parlayırdı. Rəştə gedən böyük yol çay kənarından
keçirdi. Çayın özündə isə su yox idi. Onun yatağı qızmar günəş altında cadar-cadar olub.
104
Camur yatağına çevrilmişdi. Adətən İran çaylarında su olmur, ancaq orada su
yığıntılarından əmələ gəlmə palçıqlı gölməçələrə təsadüf etmək olurdu. Bu gölməçələrin
qupquru sahillərində qumlar üzərinə kölgələr salan əzəmətli qayalar dururdu. Bu qayalar
ibtidai dövrdən qalmış azman qayaları xatırladırdı. Uzaqdan bir karvanın zınqırov səsləri
gəlirdi. Sürücümüz maşının sürətini azaltdı-biz sıldırım dağ silsilələrinin ətəklərində
dəvələrin ağır yerişlə getdiklərini gördük. Əlində əsa tutmuş sarban karvanın lap
qabağında gedirdi. Onun arxasınca da başdan ayağadək qara geyimli adamlar gedirdilər.
Əsəbi dəvələr isə yollarını etinasızlıqla davam edirdilər. Onlar addımlarını atdıqca
boyunlarından asılan zınqırovların səsləri yüksəlirdi. Dəvələrin bellərindən uzun kisələr
asılmışdı. Bu kisələrdəkilər görəsən İsfahan parçalarımı ya da gilan yunu idi? Sürücümüz
maşını saxladı. Dəvələrin bellərindəki yük qara kəfənlərə bükülmüş meyitlər idi. Onların
sayı iki yüzə qədər idi. Dəvələr ağır yerişlə yanımızdan ötüb keçirdilər. Bu karvan
dağlardan, duzlu səhraların göz qamaşdıran hamar səthindən və saysız-hesabsız vahələri
keçərək yük daşıyırdılar. Bu dəvələr çox uzaqda olan türk sərhədinə çatdıqda diz
çökəcəklər. Başlarında qırmızı fəs olan kömrükçülər yükləri yoxladıqdan sonra, karvan
yenidən yola düzəlib, müqəddəs Kərbəla şəhərinin günbəzinə qədər məsafəni qət
edəcəkdi. Karvan İmam Hüseynin məqbərəsinə çatıb yenə dayanmalı idi. Orada dəvələrə
yüklənmiş meyitlər qayğıkeş əllərlə hazırlanmış məzarlarda dəfn ediləcək və qiyamət
günü şeypur səsi onları əbədiyyət yuxusundan oyadana kimi onlar Kərbəla qumlarının
altında rahatlıq tapacaqlar.
Əllərimizlə gözlərimizi bağlayaraq onların qarşısında ehtiramla səcdə etdik. Bərkdən
qışqırıb dedik ki, “İmamın məzarında bizim üçün də dua edin”. Sarban da cavab verib
dedi ki, “biz özümüz də bir duaya möhtacıq”.
Karvan yenə yoluna davam etdi. O, böyük səhranın xəyaləti olan Abi Yezid kimi
sakitcəsinə uzaqlaşırdı.
Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını
kəsmişdi. Burada biz keçən yüzilliklərin nəfəsini açıq-saçıq duyurduq. Bircə baxışla palçıq
evləri və dar küçələri nəzərdən keçirmək olurdu. Burada hər şey eyni rəngdə idi. Şəhərdə
hər şey balaca idi. Ancaq hərdənbir komaların arasından baş qaldıran bir məscid
gördükdə adam sarsılırdı.
Kişilər ülgüclə qırxılmış başlarına qabağı andıran yuvarlaq şapkalar qoymuşdular.
Onların sifətləri də adama maskaları xatırladırdı.
Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində
olmağı xoşlayırlar. Onlar sadəcə hər şeyi necə varsa, elə də saxlamaq istəyirdilər. Çünki
hər bir iranlı, nəhayətdə hər şeyin toza çevriləcəyini zənn edirdilər.
Biz balaca bir çayxanada oturub istirahət etdik. Otaqdan nəşə iyi gəlirdi. Kişilər gözlərini
Ninoya zilləmişdilər. Küncdə saçları dağınıq, ağzı açıq, dodaqlarından tüpürcək axan və
əlində naxışlı mis piyalə tutan bir dərviş dayanmışdı. O, hamıya baxırdısa da, heç kimi
görmürdü. Elə bil o var gücünü, bütün vücud və şüurunu gözə görünməyən varlığın
səsinə yönəltmişdi və o gözə görünməyən varlıqdan işarə gözləyirdi. Birdən birə o
yerindən sıçrayıb bağırdı:
– Baxın, günəş qərbdən yüksəlir; mən onu görürəm.
Şəhərin valisi tərəfindən göndərilmiş nümayəndə çayxananın qapısında göründü:
105
– Əlahəzrət əmr edib ki, bu çılpaq qadının mühafizəsi üçün burada keşikçi qoyulsun. O,
çadrasız Ninonu nəzərə alırdı. Ninonun halı dəyişmədi, çünki o, farsca başa düşmürdü.
Gecəni şəhər valisinin evində keçirtdik. Səhər tezdən keşikçilərimiz atları yəhərlədilər.
Çarşab örtməyən Nino çılpaq sayıldığı üçün və eləcə də ölkəni bürümüş quldurlardan
qorunmaq üçün keşikçilər bizi Tehrana kimi müşaiət etməli idilər.
Maşın yavaş-yavaş irəliləyirdi. Köhnədən qalmış yollarla Qəzvini keçirik. Şah Şahpur
ordularını burada toplamışdı. Səfəvilər, sənətçilər, sənətçilərin xeyirxahları və
müqəddəsləri burada məclis qurardılar. Yüz-yüzəlli kilometr yol getdim. Yol ilan kimi
qıvrılırdı. Nəhayət uzaq Dəmavəndin qarlı təpəsindən Tehran qapısının dörd qülləsi
ehtişamla yüksəlirdi. Qapı rəngarəng yumşaq çinilərlə bəzədilmişdi. Qapının üzərində
zərif ərəb yazıları ilə həkk edilmiş kəlamlar elə bil şeytan gözləri kimi mənə baxırdı.
Böyük qapının altında toz-torpaq içində bədənlərini yara basmış dilənçilər və pərişan
dərvişlər oturmuşdular. Onlar incə barmaqlı arıq əllərini bizə uzadaraq hökmdarlara
layiq Tehran şəhərinin gözəlliyi və əzəməti haqqında şerlər oxuyurdular, amma onların
səsləri qəmgin və kədərli idi. Onlar bu minbir qübbəli şəhərə neçə illər bundan əvvəl
böyük ümidlə gəlmişdilər. Lakin onların ümidləri puça çıxmışdı.
Balaca maşın əyri-üyrü dar küçələrdən, Top meydanından və şah sarayının Almas
darvazası yanından keçib şəhərin o biri tərəfinə, Tehranın yaxınlığındakı Şəmiran
qəsəbəsinə gedən geniş yola çıxır.
Şəmiran saray bağçasının qapıları taybatay açılmışdı. Qapıdan içəri girdikdə qızıl gülün
ətiri bizi vurdu. Biz bağçadakı fəvvarələrin yanından keçib saraya girlik. Pəncərələri
pərdələrlə örtülmüş qaranlıq otaq, bulaq suyu kimi sərin idi. Nino və mən başımızı
yumşaq balışlara qoyub şirin yuxuya getdik.
Biz yatdıq, oyandıq, mürgülədik, yuxular gördük və yenidən yatdıq. Pəncərələri
pərdələrlə örtülmüş bu sərin otaqda yatmaq həddindən artıq xoş idi. Saysız-hesabsız
döşəklər, yastıqlar və xalılar alçaq divanın və döşəmənin üstünü örtmüşdülər. Yuxulu-
yuxulu bülbüllərin cəhcəhini eşidirdik. Adamı qeyri-adi bir hiss bürüyürdü. Biz bütün
təhlükələrdən, Bakının əldən düşmüş qala divarlarından çox uzaqlarda, böyük bir sakit
evdə mürgüləyirdik. Vaxt səssiz-səmirsiz keçirdi. Nino hərdənbir dərin bir ah çəkir,
yuxulu qalxır, sonra başını mənim sinəmə qoyub yenidən yuxuya gedirdi. Mən isə İran
hərəmxanasının cazibədar ətri gələn yumşaq yastığına başımı qoyub yatırdım. Məni
dəhşətli bir tənbəllik bürümüşdü. Burnum qaşındığı zaman onu qaşımaq üçün əlimi
qaldırmağa belə tənbəllik edirdik. Nəhayət burnumun qaşıntısı öz-özünə dayandı və mən
yenidən yuxuya getdim.
Nino birdən oyandı və başını qaldırıb dedi:
– Əli xan, acından ölürəm.
Biz bağçaya çıxdıq. Fəvvarələrin ətrafını qızıl güllər bürümüşdü. Sərv ağacları göyə
ucalırdı. Rəngarəng qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqda olan günəşi,
seyr edirdi. Uzaqlarda Demavənd dağı ucalırdı. Mən əl çaldım. Şiş sifətli bir hərəm
xidmətçisi tez yanımıza gəldi. Onun dalınca da əlində xalça və yastıq tutan yaşlı bir qadın
gəlirdi. Biz bir sərv ağacının kölgəsində oturub süfrə açdıq. Hərəm xidmətçisi su və ləyən
gətirdi. Sonra yerə sərilmiş xalının üzərinə İran mətbəxinin ən ləziz yeməkləri ilə
dolduruldu.
106
Pulemyotun şıqqıltısını eşitməkdənsə xörəyi əllə yemək yaxşıdır, deyən Nino sol əlini
buğlanan plova uzatdı. Xədimağası qorxunc bir ifadəylə ona baxdı. Ağasının utanmasına
şahid olmasın deyə xidmətçi üzünü yana çevirdi.
Mən Ninoya, İranda plovun sağ əlin üç barmağı ilə necə yeyildiyini öyrətdim. Bakını
tərk etdiyimiz gündən bəri ilk dəfə olaraq Nino güldü. İndi mən də artıq özümü sakit hiss
edirdim. Şah ölkəsində, Şəmiran sarayında, dindar şairlərin və müdriklərin diyarında
həyat çox gözəl idi.
Nino birdən soruşdu:
– Bəs sənin əmin Əsəd-əs Səltənə ilə onun hərəmxanası haradadır?
– Hər halda, şəhərdəki saraydadı. Üç arvadı da onun yanında olmalıdır. Hərəmxananı
soruşursan? Bu bağça və ətrafındakı otaqlar elə hərəmxanadır da!
Nino güldü:
– Deməli, məni hərəmxanaya gətirmisən, eləmi? Mən bilirdim ki, əvvəl-axır belə olacaq.
Bu zaman ikinci bir hərəm xidmətçisi gəldi. Bu xidmətçi bədəncə arıq və bir qoca idi. O,
bizə yaxınlaşıb soruşdu ki, bizim üçün mahnı oxusun ya yox. Biz istəmədiyimizi bildirdik.
Üç qız gəlib xalçaları bükdülər. Əvvəlki qoca xidmətçi də gəlib süfrədən artıq qalan
yeməkləri yığışdırıb apardı. Balaca bir oğlan da tovuz quşuna yem verirdi.
– Əli xan, bu adamlar kimdirlər?
– Xidmətçilər.
– Görəsən nə qədər xidmətçi var burada?!
Mən bunu bilmədiyim üçün xidmətçini çağırıb ondan soruşdum. O bir qədər
fikirləşəndən sonra dedi ki, Hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir.
– Bəs burada neçə arvad yaşayır?
– Hal-hazırda ancaq biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət
qədər yer vardır. Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdə yaşayır. Bu indi sənin
hərəmxanandır.
Sonra o oturub sözünə davam etdi:
Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyəm, xan. Mən yazmağı,
oxumağı və hesablamağı bilirəm. Evi idarə etməyi və qadınlarla əlaqədar bütün
məsələlərdən başım çıxır. Mənə bel bağlaya bilərsən. Yanınızda oturan qadının əcnəbi
olduğu bəllidir. Amma mən ona yavaş-yavaş əxlaq və rəftar qaydalarını öyrədə bilərəm.
Mən görürəm ki, onun qoltuqlarının altı tüklüdür. Bəzi ölkələrdə qadınların tərbiyəsinə
son dərəcə etinasızlıq edirlər. Sabah onun dırnaqlarına həna qoyacağam və yatmazdan
əvvəl onun ağzını da müayinə edərəm.
– Ay Allah, daha bunlar nəyə lazımdır?
– Çürük dişləri olan qadınların ağzından pis iyi gəlir. Mən onun dişlərinə baxıb, nəfəsini
iyləməliyəm.
– Bu adam orada nə boşboğazlıq edir? – deyə Nino soruşdu.
– O diş həkimi kimi öz xidmətini təklif edir. Əcaib bir tipə oxşayır.
Qəribə bir vəziyyətə düşmüşdüm. Sonra hərəm xidmətçisinə dedim:
– Yəhya qulu, görürəm sən mədəniyyətə aid olan bütün məsələlərdən xəbəri olan
səriştəli bir adamsan. Lakin, mənim arvadım hamilədir və ondan muğayat olmaq
lazımdır. Elə bu səbəbdən də, körpə dünyaya gələnədək tərbiyə məsələlərini təxirə salırıq.
107
Bunu deyərkən utandığımdan yanaqlarımın qızardığını hiss edirdim. Nino həqiqətən
hamilə idi, amma buna baxmayaraq mən yenə yalan danışırdım.
Hərəm xidmətçisi cavab verdi:
– Siz çox ağıllı hərəkət edirsiniz, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. Yeri gəlmişkən
deyim ki, doğulacaq uşağın oğlan olmasını təmin etmək üçün bir əlac var. – O, bunu
deyib Ninonun zərif vücudunu nəzərdən keçirdib əlavə etdi:
– Mənə elə gəlir ki, onun üçün hələ bir-iki ay vaxtı var.
Eyvandan çoxlu ayaq səsləri gəldi. Xidmətçilər və qadınlar bir-birlərinə qəribə işarələr
etdilər. Yəhya Qulu eşiyə çıxdı və dərhal çox qayğılı halda geri qayıtdı.
– Xan, möhtərəm Seyid Mustafa həzrətləri səni salamlamaq istəyir.
Hərəmxanada sizi narahat etməyə cürət etməzdim, amma Seyid də Peyğəmbər nəslinə
mənsub elmli bir adamdır. O, sizi Böyük Salonda gözləyir. “Seyid” sözünü eşidən kimi
Nino başını qaldırdı:
– Seyid Mustafanımı deyirsiniz. Deyin gəlsin, hamımız birlikdə çay içərik.
Mən çaşqın və bir az da utancaq halda dedim:
– Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır.
– Ah, buranın nə qəribə adətləri var. Onda onunla kənarda görüşərik.
– Nino, qorxuram ki... Sənə necə başa salım... Bilirsən də İranda bir çox şeylər bizim
ölkəmizdəkindən fərqlidir. Seyid axı kişidir.
Təəccübdən Ninonun gözləri bərəldi.
– Yəni demək istəyirsən ki, məni Bakıdan Dağıstana aparan Seyid Mustafa buraya gələ
bilməz?
– Hə, Nino, qorxuram... Heç olmasa müəyyən vaxt keçənə qədər...
Nino birdən birə soyuq bir tərzlə “yaxşı” – dedi. “İndi isə çıx get”.
Əzab çəkə-çəkə bayıra çıxıb getdim, sonra da Seyidlə böyük kitabxanada oturub çay
içirdim. Seyid Mustafa deyirdi ki, Bakı kafirlərin əlindən azad olunana kimi Məşhədə
gedib orada məşhur əmisinin yanında qalmaq istəyir. Dedim ki, bu çox yaxşı düşünülmüş
fikirdir, Seyid çox nəzakətli bir adam idi. O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun
onun adını belə çəkmədi. Qəflətən qapı açıldı.
– Axşamınız xeyr olsun, Seyid.
Ninonun səsi boğuq idi.
Seyid Mustafa yerindən hoppandı. Onun çopur sifətində dəhşət ifadəsi var idi.
Nino xalçanın üstündəki döşəkdə oturdu: – Bir stəkan da çay içərsinizmi, Seyid?
Eşikdə təlaşla gəlib gedən adamların ayaq səsləri gəlirdi. Şirvanşir evinin nüfuzu
birdəfəlik yerə vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə gəldi. Nino
qaşqabağını sallayıb güldü:
– Mən pulemyotdan qorxmamışam, sənin üç, beş, hərəm xidmətçilərindən mi
qorxacaydım – dedi.
Beləliklə biz hamımız, axşama kimi bir yerdə qaldıq. Çünki Seyid sadəcə incə bir kişi
deyil idi, eyni zamanda da çox anlayışlı bir insan idi.
O gecə yatmazdan əvvəl hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşıb dedi:
– Ağa, mənim cəzamı veriniz. Mən arvadınızı gözümdən qoymalı deyildim. Lakin onun
bu dərəcədə çılğın və bu qədər yabanı olacağı kimin alğına gələ bilərdi. Bu mənim
günahım, diqqətsizliyimdir ağa.
108
Özünü son dərəcə günahkar sayan bir insanın ifadəsi vardı onun girdə sifətində.
XXIV
Qəribədir! Bibiheybətin neft hopmuş sahilində son güllə səsini eşidən zaman elə bilirdim
ki, mən bir daha özümü xoşbəxt hiss etməyəcəyəm. Lakin Şəmiran sarayının gül qoxulu
bağçasında dörd həftə içərisində özümü vətənimdə olduğum kimi tamamən rahat hiss
edirdim.
Şəhərə çox nadir hallarda gedərdim. Şəhərdə dostlara baş çəkərdim və yaxud
xidmətçilərimin müşayiəti ilə Tehran bazarının qarmaqarışıq yollarında dolaşıb alış-veriş
edən adamları seyr edərdim.
Nəhəng çətirə bənzər qübbəli bir damın altında dar küçələr, qaranlıq döngələrdə
gündüzlər belə yanan lampalar, çadıra bənzər dükanlar uzanırdı. Bazarda vaxtımı qızıl
güllər, xalçalar, baş örtükləri, ipək əşyalar və zinət şeylərini axtarmaqla, keçirirdim.
Onların arasında qızılla işlənmiş güyümlər, çox qədim boyunbağları, bilərziklər, tumac
balışlar və seçmə ətriyyatlar tapıb alırdım. Aldığım şeylərə uyğun İran tacirlərinin
ciblərinə böyük gümüş tümənlərim axırdı. Xidmətçilərim Şərqin qeyri adi cah-cəlallarını
daşıyıb aparırdılar. Bunların hamısı Nino üçün idi.
Xidmətçilərin kürəkləri yükün altında iki qat olurdu. Mən isə bəzi şeyləri almaq üçün
hələ də bazarda gəzişirdim. Bazarın bir tinində tumac cildli Qurani Kərim və miniatür
rəsmlər satılırdı: birinci rəsmdə sərv ağacının altında badam gözlü bir Şahzadə və onun
yanında oturmuş bir qız, ikinci rəsmdə isə ova çıxmış padşah, havada uçan bir nizə və
qaçmaqda olan bir ceyran təsvir olunurdu. Yenə də gümüş tümənlər cingildəməyə
başladı. Bir az irəlidə iki tacir alçaq kürsüdə oturmuşdular. Onlardan biri cibindən bir
gümüş tümən çıxardıb o birisinə verir. O da tüməni diqqətlə gözdən keçirir, dişlərinin
arasında sıxıb dişləyir, balaca bir tərəziyə qoyub çəkir və iri bir torbaya qoyurdu. Tacir
borcunu tam ödəyənə qədər əlini yüz, min, bəlkə də on min dəfə torbaya salıb çıxardırdı.
Hərəkətlərindən və üzünün ifadəsindən ləyaqətli adama oxşayırdı. Bu ticarətdir! Axı
Peyğəmbərimizin özü də tacir olmuşdur.
Bazar labirinti xatırladırdı. Həmin iki tacirin dükanı yanında müdrik bir qoca kişi oturub
qabağındakı kitabın səhifələrini vərəqləyirdi. Qocanın sifəti yosun basmış qədim qaya
yazılarını yada salırdı. Uzun incə barmaqları onun iltifatlı və rəhmdil olduğuna dəlalət
edirdi. Kitabın saralmış vərəqlərindən Şiraz güllərinin ətri, İran bülbüllərinin cəh-cəhi, şən
nəğmələrin səsi, badam gözlərin, uzun kipriklərin xəyali təsviri duyulurdu. Qocanın incə
barmaqları bu qədim kitabın səhifələrini ehtiyatla vərəqləyirdi.
Bazar səs-küylü adamlarla dolu idi. Çox qədim və zərif rəngləri olan bir Kirman
xalçasını görüb sahibi ilə qiymət danışmağa başladım. Üzərində bağça naxışları olan
xalçalardan Ninonun xoşu gəlirdi. Bazarda birisi qızılgül suyu və qızılgül yağı satırdı.
Xidmətçilər əldən düşmüş halda yanımda dayanmışdılar. Bunların hamısını tez Şimrana
aparın. Mən sonra gələcəyəm.
Xidmətçilər izdihamın içinə girib, gözdən itdilər. Bir neçə addım qabağa atıb çayxananın
alçaq qapısından başımı aşağı əyərək içəri keçirəm. Çayxana ağzına qədər adamla dolu
idi. Çayxananın ortasında qırmızı saqqallı bir kişi oturmuşdu. Gözlərini yarı qapamış bu
109
kişi Hafizin bir qəzəlini oxuyurdu. Dinləyicilər ovsunlaşmış kimi dərindən köks ötürür və
qəzəldən ləzzət aldıqlarını gizlətmirdilər.
Sonra həmin kişi qəzetdən xəbərləri oxumağa başladı: “Amerikada elə bir cihaz icad
edilib ki, söylənilən sözü bütün dünyaya eşitdirir. Parıltısı günəş şəfəqindən güclü, əli
marsa çatan, taxtı dünyadan uca olan hökmdarımız şahənşah Sultan Əhməd, Şah Bakeşah
sarayında İngiltərədə hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir.
Dinləyicilər heyrətlə ona qulaq asırdılar. Sonra qırmızı saqqallı kişi qəzeti büküb, yenə
mahnı oxumağa başladı. Mahnı bu dəfə cəngavər zal oğlu Rüstəmdən və onun oğlu
Zöhrabdan bəhs edirdi. Mən gözlərimi isti məxməri çaya zilləyib, fikirləşirdim ki, işlər
lazım olan tərzdə getmir.
Mən İrandayam, sarayda yaşayıram, həyatımdan da razıyam. Nino da mənimlə eyni
sarayda yaşayır, ancaq həyatından tamamilə narazıdır. O, Dağıstanda dağlı həyatının
bütün əzab-əziyyətinə qatlaşırdı. Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq
qaydalarına uymaq istəmirdi. Polis qadınlarla kişilərin küçələrdə yan-yana getmələrini
qadağan etmiş olduğu halda, Nino mənimlə birlikdə küçəyə çıxıb gəzmək istəyirdi.
Həqiqətən bu ölkədə ərlə arvad birlikdə nə qonaq qəbul edə bilərdi və nə də bir yerdə
gəzməyə çıxa bilərdi. Nino mənə yalvarırdı ki, şəhəri ona göstərim. Onu fikrindən
döndərməyə çalışan zaman isə Nino qəzəblənirdi. Ninoya deyirəm ki, böyük
məmnuniyyətlə şəhəri sənə göstərərdim, amma səni şəhərə apara bilmərəm, məni düz
başa düş.
Onun iri qara gözlərində narazılıq hissini oxumaq olurdu. Axı onu necə başa salım ki,
xanın arvadı çadrasız küçələrdə gəzə bilməz. Ona ən bahalı çadra almışam. Nino, bax gör
çadra nə qəşəngdir. Çadra qadının üzünü günəşdən və tozdan qoruyur. Vallah, mən də
böyük məmnuniyyətlə çadra örtmək istərdim.
Nino kədərlə gülümsəyir və çadranı qırağa qoyub deyirdi.
– Üzünü örtmək qadın üçün ləyaqətsizlikdir, Əlixan. Əgər çadra örtsəm, mən özüm-
özümə ömrüm boyunca nifrət edərəm.
Ona polisin bu barədəki əmrini göstərdim. Nino onu cırıb atdı. Onu şəhərdə gəzdirmək
üçün hər yeri qapalı, şüşələrinə də pərdə çəkilmiş kareta sifariş verdim.
Sonra da Nino ilə karetaya minib şəhəri gəzdik. Top meydanından keçərkən Nino atamı
gördü və istədi ona salam versin. Bu bir dəhşət idi. Onun könlünü almaq üçün bazarın
yarısını satın almaq gərəkdi...
İndi də burada oturub fincanımın içinə baxıram.
Nino darıxdığından məhv olub gedirdi, mən isə ona heç bir yardım edə bilmirəm. O
Tehrandakı Avropalıların arvadları və qızları ilə tanış olmaq istəyir. Amma buna yol
vermək olmaz. Çünki bir Xan arvadının kafirlərin arvadları ilə tanış olub dostluq etməsi
xoş qarşılanmayacaq. Onlar Nino ilə dostluq edərlərsə Ninonun hərəmxana həyatına necə
tab gətirməsinə o qədər acıyacaqlar ki, nəhayət o doğrudan da bu məşəqqətə dözə
bilməyəcək!..
Bir neçə gün əvvəl Nino, xala və bibilərimi görməyə getmişdi və oradan dəhşət içində
qayıtmışdı. Nino evə gələn kimi qışqırıb dedi:
Əli xan, onlar bilmək istəyirdilər ki, sən gündə neçə dəfə öz məhəbbətinlə məni xoşbəxt
edirsən. Onlar ərlərindən eşidiblər ki, sən bütün vaxtını mənimlə keçirirsən. Onlar mənə
cinlərdən qorunmaq üçün bir dərman verdilər və məsləhət gördülər ki, gözmuncuğu
110
taxım. Bunlar məni mütləq düşməndən qoruyacaq. Sonra, sənin bibin Sultan xanım
soruşdu ki, belə cavan ərin tək bir arvadı olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı
səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək istədilər. Xalam qızı Suat hər hansı
bir zöhrəvi xəstəliyə tutulmuş olub, olmadığımı bilmək istəyirdi. Onlar iddia edirdilər ki,
mənə qibtə etmək lazımdır. Eşidirsənmi?
Bacardığım qədər ona təsəlli verdim. O, ürkmüş bir uşaq kimi küncə qısılıb dəhşət içində
mənə baxırdı. Nino xeyli vaxt idi ki, özünə gələ bilmirdi.
Çayım lap soyumuşdu. Çayxanada oturmuşdum ki, camaat mənim bütün günümün
hərəmxanada keçmədiyinin şahidi olsun. Çünki burada kişinin daim arvadının yanında
olmasına yaxşı baxmırlar. Qohumlarım artıq məni ələ salmağa başlamışdılar. Burada
yalnız müəyyən vaxtlarını qadına sərf etməlisən. Qalan vaxtın sahibi isə kişidir. Halbuki
Ninonun yeganə təsəllisi mənəm, onun qəzeti də, teatrı da, qəhvəxanası da, dost-tanışı da,
bunlardan başqa onun əri də mənəm. Elə ona görə də onu tək qoya bilmirəm.
Bütün bazarı ona hədiyyə alıram. Çünki bu axşam əmim atamın şərəfinə böyük bir
ziyafət verməlidir. Şahzadələrdən biri də bu məclisə gələcək. Nino isə evdə, onu Saray
həmərlərinin ənənələrini tərbiyə etməyə çalışan hərəm xidmətçisinin yanında qalmalı idi.
Bazarı tərk edib, avtomaşınla Şimrana yollandım. Nino dərin düşüncələr içində başdan
başa xalılar döşənmiş salonda oturub sırğa, qolbağ, ipək şallar və ətriyyat yığınına
baxırdı. O tez tələsik nəzakətlə məni öpdü. Hərəm xidmətçisi soyuq şərbət gətirdi və
narazı halda hədiyyələrə baxıb dedi:
– Kişi arvadının nazını bu dərəcədə çəkməməlidir!..
İranlının həyatı gecə başlayır. Gündüz həyatı isə isti və tozlu keçir. Buna görə də çox can
sıxıcıdır. Lakin gecə olduqda insanlar yenidən canlanır, düşüncələr sərbəstləşir və söhbət
asanlaşır. Gecələr qəribə İran alicənablığı oyanır ki, bu alicənablıq Bakıdakı, Dağıstandakı
və Gürcüstandakı aləmdən çox fərqlənir və mən bu həyat tərzinə heyran olmuşam.
Əmimin karetaları saat səkkizdə evimizin qabağında dayandı. Onların biri atam üçün
biri də mənim üçün idi. Üsul qaydaları belə tələb edirdi. Hər karetanın qabağında
əllərində fənər tutmuş üç nəfər piş-xidmət dururdu. Fənərlərin işığı onların üzünə
düşürdü. Bu xəbərdarçılar hələ uşaq ikən onların bellərində cərrahiyyə əməliyyatı aparıb
dalağını kəsib çıxardırlar. Belələrinin ömrü boyu yeganə vəzifəsi, karetaların qabaqlarınca
qaçıb, ciddi bir səslə “Xəbərdar!” deyə çığırmaq olurdu.
Küçələrdə adam görünmürdü. Ancaq buna baxmayaraq xidmətçilər eyni ahənglə
“Xəbərdar!” deyə cığırırdılar. Biz dar küçələrdən, sonu görünməyən boz rəngli divarların
qabaqlarından keçirdik. Bu divarların arxasında isə kazarmalar, saraylar, yaxud idarələr
yerləşirdi. Küçə tərəfə baxan kərpicdən tikilmiş boz rəngli divarlar İran
məhrəmiyyətlərini gizlədirdi.
Bazarın yuvarlaq günbəzləri ay işığında sanki gözəgörünməz bir əl tərəfindən toplanmış
saysız-hesabsız balonları xatırladırdı. Biz, qalın bir hasarda bürüncdən səliqə ilə
düzəldilmiş darvaza qarşısında dayandıq. Darvaza açıldı və biz bağçaya girdik.
Mən bu evə tək gəldiyim zamanlar, darvazanın qabağında köhnə paltar geymiş bir qoca
dayanardı. Bu gün isə sarayın qabağı çiçəklərdən düzəldilmiş hörüklər və iri fənərlərlə
bəzədilmişdi. Karetalarımız saraya çatıb durduqda bir sırada dayanmış səkkiz adam bizə
baş əydi. Bu böyük həyət balaca hasarla iki yerə bölünmüşdü. İçəri tərəfdə hərəmxana
111
yerləşirdi. Orada fəvvarələr fışqırır, bülbüllər oxuyurdu. Kişilərə aid olan həyətdə isə qızıl
balıqlar üzən dörd bucaq bir hovuz var idi.
Biz karetadan düşdük. Bizi qarşılamaq üçün əmim qapıya yaxınlaşdı. Onun balaca əli
üzünü örtmüşdü. O, təzim etdi və bizi evə apardı. Sütunları qızıl suyu ilə işlənmiş və
divar taxtaları oymalı naxışlarla bəzədilmiş böyük salon adamla dolu idi. Adamların
başlarında müxtəlif baş geyimləri var idi: buxara papaqları, əmmamələr. Libaslar da incə
qara qumaş parçadan idi. Tam ortada iri əyri burunlu, saçları ağarmış və qaşları quş
qanadlarını andıran yaşlı bir kişi oturmuşdu. Bu, əlahəzrət şahzadə idi. Biz içəri girəndə
hamı ayağa qalxdı. Əvvəlcə şahzadəni, sonra da o birilərini salamladıqdan sonra yumşaq
döşəkcələrin üstündə əyləşdik. Bir-iki dəqiqə dinməz oturduq. Sonra hamımız birdən
yerlərimizdən qalxıb, yenidən bir-birimizə baş əyərək bir-birimizi salamladıq. Nəhayət,
birdəfəlik yerlərimizdə oturduq və sükuta qərq olduq. Xidmətçilər mavi finjanlarda ətirli
çay gətirdilər. Meyvə ilə dolu səbətlər əldən-ələ gəzirdi. Nəhayət sakitliyi əlahəzrət
şahzadə pozdu. O, dedi:
– Mən çox diyarlarda səyahət etmişəm və bir çox gözəl ölkələr görmüşəm. Amma
İrandakı qədər ləzzətli xiyar və şaftalını heç bir yerdə yeməmişəm.
O, bir xiyar götürüb soydu, üstünə duz səpdi və yavaş-yavaş yeməyə başladı. Onun
gözləri kədərli idi.
Bu dəfə əmim sözə başladı:
– Əlahəzrətimiz haqlıdır. Mən də Avropada olmuşam və kafirlərin meyvələrinin çox
balaca olduğuna təəccüb qalmışdım.
Avropa ölkələrinin birində İran padşahlığını təmsil edən kübar bir zat dillənib dedi:
– Mən həmişə İrana qayıdan zaman bilin ki, nə qədər məmnun oluram. Dünyada elə şey
yoxdur ki, biz İranlılar ona qibtə edək. Dünyadakı insanları İranlılar və Barbarlar deyə iki
yerə ayırsaq zərrə qədər xəta etmərik.
Şahzadə əlavə etdi:
– Bilirsiniz, İranlılarla bərabər bəlkə bir neçə hindlini də buraya əlavə etmək olar. Bir
neçə il bundan qabaq mən Hindistanda olduğum zaman, orada da bizim səviyyəmizə
çatmış bir neçə adamlar gördüm. Tanıdığım bir alicənab hindli çox keçmədən yenə Barbar
olduğunu bildirdi. O, məni evinə yeməyə dəvət etdi. Onunla bir süfrədə oturmuşdum.
Təsəvvür edin ki, o kahının yarpağını yeyirdi.
Qonaqları dəhşət bürüdü. Yanaqları solmuş, başında iri əmmaməsi olan bir molla
yorğun səslə dedi:
– İranlılarla qeyri-iranlılar arasındakı fərq budur.
Dünyada gözəlliyi həqiqətən təqdir edən yeganə insanlar bizlərik.
Əmim onunla razılaşdı:
– Düz deyirsiniz. Məsələn, mən harada oluramsa olum səs-küylü fabrikdən daha çox
gözəl bir qəzələ üstünlük verirəm. Ən gözəl şer tərzi olan rübailəri ilk dəfə bizim şer
ədəbiyyatımıza gətirən Əbu Seyidin kafirliyini bağışlayıram.
Əmim boğazını arıtladı və oxumağa başladı.
“Ta medresse ve minare viran neşhud
İn kar kalendari bisaman neşhud
Ta iman kafr ve kaft iman neşhud
112
Yek bende hakikatan musulman neşhud”.*
- -----------------------
* Fərscadan hərfi tərcümə:
Nə vaxta qədər ki, mədrəsə və minarə viran olmayıb
Bu qələndərlik işi qanun-qaydaya düşməz.
Necə ki, küfr iman, iman isə küfr olmayıb
Heç bir bəndə həqiqətən müsəlman deyil.
----------------------------------------------------
– Dəhşətdir, dəhşət. Sən bu ahəngə bir bax! – deyə molla şerin son misrasını təkrar etdi:
“Yek bende hakikatan musulman neşhud”.
Molla ayağa durdu və zərif lüləsi olan gümüş aftafanı götürüb, səndələyərək otaqdan
çıxdı. Bir azdan sonra o, geri qayıdıb aftafanı yerə qoydu.
Bu arada atam sözə başladı:
– Əlahəzrət, bu düzdürmü ki, bizim baş nazirimiz Vosuq-əd-Devlen İngiltərə ilə yeni bir
müqavilə bağlamaq istəyir?
Şahzadə gülümsədi:
– Bunu siz Əsəd-əs-Səltənədən soruşmalısınız. Bu məsələ artıq dövlət sirri deyil.
Əmim onun sözünü təsdiq etdi:
– Bəli, bu çox yaxşı bir müqavilədir. Çünki bu gündən sonra Barbarlar artıq bizim
küləmiz olacaqlar.
– Nə üçün?
– Bilirsiniz, ingilislər çalışmağı, biz isə gözəllik içində yaşamağı sevirik. Onlar döyüşü,
biz isə əmin-amanlığı sevirik. Elə ona görə də biz onlarla sazişə gəldik. Bundan sonra
sərhədlərimizin təhlükəsizliyinin qeydinə qalmağa lüzum qalmayacaqdır. İngiltərə İranın
müdafiəsini boynuna götürür. Onlar yollarımızı tikəcəklər, binalar inşa edəcəklər və
üstəlik bizə hələ pul da verəcəklər. Çünki İngiltərə, dünyaya hər millətdən çox
mədəniyyət gətirənin biz olduğumuzu çox yaxşı bilir.
Əmimin yanında dayanan yaxın qohumum Bəhrəm xan Şirvanşir başını qaldırıb dedi:
– Siz inanırsınız ki, İngiltərə bizi mədəniyyətimizə görə müdafiə edir? Bəlkə bu işlər
neftimizdən ötrüdür?
Əmim laqeyd şəkildə cavab verdi:
– Mədəniyyət də, neft də dünyaya nur saçmaq üçündür, hər ikisinin qorunmağa
ehtiyacları vardır. Lakin bizdən yaxşı əsgər çıxmaz.
Bu dəfə sual vermək növbəsi mənə çatdı:
– Niyə çıxmaz? Məsələn, mən xalqımız uğrunda vuruşmuşam və gələcəkdə də onun
uğrunda vuruşa hazıram.
Əsəd-əs-Səltənə narazı halda mənə baxdı. O çay fincanını yerə qoyub lovğalana-
lovğalana dedi:
– Mən heç bilmirdim ki, Şirvanşirlər arasında da vuruşa hazır olan əsgərlər vardır.
– Yox, əlahəzrət, Əli xan həqiqətən əsgər deyil, o zabitdir.
Şahzadə:
– Onların arasında fərq yoxdur – deyib istehza ilə təkrar etdi: “Sən bir zabitə bax!”
113
Mən danışmayıb susdum. Tamamilə yaddan çıxarmışdım ki, hər hansı bir iranlının
nəzərində əsgər olmaq ləyaqətli iş deyil.
Orada olanların arasında təkcə yaxın qohumum Bəhram xan Şirvanşir, deyəsən başqa
fikirdə idi. O hələ gənc idi. Şahzadənin yanında oturan yüksək rütbə sahibi olan Muşir-
əd-Devle idi. O Bəhram xana nəsihət edərək deyirdi ki, Allahın qoruduğu İranın bu
dünyada parlamaq üçün artıq qılınca ehtiyacı yoxdur. Onun oğulları keçmişdə öz
cəsarətlərini sübut etmişdilər.
O nəsihətinə yekun vurub dedi:
– Şahinşahın xəzinəsində saf qızıldan yer kürəsinin modeli var. Orada bütün ölkələr
müxtəlif cəvahiratlarla örtülmüşdür. Yalnız İran ərazisi ən təmiz və ən parlaq brilyantlarla
örtülüb. Bu simvoldan başqa daha bir çox şeylər ifadə edir. Bu həqiqətdir.
Mən ölkədə kök salmış əcnəbi əsgərlərini və Ənzəlidəki cır-cındır geymiş, ayaqyalın
polisləri, yadıma saldım. Bu idi Asiya. Avropalı olmaq qorxusundan silahlarını
Avropanın ayaqları altına atan Asiya!
Şahzadə əsgərlik peşəsinə nifrət edirdi. Halbuki o özü vaxtı ilə əcdadlarımın iştirakı ilə
Tiflisi fəth edənlərin arasında olmuşdu. O zamanlar İran başını uca tutub silahlardan
istifadə etməyi bacarırdı. Lakin indi zəmanə dəyişib. Şahzadə şeri pulemyotdan üstün
tutur. Bəlkə də ona görə ki, onun şerdən başı daha yaxşı çıxırdı. Artıq Şahzadə də, əmim
də yaşlaşmışdılar. İran can verirdi, amma çox zərif bir şəkildə can verirdi. Birdən birə
Ömər Xəyyamın bir rübaisi yadıma düşdü:
Şahmat taxtasıdır gecəylə gündüz
Orda oyun oynar insanla fələk
Onu qaldıraraq deyər “şah” və “mat”
Sonra öz yerinə qoyar salamat.*
- -------------------------------------------------
* Şer hərfi tərcümə olunmuşdur.
----------------------------------------------------
Dərin düşüncələrə daldığımdan, rübaini yüksək səslə oxumuş olduğumu bilməmişəm.
Şahzadənin qaşqabağı açıldı.
– Deməli, sən təsadüfən əsgər olmusan. Bəs bunu mənə niyə demirsən? Görürəm
oxumuş adamsan. Taleyini özün seçəsi olsaydın, doğrudanmı, əsgər olmağı istərdin? Mən
Şahzadəyə doğru əyildim. Deyirsiniz o təqdirdə nəyi seçərdim? Mən sadəcə dörd şeyi
seçərdim: yaqut dodaqları, musiqini, müdrik kəlamları və qırmızı şərabı.
Daqiqinin məşhur rübaisi mənə bütün qonaqların ehtiramını qazandırdı. Hətta yanaqları
batıq molla belə zərif bir tərzdə gülümsədi.
Yemək salonunun qapıları açılıb, biz içəri girdiyimiz zaman gecə yarısı idi. Xalıların
üstünə böyük bir süfrə sərilmişdi. Süfrənin tam ortasında böyük bir məcməyidə plov
qoyulmuşdu. Süfrənin üstünə iri ağ lavaşlar düzülmüşdü. Saysız-hesabsız balaca və
böyük boşqablar süfrənin üstünü doldurmuşdu. Salonun künclərində heykəl kimi
hərəkətsiz halda duran xidmətçilərin əllərindəki fənərlərdən ətrafa işıq saçılırdı. Biz
süfrənin ətrafında əyləşdik və süfrədəki müxtəlif yeməkləri növbə ilə boşqabımıza qoyub
114
yeməyə başladıq. Oradakı ənənələrə görə yeməyimizi tez-tez yeyirdik, çünki iranlının
həyatda yeganə tələsik etdiyi şey, onun yeyin yeməsidir. Molla qısa bir dua oxudu.
Qohumum Bəhram xan yanımda oturmuşdu. O, çox az yeyirdi və təəccüblə mənə tərəf
baxırdı:
– İran sənin xoşuna gəlirmi?
– Bəli, həm də çox.
– Burada nə qədər qalacaqsan?
– Türklər Bakını tutana qədər.
– Mən sənə qibtə edirəm, Əli xan.
Onun səsi heyranlıq ifadəsiylə dolu idi. O, lavaş parçası götürüb bükdü və içini isti
plovla doldurdu.
– Sən pulemyotun arxasında oturdun və düşmənlərinin gözlərindəki yaşı gördün. İranın
qılıncı isə paslanıb. Biz min il bundan qabaq Firdovsinin yazdığı şerlərdən vəcdə gəlirik.
Daqiqinin bir rübaisiylə Rudakinin bir rübaisini dərhal bir-birindən seçə bilirik.
Lakin avtomobil yolunu necə tikməyi və yaxud alaya komandanlıq etməyi bilmirik.
“Avtomobil yolları” sözünü eşidəndə Mərdəkan yolunda Naçararyanı qovduğum gecəni
və ay işığı altındakı bostanları yadıma saldım. Nə yaxşı ki, Asiyada avtomobil yollarını
salmağı heç kim bacarmırdı. Yoxsa, Qarabağ atı Avropa avtomobilini heç vaxt ötə
bilməzdi.
– Avtomobil yolları nəyinizə lazımdır, Bəhram xan?
– Əsgərləri daşımaq üçün yük avtomaşınlarından istifadə edəcəyik. Bizim dövlət
adamlarımız əsgərlərə ehtiyacı olmadığını iddia edirlər. Həqiqətdə isə bizim əsgərlərə
ehtiyacımız var. Bizim pulemyotlara, məktəblərə, xəstəxanalara, nizama salınmış vergi
sisteminə, yeni qanunlara və sənin kimi insanlara ehtiyacımız var. Bizə ən az lazım olan
şey İranın nalələrini əks etdirən köhnə şerlərdir. Lakin başqa mahnı və şerlər də
mövcuddur. Gilanlı şair Əşrəfin şerindən xəbərin varmı?
Bəhram xan əyilib xəfif bir səslə şerin bir beytini, mənə oxudu: “Kədər və ələm vətənin
başının üstünü almışdır. Qalxın ayağa və İranın tabutunun dalınca gedin. Bu yolda İran
gəncliyi həlak olmuşdur. Ay, tarlalar, təpələr və dərələr onların qanına boyanmışdır”.
Şahzadə bu şeri eşitsəydi, onu “iyrənc misralar” adlandırardı və deyərdi ki, onun şer
zövqü təhqir edilmişdir. Bəhram xan inadkarlıqla: “Başqa bir gözəl şerdə var” dedi. O şeri
Mirzə Ağa xan adında bir şair yazmışdı. İndi qulaq as: “Qoy Allah İranı kafir
düşmənlərdən qorusun: İran gəlinlərinin təbii gözəlliyi heç bir zaman ingilis lordlarının
məclislərinə qismət olmasın”.
– Pis deyil – deyərək güldüm. Çünki İran gəncliyi, köhnə nəsildən pis şerlər yazmaq ilə
fərqlənirdi.
– Amma, Bəhram xan, bir de görüm, sən nəyə nail olmaq istəyirsən?
Bəhram xan, solmuş qırmızı xalçanın üstündə gərgin vəziyyətdə oturub sözə başladı:
– Sipəh meydanında heç olmusan? Orada lülələri paslanmış yüz dənə top qoyulub və
onların da lülələri dörd yana yönəlib: qərbə, şərqə, şimala və cənuba. Heç bilirsənmi ki,
qoca İranda yeganə silahlar paslı toplardan ibarətdir. Bu ölkədə bir dənə də olsun hərb
gəmisi və rus kazakları, qırmızı uniformalı ingilis əsgərləri və sarayın keşiyini çəkən
alayına mənsub dörd yüz nəfər bahadurdan başqa bir nəfər də olsun İran əsgəri yoxdur.
Sən əminə, Şahzadəyə və şahənə rütbələrə malik olan digərlərinə bir bax? Onların gözləri
115
sulanmış, gücsüz əlləri titrəyirdi. Onlar da Sipəh meydanındakı toplar kimi köhnəlib,
paslanmışlar. Artıq bir o qədər ömürləri də qalmayıb. Ona görə də vaxtdır, onlar geri
çəkilmədilər. Vətənimiz uzun illərdir ki, bu şahzadələrin və şairlərin yorğun və taqətdən
düşmüş əllərində qalıb.
Bəsdir! İran qoca bir dilənçinin açılmış ovcuna bənzəyir. Mən istəyirəm ki, bu qoca ovuc
bu elin möhkəm bir gənc yumruğuna çevrilsin.
– Burada qal, Əli xan. Sənin haqqında xeyli şeylər eşitmişəm: sənin pulemyot dalında
oturub Bakının köhnə qala divarlarını qoruduğunu, gecə vaxtı Ay işığında öz düşməninin
hülqumunu dişlərinlə üzdüyünü eşitmişəm. Burada isə köhnə qaladan başqa daha çox
şeyi müdafiə etmək lazımdır. Bunun üçün sənin sərəncamında pulemyotdan daha güclü
silah olacaqdır. Bu, səhərdən axşama qədər hərəmxanada oturmaqdan və yaxud Tehran
bazarının gözəlliklərinə tamaşa etməkdən daha yaxşı deyil mi?
Cavab vermədim, dərin düşüncələr içində idim. Tehran! Dünyanın ən qədim şəhəri.
Babil sakinləri ona Roqa-Rey adı vermişdilər. Roqa-Rey kralların şəhəri idi. Toz olmuş
əfsanələr, qədim sarayların rəngi solmuş qızılları, Almas sarayının burma sütunları,
qədim xalçaların solğun naxışları və müdrik rubailərin ehmallı ritmləri... İranın keçmişi,
indisi və gələcəyi mənim gözlərimin qabağında dururdu.
– Bəhram xan – dedim – Əgər öz məqsədinə çatsan, asfalt yollar salsan, ən pis oxuyan
şagirdləri müasir məktəblərə göndərsən, bəs onda Asiyanın ruhu harada olacaq?
Bəhram güldü:
– Asiyanın ruhunu deyirsən. Top meydanının qurtaracağında biz iri bir bina inşa
etdirəcəyik. Asiyanın ruhu olan məscid bayraqlarını, şairlərin əl yazmalarını, miniatür
rəsmləri və şəhvət yolunda əxlaqı pozulmuş oğlan uşaqlarını o binaya yığacağıq. Çünki
bunların hamısı Asiyanın ruhuna aiddir. Binanın ön tərəfində də gözəl Kufi xətti ilə
“Muzey” sözü yazılacaq. Əsəd-əs-səltənə əmini də muzeyin idarə edəni və əlahəzrət
şahzadə də muzey müdiri ola bilərlər.
Bu binanı inşa etməkdə bizə yardım etmək istəyərsənmi?
Mən fikirləşərəm, Bəhram xan.
Yemək sona yetdi. İndi qonaqlar dağınıq qrup halında oturub söhbət edirdilər. Ayağa
durub açıq eyvana çıxdım. Hava sərin və təmiz idi. Bağçadan İran güllərinin nəfis
qoxuları gəlirdi. Yerə oturdum və təsbehimi çevirə-çevirə gözlərimi gecənin dərinliklərinə
zillədim. Bazarın kərpicdən hörülmüş qübbələrinin o tayında Şimran sarayı yerləşirdi.
Orada yastıq və xalçaların içində mənim Ninom yatırdı. Bəlkə də azacıq açıq dodaqları və
göz yaşlarından nəm olmuş göz qapaqları şişmişdi. Məni dərin bir kədər bürüdü.
Ninonun gözlərini bir daha gülər görmək üçün bazarın bütün ləl-cəvahiratı çatmazdı.
İran! Mən burada, hərəm xidmətçiləri və şahzadələr, dərviş və təlxəklər içərisində
qalmalıyammı? Qalıb asfalt yollar salmalı, ordu qurmalı, Avropanın bir azacıq da olsa
Asiyanın içərisinə dartıb gətirməliyəm mi?
Mən birdən-birə hiss etdim ki, dünyada heç bir şey mənə Ninonun gülər gözləri qədər
qiymətli və əziz deyildir. Bu gözlər axırıncı dəfə nə vaxt gülüb? Nə vaxtsa Bakıda, qala
divarlarının yanında. Məni birdən dəhşətli bir vətən həsrəti bürüdü. Toz basmış qala
divarlarını və Nargin adasının arxasında batan günəş gəlib gözlərimin önündə durdu.
Qurd qapısının altında başlarını aya tərəf qaldırıb ulayan çaqqalları gördüm. Bakı
yaxınlığındakı düzləri səhradan gələn qum örtmüşdü. Sahil boyunca neftə hopmuş
116
torpaqlar uzanırdı. Qız qalasının yanında alverçilər sövdələşirdilər. Nikolay küçəsindəki
yol müqəddəs Tamara litseyinə aparırdı. Litseyin həyətindəki ağacların birinin altında
Nino dayanmışdı. Onun əlində dərs kitabı, dolu və iri gözləri heyrətlə mənə baxırdı. İran
güllərinin ətri qəflətən yoxa çıxdı.
Ətrafımı Bakının tərtəmiz çöl havası və xəfif bir dəniz, qum və neft qoxusu bürüdü. Uşaq
anasını çağıran kimi mən də vətənimi səsləyirdim. Amma sonra artıq o vətənin mövcud
olmadığını xatırladım. Tanrının məni dünyaya gətirdiyi bu şəhəri heç zaman tərk etməli
deyildim. Bir it öz komasına bağlı olduğu kimi mən də köhnə şəhər qala divarlarına
bağlıyam.
Başımı göyə çevirib səmayə baxdım:
İranın ulduzları şahın tacındakı ləl-cavahirat kimi iri və uzaq idi. Mən bu şəhərdə
qəribçilik hissini indiki qədər heç bir zaman duymamışdım. Mən qala divarlarının
kölgəsində Ninonun gözlərinin mənə gülümsədiyi Bakıya mənsubam.
Bəhram xan əlini çiynimə qoydu:
– Əli xan, deyəsən xəyala dalmısan? De görüm, mənim dediyim sözləri götür-qoy
etdinmi? Yeni İranın binasını qurmağa yardım, etmək istəyirsənmi?
– Əmi oğlum Bəhram xan, mən sənə qibtə edirəm. Ana Vətənin nə demək olduğunu
yalnız başqa bir ölkəyə sığınmış adam dərk edə bilir. Mən İran ölkəsini yenidən qura
bilmərəm. Mənim xəncərim Bakının qala divarlarının daşında itilənmişdir.
O, kədərlə mənə baxdı və dedi: “Məcnun”. Ərəbcə olan bu söz həm aşiq və həm də
sərsəm deməkdir.
Bəhram xanın damarlarında axan qan eynilə mənim qanımdan olduğu üçün sirrimi başa
düşmüşdü. Ayağa qalxdım. Böyük salonda dəvət olunmuş möhtərəm qonaqlar yola
düşən Şahzadəyə baş əyirdilər. Şahzadənin uzun barmaqlarını və xınalı dırnaqlarını
gördüm.
Yox, yox! Mən buraya Firdovsinin şerlərini, Hafizin eşqnamələrini və Sədinin müdrik
kəlamlarını söyləmək üçün gəlməmişəm.
Salona girdim və şahzadənin qabağında əyilib əlini öpdüm. Onun gözləri kədərli və fikri
dağınıq idi, çünki qarşıda duran təhlükədən xəbərdar idi. Salondan çıxdım, avtomaşına
minib Şimrana yollandım. Yolda paslanmış topların durduğu meydan, Şahzadənin
yorğun baxışları və Ninonun itaətkarlığı heç cürə yadımdan çıxmayırdı.
XXV
Xəritə üzərindəki parlaq və qarmaqarışıq rənglər bir-birinə qarışmışdı. Şəhərlərin,
dağların və çayların adlarını oxumaq mümkün deyildi. Xəritə divanın üstünə sərilmişdi.
Mən də əlimdə balaca rəngbərəng bayraqlar tutmuşdum. Əlimdə bir qəzet də var idi.
Orada da şəhərlərin, dağların və çayların adları xəritədəki kimi səhv yazılmışdı. Onların
hər ikisini diqqətlə izləyib, qəzetdəki səhvləri xəritədəki qarışıq adlarla uyğunlaşdırmağa
çalışırdım. “Yelizavetpol/Gəncə” sözü yazılan yerin yanındakı bir dairənin içinə kiçik bir
yaşıl rəngli bayraq qoydum. Lakin adın son beş hərfi Zonquldağ dağlarının üzərinə
basılmışdı. Qəzetin yazdığına görə, Xoy şəhərindən olan vəkil Fətəli xan Gəncədə azad
Azərbaycan Cümhuriyyətini elan etmişdir. Xəritədə Gəncənin şərqindəki sancdığım
117
balaca yaşıl bayraqlar Ənvər paşanın göndərdiyi ordunun mövqelərini göstərirdi. Sağdan
Nuri paşanın alayları Ağdaş şəhərinə yaxınlaşırdılar. Solda Mürsəl paşa İlisu vadilərini
işğal etmişdi. Orada isə Yeni Azərbaycan Cümhuriyyəti könüllülərinin taburldarı
vuruşurdular. İndi xəritə tamamilə anlaşılır və oxuna bilən bir hala düşmüşdü. Rus
işğalındakı Bakının ətrafına çəkilən Türk Çəmbəri yavaş-yavaş qapanırdı. Balaca yaşıl
bayraqları bir azacıq da tərpətsən, düşməni göstərən qırmızı bayraq Bakını ifadə edən
qatmaqarışıq nöqtədən sıxışdırılıb çıxarılardı.
Hərəm xidmətçisi Yəhya Qulu arxamda səssizcə durub, mənim xəritə üzərində
oynadığım qəribə oyunumu çox maraqla izləyirdi. Balaca bayraqların rəngarəng böyük
kağız üzərində hərəkət etməsi deyəsən ona, qüdrətli bir sehrbazın ağlasığmaz ovsunları
kimi gəlirdi. Bəlkə də, o belə fikirdə idi ki, vətənimi kafirlərdən xilas etmək üçün Bakını
təmsil edən qırmızı ləkənin üzərinə yaşıl bayraqları sancmaqla səmavi gücləri yardıma
çağırmanın yetərli olacağına inanırdı.
Yəhya Qulu mənim bu sirli oyunuma mane olmaq istəmirdi, yalnız vəzifəsini yerinə
yetirərək ciddi bir tonla mənə məlumat verməyə başladı:
Ay xan, gör başıma nə oyun gəlib. Nino xanımın dırnaqlarını xına ilə boyamaq üçün ona
ən bahalı xına almışdım. Onun dırnaqlarını xına ilə boyamaq istədiyim zaman, Nino xına
çanağını devirdi. Səhər tezdən onu pəncərənin qabağına apardım, başını yavaşca
əllərimin arasına alıb, istədim ki, ağzını açsın. Ay xan, axı onun ağzında çürük dişi olub
olmadığını və nəfəsindən iyi gəlib gəlmədiyini yoxlamaq mənim vəzifə borcumdur. Lakin
buna əks olaraq xanımınız başını kobudca geriyə çəkərək, sağ əlini qaldırıb var
qüvvəsiylə mənə bir sillə vurdu. Sillə o qədər də ağrıtmadı, amma qürurum çox qırıldı.
Nökərinizi bağışlayın, xan. Amma mən onun bədənindəki tükləri qırxmağa cəsarət
etmirəm. O, həqiqətən qəribə bir xanımdır. O, qolbağı taxmır, qarnında daşıdığı uşağı
qorumaq üçün də heç bir tədbir görmür. Doğulacaq uşaq əgər qız olarsa, məni yox, ey
xan, Nino xanımı məzəmmətləyərsən. Hər halda, onun içində, pis bir ruh var ki, ona
toxunan kimi başlayır titrəməyə. Əbdül Qasım məscidin yaxınlığında bir qoca qarı
tanıyıram. Pis ruhları qovmaqda onun bərabəri yoxdur. Mənə elə gəlir ki, o qarını buraya
çağırsaq yaxşı olar. Bir fikirləşin, xanımın dərisi pozulsun deyə, o səhərlər üzünü buz
kimi soyuq su ilə yuyur. O, dişlərini hamı kimi sağ əlinin şəhadət barmağı ilə yumaq
əvəzinə, dişlərini kobud bir fırça ilə elə yuyur ki, dişlərinin ətləri qanayır. Onu belə
davranmağa ancaq bədənə girmiş murdar ruhlar məcbur edə bilər.
Mən onun dediyi sözlərə heç qulaq asmırdım. Demək olar ki, o hər gün evimə gəlib biri-
birinə oxşayan məlumatları mənə çatdırırdı. Onun gözləri qayğı hissi ilə dolu idi. O
namuslu bir adam kimi sadəcə vəzifəsini yerinə yetirmək istəyirdi. Çünki o, gələcək
uşağım üçün məsuliyyət daşıdığını hiss edirdi.
Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları Yəhya
Qulunun üstünə tullayır, evin ətrafındakı bağça divarının üstünə çıxıb orada çadrasız
gəzir və otağın divarlarına gürcü qohumlarının fotaşəkillərini vururdu. Yəhya Qulu
bütün bunları mənə qəmgin halda və böyük təlaşla xəbər verirdi. Nino isə axşamlar
divanda oturub ertəsi gün üçün savaş planını hazırlayırdı.
O, fikirli halda çənəsini ovxalaya-ovxalaya “nə deyirsən, Əli xan, sabah nə edim?” deyə
soruşdu. Gecə onun üzünə azacıq su mu fışqırdım, yoxsa sabah səhər onun üstünə pişik
mi atım? Yox, mən nə atacağımı hələ ki, bilmirəm. Mən hər gün fəvvarənin yanında
118
gimnastika ilə məşğul olacağam, sonra onu da gimnastika etməyə məcbur edəcəyəm,
çünki o çox kökəlməyə başlayıb.
Nino qorxunc intiqam planları hazırlayırdı. O, yuxuya gedənə qədər onların üzərində
işləyirdi. Ertəsi gün hərəm xidmətçisi dəhşət içində gəlib mənə dedi:
“Əli xan, Nino xanım fəvvarənin yanında durub, qolları və ayaqları ilə çox qəribə
hərəkətlər edir. Qorxuram, ağa. O, bədənini gah qabağa, gah da arxaya elə əyir ki, elə bil
bədəni sümüksüzdür. O, istəyir ki, mən də onun etdiyi hərəkətləri təkrar edim. Amma
xan, mən mömin müsəlmanam və yalnız Allahın qarşısında əyilib alnımı yerə qoyuram.
Xanımın sümükləri və ruhunun gələcəyi üçün çox qorxuram.
Hərəm xidmətçisini qovmaq heç bir şeyi həll etməyəcəkdi. Çünki onun yerinə başqası
gələcəkdi. Hərəm xidmətçisi olmayan ev, ev sayılmırdı. Evin təsərrüfat işini kimsə apara
bilməzdi, ev işini görən qadınlara və pulun hesabatına nəzarət kimsə edə bilməzdi.
Bunları yalnız hərəm xidmətçiləri edərdilər. Onlar arzu deyilən şeyləri duymadıqları
üçün, onların rüşvətlə satın almaq da mümkün deyildi.
Buna görə də mən susurdum və bütün diqqətimi Bakının ətrafını bürüyən bir sıra kiçik
yaşıl bayraqlara vermişdim...
Hərəm xidmətçisi yavaşca öskürüb dedi:
– Əbdül-Qasım məscidinin yaxınlığında oturan qadının evə çağırtdırım, gəlsin mi?
– Nə üçün, Yəhya Qulu?
– Nino xanımın bədəninə girmiş murdar ruhları çıxartmaq üçün.
Mən dərin bir ah çəkdim. Çünki Əbdül-Qasım məscidinin yanında oturan müdrik qadın
Ninonun bədəninə girmiş Avropa ruhlarını çıxarda biləcək iqtidarda olacağını
sanmırdım.
– Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mən özüm də pis ruhları bədəndən çıxarda bilirəm.
Vaxtı gələndə mən hər şeyi qaydaya salacağam. Amma indi bütün gücümü bu balaca
yaşıl bayraqların üzərinə toplamağım lazım gəlir.
Xidmətçinin gözlərində qorxu və maraq hissi oyandı:
– Yaşıl bayraqlar qırmızıları sıxışdırdığı zaman sənin vətənin azad olacaq? Elədirmi Əli
xan?
– Bəli elədir, Yəhya Qulu.
– Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancmırsan?
– Bu mümkün deyil, Yəhya Qulu, çünki buna mənim gücüm çatmır.
O dərin bir qayğıkeşliklə mənə baxdı:
– Allaha dua etməlisən ki, sənə güc versin. Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm
ayında nə diləyiniz varsa onu Allahdan istəyin, o, mütləq sənə gərəkli gücü verər.
Mən xəritəni bükdüm. Yorğun və çaşqın idim. Xidmətçinin boşboğazlığına uzun zaman
dözmək mümkün deyildi.
Nino evdə deyildi. Onun valideynləri Tehrana gəlmişdilər. Nino indi tanınmış knyaz
ailəsinin kirayə etdiyi evdə saatlarla qalırdı. Orada o, başqa avropalılarla görüşürdü.
Bunu da məndən gizləməyə çalışırdı. Amma bundan mənim xəbərim var idi. Mən sadəcə
susurdum, çünki ona acıyırdım. Xidmətçim farağat durub mənim əmrimi gözləyirdi. Bir
neçə günlüyə Tehrana gəlmiş dostum Seyid Mustafa yadıma düşdü. Onu nadir hallarda
görürdüm, çünki o, bütün günlərini məscidlərdə, müqəddəslərin məzarları üstündə və
cır-cındır içində olan dərvişlərlə maraqlı söhbətlər etməklə keçirirdi.
119
Nəhayət diləndim.
– Yəhya Qulu, Seyid Mustafanın yanına gedərsən. O, Sipəhlisar məscidində qalır. Ondan
xahiş et ki, iltifat edib buraya təşrif gətirsin.
Xidmətçi getdi. Mən evdə yalqız qaldım. Həqiqətən də yaşıl bayraqları Bakıya sancmaq
üçün mənim gücüm çatmırdı. Haradasa, vətənimin çöllərində türk batalyonları və onlarla
birlikdə də Azərbaycanın yeni bayrağı altında könüllülərdən ibarət yaranmış hərbi
hissələr düşmənlə vuruşurdular. Mənim bu yeni bayraqdan, könüllü qoşunların sayından
və onların harada vuruşduqlarından xəbərim var idi. İlyas bəy də könüllülərin cərgəsində
vuruşurdu. Mən də bu döyüşdə onunla birlikdə iştirak edib sabahın erkən çağında vuruş
meydanlarına atılmağa can atırdım. Lakin cəbhəyə gedən yol bağlı idi. Rus və ingilis hərbi
hissələri sərhədləri tutmuşdular. İranı müharibə meydanı ilə bağlayan Araz çayı
üzərindəki geniş körpüyə isə tikanlı məftillər çəkilmişdi. Körpü pulemyot və əsgərlərin
mühasirəsində idi.
İran isə qabığına sığınmış İlbiz kimi öz durğunluğu içinə çəkilmişdi. Döyüş gedən,
mikroblu əraziyə nə bir adamın, nə bir siçanın və nə də bir quşun keçməsinə izin
verilməyirdi. Bunun əksinə olaraq Bakıdan İrana çoxlu qaçqın gəlirdi. Çərənçi Arslan ağa
da onların arasında idi. O, çayxanalarda olur türklərin qələbəsini Böyük İsgəndərin
müzəffər yürüşləri ilə müqayisə edərək məqalələr yazırdı. Onun yazdığı məqalələrdən
birini qadağan etmişdilər: çünki senzura İsgəndəri tərifləyə-tərifləyə göylərə çıxararkən,
onun bir zamanlar İsgəndər tərəfindən fəth edilmiş İrana qarşı gizli, çirkin hərəkət kimi
başa düşmüşdü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir
şəxs kimi qələmə verirdi. O, bir gün məni görməyə gəldi və mənim Bakını müdafiə
edərkən göstərdiyim qəhrəmanlıqların ən kiçik təfərrüatınadək təsvir edirdi. Onun
fikrincə guya düşmən regionları yalnız mənim gülləmdən ölmək üçün, arxasında
oturduğum pulemyotun qabağında yürüşlə keçiblərmiş.
Onun özü isə döyüş zamanı bir mətbəənin zirzəmisində gizlənib, xalqı həyəcana gətirən
atəşli müraciətnamələr hazırlayırmış. O, müraciətnamələr heç bir yerdə oxunmamışdı. O,
bunları mənə oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissləri
ona danışım.
Ona şirniyyat yedirdib, qapıya qədər ötürdüm. O, mətbəə boyasının iyi gələn, qatı
açılmamış bir dəftəri otağımda qoyub getdi ki, əlbəyaxa döyüşündə bir qəhrəmanın
keçirtdiyi hissləri oraya yazım. Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli
baxışlarını yada salıb, qarmaqarışıq həyatımı düşünərək qələmi ələ aldım. Amma bir
qəhrəmanın əlbəyaxa döyüşdə nələr duyduğunu yazmaq niyyətində deyildim. Əksinə,
bizi – Nino ilə məni Şəmiran sarayının ətir saçan bağçasına gətirib çıxardan və onun
gözlərindən sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım.
Bağçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Hələ məktəb illərində
yazmağa başladığım xatirələrimin dağınıq qeydlərini səliqəyə salırdım. Bütün keçmişim
gözlərimin qabağında canlandı. Seyid Mustafa otağıma girib, çopur sifətini çiynimə
toxundurana kimi keçmişin xəyalına dalmışdım.
– Seyid, – dedim – mənim həyatım qarmaqarışıq hala düşüb. Cəbhə yolu bağlıdır. Nino
gülməsini unudub, mən də qan yerinə mürəkkəb axıdıram. Axı nə etməliyəm, Seyid
Mustafa?
120
Dostum sakit və böyük maraqla mənə baxdı. Onun əynində qara libas var idi, özü də
arıqlamışdı. Arıq vücudu elə bil sirli bir yükün altında bükülmüşdü. O, əyləşib dedi:
– Əllərinlə heç bir şey edə bilməzsən, Əli xan. Lakin insanın əllərində daha artıq şeylər
vardır. Mənim libasıma bax, nə demək istəyəcəyimi başa düşəcəksən. İnsanlar üzərindəki
qüvvə gözəgörünməzin əlindədir. O sirrə bir dəfə toxun, qüdrəti sənə keçəcəkdir.
– Səni başa düşmürəm, Seyid. Ruhum əzab içindədir və mən bu qaranlıq zülmətdən çıxış
yolu axtarıram.
– Çünki sən üzünü bəndələrə tutmusan, Əli xan. Bəndələri idarə edən gözəgörünməzi
isə yaddan çıxardırsan. Hicrətin 680-cı ilində din düşmənləri tərəfindən təqib edilən
Peyğəmbərin nəvəsi Hüseyn Kərbəlada şəhid edildi. Dünyanın xilaskarı, sirr sahibi, külli-
ixtiyar olan o doğan və batan günəşi onun qanı ilə boyadı. Şiə icmasına on iki İmam
hökmranlıq etmişdir: birincisi Hüseyn idi, axırıncısı da hələ bu gün də gizlindən şiə
cəmiyyətini idarə edən Sahib-əz-Zaman gözə görünməz İmamdır. Bu gizli İmam bütün
əməllərinə zahir olur, amma buna baxmayaraq o, yenə də gözəgörünməz olaraq qalır.
Mən onu doğan günəşdə, toxumların möcüzəsində, fırtınalı dənizdə görürəm. Onun
səsini pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm.
Gözəgörünməz buyurub deyir ki: Kərbəla çöllərində Hüseynin axıdılmış qanı üçün yas
saxlayın. Ona görə də hər ilin bir ayı Hüseynə matəm tutulur. Bu ay Məhərrəm ayıdır.
Dərdi olan bu kədərli ayla ağlamalıdır. Məhərrəm ayının onuncu günündə şiələrin aqibəti
həqiqətə çevrilir. Çünki o gün şəhidin ölüm günüdür... O gün Hüseynin öz üzərinə
götürdüyü dərd yükü, dindarların boynuna qoyulmalıdır. Kim bu dərdin bir hissəsini öz
üzərinə götürərsə, onun şəfaətinə nail olacaqdır. Bax, elə buna görə də dindarlar
məhərrəm ayında sinə döyürlər, çünki bu dünyanın dərdləri ilə çıxılmaz vəziyyətə
düşənlər özlərini şallaqlayarkən və sinələrini döyməklə çəkdikləri ağrılar sayəsində
qurtuluş sevincini tapırlar. Bax, elə budur Məhərrəmin sirri.
Mən yorğun və əsəbi halda soruşdum:
– Seyid, mən evimə xoşbəxtliyi yenidən necə qaytara biləcəyimi soruşuram, çünki dərin
bir dəhşət içindəyəm. Sən isə mənə məktəbdə oxuyarkən öyrəndiyimiz din dərslərindəki
müdrik kəlamları təkrar edirsən. Demək istəyirsən ki, məscidlərə gedib zəncirlə sinə
döyüm? Mən dindar bir müsəlmanam və dini vəzifələri də yerinə yetirirəm. Mən də
gözəgörünməzin sirrinə inanıram, Əli xan. Lakin mənim xoşbəxtliyimə gedən yolun
həzrəti Hüseynin şəbihindən keçdiyinə inanmıram. Sən məndən xoşbəxtliyə gedən yolu
soruşdun, mən də sənə onu göstərdim. Mən başqa yol tanımıram. İlyas bəy Gəncə
cəbhəsində qan tökür. Sənin isə Gəncəyə getməyə imkanın yoxdur. Ona görə də,
Məhərrəm ayının onuncu günündə səndən bunu tələb edən gözəgörünməz üçün sən də
öz qanını tökməlisən. Yox, sus. Demə ki, bu müqəddəs qurbanlıq mənasızdır. Bu kədər
dünyasında heç bir şey mənasız deyil. Məhərrəm ayında sən də Gəncədə vuruşan İlyas
bəy kimi vətən uğrunda döyüşə giriş.
Mən susdum. Pəncərələri pərdə ilə örtülmüş karet həyətə girdi. Şüşələrin
tutqunluğundan Ninonun sifətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı
açıldı və Seyid Mustafa qəflətən durub getmək üçün hazırlaşdı.
– Sabah Sipahlışar məscidinə gələrsən. Söhbətimizi orada davam etdirərik – dedi.
XXVI
121
Mən Nino ilə divanda oturub nərd oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, onun
daşları isə fil sümüyündən qayırılmışdı. Bu İran oyununu oynamağı Ninoya mən
öyrətmişdim. Elə o zamandan bəri biz tümənə, öpüşə və gələcək uşaqlarımızın adlarına
durmadan zər atırdıq. Nino uduzurdu, borcunu verirdi və yenidən zər atırdı. Onun
gözləri həyəcandan parıldayırdı, Nino barmaqları ilə fil sümüyündən düzəldilmiş daşları
elə götürürdü ki, elə bil onlar qiymətli inci idi.
Nino bir az əvvəl uduzduğu səkkiz tüməni mənim qabağıma çəkdi:
“Əli xan, sən məni məhv edəcəksən” – dedi.
Sonra Nino nərdtaxtanı bağladı və başını mənim dizimin üstünə qoyub, düşüncəli halda
gözlərini tavana zillədi və xəyala daldı. Bu gün, çox gözəl gün idi, çünki Nino intiqamını
aldığı üçün özünü xoşbəxt hiss edirdi. Əhvalat isə belə olmuşdu:
Səhər tezdən evimizi ah-nalə və hönkürtü səsləri bürüməyə başladı. Ninonun düşməni
olan Yəhya Qulu yanağı şişmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək
istəyən bir adam kimi: “Dişim ağrıyır” dedi. Ninonun gözlərində bir zəfər parıltısı yanıb
söndü. O, xidmətçini pəncərənin qabağına apardı, onun ağzını açıb baxdı və qaşqabağını
tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm bir sap götürüb Yəhya Qulunun içi
çürümüş dişinə bağladı. Sapın o biri ucunu isə açıq qapının dəstəyinə bağladı. Sonra
“hazır ol” deyib qapıya tərəf qaçdı və qapını var gücü ilə bağladı. Dəhşətli bir qışqırıq
çıxdı və xidmətçi yerə sərilib, qapının incə dəstəyindən asılmış dişinə baxa-baxa qaldı.
- Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticə belə
olur.
Mən Ninonun dediklərini kəlmə-kəlmə tərcümə etdim. Yəhya Qulu heç bir şey demədən
əyilib çıxan dişini yerdən götürdü. Lakin Ninonun intiqam hissi hələ də soyumamışdı.
- Əli xan, ona de ki, o hələ sağalmayıb. Qoy gedib yorğan döşəyə girsin və yanağına isti
dəsmal qoysun. İsti dəsmal onun yanağında altı saat qalmalıdır. Bundan başqa da o bir
həftə şirin şey yeməməlidir.
Yəhya Qulu rahatlansa da, əsəbləri pozulmuş halda otaqdan çıxdı.
Nino, etdiklərindən utanmalısan. Yazığın sevincini də əlindən aldın.
Nino daş ürəkliliklə:
- O öz payını aldı deyib yenə də nərd-taxtanı gətirdi. Oyunu uduzdu, sonra ədalət bir
daha öz yerini tapdı.
Sonra Nino mənə baxdı, çənəmi barmaqları ilə sığallayıb soruşdu.
- Əli xan, Bakı nə vaxt hürriyyətinə qovuşacaq?
- Yəqin ki, iki həftənin ərzində.
Nino ah çəkib dedi:
Deməli on dörd gün qalıb. Biləsən ki, Bakı üçün nə qədər darıxmışam və türklərin də
şəhərimizə yürüşünü gözləməkdən səbrim tükənib. Sən burada özünü rahat hiss etdiyin
halda, mənim şərəfim hər gün alçaldılır.
- Bu nə deməkdir belə?
- Burada hamı mənimlə qiymətli və kövrək bir əşya parçası kimi rəftar edir. Nə qədər
qiymətli olduğumu dəqiq deyə bilmərəm, amma mən nə tez sınanam və nə də əşya
parçasıyam. Dağıstanı xatırlayırsanmı? Orada həyat tamamilə bambaşqa idi. Yox, bura
mənim heç xoşuma gəlmədi. Əgər Bakı tezliklə azad edilməsə, biz gərək başqa yerə köçüb
122
gedək. Bu ölkənin fəxr etdiyi şairlərə dair heç bir şey bilmirəm, amma bilirəm ki, Aşura
günündə insanlar sinələrini dırnaqları ilə cırmaqlayır, başlarını xəncərlə yarırlar və
kürəklərinə zəncir vururlar. Bunları görmək istəməyən bir çox avropalılar bu gün şəhəri
tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə hücum edə
biləcək bir özbaşınalığın qurbanı kimi hiss edirəm.
- Nino zərif sifətini mənə tərəf çevirdi. Onun gözləri əvvəlki vaxtlarındakından daha
dərin və anlaşılmaz idi. Göz bəbəkləri böyümüşdü. Onun hamiləliyini yalnız gözlərindən
bilmək olurdu.
- Qorxursan, Nino?
- Nədən qorxmalıyam? - Onun səsi həqiqətən təəccüblü səslənirdi.
- Bəzi qadınlar bundan qorxurlar.
Nino ciddiyətlə:
- Yox mən qorxmuram – dedi.
- Mən siçovullardan, timsahlardan, imtahanlardan və hərəm xidmətçilərindən
qorxuram. Lakin sən dediyin şeydən qorxmuram. Ondan qorxmaqdansa qışın
soyuğundan qorxmağım daha yaxşıdır.
Mən onun gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını darayıb dedi:
- Mən valideynlərimi ziyarət edəcəyəm, Əli xan.
Kipianigilin yaşadığı villada hərəmxana qanunlarının olmadığını bildiyim üçün, razılıq
verdim. Knyaz bu gün gürcü dostları ilə Avropalı diplomatları qəbul edirdi. Nino orada
çay içib, ingilis şirniyyatı yeyəcək və Hollandiya konsulu ilə Rembrandt və Şərq qadınları
barədə söhbət edəcək. Nino getdi, şüşələri cilalanmış karetanın həyətdən çıxdığını
gördüm.
Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və məni vətənimdən
ayıran bir neçə sərhəd məntəqələri barədə düşünməyə başladım.
Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. Uzanıb təsbehimi
çevirməyə başladım. Divanda sol ayağı ilə qılınc tutan İranın gümüş Aslanı parlayırdı.
Mən başımı qaldırıb ona baxdım. Birdən məni böyük bir halsızlıq və ümidsizlik hissi
bürüdü. Xalqın Gəncə çöllərində qan axıtdığı bir zamanda mənim burada gümüş Aslanın
kölgəsində oturub, keyf çəkməyimdən xəcil olurdum. Mən özüm də burada qiymətli və
qayğı ilə qorunan zərif bir əşya idim.
Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə hisslərini
klassikcəsinə məclislərdə ifadə etmək idi.
Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki sərhəd körpüsü
bağlanmış idi. İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi.
Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı qırıldı və kəhrəba
muncuqlar yerə səpələndi.
Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və
cazibədar idi. Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları altında tozlu yolların donuq bir
parıltısı var idi. Günəş düz Şəmiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-
yavaş yaxınlaşırdı. Onun səsini yüzlərlə, minlərlə adamların təkrar etdiyi “Şaxsey...
Vaxsey. Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi.
Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng
bayraq, qüvvətli əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların
123
birinin üzərində böyük qızıl hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi Əlinin adı
yazılmışdı. İkinci bayrağın qara məxmər parçası üzərində sol əlin şəkli çəkilmişdi.
Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə
yalnız bir söz yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn.
İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası
geymiş, kürəkləri çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən
dindarlar gedirdilər. Təbilin ahənginə uyğun olaraq onlar əllərini qaldırır və zəncirlər
onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların dalınca bir yarım dairə şəklində iki
addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər. Onların yol boyunca boğuq
səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi gələndə onlar
yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə yaşıl
qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər. Dallarınca ağ kəfənə
bürünmüş, başları qırxılmış və əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri
gəlirdi. Onların siması qəzəbli idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular.
“Şaxsey... Vaxsey...” Xəncərlər göyə qaldırılıb, qırxılmış kəllələrə endirilirdi. Şəhidlərin
bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı gicəllənib yerə yıxıldı. Onun
yanında gedən dostları dodaqlarında ilahi bir təbəssüm olan adamı izdihamın içindən
çıxartdılar.
Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədək mənə məlum olmayan
bir hiss məni caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və
fədakarlıq arzusu içimi doldururdu. Mən küçədəki tozların üstünə tökülmüş qan
damlalarını gördüm. Şeypurun cazibədar səsi isə insanları qurtuluşa çağırış kimi
səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan kədərin darvazası bu idi.
Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan keçdilər. O biri
bayraqda Həzrəti Fatimənin əlinin şəklini gördüm və bütün aşkar olan şeylər gözlərimin
qabağından çəkildi.
Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir
an içərisində izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada
irəliləməyə başladım və mənim iri yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az
sonra yarı qaranlıq olan bir məscidin sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını
eşitdim.
Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə
saat keçdi. Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray
çıxdı: “Şaxsey... Vaxsey...”.
Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun
qabırğaları görünürdü. İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir
inadçılıq ifadə olunurdu.
Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at
hərəkət edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını
qırağa tulladı və özünü atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri
yumruqlar zərbə endirirdi. “Şaxsey... Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış
bir cavanı yanımdan sürüyüb apardılar. Uzaqlardan saysız-hesabsız məşəllər görünürdü.
Mən bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların başlarında hündür
fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid Hüseyn barədə mərsiyə
124
oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi.
Ayağa durdum. İzdiham sel kimi geriyə axmağa başladı. Gecə sərin idi. Biz hökumət
binasının qabağından keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən
məşəl izdihamı ulduzların əks olunduğu çayı xatırladırdı. Evlərin damları adamlarda
dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar. Konsulluğun qapılarında tüfənglərinə
süngü keçirmiş əsgərlər hazır vəziyyətdə dayanmışdılar.
Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Ağlayanların
fəryad səsləri ucaldı, qadınlar yerə sərildilər və onların ayaqları solğun ay işığında açıq
görünürdü. Dəvələrin belində qurulmuş taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu.
Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım Xəlifə Yezid qara
atda gedirdi. Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. Yezid atını bərk
sürməyə başladı və tələsik qaçıb Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi.
Ertəsi gün orada Hüseyn barədə şəbeh olmalı idi.
Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar asılmışdı. Sarayın
keşiyində duran bahadurlar da matəm libası geyib, başlarını əymişdilər. Şah sarayında
yox idi. O, Bağeşahdakı yay sarayında idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-
birə mən qaranlığa qərq olmuş Top meydanında tək qaldım. Paslanmış topların lülələri
laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc zərbəsi yemiş adamın bədəni kimi
ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə laxtalanmış qan izinin olduğunu
hiss etdim.
Başım gicəllənirdi. Bir az özümə gələn kimi meydanı keçib bir boş faytona yaxınlaşdım.
Faytonçu vəziyyətimi görüb qayğıkeşliklə mənə dedi: “Bir az göyərçin nəcisi tap, onu
bitki yağı ilə qarışdır və yaralarına sürt. Çox kömək edir”.
Yorğun halda faytona minib oturacağının arxasına yayıldım.
- Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim.
Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü və arabir
arxasına dönüb mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə dedi:
- Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə mənim üçün dua
edin. Çünki mənim dua etməyə vaxtım yoxdur, işləməyim lazımdır. Adım Zöhrab
Yusifdir.
Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini qoynuna qoyaraq,
sifətini gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağzı isə açıq idi. Yanaqları
ilə burnu arasında dərin qırışlar görünürdü. O, hıçqırdıqca onun balaca bədəni titrəyirdi.
Nino bir kəlmə belə söyləmirdi. Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri
yanağına tökülüb sifətinə yayılırdı. Mən onun kədərinə şərik olmuş halda Ninonun
qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını silmirdi, dodaqları isə payız
yarpağı kimi əsirdi. Onun əllərini ovuclarımın içinə aldım. Əlləri soyuq cansız və kiçilmiş
idi. Onun yaşlı gözlərindən öpdüm və o, fikirli şəkildə mənə baxdı.
- Nino, - deyə qışqırdım. Nino sənə nə olub?
O, əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı salanda, əlinin
üstündə diş yerləri aşkar görünürdü.
- Əli xan, mən sənə nifrət edirəm.
Onun səsində dərin bir dəhşət hiss olunurdu.
- Nino, sən xəstələnmisən?
125
- Yox, mən sənə nifrət edirəm.
O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın gözlərinə
bənzəyirdi. Nino, tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş qanlı çiyinlərimə vahimə
ilə baxırdı.
- Nino, nə olub axı?
- Mən sənə nifrət edirəm.
O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini dizlərinə
dayadı. Onun göz yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə bir yabançıya baxan kimi
mənə baxdı. De görüm nə etmişəm, Nino?
O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı:
- Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində idim. Biz çay
içirdik, bir ara Hollandiya konsulu bizi Top meydanındakı evinə dəvət etdi. O, Şərqin
barbar dini mərasimlərini bizə göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanıb
yanımızdan keçən təəssübkeşlərin dalğasını seyr etməyə başladıq. Mən şeypur səsini
eşitdim və vəhşiləşmiş sifətləri gördüm. Ürəyim bulandı. Konsul “işgəncə çılğınlığı”
deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. Biz birdən-birə vəhşi
qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-cındır içində olan bir dərvişin özünü atın
ayaqları altına atdığını gördük. Və sonra... Sonra konsul əlini uzadıb təəccüblə dedi: “Bu,
o...?” lakin o, cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində
sinə döyən və zəncirlə kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O yerli sən idin,
Əli xan! Mən fanatik bir barbarın arvadı olduğum üçün utanıb yerə girdim. Mən sənin
bütün hərəkətlərini izləyirdim və konsulun acıyan baxışlarını hiss edirdim. Ondan sonra
oturub çay içdik və yaxud yemək yedik – dəqiq yadımda qalmayıb. Mən güc-bəla ilə
özümü orada saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin qabağında
durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni fanatik
barbarların arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa bilməyəcəyəm.
O, susdu və kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz vətənimi və
dincliyimi gözəgörünməzdə tapmaq istəyirdim.
- İndi nə olacaq, Nino?
- Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəcəyik. Mən buradan çıxıb uzaqlara getmək
istəyirəm. Elə bir yerə getməliyəm ki, Top meydanındakı dəlini bir də görməyim və
təkrarən sənin üzünü görməyim. Əli xan, burax məni çıxım gedim.
- Sən haraya gedəcəksən, Nino?
- Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu.
- Axı sən nə üçün belə elədin?
- Sənə görə, Nino, amma sən bunu başa düşməzsən.
- Yox, - deyə həyəcanlı şəkildə Nino cavab verdi – mən buradan o qədər yorulmuşam
ki, çıxıb getmək istəyirəm. Bu çirkin Asiya mənə əzab verir.
- Məni sevirsənmi?
O, tərəddüdlə: “hə” deyə cavab verdi və əllərini dizlərinin üstünə qoydu. Mən onu
qucağıma alıb yataq otağına apardım. Onu soyundurub yerinə qoydum, O, dərin bir
qorxu içində qarmaqarışıq şeylər söyləyirdi.
- Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə gedəcəyik. O, yorğun
halda başını tərpətdi və gözlərini yumdu.
126
Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında oturub
ovucumun içiylə onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun
yanına uzandım. Onun bədəni isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb,
başını yorğanın altına salıb yatmışdı.
Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru
getdi. Orada suyu şıppıldada-şıppıldada yuyunurdu, lakin mənim oraya girməyimə izin
vermədi... Oradan çıxandan sonra gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində
məlhəmlə dolu bir qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi kürəyimdəki
yaralara sürtdü. Sonra nəzakətlə dedi:
- Sən özünü yox, məni döyməli idin, Əli xan.
- Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı.
O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi və pərt
halda bağçaya baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi:
- Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə
də nifrət edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya
keçib fəvvarənin yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi.
Sonra atamın kareti gurultu ilə həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino
başını yana əydi və ürkəkcəsinə dedi:
- Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm.
Gedib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra
hovuza əyilib, hovuzdakı suda əksimizə tamaşa etdik. Nino əlini suya saldı və əksimiz
balaca dalğalarda pozulub getdi.
- Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə
adamlarına nifrət edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək.
O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su
damlaları onun yanağından və çənəsindən süzülürdü.
- Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə
Nino sözünü bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və
soyuq yanaqlarını öpdüm. O da güldü.
İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft
qüllələrinin əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf
irəliləyən alaylardan asılı idi.
Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin
içinə apardım. Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından bir ariya
çaldırdım. Bu, ən uca səsli val idi. Nino qorxu içində mənə sarılarkən, mefistofelin
qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük səsini və “Şaxsey-Vaxsey” səslərini
batırırdı.
XXVII
Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı tutdu. Bu xəbər
bazarlara, çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki son rus müdafiəçiləri ac-yalavac
Bakıdan qaçıb dənizi aşmış, İran və Türküstana getmişdilər. Şəhərin qədim qalasının
127
üzərində ağ hilallı qırmızı Türk bayrağı müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin
Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran qəzetlərində yazılar çap etdirmişdi. Əmim
Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni zamanda bununla ingilislərin
qılığına girmək istədiyi üçün Tehran qəzetlərində çıxan yazıları qadağan etdi. Atam baş
nazirin yanına getdi və baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi
rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və orada
“Nəsrəddin” gəmisi ilə, azad edilmiş vətənləri olan Bakıya qayıtmaq istəyən yüzlərlə
qaçqınları gəmiyə mindirib şəhərimizə yola düşdük.
Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas bəy qılıncını
sıyırıb gəmini salamladı və bir türk mayoru da xəfif İstanbul türkcəsini mümkün qədər
bizim Türk ləhcəsinə uyğunlaşdırıb təntənəli bir nitq söylədi. Biz evimizə gəldiyimiz
zaman onu təmamən dağılmış və qarət edilmiş halda gördük. Nino günlərlə, həftələrlə
səhərdən axşama qədər evdar qadın rolunu ifa edirdi. O, dülgərlərlə mübahisə edir,
günlərlə mebel dükanlarını gəzir və dərin düşüncələr içində qaşlarını çataraq
otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino memarlarla gizli
danışıqlar apardıqdan sonra, günlərin bir günü evdə fəhlələrin səs küyünü, boya, taxta və
suvaq iyi hiss etdim. Bütün bu gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino
dururdu. O, özünü bu işləri təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların
qoyuluşu və divar kağızlarının seçilməsi işində ona sərbəstlik vermişdim.
Axşamlar isə çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün ərzində görülən
işlərdən mənə məlumat verirdi:
- Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə əsl çarpayı sifariş vermişəm. Divar
kağızları açıq rəngli olacaq, döşəməyə də xalçalar salınacaq. Uşaq otağına isə ağ boya
vurulacaqdır. Hər şey İran hərəmxanasından təmamən fərqli olacaqdır.
Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o vicdan əzabı çəkirdi.
Sonra başını yana çevirdi, nazik dilini ağzından çıxardıb dodaqlarının üzərində gəzdirdi
və dilini burnunun ucuna dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə
gedəndə, yaxud dəfn mərasimində iştirak edəndə həmişə belə edərdi. Mən on məhərrəm
gecəsini yadıma saldım və xalçaları ayaq altına salmaq, eləcə də avropasayağı masa
arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu işlərdə tam sərbəstlik verdim. Mənim
öhdəmdə isə damdan başqa bir şey qalmırdı. Çünki Nino damı yenidən qurmağı
planlaşdırırmamışdı.
Əhəng tozu və fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin damında
oturub, başımı yana çevirərək günahkar adam kimi dilimi Nino kimi çıxardıb
dodaqlarımın üzərində gəzdirdim.
Atam çox nəzakətlə:
- Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı
halda Nino özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri
yadından çıxarma: Artıq Bakı avropalaşıb. Özü də həmişəlik!
Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir.
- Bəs sən nə edəcəksən, ata?
- Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən
Şəmirandakı evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların
gəlişini gözləyəcəyəm.
128
- Mənim isə burada qalmağım məsləhətdir, Ata.
Atam “Bəli” deyərək ciddi bir şəkildə başını tərpətdi.
- Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mən yeni bayrağımızı
sevmədim. Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq havası da xoşuma gəlmədi.
O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə bənzədi.
- Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. Sən isə gəncsən
və cəsursan, sənin burada qalmağın lazımdır. Azərbaycan ölkəsinin sənə ehtiyacı var.
* * *
Alaqaranlıqda şəhərimizin küçələrində gəzişirdim. Sərt baxışlı türk patrulları tinlərdə
keşik çəkirdilər. Mən türk zabitləri ilə söhbət etdim. Onlar mənə İstanbulun
məscidlərindən, Tatlı-Sudakı yay gecələrindən söhbət etdilər. Köhnə qubernator binasının
üzərində yeni Azərbaycan dövlətinin bayrağı dalğalanırdı. Parlament də məktəb
binasında yerləşirdi. Köhnə şəhər elə bir yeni bir həyata qədəm qoymuşdu. Vəkil Fətəli
xan baş nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və əmrlər verirdi.
Şəhərdən rusları təmizləmək istəyən Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədulla xarici işlər
naziri təyin olunmuşdu. O, kənar ölkələrlə müqavilələr bağlayırdı. İndiyə qədər adət
etmədiyim dövlət müstəqilliyi hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni
uniformaları və yeni qanunları sevməyə başladım. Həyatımda ilk dəfə idi ki, mən özümü
öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir keçmiş
müəllimlərim də məni hörmətlə salamlayırdılar.
Şəhər klubunda milli musiqi çalınır və xalq mahnıları oxunurdu. Yeni klub qaydalarına
görə, kluba gələn hər kəs papağını çıxartmadan orada otura bilərdi. İlyas bəylə mən
cəbhədən qayıdan və ya cəbhəyə getməkdə olan türk zabitlərini təbrik edirdik. Türk
zabitləri bizə Bağdad mühasirəsindən və Sina çölündəki hərbi yürüşlərdən söhbət
edirdilər. Onlar Liviya çöllərinə, Qalisiyanın palçıqlı yollarına və Ermənistan dağlarının
qarlı təpələrinə bələd idilər. Müsəlmanlığın qadağan etdiyi qanuna məhəl qoymadan türk
zabitləri şampan şərabı içir, Ənvər paşadan və damarlarında türk qanı axan bütün
insanları bir bayraq altında birləşdirəcək Turan imperatorluğundan danışırdılar. Mən
onların söhbətlərinə böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu valehedici
mənzərə gözəl və unudulmaz bir yuxu qədər cazibədar idi. Böyük rəsmi keçid günü hərbi
orkestrlər musiqi sədaları altında şəhərin küçələrindən keçirdilər. Sinəsi orden və
medallarla dolu olan Ənvər Paşa at belində oturub hərbi hissənin əsgərləri qarşısında
çıxış edib yeni bayrağımızı salamladı. Qürur və razılıq hissi bizi bürümüşdü. Biz
sünnilərlə şiələr arasındakı bütün fərqləri unudub Ənvər Paşanın zərif əllərini öpməyə və
Osmanlı xəlifəsi yolunda ölməyə hazır idik. Yalnız Seyid Mustafa qarışıqlıqdan uzaq bir
küncə çəkilmişdi. Onun simasında qəzəb və nifrət hissləri oxunurdu. O, Ənvər Paşanın
sinəsini bəzəyən ulduzlar və ayparalar arasında xaçlı bolqar medalını da görmüşdü.
Yabançı bir dinin simvolunu bir müsəlmanın sinəsində görmək Seyid Mustafanı çox
qəzəbləndirmişdi.
Hərbi keçiddən sonra İlyas bəy, Seyid Mustafa və mən bulvarda oturmuşduq.
Ağaclardan payız xəzəli tökülürdü. Dostlarım yeni dövlətin əsas qanunları haqqında
mübahisə edirdilər. Gəncə yaxınlığındakı hərbi döyüşlərdən, gənc türk zabitləri ilə etdiyi
danışıqlardan və özünün müharibə təcrübələrindən İlyas bəy belə qərara gəlmişdi ki,
129
vətənimizi rusların yeni işğalından qorumaq üçün ölkəmizdə təcili olaraq avropasayağı
islahatlar keçirilməlidir.
İlyas bəy dedi:
- Mən deyirəm ki, ölkədə qalalar tiksək, yollar salsaq və reformalar aparsaq da, yenə
müsəlman olaraq qala bilərik.
Seyid qaşqabağını tökdü, onun gözlərindən yorğunluq tökülürdü.
O, soyuqqanlıqla dedi:
- Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz əti yesə də, yenə
yaxşı müsəlman olaraq qala bilər. Çünki avropalılar çoxdan kəşf ediblər ki, şərab insanın
sağlamlığı üçün xeyirlidir, donuz əti də qidalıdır. Əlbəttə, insan bütün bu saydıqlarını
edib yenə də bir müsəlman olaraq qala bilir, amma cənnətin qapısında duran baş məlaikə
buna inanmaq istəməyəcək.
İlyas bəy güldü:
- Təlim ilə donuz əti yemək arasında böyük fərq var, elə deyilmi?– dedi.
- Lakin donuz əti yeməklə şərab içmək arasında fərq yoxdur. Türk zabitləri açıq-aydın
şərab içirlər, onların uniformalarında da xaçlı nişanlar var.
Dostlarımın mübahisəsini dinləyirdim. Birdən Seyid deyə müraciətlə soruşdum.
- Çarpayıda yatmaqla və yemək yeyərkən çəngəl bıçaq işlətməklə, yenə də müsəlman
olaraq qalmaq olarmı?
Seyid nəvazişlə güldü:
- Sən həmişə yaxşı bir müsəlman olaraq qalacaqsan. Mən səni Tehranda Məhərrəm
günündə görmüşəm.
Mən cavab vermədim. İlyas bəy hərbi papağını düzəltdi:
- Sən evini müasir mebellərlə və açıq rəngli divar kağızları ilə bəzəyib Avropasayağı
şəklə salmaq istəyirsən, doğrudurmu?
- Bəli, İlyas bəy, doğrudur.
O, qətiyyətlə dedi:
- Bu çox gözəl qərardır. Bakı artıq ölkəmizin paytaxtıdır. Ölkəmizə əcnəbi səfirlər
gələcək. Onları qəbul etmək üçün evlərə və diplomatların xanımları ilə söhbət edə bilən
xanımlara ehtiyacımız vardır. Əli xan, sənin arzuladığımız formada belə bir arvadın var
və tezliklə sənə münasib evin də hazır olacaqdır. Sən xarici işlər nazirliyində işləməlisən.
Mən güldüm.
- İlyas bəy, sən mənim arvadım və özümlə elə danışırsan ki, elə bil biz beynəlxalq
anlaşma meydanında yarışa hazırlanmış atlarıq. Yoxsa, elə fikirləşirsən ki, mən öz evimi
bizim beynəlxalq mənafelərimiz naminə yenidən düzəltdirmişəm?
- Əslində belə olmalıdır – deyə İlyas bəy fikrini qəti şəkildə ifadə etdi. Onun həqiqətən
yerdən göyə qədər haqlı olduğunu hiss etdim. Həqiqətən hər kəs Azərbaycanın yoxsul və
qızmar günəşdən yanmış torpaqlarında qurmaq istədiyimiz bu yeni dövlətə xidmət
etməlidir.
Mən evə getdim. Nino yerə parket döşənməsinə, divarlara yağlı boya çəkilməsinə və
rəsm tablolarının divardan asılmasına heç bir etiraz etmədiyimi görüb ürəkdən güldü və
onun gözləri bir vaxt İsa bulağındakı meşə zolağında keçirdiyimiz gecə olduğu kimi
parıldadı.
130
* * *
Bu vaxtlar mən atla çölə tez-tez gedirdim. Orada yumşaq qumun üzərinə uzanıb
saatlarla günəşin qərbdə batmasını izləyirdim. Türk qoşunları yanımdan keçib gedirdilər.
Türk zabitlərinin sifətini qəm və həyəcan bürümüşdü. Yeni dövlətimizin səs-küyü dünya
müharibəsinin uzaqlarda atılan top səslərini batırmışdı. Lakin çox-çox uzaqlarda türklərlə
müttəfiq olan bolqarların qoşunları düşmənin hücumları qarşısında geri çəkilməyə
başlamışdılar.
Türklər: “Cəbhə yarılmışdır” deyirdilər. Onu yenidən bərpa etmək qeyri-mümkündür.
Onlar artıq şampan şərabı içmirdilər.
Cəbhədən hərdən bir xəbər gəlirdi. Xəbər gələndə də ildırım kimi təsir göstərirdi. Çox
uzaqlarda Mondros adlanan bir limanda beli bükülmüş bir adam İngiltərənin
“Aqamemnon” adlı hərbi gəmisinə çıxmışdı. Bu beli bükülmüş adam Osmanlı
imperatorluğunun donanma naziri olan Hüseyn Rauf bəy idi. O, atəşin dayandırılmasına
dair müqavilə bağlamaq barədə xəlifədən vəkalət almışdı. Rauf bəy masanın üzərinə
əyildi və bir kağız parçasına imzasını qoydu. Bu an şəhərimizin hakimi olan Ənvər
paşanın gözləri yaşla doldu.
Turan imperiyasının marşı bir daha Bakının küçələrində eşidildi. Amma bu dəfə bu marş
elə bil matəm marşı kimi səslənirdi.
Ənvər paşa ən şahanə uniformalarını və ağ əlcəklərini geyib atının yəhərində dik
oturaraq, hərbi hissələrin qabağından keçirdi. Türk zabit və əsgərlərinin sifətlərində heç
bir ifadə yox idi. Osmanlı bayrağı büküldü, təbillər vuruldu və Ənvər paşa ağ əlcəkli əlini
qaldıraraq əsgərlərini salamladı. Hərbi hissələr şəhərdən çıxırdılar və onlar İstanbul
məscidlərinin, Bosfor boğazındakı gözəl sarayların, xəlifə olan arıq kişinin və onun
əynindəki Peyğəmbər cübbəsinin xəyali mənzərəsini yaddaşımızda qoyub gedirdilər.
Bir neçə gün sonra sahildə dayanmışdım. Bu anda Nargin adasının arxasından ingilis
işğal qoşunlarını gətirən ilk gəmilər görünməyə başladı. İngilis qoşunlarının komandanı
olan generalın mavi gözləri, nazik bığları, enli və güclü əlləri var idi. Yeni Zelandiyalılar,
kanadalılar və Avstriyalılar şəhərimizə axışırdılar. İndi şəhərimizin hər yerində bizim
ölkəmizin bayraqları yanında ingilis bayraqları da dalğalanırdı.
Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun nazirliyinə gəlim.
Ertəsi gün onun yanına getdim. Otağına girdiyim zaman o, odlu baxışlarını mənə zillədi:
- Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz?
- Mən özüm də bunu bilmirəm.
Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim.
- Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam.
Əmrinizə hazıram.
- Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini neçə vaxta
öyrənə bilərsiniz?
Mən bir az çaşqınlıqla güldüm.
- Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis dilini bilirəm.
Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. Sonra birdən
soruşdu:
- Nino necədir?
131
Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni təəccübləndirdi.
- Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır.
- O da ingilis dilini bilirmi?
- Bəli, bilir.
O, enli bığlarını tumarlayaraq yenə də susdu.
Mən sakit tərzdə dedim:
- Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır olacaq. Ninonun
şifonerində çoxlu axşam geyimləri vardır. İkimiz də ingiliscə bilirik və nəhayət evimizdə
içiləcək şampan şərablarının pulunu da özüm ödəyərəm.
Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı:
- Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara
böyük ehtiyacımız var. Xanımı avropalı olan, soylu bir ailədən çıxan, ingilicə bilən və evi
də ziyafətlərə uyğun ola biləcək adamlar ölkəmizdə çox deyil. Məsələn mənim ingilis
dilini öyrənməyə heç vaxt pulum və vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı
bir arvadım olsun.
O, yorğun görünürdü. Qələmi götürüb dedi:
- Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin
olunursunuz. Xarici İşlər naziri Əsədullanın yanına gedin. O, sizə vəzifəniz haqqında
izahat verəcək. Və... xahiş edirəm inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla
sizə müraciət etdiyim üçün həqiqətən utanıram.
- Oldu, əlahəzrət! - deyə mən qəti cavab verdim. Mənə elə gəldi ki, köhnə, güvəndiyim
bir dostuma xəyanət edərək, onu tərk edirəm.
Oradan çıxandan sonra evə getdim. Ninonun əlləri boya içindəydi. O, yağlı boyalı bir
tablonu divardan asmaq üçün nərdivana çıxıb divara mıx vururdu. Əgər Ninoya
desəydim ki, bu mıxı vurmaqla vətənə xidmət edirsən, o, şübhəsiz ki, çox təəccüblənərdi.
Ona görə də bunu ona demədim. Sadəcə onun çirkli barmaqlarını öpdüm və xarici
şərabları soyutmaq üçün bir soyuducu alınmasına izin verdim.
XXVIII
- Sizin xalanız varmı?
- Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb. Gəzməkdən
xoşunuz gəlirmi? Bəli gəzməkdən xoşum gəlir, amma mən axşamlar yalnız meyvə
yeməyə üstünlük verirəm.
İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı örtdü.
- Mənə elə gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət qədər bilirik.
Amma, de görüm, heç ömründə viski içmisənmi?
Dəhşətlə çığırdım.
- Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan.
- Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa düşdüyüm üçün belə
bir axmaq söz danışdım. De görüm, bu axşam bizə kimlər gələcək?
Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu.
132
Mən, bu axşam evimizə təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin adlarını
sadaladım. Nino qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox yaxşı bilirdi ki,
Azərbaycanın heç bir naziri və generalı, onun ərinin sahib olduğuna malik deyildir: ərinin
ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini bilən və knyaz ailəsindən olan arvadı vardı.
Nino qaşqabağını sallayıb dedi:
- Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə də onun içinə soda
atmadan içmirlər.
Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf çevirdi:
- Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə məni aparıb hərəmxanaya saldın, indi isə
ölkəmizin mədəni inkişafına xidmət edən bir əşya rolunu oynayıram.
Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara söykənib
söhbət edirdilər. Divarlarda da mənzərə və heyvan rəsmləri çəkilmiş tablolar asılmışdı.
Künclərdə yumşaq kreslolar qoyulmuşdu, masanın üstünü də çiçəklər bəzəyirdi.
Yadındadırmı, Əli xan, Dağıstandakı aulda vadidən bardağla su daşıyaraq sənə qulluq
edərdim.
- Hansı xidmət daha çox xoşuna gəlir?
Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda qapının zəngi
çalındı və Ninonun dodaqları həyəcandan titrəməyə başladı. İlk gələnlər Ninonun
valideynləri idilər. Onlarla birlikdə rəsmi keçid forması geymiş İlyas bəy də gəlmişdi.
İlyas bəy salonu gəzdi, hər şeyi gözdən keçirdi, sonra başını yırğalayıb dedi:
- Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı?
Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq. Biz çoxlu ingilis
əlləri sıxırdıq. İngilis zabitləri hündürboylu və qırmızı sifətli idilər. Uzun əlcək geymiş
xanımlar isə mavigözlüydülər. Onlar mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar.
Bəlkə də, onlar gözləyirdilər ki, hərəm xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar
onların qabağında rəqs edəcəklər. Halbuki onların əvəzində yaxşı təlim keçmiş
qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular yeməkləri masanın üstünə sol
tərəfdən qoyurdular. Divarlarda yamyaşıl çəmənliklərin və yarış atlarının rəsmləri
asılmışdı.
Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda tökmədən bir nəfəsə
başına çəkib boşaltdığını görən Ninonun nəfəsi tutulan kimi oldu. Salonu səs-küy
bürümüşdü. Verilən sual və cavabların əksəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları
kimi çox axmaq səslənirdi: “Çoxdan evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir”
“Bəli, toy səyahətimi keçirmək üçün İrana getmişdik”, – “Ərimin at sürməkdən xoşu
gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna gəlirmi?” “Bəli buranı görməyimə
məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi deyilik” “Azərbaycanda artıq
çoxdandır ki, çox arvadlılıq qadağan edilmişdir”. “Hərəm ağalar barəsində isə mən ancaq
romanlarda oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini güclə
saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor arvadı Ninodan
soruşdu ki, həyatınızda heç operaya getmisinizmi? Nino çox nəzakətlə cavab verdi ki, bəli
getmişəm, oxumağı və yazmağı da bilirəm.
Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu udmuşdu.
Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri Ninonun incə
barmaqlarına toxunurdu, baxışları isə Ninonun çılpaq kürəyinə sataşırdı.
133
Üzümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara çəkirdi. O, öz
arvadını heç zaman yad adamların baxışlarına təslim etməzdi. Amma Nino həm gürcü,
həm də xristian idi. Əsədullanın fikrincə Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla
yad kişilərin baxışlarına təslim etmək üçün yaranmışdı.
Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız və təhqiredici
səslənirdi. Mən gözlərimi yerə dikdim. Nino salonun o biri başında yadların ortasında
durmuşdu.
Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox nəzakətlisiniz”.
Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş halını gördüm. O,
salonun o biri başından gəlib qabağımda dayandı. O, əlini qoluma saldı, elə bil özünə arxa
axtarırdı.
Sonra yavaşca dedi:
- Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və xalaqızlarınla görüşəndə
mənim düşdüyüm vəziyyətə oxşayır. Bu qədər kişi ilə mən nə edim? Mən onların mənə
belə baxmalarını istəmirəm.
Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. Mən onun
mayor arvadına dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə bizim yerli teatra gəlməlisiniz.
Hazırda Şekspiri Azərbaycan dilinə tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası
olacaq”.
Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada saldım. Köhnə
bir məsəldə deyilirdi, “əgər qonaq sənin oğlunun başını kəsib onu əlində tutaraq evinə
girsə, onu qəbul etməli, yedirtməli və qonaq kimi ona ehtiram göstərməlisən”. Ağıllı
adətdir. Amma ona əməl etmək çox ağır olur.
Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər siqara çəkirdilər,
viski içirdilər. Onların ayaqlarını qaldırıb masaların üzərinə qoymalarını gözlədiyimiz
halda, bunu zabitlərin heç biri etmədi.
Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi:
- Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan. Siyasi səbəblərə görə bu sözlərin
üstündən gənc bir zabit şapalaq yemədiyini bilsəydi, hər halda çox heyrətlənərdi. Sən bir
işə bax: bir kafir köpək açıq-aşkar mənim arvadımın gözəlliyindən söhbət etməyə cürət
edirdi. Onun qədəhini konyakla doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da
yerə töküldü.
Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir ingilis məmuru
küncdə oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun və sapsarı idi, barmaqları isə
gödək idi.
O, təmiz fars dilində mənə müraciət etdi:
- Eviniz əsl Avropa evidir, Əli xan.
- Mən ölkəmizdəki adət üzrə yaşayıram.
O, diqqətlə mənə baxdı:
- Mənə belə gəlir ki, İran ilə Azərbaycan arasında mədəni baxımdan böyük fərq var.
- Bəli, biz İrandan yüz il irəlidəyik. Unutmayın ki, bizim böyük sənayemiz və dəmir
yolumuz vardır. Amma təəssüf ki, rus idarəçiləri bizim mədəni inkişafımızı sıxışdırmışlar.
Bizdə lazımi qədər həkim və müəllimlərimiz yoxdur. Eşitdiyimə görə, hökumətimiz bir
sıra qabiliyyətli gənclərimizi Avropaya göndərməyi nəzərdə tutmuşdur.
134
Bir xeyli onunla söhbət etdim və sonra ona viski vermək istədim.
Lakin o, içkidən imtina edib dedi:
- Mən iyirmi il İranda konsul olmuşam. Köklü Şərq mədəniyyətinin dağılıb
getməməsini, bu günkü müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz
əcdadlarının ənənələrinə hörmət etməmələrini görmək həqiqətən insana çox əzab verir.
Lakin, bəlkə də onlar haqlıdırlar. Çünki həyat tərzi hər kəsin öz şəxsi işidir. Amma nə
olursa olsun etiraf etməliyəm ki, sizin ölkəniz, məsələn, Mərkəzi Amerika respublikaları
qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim hökumətimiz
Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır.
Salonun o biri başında Ninonun zadəgan valideynlərinin və İlyas bəyin əhatəsində xarici
işlər naziri Əsədulla dayanmışdı. Mən tələsik onların yanlarına getdim. Əsədulla tez
soruşdu:
- O, qoca sənə nə deyirdi?
- O dedi ki, mən səfehəm, amma İngiltərənin bizim müstəqilliyimizi tezliklə tanıyacağını
söylədi.
Mirzə Əsədulla rahat bir nəfəs aldı.
- Siz heç səfeh deyilsiniz, Əli xan.
- Təşəkkür edirəm, cənab nazir, mənə elə gəlirdi ki, doğrudan da səfehəm.
O, əlimi sıxaraq getməyə hazırlaşırdı. Qapıda Ninonun əlini öpərkən, Nino əsrarəngiz
bir şəkildə gülümsəyərək ona nə isə pıçıldayırdı. Mirzə Əsədulla da onun dediklərini başı
ilə təsdiq edirdi...
Qonaqlar gecə yarısı dağılışdılar. Böyük salona tütün və alkoqol qoxusu çökmüşdü. Hər
ikimiz yorğun, lakin məmnun halda pilləkənlərlə yuxarı qalxıb, yataq otağına keçdik.
Birdən qəribə bir dəcəllik hissi bürüdü bizi. Nino ayağındakı ayaqqabılarını bir küncə
vızıldatdı, sonra çarpayının üstünə hoppanıb yellənməyə başladı. O, alt dodaqlarını
salladıb, burnunu qırışdırdı. Bu anda o, balaca meymuna bənzəyirdi. Nino ordlarını
şişirtdi, sonra hər iki şəhadət barmaqlarını ordlarına vurdu. Onun dodaqlarının arasından
səs çıxdı.
- De görüm, məni yeni ölkənin xilaskarı rolunda necə görürsən? – deyə Nino bərkdən
səslənərək çarpayının üstündə hoppanıb düşdü. Sonra güzgünün qabağına qaçdı, özünü
heyran baxışlarla süzüb dedi:
- Nino xanım Şirvanşir – Azərbaycanın Janna d`Arkı. Minbaşı arvadlarını ovsunlayır və
həyatında heç xədimağası görməmiş kimi davranır.
O, gülür və əl çalırdı. Ninonun əynində açıq rəngli yaxası dekolte axşam paltarı var idi.
Onun incə qulaqlarından uzun sırğalar asılmışdı. Mirvari boyunbağısı lampa işığında
işıldayırdı. Onun qolları qız qollarıtək incə və gözəl idi. Qara saçları da çiyinlərinə
tökülürdü. Güzgünün qabağında dayanmış Ninonun mənim üçün yeni olan bu gözəlliyi
valehedici idi.
Mən bir-iki addım atıb ona yaxınlaşdım və avropalı prinsesin xoşbəxtlikdən parlayan
gözlərinə baxdım. Sonra onu qucaqladım və mənə elə gəldi ki, onu ömrümdə ilk dəfə idi
ki, bağrıma basırdım. Onun yumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən
dişləri isə ağ mirvari dənələri kimi parlayırdı. Biz ilk dəfə olaraq çarpayının üzərində
oturduq. Avropalı bir qadını qollarımın arasına aldım. Nino tez gözlərini qırpdı. Onun
135
uzun və zərif kirpikləri yanağıma dəyirdi. Onun gözlərində nəvaziş dolu bir baxış var idi.
Mən onları heç bir zaman hiss etməmişdim.
Ninonun çənəsini ovucumun içinə alıb başını qaldırdım. Yumşaq yumru sifətinə, nəmli
susamış dodaqlarına və yarı bağlı gürcü kipriklərinin ardındakı xülyalı gözlərinə baxdım.
Ninonun boynunun ardını sığalladım. Onun sifəti coşqunluq və şövqlə dolu idi. Birdən
onun gecə paltarı da, avropasayağı çarpayısı da gözlərimin önündən silindi. Mən onun
Dağıstandakı aulda gil döşəmənin üzərinə sərilmiş ensiz kilimin üstündəki döşəkdə
uzanmasını gözlərimin qabağına gətirdim. Mən onun çiyinlərini qucaqlamışdım və birdən
ayılıb gördüm ki, ikimiz də paltarda, məğrur Avropa çarpayısının ayaqları altında, açıq
rəngli Kirman xalçasının üstündə uzanmışıq. Yumşaq xalçanın üzərində kürəyi üstə yatan
Ninonun üzünə baxdım. Onun nəfəs almasını, sonra da yaşlı ingilisi, cavan zabitləri və
respublikamızın aqibətini tamamən unutmuşdum.
Bir az sonra biz kürəyi üstə, yan-yana uzanıb başımızın üstündəki böyük güzgüyə
baxırdıq. “Paltarım korlandı” deyə Nino birdən dilləndi, onun səsindən xoşbəxtlik
yağırdı. Sonra xalçanın üstündə oturduq. Nino başını dizimə qoyub yüksək səslə dedi:
“İndi biz mayorun arvadı görsəydi nə deyərdi. Deyərdi ki, məyər Əli xan bilmir ki,
çarpayı nə üçündür?”
Nəhayət o, ayağa durdu və kiçicik ayağı ilə dizimə bir təpik ilişdirdi:
- Cənab attaşe həzrətləri, lütf edib, diplomatiya dünyasının ümumi qayda-qanunlarına
riayət edərək, soyunub nikah yatağındakı yerini tuta bilərmi?
Yuxulu vəziyyətdə deyinə-deyinə ayağa qalxdım, paltarımı soyunub qırağa atdım və
yorğanın altına girib Ninonun yanında uzandım. Beləcə biz yuxuya getdik.
Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içərək evimizdən heyranlıqla danışırdılar.
Ninonun gürcü qonaqpərvərliyi tükənmək bilmirdi.
O cavan zabitlərlə rəqs edir, yaşlı minbaşılarla podaqra xəstəliyindən danışırdı. Nino
ingilis xanımlarına kraliça Tamarının dövrünə aid hekayələr danışır və onlarda elə
təəssürat yaradırdı ki, guya bu kraliça Azərbaycana da hökmranlıq etmişdi. Mən isə
nazirlikdə, böyük bir kabinetdə tək otururdum, diplomatik notaların layihələrini cızır,
xarici ölkələrdəki təmsilçilərimizin məlumatlarını oxuyurdum və boş vaxtlarımda
pəncərədən dənizi seyr edirdim.
Nino sevinc və şadlıq içində idi, elə bil onun heç bir qayğısı yox idi. O, Xarici İşlər Naziri
Mirzə Əsədulla ilə dost olmağa başlamışdı. Mirzə Əsədulla bizi ziyarət etdiyi zaman Nino
ona qayğı göstərir, ona Avropa cəmiyyətində necə davranmaq lazım olduğu barədə ağıllı
məsləhətlər verirdi. Bəzən də onları evimizin bir guşəsində, əsrarəngiz şəkildə pıçıldaşan
görürdüm.
Bir gün Ninoya “Mirzə Əsədulladan nə istəryirsən?” - deyə soruşanda Nino
gülümsəyərəêkizah etdi ki, Xarici İşlər Nazirliyində protokol şöbəsinin ilk qadın müdiri
olmaq arzusundayam.
Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövlətin işləri tam
sürətlə gedirdi. Üzərində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq adama zövq
verirdi.
Bir gün kuryer mənə qəzetləri gətirəndə günortaya az qalmışdı. Hökumət qəzetini
açdım və qəzetin üçüncü səhifəsində adımın böyük yağlı hərflərlə yazıldığını gördüm.
136
Adımın altında bunlar yazılmışdı: “Xarici işlər nazirliyinin attaşesi Əli xan Şirvanşir Paris
konsulluğuna təyin edilir”.
Bu qısa yazıdan sonra isə mənim gözəl cəhətlərimi sadalayan uzun bir məqalə gəlirdi. Bu
məqalənin Arslan ağanın qələmindən çıxdığını başa düşmək çox da çətin deyildi.
Yerimdən sıçradım, otaqdan çıxıb nazirin kabinetinə tərəf getdim. Kabinetin qapısını
açıb içəri girdim:
- Mirzə Əsədulla, bu nə deməkdir? - dedim.
O, gülümsədi:
- Dostum, sizin üçün gözlənilmədən bir sürpriz etmək istədim. Bu barədə xanımınıza
söz vermişdim. Nino ilə siz Parisdə bizim ideal təmsilçilərimiz olacaqsınız. Orada əsil
yerinizi tapacaqsınız.
Dəhşətli əsəbilik içində qəzeti bir küncə tulladım. Mirzə Əsədulla nitqi tutulmuş kimi
mənə baxıb dedi: Əli xan, idarəmizdə işləyənlərin bir çoxu xarici ölkələrə işləməyə təyin
edilsələr çox şad olarlar.
- Mirzə, vətəni uzun illər tərk etməyə məcbur edə bilən qanun mövcud deyil.
O, heyrətlə mənə baxırdı:
- Əli xan, nə istəyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli vəzifədir. Siz bu
vəzifəyə çox yaraşırsınız.
- Amma, mən Parisə getmək istəmirəm, zorla göndərəsi olsanız istefaya çıxacağam –
dedim.
Mən yad küçələrə, yad insanlara, yad adətlərə və Qərb dünyası deyilən aləmə nifrət
edirəm. Ancaq siz mənim bu nifrətimi başa düşməzsiniz, Mirzə!
Əsədulla nəzakətlə başını buladı, “amma, təkid edirsinizsə, burada da qala bilərsiniz” -
dedi.
Tələsik evə getdim. Pilləkənləri təngnəfəs çıxıb salona girdim:
- Nino, mən bu işi görə bilmərəm, başa düş məni – dedim.
Ninonun rəngi qaçdı, əlləri titrəməyə başladı:
- Niyə, Əli xan?
- Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü
və bu dənizi sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri
sevirəm. Mən Şərqdən uzaqlaşanda sudan çıxmış balıq kimi oluram.
Nino bir anlığa gözlərini yumdu.
- Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir insanın tonuna
bürünmüşdü ki, qəlbimi paraladı.
Oturub Ninonun əlini ovuclarımın içinə aldım.
- Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə
pərişan olacağam. Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss
edəcəyəm. Şəmirandakı hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən
də Avropaya dözə bilməyəcəyəm. Gəl elə burada, Asiya ilə Avropanın hiss edilməyən
şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm. Çünki orada nə
məscid var, nə köhnə qala divarları və nə də Seyid Mustafa. Mən zaman-zaman Asiyanın
ruhu ilə qidalanmalıyam ki, bizim ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim. Sən mənə
məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun
mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm.
137
Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf əyildi və əlləri
ilə saçlarımı sığalladı:
- Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. Bilmirəm nəyə görə
fikirləşdim ki, sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, bir daha
Paris barədə söhbət etməyək. Sən Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi.
O, məni mehribanlıqla öpdü.
- Nino, mənim kimi adama arvad olmaq çox çətindir?
- Yox, Əli xan, heç də çətin deyil.
O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox mehriban qadındı.
Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yoxa çıxarmışam. “Nino” dedim, –
körpəmiz doğulduğu zaman səninlə birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik.
Axı biz hələ toy səyahətinə çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün
yayı orada qalarıq. Ondan sonra da hər il Avropaya gedərik. Amma evimin vətənimdə
olmasını istəyirəm, çünki mən çölümüzün, şəhərimizin və günəşimizin övladıyam.
- Bəli, dedi Nino. – Özü də sən çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin
qarnımda daşıdığım balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli
ilə Ninonun övladı olacaq. Razısan?
- Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa razılıq verirəm...
XXIX
Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın
yanına avropalı həkimlər çağırmazdıq.
Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Ananın
doğum sancıları çox qorxunc bir hal aldığı zaman biz ona firuzə və almas tozu verirdik.
Lakin bu tozların ona köməyi olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və
cəsur olasan deyə, biz sənin göbək bağını evin gündoğanına baxan divarından qılıncla
Quranın arasından asdıq. Sonra sən onu illərlə bir talisman kimi boynunda gəzdirdin və
xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman boynundakı göbək
bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi
səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu
rəngləyib otağına buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan
bir müdrik adam gəldi və özü ilə bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun
qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni götürüb inəyin qarnına saldı. Üç saatdan sonra
səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O gündən etibarən sən bir daha
xəstələnmədin.
Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum
və bütün vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə
daha uzun və acı bir səslə. Atam sakit tərzdə dedi:
- Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır.
Qədim zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman
yağdırdığı lənətlərin təsirini evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına
çiləyərdi.
138
- Bu sancı nə qədər sürə bilər, ata?
Beş, altı, bəlkə də on saat.
Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı
yadına saldı. Atam birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş
qırmızı namaz xalçalarına tərəf getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə
baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın üstündə oturduq. Sağ əlimizi sol əlimizin
üstünə qoyduq. Atam dedi:
- Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin
gücündən daha üstündür.
Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim
(Mərhəmətli və Rəhimli Allahın adı ilə).
Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə
edərək alnımı yerə vurdum:
- Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin
Rəbbi, ən mərhəmətli, ən rəhimli Allaha həmd olsun).
Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. Ninonun
qışqırığı get-gedə artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz
surələrini mexaniki bir şəkildə təkrar edirdi:
- İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət
diləyirik...)
Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını
eşidirdim:
İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla, sənin mərhəmət
göstərdiklərinin yolu ilə apar).
Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum.
Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı:
Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla
aparmadıqların...)
Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə
təkrar etdik. Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz
üç adını pıçıldaya-pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı
qaldırıb, kiminsə gülər üzünü gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa
qalxdım. Atamın mənə yönələn baxışlarını hiss edib, yavaş-yavaş pilləkənlərlə aşağı
düşdüm.
Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim.
Ninonun gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə
Azərbaycan dilində dedi:
- Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki!
Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. Kimsə arxa
tərəfimdən dedi ki, Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş
dodaqlarını sığalladım. Nino taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir
qadın çarpayıya yaxınlaşdı. O, mənə bir qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik
barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir canlı “oyuncaq” gördüm. “Oyuncaq”
ağzını açıb ağlayırdı.
139
- Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini təqlid edərək
barmaqlarını açdı. Əlimi qaldırdım və qorxa-qorxa qundağa toxundum, lakin “oyuncaq”
artıq yatmışdı və onun bürüşmüş sifəti çox ciddi idi.
Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. Mən razılıqla
başımı tərpətdim, çünki Tamara adı çox gözəl bir addır. O həm xristianlarda və həm də
müsəlmanlarda təsadüf edilir.
Kimsə əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə zillənmişdi. Biz
atamla həyətə çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə gedək” – dedi. Ninonun bir
azdan yatmasına icazə verəcəklər.
Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum təpələrinin
arasından keçərək bir-birimizi ötdük. Atam mənə nə isə deyirdi, lakin onun dediklərini
başa düşə bilmirdim. Sonra başa düşdüm ki, o, mənə təsəlli verməyə çalışırdı. Bilmirdim
niyə, çünki ifadəsiz iri gözləri olan bir qızın atası olduğum üçün son dərəcə məğrur idim.
Günlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” daima köksünə
basaraq daşıyır, gecələri isə ona gürcü mahnıları oxuyurdu. O, mənimlə soyuq rəftar
edirdi, çünki mən uşağı bələməyə qadir olmayan bir kişi idim. Mən bütün günü
nazirlikdə oturub qovluqların içində eşələnirdim. Bir də görürdün ki, Nino mərhəmətə
gəlib mənə zəng edir və inqilabi hərəkatlardan məni xəbərdar edirdi:
- Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan oyuncaqdır”,
Əli xan.
Masamın üstündəki son məlumatı oxudum və şübhəli sərhədlərin cızıldığı xəritələrə
baxdım. Adları çətin tələffüz edilən əsrarəngiz adamlar Versalda oturub, Şərqin aqibətini
həll edirdilər. Yalnız bir nəfər, Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib
dövlətlərə ümidsiz müqavimət göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan artıq
Avropa dövlətləri tərəfindən müstəqil bir dövlət kimi tanındı. İngilis alaylarının artıq
suveren bir respublika olan ölkəmizin torpaqlarından təmamən çıxıb getmələrinə dair
xəbərdən cuşa gələn İlyas bəyin hərarətini soyutmaq üçün çox səy etməli oldum.
- Demək əbədi azadlıq, – deyə İlyas bəy sevinclə səsləndi. Artıq vətənimizin torpaqları
üzərində yabançı qüvvələr olmayacaq.
Bura bax, İlyas bəy – deyərək onu xəritənin yanına çağıraraq dedim:
- Bizim cənub müttəfiqlərimizin Türkiyə və İran olması vacibdir, lakin indi onların hər
ikisi də zəifləmişdir. İndi biz havada qalmış vəziyyətdəyik. Şimaldan neftimizi susamış
yüz altmış milyon rus hər gün bizə qarşı təzyiqini artırır. Nə qədər ki, ingilislər
buradadırlar, heç bir rus sərhədlərimizi keçməyə cürət edə bilməz. Əgər ingilislər çıxıb
getsələr, vətənimizi müdafiə etmək üçün bir sən qalırsan, bir də mən və bir neçə alay.
İlyas bəy qayğısızlıqla başını yırğaladı:
- Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh müqavilələri
bağlamaq üçün bizim diplomatlarımız var. Ordunun görəcək işləri başqadır.
O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi:
- Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə vəziyyət qarışıb. Hərbi
nazir general Mehmandarov artıq hərəkət əmrini verib.
Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu zaman məna
kəsb etdiyinə onu inandırmaq əbəs idi.
140
Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr bayramsayağı
bəzədilmişdi. Qoşunlarımız Ermənistan sərhədinə tərəf hərəkət edirdi. Rusiya-
Azərbaycan sərhədindəki stansiyamız Yalamada yalnız sərhəd keşikçiləri və bir neçə
məmur qalmışdı. Nazirlikdə isə biz həm ağlarla və həm də qırmızı məmurlarla
müqavilələr hazırlamağa çalışırdıq. Atam İrana qayıdırdı. Nino və mən onu limana
apardıq. O, kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən
soruşmadı.
- İranda nə edəcəksən, ata?
- Ola bilsin evlənəcəyəm...
O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi:
- Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm yeməyin, mənim
Mazandaranda bir neçə malikanəm var.
O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin qala divarlarına,
nəhəng Qız qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı.
Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü idi.
Sifətlərində cansıxıcı ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar saysız-hesabsız
müqavilələri, maddələri və müəyyən qeydləri laqeydliklə və tələsik imzalayıb getdilər.
Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu.
Ninonun valideynləri yayda dincəlmək üçün Gürcüstana getmişdilər.
Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər məmur qalmışdı.
Bir gün nazirə üzümü tutub dedim:
- Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe tutmuş
vəziyyətdədir.
O, qaşlarını çataraq bilirəm – dedi:
– Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. Qalan hər şey
isə Allahın əlindədir.
Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə əsgər parlament binasının
qapısında keşik çəkirdi.
Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. Şəhərin kənar
məhəllələrində yaşayan rus fəhlələri hökuməti hədələyirdilər ki, əgər onlar Rusiyaya neft
ixracına icazə verməsələr tətilə başlayacaqlar.
Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar qızmar tozun içində
oynayırdılar. Şəhərə elə bil göydən od yağırdı. Minarələrdən azan səsi gəlirdi: Namaza
gedin! Namaza gedin! İbadət yatmaqdan xeyirlidir!
Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan
Yalamanın qarşısında təhdid edən otuz min rus əsgəri gözlərimin qabağından çəkilmirdi.
- Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə vərdiş etməyib. Sən
də ki, ağacları, kölgəli yerləri və şırıltı ilə axan suları sevirsən. Yay vaxtı Gürcüstana,
valideynlərinin yanına getmək istəməzdinmi?
- Yox, - deyə Nino ciddi cavab verdi.
Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını tökdü.
- Biz birlikdə çıxıb getməliyik, Əli xan. Şəhər çox istidir. Axı sənin Gəncədəki malikanən
bağ-baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. Ora sənin yurdundur, “oyuncağımız”
da kölgədə yatıb yuxulaya bilər.
141
Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. Vaqonumuz
Azərbaycanın yeni dövlət gerbi ilə bəzənmişdi.
Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə aparırdı. Kilsə
və məscidlər yastı evlərlə əhatədə idi. Şəhərin müsəlman və erməni məhəllələrini biri-
birindən suyu çəkilmiş bir çay ayırırdı. Mən Ninoya yüz il bundan qabaq əcdadım
İbrahim xanın rus gülləsi ilə vurulub, can vermiş olduğu daşı göstərdim.
Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. Suyun içində yalnız
onların başı görünürdü. Havada süd qoxusu vardı, üzüm salxımlarının gilələri isə inək
gözləri boyda idi. Kəndlilər başlarının ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının
sağ və sol tərəflərindəki uzun saçları qabağa daranmışdı.
Ağacların əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. “Oyuncağımız” atları, itləri və
toyuqları görəndə gülümsədi.
Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə həftəlik nazirliyi, müqavilələri və
sərhəd stansiyası olan Yalamanı yaddan çıxartdım.
Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını çeynəyib atırdı. Onun
günəşdən qaralmış sifəti Gəncə səması kimi aydın və sakitlik içindəydi. Onun iyirmi yaşı
var idi. Ona şərqli zövqü ilə baxılsaydı, çox incə quruluşlu idi.
- Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən, təpə-
təpə gəzdirərsən. Sonra “oyuncağın” gələcəyi üçün ən incəliklərinə qədər planlar cızmağa
başladı. Planda tennis, Oksford, fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa
nümunəsi...
Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və Yalamada otuz min
rus əsgəri dayanmışdı. Biz çəmənlikdə böyük ağacların kölgəsində xalça sərib yemək
yeyərdik. Nino, camışların uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi.
Başlarında balaca yumru papaqları olan kəndlilər bizə gəlir, xanlarına baş əyir və
səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet oxumurduq, məktub da
almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində qurtarırdı. Bura az qala Dağıstan
qədər gözəl idi.
İsti yay günlərinin birində biz otağımızda oturmuşduq, birdən birə uzaqdan dördnalla
gələn bir atın nallarının səsini eşitdik. O dəqiqə eyvana çıxdım. Qara çərkəz libası geymiş
arıq bir adam atdan yerə hoppandı. “İlyas bəy” deyə çığırdım və onu qarşılamaq üçün
əlimi uzatdım. O, salamımı almadı. O, neft lampasının işığında dayanmışdı, sifəti
ağarmış, yanaqları da çuxura düşmüşdü.
O təlaş içində “Ruslar Bakıya girdilər” dedi. Mən başımı tərpətdim, elə bil bu əhvalat
mənə çoxdan bəlli idi. Nino arxamda dayanmışdı. O, yavaşca soruşdu:
- İlyas bəy, de görək, bu necə oldu?
Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri mühasirəyə aldılar
və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundular və məclis də
dağıdıldı. Rus fəhlələri öz həmvətənlərinin tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun
əsgərimiz yox idi. Ordumuz isə Ermənistan ilə sərhədə itirdikləri mövqelərdə
durmuşdular. Mən könüllü partizan dəstəsi yaratmaq istəyirəm.
Mən geri döndüm. Nino otaqda idi. Xidmətçilər də atları arabaya qoşurdular. Nino bir
yandan əşyaları yığır, bir yandan da öz ana dilində “oyuncaqla” nə isə danışırdı. Sonra
arabaya minib tarlaların içindən keçdik. İlyas bəy yanımızca atla gedirdi. Uzaqda
142
Gəncənin işıqları görünürdü və bir anlığa keçmişlə indiki zamanın biri-birinə
qaynaşdığını hiss edən kimi oldum. Mərdəkan yolundakı qarpız bostanlarında belində
xəncər, üzü solğun və ciddi İlyas bəy, sakit qürurla dayanmış Nino gəlib gözlərimin
qabağında canlandı.
Gəncəyə gecə yarısı çatdıq. Küçələr narahat, həyəcanlı adamlarla dolu idi. Erməni
məhəlləsini müsəlman məhəlləsindən ayıran körpüdə atəş açmağa hazır olan əsgərlər
dayanmışdılar. Məşəllərdən hökumət binasının üzərindəki yeni Azərbaycan bayrağına
işıq saçırdı.
XXX
Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Məscidin həyətində yorğun
halda uzanmış əsgərlərə göz gəzdirdim. Çay tərəfdən gələn pulemyotların səsləri
məscidin həyətində də eşidilirdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin bir neçə günlük ömrü qalmışdı.
Sonra həyətin bir küncündə oturub, keçmişin əbədiləşdirməli anlarını bir daha tez-
tələsik təlaşlı sətirlərlə dəftərimə qeyd edirdim.
Səkkiz gün bundan qabaq Gəncədə kiçik oteldə qaldığımız zaman mən İlyas bəyə
müraciət edib dedim:
- İlyas bəy, mən burada qalıram.
- Sən dəlisən, ağlını itirmisən, – deyə İlyas bəy cavab verdi.
Gecə saat üç idi. Nino yan otaqda yatırdı.
“Sən dəlisən, ağlını itirmisən” deyə İlyas bəy dediyi sözləri təkrar etdi və otaqda
gəzişməyə başladı.
Mən masanın baş tərəfində oturmuşdum və İlyas bəyin düşüncələrinə əhəmiyyət
vermirdim.
“Mən burada qalıram” təkrarən dedim. Könüllü partizan dəstələri gələcəklər. Biz
döyüşəcəyik. Mən, öz vətənimdən heç yana qaçmayacağam.
Mən elə bil yuxuda danışırdım. İlyas bəy qabağımda dayanıb, kədərlə tərs-tərs üzümə
baxdı:
- Əli xan, mən səninlə bir yerdə məktəbə getmişik və böyük tənəffüslərdə rus uşaqları
ilə dalaşmışıq. Sən Naçararyanın maşınının arxasınca düşdüyün zaman, mən sənin
ardınca çapırdım. O gecə Ninonu atımın yəhərinə oturdub evinə mən aparmışdım.
Sisianaşvili darvazasının yanında başı pozuq rus əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq.
Amma indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün yaxşılığı üçün və bəlkə də
bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən.
- İlyas bəy, sən burada qalırsansa, mən də qalıram.
- Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. Mən burada
qalıram ona görə ki, mən zabitəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki vuruş
keçirmişəm. Bu iki vuruşda böyük təcrübə toplamışam. Odur ki, inadlıq eləmə Əli xan,
İrana get.
İrana da, Avropaya da gedə bilmərəm.
Mən pəncərəyə yaxınlaşdım. Bayırda məşəllər yanır və hər tərəfdən silah şaqqıldamaları
eşidilirdi.
143
- Əli xan, Cümhuriyyətimizin heç səkkiz günlük də ömrü qalmayıb. Mən laqeydliklə
başımı tərpətdim. Küçədən əlləri silahlı adamlar keçirdilər. Yan otaqda ayaq səsi eşidib
üzümü o tərəfə çevirdim. Nino gözləri yuxulu-yuxulu qapıda durmuşdu.
- Nino, - dedim, – Tiflisə axırıncı qatar iki saatdan sonra gedir.
- Bəli, biz gedirik, Əli xan.
- Yox, sən uşaqla gedirsən. Mən isə sonra gələcəyəm. Mənim hələ ki, burada qalmağım
gərəkdir. Amma sənin getməyin vacibdir. İndi Bakıda vəziyyət keçən dəfə olduğu kimi
deyil. Vəziyyət tamamilə başqa cürdür. Ona görə də sən burada qala bilməzsən. Nino,
indi sənin körpən var.
Küçələrdə məşəllər yanırdı. İlyas bəy də başını aşağı salıb otağın küncündə dayanmışdı.
Birdən Ninonun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə tərəf gedib, bayıra
baxdı. Sonra İlyas bəyə tərəf baxdı və otağın ortasına gəlib, başını aşağı əydi.
- Bəs oyuncaq? - dedi. Bizim körpəmiz var, bizimlə getmək istəmirsən?
Gedə bilmirəm, Nino.
- Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından
bilirəm.
Nino qəflətən can verən yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri
qupquru idi, lakin bədəni tir-tir titrəyirdi. O, fəryad edərkən, İlyas bəy otaqda
dayanmayıb eşiyə atıldı.
- Nino, mən bir neçə gündən sonra sizin dalınızca gələcəyimə söz verirəm. Nino hələ də
fəryad içində idi. Küçələrdə camaat can verən cümhuriyyətin coşqun himnini
oxuyurdular.
Nino birdən susdu və gözlərini mənə zillədi. Sonra ayağa durdu. Mən çamadanı
götürdüm. Qundaqdakı “oyuncaq” qucağımda idi. Biz evin pilləkənlərindən səssiz-
səmirsiz aşağı endik. İlyas bəy maşında bizi gözləyirdi. Biz, adamlarla dolu olan
küçələrdən keçərək dəmir yol stansiyasına getdik.
- Üç, dörd gün döz, - deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-dörd gün. Ondan
sonra Əli xan yenə də yanınızda olacaq.
Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da Parisə gedəcəyik.
Bizim bağçalı bir evimiz olacaq, ikinci uşağımız da oğlan olacaq.
- Bəli, Nino, bax elə bu belə də olacaq...
Mənim səsim aydın və inamlı idi. Nino əlimi sıxdı, sonra baxışlarını uzaqlara çevirdi.
Dəmir yol relsləri uzun ilanlara bənzəyirdi. Qatar qaranlıqların içindən əjdaha kimi
çıxaraq perona yaxınlaşdı.
Nino məni tələsik öpdü.
- Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik.
- Əlbəttə, Nino orada görüşərik, sonra oradan da Parisə gedəcəyik.
Nino gülümsədi. Mən peronda dayanmışdım. Elə bil qapqara asfalta mıxlanmış kimi
yerimdən tərpənə bilmirdim. İlyas bəy onları vaqona apardı. Nino kupenin pəncərəsindən
bayıra baxırdı. Nino hürkmüş balaca bir quş kimi sakit idi. Qatar yavaş-yavaş hərəkət
etdiyi zaman Nino əl elədi. İlyas bəy də qatardan yerə hoppandı.
- Biz şəhərə qayıtdıq. Mən bir neçə gün ömrü qalan respublikamız barədə fikirləşirdim.
Səhər açılırdı. Ətraf kəndlərdən kənd sakinləri gizli saxladıqları pulemyotları və başqa
hərbi sursatları özləri ilə gətirirdilər. Şəhər silah anbarına bənzəyirdi. Çayın o biri
144
tərəfində yerləşən erməni məhəlləsindən ara-bir güllə səsi eşidilirdi. Çayın o tayı artıq
Rusiya torpağı idi. Qırmızı süvari dəstələri sel kimi ölkəni bürümüşdülər.
Şəhərdə birdən-birə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peyda
oldu. Bu şahzadə Mansur Mirzə Qacar idi. Bu adamın kim olduğunu və haradan gəldiyini
heç kim bilmirdi. O, İran taxtını əlində tutan Qacarlar sülaləsindən idi və onun papağının
qabağında bir gümüş Aslan gerbi parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi
hesab edən bu adam rəhbərliyi əlinə aldı. Rus alayları Gəncəyə doğru axmağa başlamışdı.
Şəhər Bakıdan gələn qaçqınlarla dolu idi. Onlar nazirlərin güllələnməsindən, parlament
deputatlarının həbsə alınmasından və adamların bellərinə daş bağlanıb Xəzər dənizinin
ən dərin yerlərinə atılmasından danışırdılar.
Təzə Pir məscidini indi kluba çeviriblər. Qala divarları yanında namaz qılmaq istəyən
Seyid Mustafanı rus əsgərləri döydülər. Sonra onun qollarını bağlayıb ağzına donuz əti
dürtüblər. Bundan sonra Seyid Mustafa İrana, Məşhəddəki əmisinin yanına qaçmağa
müvəffəq oldu. Onun atasını ruslar öldürmüşdülər.
Bu xəbəri gətirən Arslan Ağa mənim qabağımda dayanıb payladığım silahlara baxırdı.
- Əli xan, mən də sizinlə birlikdə vuruşmaq istəyirəm.
- Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq istəyirsən?
- Mən donuz balası deyiləm, Əli xan. Mən də hamı kimi öz vətənimi sevirəm. Atam
Tiflisə qaçdı. Mənə də bir silah ver.
Onun sifəti ciddi idi, gözlərini döyə-döyə üzümə baxırdı. Ona bir neçə silah verdim. O,
mənim komandanlığım altında körpünün başında vuruşan dəstəyə qoşuldu. Rus əsgərləri
körpünün o tayındakı küçələri tuturdular. Biz günəşin qızmar istisində əlbəyaxa
döyüşünə girişdik. Qarşımda enli sifətləri və parıldayan üçkünc süngüləri gördüm.
Birdən birə məni vəhşi bir qəzəb bürüdü.
Süngülərimizi kəmərimizin səviyyəsinə endirdik. Qanla tər bir-birinə qarışmışdı.
Mauzerimin dəstəyindən tutub lüləyini yuxarı qaldıranda bir güllə çiynimi sıyırdı.
Atdığım güllənin zərbəsindən bir rus əsgərinin kəlləsi partladı. Onun beyninin parçaları
küçənin tozuna töküldü. Xəncərimi sıyırıb bir əsgərin üstünə cumarkən, Arslan Ağanın
bir rus əsgərinin gözünə xəncər soxduğunu gördüm.
Uzaqlardan şeypurçuların səsləri gəlirdi. Biz bir küçənin tinində yerə uzanıb, erməni
evlərini selləmə atəşə tuturduq. Gecələr sürünə-sürünə körpünün üstündən şəhərə
qayıdırdıq. Üstünə patrondaş taxmış İlyas bəy körpüdə oturub pulemyotun yerini
müəyyən edirdi.
Biz məscidin həyətinə getdik. İlyas bəy ulduzların işığında uşaq ikən dənizə çimməyə
getməsindən, orada üzərkən burulğana düşüb az qala batmağından və son dəqiqələrdə
necə xilas olduğundan mənə danışdı. Onun danışdıqlarından sonra şorba içdik, sonra da
şaftalı yedik. Arslan Ağa da yanımızda oturmuşdu. Onun tökülmüş dişlərinin yerindən
qan sızırdı. Gecə bir müddət tir-tir əsərək yanıma soxuldu.
- Qorxuram, Əli xan. Mən çox qorxağam.
- Elə isə silahı yerə qoy, otlaqlardan keçib Pula çayına çatarsan və çayı keçib Gürcüstana
yollanarsan.
- Mən bunu edə bilmərəm, çünki mən də o birilər kimi vətənimi sevirəm.
Mən ona daha bir şey demədim. Sübh açılana yaxın uzaqdan top səsləri gəlməyə başladı.
İlyas bəy əlində durbin məscidin minarəsində Qacarlar nəslindən olan şahzadə Mansurun
145
yanında dayanmışdı. Minarədə dövlət bayrağı dalğalanırdı və kim isə Turan dövlətinin
himnini oxumağa başladı.
Sifəti meyit sifəti kimi ağarmış, gözləri xəyallı bir nəfər adam dedi: “Eşitmişəm ki, İranda
Rza adlı bir nəfər peyda olub. O, minlərlə hərbçiləri başına toplayıb onlara komandanlıq
edir. Ankarada da Mustafa Kamal ətrafında böyük bir ordu toplayıb. Biz əbəs yerə
vuruşmuruq. İyirmi beş min əsgər bizim köməyimizə gəlir”.
- Yox, - dedim. İyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya
müsəlmanları bizim harayımıza gəlirlər. Amma onların vaxtında buraya gəlib-
gəlməmələrini ancaq Allah bilir.
Mən körpüyə tərəf gedib pulemyotun arxasına keçdim. Sonra güllələr barmaqlarımın
arasından təsbeh dənələri kimi sürüşməyə başladı. Arslan Ağa da yanımda oturub
pulemyotuma güllə doldururdu. Onun rəngi qaçmışdı, lakin gülümsəyirdi. Rusların
tərəfində hərəkət hiss olunan kimi mənim pulemyotum fasiləsiz şaqqıldayırdı. Qarşı
tərəfdə hücum şeypuru çalındı. Haradasa o yanda, erməni evlərinin arxasında Budyonnı
marşının səsi gəldi. Başımı qaldırıb aşağı baxanda körpünün altında qurumuş və
susuzluqdan çatlamış çay yatağını gördüm. Rus əsgərləri meydançanı keçərək, aşağı
əyilib, nişan alır və atəş açırdılar. Onların atdıqları güllələr körpüyə dəyirdi. Mən bu
hücuma qızğın bir atəşlə cavab verdim. Rus əsgərləri oyuncaq kimi yerə sərilirdilər.
Lakin, kəlləsi üstə çay sahilindəki tozların üstünə yuvarlanan əsgərləri yeniləri ilə əvəz
edirdilər. Onların sayı minlərcə idi. Tənha qalmış pulemyotun şaqqıltısı Gəncə
körpüsündə çox zəif səslənirdi.
Birdən Arslan Ağa balaca uşaq kimi nalə çəkib qışqırdı. Olduğum yerdən onun tərəfinə
baxdım. O, körpünün üstündə üzüquylu sərilib qalmışdı, onun ağzından qan gəlirdi. Mən
təkrar pulemyotun düyməsini basdım. Güllələr rus əsgərlərinin başına yağış kimi yağırdı.
Şeypur səsi onları yenidən hücuma qaldırdı.
Papağım çaya düşdü: bəlkə ona güllə dəymişdi, bəlkə də əsən külək onu başımdan
uçurmuşdu.
Mən bir anda pencəyimlə köynəyimin yaxasını açdım.
Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq
olsa da vətəni uğrunda qəhrəmancasına vuruşaraq ölə bilərmiş.
Qarşı tərəfdə şeypur səsləri əsgərləri geri çağırırdı. Pulemyotu susdurdum və mən tər
içində, körpünün üstündə oturub, əvəz edilməmi gözləyirdim. Onlar gəldilər. Yöndəmsiz
və ağır adamlar Arslan Ağanın meyitini sipər kimi pulemyotun qabağına qoydular...
İndi mən burada, məscid divarının kölgəsində oturub, qaşıqla şorbanı içirdim. Məscid
həyətinin girişində şahzadə Mansur dayanmışdı, İlyas bəy* də əyilib xəritəyə baxırdı. Bir
neçə saatdan sonra mən yenidən körpünün üstündə dayanıb mövqe tutmalı idim.
Bilirdim ki, Azərbaycan Cümhuriyyətini yalnız bir-neçə günlük ömrü qalıb...
Mən ulu babam İbrahim xan Şirvanşirin xalqın azadlığı uğrunda canını verdiyi sahilə
şeypur səsi yenidən çağıranadək yatmaq istəyirəm.
“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasında
tutduğu mövqeyində həlak oldu. Onun meyiti körpüdən qurumuş çayın yatağına
düşmüşdü. Bədənini səkkiz güllə dəlik-deşik etmişdi. Cibindən xatirə dəftəri çıxdı. Allah
imkan versə, bu dəftəri onun arvadına çatdıracağam. Biz səhər erkən, rus qoşunları
146
sonuncu hücuma keçməzdən bir az əvvəl onu məscidin həyətində dəfn etdik.
Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”.
- ---------------------
*Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy.
147
Dostları ilə paylaş: |