Zayidov azərbaycana qarşI


Ərizəçinin girov qoyulmaqla həbsdən azad edilməsi tələbi və hadisələrin sonrakı gedişatı



Yüklə 39,69 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü39,69 Kb.
#1855
1   2   3   4   5   6   7   8   9   ...   12
Ərizəçinin girov qoyulmaqla həbsdən azad edilməsi tələbi və hadisələrin sonrakı gedişatı

26. 16 noyabr 2007-ci il tarixində ərizəçi Yasamal Rayon Məhkəməsinə girov qoyulmaqla həbsdən azad edilməsi üçün vəsatət verdi. O, istintaq ərzində həbs olunmasının zəruri olmadığını qeyd etdi. Bununla əlaqədar o qeyd etdi ki, əvvəllər heç bir cinayətə görə məhkum olunmayıb, heç vaxt gizlənməyə çalışmayıb və həmişə istintaqla əməkdaşlıq edib, o, tanınmış jurnalist və “Azadlıq” qəzetinin baş redaktorudur, onun daimi yaşayış yeri və dörd azyaşlı uşağı vardır.

27. 21 noyabr 2007-ci il tarixində Yasamal Rayon Məhkəməsi həbs qətimkan tədbirini əsaslı hesab eləyərək vəsatəti rədd etdi. Qərarın müvafiq hissəsində deyilir:

Zayidov Qənimət Səlim oğlu barəsində həbs qətimkan tədbirinin tətbiqi üçün kifayət qədər əsaslar mövcuddur. Həbs qətimkan tədbiri ……məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 155.2.1-ci maddəsinə əsasən Zayidov Qənimət Səlim oğlunun ittiham olunduğu əməlin ağırlığı, xarakteri və törədilməsi halları nəzərə alınaraq tətbiq edilmişdir.

Cinayət Prosessual Məcəllənin 164.4-cü maddəsinə əsasən əgər bu Məcəllənin 155.1 və 155.2-ci maddələrində qeyd edilən hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq səbəblərə əsaslanaraq girov qoyulmaqla şəxsin həbsdən azad edilməsindən imtina edə bilər.”

28. 23 noyabr 2007-ci il tarixində ərizəçi bu qərardan apellyasiya şikayəti verdi. Ərizəçi azadlığa buraxılması üçün əvvəlki dəlillərini təkrar etdi.

29. 7 dekabr 2007-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Apellyasiya Məhkəməsinin qərarının müvafiq hissəsində deyilir:

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin CPM-in 164.4-cü maddəsinə əsaslanaraq tələbi rədd etməsini düzgün hesab edir.



Əgər CPM-in 155.1-ci və 155.2-ci maddələrində qeyd edilən hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq səbəblərə əsaslanaraq girov qoyulmaqla şəxsin həbsdən azad edilməsindən imtina edə bilər.

Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Zayidov Qənimət Səlim oğlunun vəkilləri tərəfindən verilən apellyasiya şikayətində göstərilən dəlillər onun həbs qətimkan tədbirinin əvəzinə girov qoyulmaqla həbsdən azad edilməsi üçün kifayət deyil və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.”

30. Qeyri-müəyyən tarixində Milli Məclisin 14 üzvü ərizəçinin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair Baş Prokurora vəsatət verdi, lakin bu əsasda heç bir qərar qəbul edilmədi.

31. 11 dekabr 2007-ci il tarixində işə prosessual rəhbərliyi keçirən prokuror cinayət işinin materiallarını Yasamal Rayon Məhkəməsinə göndərdi.

32. 26 dekabr 2007-ci il tarixində Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçirildi və ərizəçiyə tətbiq edilən həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını qərara aldı.

33. 26 dekabr 2007-ci il tarixində Yasamal Rayon Məhkəməsi ərizəçini 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdi.

34. Ərizəçi Prezidentin 17 mart 2010-cu il tarixli əfv fərmanı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir.

II MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ



  1. Yüklə 39,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin