Zayidov azərbaycana qarşI


Ərizəçinin 10 noyabr 2007-ci il tarixdə tutulmasının qanuniliyi



Yüklə 39,69 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü39,69 Kb.
#1855
1   ...   4   5   6   7   8   9   10   11   12
Ərizəçinin 10 noyabr 2007-ci il tarixdə tutulmasının qanuniliyi

47. Hökumət qeyd etdi ki, ərizəçi öz şikayətində onun 10 noyabr 2007-ci il tarixində tutulması və həbs olunması zamanı müstəntiqin hərəkətlərinin qanuniliyinə dair şikayəti ilə bağlı daxili hüquq müdafiə vasitələrini tükətməmişdir. Hökumət bununla bağlı bildirdi ki, ərizəçi onun həbs olunmasına dair müstəntiqin qərarından şikayət verməli idi.

48. Ərizəçi bu şikayəti ilə bağlı bütün mümkün daxili hüquq müdafiə vasitələrini tükətdiyini və həbs qətimkan tədbirini təyin edən yerli məhkəmələrin öz mülahizələrinə əsasən onun saxlanılmasının qanuniliyini yoxlamalı olduqlarını qeyd edərək Hökümətin arqumentlərinə etiraz etdi.

49. Lakin Məhkəmə ərizəçinin 13 fevral 2008-ci ildə təqdim etdiyi ərizəsindəki ilkin arqumentlərini yoxlayaraq qeyd edir ki, ərizəçi Məhkəməyə təqdim etdiyi ərizəsində bununla bağlı heç bir şikayət etməyib. İlk dəfə olaraq o, bu məsələni Məhkəməyə 15 iyun 2011-ci il tarixində Hökumətin arqumentlərinə cavab olaraq şikayətində bildirib. Ərizəçinin həbsinə dair son yerli qərarın Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2007-ci il tarixli qərarı olduğunu nəzərə alaraq, Məhkəmə qeyd edir ki, bu şikayət Məhkəməyə vaxtı keçdikdən sonra verilib və altı aylıq müddət tələbinə uyğun gəlmir.

50. Buna görə də, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

II KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

51. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsaslanaraq şikayət etmişdir ki, yerli məhkəmələr həbs qətimkan tədbirinin tətbiqinin zəruriliyinə haqq qazandırmaqda uğursuz olmuşdurlar və onun girov qoyulmaqla həbsdən azad edilməsinə dair tələbini heç bir açıqlama vermədən rədd etmişdirlər. Məhkəmə hesab edir ki, bu şikayətlər Konvensiyanın 5-ci maddəsinin 3-cü maddəsinə əsasən nəzərədən keçirilməlidir. Orada deyilir:

“ 3. Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”



  1. Yüklə 39,69 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin