Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix02.01.2022
ölçüsü10,44 Mb.
#2193
  1   2   3   4   5   6   7   8   9   ...   24


Pulsuzdur

No: 1 (44)     2014



Qafqaz Universitetində Mexanika 

Mühəndisliyi Laboratoriyalarının 

açılış mərasimi keçirilmişdir

BP Qafqaz Universitetinə on bir beynəlxalq səviyyəli laboratoriya bağışlayıb

Ümumiyyətlə BP şirkəti bu günədək Qafqaz Universitetində iki yeni fakültənin açılmasına və 

16 laboratoriyanın qurulmasına yardım edən layihələrə 2,4 milyon dollardan artıq vəsait yatırıb

Dekabrın  9-da  Qafqaz  Universi-

tetinin  Mexanika  Mühəndisliyi 

fakültəsinin  laboratoriya  komp-

leksinin açılışı olmuşdur.

Tədbirdə  Azərbaycan  Respubli-

kası Dövlət Neft Şirkətinin prezi-

denti  Rövnəq  Abdullayev,  Təhsil 

nazirinin müavini Ceyhun Bayra-

mov, BP-nin Azərbaycan, Gürcüs-

tan və Türkiyə regionu üzrə prezi-

denti Qordon Birell, millət vəkil-

ləri, ali təhsil müəssisələrinin rəh-

bərləri və digər rəsmi şəxslər işti-

rak etmişlər. İlk olaraq laboratori-

yanın açılışını bildirən rəmzi lent 

kəsilmiş, sonra qonaqlar labora-

toriya  kompleksindəki  ayrı-ayrı 

laboratoriya otaqlarına baxış ke-

çirmiş, burada quraşdırılmış ava-

danlıqların xüsusiyyətləri haqqın-

da qonaqlara ətraflı məlumat ve-

rilmişdir. Tədbirin rəsmi hissəsin-

də çıxış edən Qafqaz Universiteti-

nin  rektoru  Əhməd Sanıç bildir-

mişdir  ki,  bu  laboratoriya  “BP-

Azərbaycan”  şirkəti  ilə  Qafqaz 

Universiteti  arasında  bağlanan 

memoranduma  əsasən  qurul-

muşdur.


Qeyd olunmuşdur ki, 2011-ci ildə 

layihənin  birinci  mərhələsi  olan 

Kimya  mühəndisliyi  laboratori-

yaları  istifadəyə  verilmiş,  layihə-

nin  ikinci  mərhələsi  isə  Layihə-

ləndirmə  və  adekvat  modellə-

mə,  Təxribatsız  sınaq  üsulları, 

Material  və  metalloqrafiya,  Ma-

teriallar  müqaviməti,  Aerodina-

mika və maye mexanikası, İstilik 

elmləri və İstilik keçiriciliyi, Emal 

üsulları,  Daxili  yanma  mühərrik-

ləri və Avtomobil, Mexaniki vib-

rasiya və səs nəzarəti, Avtomatik 

nəzarət,  Mexanizmlər  və  maşın 

dinamikası  laboratoriyalarının 

açılışı  ilə  davam  etdirilir.  Xüsusi 

olaraq vurğulanmışdır ki, ikimər-

təbəli bina FAB boyalarının, labo-

ratoriyaların  avadanlıqları  isə 

“BP-Azərbaycan”  şirkətinin  ma-

liyyə dəstəyi ilə ərsəyə gəlmişdir.

BP-nin Azərbaycan, Gürcüstan və 

Türkiyə  üzrə  regional  prezidenti 

Qordon Birrel bildirmişdir ki, biz 

dünya səviyyəli yerli mütəxəssis-

lərin və yerli işçi qüvvəsinin yetiş-

dirilməsi  istiqamətində  ARDNŞ-

nin və Təhsil Nazirliyinin göstər-

diyi  səylərə  dəstək  olmaq  üçün 

onlarla  sıx  əməkdaşlıq  etmişik. 

Bu  mütəxəsislərin  Xəzər  regio-

nundakı gələcək layihələrində iş-

tirak edəcəyinə əminliyini bildir-

mişdir.

Atılmış bu addım universitetlərlə 

sənaye arasında qarşılıqlı əmək-

daşlığın  müvəffəqiyyətli  nümu-

nəsi  olub  mövcud  iş  bazarının 



No: 1 (44)     2014

2

deyil  həmçinin  praktikada  olan 

problemlərə  tədqiqatlar  apara-

raq həll tapması, və universitet-

lərə  biznes  təşkilatları  arasında 

qarşılıqlı  maraq doğuran dialo-

qun qurulmasını hədəfləyir.

Ali  təhsil  müəssisələrinə  edilən 

bu  kimi  investisiyalar  təhsil  ba-

zarında  universitetlər  arasında 

açıq rəqabətə şərait yaratmaqla 

yanaşı yüksək göstəricilərə malik 

ehtiyac  duyduğu keyfiyyətli  işçi 

kadrının  yetişdirilməsində  mü-

hüm  əhəmiyyət  kəsb  edir.  Son 

bir  neçə  ildə  Azərbaycan  Res-

publikasının  iqtisadiyyatının 

sürətli  inkişafına  dəstək  verən 

uzunmüddətli  uğurlu  strategi-

yalardan  biri  olan  Şahdəniz-2 

layihəsinin icrası vurğulana bilər. 

Bu  layihə  çərçivəsində  Azər-

baycan hasil ediləcək təbii qazın 

Avropaya  çatdıraraq  regionda 

güclü  geopolitik  mövqeyə, 

enerji  sabitliyinə,  və  güclü  iqti-

sadiyyata malik olacaqdır. Özün-

də bir çox yerli və xarici şirkətləri 

birləşdirən  bu  böyük  həcmli 

əməkdaşlıqda ali təhsil müəssi-

sələrin  rolu  vacibdir.  Dünya 

praktikasında  uyğulandığı  kimi 

bu  kimi  iri  həcmli  strateji  əhə-

miyyət kəsb edən layihələrin ic-

rasında universitetlərin yetişdir-

diyi  keyfiyyətli  mühəndis  kadrı 

işçi bazarında yeni yaranmış eh-

tiyacların qarşılanmasında əvəz-

edilməz rol daşıyır. 

Beləliklə  qarşılıqlı  əməkdaşlıq 

çərçivəsində ARDNŞ və BP Azər-

baycan kimi böyük investisiyaya 

malik  olan  şirkətlərin  marağı 

universitetlərin  infrastrukturu-

nun  möhkəmləndirilməsi,  neft 

və qaz sahəsində insan kapitalı-

nın  yetişdirilməsi,  mühəndislik 

üzrə tədris planının keyfiyyətinin 

artırılması və müasir dünya stan-

dartına cavab verməsi, yerli mü-

təxəssislərin  yetişdirilməsi,  ali 

təhsil müəssisələrin yalnız teorik 

tələbələrin cəlb edilməsi istiqa-

mətində müsbət rəqabətə şərait 

yaradır və tələbələrin məzun ol-

duqdan sonra iş həyatına rahat 

şəkildə  qədəm  qoymasına  sə-

bəb olur. Başqa sözlə şirkətlərin 

dəstəyi  və  təşəbbüsü  ilə  yara-

dılan  modern  tədris  planları  və 

Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin  təsdiqi  ilə  bu 

kurrikulumların  icraya  buraxıl-

ması  yeni  yaradılmış ixtisasların 

yalnız  təhsil  mövqeyini  deyil 

həmçinin  iş  bazarının  tələbləri-

nin də diqqətə alınmasını təmin 

edir.  ARDNŞ-nin  prezidenti 

Rövnəq Abdullayev 2014-cü ildə 

Ulu  öndər  Heydər  Əliyev  tərə-

findən  əsası  qoyulmuş  “Əsrin 

müqaviləsi” layihəsinin 20-ci ili-

nin  tamam  olduğunu  bildirmiş 

və  bu  illər  ərzində  həm  Azər-

baycan Respublikasının, həm də 

ARDNŞ-nin  böyük  uğurlar  əldə 

etdiyini vurğulamışdır. R. Abdul-

layev qeyd etmişdir ki, ARDNŞ-

nin  qlobal  enerji  layihələrində 

aparıcı rol oynaması, 20 il bun-

dan öncə təməli qoyulmuş yeni 

neft  strategiyasının  uğurla  da-

vam etdirilməsindən xəbər verir. 

ARDNŞ prezidenti bu kimi təhsil 

təşəbbüslərinin  maliyyələşdi-

rilməsini böyük bir təhsil inkişaf 

layihəsi kimi dəyərləndirmişdir.

Azərbaycan  Respublikası  təhsil 

nazirinin müavini Ceyhun Bayra-

mov,  FAB  boyaları  şirkətinin  ic-

raçı direktoru Anar Əliyev, Bey-

nəlxalq  Təhsil  Mərkəzinin  sədri 

Ənvər Özərən bu kimi layihələ-

rin  ölkəmizin  təhsil  sisteminin 

inkişafına xüsusi töhfə olduğunu 

bildirmişlər.





Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin