Zayidov azərbaycana qarşI


Cinayət Prosessual Məcəllə



Yüklə 39,69 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü39,69 Kb.
#1855
1   2   3   4   5   6   7   8   9   ...   12
Cinayət Prosessual Məcəllə

35. CPM-in XVII fəsli qətimkan tədbirlərindən bəhs edir. 154-cü maddə həbs qətimkan tədbiri də daxil olmaqla qətimkan tədbirlərinin 10 növünü müəyyən edir. Həbs qətimkan tədbiri də daxil olmaqla istənilən qətimkan tədbiri  o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin: (a) cinayət prosesini həyata keçirən orqandan gizlənmək; (b)  cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; (c) cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaqi; (d) cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; (e)  məhkəmə hökmünün icra edilməsinə maneə törətmək (155.1). Qətimkan tədbirinin zəruriliyinə qərar verərkən, eyni zamanda qətimkan tədbirinin növünü seçərkən aşağıdakılar da nəzərə alınmalıdır: (a)   təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığı, xarakterini və törədilmə şəraiti; (b) təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşı və səhhəti, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olması; (c)  əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli hallar (155.2). Bundan başqa bir qayda olaraq həbs qətimkan tədbiri  2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxs barəsində tətbiq edilə bilər(155.3).

36. Girov qismində qətimkan tədbiri şəxsin cinayət prosesini həyata keçirən orqanların sərancamında qalmasına təminat verməklə onun həbsdən azad olunması üçün məhkəmə tərəfindən təyin edilən pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoyulmasını tələb edir. Bu böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərə tətbiq edilir (164.1). Əgər 155.1-ci və 155-2-ci maddələrdə qeyd edilən hallardan hər hansı biri mövcud olarsa, məhkəmə müvafiq sübutlara istinad edərək girov qismində qətimkan tədbirindən imtina edə bilər (164.4).




  1. Yüklə 39,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin