Plastik deformasiya etməklə səthi möhkəmləndirmə Deformasiya



Yüklə 45,85 Kb.
səhifə1/3
tarix14.12.2023
ölçüsü45,85 Kb.
#180471
  1   2   3
48-68 plst


Plastik deformasiya etməklə səthi möhkəmləndirmə
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir.
Haqqında
Deformasiya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər.
Deformasiya üç qrupa bölünür:

  • Plastiki deformasiya

  • Elastiki deformasiya

  • Elastiko-plastik

Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsəelastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Plastik deformasiya
Plastik deformasiya süxurun xarici təzyiq altında bütövlüyü pozulma­dan, formasının dəyişməsi. Plastik deformasiya zamanı süxur kompo­nentlərində yerdəyiş­mə, struktur əlaqələ­rinin dağılması, makro- və mikroçatların əmələ gəlmə­si, sı­xılması, çat və başqa boşluqların bağlanması, bəzi hallarda əlaqəli suyun sıxışdırılıb çıxar­dıl­ması və b. proseslər baş verir. Süxura olan təsir kəmiyyətcə onun elastiklik və möhkəmlik həddin­dən böyük olduqda plastik deformasiya ani baş verir. Tədricən artan və ya daimi sabit qüvvə altında bəzi süxurlarda plastik deformasiya plastik axın ilə nəticələnir. Bu növ deformasiya, təzyiqdən asılı olaraq, zaman müddətində müəyyən sürətlə baş verdiyindən özlülü-plastik deforma­siyaya çev­rilir

Yüklə 45,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin