Plan: Avropada beynəlxalq turizmin inkişafını şərtləndirən amillər hansılardır?


Norveçdə beynəlxalq turizmin inkişafına təsir göstərən amillər hansılardır?



Yüklə 45,42 Kb.
səhifə2/22
tarix02.01.2022
ölçüsü45,42 Kb.
#34726
1   2   3   4   5   6   7   8   9   ...   22
BTC-movzu2

Norveçdə beynəlxalq turizmin inkişafına təsir göstərən amillər hansılardır?

Norveçdə turist axınları hansı istiqamətlərədir və turizm mərkəzlərinin tipləri necə səciyyələnir?

İsveçdə beynəlxalq turizmin inkişafına təsir göstərən amillər hansılardır?

İsveçdə turist axınları hansı istiqamətlərədir və hansı məşhur turizm mərkəzləri var?

Finlandiyada beynəlxalq turizmin inkişafına təsir göstərən amillər hansılardır?

Finlandiyada turist axınları hansı istiqamətlərədir və turizm mərkəzlərinin tipləri necə səciyyələnir?

Laplandiyada beynəlxalq turizmin təşkili necə səciyyələnir?

Rovaniemi turizm mərkəzi haqqında nə bilirsən?
Avropa dünyanın turizm baxımından ən inkişaf etmiş regionudur. Əlverişli təbii şəraitə malik olan və turistlərin diqqətini cəlb edən, müxtəlif görməli yerlərin bol olduğu, turizm baxımdan daha çox inkişaf etmiş ölkələr Avropada yerləşir.

Avropa cənubda, qərbdə və şimali qərbdə Atlantik, şimalda isə Şimal Buzlu Okeanı dənizlərinin suları ilə əhatə olunmuşdur. Avropada turizmin inkişafına regionun təbii-coğrafi xüsusiyyətləri təkan verir. Onun sahilləri kəskin parçalanaraq, daxili dənizlərin, körfəzlərin, buxtaların çoxluğu ilə seçilir, ki, bu da sahildə çoxsaylı limanların yaranmasına gətirib çıxarmışdır. Avropa ölkələrinin əksəriyyəti dənizsahili mövqeyə malikdir, bəziləri isə Avropadan Asiya, Afrika, Avstraliya və Amerikaya gedən yollar yaxınlığında olan ada və yarımadalarda yerləşir. Regionun təbii-rekreasiya ehtiyatları çox rəngarəngdir. Avropa ərazisində düzənlik, təpəlik və dağlıq rayonlar növbələşir. Dağlar əsasən orta yüksəkliyə malik olaraq, iqtisadi əlaqələrin qurulması və turist səfərlərinin həyata keçirilməsi üçün maneə yaratmır. Dağ aşırımlarında nəqliyyat magistralları salınmışdır. Avropanın böyük hissəsi mülayim, yalnız Skandinaviya yarımadasının şimalı arktik qurşaqda yerləşir. Regionun cənub hissəsi (Priney, Apennin və Balkan yarımadaları) subtropik iqlim qurşağında yerləşir. Ümumilikdə, təbii-iqlim şəraiti istirahət üçün əlverişlidir, bu, xüsusilə cənubi Avropanın günəş enerjisi və istiliyin yüksək göstəriciləri ilə seçilən dənizkənarı ölkələrində müşahidə olunur.

Avropada təbii landşaftlar demək olar ki, qalmamışdır. Bütün qitələrin içərisində Avropa daha çox “mədəniləşmişdir” – onun ərazisinin yalnız 3%-i insan tərəfindən dəyişdirilməmişdir (xüsusilə şimal ölkələri – Finlandiya, Norveç və İsveç). Avropanın qabaqcıl turizm regionuna çevrilməsinə mədəni-tarixi amillər də təkan vermişdir. O, dünya irsinə böyük töhvələr vermişdir. Dünyanın heç bir yerində müxtəlif dövrlərə - Neolit, Qədim Dövr, İntibah dövrü, Böyük coğrafi kəşflər, Sənaye çevrilişi və inqilablar dövrünə aid bu qədər tarixi və memarlıq abidələri ilə zəngin ərazi yoxdur.

Avropa beynəlxalq turizmdə turist qəbuluna görə liderliyi saxlayır. Buna səbəb:


  1. Turizm infrastrukturunun inkişafı və yüksək səviyyədə nəqliyyat xidməti;

  2. Dünya əhəmiyyətli təbii və mədəni resursların olması;

  3. Turizm məhsulunun seçim müxtəlifliyi (dənizsahili istirahətdən tutmuş qış idman növünəcən);

  4. Hazırlıqlı kadrların olması;

  5. İqtisadi bazanın yüksək inkişaf səviyyəsi;

  6. Bir-birinə etnik cəhətdən yaxın dövlətlərin mövcudluğu, xalqların tarixi-mədəni yaxınlığı, dil və din oxşarlığı və s.

Beynəlxalq turizm Avropanın bütün inkişaf etmiş ölkələrini əhatə etsə də, heç də hamısında eyni səviyyədə inkişaf etməyib. Ayrı-ayrı dövlətlərin beynəlxalq turizmdə iştirakı xarakteri də əsaslı surətdə fərqlənir. Avropada təxminən 50 müstəqil dövlər var, lakin onların əksəriyyəti ərazicə çox kiçikdir. Ərazinin məhdudluğu – turist getmələrinin intensivliyinə təkan verən amildir. Yalnız 2 ölkənin – Fransa və İspaniyanın ərazisi 500 min km²-dən çoxdur. Avropanın əhalisinin sayı 742.4 mln. nəfərdir (yanvar,2018) və əhalinin təxminən 75%-i şəhər aqlomerasiyalarında yaşayır. Urbanizasiyanın, əhali sıxlığının və təhsilin yüksək səviyyəsi - əhalinin turizm aktivliyinə təsir edən amillərdir. Avropa ölkələri bir-birinə nəzərən yaxşı mövqeyə malikdirlər və bir çoxlarının rahat təbii obyektlərdən keçən eyni sərhədləri vardır. Coğrafi yaxınlıq və sıx nəqliyyat şəbəkəsi bir ölkədən digərinə səyahəti rahat və əlçatan edir. Avropanın müxtəlif subregionlarında (əsasən ölkələrində), turizm-rekreasiya sahəsinin inkişaf səviyyəsi qeyri-bərabərdir. Bu sahədə kommersiya effektliliyi baxımından aparıcı subregionlar – Qərbi, Cənubi və Şimali Avropadır. Mərkəzi və Şərqi Avropa, yəni SSRİ-nin süqutundan sonra yaranmış yeni müstəqil dövlətlər, həmçinin sabiq sosialist ölkələri və Aralıq dənizinin şərqində yerləşmiş ölkələr (Türkyə, Kipr, İsrail) turizmin inkişafı baxımından, Avropanın inkişaf etmiş regionlarına “çatmağa” cəhd göstərirlər.

Avropa ölkələrinin hüdudları daxilində təbii-coğrafi amillər, ilk öncə ərazinin relyefi və iqlimi, turist axınının intensivliyini və istiqamətini müəyyən edir. Aralıq dənizi hövzəsi daha çox turist cəlb edir. Avropa turistlərinin yarıdan çoxu və digər qitələrdən gələn turistlərin təqribən 30%-i bu ərazidən keçir. Günəşli Aralıq dənizi hövzəsi, rütubətli və soyuq Mərkəzi və Şimali Avropa sakinlərini özünə cəlb edir. Tarixi və mədəniyyət abidələrinə maraq da buna əlavə olunur.

Qərbi Avropa hüdudları daxilində turizm əlaqələri əsasən, qonşu ölkələr arasında inkişaf etmişdir. Bunun əsas səbəbi, qonşu ölkələrin tarixi keçmişi və talelərinin oxşarlığı, iqtisadi və mədəni əlaqələrin sıx olmasıdır.

Avropada səyahətlər müasir həyat tərzinə çevrilmişlər. Buna regiondakı iqtisadi və siyasi stabillik, müxtəlif ölkə hökümətlərinin əməkdaşlıq (o cümlədən turizm sahəsində) meylləri təkan verir. Bu sahədə 26 ölkənin daxil olduğu Şengen razılaşmasının imzalanması (1985-ci il) xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu razılaşmaya əsasən bu ölkə vətəndaşları öz ümumvətəndaşlıq pasportları ilə Şengen zonası dövlətlərinin sərhədlərini maneəsiz keçə bilərlər. Turizmin inkişafına həm də Avropa birliyinin vahid valyutası – Avronun tətbiqi də təkan vermişdir.

Avropa – dünyanın qabaqcıl turizm regionudur və turistlərin gəlmə göstəricilərindəki payının azalmasına baxmayaq, özünün liderliyini qoruyub saxlayır. Beynəlxalq turistlərin gəlmə göstəriciləri Avopada 2015-cü ildə 2014-ci ilə nəzərən 90 mln. nəfər artaraq 608 mln. nəfərə çatmışdır ki, bu da dünya səyahətlərinin 51%-ni təşkil edir. Turizmdən gəlirlər isə 450 mlrd. ABŞ dolları təşkil etmişdir. Avropada turizm kəskin regiondaxili xarakter daşıyır. Regionlararası getmə turist axınlarında ABŞ xüsusi yer tutur.

Ümumiyyətlə Avropada regiondaxili turizmin payı 90%-dir, qalanı isə regionlararası turizmin payına düşür. Əgər region daxilində turistlərin payı çoxdursa, deməli həmin regionda turizmin infrstukturu və təşkili yaxşı inkişaf etmiş. Regionda sabitlik və yüksək iqtisadi inkişaf var.



1990-cı illərdə sərhədlərin açılması Şərqi Avropa ölkələrindən Qərb ölkələrinə çoxlu turist axınının yaranmasına səbəb olmuşdur. İlk vaxtlar gedənlərin əksəriyyəti şopturizm etməklə qısamüddətli səfərlərə gedirdilərsə, tədricən dincəlmək və ölkə haqqında məlumat toplamaq üçün də vaxt ayırırdılar. Eyni zamanda kütləvi qrup halında səyahətlər tədricən daha kiçik qruplar və ailəvi səyahətlərlə əvəz olunurdu. Avropa daxilində əsas turist yaradan ölkələr Benilüks və Şimali Avropa ölkələridir. Belə ki, region daxilində turist axınının 42% bu ölkələrin payına düşür. Məlum olduğu kimi regionda turist axınlarının əsas istiqaməti Şimaldan Cənubadır. Bu turistlərin günəş-qum-dənizə olan marağından irəli gəlirdi. Ona görə də xüsusi ilə soyuq iqlimi olan Şimali Avropa ölkələrindən (Norveş, İsveç, Finlandiya, İslandiya, Danimarka) turistlər Aralıq dənizi (xüsusən Fransa, İspaniya, İtaliya) və Qara dənizin sahillərinə üz tuturdular. Lakin son zamanlar turistlərin yerdəyişməsi baş verməkdədir. Fərqlilik axtaran turistləri artıq Skandinaviya ölkələri və İslandiya da maraqlandırır. Bunun əsas səbəbi isə Şimali Avropa ölkələrində təbii sərvətlərin zənginliyi, ekoloji tarazlıq və təmizlik, valyuta sabitliyi, turistlərin təhlükəsizliyinin təmin edilməsi, turistləri bura cəlb etmək üçün turizm sənayesinə böyük miqdarda sərmayə qoymaları və yeni turist məhsullarını təklif etmələridir.

Tədricən Avropa regionunun beynəlxalq turizm fəaliyyətində iştirakı azalmağa başlayır. Lakin La-Manş tunelinin tikilməsi, Disneyland və s. yollarla turistlərin bu regiona olan marağının sabit qalması üçün cəhdlər göstərilir.

Avropa turizminin ən gözəçarpan xüsusiyyəti turist axınlarının meridional istiqamətdə üstünlük təşkil etməsi və turistlərin Aralıq dənizi hövzəsi ətrafında cəmləşməsidir. Turist axını şimaldan cənuba doğru hərəkət edərək, turist qəbulu üzrə böyük dövlətlər sayılan Fransa, İspaniya və İtaliyada başa çatır.

Avropaya turist göndərən əsas bazar, Şimali Amerikadır. Avropa hüdudlarından kənardan gələn turistlərin 35%-i ABŞ, Kanada və Meksikanın payına düşür. Qitə çərçivəsində turist axınının əsas mənbələri “isti dənizlərə” çıxışı olmayan, inkişaf etmiş dövlətlərdir.

Avropa turizm bazarında Şərqi və Mərkəzi Avropa ölkələrinin, xüsusilə də Çexiya, Polşa, Rumıniya, Sloveniya və Rusiyanın aktivliyi artır. Avropada inkişaf etmiş turizm növləri içərisində müalicə-sağlamlıq, işgüzar, dini, təhsil, dərketmə, kruiz (dəniz, çay, göl) turizm növləri xüsusilə seçilir. Avropaya səyahət edənlərin əksəriyyəti öz səyahətlərinə müxtəlif əyləncə müəssisələrinin və tədbirlərinin ziyarətini də daxil edir.

Avropa 5 subregiona bölünür: Şimali Avropa, Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa, Cənubi Avropa.

Şimali Avropa ölkələrinə Skandinaviya ölkələri (Danimarka, İsveç və Norveç) və tarixən onlarla bağlı olan Finlandiya və İslandiya, eləcə də Qrelandiya və Farer adaları (Danimarkanın tərkib hissələri) aiddir. Bəzən bu ölkələrin hamısını Skandinaviya ölkələri adlandırırlar, lakin bu düzgün deyil, belə ki, İslandiya və Finlandiya Skandinaviyanın tərkib hissələri deyildir.

Subregionda turizmin inkişafına təsir edən amillər İEÖ-lər olması, yüksək maliyyə təminatı, nəqliyyat və turizm infrastrukturunun inkişafı, təbii landşaftın gözəlliyi, unikallığı, bəzi hissələrinin toxunulmazlığı, siyasi-iqtisadi sabitliyin mövcudluğu, təhlükəsizliyin təmin edilməsi, tarixi-mədəni irsi ənənəvi yarmarka və sərgilər, şengen zonasına daxil olmaları və s. aiddir. İnkişafına mənfi təsir göstərən amillər qiymətlərin baha olması, dağlıq relyefin üstünlük təşkil etməsi (Danimarka,Finlandiya istisna), sərt iqlim şəraiti, Avropanın əksər ölkərindən uzaqlığı və s. aiddir.



İsveç. Şimali Avropada, Skandinaviya yarımadasında yerləşmiş İsveçə Baltik dənizindəki Qotland və Aland adaları, həmçinin sahildən bir qədər aralı yerləşən bir sıra kiçik adalar da məxsusdur. Qərbdə və şimalda Norveç, şimal-şərqdə Finlandiya ilə həmsərhəddir. Şərqdə Baltik dənizi və Botnik körfəzi, cənub-qərbdə Katteqat və Skagerrak boğazları ilə əhatə olunur. Eresunn boğazı İsveçi, Danimarkaya məxsus olan Zeland adasından ayırır.

İsveçdə müxtəlif hündürlükdə yerləşən təxminən yüz min göl vardır. Onların əksəriyyəti bir-biri ilə çaylar vasitəsilə birləşərək göllər şəbəkəsi yaradırlar. Bir sıra iri göllər isə bir-biri ilə gəmiçilik üçün yararlı kanallarla birləşdirilib. Stokholmdan Geteborqa qədər, uzunluğu 50 km-dən artıq olan kanal vasitəsi ilə gəmi ilə səyahət etmək olar.

İsveçin iqlimi mülayimdir, qış ayları şimalda şaxtalı və qarlı, cənubda qısa və yumşaq keçir. Qış və yay aylarında turizm üçün əlverişli bölgə ölkənin cənubudur.

İsveç, əhalinin yüksək həyat səviyyəsini, praktiki olaraq tam məşğulluğunu təmin edən, sosial təminatı yüksək inkişaf etmiş sənayeyə malik dövlətdir. İsveç əhalisi üçün səyahətə meyllik səciyyəvi xüsusiyyətdir. Əhalinin böyük əksəriyyəti hər il (hətta bəzən ildə bir neçə dəfə) ölkə daxilində müxtəlif yerlərə səyahət edir və xarici səfərlərə gedirlər. İsveç 2014-cü ildə 10.5 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 11.8 mlrd. ABŞ dolları təşkil etmişdir. Qeyd edək ki, İsveç müxtəlif zövqə və maddi imkana malik olan turistlərə və iş adamlarına ölkədə gecələmək üçün hər cür yerləşmə vasitələri (kənd evləri, kempinq, turist bazaları, ponsionatlar, adi və lyüks otellər) təklif edə bilər. İsveçin ən bahalı oteli Stokholmdakı Qrand Oteldir. Nobel mükafatı laureatları adına layiq görülən görkəmli şəxsiyyətlər burada yaşayırlar.

İsveçin əsas turizm bölgələri - Stokholm və ətrafı, Botnik körfəzi və Baltik dənizi sahilləri, Geteborq və ölkənin qərb sahilləri, Qotland adası, həmçinin Dalarna və Laplandiya tarixi-coğrafı vilayətləridir.


Yüklə 45,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə