Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 18,03 Kb.
tarix02.12.2022
ölçüsü18,03 Kb.
#71851
referat 4795


Azərbaycan Hava Yolları “Qapalı Səhmdar Cəmiyyəti”
Milli Aviasiya Akademiyası

Sərbəst iş №3


Fənn: Təhlükəli meteoroloji hadisələr


Mövzu: İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələr
Qrup: 1122a
Kafedra: Aviasiya meteorologiyası
Müəllim:
Tələbə: Yunusov Etibar

Bakı 2013


İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələr
Yer kürəsinin iqlimi daim dəyişir. Keçmişlərdə planetin iqlimi təbii hadisələrlə əlaqədar dəyişib. Lakin müasir zəmanəmizdə iqlim dəyişikliyi dedikdə əsasən, 1900-cü illərdə baş verən dəyişiklilər nəzərdə tutulur.Son illər ərzində müşahidə etdiyimiz və qarşıdam gələn 80 il ərzində gözlənilən iqlim dəyişiklilərinin, təbii proseslərdən daha çox insan fəaliyyəti ilə bağlı olduğu düşünülür.İqlim dəyişikliyindən danışarkən, istixana effekti deyilən istilah olduqca mühümdür, çünki bu, Yer kürəsini isti saxlayan qazlara aiddir.Belə düşünülür ki, məhz bəşəriyyətin əlavə olaraq havaya buraxdığı istixana qazları problemin əsasını təşkil edir.
Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur.
Son dövrlərdə təhlükəli anomal proseslərin dinamikası artır, keçən əsrin sonlarından başlamış bu proses dünyada baş verən qlobal iqlim dəyişmələrinin nəticəsidir. Qlobal iqlim dəyişmələrinə səbəb olan əsas amil isə atmosferin yerə yaxın təbəqəsində orta illik temperaturun artmasıdır. Orta illik temperaturun dəyişməsi indiyədək dünyanın ayrı-ayrı regionlarında müxtəlifdir. Ancaq bütövlükdə 0,8-1 dərəcəyədək temperatur yüksəlib. Bu isə dünyanın mövcud iqlim sistemində rütubətin paylanmasını dəyişib. Burada əsas səbəb atmosferlə dünya okeanı səviyyəsində gedən istilik mübadiləsidir. Bu, həm də okeanlarda cərəyanların hərəkətinin dəyişməsinə səbəb olur. Okeanlarda cərəyanların hərəkət istiqamətini dəyişməsi isə dünyanın bu və ya digər regionunda quru ərazilərdə kəskin yağıntıların artmasına, yağıntının çoxillik normadan az olduğu ərazilərdə isə quraqlığa gətirib çıxarır. Ona görə də istənilən regionda sel, daşqın və təhlükəli hidrometeoroloji proseslərlə bağlı digər hadisələr baş verir.
Son zamanlar iqlim dəyişikliyi mövzusu dünya media nümayəndələri, siyasətçilər, alimlər və ən böyük şirkətlər arasında geniş müzakirə obyektinə çevrilib. Bu bir faktdır. Əsrlər ərzində, atmosfer istixana qazları üçün tullantılar atılan yer kimi istifadə edilmişdir və bu gün bəşəriyyət qarşısında bu prosesin real təhlükə sualı dayanıb. 
İqlim dəyişir: Hərarət qalxır, buzlaqlar əriyir, dəniz səviyyəsi yüksəlir, su təchizatı təhlükə altındadır. Çaylar və kənd təsərrüfat yerləri quruyur, səhraların sayı artır. Bioloji müxtəliflik dəyişir. Arktika əriyir, dəniz isinir. 
Qlobal iqlim dəyişikliyi problem olaraq qalır;
Xatırladaq ki, bir neçə ildir mütəxəssislər iqlim dəyişməsindən və karbon qazlarından müntəzəm olaraq bəhs edir, dünyanın ən nüfuzlu beynəlxalq qurumları bu problemdən çıxış yolu axtarırlar. Lakin hələ də iqlim dəyişməsi problem olaraq qalmaqdadır. Yəni Yer kürəsi atmosferə atılan karbon qazının, elmi dildə desək, CO2 tullantılarının yaratdığı qlobal gərginliklə üz-üzədir. Aramsız yağıntılar, qitənin şimalında düşən istilər dünyada həm də sosial və iqtisadi itkilərlə müşahidə olunur. 
CO2 istiliyi özündə saxlamaq qabiliyyətindədir. Karbon qazı atmosferə düşdükdə onda güclü istiləşmə prosesi gedir. Yəni yeraltı sərvətlər də, anormal iqlim dəyişməsi də bu istilikdən yaranır. Mütəxəssislər bildirir ki, planetimizin mövcudluğu ərzində karbon qazının atmosferdə miqdarı cüzi olub. Sənaye inqilabı dövründə atmosferdəki hər milyon hissəcikdən yalnız 280-ni karbon qazının payına düşüb. Lakin o vaxtdan bəri atmosferdə karbon qazının miqdarı sürətlə artır. İndiki dövrdə mədən yanacağının istifadə edilməsi, meşələrin qırılması üzündən atmosferə düşən hər milyon hissəcikdən biri karbon qazının payına düşür. Proqnozlara görə, 20 ildən sonra bu rəqəm 450-yə çatacaq. Çünki atmosferə atılan toksik maddələrin həcmi hələ də yüksək olaraq qalır. 
Bütün bunların nəticəsində yer üzündə orta temperatur sürətlə artır, aramsız yağışlar yağır, qasırğalar qopur, torpaq erroziyaya uğrayır və şoranlaşma gedir.
Yüklə 18,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin