AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ZAYİDOV AZƏRBAYCANA QARŞI
(11948/08 №-li şikayət)
QƏRAR
STRASBURQ
20 fevral 2014-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Zayidov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci bölmə) aşağıdaki tərkibdə:
Sədr- İsabelle Berro-Lefevr,
Hakimlər- Elizabet Şteyner,
Xanlar Hacıyev,
Mirjana Lazarova Traykovska,
Julia Laffrank,
Linos-Aleksandre Sicilianos,
və Bölmə katibinin müavini –Sören Nielsen
28 yanvar 2014-cü il tarixində şikayətə qapalı məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİ:
PROSEDUR MƏSƏLƏLƏRİ
-
Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Qənimət Səlim oğlu Zayidovun (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 13 fevral 2008-ci il tarixində təqdim etdiyi şikayət ərizəsi (31848/07 nömrəli) ilə başlanmışdır.
-
Ərizəçi Azərbaycanda fəaliyyət göstərən vəkillər cənab E.Sadıqov və R.Hacılı ilə təmsil olunmuşdur. Azərbaycan hökumətini səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
-
Ərizəçi xüsusilə iddia etmişdir ki, Konvensiyanın 5-ci maddəsinə əsasən onun azadlıq hüququ pozulmuşdur, çünki milli məhkəmələr onun barəsində həbs qətimkan tədbirinin tətbiqini əsaslandıra ubilməmişlər və heç bir səbəb göstərmədən onun, girov qoyulmaqla həbsdən azad olunmasına dair tələbini rədd etmişdirlər.
-
Dörd yanvar 2011-ci il tarixində ərizə Hökumətə göndərilmişdir.
FAKTLAR
I İŞİN HALLARI
-
Ərizəçi 1963-cü il tarixində anadan olub və Bakıda yaşayır.
-
Ərizəçi jurnalist və “Azadlıq” qəzetinin baş redaktoru olmuşdur.
-
Dostları ilə paylaş: |