Şahin Mustafayev



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix03.02.2017
ölçüsü2,99 Mb.
#7592
  1   2   3   4   5   6   7   8   9

 
 
 
 


 
 
 
 

 
  Resenzistl
ər: 
 
Şahin Mustafayev 
Az
ərbaycan Respublikası Dövlət Neft 
Şirkətinin iqtisadi məsələlər üzrə 
vitse-prezid
ənti 
Akif N
ərimanov 
ARDNŞ «Azneft» İstehsalat Birliyinin 
Baş geoloqu, geologiya-mineralogiya 
elml
əri doktoru 
Redaktor:   
M
əmməd  Mirzəyev 
Az
ərbaycan  Respublikası  Dövlət Neft Şirkəti Mətbuat 
Xidm
ətinin rəhbəri  «EKO»  Beynəlxalq  Ənergetika 
Akademiyasının professoru 
Ağalar İbrahimov. 
Sualtı dünya.      Bakı, «Ozan», 2005, səh.152 
 
Ağalar İbrahimovun qələmə aldığı «Sualtı dünya» adlı əsəri son dərəcə aktual və 
əhəmiyyətli bir mövzuya -  Yer kürəsinin  2/3  hissəsini  təşkil  edən sirli-sehrli bir 
al
əmə  -  sualtı  dünyaya,  onun  öyrənilməsinə,  fəthi tarixinə, bəşər  övladının 
yaranışdan  bu  günədək bu istiqamətdəki  səylərinə, sahə  ilə  bağlı  elmi-texniki 
nailiyy
ətlərə həsr edilmişdir. 
Əsərdə  toxunulan problemlərin  araşdırılması,  tədqiqi dəniz ölkəsi olduğumuza 
gör
ə bizim üçün maraqlı olduğu qədər də faydalıdır. 
Ağalar  İbrahimovun  bu  əsəri Azərbaycan  Respublikasında  ilk  təşəbbüs kimi də 
t
əqdirəlayiqdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
«Ozan» n
əşriyyatı, 2005 

 
 
 
 

 
Proloq 
əvəzi 
D
ənizin üstündə ala bulud, 
üzünd
ə gümüş gəmi, 
İçində san balıq, 
dibind
ə mavi yosun... 
sahild
ə çılpaq bir adam 
durub düşünür: 
buludmu olum, 
g
əmimi yoxsa? 
N
ə o, nə o, nə o, nə o. 
D
əniz olmalı, oğlum, 
Buluduyla, g
əmisiylə, balıqıyla, yosunuyla 
 
NAZİM HİKMƏT 

 
 
 
 

ON SÖZ 
Ümummilli lider, müdrik siyas
ətçi Heydər  Əliyevin  müəyyənləşdirdiyi  yeni  neft 
strategiyasının  Azərbaycan  Respublikası  Prezidənti cənab  İlham  Əliyevin  rəhbərliyi 
altında  uğurla həyata keçirilməsi  əvvəlki dövrlərdə  olduğu  kimi,  2005-ci ildə  də 
ölk
əmizin nəinki neft-qaz sənayesində, eləcə də, iqtisadiyyatın bütün digər sahələrində 
t
ərəqqi və dirçəlişin əldə edilməsinə imkanlar yaratmışdır. 
Bu nailiyy
ətlər «Azneft» İstehsalat Birliyinin tərkibinə daxil olan Xəzər Dəniz Dalğıc 
Q
əza Xilasetmə  İşləri  İdarəsinin fəaliyyətinə  də  müsbət təsir göstərmiş  və  kollektiv 
üzvl
əri öz vəzifə borcların ı layiqincə yerinə yetirmişlər. 
Qeyd etm
ək  lazımdır  ki,  hazırda  müstəqil respublikamızın  neft  strategiyasının  - 
«
Əsrin Müqaviləsi»nin həyata keçirilməsində və Xəzər dənizinin daha dərin qatlarında 
neft hasilatının artırılmasında Xəzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinin 
xüsusi rolu xeyli artmış və idarə beynəlxalq standartlara cavab verə biləcək qabaqcıl 
bir mü
əssisəyə çevrilmişdir. 
Ədalət naminə  demək  lazımdır  ki,  neft,  onun  hasilatı,  neftçilərin gərgin  əməyi 
haqqında indiyə qədər külli miqdarda materiallar, kitablar nəşr edilmişdir. Çox təəssüf 
ki, d
ənizdə neft və qazın çıxarılmasının bir sıra sahələrində qəza-xilasetmə işlərinin və 
müxt
əlif təyinatlı  sualtı-texniki və  dalğıc  işlərinin yerinə  yetirilməsi ilə  məşğul  olan 
dalğıclar  və  onların  çox  mürəkkəb  iş  xüsusiyyətləri  haqqında  elmi-kütləvi ədəbiyyat 
n
əşr edilməmişdir. 
Bu baxımdan, 10 ilə yaxın bir müddət ərzində «Azneft» İstehsalat Birliyinin Xəzər 
D
əniz  Dalğıc  Qəza Xilasetmə  İşləri  İdarəsinin rəisi vəzifəsində  çalışan,  təcrübəli 
d
ənizçi və bacarıqlı istehsalat təşkilatçısı Ağalar İbrahimovun nadir ixtisas sahəsi olan 

 
 
 
 

dalğıclar  haqqında,  dalğıc  işlərinin  texnologiyası,  müasir  sualtı-texniki  dalğıc  işlərinin 
hazırkı  səviyyəsi və  digər məsələlərə  həsr edilmiş  «Sualtı  dünya»  kitabı  çox 
t
əqdirəlayiq hal kimi qiymətləndirilə bilər. 
X
əzər Dəniz  Dalğıc  Qəza Xilasetmə  İşləri  İdarəsinin  yaranmasının  30  illik 
yubileyin
ə  həsr  edilmiş  bu  kitabda,  elmi  faktlarla  dalğıc  işinin  dünyada,  eləcə  də 
Az
ərbaycanda meydana gəlməsi zərurəti, onun tarixi və  hazırda  sualtı-texniki  dalğıc 
işləri ilə  bağlı  bir  sıra  problemlərə  toxunulmaqla  yanaşı,  öz  mənalı  ömürlərini 
bütünlükl
ə  dəniz neft sənayesinin  inkişafına  həsr  etmiş  nadir  peşə  sahibləri olan 
insanlar haqqında da geniş söhbət açılır. 
Ümumiyy
ətlə,  bu  kitab  sualtı-texniki  dalğıc  işləri haqqında  ümumiləşdirilmiş  bir 
t
ədqiqat  əsəri kimi də  qiymətləndirilə  bilər. A.İbrahimovun  bu  kitabında  min  illər 
bundan 
əvvəl mövcud olan və  zaman-zaman təkmilləşən  sualtı-texniki və  dalğıc 
işlərinin bugünkü səviyyəyə çatması haqqında oxuculara yığcam məlumat verilir. 
H
ər biri xüsusi tədqiqat  mövzusu  olan  sualtı-texniki,  dalğıc  işləri və  onun  iş 
mexanizminin h
əcmcə  kiçik olan bu kitabda geniş  şərhini vermək,  əlbəttə  ki, 
mümkün deyildir. Kitab lakonik v
ə  yığcam  şəkildə  yazılsa  da,  kifayət qədər 
anlaşıqlı  və  oxunaqlı  olub,  oxucularda  sualtı-texniki və  dalğıc  işləri, onun 
texnologiyası haqqında tam təsəvvür yaradır. 
Kitabda 
əsasən, xarici ölkələrdə, o cümlədən Rusiyada çap edilmiş ədəbiyyatdan və 
bu ölk
ələrin mətbuatlarında  vaxtaşırı  dərc olunan elmi məqalələrdən  geniş  istifadə 
edilmişdir.  Eyni  zamanda  bu  kitab,  müəllifin uzun illərdən  bəri davam edən  şəxsi 
müşahidələrinin nəticəsi kimi bir sıra dəyərli məqamların    şərhi ilə də nəzər-diqqəti 
c
əlb edir. 

 
 
 
 

Kitabdan Az
ərbaycan Dövlət Neft Akademiyasında müvafiq sahəsinin tədrisi üçün 
bir d
ərslik kimi istifadə oluna bilər. Bu əsərin geniş oxucu kütləsi üçün də maraqlı 
olacağına şübhə yoxdur. 
Şahin Mustafayev   
ARDNŞ-in iqtisadi məsələlər üzrə   
vitse-prezid
ənti 
 
Akif N
ərimanov 
“Azneft” 
İB-nin 
Baş 
geoloqu, 
geologiya-mineralogiya elml
əri doktoru 
 
 

 
 
 
 

SUYADALMALAR: TARİXƏ BİR NƏZƏR 
Su h
əyatdır!  Heç  bir  canlının  (bitki,  heyvan,  insan)  mövcudiyyəti susuz mümkün 
deyil! B
əşər övladı yaranandan su hövzələrinə yaxın yerlərdə məskunlaşmış və sudan 
h
ərtərəfli bəhrələnmişdir.  İnsan  sudan  təkcə  öz ehtiyatlarını  ödəməklə 
kifay
ətlənməmiş,  onun  təkini, bütövlükdə  fauna,  florası  ilə  də  hər zaman 
maraqlanmışdır.  Bu  kitab  insanın  suyun  təkinə  marağına,  müdaxiləsinə  aid olub, bu 
haqda mü
əyyən təsəvvür yaratmaq və eyni zamanda dünyada və ölkəmizdə bu sahənin 
tarixi, t
əkamül yolu və bu günü haqqında məlumatları sistemləşdirərək, geniş oxucu 
kütl
əsinə çatdırmaq məqsədi ilə yazılmışdır. 
Şəffaf su hövzəsi kənarında dayanan insan elə ilk anlardan sualtı dünyanın zəngin 
v
ə  maraqlı  bir  aləm  olduğunu  dərk edərək, onu öyrenməyə  böyük maraq 
göst
ərmişdir.  İlk  əvvəl müxtəlif alətlər  düzəldərək  dayazlıqlarda  balıq  ovlayan  insan, 
zaman keçdikc
ə daha böyük dərinliklərə maraq göstərməyə başlamış və bu məqsədlə 
ilk suyadalmaları həyata keçirmişdir. 
Xüsusi hazırlıqlı insanlar nəfəslərini dərindən almaqla ağırlaşdırıcı yüklərdən istifadə 
ed
ərək, daha böyük dərinliklərə  düşməyə  cəhd göstərmişlər.  Suyaenmənin bu üsulu 
müasir zamanda bir idman növü kimi aktual olsa da (dünya rekordu 
fransızlara məxsus 
olub, 101 m t
əşkil edir), təcrübi işlərin yerinə yetirilməsi üçün qənaətbəxş olmamışdır. 
Odur ki, insan daha böyük d
ərinlikləri fəth etməyə, su altında qalmağın digər yolların ı 
axtarmağa başlamışdır. Beləliklə, yeni bir peşə - suyadalan insan və ya dalğıc peşəsi və 
bu peşə sahiblərinin məşğul olduğu fəaliyyət növü yaranmışdır. Beləliklə.... 
Dalğıc  -  su  altında  xüsusi  geyimdən istifadə  edərək müəyyən  iş  yerinə  yetirən 
müt
əxəssisdir. Bu, xüsusi zərərli və təhlükəli əmək şəraitinə malik peşə sayılır. Yalnız 

 
 
 
 

xüsusi t
əlim və hazırlıq keçmiş, ixtisas imtahanı vermiş və xüsusi tibbi müayinədən 
keç
ərək, sağlamlığı təsdiq olunmuş şəxs dalğıc ola bilər. O, öz təcrübi fəaliyyətində 
mütl
əq şəkildə ildə bir dəfədən az olmayaraq, tibb və peşə ixtisas komissiyaların dan 
keç
ərək peşə yararlığını təsdiq etməlidir. 
Dalğıclar  nəfəsalma  metodologiyasına  görə  hava və  saturasiya  dalğıcların  a 
ayrılırlar. 
Hava  dalğıcları  dedikdə,  sıxılmış  havadan  istifadə  edərək  60 metrə  qədər 
d
ərinliklərdə sualtı işləri yerinə yetirən dalğıclar başa düşülür. 
Saturasiya dalğıcları isə heliumoksigen qaz qarışığı ilə nəfəs almaqla xüsusi qurğu 
v
ə  ləvazimatlardan istifadə  etməklə  300 metrə  qədər dərinliklərdə  suyaenmələri 
h
əyata  keçirərək  sualtı  işləri yerinə  yetirən  dalğıclara  deyilir.  Bu  dalğıclardan  60 
metrd
ən aşağı dərinliklərdə işləyənlərə (bu üsulla həyata keçirilən saturasiya işləri 60 
metrd
ən az dərinlikdə də ola bilər) akvanavt və ya dərinlik dalğıcları deyilir. 
Peşə yönümünə görə dalğıclar - dalğıc-təlimatçı, dalğıc-partladıcı, dalğıc-qaynaqçı, 
dalğıc-kəsici, dalğıc-operator, dalğıc-matros və s. ola bilərlər. 
Arxeoloji  qazıntılar  zamanı  üzə  çıxan  tapıntılar  insanın  hələ  qədimdən  sualtı 
dünyanın tədqiqatı ilə məşğul olduğundan xəbər verir. Qədim Avropa sivilizasiyaların 
dan biri olan Egey m
ədəniyyətinin vətəni  sayılan  Aralıq  dənizində  yerləşən Krit 
adasında  alimlər  maraqlı  keramik  məmulatlar  tapmışlar.  Onların  üzərində  dəniz 
yosunlarının  arasında  üzən  balıqlar  təsvir  edilmişdir.  Təsvirdən göründüyü kimi
q
ədim sənətkarlar sualtı aləm haqqında səhih məlumatlı olmuşlar. Bu isə onu sübut 
edir ki, onlar ya özl
əri suyadalma ilə  məşğul  olmuşlar,  ya  da  ki,  suyadalanların   
söyl
ədiklərindən bəhrələnmişlər.  Bu  arxeoloji  tapıntıların    isə  yaşı  5  min  ildir! 

 
 
 
 

Aydındır  ki,  o  zaman böyük dərinliklərə  dalmaqdan söhbət gedə  bilməzdi, çünki  ən 
dözümlü insan n
əfəsini dərmədən su altında ən çoxu 1,5-2 dəqiqə dayana bilərdi ki, bu 
da y
əqin, 15-20 metr dərinliyə düşməyə bəs edərdi. Lakin bu arxeoloji tapıntılar hələ 
b.e. 3000 il 
əvvəl də  insanların    sualtı  dünyaya  bələd olduqların  ı  sübut  edən fakt 
kimi çox qiym
ətlidir. 
Çox tez bir zamanda insan t
əkcə  orqanizminin gücünə  arxalanıb  sualtı  dünyaya 
müdaxil
ə edə bilməyəcəyini anlayaraq, bu imkanı ona verə biləcək müxtəlif qurğu və 
üsulları yaratmağa başladı və təbii ki, sualtı dünya ilə müddətli və təfsilatlı tanışlığı 
t
əmin edəcək ilk ibtidai üsulun kəşf  edilməsinə  qədər yüzilliklər  keçdi.  Zamanın 
axarından keçərək bu günümüzə çatan məlumatlardan ən maraqlısı qədim yunan alimi 
Aristotel
ə  (b.e.ə. IV əsr) məxsusdur. O, əsərlərindən birində  sualtı  üzgüçüləri fillərə 
b
ənzətmişdir.  Məlumdur ki, fillər dərin sulardan keçən  zaman bədənləri tam suyun 
altında  olmaqla  xortumlarını  sudan  çıxararaq  nəfəs  alırlar.  Aristotel  göstərirdi ki, 
suyadalanlar uzun qamışları dodaqları arasında tutaraq suyun altında nəfəs almaların ı 
t
əmin edirmişlər. Sözsüz ki, bu üsulla suyaenmələr çox kiçik dərinliklərdə edilirdi. 
Aristotel  suyaenm
ə  üsulu  haqqında  daha  bir  fikir  irəli sürmüşdür:  Dəniz 
qabarmaların  m  yığılması  zamanı  suyun  dibinə  hava ilə  dolu həcm  əndirirdilər. 
İçərisindəki  havanın  qaldırıcı  qüvvəsini tarazlamaqdan ötrü həcmin üzərindən yük 
asardılar  ki,  həcm suyun üzərinə  qalxmasın.  Bunu  içərisi su ilə  dolu hər  hansı  bir 
şəffaf  qabı  tərsinə  çevirib ehmalla dibə  əndirərək həmin  qabın  içərisində  qalmış 
havanı  müşahidə  etməklə  əyani  şəkildə  nümayiş  etdirmək olar. Sonralar müasir 
«
dalğıc  zəngləri»nin  hazırlanması  və  iş  prosesində  bu metoddan  geniş  istifadə 
olunmuşdur. 

 
 
 
 
10 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu gil lövh
ənin üzərindəki rəsmdən belə nəticə çıxarmaq olar ki, 
h
ələ  bizim eradan min il əvvəl ussuriyalı döyüşçülər suyun altı 
il
ə üzərək düşmən qayıqlarına yaxınlaşa bilirdilər 
 
Aristotel dövrünün, b
əlkə  də,  əsasında  real  həqiqət duran digər bir deyimi bu 
günümüz
ə  qədər gəlib  çatmışdır.  Qədim  rəvayətdə  Aristotelin  şagirdi  olan 
Makedoniyalı İsgəndərin şüşə çəlləkdə suyun dibinə enərək orada üç gün qalması və 
m
ələklərin ona dəniz möcüzələrini göstərməsi haqqında nəql edilir. Mümkündür ki, 
bu h
əqiqətən də  tərsinə  çevrilmiş  çox  böyük  şüşə  həcm olaraq, ibtidai formada 
hazırlanmış ilk «dalğıc zəngi» olmuşdur. Belə «dalğıc zəngləri»ndən geniş istifadə isə, 
daha gec, t
əqribən orta əsrlərdən başlanmışdır. 
Bel
əliklə, orta əsrlər...  Artıq  gəmiçilik geniş  inkişaf  etməyə  başlamış,  dənizyanı 
ölk
ələr böyük hərbi  donanmalara,  yükdaşıyan  mülki  gəmilərə  malik idilər. Tez-tez 
 

 
 
 
 
11 
d
əniz müharibələri baş verir, mülki gəmilərə hücumlar edilir və gəmilər çox qiymətli 
yükl
əri ilə birlikdə batırılırdılar. Və bütün bunlar suyun altına olan marağın daha bir 
istiqam
ətinin - sənaye-kommersiya yönümünün inkişafına təkan verdi. 
Batmış  qiymətli  əşyaların    müəyyənləşdirilməsi və  çıxarılmasının  təşkili  mütləq 
şəkildə   suyun altında      uzunmüddətli qalmanı  tələb edirdi və  bunun  üçün  işləmə 
d
ərinliyində nəfəsalma üçün hava mənbəyinin olması tələb olunurdu. Çox maraqlıdır 
ki,  dalğıc  geyim  dəstləri və  ləvazimatların  dan  çox-çox öncə  insan,  sonralar  dalğıc 
işlərinin «ali pilotaj»ı sayılan dərinlik (saturasiya) suyaenmələrində təkmilləşdirilərək 
istifad
ə  edilən  «dalğıc  zəngi»nin  ibtidai formasından  yararlanmışdır. Belə ki, sakit 
hava şəraitində şaquli olaraq suyun dibinə buraxılan, alt hissəsi açıq, üst hissəsi isə 
bağlı  olan  həcmin üst hissəsində  qalmış  hava,  suya  dalan  insanların    müəyyən 
müdd
ət nəfəs almaların a, ətrafı müşahidə etmələrinə, əllərindəki alətlərdən istifadə 
ed
ərək dənizin dibindəki qiymətli  əşyaları  qaldırmaların  a  imkan  vermişdir.  Belə 
h
əcmlərin daha böyük dəniz dibi sahəsini əhatə etmələri üçün onların    açıq olan alt 
hiss
əsi mümkün qədər geniş, bağlı olan üst hissəsi isə suyaenmənin asanlaşdırılması 
üçün bir nöqt
ədən burazın  bağlanmasını  təmin etmək məqsədi ilə  mümkün qədər 
yığcam düzəldilirdi və bu qurğu öz xarici görkəminə görə nəhəng zəngə  bənzəyirdi. 
Çox güman ki, «
dalğıc zəngi» ifadəsi də belə yaranmışdır. 

 
 
 
 
12 
                       
 
XVII 
əsrin sonunda 
artıq «dalğıc zəngi»ndə 

əyyən rahatlıqla 
işləmək  olurdu 
 
XVII 
əsrin 
ort
alarında dalğıcı hava 
il
ə nasos vasitəsilə belə 
t
əmin edirdilər 
 
 
Salnam
ələrdə artıq XIV əsrdə bir çox Avropa ölkələrində «dalğıc zəng»lərindən 
istifad
ə  olunduğu  haqda  bildirilir.  Məsələn, 1588-ci ildə  Britaniya  donanması 
t
ərəfindən ispan donanmasının darmadağın edilməsindən sonra ingilis dalğıclarının 
«
dalğıc  zəngi»ndən istifadə  edərək, ispan gəmilərinin qalıqları  arasından  çoxlu 
x
əzinə tapdıqları məlumdur. 
H
əmin dövrlərin  dalğıc  işləri barəsində  ingilis alimi və  filosofu Frensis Bekon 
(1561  -  1626) öz eserl
ərində  bəhs etmişdir.  O  yazırdı:  «Böyük  yastı  həcm  şaquli 
v
əziyyətdə  ehtiyatla suya endirilərək, içərisindəki  havanı  özü  ilə  bərabər dəniz 
dibin
ə çatdırdı...» 
F.Bekon söyl
əyirdi ki, burazın uzunluğunu elə hesablayırdılar ki, «dalğıc zəngi»nin 
alt s
əthi  ilə  dəniz  dibi  arasındakı  məsafə  təqribən bir metrə  bərabər olsun. Çünki 
                 
 

 
 
 
 
13 
bel
ə olan halda, 
dalğıc «zəng»in içərisində rahat hərəkət edir və dəniz dibindəki diqqəti cəlb edən 
əşyaları qarmağa ilişdirib qaldıra bilirdi. 
Suyun s
əthinə  qalxmaq üçün isə  dalğıclar  «zəng»in iç divarına bərkidilmiş 
oturacaqlarda yerl
əşərək,  «zəng»ə  bağlanmış  artıq  «yük»ləri  açardılar.  Bu  zaman 
s
əthəqalxma çox sürətli və  orqanizm  üçün  xoşagəlməz, bəzi hallarda isə  hətta 
t
əhlükəli olurdu. Bu kimi və  digər (hava kütləsinin  azlığı,  əhatə  səthinin 
m
əhdudluğu,  ideal  hava  şəraitinin tələb olunması  və  s.)  çatışmamazlıqlara 
baxmayaraq, ibtidai formalı «dalğıc zəng»indən istifadə XIX əsrin ortaların a qədər 
davam 
etmişdir. 
XIX 
əsrin  ortaların  da  amerikalı  ixtiraçılar  Riçards  və  Uelkot  «dalğıc  zəng»i 
konstruksiyasının  təkmilləşdirilməsi üzrə  patent  əldə  edərək,  «zəng»in içərisinə 
havanın  yumşaq  borular vasitəsilə  porşenli  nasoslarla  (artıq  elm-texnika  inkişaf 
etm
iş və güclü nasoslar ixtira edilmişdir) vurulmasını təklif edirlər. Artıq «zəng» 
p
əncərəli  yarımkürə  formasını  almış,  ətrafında  dəniz dibindəki  əşyaların   
qaldırılması  üçün  məngənələr olan, içərisinə  hava su səthindən güclü nasoslar 
vasit
əsi ilə  vurulan  bir  qurğuya  çevrilmişdi.  Lakin  bütün  bunlara  baxmayaraq, 
«z
əng»in digər  çatışmamazlıqları,  xüsusən  də  hərəkət məhdudiyyəti,  insanı  sualtı 
f
əaliyyətini daha da təkmilləşdirmək  üçün  düşünməyə  vadar  etmiş  və  XIX  əsrin 
ikinci  yarısından  başlayaraq  fərdi geyim dəstləri və  ləvazimatlarından  istifadə 
etm
əklə  həyata keçirilə  n  suyaenmələr  «zəng»lə  suyaenmələri tədricən 
sıxışdırmağa başlamışdır. 
Hava il
ə təmin olunan xüsusi geyim dəstlərindən istifadə etməklə sualtı işlərin 

 
 
 
 
14 
yerin
ə yetirilməsi haqqında insan qədimdən düşünməyə başlamışdır. Böyük italyan 
r
əssamı və mütəfəkkiri Leonardo da Vinçi təqribən 1500-cü ildə dalğıc geyim dəsti 
v
ə ləvazimatının ilkin cizgilərini çəkmişdir. Lakin çox təəssüflər olsun ki, yaşadığı 
dövrd
ə  böyük mütəfəkkirin bu sahədə  düşüncələri həyata keçməmiş  qalmışdır. 
Z
əmanəsini çox-çox qabaqlayan bu ideya, təbii ki, o zaman həyata keçə bilməzdi. 
Çünki h
ələ  o zaman insan orqanizminin fizioloji  imkanların  m  nə  qədər məhdud 
olduğunu və insanın Leonardo da Vinçinin fikirləşdiyi hava anbarların dan havanı 
sovuraraq n
əfəs almaq üçün ağ ciyərin gücünün çatmayacağını güman etmirdilər. 
İnsanın  suyun  təkinə  olan  marağı  isə  azalmaq bilmir, müvəffəqiyyətsizliklərə 
baxmayaraq  yeni-yeni  ideyalar, ixtiralar yaranmaqda davam edirdi. Bel
əliklə, XVI 
əsrin ortaların da italiyalı Nikkolo Fontana sonluğunda şlem əvəzi böyük bir şüşə şar 
olan dalğıc kostyumu kəşf etdi. Belə hesab edilirdi ki, şardakı hava on dəqiqədən çox 
bir müdd
ət  ərzində  bəs etməli,  dalğıc  isə  şarın  içərisinə  nəfəs  alıb-verməli idi və 
t
əbii ki, nəfəslə birlikdə karbon qazı da şarın içərisinə yığılmalı idi və sözsüz ki, bu 
da ixtira
nın  istifadəsini  mümkünsüz  edirdi.  Başqa  bir  italiyalı  -  Bonayuto Lorini 
dalğıcın başına suyun səthinə bir ucu çıxarılmış boru kəməri ilə  birləşdirilmiş dəri 
kis
ə  geydirmək təklif edir. Lakin bu təklifi həyata keçirmək istəyən  dalğıcların   
d
ərinlik təzyiqi nəticəsində  sifətlərinə  yapışmış  dəri kisədən azad ola bilməməkləri 
n
əticəsində  həlak  olmaları  tezliklə  bu üsulla suyadalmadan əl çəkilməsinə  səbəb 
olur. 
Yeni-yeni 
ideyaların , ixtiraların    meydana gəlməsi isə davam edirdi. 1774-cü 
ild
ə fransız Fremine  mis şlem və onunla boru kəmərləri vasitəsi ilə birləşdirilmiş 
çox da böyük ol
mayan  hava  anbarından  ibarət  «hidrostatik  maşın»  quraşdırır. 

 
 
 
 
15 
İxtiraçının fikrincə, boru kəmərləri su ilə soyudularaq, hava regenerasiyasını təmin 
etm
əli  idi.  Amma,  sözsüz  ki,  yalnız  soyutma nəticəsində  nəfəs verilən zaman 
əmələ gələn karbon qazı təmiz havaya çevrilə bilməzdi. 
T
əqribən on ildən sonra digər  fransız  Forfe  orijinal  -  daha dəqiq desək, 
möcüz
əli bir qurğu fikirləşdi: Dalğıca ön və kürək nahiyəsinə xəzdən hazırlanmış, 
birl
əşmələrinin hermetikliyi təmin  edilmiş,  qırçınlı  (qarmona  oxşar),  çiyinlər 
üz
ərindəki  yaylarla  qırçınların    açıq  saxlanılması  təmin edilən, içərisində  sıxılmış 
hava olan kis
ələr geyindirirdilər. Qırçınlı kisədən sıxılmış havanın nəfəs almaqdan 
ötrü verilm
əsi üçün bir ucu sağ ayağa, digər ucu isə qırçını açıq vəziyyətdə saxlayan 
yayın  qurtaracağına  bağlanmış  ipdən istifadə  edilirdi.  Belə  ki,  yayın  əvvəlki 
v
əziyyətinə  qayıtma  bacarığı  nəticəsində  sağ  ayağı  açıb-yığmaqla  qırçınlı  kisənin 
h
ərəkətə  gətirilməsi (bir növ dəmirçi körüyü kimi) ilə  sıxılmış  havadan  dalğıcın 
n
əfəs alması mümkün olurdu. 
Bu dövrl
ərdə bir çox digər ixtira və layihələr də mövcud olmuş, bunların    hətta 
b
əzilərinin müvəffəqiyyət  qazanması  haqqında  tarixdə  iz də  qalmışdır.  Belə  ki, 
dalğıc geyim dəsti və ləvazimatım yaratmağa çalışan insan, əsas məsələnin suyun 
altında  dalğıca  havanın  verilməsi  olması  deyil,  təzyiqlərin  bərabərləşdirilməsi 
olmasını  güman  etməyərək,  dalğıc  geyim  dəsti və  ləvazimatından  öncə, suyun 
altında işləməyə imkan verə bilən başqa bir qurğunu - sərt antropomorf skafandrı (o 
zamanlar bunu «
dalğıc maşım» adlandırırdılar) ixtira edir. 

Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin