Ali Məhkəmənin Plenumunun qərarları
-
“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərar.
37. Qərarın müvafiq hissəsində deyilir:
“ 13…. Həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır.
14. Məhkəmələr nəzərə almalıdırlar ki, azadlıq hüququ məhdudlaşdırılmış şəxslər «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən azadlıqlarının məhdudlaşdırılması ilə bağlı ağlabatan müddətdə məhkəmə baxışının keçirilməsi, həmçinin barələrində həbs qətimkan tədbiri seçilməsinə zərurət olmadıqda məhkəməyədək azad olunmaq hüququna malikdirlər.”
2. “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 (üç) noyabr 2009-cu il tarixli qərar.
38. Qərarın müvafiq hissəsində deyilir:
“ 3…. Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır”.
HÜQUQ
I KONVENSİYANIN 5.1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUUSU
39. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsaslanaraq şikayət etmişdir ki, onun tutulması və həbs olunması cinayət əməli törətməkdə şübhəli bilinməsi üçün ağlabatan əsaslara malik olmamışdır. 15 iyun 2011-ci il tarixində ərizəçi Məhkəməyə şikayətində müstəntiqin tərəfindən qanunsuz olaraq həbs olunduğundan, 10 noyabr 2007-ci il tarixində tutulmasının qanunsuz olduğunu bildirmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
…..
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması …”
-
Dostları ilə paylaş: |