QəDİm yunanistanda sosial-siyasi VƏ HÜquqi İdeyalarin iNKİŞafi



Yüklə 16,78 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü16,78 Kb.
#40881
  1   2
SSTT M-2


QƏDİM YUNANISTANDA SOSİAL-SİYASİ VƏ HÜQUQİ İDEYALARIN İNKİŞAFI

Yunanıstanda siyasi ideologiya miflərin dağılması və ictimai şüur formalarının nisbi müstəqillik əldə etməsi prosesində formalaşmış və inkişaf etmişdir. Antik yunanıstanda dünyagörüşün nəzəri forması kimi fəlsəfə yaranır. Siyasi-hüquqi konsepsiyalar məhz ümumfəlsəfi təlimlər çərçivəsində işlənib hazırlanır. Qədim Yunanıstanda siyasi fikir inkişaf edərək siyasi təlim səviyyəsinə yüksəldi. Antik Yunanıstanda siyasi fikrin inkişafı 3 mərhələdən keçmişdir. 1-ci mərhələ yunanıstanda dövlətçiliyin formalaşması prosesi ilə eyni vaxtda təşəkkül tapan dövlət və hüquq haqqında təsəvvürlər dövrünü (b.e.ə.VIII-VI əsrlər) əhatə edir. 2-ci mərhələ quldarlıq demokratiyasının yüksəliş və tənəzzülü dövrünə uyğun gələn dövlət hüquq barədə təlimlərin inkişafı dövrüdür. (e.ə.V-IV əsrlər). Bu təlimlər başlıca olaraq afinada təşəkkül tapıb. 3-cü mərhələ ellinizm dövründə polis sisteminin tənəzzülünü əks etdirən siyasi nəzəriyyələrin böhranını səciyyələndirir (e.ə.IV-II əsrlər).

Qədim yunan dövlətinin yaranması xüsusiyyətlərinin tədqiqinə həsr olunmuş ilk yazılı mənbələrdən biri şair Gesiodun “əmək və din” poemasıdır. Pifaqorun təlimində isə aristokratik dövlətə dair məqamlar üstünlük təşkil edir. Pifaqor demokratiyanın əleyhinə çıxırdı. Onun fikrincə dövləti dini-etik tərbiyə almış və başqalarında yüksək səviyyəsi ilə fərqlənən insanlar təbəqəsi idarə etməlidir. Heraklitə görə dünya ziddiyyətlərin məcmusudur. Hər şey ziddiyyətlərin mübarizəsindən yaranır. O, xalqa nifrət bəsləməsini açıq bildirirdi. Insanların çoxluğunu yox, azlığını qəbul edirdi. O iddia edirdi ki, bir nəfərin iradəsinə tabe olmaq sarsılmaz qanundur. O, hüququ müharibənin və zərurətin nəticəsi kimi əsaslandırır, ilahi qanunların əbədiliyini qətiyyətlə bildirirdi. Demokrit adamların maddi tələbatını ictimai tərəqqinin zəruri amili kimi qiymətləndirir və bəşəriyyətin yüksələn xətlə inkişafına inanırdı. O, iddia edirdi ki, dövlət və hüquq bir kənar qüvvə tərəfindən yaradılmayıb. Dövlət adamların uzun sürən mübarizəsinin məhsuludur və vətəndaşların ümumi mənafeyinin təcəssümüdür. Demokritin fikrincə adamlar o halda azad ola bilər ki, bütün qanun və qaydalara dəqiq riayət olunması bütün vətəndaşların bərabərliyi və yekdilliyi üçün şərait yaradılsın. O siyasəti insanın cəhdlərinin məhsulu kimi qiymətləndirir və onu böyük sənət adlandırır.

E.ə. V əsrin 2-ci yarısında afinada quldarlıq demokratiyası inkişaf etdi və bu dövr Periklin şərəfinə Perikl əsri adlandırlır. Quldarlıq demokratiyasının siyasi ideyaları sofistlərin əsərlərində əsaslandırılır. Sofist müdrik deməkdir. Sofistləri o zaman mübahisə etmək, sübuta yetirmək sənətini öyrədən, məhkəmədə və xalq yığıncaqlarında çıxış edən filosoflar adlandırırdılar. Sofistlər başlıca diqqəti hüquq və siyasət, əxlaq, sübut etmək üsulları və natiqlik sənəti kimi məsələlərə istiqamətləndirirdi. Sofistlərə Protoqor, Qorqi, Hippi və Antifont hesab olunur. Onlar mütərəqqi, demokratik görüşlərin tərəfdarı idilər. Protoqora görə insan ilk başlanğıcda digər canlılardan oda müraciət etməsi ilə fərqlənirdi. O belə qənaətə gəlirdi ki, siyasi sənətə az adam sahib olarsa belə halda heç bir dövlət möhkəm ola bilməz. Protoqor insanın dəyişkən xarakterə malik olduğunu göstərmişdir. Onun fikrincə ümumi qəbul olunmuş həqiqət yoxdur. Biliklərin və ədalətin daşıyıcıları müdriklərlə yanaşı həm də ayrıca adamlardır. Əxlaqın nisbiliyi və şərtiliyi barədə təsəvvürləri inkişaf etdirən böyük sofistlərin digər nümayəndəsi Qorqi ləyaqətin hamıya və hər şeyə aid olduğunu qeyd edirdi. Onun görüşlərində ləyaqətin kişidə və qadında, azad adamda və kölədə, hər bir yaşda, məşğuliyyət növündə və konkret işdə təzahür etdiyini nəzərə çatdırırdı. Sofistlər əxlaq haqqında təlimi fərdi məzmunda zənginləşdirirdilər. Hippi qanun dedikdə ümumi razılığı nəzərdə tuturdu. Antifont ədaləti qanunun icrası kimi təsəvvür edirdi. O, yazırdı: ədalət o deməkdir ki, vətəndaşı olduğun dövlətin qanunlarını pozmayasan. Qanunun göstərişləri razılaşmanın nəticəsidir.

E.ə. IV əsrin 1-ci yarısında sofistlərin nəzəriyyəsi əsasən demokratiyanın tərəfdarlarının hərəkatı kimi təşəkkül tapır. Sofizm nəzəriyyəsi ilk növbədə Platon və Aristotel tərəfindən tənqidə məruz qalır. E.ə. IV əsrdə demokratiyanın siyasi ideyası məşhur Demosfen başda olmaqla natiqlər tərəfindən işlənib hazırlanır. Öz çıxışlarında onlar vətəndaşların bərabərliyini, vətəndaş hüququnun təminatçısı olmaq etibarilə qanunun sarsılmazlığını bildirirdilər.

Siyasi fikir tarixində Sokratın siyasi baxışları diqqəti cəlb edir. O, afinada qərarlaşan həddən artıq demokratiyaya və onun nümayəndələrinə düşməncəsinə münasibət bəsləyirdi. O, sparta aristokratiyasına haqq qazandırırdı. O, dövlətin idarə olunmasında demosun əksəriyyətinin iştirakına etiraz edir və göstərirdi ki, dövlətə siyasətlə məşğul olmağı bacaran adamların müəyyən qrupu rəhbərlik etməlidir. Sokratın fikrincə, dövlət zəruri olan elə bir şər qüvvədir ki, hamı ona tabe olmalıdır, hakimiyyətin tələblərini vicdanla yerinə yetirməlidir (əxlaq qanunlarını əsas götürərək). O, müasiri olduğu Sparta aristokratik dövlətinin ədalətsiz qanunlarının əxlaqa sığmadığını qətiyyətlə qeyd edir, mövcud qanunların

insana zidd mürtəce mahiyyətini açıb göstərirdi. Təsadüfü deyil ki, onun mövcud qanunlara qarşı əxlaqi mövqedən sərt çıxışları yunan məhkəmələri tərəfindən bu mütəfəkkirin ölüm cəzasına məhkum edilə biləcəyi hədələri ilə üzləşirdi.


Yüklə 16,78 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin