1.Psixologiyanın mövzusu və vəzifələri
Psixologiya termini iki yunan sözündən-“psyuxe”-ruh, ruhi aləm,
”loqos”-bilik, elm, öyrənmək sözlərindən əmələ gəlmiş, ruhi aləm
haqqında elm deməkdir. (psixika haqqında elmdir). Psixologiyanın
predmetini başa düşmək üçün əvvəlcə psixika anlayışı ilə tanış olmaq
lazımdır. Psixika obyektiv aləmin subyektiv inikasıdır, yəni gerçəkliyin
insan beynində əksidir.
Psixikanı və ya psixi hadisələri şərti olaraq üç
böyük qrupa ayırmaq olar:
1.Psixi proseslər 2.Psixi hallar 3.Psixi xassələr
1.Psixi proseslər psixi faktın dinamikasını ifadə edir. Psixi proseslərə
idrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq,
təxəyyül), emosional proseslər (sevinc, kədər, qəm, nifrət, məhəbbət)
və iradi proseslər (çətinliklərin aradan qaldırılması, motivlər
mübarizəsi, davranışın tənzimlənməsi, qərar qəbul edilməsi və s.)
aiddir.
2.Psixi hallar psixi faktın nisbi davamlığını ifadə edir. Psixi hallar
insanın psixi vəziyyəti ilə bağlıdır. Psixi hallara şən əhval, dalğınlıq,
affekt, ehtiras, stress, inamsızlıq, şübhə və s. misal ola bilər.
3.Psixi xassələr psixi faktın sabitliyini ifadə edir. Temperament,
xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın əqli
keyfiyyətlərini və emosional xassələrini də psixi xaə aid edirlər. Bunlar
isə öz əksini fəaliyyət və ünsiyyətdə tapır.
Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika
və ya psixi hadisələr deyilir. Psixi hadisələr heyvanlarda da təzahür
edir. Buna görə də psixologiya baxmayaraq ki, insanı öyrənir, eyni
zamanda heyvanların da psixikasını, onun təzahürünü, dəyişməsini,
təkamülünü, insan psixikası ilə heyvan psixikasının fərqini tədqiq edir.
Psixoloqların tədqiqatları əsaslı surətdə göstərir ki, psixika fəaliyyət və
ünsiyyət prosesində formalaşır. Deməli, psixologiya elmi həm də
fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Beləliklə,