Kafedra: «İctimai elmlər»



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
  1   2   3   4   5   6   7   8   9   ...   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi



 

 

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 

 

 

P O L İ S   A K A D E M İ Y A S I 



                

      

                      KAFEDRA:  «İctimai elmlər» 

  

            FƏNN:         «Fəlsəfə» 

          

            FAKÜLTƏ:   Qiyabi   

 

 

 

MÜHAZİRƏ 

 

 

MÖVZU:№4 «Şüur, onun mənşəyi və mahiyyəti» 

 

            

                  

 

                                             

                                                                                    Vaxt-2 saat   

 

    Tərtib etdi:         «İctimai elmlər»  

                                 kafedrasının baş  

                                 müəllimi, polis baş leytenantı        Rəşad Qasımov 

 

 



 

 

    Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 

 

    Protokol № ____ “________” ______________   2017-ci il 



 

 

                                          

 

 

BAKI    2 0 1 7 


 

MÖVZU №4. «Şüur, onun mənşəyi və mahiyyəti» 



 

PLAN 

GİRİŞ 

 

1. Fəlsəfədə şüur problemi  

2. İnikasın forma və səviyyələri 

3. Mənlik şüuru 

 

NƏTİCƏ: 

 

ƏDƏBİYYAT: 

 

1.  Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006 

2.  Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012 

3.  İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010 

4.  Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010 

5.  Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014 

6.  Paşayev V. Fəlsəfə. Bakı, 1999. 

7.  Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007 

8.  Şükürov A. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Yenidən işlənmiş və 

təkmilləşdirilmiş ikinci nəşri . Bakı, 2008 

9.  Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012 

10. Алексеев П.В. Философия (Учебник). Москва, 1998 

11. Васильев В. В. Трудная проблема сознания. Москва, 2009 

12. Деннет, Д. Виды психики: на пути к пониманию сознания. — Перевод с 

англ. А. Веретенникова. Под общ. ред. Л. Б. Макеевой. Москва, 2004 

13. Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010 

14. Философия: Учебник. / Под ред. А.Ф. Зотова, В.В. Миронова, A.B. 

Разина.— 2-е изд., перераб. и доп. Москва, 2004. 

15. Канке В.А. Основы философии. (Учебник для вузов) Москва, 2008 

16. Патнем, Х. Разум, истина и история. Москва, 2002.  

17.  Пенроуз, Р. Тени разума. В поисках науки о сознании. Москва, 2005. 

18. Прист, С. Теории сознания. Москва, 2000. 

19. Райл Г. Понятие сознания. Москва, 1999 

20. Серл Д. Открывая сознание заново. М Москва, 2002.

 

 



 

GİRİŞ 

Şüur  fenomeni  ən  müəmmalı,  çoxlu  mübahisə  və  diskussiyalara  səbəb  olan 

problemlərdəndir.  Bu  isə  şüurun  öz  təbiəti  ilə  əlaqədardır.  Şüur  insanın  varlığı  ilə 

əlaqədardır.  Şüurun  ən  mühüm  xassəsi  onun  ideal  olmasıdır.  Şüura  materialist  baxışa 

görə  o,  insan  beyninin  fəaliyyəti  prosesidir,  beynin  funksiyası  olmaq  etibarı  ilə  ondan 

kənarda  mövcud  deyildir.  Beyin  isə  fikir  orqanı,  materiyasıdır,  özünəməxsus  şüur 

aparatıdır.  Şüur  beynin  fəaliyyətinin  məhsuludur.  Və  o,  beyində  öz  –  özünə  yaranmır, 

beyinə  hiss  üzvləri  vasitəsilə  daxil  olan  xarici  təsirlərin  sayəsində  formalaşır.  Şüurun 

təşəkkülü  mexanizminin  aparıcı  elementi  maddi  mühitlə  insan  beyni  arasındakı 

vasitəçilər  olan  hiss  üzvləridir.  Onlar  isə  daxili  və  xarici  olmaqla  iki  yerə  bölünürlər. 

Xarici hiss üzvləri (görmə, eşitmə, dad bilmə, toxunma) beyinlə xarici aləm arasındakı 

ilkin informasiya daşıyıcıları, şüurun ilkin əsasıdır. Daxili hisslər isə sırf idrak prosesinə 

daxil  olan,  onun  emosional  sahəsi  ilə,  məntiq  əməliyyatı  ilə  bağlı  olan  mənəvi  –  hissi 

ifadələrdir.  

        Müasir  fəlsəfi  tədqiqatlarda  şüurun  dünyaya  münasibətinin  əsas  tipləri  olmaq 

etibarı  ilə  birincisi,  şüurun  mövcud  olması  formalarından  olan  idrakı,  ikincisi,  şüurlu 

insanın  məqsədəuyğun  fəaliyyətindən  ibarət  olan  praktikanı,  üçüncüsü,  cəmiyyətdə 

mövcud olan əxlzqi, estetik normalar sistemi ilə müəyyən edilən dünyaya, cəmiyyətə və 

insana sərvət münasibətlərini bir – birindən fərqləndirirlər. Şüurun necə mövcud olması 

üsulu və onun nəyinsə necə mövcud olması – bilik deməkdir.  

 Şüur  idraksiz,  obyektiv  aləmə  idraki  münasibət  olmadan  qeyri  –  mümkündür. 

Şüurun  sistemli  elementləri  duyğu,  qavrayış  və  təsəvvürlərdən  ibarətdir.  Onlar 

strükturca  təşkilə  malik  olan  öz  qanunauyğunluqları  ilə  keyfiyyətcə  fərqlənən  ideal 

bütövlükdür. 

 Şüurun  varlığının  digər  mühüm  tərəfini  mənlik  şüuru  adlandırılan  özünü  dərketmə 

təşkil  edir.  Özünü  dərk  etmə  insanı  öz  hərəkətlərini,  hisslərini,  fikir  və  davranış 

motivlərini, cəmiyyətdə tutduğu yeri və vəzifələrini dərk etməyə deyilir.  

Özünü dərk etmənin strükturu və formaları, pillələri və səviyyələri mövcuddur. İlkin 

pillədə  o,  öz  –  özlüyünü  hiss  etməkdən,  ikinci  pillədə  isə  özünün  müəyyən  insan 

birliyinə aid olduğunu, üşüncü pillədə şəxsi «mən» şüurunu anlamaq, ona nail olmaq və 

formalaşmadan ibarətdir. Fəlsəfə tarixində bilik və həqiqətə özünü dərk etmə şüuru ilə 

yaranan  ilk  filosof  Sokrat  olmuşdur.  Onun  fikirləri  «mən  bir  şeyi  bilirəm  ki,  heç  nəyi 

bilmirəm, başqaları heç bunu da bilmirlər» və özünü dərk et və s. Dekert «düşünürəm, 

deməli mövcudam», Kant isə «öz hərəkətlərinə fikir ver ki, o, ümumi qanunlara uyğun 

gəlsin». 

 



 


Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin