C. İcranın gecikdirilməsinə görə faiz
81. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ ƏSASƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ
-
5-ci maddənin 3-cü bəndinə əsasən şikayəti qəbuledilən, qalan hissədə isə qəbul olunmayan elan edir.
-
Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub.
-
Qərara alır ki,
-
cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qüvvəyə mindiyi tarixindən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına uyğun olaraq ödəməlidir:
-
mənəvi ziyana görə 5000 (beş min) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
-
məhkəmə xərcləri və digər məsrəflərə görə 5000 (beş min) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
-
yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır.
-
Əvəzin ədalətli ödənilməsi haqqında şikayətçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 20 fevral 2014-cü il tarixində qərar barədə yazılı məlumat verilmişdir.
Sören Nielsen İsabel Berro-Lefevr
Katib Sədr
Dostları ilə paylaş: |