Personal accidents insurance policy wording



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix06.05.2017
ölçüsü221,52 Kb.
#16988
  1   2   3

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 1 of 16 

 

 



FƏRDİ QƏZA (BƏDBƏXT HADİSƏLƏRDƏN) SIĞORTASI 

QAYDALARI 

 

FƏSİL 1 - ÜMUMİ MÜDDƏALAR 

 

Bundan  sonra  mətn  üzrə  “Qaydalar”  adlanacaq  “A-Qroup”  Sığorta  Şirkətinin  hazırkı  Fərdi  Qəza  (Bədbəxt 



hadisələrdən)  Sığorta  Qaydaları  “Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanununa,  Mülki 

Məcəlləsinə və digər normativ aktlarına müvafiq olaraq hazırlanmışdır və bundan sonra mətndə “müqavilə” 

yaxud  “sığorta  müqaviləsi”  adlanacaq  “A-Qroup”  Sığorta  Şirkətinin  bağladığı  Fərdi  Qəza  sığorta 

müqavilələrin (şəhadətnamələrin) əsaslandığı ümumi qayda və şərtləri müəyyən edir.  



 

Maddə 1. Sığorta müqaviləsinin predmeti

Bu  Qaydalar  əsasında  bağlanan  sığorta  müqaviləsinə  əsasən,  Sığortalı  tərəfindən  ödənilən  sığorta  haqqı 

müqabilində  Sığortaçı  Sığortalının  (Sığorta  olunanın)  sığorta  müddəti  ərzində  məruz  qalacağı  bədbəxt 

hadisələr nəticəsində ölümü və ya sağlamlığına zərər vurulması halında müqavilədə müəyyən edilmiş şərtlər 

daxilində sığorta ödənişi verir.  

Müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Birinci və İkinci dərəcəli əlil olan şəxslərə 

münasibətdə bağlanılmır. 

 

FƏSİL 2. SIĞORTA TƏMINATI



 

Maddə 2 – Sığortanın ərazisi 

Bu Qaydalar əsasında verilən sığorta təminatı sığorta müqaviləsində göstərilmiş ərazi hüdudlarında baş verən 

bədbəxt hadisələri (fərdi qəzaları) əhatə edir. 

Sığorta,  sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Azərbaycan 

Respublikası ərazisində qüvvədədir.  

     


 

Maddə 3 – Sığorta hadisələri  

Sığorta hadisəsi dedikdə, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisənin 

nəticəsi olan Sığortalının ölümü və ya sağlamlığına zərər vurulması ilə əlaqədar Sığortalıya (Sığorta olunana) 

sığorta ödənişinin verilməsinə əsas olan hadisə başa düşülür.  

 

3.1. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, Sığortalının (Sığorta olunanın)  iradəsindən asılı olmayan 



onun  həyatına  və  sağlamlığına  zərər  vuran  və  ya  onun  ölümü  ilə  nəticələnən  qəfil,  öncədən 

gözlənilməyən, təsadüfi və xarici təsirli hadisə başa düşülür. 

3.2. Aşağıdakı hallar da bədbəxt hadisə hesab edilir: 

3.2.1. Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi; 

3.2.2. Yanıqlardan  və ani bir hərəkət nəticəsində əzələ  və sinir sisteminin  zədələnməsi, burxulması  və 

qopması; 

3.2.3. İlan və ya  həşəratların çalması nəticəsində zəhərlənmələr;  

3.2.4. Quduzlaşmış heyvanın sığortalını dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya 

bədən xəsarəti. 

3.3. Bədbəxt hadisə hesab edilməyən hallar:  

3.3.1. Bütün növ xəstəliklər və onların nəticələri;  

3.3.2. Sığorta təminatına daxil olmayan bədbəxt hadisə nəticəsində baş verən günəş vurması; 

3.3.3. Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara cəhd; 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 2 of 16 

 

 



3.3.4. Spirtli içki qəbulu nəticəsində ölüm və ya sağlamlığına zərər vurulması, sığorta təminatına  daxil 

olan bədbəxt hadisənin fəsadlarının və nəticəsinin aradan qaldırılmasının tələb edilmədiyi təqdirdə 

narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu; 

3.3.5.  Sığorta  təminatına  daxil  olan  hadisənin  fəsadlarının  və  nəticəsinin  aradan  qaldırılmasının  tələb 

edilmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu. 

Maddə 4 – Sığorta təminatından istisnalar 

Sığorta müqaviləsində (şəhadətnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, Sığorta təminatı aşağıdakı hallar 

nəticəsində baş verən bədbəxt hadisələri əhatə etmir: 

4.1.  Elan  olunub-olunmamasından  asılı  olmayaraq  müharibə  və  ya  müharibə  əməliyyatları,  manevrlər  və 

digər hərbi əməliyyatlar; 

4.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;

 

4.3.  Sığortalının  (sığorta  olunanın)  cinayət  törətməsi  və  ya  buna  cəhd  etməsi  zamanı  ölməsi  və  ya  bədən 



xəsarəti alması;  

4.4. Sığortalının (sığorta olunanın) təhlükədə olan insan xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən 

təhlükəyə atması; 

4.5. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə; 

4.6. Həbsxanada cəza çəkmə; 

4.7. QİÇS va ya QİÇS-lə bağlı xəstəliklər. 

4.8.  Müqavilə  bağlandıqdan  əvvəl  mövcud  olan  əlillik  və  (və  ya)  xəstəliklər,  həmçinin  onların  nəticəsində 

yaranan fəsadlar. 

 

Maddə 5 – Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə biləcək hallar  

Əlavə Sığorta haqqı müqabilində aşağıdakı hallar nəticəsində baş verən bədbəxt hadisələr Sığorta təminatına 

daxil edilə bilər və bu haqda sığorta müqaviləsində (şəhadətnaməsində) xüsusi qeyd edilməlidir:  

5.1.  Motosiklet və motorlu velosiped sürmək və onlara minmək; 

5.2.  Açıq  dənizdə  balıqçılıq,  istənilən  növ  ovçuluq,  o  cümlədən  su  hövzələrində,  quruda,  dağ  və  meşə 

massivlərində ovçuluq; 

5.3.  Alpinizm, speleologiya, sualtı idman növləri, kəşfiyyat işləri və sualtı əyləncələr, qar və ya buz üzərində 

idman  növləri  (xizək  idmanı,  xokkey  və  bobsley  kimi),  maneəli  cıdır  yarışları,  polo,  reqbi,  qılınc 

oynatma,  təkbətək  döyüş,  boks  və  yelkənli  qayıq  yarışları,  ağırlıqqaldırma,  peşəkar  idman  növləri, 

həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətdə iştirak; 

5.4.  Bütün növ idman yarışları,  suda, quruda, havada hərəkət edən bütün növ nəqliyyat  vasitələrində  sürət  

yarışları; 

5.5.  Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları; 

5.6.  Azərbaycan Respublikası sərhədlərindən kənarda baş verən bədbəxt hadisələr. 

5.7.  Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi. 

5.8.  Terrorizm.  

 

Maddə 6 - Sığorta təminatının növləri və sığorta ödənişlərin həcmi 

 

6.1. Bədbəxt hadisə nəticəsində Ölüm; 

Əgər  Sığortalı  (sığorta  olunan),  bu  sığortanın  təminatına  daxil  olan  bədbəxt  hadisəsinin  baş  verməsi 

nəticəsində  dərhal  və  ya  hadisə  baş  verən  tarixdən  etibarən  bir  il  ərzində  həmin  hadisədən  aldığı  zədənin 

birbaşa  nəticəsindən  vəfat  edərsə,  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta  məbləğinin  100%-i 

sığorta  şəhadətnaməsində  göstərilən  faydalanan  şəxsə,  faydalanan  şəxs  yoxdursa,  sığortalının  qanuni 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 3 of 16 

 

 



vərəsələrinə ödənilir, o şərtlə ki, həmin hadisəyə münasibətdə 6.2., 6.3., 6.4., 6.5., 6.6. maddələri üzrə əvvəl 

ödənilmiş və ya ödəniləcək məbləğlər çıxılsın. 

Sığortalı sığortadan faydalanan şəxsi yazılı ərizəsi ilə təyin edir. 

 

 

6.2 Bədbəxt hadisə nəticəsində Əlillik  

Variant 1 

6.2.1. Birinci Dərəcə Əlillik 

Əgər  Sığortalı  (sığorta  olunan),  sığorta  şəhadətnaməsi  ilə  təminat  verilən  bədbəxt  hadisəsinin  baş  verməsi 

nəticəsində  hadisənin  baş  vermə  tarixindən  etibarən  bir  il  ərzində  həmin  hadisədən  aldığı  zədənin  birbaşa 

nəticəsində  əlil  olarsa  və  ona  qanunvericiliklə  nəzərdə  tutulduğu  qaydada  Birinci  Dərəcə  Əlillik  təyin 

edilərsə,  Sığortalıya  (sığorta  olunana)  sığorta  ödənişi  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta 

məbləğinin  100%-i  həcmində  verilir.  Lakin  bədbəxt  hadisə  nəticəsində  eyni  zamanda  həm  Birinci  Dərəcə 

Əlillik,  həm  də  bu  qaydaların  6.2.2.  bəndində  qeyd  olunan  Əlillik  üzrə  Cədvəldə  nəzərdə  tutulan  digər 

əlilliklərə görə ödəniş verilmir və həmin bədbəxt hadisə nəticəsində əvvəl verilmiş və ya veriləcək ödənişlər 

Birinci Dərəcə Əlilliyə görə veriləcək ödənişdən çıxılır. 

6.2.2. Digər Əlillik  

Əgər  Sığortalı  (sığorta  olunan),  sığorta  şəhadətnaməsi  ilə  təminat  verilən  bədbəxt  hadisəsinin  baş  verməsi 

nəticəsində  dərhal  və  ya  bədbəxt  hadisəsinin  baş  vermə  tarixindən  etibarən  bir  il  ərzində  həmin  hadisədən 

aldığı  zədənin  birbaşa  nəticəsində  əlil  olarsa,  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta  məbləği 

aşağıda verilən Əlillik üzrə Ödəniş cədvəlində Digər əlilliklər üzrə göstərilən faiz nisbətlərinə uyğun olaraq 

Sığortalıya  (sığorta  olunana)  ödənilir  (sığorta  müqaviləsində  (şəhadətnamədə)  Azadolma  məbləği  və  ya 

Gözləmə  müddəti  nəzərdə  tutulduğu  halda,  müvafiq  olaraq  Azadolma  məbləği  və  ya  Gözləmə  müddəti 

ərzində çəkilən xərcləri aşan hissəsində). 

 

Əlillik üzrə Ödəniş Cədvəli 

 

 



Təminat, sığorta 

məbləğinin % nisbəti 

ilə göstərilib 

Birinci Dərəcə Əlillik  



 

100% 


 

 

 



 

Digər əlilliklər (əgər aşağıda sadalanan hallar qanunvericiliyə əsasən 1-ci 

dərəcəli əlilliyə bərabər tutularsa, onda ödəniş 1-ci dərəcəli əlillik üzrə verilir) 

 



Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi  

100% 


Tam və sağalmaz ağıl kəmliyi  

100% 



Hər iki yuxarı ətrafın və ya hər iki əlin tam itirilməsi 



100% 

Hər iki qulağın post-travmatik Tam karlığı 



100% 

Çənə sümüyünün itirilməsi 



100% 

Nitqin tam və bərpaolunmaz itirilməsi  



100% 

Bir yuxarı ətrafın və  bir aşağı ətrafın tam itirilməsi 



100% 

Bir yuxarı ətrafın və bir ayağın tam  itirilməsi 



100% 

10  Bir əlin və bir ayağın tam itirilməsi 

100% 

11  Bir əlin və bir aşağı ətrafın tam itirilməsi 



100% 

12  Hər iki aşağı ətrafın tam itirilməsi 

100% 

13  Hər iki ayağın tam itirilməsi 



100% 

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 4 of 16 

 

 



14  Tam və geri qayıtmayan iflic  

100% 


15  Bütün səviyyələrdə Kəllə sümük toxumasının itirilməsi: 

  

  



3 kvadrat sm-dək sahənin 

20% 


3 kvadrat sm-dən 6 kv sm-dək sahənin 

30% 


6 kv sm-dən çox sahənin 

50% 


16 

Çənə sümüyünün qismən, əng sümüyünün hissəvi və ya qalxan hissəsinin 

yarısının itirilməsi 

40% 


17  Bir gözdə görmə qabiliyyətinin tam və bərpaolunmaz itirilməsi 

40% 


18  Bir qulağın tam karlığı 

30% 


  

Yuxarı ətraflar: 

Sağ 

Sol 


19  Bir yuxarı ətrafın və ya bir əlin itirilməsi 

60% 


50% 

20 


Yuxarı ətraf sümük toxumasının əhəmiyyətli dərəcədə zədələnməsi (təyin 

edilmiş və bərpaolunmaz zədələr) 

50% 

40% 


21  Bir yuxarı ətrafın tam iflici (sinir toxumasının bərpaolunmaz zədələri) 

 65% 


55% 

22  Sirkumfleks sinirinin tam iflici  

20% 

15% 


23  Çiyinin ankilozu 

40% 


30% 

24  Dirsəyin xoş xassəli ankilozu 

25% 

20% 


25  Dirsəyin bəd xassəli ankilozu 

40% 


35% 

26 


Yuxarı ətrafın iki sümüyünün sümük toxumasının nəzərə çarpacaq dərəcədə 

itirilməsi (tam və bərpaolunmaz) 

40% 

30% 


27  Median sinirinin tam iflici  

45% 


35% 

28  Mil sinirinin bükmə sahəsinin tam iflici  

40% 

35% 


29  Yuxarı ətrafın mil sinirinin tam iflici 

30% 


25% 

30  Əlin mil sinirinin tam iflici  

20% 

15% 


31  Dirsək sinirinin tam iflici 

30% 


25% 

32  Biləyin xoş xassəli ankilozu (düzgün pronasiya vəziyyətində) 

20% 

15% 


33  Biləyin bəd xassəli ankilozu (qeyri-düzgün bükülmüş supenasiya vəziyyətində) 

30% 


25% 

34  Birinci barmağın tam itirilməsi 

20% 

15% 


35  Birinci barmağın qismən itirilməsi 

10% 


5% 

36  Birinci barmağın tam ankilozu 

20% 

15% 


37  Şəhadət barmağının tam amputasiyası 

15% 


10% 

38  Şəhadət barmağının iki barmaq falanqasının tam itirilməsi 

10% 

8% 


39  Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi  

5% 


3% 

40  Şəhadət və Birinci barmağın eyni zamanda amputasiyası 

35% 

25% 


41  Şəhadət barmağından başqa digər barmağın və Birinci barmağın tam itirilməsi  

25% 


20% 

42  Birinci və Şəhadət barmaqlarından başqa digər iki barmağın tam itirilməsi  

12% 

8% 


43  Birinci və Şəhadət barmaqlarından başqa digər üç barmağın tam itirilməsi  

20% 


15% 

44  Birinci barmaq da daxil olmaqla dörd barmağın tam itirilməsi  

45% 

40% 


45  Birinci barmaqdan başqa digər dörd barmağın tam itirilməsi  

40% 


35% 

46  Orta barmağın tam itirilməsi  

10% 

8% 


47  Birinci, şəhadət və orta barmaqlardan başqa digər barmağın tam itirilməsi  

7% 


3% 

  

Aşağı ətraflar 



  

48  Budun tam itirilməsi  

60% 

49  Budun aşağı ½  hissədən və bir aşağı ətrafın tam itirilməsi  



50% 

50  Bir ayağın tam itirilməsi (aşıq oynağının disartikulyasiyası) 

45% 

51  Bir ayağın qismən itirilməsi (aşıq oynağından aşağı disartikulyasiya) 



40% 

52  Bir ayağın hissəvi itirilməsi (tibio-metatarsal disartikulyasiya) 

35% 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 5 of 16 

 

 



53  Bir ayağın hissəvi itirilməsi  (tarso-metatarsal disarticulation) 

30% 


54  Bir aşağı ətrafın tam iflici (sağalmaz sinir zədələnməsi) 

60% 


55  Xarici dizaltı oturaq sinirinin tam iflici 

30% 


56  Daxili dizaltı oturaq sinirinin tam iflici 

20% 


57  Hər iki dizaltı oturaq sinirinin (xarici və daxili) tam iflici 

40% 


58  Oma sümüyünün ankilozu 

40% 


59  Dizin

 

ankilozu 



20% 

60  Aşağı ətrafın hər iki sümüyünün sümük toxumasının sağalmaz itiriləsi 

60% 

61 


Diz qapağının sümük toxumasının nəzərə çarpacaq dərəcədə parçalanması və 

bunun aşağı ətrafın hərəkətinin məhdudlaşdırması  

 

40% 


62 

Diz qapağının sümük toxumasının nəzərə çarpacaq dərəcədə parçalanması və 

bunun aşağı ətrafın hərəkətinin məhdudlaşdırması 

 

20% 



63  Aşağı ətrafın ən azı 5 sm qısalması  

30% 


64  Aşağı ətrafın 3 sm-dən 5 sm qədər qısalması  

20% 


65  Aşağı ətrafın 1 sm-dən 3 sm qədər qısalması  

10% 


66  Ayağın bütün barmaqlarının tam amputasiyası 

25% 


67  Ayağın Birinci barmaq da daxil olmaqla dörd barmağının amputasiyası 

20% 


68  Ayağın dörd barmağının tam itirilməsi  

10% 


69  Ayağın Birinci barmağın tam itirilməsi 

10% 


70  Ayağın iki barmağının tam itirilməsi  

5% 


71  Ayağın Birinci  barmaqdan başqa digər bir barmağının amputasiyası 

3% 


 

a)  Əlillik  üzrə  Ödəniş  cədvəlində  göstərilməyən  xəsarətlər,  əhəmiyyət  dərəcələrinə  görə  cədvəldə 

göstərilən nisbətlərə uyğun olaraq müəyyən edilir. 

 

b) Əlil olmanın nisbətləri müəyyən edilərkən sığortalının ixtisas və sənəti (peşəsi) nəzərə alınmır. 



 

c)  Bədənin  bir  üzvünün/hissələrinin  və  ya  üzvün/hissələrin  bir  hissəsinin  itirilməsi  dedikdə,  həmin 

üzvün/hissələrin  və ya üzvün/hissələrin  bir hissəsinin öz funksiyalarını yerinə yetirə bilməməyi və tamamilə 

istifadəsiz hala düşməsi və ya bədəndən ayrılması başa düşülür. 

 

ç) Bədbəxt hadisə baş verməmişdən əvvəl  öz funksiyalarını yerinə  yetirə bilməyən  və  istifadə oluna 



bilməyən  bədən  üzvünün/hissələrin  və  ya  üzvün/hissələrin  bir  hissəsinin  itirilməsinə  görə  sığorta  ödənişi 

verilmir.  

 

d)  Bədbəxt  hadisə  baş  verməmişdən  əvvəl  bədən  üzvünün/hissələrin  və  ya  üzvün/hissələnin  bir 



hissəsinə münasibətdə mövcud olan əlillik hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki əlillik 

nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır. 

 

e)  Bir  bədbəxt  hadisə  nəticəsində  bədənin  müxtəlif  üzvlərində/hissələrində  və  ya  müxtəlif  üzvlərin/ 



hissələrin  hissələrində  əmələ  gələn əlilliyə görə ayrı-ayrılıqda hesablanan ödənişlərin cəmi məbləği sığorta 

şəhadətnaməsində göstərilən sığorta məbləğindən çox ola bilməz. 

ə)  Sığortalı  (sığorta  olunan)  solaxay  olarsa,  Ödəniş  cədvəlində  sağ  və  sol  əl  üçün  müəyyən  edilən 

nisbətlər  əksinə  tətbiq  edilir  o  şərtlə  ki,  Sığortalının  (sığorta  olunanın)  solaxay  olması  haqqında  sığorta 

müqaviləsi bağlanıldıqda Sığortaçıya yazılı olaraq bildirilsin.  

f)  Əlillik  təminatı  almış  Sığortalı  (sığorta  olunan),  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il 

ərzində həmin hadisə nəticəsində vəfat edərsə, Sığortalıya (sığorta olunana) əlil olmağa görə verilmiş ödəniş 

ilə ölüm təminatı ödənişi arasındakı fərq (əgər belə fərq yaranarsa) onun vərəsələrinə ödənilir. 

g) Sığortalı ilə razılaşdırıldıqda bu maddədə Əlillik üzrə Ödəniş cədvəlində dəyişikliklər edilə bilər.  

Variant 2 . 

6.2.3. Əlillik Təminatı  

Əgər  Sığortalı  (sığorta  olunan),  sığorta  şəhadətnaməsi  ilə  təminat  verilən  bədbəxt  hadisəsinin  baş 

verməsi  nəticəsində  hadisənin  baş  vermə  tarixindən  etibarən  bir  il  ərzində  həmin  hadisədən  aldığı  zədənin 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 6 of 16 

 

 



birbaşa  nəticəsində  əlil  olarsa  və  ona  qanunvericiliklə  nəzərdə  tutulduğu  qaydada  Birinci,  İkinci  və  ya 

Üçüncü  Dərəcəli  əlillik  təyin  edildikdə,  Sığortalıya  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta 

məbləğinin  digər  nisbətləri  müqavilədə  nəzərdə  tutulmayıbsa,  aşağıda  göstərilən  faiz  nisbətində  sığorta 

ödənişi verilir:  



 

Birinci Dərəcə Əlillik – 100% 

İkinci Dərəcə Əlillik –  75% 

Üçüncü Dərəcə Əlillik – 50% 

Bədbəxt hadisə baş verməmişdən əvvəl mövcud olan əlillik hadisə nəticəsində artarsa, sığorta ödənişi 

hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır. 

Əlillik təminatı almış Sığortalı (sığorta olunan), bədbəxt hadisənin baş  verdiyi tarixdən etibarən bir il 

ərzində  həmin  hadisənin  nəticəsində  vəfat  edərsə,  Sığortalıya  (sığorta  olunana)  əlil  olmağa  görə  verilmiş 

ödəniş ilə ölüm təminatı ödənişi arasındakı fərq (əgər belə fərq yaranarsa) onun hüquqi vərəsələrinə ödənilir. 

 

6.3.  Bədbəxt  hadisə  nəticəsində  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  ödəniş  (gündəlik 

ödəniş) (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda) 

Əgər Sığortalı (sığorta olunan), bu sığortanın təminatına daxil olan hadisə nəticəsində həmin hadisədən 

aldığı  zədənin  birbaşa  nəticəsində  iş  qabiliyyətini  müvəqqəti  olaraq  itirərsə,  Sığortaçı  sığorta 

şəhadətnaməsində  bu  təminat  üçün  razılaşdırılmış  məbləğədək  gündəlik  ödəniş  məbləği  ödəyir  (sığorta 

müqaviləsində  (şəhadətnamədə)  azadolma  məbləği  və  ya  Gözləmə  müddəti  nəzərdə  tutulduğu  halda, 

müvafiq olaraq azadolma məbləğini və ya Gözləmə müddəti ərzində çəkilən xərcləri aşan hissəsində .  

Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bədbəxt  hadisə(lər) 

nəticəsində Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin cəmi  (məcmu) məbləği bu təminat 

üçün nəzərdə tutulmuş sığorta məbləğini aşmamalıdır.  

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  ödəniş  yalnız  həmin  sığorta  hadisəsi  üzrə  əmək 

qabiliyyətinin müvəqqəti itirilməsinin tam vaxtı müəyyən olunduqdan sonra həyata keçirilir.  

 

6.4. Bədbəxt  hadisə  nəticəsində  çəkilən  Müalicə  xərclərinə  görə  ödəniş  (müqavilə  ilə  sığorta  təminatına 

daxil edildiyi hallarda) 

Əgər  Sığortalı  (sığorta  olunan),  bu  sığortanın  təminatına  daxil  olan  bədbəxt  hadisəsinin  baş  verməsi 

nəticəsində  zədələnərsə,  Sığortaçı  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il  ərzində  müəyyən  edilmiş 

həkim  haqqı  ilə  dərman,  radioqrafiya,  vanna,  masaj,  xəstəxana  və  digər  məqsədəuyğun  müalicə  xərclərini 

(təcili  təxirə  salınmaz  hallardan  başqa  nəqliyyat  xərcləri  istisna  olmaqla)  sığorta  müqaviləsində 

(şəhadətnaməsində)  bu  təminat  üçün  razılaşdırılmış  məbləğədək  ödəyir  (sığorta  müqaviləsində 

(şəhadətnamədə)  azadolma  məbləği  və  ya  Gözləmə  müddəti  nəzərdə  tutulduğu  halda,  müvafiq  olaraq 

azadolma məbləğini və ya Gözləmə müddəti ərzində çəkilən xərcləri aşan hissəsində). 

Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Bədbəxt  hadisə(lər) 

nəticəsində Müalicə xərclərinə görə ödənişlərin cəmi  (məcmu) məbləği bu  təminat üçün  nəzərdə tutulmuş 

sığorta məbləğini aşmamalıdır.  

Bədbəxt  hadisə  nəticəsində  təbii  və  ya  süni  dişlərə  dəyən  xəsarətin  aradan  qaldırılması  üçün  çəkilən 

protez xərclərinə görə verilən sığorta ödənişi müalicə xərcləri məbləğinin 10%-dən çox ola bilməz.  

Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  müalicə  xərcləri  üçün 

Sığortalının  (sığorta  olunanın)  işlədiyi  müəssisə  və  ya  digər  şəxs  tərəfindən  ödənilən,  sosial  sığorta,  

həmçinin  icbari  və  ya  könüllü  sığortalar  üzrə  nəzərdə  tutulan  ödəniş  olmayan  bütün  digər  ödənişlər 

sığortaçının ödəyəcəyi ödənişdən çıxılır.  

 


Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin