Uot 338. 49 İstehsal fəALİYYƏTİ VƏ Əsas istehsal amiLLƏRİ XƏLİLBƏYLİ aliYƏ elmar qızı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix15.12.2022
ölçüsü0,5 Mb.
#75082
  1   2   3
736976(meqale)



89 
 
 
UOT 338.49 
 
İSTEHSAL FƏALİYYƏTİ VƏ ƏSAS İSTEHSAL AMİLLƏRİ 
 
XƏLİLBƏYLİ ALİYƏ ELMAR qızı 
Sumqayıt Dövlət Universiteti, metodist 
alia_xalilova1975@mail.ru
  
Açar sözlər : istehsal fəaliyyəti, istehsal ünsürləri, sahibkar, bazar, işçi qüvvəsi 
Müasir insanın fəaliyyət sahələri özünün çoxmüxtəlifliyi ilə fərqlənir: təhsil, elm, mədəniyyət, 
idman və s. Çoxsaylı insan fəaliyyəti növləri arasında onun iqtisadi fəaliyyəti, yəni maddi 
nemətlərin əldə edilməsi ilə bağlı olan istehsal fəaliyyəti aparıcı yer tutur. Belə ki, iqtisadi fəaliyyət 
insanın digər fəaliyyət növlərini mümkün edir. Çünki, ilk növbədə, öz maddi təlabatlarını ödəmiş 
olan insan digər fəaliyyət növləri ilə məşğul ola bilər. Odur ki, yarandığı ən qədim dövrlərdən 
başlayaraq insanlar, ilk növbədə, iqtisadi fəaliyyətlə məşğul olmuş müxtəlif maddi nemətlər istehsal 
etməyə çalışmışlar. Hal-hazırda isə bizə məlum olan maddi nemətlər əldə olunma üsulundan asılı 
olaraq aşağıdakı 2 əsas qrupa ayrılır: 
1. Təbiətin insanlara bəxş etdiyi hazır məhsullar; 
2. İnsan əməyinin nəticəsi olan məhsullar. 
1-ci qrupa daxil olan hazır məhsulların (hava, günəş işığı, dəniz suyu və s.) əldə edilməsi üçün 
insanlar heç bir əmək sərf etmirlər. Onlar sadəcə təbiətin bəxş etdiyi hazır nemətlərdən 
yararlanırlar. İnsan əməyinin nəticəsi olan məhsullar, məsələn, müxtəlif ərzaq məhsulları, geyim 
şeyləri, məişət əşyaları və s. isə istehsal olunmalı, müəyyən emal proseslərindən keçməlidir, onların 
istehsalı daim artırılmalı, keyfiyyət xüsusiyyətləri yaxşılaşdırılmalıdır. İstehsal fəaliyyəti, 
ümumiyyətlə, iqtisadiyyatın maddi əsasını təşkil edir. [1, s.376] 
Maddi nemətlərin əldə edilməsi üçün istehsal prosesi baş verməlidir. İstehsal prosesində 
müvafiq istehsal ünsürlərindən istifadə olunur. Bu zaman istehsal ünsürləri və istehsal resursları 
anlayışlarını bir-birindən fərqləndirmək tələb olunur. Belə ki, istehsal resursları istehsal ünsürləri ilə 
müqayisədə daha geniş anlayışdır. İstehsal resursları maddi nemətlərin istehsal edilməsində istifadə 
edilə bilən istehsal vasitələridir – potensial istehsal ünsürləridir. İstehsal amilləri isə istehsal 
prosesinə cəlb edilmiş istehsal resurslarıdır. İstehsal amilləri öz tərkibinə görə çox müxtəlifdir. 
İqtisadi məzmunundan və ya təyinatından asılı olaraq istehsal ünsürlərini klassik siyasi iqtisadçılar 
2 əsas qrupa ayırmışlar: istehsalın maddi amilləri və istehsalın əmək amilləri. Klassik 
iqtisadçılardan fərqli olaraq müasir iqtisad elmi isə istehsal ünsürlərini 4 qrupa ayırır. İstehsal 
amillərinin bu cür təsnifatını ilk olaraq ingilis iqtisadçısı Alfred Marşal vermişdir. A.Marşala görə 
istehsal ünsürləri aşağıdaki növlərə ayrılır [2, s.127] :
1. İstehsalın torpaq amili; 
2. İstehsalın kapital amili; 
3. İstehsalın əmək amili
4. Sahibkarlıq bacarıqı. 
İstehsalın torpaq amili istehsalın təbii amili də hesab olunur. İstehsalın torpaq amili keyfiyyət 
xüsusiyyətlərinə, yaralılığına görə fərqlənir. Kənd təsərrüfatı məhsullarının istehsalından başlayaraq 
hər cür istehsalın əsasında torpaq sahəsinin olması tələb olunur. İstehsalın kapital amili daha geniş 
anlayışdır. Kapital amilinin tərkibinə xammal, materiallar, texnika və texnologiya, bütün əmək 
alətləri və s. daxildir. İstehsalın kapital amilləri elm və texnikanın inkişafı ilə əlaqədar daim 
takmilləşir və yeniləşir. [3, s.167]
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin