I böLMƏ MƏDƏNİ antropologiyada qender problematikasinin nəZƏRİ-metodoloji VƏ



Yüklə 385,29 Kb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü385,29 Kb.
#6060

 

 

I BÖLMƏ 



MƏDƏNİ ANTROPOLOGİYADA QENDER PROBLEMATİKASININ NƏZƏRİ-METODOLOJİ VƏ 

MƏDƏNİ-KONSEPTUAL ƏSASLARI 

 

 



MÖVZU. 

MƏDƏNİ ANTROPOLOGİYADA QENDER  

PROBLEMATİKASINA GİRİŞ 

 

• 



Mədəni antropologiyanın mahiyyəti 

• 

Antropologiyada «cins» və «qender» anlayışlarının nisbəti problemi. Qender mifologiyasının 



xüsusiyyətləri, onun sosial və humanitar elmlərdə tətbiqi mümkünlüyü 

• 

Azərbaycanda qender tədqiqatları 

 

Mədəni antropologiyanın mahiyyəti 

Antropologiya, müasir elmlərin hadisəsi olaraq, inkişaf etmiş  cəmiyyətlər və  cəmiyyətlərin digər 

növləri ilə dialoqun daha doğrusu, poliloqun, aparılması vasitəsilə öz-özünün dərki imkanlarını artırır. 

Belə qarşılıqlı fəaliyyətin nəticəsində məlum oldu ki, cəmiyyətin digər növlərini fərqləndirmək prinsipi, 

nəinki müxtəlif səviyyəli cəmiyyətlərin müqayisəli təhlili zamanı, həm də müxtəlif mədəniyyətlərin 

öyrənilməsində özünü doğruldur. Müasir psixologiyanın bəzi məktəblərinin inkişafı  nəticəsində bizim, 

insanların psixik həyatı haqqında təsəvvürlərimiz dərinləşmiş, hər bir insanın özünəməxsusluq haqqında 

məsələnin qaldırılmasına imkan yaratmışdır. «Digər» kateqoriyasının vacibliyi həm də onunla bağlıdır 

ki, o müxtəlif hadisələrin qarşılıqlı  fəaliyyəti zamanı  hər bir tərəf üçün öz məzmunu ilə bağlı olan 

keyfiyyətləri ifadə etməyə imkan tapır. Təsadüfi deyil ki, məhz antropologiya, qısa bir müddətdə külli 

miqdarda material toplayaraq, insan haqqındakı  təsəvvürlərdə irqi, milli və  mədəni məhdudluğunu 

aradan qaldırmağa nail olmuşdur. 

İnsan probleminin hərtərəfli və kompleks təhlili üzərində bir çox elmi fənlərin nümayəndələri 

çalışır. Burada həm geniş  təbii-elmi sahəni (anatomiya, nevrologiya, fiziologiya, təbabət), sosial elmləri 

(sosiologiya, iqtisadiyyat) və humanitar kompleksi (tarix, filologiya, dilçilik) həm də psixologiyanın 

müxtəlif sahələrini və, nəhayət, fəlsəfəni qeyd etmək olar. İnsan fenomeninin xüsusiyyəti, həm də sərhəd 

sahələrdə yerləşən elmlərin yaranmasını (sosibiologiya, antropogeoqrafiya) müəyyən edir. 

Antropologiyanın özündə  də  tədqiqatçılar öz planlarını realizə edərkən, bir sıra ixtisaslaşdırılmış 

istiqamətlərin, o cümlədən tarixi, tibbi, pedaqoji, siyasi, dini, hüquqi, ekoloji və iqtisadi sahələri inkişaf 

etmək məcburiyyətində olmuşdular. Eyni zamanda əldə edilmiş biliklərin sistemləşdirilməsi hətta uzaq 

gələcəkdə mümkün sayıla bilməz, eyni sözləri insanın ümumi konsepsiyası haqqında da demək olar. 

Belə  vəziyyətdə vahid bir elm-insanşünaslıq haqqında yox, antropoloji tədqiqatların müəyyən sahəsi 

haqqında, elmi biliklərin antropoloji prinsipi və antropoloji fənlər blokundan danışmaq lazımdır.  İnsan 

haqqında biliklərin inkişafının müasir mərhələsində, burada təmsil olunan əsas istiqamətlər, hələ  də 

bütün insanşünaslığın sahəsini  əhatə etmir. Yəni insan haqqında bütün mövcud nəzəriyyələrin 

məhdudluğu qaçılmazdır. 

Bütün deyilənləri nəzərə alaraq, tədqiqatımızın başlıca antropoloji prinsipini formula etmək olar: 

insan tərəfindən yaradılmış  ya  da  onun  həyat fəaliyyətinə daxil edilən hadisələr onun başlıcı 

keyfiyyətləri prizmasından, onlarla əlaqəli  şəkildə öyrənilməlidir. Bu, nəinki ayrı-ayrı institutlar və ya 

hadisələrə, həm də  cəmiyyət və  mədəniyyət kimi fenomenlərə aid edilməlidir, çünki onlar insan 

tərəfindən yaradılır və alqışlanır. Təklif edilən antropoloji prinsipinin olduğu kimi reallaşdırılması üçün 

aşağıdakı şərtlərə əməl olunmalıdır: 

• 

təhlil edilən hadisələr dəqiq təsəvvür edilməli; 



• 

tədqiqat obyekti olan insan fenomeninin mahiyyəti, konkret insanların əsas keyfiyyətləri haqqında 

müəyyən təsəvvürlər olmalı;  

• 

təhlil etdiyimiz hadisələr və insanların ümumi və xüsusi keyfiyyətləri arasında qarşılıqlı əlaqələrin 



olmasını sübut etmək imkanını əldə etməliyik. 

Qeyd edilən birinci və ikinci şərtlərin ödənilməsi, humanitar, sosial və antropoloji yönümlü bir sıra 

fənlərin üzərinə düşür, bununla belə bir sıra istiqamətlərin insanın öyrənilməsi sahəsində  əldə etdiyi 

nailiyyətlər olduqca kiçikdir. Sonuncu şərtlə  əlaqədar da ürəkaçan söz demək çətindir. Məs. insan 



 

 

cismaniliyinin, onun cəmiyyət və  mədəniyyətin layihələşdirilməsinə  təsirinin öyrənilməsində böyük 



boşluqlar var. Bundan başqa, insanın müxtəlif obrazları, o cümlədən müxtəlif birləşmə növlərində 

subyekt, ayrı-ayrı mədəniyyət növlərinin (submədəniyyətinin) daşıyıcısı, fəaliyyətin müxtəlif növlərinin 

iştirakçısı obrazının öyrənilməsi yalnız son zamanda başlanılıb. Qeyd edilən prinsipin tətbiqinə dair 

demək olar ki, burada da fəaliyyət üçün geniş imkanlar var. Son illər  ərzində sosial və humanitar 

biliklərin müxtəlif sahələri çox maraqlı inkişaf xüsusiyyətlərini nümayiş etdirir, bu hal da müasir elmin 

başlıca paradiqmaların (əsasların) böhranının ifadəsi kimi qiymətləndirilir. Bütün bu meyllər və hadisələr 

postmodern ideyaların təsiri altında əmələ gəlsə də, son nəticə etibarı ilə onlar postmodernizmin təsirinə 

bir reaksiyadır. 

XX  əsrin  əvvəlləri  ənənəvi elmin əsaslarından biri olan avropasentrizmin devrilməsi ilə 

səciyyələnir. Təsadüfi deyil ki, məhz bu zaman, insanın ifadəolunmasının müxtəlifliyi haqqında 

təsəvvürlərin formalaşmasında hədsiz dərəcədə böyük rol oynayan antropologiya meydana gəlmişdir. 

Bu məhdudiyyət aradan qaldırılandan sonra əvvəlki elmin daha bir çatışmamazlığı  aşkar olundu: 

«insan» və «bəşəriyyət» anlayışları onların kişi nümayəndələrinin ideyaları, həyat tərzi və təsəvvürləri ilə 

eyniləşdirilirdi. Postmodernizmin feminizm yönümü insan tədqiqatlarında birtərəfliliyinin aradan 

qaldırılması yollarından biridir. Bu gün qender tədqiqatlarının populyarlığı bütövlükdə antropoloji 

prinsipin həyata keçirilməsi ilə bağlıdır. 

Müasir antropologiyanın inkişafında biliyin müxtəlif sahələrində  əmələ  gəlmiş ziddiyətli meyllər 

öz əksini tapmışdır. Müasir elmin başlıca prinsiplər və metodologiyasında (birinci növbədə cəmiyyət və 

insanla bağlı olanlarda) əsaslı dəyişikliklər baş verir. Bu dəyişikliklər dünyanın ümumelmi mənzərəsini, 

tədqiqatın başlıca prinsiplərini, konkret paradiqmaları  əhatə edir. Baş verən bütün dəyişikliklərin 

mərkəzində insan, daha doğrusu onun dünya ilə qarşılıqlı əlaqələri yaratmaq istəyi, dərk etmək imkanını 

yaradan keyfiyyətləri və əlamətləri durur. İnsanın vacibliyi və təkrarsızlığının qəbul olunması elmdə bir 

sıra prioritetlərin dəyişilməsinə  gətirib çıxardı: kütləvi,  əhatəli hadisələrin tətqiqindən, antropoloji 

prinsipinin geniş tədqiqi ilə bağlı ayrı-ayrı ifadə olunmalar və xüsusi variantlara keçid müəyyən olunub. 

Müasir dövrdə problemin inkişaf səviyyəsinə görə müasir antropologiya sahəsinə  hər hansı 

istiqaməti daxil etmək üçün iki əsas meyarı göstərmək olar: insan varlığı fenomeninin bəzi ümumi 

əsaslarının işlənib hazırlanması yoluna çıxmaq; sənayedən  əvvəlki,  şəxsi  əlaqələrə  əsaslanan, inkişaf 

etməkdə olan cəmiyyətlər və sosial qrupların həyatının müxtəlif aspektlərini öyrənmək. 

Birinci istiqamət fəlsəfi antropologiyaya aiddirsə, ikincisi ənənəvi olaraq bilavasitə sosial (mədəni) 

antropologiya ilə bağlıdır. Sosial (mədəni) antropologiya müxtəlif cəmiyyətlər və dövrlərin 

mədəniyyətləri haqqında sistematik müqayisəli elmdir. Bu elm ilk növbədə empirik materialların 

toplanılması və təhlilinə əsaslanır. Avropa və ABŞ-da sosial (mədəni) antropologiyanın tədqiqat obyekti 

– ilk növbədə inkişaf etməkdə olan cəmiyyətlər olur. Təqribən yüz illik inkişaf tarixi dövründə 

antropologiyanın daxilində bir sıra xüsusi fənnlər formalaşıb. Müasir mərhələdə insanla bağlı yeni 

paradiqmalar və  nəzəriyyələrlə  əlaqəli olaraq ayrı-ayrı  fənnlərin inteqrasiyası (qovuşması) daha 

perspektivli (gələcəyə ümidli olan) görünür. Demək olmaz ki, belə  nəzəriyyələr var. Sovet dövründə 

həmin fəlsəfi antropologiya sırf burcua hadisəsi kimi qiymətləndirilir və  fəal  şəkildə  tənqid olunurdu. 

Məhz buna görə postsovet məkanında antropologiyanın fəlsəfi sahəsi hələ ki, ilk formalaşma 

mərhələsindədir, burada ciddi metodoloji əsasları axtarıb tapmaq mümkün olmur. Təxminən həmin 

vəziyyətdə daha bir fəlsəfi fənn – antropologiya qalıb. Ümumiyyətlə yeniliklər burada hələ  zəif inkişaf 

etdiyi üçün insan və onun mədəniyyəti hələ axıra qədər öyrənilməyib. Buna baxmayaraq, fikir var ki, 

antropologiya kulturologiyanın (mədəniyyətşünaslığın) tərkib hissəsidir. Mədəniyyət sahəsi uzun 

müddət özü-özlüyündə nəzərdən qaçdığı üçün indi bu sahədə ayrıca bir fənnin olması olduqca vacibdir. 

Sosial və mədəni antropologiyanın müxtəlif variantlarının paralel şəkildə mövcudluğu, bu fənnin 

məqsəd və  vəzifələrlə bağlı  əks mövqelərin olması  yəqin ki, ilk növbədə formalaşmaqda olan 

mərkəzlərin müxtəlif  əsasların inikasıdır. Ona görə  də  qərb alimləri bütövlükdən başlayıb sonradan 

antropoloji məktəblərin müxtəlifliyinə  gəlib çıxsalar da, biz, insan haqqındakı elmin özünəməxsus 

xüsusiyyətlərinə uyğun olaraq müxtəlif mövqelərin təhlilindən başlayırıq. Ümid edirik ki, bu müxtəlif 

məktəblər bir vaxt bir-birinə yaxınlaşacaqlar. 

 

Antropologiyada «cins və qender» anlayışlarının nisbəti problemi. Qender metodologiyasının 



xüsusiyyətləri, onun sosial və humanitar elmlərdə tətbiqi mümkünlüyü 

 

 

Bu gün elmlərin artmaqda olan əlaqələri, nəzəri metodların rəngarəngliyi, tədqiqatlarda, özünə bir 



sıra aspektlər və yanaşmaların müxtəlifliyi və bütövlülüyününü daxil edən fənnlərarası strategiyaların 

formalaşması imkanlarını artırır. Qender yanaşması müasir elmlərin o tələblərinə cavab verir ki, onlar 

istər xüsusi və təkcə, istərsə də obyektiv zərurət və tarixi müəyyənedilmə səviyyələrində qlobal və lokal 

proseslərin izahını və proqnoznaşdırılmasının dolğunluğunu tam təmin edir. Buraya həm də sosiallaşma, 

özünü identifikasiya (bənzətmə, oxşatma) etməsi, özünün aktuallaşdırılması (ifadə edilmə), bir də sosial 

stratifikasiya və subordinasiyasını daxil etmək lazımdır,yəni qender tədqiqatları  gərək sosiologiya, 

psixologiya, politologiya və digər sosial və humanitar fənnlərin metodlarının üzərində qurulmalıdır. 

Eyni zamanda qender problematikası  və qender yanaşması  tədricən müstəqil fənn statusunu 

qazanır. Burada öz tədqiqat predmeti (cinsi fərqləndirilmə  və  cəmiyyətin stratifikasiyası, qender 

sisteminin transformasiya prinsipləri, qender identifikasiyasının formalaşması meyarları), öz metadili 

(fövqəl, xüsusi) olmalıdır, çünki qender tədqiqatların öz açar mahiyyətli kateqorial anlayışları da var – 

qender, qender müqaviləsi, qender sistemi, qender displeyi, maskulinlik, femininlik, qender 

assimetriyası, andosentrizm və s. Bu, elə bir anlayışlar sistemidir ki, onlar qender tədqiqatlar sahəsinə 

müdaxilə edib, bir tərəfdən, qender stereotiplərin formalaşması  və realizə edilməsi üsullarını mümkün 

qədər dolğun ifadə etməyə, digər tərəfdən  şəxsiyyətin ilk növbədə  təbiətlə, genetika ilə yox, tərbiyə, 

mədəniyyət və ideologiya ilə müəyyən edilən qender sosiallaşmasının mexanizmlərini üzə  çıxarmağa 

imkan verir.  

Qender yanaşılması mövqeyindən kişililik və qadınlılığının fərqləri və xüsusiyyətlərin 

öyrənilməsinin vacib olduğu qədər də Jinsi rol modellərinin fərqləri və spesifikasını formalaşdıran və 

statuslu identifikasiya olunma və sosial tələblərin mikrosəviyyəsində cinsi fərqlərin  əmələ  gəlməsini 

təmin edən geniş,  əhatəli yanaşılması da vacibdir. Bununla belə kişi və qadınların davranışı  və 

ifadəolunma xüsusiyyətləri yox, cəmiyyət tərəfindən  şəxsə, onun hakimiyyət və qarşılıqlı asılılıq 

(subordinasiya) sisteminə cinsi aidiyyatına uyğun mümkün sayılan icazəli və yaxud qadağan edilənləri 

təhlil olunmalıdır. 

Qender problemləri öz tfadəsini yalnız feminizm tədqiqatlarında tapıb. Feminizm tədqiqatçıları 

ona fikir veriblər ki, kişi və qadınların həyat üslubu bir sıra mədəni amillərdən (ilk növbədə cəsarətlilik 

və  zərifliliyin nümunələrinin mənimsənilməsindən) asılıdır. Onların tədqiqat işlərində kişililik və 

qadınlılığın fərqləndiilməsi zərurəti qeyd edilir, həm də bu fərqlərin ifadəsi formalarının qeyri-

bərabərliyini müəyyən edən, mədəniyyətin məzmununun əlavə edilməsi zərurəti göstərilir. 

Feminizm tədqiqatçıları  tərəfindən hazırlanmış yanaşmada, cinsi sosiallaşmanın sosial 

determinantlarının krossmədəni fərqlər konteksində  də öyrənilməsi nəzərdə tutulur. Burada bir sıra 

modernizm mövqeyində duran fərdi fərqlərin fəlsəfi və psixoloji konsepsiyaların müxtəlif növlərini qeyd 

etmək olar. Psixoloqlar da elə bir qənaətə gəliblər ki, norma anlayışı ilə bağlı olan bütün təsəvvürlər az və 

ya çox dərəcədə kişi normaları ilə bağlıdır. Qadın davranışının motivasiyası heç yerdə nəzərə alınmır və 

təhlil edilmir. İlk dəfə olaraq klassik psixologiya və psixoanaliz subyekt-obyekt metodlar və  təhlilində 

androsentrizmə görə tənqid atəşinə tutulub.  

Qender tədqiqatlarının inkişafı  məntiqi, öz əsasını feminist və feminoloji tədqiqatlarında tapır; 

burada qarşıya kişi və qadınların sosial rollarının təbiətlə müəyyən edilməsi haqqında  ənənəvi 

təsəvvürlərin elmi cəhətdən  əsaslandırılması  dərəcəsi, həqiqiliyin təhlil edilməsi məqsədi qoyulub. 

Antropoloji və feminist tədqiqatları konteksində «cins» və «qender» anlayışların nəzəri səviyyədə 

fərqləndirilməsi meydana gəldi. Linda Nikolson, cins və qender terminlərin istifadəsinin sosial konteksti 

haqqında vacib fikri irəli sürdü. Onun fikrincə, cins sözünün istifadə edilməsi o zamana təsadüf edir ki, 

kişi və qadınlar arasında fərqlər bioloji fakt hesab edilib, belə konteksdə  məhz cins sözünün istifadəsi 

daha yerinə düşüb. O zaman qender sözü dildə yalnız kişilik və qadınlılığın təsvirində istifadə edilən 

qrammatik formalara aid edilirdi. Məlum olanda ki, kişililik və qadınlılığın arasında fərqlərin sosial 

mahiyyəti də var, onda qender termininin bioloji determinasiyasını  nəzərə almadan istifadə etməyə 

başladılar.  

Birinci olaraq «cins» və «qender» anlayışlarının fərqləndirilməsi ideyasını antropoloqlar 

bəyəndilər. Müxtəlif cəmiyyətləri öyrənərkən, onlar kişi və qadın rollarının, mövqelər, xasiyyət 

cizgilərinin anlanılmasında, ümumiyyətlə, bu və ya digər cəmiyyətdə kişilər və qadınların kim olduğu 

anlamında xeyli fərqləri aşkar etdilər.  1972-ci ildə Rozaldo və Lamferenin redaktəsilə  çıxmış  və tez bir 

zamanda şöhrət qazanmış «Qadın, mədəniyyət və cəmiyyət» adlı kitab dərc edilmişdir. Bu kitabın Şerri 



 

 

Ortner tərəfindən yazılmış  məqalələrindən biri – «Qadınlılıqla kişililiyin nisbəti təbii ilə  mədəninin 



nisbətinə üyğundurmu?» – sonradan böyük mübahisələrə səbəb oldu. Burada qeyd edilir ki, qadınların 

reproduktiv (analıq vəzifəsi) funksiyası onun cəmiyyətdə statusunun müəyyən edilməsində ona görə 

nəzərə alınmır ki, feminililik və qadınlar sosial yox, təbii aləmə uyğun olaraq bir götürülür. Ortner 

feminililiyin təbii ilə, maskulinliliyin isə mədəni ilə eyniləşdirilməsinin universal və simvolik mənalarını 

bütün təəssüratı ilə izləyir. Sonrakı disskussiyalarda bəzi antropoloqlar qender assimmetriyasının 

universallığı haqqında öz fikrini ifadə edir, digərləri isə Engelsin məlum tezisini təkrarlayaraq deyirdilər 

ki, cinslər arasındakı münasibətlərin nisbətən eqalitar xarakteri (bunlar əsasən kollektiv iqtisadiyyata 

əsaslanan cəmiyyətlərdə üstünlük təşkil edirdi) tədricən kapitalizm və əmtəə-pul münasibətlərinin təsiri 

altında transformasiyaya məruz qalmışdılar. Baxmayaraq ki, qender qeyri-bərabərliyi haqqında debatlar 

səngimir, burada artıq antropoloji məlumatların yeni interpretasiyası (yozulması) prosesinə təkan verilib. 

Demək olar ki, cins və qender anlayışlarının nisbətən anlaşıqlı izahını biz Heyl Rubinin «Qadınlar 

mübadiləsi»  əsərində tapırıq. Rubin psixoanalizi struktur antropologiya ilə (xüsusilə Levi-Strossun 

qohumluluq sistemləri nəzəriyyəçi ilə) yan-yana qoyaraq, kişilər arasında mübadilə predmeti olan 

qadınların simvolik funksiyalarını öyrənməyə başladı. Ekzoqamiya hadisəsində öz diqqətini 

cəmləşdirərək, o, belə  qənaətə  gəldi ki, patrixətli cəmiyyətlərdə qadın mübadiləsi patriarxal nizamlılığı 

qoruyub saxlayan qender sisteminin başlıca anıdır. Rubin sübut edə bildi ki, tayfalar arasında məhz 

qadınların mübadiləsi kişi hakimiyyətini təkrar istehsal edir, ailədə qender identikliyinin strukturlarını 

qoruyub saxlayır. Bu prosesin zirvə nöqtəsi – qadınların ev işi sahəsinə  sıxışdırılıb çıxarılması (sürgün 

edilməsi) və onların fəaliyyətinin təbii (bioloji) vəzifələrlə məhdudlaşdırılması olub. Rubin cins – qender 

sistemi anlayışını belə izah edir: …Sex-qender sistem-cəmiyyət tərəfindən bioloji seksuallığın 

transformasiyası zamanı yaranan razılaşmalar (quraşdırmalar) sistemidir, nəticədə insan fəaliyyətinin 

xüsusi bir növü yaranır; bu sistem vasitəsilə insan öz dəyişdirilmiş (transformasiya) edilmiş seksual 

tələbatları ödəyir. Rubinin fikrilə, qender sistemi hər iki cinsi fərqli qeyri-bərabər və  hətta qarşılıqlı 

şəkildə bir birini tamamlayan əslində hökmranlıq və ağalıq sistemi olan bir quraşdırmadır; onun məqsədi 

– atanın əlində maddi və mənəvi (simvolik) kapitalın cəmləşdirilməsidir. Psixoloq Ruda Unqer «Jins və 

qender anlayaşlarının yenidən müəyyən edilməsi haqqında» məqaləsində «cins» (seks) anlayışını yalnız 

bioloji mexanizmlərin ifadə edilməsi üçün istifadəedilməsini təklif etdi. «Qender» anlayışını isə 

maskulinlik və feminliliyin sosial, psixoloji və mədəni tərəflərinin ifadə edilməsi üçün istifadə olunmasını 

təklif etdi. Yəni, Unqer, cinsi – bioloji, qenderi isə sosio-mədəni hadisə olduğunu vurğulayır. Bununla 

belə qender və onun komponentləri (qender stereotipləri, qender normaları  və identiklik) müxtəlif – 

tamam maskulin və yaxud tamam feminin həddlərində  fəaliyyət göstərə bilər. Üstəlik, qenderi, 

şəxsiyyətin bioloji cinsindən fərqli bir mövhum olduğunu qəbul etmək lazımdır. Məs., kişi, cəmiyyətdə 

kişiyə xas olmayan hərəkətlərinə yol verə bilər, bununla belə heç kəs onun kişi olmasını  şübhə altına 

almır. 


Qender nəzəriyyəsinin inkişafında özünəməxsus xidməti olanlar sırasında Andriyenna Riç də 

durur. O, «Analıq bir təcrübə  və institütdür» adlı kitabında belə bir ideya ilə  çıxış edir: Qender bütün 

qadınları  bərabərləşdirən bütöv bir anlayış deyil. Qender subordinasiyanı (vəzifə bölgüsünü) müəyyən 

etməklə yanaşı, digər, hakimiyyətlə bağlı  cəhətləri ilə  də (irq, sinif, yaş) müşaiyət edilir. Yəni burada 

qender anlayışı daha erkən qenderin binar şəklində anlamından (kişi\qadın qenderi) bir qədər fərqlənir, 

bu yolla da ağalıq – tabelik münasibətlərin mürəkkəb şəbəkəsinin tərkib hissəsinə çevrilir. 

Jins və qender anlayışlarının fərqləndirilməsi sosial hadisələrin dərk olunmasının yeni müstəvisinə 

çıxışı  təsdiqləyirdi. 80-ci illərin axırlarında tədqiqatçılar tədricən padərşahlığın tənqidindən qender 

sisteminin təhlilinə, qadın təcrübəsinin özünəməxsusluğunun öyrənilməsinə keçirlər. Tədqiqat 

proqramlarında «qadın amilinin» əlavə olunmasına keçid tədricən  əmələ  gəlir, kişi ağalığının 

mahiyyətini təhlil edən konsepsiyalar yaradılır, bütün sosial proseslərdə qenderin mövcudluğu, 

yaranması və təkrar istehsalı təhlil olunur. 

Qender kateqoriyası, qender tədqiqatlarının özü belə  cəmiyyət və  mədəniyyətin feminist təhlili 

üçün yeni analitik imkanları açdı. Kişililik-qadınlılıq qarşıdurması öz bioloji əlamətlərini itirir, əsas 

diqqət kişilərə edilən tənqiddən qərb mədəniyyətinin formalaşması mexanizminə  keçir.  Sosial  və 

humanitar biliklərdə qender yanaşılmasının formalaşması mahiyyət etibarilə yeni nəzəriyyənin 

yaranması kimi gərək qiymətləndirilməsin. Prinsip etibarilə bu – yeni, bir sıra təsəvvür və  həqiqətlərə 

bəzən yenidən baxılmasını, insanda dəyərlər sisteminin dəyişdirilməsini tələb edən bir nəzəriyyədir. 



 

 

Sosial və humanitar idrakda qender yanaşılmasının istifadə olunması  mədəniyyətə yeni baxışın 



yaradılması üçün geniş imkanları  bəxş edir. Qender sosial layihələşdirilməsi nəzəriyyəsi, irq, sinif və 

yaşla bağlı olaraq, qenderin stratifikasiya kateqoriyası kimi düşünülməsi yolu – daha çox sosial elmlərdə 

– sosiologiya, psixologiya, iqtisadiyyat və demoqrafiyada istifadə edilir. Qender – mədəni metaforadırsa, 

qenderin quraşdırılması  nəzəriyyəsi – əsasən humanitar elmlərdə (fəlsəfə, tarix, ədəbiyyatşünaslıq, 

kulturologiya) işlədilir. Belə bölgü şərtidir: bəzən eyni tədqiqatda bir neçə yanaşma istifadə edilir və 

çulğalaşdırılır. Müasir qender nəzəriyyəsində kişilər və qadınlar arasında mövcud sosial, bioloji, psixoloji 

fərqləri inkar edilmir. Burada yalnız o fikir isbat edilir ki, özü-özlüyündə fərqlərin mövcudluğu, onların 

sosiomədəni cəhətdən qiymətləndirilməsi və interpretasiya olunması, bu fərqlər üzərində hökmranlıq 

sisteminin qurulmasından heç də bir o qədər vacib deyil. 

Beləliklə, qender tədqiqatların metodologiyasının  əsası – kişi və qadınların həyatında statuslar, 

rollar və digər aspektlərində  fərqlərin sadəcə  təsviri yox, cəmiyyətdə qender rolları  və münasibətləri 

vasitəsilə  təsdiqlənən hökmranlıq və  ağalıq münasibətlərinin təhlilidir. Qender rolları, qadın və kişi 

münsibətlərini ağalıq və hökmranlıq kateqoriyaları vasitəsilə müəyyən olunur. Qender tədqiqatlarında 

cəmiyyət tərəfindən kişilər və qadınların sosiallaşma sistemi, əmək bölgüsü, mədəni dəyərlər və 

simvollar vasitəsilə üzərinə qoyulan rollar, normalar, xasiyyət xüssiyyətləri öyrənilir. Nəticədə 

hökmranlığın ənənəvi (iyerarxiya şəklində) sistemin modeli quraşdırılır. 

Müasir sosial və humanitar tədqiqatlarda qender əvəzedilməz, universal bir layihə kimi işlədilmir. 

Qender anlayışı  nə  əşya, nə predmet, yaxud çoxlu əşyalar və predmetləri bildirmir – onun tədqiqat 

sahəsi, münasibətlər və proseslərin kompleksli şəkildə öyrənilməsidir. Münasibətlər səviyyəsində 

düşünmək lazımdır ki, qender analitik kateqoriyası vasitəsilə istər keçmişdə, istərsə  də indiki mədəni 

reallığın qiymətləndirilməsi mümkün olsun. Gizel Bokun ifadəsinə istinadən demək olar ki, qender 

yanaşılması yalnız ondan ibarət deyil ki, tarixi və yaxud cəmiyyəti hansısa bir model şəklində  təsvir 

edək, söhbət tarixdə  və  cəmiyyətdə müxtəliflik və  dəyişkənliyinin aşkarlanmasından gedir. «Qender» 

anlayışının ümumiləşdirilmiş ifadəsini göstərən yox, yunan sözü olaraq öz ilkin mənasını  yəni ictimai, 

«açıq razı olmama», «ixtilaf» mənasını daşıyan bir kateqoriyadır.  

 

Azərbaycanda qender tədqiqatları 

Azərbaycanın, eqalitar (əmlakın bərabər bölünməsi üzərində  əsaslanan) cəmiyyətin qurulması 

mərhələsində olması, dövlətin demokratiyaya doğru irəliləməsinin təzahürüdür. Buraya qender 

bərabərliyi də daxildir. Bərabərlik probleminin həqiqətən çoxlu tərəfləri sırasında qadın, daha dəqiq 

desək, feminist tədqiqatların töhfəsi çox böyükdür. Bərabər hüquqlar uğrunda mübarizədə öz tələblərini 

irəli sürərkən, tədqiqatların iştirakçıları bu tələblərin həddlərini tapıb, içindəki zidiyyətli məqamları 

aradan qaldırır, indiyə  qədər yalnız kişilərə aid olan insan hüquqlarını bütün demokratik cəmiyyətə 

müncər etməyə nail oldular. 

1948-ci ilin dekabr ayında BMT-nin Baş Assambleyası  tərəfindən insan hüquqlarının  ən ümumi 

Deklarasiyası  qəbul olunmuşdur. Burada, birinci bənddə qeyd edilir ki, bütün insanlar, öz ləyaqət və 

hüquqları baxımından azad anadan olurlar; bu Deklarasiyanın ziddinə olaraq bir çox qadınlar, cinsi, irqi 

və digər  əlamətlərinə görə hüquqlarının pozulmasına görə  əziyyət çəkirdilər. Bu səbəbə görə,  1974-cü 

ildə BMT 3010 saylı qətnaməsini qəbul edərək, 1975-ci ili Beynəlxalq qadın ilinin olduğunu elan etdi. 

Qətnamədə göstərilir ki, həmin tədbirin keçirilməsinin məqsədi – qadın və kişilərin hüquqi 

bərabərliyinə son qoyulmasıdır. 

1950-ci ilin noyabr ayında Avropa Şurası  tərəfindən insan hüquqları  və başlıca azadlıqlarının 

mühafizəsi haqqında Avropa konvensiyası  qəbul edilmişdir. Preambulara (girişdə) qeyd edilmişdir ki, 

cəmiyyətin üzvləri arasında daha böyük vəhdətin, birliyin əldə edilməsi məqsədilə, insan hüquqları  və 

başlıca azadlıqlarının təsdiqi və həyatda reallaşması prosesinə təkan vermək lazımdır. 

1952-ci ilin dekabr ayında BMT qadın hüquqları haqqında Konvensiyanı  qəbul etmişdir. Burada, 

qadınların, kişilərlə bərabər, bir çox ictimai vəzifələri seçmək və seçilmək hüququ bəyan edilmişdir. 

1945-ci ildə, BMT yaradılması ərəfəsində onun ilk üzvləri olan 51 ölkənin yalnız 30-da qadınların, 

kişilərlə  bərabər seçmək və seçilmək hüququ olsada, onlar dövlət vəzifələrdə  işləmək hüququndan 

məhrum idilər. XX əsrdə artıq 73 ölkədə (burada Azərbaycan səkkizinci yeri tutur) qadınlara bu hüquq 

verilmişdir. 

1974-cü ilin dekabr ayında BMT-nin Baş Assambleyası fövqəl  şəraitdə  və silahlı münaqişələr 

dövründə qadın və uşaqların mühafizəsi haqqında Deklarasiyanı qəbul etmişdir. Burada təəssüflə qeyd 


 

 

olunur ki, hələ də insan şəxsiyyətinin ləyaqəti və başlıca azadlıqları çox ciddi pozuntu halları ilə rastlaşır. 



Birinci bəndin dördüncü maddəsində qeyd edilir ki, əməliyyatlar zamanı  və yaxud işğal edilmiş 

torpaqlarda repressiya və qadın və uşaqlarla qəddar, insanlığa zidd davranış formaları cinayət sayılır. 

Düz beş il sonra BMT-nin Baş Assambleyası qadınlara qarşı haqsızlıqların bütün formalarının ləğv 

edilməsi haqqında Konvensiya qəbul etmək məcburiyyətində oldu. Konvensiyanın preambulasında qeyd 

edilir ki, müxtəlif sənədlərin qəbul olunmasına baxmayaraq, dünyada qadınların hüquqları  hələ  də 

pozulur. Bununla bağlı olaraq, bütün dövrlərə tövsiyə edilmişdir ki, onlar, qadın və kişilərin bərabər 

hüquqlu olması prinsipinin öz milli konstitusiyalar və müvafiq qanunvericiliklərə daxil etsin, hər hansı 

bir  şəxs, təşkilat və yaxud müəssisə  tərəfindən qadın hüquqlarının pozulması halları  ləğv edilsin, 

ümumiyyətlə belə hallara yol verən qanun, qərar, adət-ənənə, praktika ləğv edilməli ya dəyişdirilməlidir. 

Respublikada, 1998-ci ilin yanvarında Azərbaycan Respublikasının prezidenti H.Əliyev tərəfindən 

imzalanmış  Fərmana  əsasən, qadınlar məsələsi üzrə Dövlət Komitəsinin yaradılmasını, bir də 

Prezidentin, cəmiyyətin bütün fəaliyyət sahələrində qadınların rolunun gücləndirilməsi haqqında 

göstərişi, önəmli, əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Prezidentin, 6 mart 2000-ci il tarixli Dövlət 

qadın siyasətinin həyata keçirilməsi haqqında fərmanına əsasən, bu sahədə bir sıra tədbirlərin keçirilməsi 

nəzərdə tutulmuşdur. Bununla əlaqədar nazirliklər və idarələr tərəfindən bir sıra istiqamətlər üzrə  fəal 

işin təşkili başlandı: qadın və iqtisadiyyat (yoxsulluq, mülkiyyət və s. problemləri), qaçqınlar və məcburi 

köçkünlər, qadınlar və səhiyyə, qadınlar və idarəetmə, qadınlar və əmək, qadın hüquqları, qadın qeyri-

hökumət təşkilatların və beynəlxalq qurumların fəaliyyəti. 

Azərbaycanda qender tədqiqatlarının aktuallığı, predmetin yeniliyi, bir sıra prinsipial məqamlar və 

kateqoriyaların qeyri-müəyyənliyi, xalqımızın tarixində  və müasir sosiomədəni həyatında qender 

münasibətlərin spesifik ifadəsi ilə, XX əsrin axırı – XXI əsrin  əvvəllərində Azərbaycan cəmiyyətinin 

sosiomədəni inkişafı praktikası ilə qenderin nəzəri aspektinin sıx əlaqəsi ilə səciyyələnir. Azərbaycanda 

qender elmi sahəsində aparılan elmi tədqiqatlarda, yükün əsas hissəsini öz üzərinə filosoflar, 

mədəniyyətşünaslar, politoloqlar və bir səra digər elm nümayəndələri götürmüşlər. 

Hal-hazırda respublikada yeni qanunlar işlənib hazırlanır, qadın və kişilərin bərabər hüquq və 

imkanların gözlənilməsi baxımından mövcud qanunvericilik sisteminə yenidən baxılır, yəni onun qender 

ekspertizası keçirilir. Bu fəaliyət, Azərbaycanın Milli Məclisi tərəfindən, ratifikasiya (təsdiqetmə) etdiyi 

beynəlxalq sənədlərə uyğun, fəaliyyətdə olan beynəlxalq qadın təşkilatları və elmi-tədqiqat mərkəzlərlə 

sıx təmasda olaraq həyata keçirilir (bu təşkilatlar və mərkəzlər, sosial iş təcrübəsi və qanun layihələrinin 

müstəqil qender ekspertizasının keçirilməsində müəyyən təcrübəyə malikdir). Hal-hazırda, insan, o 

cümlədən qadın hüquqlarını müdafiə edən 50-yə yaxın beynəlxalq konvensiya və deklarasiya Milli 

Məclis tərəfindən təsdiqlənib. 

Qeyd etdiyimiz müddət  ərzində Azərbaycanda qender biliklərin təbliği, qender təhsili və qender 

elmi sürətlə inkişaf etmiş  və inkişaf etməkdədir. Azərbaycanda qenderologiyanın inkişafı  və qender 

mədəniyyətinin təbliğində, BMT-nin inkişaf proqramı  həddlərində  həyata keçirilən “Qender inkişafda” 

proqramı mühüm rol oynayıb. Layihə qender biliklərin geniş təbliğinə, hərtərəfli inkişafına səbəb oldu: 

burada qender mərkəzləri, treninqlərin geniş şəbəkəsi, müxtəlif konfransların keçirilməsi, mövzu ilə bağlı 

çoxsaylı nəşrlərin dərc edilməsi kimi tədbirləri göstərmək olar. Qeyd olunan layihənin həyata keçirilməsi 

zamanı kütləvi informasiya vasitələrinin geniş imkanları istifadə edilmiş  və (bunun vacibliyi xüsusi 

olaraq vurğulanmalıdır) qenderologiya sahəsində müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üçün 

müəyyən zəmin yaradılmışdır. Qender təbliğatının aparılması, müxtəlif pillələrdə qender təhsilinin 

təşkili, elmi-nəzəri və konkret–sosioloji tədqiqatların aparılması haqqında təşəbbüslərin irəli sürülməsi

qadınlar problemləri üzrə Dövlət Komitəsi, respublika QHT, bir də Azərbaycanda fəaliyyətdə olan bir 

sıra beynəlxalq qurumlar öz üzərinə götürdülər. 

Respublikada qender biliyinin sürətlə inkişafı  və yayılmasında daha bir amil mühüm rol 

oynamışdır: Azərbaycanda qender bərabərliyi işi, dəqiq və  məqsədyönlü  şəkildə, həm hökumət 

səviyyəsində aparılan sosial siyasət sahələri, həm də müxtəlif qeyri-hökumət təşkilatları  tərəfindən 

istiqamətləndirilir. 

Qeyd etmək lazımdır ki, respublikada son on il ərzində sosiomədəni məkanın bütün sferalarında 

qadın və kişilərin bərabərliyi problemi, qadın ictimai təşkilatların  əksəriyyətini cəlb etmişdir. Belə 

təşkilatların sayı 80-nə yaxındır, özü də günü-gündən artır. Onlar adətən bir neçə vəzifənin öhdəsindən 

gəlir, bunların sırasında aparıcı yeri, əhalinin aztəminatlı  təbəqələrin sosial mənafelərinin reallaşması, 



 

 

ailədə  və yaxud istehsalatda qadınların hüquqlarının müdafiəsi tutur. Bu təşkilatların  əksəriyyətində 



hüquqşünas kadrlar var, onlar, qadın hüquqlarını  məhkəmədə  təmənnasız müdafiə edir. Bir sıra 

təşkilatların diqqət mərkəzində həm də qaçqınlara humanitar yardımın göstərilməsi və onların, cinsindən 

asılı olmayaraq, hüquqların müdafiəsi durur.  

Qadın və hüquq-mühafizə qeyri-hökumət təşkilatları, müxtəlif respublika elmi və beynəlxalq 

humanitar təşkilatların imkanlarından istifadə edərək,  əhalinin qender maarifləndirilməsi işində xüsusi 

rol oynayır. Qadın QHT, qadın və qender problemlərinə  həsr edilmiş respublika və yaxud beynəlxalq 

səviyyəli müxtəlif treninq, seminar, kursların təşkili və  fəaliyyətində yaxından iştirak etmişdilər. 

Respublikada vahid, həmrəy olan qadın hərəkatının yaranması tempinin aşağı olmasına baxmayaraq, 

qadın təşkilatları, qadın hüquqlarının müdafiəsi sahəsində öz fəaliyyətini tənzimləyir və qender 

bərabərliyi uğrunda mübarizədə əhəmiyyətli rol oynayırlar. 

Respublikada, qender biliklərinin tədqiqatı ilə qender problemlərinin elmi tədqiqatlarını peşəkar 

səviyyədə bir araya gətirən bir sıra təşkilatlar var. Qərb Universitetinin nəzdində qender tədqiqatları 

Mərkəzi, alim-qenderoloqların səylərini birləşdirərək, qender tədqiqatlarını buraya cəmləşdirir; burada 

bir çox istiqamətlər üzrə qender tədqiqatları proqramları  tərtib edilir, qender üzrə müxtəlif elmi 

ədəbiyyat nəşr edilir; Bakı Dövlət Universiteti nəzdində «Qender və  tətbiqi psixologiya» kafedrası, 

Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və sosial siyasi tədqiqatlar İnstitutu nəzdində «Qender 

və fəlsəfənin yeni istiqamətləri» şöbəsi yaradılıb. 

Qeyd edilməlidir ki, respublikada qender problemləri üzrə xüsusi nəşrlər var, bundan əlavə, 

çoxsaylı dövrü mətbuatda jurnal, bülleten, qəzetlər və s. buraxılır; burada bu və ya digər formada qender 

problematikası ortaya qoyulur və təhlil olunur. Bunlar sırasında xüsusi olaraq beynəlxalq elmi-populyar 

«Qenderşünaslıq» jurnalı qeyd edilməlidir. Qender problemlərinin tədqiqi və işıqlandırılmasında, qender 

biliklərin təbliği və  tədrisində Azərbaycan alimlərin bu sahədə  nəşr olunan əsərləri aparıcı yer tutur 

(monoqrafiyalar, broşuralar, məcmuə və bülletenlər, tədris proqramları, mühazirə mətnləri , məqalələr və 

s.) . 


Qərb Universitetinin nəzdindəki Qender Tədqiqatları mərkəzi 16 sosial və humanitar elmlər üzrə 

qender tədqiqatları proqramları  nəşr etdirmişdir. Bu proqramlar əsasında «Ali məktəblərdə qender 

tədrisi üzrə  tədris proqramları», «Qender: tarix, cəmiyyət, mədəniyyət» və qender tədrisi üzrə metodik 

vəsait nəşr olunmuşdur. 

2002-ci ildən etibarən Azərbaycan Qender İnformasiya Mərkəzi fəaliyyət göstərir – Jənubi 

Qafqazda ilk informasiya-analitik kitabxana və  sənədlər toplumu ilə  təchiz olunmuş qadın hərəkatı 

mərkəzidir. Bu mərkəz üçüncü sektorun inkişafına vətəndaş  həmrəyliyi göstərmək məqsədilə 

yaradılmışdır; digər məqsədləri – inkişaf etmiş demokratiyaya malik ölkələrin təcrübəsinin yaradıcı 

şəkildə  mənimsənilməsi, cəmiyyətdə qender simmetriyasının bərqərar olunmasıdır. Mərkəz tərəfindən 

aşağıdakı  əsərlər çap edilmişdir: «Azərbaycan mətbuatında qender», «Annotasiyalı biblioqrafik 

göstərici», «Qenderin aktual informasiya resursları», «Qadınların Avropa tezaurusu» və s. 

Azərbaycanda, qender və qender münasibətlərinin müxtəlif aspektləri üzrə xeyli əsərlər nəşr edilib; 

cəmiyyətimizin sosiomədəni tələblərinə uyğun, onların sayı surətlə artır. Qeyd etdiyimiz bəzilərin adları 

göstərir ki, qender problematikasına elmi maraq geniş diapazona malikdir; bu tədqiqatların obyekti – 

həm qender elminin ümumnəzəri aspektləri, həm də respublikada qender inkişafı problemləridir. 

 

 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR  

 

1.  «Qender», «qender normaları», «qender rolları», «qender sterotipləri», «qender qeyri-bərabərliyi» 



anlayışlarının tərifini vermək 

2. Mədəni antropologiyanın tərifini vermək 

3. Mədəni antropologiyada qender problematikası anlayışını izah etmək. 

4.  Antropologiyada cins problematikasının problemlər spektirini qeyd etmək 

5.  Antropologiyada qender tədqiqatları 

 

İş üsulları – diskusiya və paylanan materialardan istifadə. 

 


 

 

 



 

 

 



FEMİNİZM VƏ QENDER NƏZƏRİYYƏSİNİN 

ƏSAS ANLAYIŞ VƏ TERMİNLƏRİ 

 

Qender (qender) 

1. (ümumi mənası) – anatomik baxımdan kişi və qadın arasındakı cinsi fərq. 2.(sosioloji mənası) çox 

zaman cinsi fərqə  əsaslanan, lakin mütləq onunla üst-üstə düşməyən sosial bölqü. Beləliklə, terminin 

sosioloji və ümumişlək istifadəsi bir-birindən fərqli ola bilər. 

Sosioloqlar və sosial psixoloqlar təsdiq edir ki, cins bioloji xarakteristikaya aiddir və buna müvafiq 

olaraq insanlar «kişi», «qadın» və çox hallarda «hermafrodit» (hər iki cinsin xarakteristikası daxilən, 

yaxud açıqcasına birləşmiş olanda) kateqoriyalarına, qender isə – insanları «kişi», «qadın» yaxud 

«hermafrodit» (hər iki qenderin xarakteristikası bilərəkdən yaxud bilməyərəkdən birləşmiş olanda) 

kateqoriyalarına ayıran sosial-psixoloji və sosial atributlara bölünür. Bir çox sosioloqların fikrincə, 

sosioloji diskursda qender o zaman tətbiq olunmalıdır ki, söhbət kimlərin kişilərə, kimlərin isə qadınlara 

aid olması ilə bağlı  cəmiyyətdə sosial yaranmış bölümdən getsin. «Kişi» və «qadın» terminləri onlar, 

həmçinin oğlan və  qızlar arasındakı bioloji fərqlərlə  şərtlənən termin olduğu üçün, «kişi» və «qadın» 

bölümü mədəniyyətin formalaşdırdığı  əxlaqa və, sosial olaraq cinslərə müvafiq hesab olunan 

temperament növlərinə aiddir. Bu xüsusiyyətlər mürəkkəb və uzunmüddətli sosializasiya prosesinin 

köməyi ilə öyrənilir. 

Antropoloqlar (məsələn, Marqaret Mid), psixoloq və sosioloqlar qeyd edirdi ki, qender bioloji 

olaraq yox, sosial olaraq, mədəniyyətin vasitəsi ilə müəyyən edilir, mədəniyyətcə  və tarixən nisbidir. 

Tarixi dəyişmələr obyekti olaraq, onun əhəmiyyəti,  şərhi və ifadəsi, həm mədəniyyətin daxilində, həm 

mədəniyyətlər arasında dəyişir. Sosial amillər – sinif, yaş, irq və etnos da qenderin xüsusi əhəmiyyətini, 

ifadə və təcrübəsini yaradır və o fakt xüsusi qeyd olunur ki, hansısa bir bəsitləşdirilmiş üsulla onu cins və 

ya seksuallıqla bərabərləşdirmək olmaz. 



 COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

 M., «AST», 1999. T.1. s. 109-110 

 

Qender ideologiyası (qender ideology) 

- elə bir ideyalar sistemidir ki, onun vasitəsi ilə qender fərqləri və qender stratifikasiyası – o 

cümlədən «təbii» fərqlər və qeyri-adi əqidə nöqteyi-nəzərindən də – sosial bəraət qazanır. Stenli (1974) 

«sağlam mühakimə» ideologiyası tətbiq etməklə qender fərqlərinə qeyri-tənqidi bir yanaşma iddiasında 

idi. 

 COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

 M., «AST», 1999. T.1. s.109-110. 

 

Qender təbəqələşməsi (qender differentiation) 

- kişi və qadın arasındakı bioloji fərqlərin sosial əhəmiyyət kəsb etməsi və sosial təsnifat vasitəsi 

kimi istifadə olunması prosesidir. Bəzi mədəniyyətlərdə cinslər arasındakı bioloji fərq  şişirdilə, 

başqalarında isə kiçildilə bilər və beləliklə  də ayrılmaz bir əlamət yaxud universal əhəmiyyət hesab 

olunmamalıdır. 

 Yenə orada, s.109-110 

 

Qender rolu (qender role) 

- qenderi əhatə edən anlayışlardan doğan sosial gözləmələr, həmçinin nitq, manera, geyim və 

cestlərlə ifadə olunmuş davranışdır. Belə hesab olunur ki, kişi və qadın ideyaları bir-birini istisna edir, 

bəzi cəmiyyətlərdə isə rol davranışı qütbləşir: passivlik – qadın roluna, aktivlik – kişi roluna çevrilir. 

Qender rolları ilə bağlı olan davranışa aid deyilənlər kişi və qadın əməyinin mövcudluğunda özünü daha 

qabarıq əks etdirir. 

 Yenə orada, s. 112. 


 

 

 



Qender stratifikasiyası (qender stratifijation) 

- onun vasitəsi ilə qender – sosial stratifikasiyasının  əsasına, qenderlər arasında qəbul olunmuş 

fərqlərin isə, sistematik olaraq, qiymətləndirilən və qiyməti verilmiş  fərqə çevrilməsi prosesidir. Belə 

stratifikasiya çox zaman təhrif olunurdu və o, sosial-sinfi yaxud etnik stratifikasiyaya tabe etdirilirdi. 

Lakin bunun, qadın cinsinə aid olan insanların kişilərlə müqayisədə daha aşağı qiymətləndirildiyini və 

mükafatlandırıldığını əks etdirən sistem olması, feminizmin təsirinə məruz qalan sosioloqlar tərəfindən 

xüsusi qeyd olunurdu. Məsələn, feminist sosioloqlar, qadınların müasir və tarixi istismarını dərk və təhlil 

etmək üçün patriarxat termini tətbiq etməyə başladılar.  

 Yenə orada, s. 112. 

 

Qender tədqiqatları 

- sosial tranformasiyalar və hökmranlıq sistemlərinin təhlili üçün qender yanaşmasının evristik 

imkanlarını reallaşdıran fənlərarası tədqiqat praktikasıdır. XX əsrin sonunda fəlsəfi və ümumhumanitar 

fikirdə cinslərarası  əlaqəyə  və qadın məsələsi deyilən problemə yeni baxış  tətbiq edildi. Jinsin 

sosiallaşması mexanizmləri, artıq hakimiyyət diskursu mexanizmləri olaraq, tam aydın üzə  çıxarıldı. 

Sosiumun  ən aktual problemləri – hakimiyyət, zorakılıq, özünüanlam və  şəxsiyyət azadlığı 

postsənayeləşmiş  cəmiyyətdə  fərdin cinsi eyniləşmə  və müvafiq sosial rolları problemi kimi qarşıya 

qoyuldu.  İnsan mahiyyəti problemi, insan mövcudluğunun məna və  gərəkliyi, məkan və zamanı kimi 

əsas fəlsəfi məsələlər qender ölçüsünə çevrildi. Həmin müddəanın dərki isə bütün dünyada geniş yayılan 

qender tədqiqatlarında öz əksini tapdı. 

Fərq nəzəriyyəsinin qəbul olunması, qender tədqiqatlarında fənnlərarası prinsip barəsində daha 

böyük əsasla söz deməyə imkan verdi. Fənnlərarası prinsip həm konkret problemlərin tədqiqi səviyyəsi 

üçün, həm də bütövlükdə ictimai inkişafın qender assimmetriyasının  əsaslandırılması  səviyyəsi üçün 

səciyyəvidir. Qender tədqiqatları ilə  əhatə olunmuş elmlərin çevrəsi olduqca genişdir: fəlsəfə, 

sosiologiya, iqtisadiyyat, demoqrafiya, tarix, antropologiya, psixologiya, politologiya, filologiya və 

sosiolinqvistika, semiotika, etnoqrafiya, kulturologiya və s. 



 Sovremennıy filosofskiy slovarğ. 

 Panprint. 1998.s. 180-183 

 

Cinsi əlamətə görə diskriminasiya (sex disjrimination) 

- bir cinsə, digəri ilə müqayisədə üstünlüyün verilməsi praktikasıdır. Jəmiyyətlərin çoxunda bu, 

qadınların zərərinə, kişilər üçün əlverişli olan diskriminasiya kimi nəzərdən keçirilir. 

 Patriarxal  münasibətlərin səciyyəvi olduğu cəmiyyyətdə qadın, bir qayda olaraq, sosial həyatın 

bütün sahələrində, yəni sosial fəaliyyətin xüsusi və ictimai sahələrində sistematik olaraq 

diskriminasiyaya məruz qalır. 

 COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

 M., «AST», 1999. T.1. s. 183 

 

Feminizm (feminism) 

1. Qadının qlobal surətdə istismarı  və kişiyə tabe edilməsinin xarakteri ilə bağlı olan bütöv bir 

nəzəriyyədir. 2. Bütün qadınları kişilərin üstünlüyündən və istismardan azad etməyə can atan sosiosiyasi 

nəzəriyyə  və praktikadır. 3. Qender-sinfi sistem ilə strateji konfrontasiyadan ibarət sosial hərəkatdır. 4. 

Qadına nifrət ideologiyası və davranışı ilə dialektik ziddiyyət təşkil edən hər hansı ideologiyadır.  

 COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

 M., «AST», 1999. T.2. s. 386-388. 


 

 

 



ƏDƏBİYYAT 

 

Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə  həsr olunmuş elmi konfransın 



materialları. – B., 1992 

«Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» Azərbaycan 

Respublikasının Prezidenti H.Əliyevin Fərmanı. 2000, 6 mart 

«Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında» Nazirlər 

Kabinetinin Qərarı. 2000, 6 mart  

Bunyadov T. Azərbaycan arxeologiyası oçerkləri. – B., 1960 

İnsan, zaman, izlər... /Tərtib rə rəsmləri N.Babayevindir. – B., 1974 

Göyuşov R. Azərbaycan arxeologiyası. – B., 1986 

Nemətova M. Azərbaycanda pirlər: sosial-ideoloji, iqtisadi-siyasi mərkəzlər. – B., 1992 

Qender: tarix, cəmiyyət, mədəniyyət/ Müəl. kollektivi (azərb. və rus dil.) – B., 2002 

Mirzəzadə R. Azərbaycanda qender tədqiqatları. – B., 2002 

Qender təliminə dair metodiki vəsait. – B., 2002 

Адам и Ева. Альманах гендерной истории / Под ред. Л.П. Репиной. – М., СПб., 2003 

Гендерные  исследования:  Феминистская  методология  в  социальных  науках / Материалы 2-й 

Международной Летней школы по гендерным исследованиям. – Харьков, 1998 



Гендерные исследования. Хрестоматия. – М., 2002 

Гендерные исследования. Учебное пособие. – М., 2002 

Кули-заде З. Гендер в Азербайджане. – Б., 2003 

Личность. Культура. Общество / Научно-практический ъурнал, том II, выпуск 1. – М., 2000 

Мифология  и  повседневность:  гендерный  подход  в  антропологических  дисциплинах / Материалы 

научной конференции 19 – 21 февраля 2001 года. – СПб., 2001 



Фараджева Ф.Ф. Гендер и культура. – Б., 2002 

Феминизм и гендерные исследования. Хрестоматия / Под общ. ред. В.И.Успенской. – Тверь, 1999 

Хрестоматия феминистских текстов. Переводы. / Под ред. Е.Здравомысловой, А.Темкиной. – СПб., 2000 

 

 



Yüklə 385,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin