Mütəxəssislər Əlaqəli nümayəndəliklərin aşağıdaki əsas əməkdaşları var: Direktor, Direktor Müavini, Xəzinədar, Katibə və Sponsorluq üzrə Direktor. Digər mütəxəssislər isə lazım olduqda işə götürülə bilər



Yüklə 13,82 Kb.
tarix02.01.2022
ölçüsü13,82 Kb.
#2322

Mütəxəssislər

1. Əlaqəli nümayəndəliklərin aşağıdaki əsas əməkdaşları var: Direktor, Direktor Müavini, Xəzinədar, Katibə və Sponsorluq üzrə Direktor. Digər mütəxəssislər isə lazım olduqda işə götürülə bilər.

2. Sponsorluq edən diler Sponsorluq üzrə Direktor vəzifəsini tutur. O, bütün digər mütəxəssis postlarını tuta, o cümlədən onların müvafiq öhdəliklərini götürə və yalnız dilerin istəyinə  əsasən, hər hansı bir mütəxəssisi işdən çıxara bilər. Sponsor Diler nümayəndəlik mütəxəssislərinin hansı üsulla seçilməsini və onların nümayəndəlikdə iş müddətinin uzunluğunu təyin edə bilər. Birləşmiş nümayəndəliklər üçün, xahiş edirik, nümayəndəliyinizin işəgötürmə və işdən azad etmə qaydalarına baxın.

3. Sponsor Diler nümayəndəlikdən Sponsor Diler standartlarına riayət edilməsini və H.O.G. qrupunun bu Nizamnamə və Əməliyyat Siyasətinə əməl edilməsini tələb etmək səlahiyyətinə malikdir.

4. Baş nümayəndəliyin mütəxəssislərinin vəzifə və öhdəlikləri aşağıdakılardi:

A.Direktor\Director:Direktor həmin Nümayəndəliyi və nümayəndəliyin nizamnaməsini təmin edir, nümayəndəlik görüşləri keçirir və nümayəndəliyin mütəxəssislərinin öhdəliklərini koordinasiya edir.

B.Direktor Müavini\Assistant Direktor:Direktor müavini Direktorun öhdəliklərinin yerinə yetirilməsində ona kömək edir. Direktor Müavini həmçinin üzvlüyün təbliğatına, üzvlüyün istiqamətləndirilməsinə, üzvlüyün yenidən əldə edilməsinə və nümayəndəlik üzvlərinin H.O.G. proqramları ilə bağlı məlumatlandırılmasına cavabdehdir.

C.Xəzinədar\Treasurer:Xəzinədar  nümayəndəliyin maliyyə vəsaitinin toplanmasına və bölüşdürülməsinə, hər ay üzvlüyə dair maliyyə əməliyyatları ilə bağlı hesabatların hazırlanmasına, gəlirlərin məruzəsinə və hesabat tələblərinə uyğun şəkildə H.O.G.-a illik maliyyə hesabatının təqdim edilməsinə və bütün lazımi sənədlərlə birlikdə Nümayəndəliyin Ödəniş Ərizəsinin təqdim edilməsinə cavabdehdir.

D.Katibə\Secretary: Katibə nümayəndəliyin bütün inzibati ehtiyaclarına, nümayəndəliyin illik işgüzar görüşlərin və ümumi iclasların protokollaşdırılmasına, əgər varsa, üzvlük üzrə mütəxəssisin vəzifəsinə nəzarət edilməsinə, bütün nümayəndəlik üzvlərinin cari H.O.G. üzvləri olmasının dəqiqləşdirilməsinə, ehtiyatda Nümayəndəliyə İllik Üzvlük Formasının və hər üzvün Buraxılması sənədinin hər ay üzrə imzalanmış surətinin saxlanmasına və H.O.G.-un tələb etdiyi H.O.G. Nümayəndəliyi Nizamnamə Ərizəsinin və digər hesabatların H.O.G-a təqdim edilməsinə cavabdehdir. Bundan başqa, Katibə bütün sığorta tələblərinin yerinə yetirilməsinə (o cümlədən lazımi buraxılış formalarında iştirakçının imzasının olmasına) və yerli rəhbərliklə bütün illik sənədlərin yerinə yetirilməsinə cavabdehdir. Katibə zədə raport formalarının hazırlanmasını, zədə raport formalarının vaxtında müvafiq sığorta şirkətinə təqdim edilməsini təmin edir və buraxılış formalarının və zədə raportlarının işlənməsinə və saxlanmasına görə məsuliyyət daşıyır.

5. Diskresion (əlavə) nümayəndəlik mütəxəssislərinin vəzifə və öhdəlikləri aşağıdakı kimidir:

A. Fəaliyyətlərüzrə Mütəxəssis\Activities Officer:Fəaliyyətlər üzrə Mütəxəssis nümayəndəliyin tədbirlərinin inzibatçılığına görə məsuliyyət daşıyır.

B.HarleyXanımları üzrə Mütəxəssis\Ladies of Harley Officer:L.O.H.üzrə Mütəxəssis qadın üzvlərin nümayəndəliyin tədbirlərində fəal iştirak etməyə təşviq etmək məsuliyyətini daşıyır.

C.Yol Kapitanı\Road Captain:Yol Kapitan(lar)ı nümayəndəliyin yürüşlərinin marşrutunun planlaşdırılmasına və Nümayəndəliyin bütün H.O.G. proqramları barədə məlumatlandırılmasına cavabdehdir.

D. Redaktor\Editor:Redaktor nümayəndəliyin nəşrlərinin, məsələn, xəbər bülletenləri və press-relizlərin yazılı, şifahi (yayım) və elektron material formasında toplanmasına və təşkilinə cavabdehdir. Nümayəndəliyin bütün nəşrləri, yazılı, şifahi (yayım) və ya elektron olmasından asılı olmayaraq, nəşr olunmazdan əvvəl Sponsor Diler tərəfindən təsdiqlənməlidir.

E.Təhlükəsizlik üzrə Mütəxəssis\Safety Officer: Təhlükəsizlik üzrə Mütəxəssis nümayəndəliyin üzvlərinin yürüş təlimlərinin mümkünlüyünə dair məlumatla təmin edilməsinə cavabdehdir.

F. Fotoqraf\Photographer:Fotoqraf nümayəndəlik üçün nümayəndəliyə aid nəşrlərdə və nümayəndəliyin tarix albomlarında istifadə edilmək üçün fotoların çəkilməsinin təmin edilməsinə və təşkilinə cavabdehdir.

G. Tarixçi\Historian: Tarixçi nümayəndəliyin tarixinin yazılı formada hazırlanmasına və idarə edilməsinə, mütəxəssis mövqelərinin, nümayəndəlik tədbirlərinin və üzvlük səviyyələrinin əlavə edilməsinə cavabdehdir.

H. Üzvlük üzrə Mütəxəssis\Membership Officer: Üzvlük üzrə Mütəxəssis bütün nümayəndəlik üzvlərinin cari H.O.G. üzvləri olmasının dəqiqləşdirilməsinə, Nümayəndəliyə İllik Üzvlük Formasının və hər üzvün Buraxılması sənədinin hər ay üzrə imzalanmış surətinin ehtiyatda saxlanmasına cavabdehdir; nümayəndəliyə üzvlük hesabatını hazırlayır, rüblük dəyişiklikləri H.O.G. ofisinə təqdim edir yaxud Nümayəndəliyin İşgüzar internet səhifəsində yerləşdirir (www.members.hog.com).

I. Vebmaster\Webmaster:Vebmaster Nümayəndəliyin Veb-səhifəsi üçün materialların toplanmasına və təşkilinə, eləcə də dərc etməzdən əvvəl Sponsor Diler tərəfindən təsdiqlənməsinə görə məsuliyyət daşıyır.
Yüklə 13,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin