Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s



Yüklə 444 b.
tarix21.04.2017
ölçüsü444 b.
#15220



Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir.

  • Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir.

  • Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar «Dedal və İkar», «Tesey», «Arqonavtlar», «Herakl», «Promotey», «Demetra və Persofena» və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi.

  • Yunan əfsanələrindən birinə görə, Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə «İliada» və «Odisseya» epik poemalarını yaratmış, onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin «İIiada» və «Odisseya» poemalarında təsvir olunmuş hadisələrin tarixən olduğu sübut edilmişdir. Yunanlar Troya şəhərini İlion adlandırırdılar. «İliada» poemasının adı da buradan götürülmüşdür. Poemada göstərilir ki, Troyanın mühasirəsi yunanları tamam yormuşdur.

  • Yunanların qəhrəmanı Axillesin anası Yelena onun dabanından tutub yeraltı suda çimizdirərmiş. Odur ki, onun bütün bədəni daşbatmaz, dabanı isə zəif imiş. Bu, Axillesin ölümünə səbəb olur. İndi insanın zəif yerini «Axilles dabanı» adlandırırlar. Yunanlı Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisinə yunan döyüşçülərini doldurur. Troyalılar gecə atı şəhərə çəkib aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açır, yunanlar troyalıları məğlub edirlər. Buradan da «Troya atı» ifadəsi meydana gəlmişdir. Bu isə düşməndən hədiyyə qəbul etməyin təhlükəli olması deməkdir.«Odisseya» poemasında yunanların Troyanın alınmasından sonra Odisseyin başçılığı ilə yunanların vətənə dönmələri və yolda onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir edilir. Odissey İtakaya gəlib evində ağalıq edənləri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki poema böyük ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir.













Olimpiya oyunları Yunanıstandakı Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalibləri zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdi. Çünki yoxsulların bu yarışa hazırlaşmağa imkanları olmurdu. Qadınlar yarışlarda iştirak edə və onlara baxa bilməzdilər. Olimpiya oyunlarında on minlərlə adam iştirak edirdi. Buraya koloniyalardan da tamaşaçı və iştirakçı gəlirdi. Müharibələr dayandırılır, yarışlar başlanır və beş gün davam edirdi.

  • Olimpiya oyunları Yunanıstandakı Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalibləri zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdi. Çünki yoxsulların bu yarışa hazırlaşmağa imkanları olmurdu. Qadınlar yarışlarda iştirak edə və onlara baxa bilməzdilər. Olimpiya oyunlarında on minlərlə adam iştirak edirdi. Buraya koloniyalardan da tamaşaçı və iştirakçı gəlirdi. Müharibələr dayandırılır, yarışlar başlanır və beş gün davam edirdi.

  • Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri idi. İlk Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il hesabı həmin ildən başlanır. Bizans imperatoru I Feodosi Olimpiya oyununu qadağan etdi. Olimpiya oyunlarının keçirilməsi 1896-cı ildə bərpa edildi. İndi hər dörd ildən bir Olimpiya oyunları keçirilir.



Oyunların harada keçirilməsindən asılı olmayaraq, onun məşəli Olimpdə günəş şüalarından odlanmış alovla yandırılır.

  • Oyunların harada keçirilməsindən asılı olmayaraq, onun məşəli Olimpdə günəş şüalarından odlanmış alovla yandırılır.

  • Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas oldu, onlar elmin inkişafında nailiyyətlər qazandı, onların əsərləri müasir dövrdə əksər xalqların dilinə tərcümə edilmiş, yaratdıqları heykəllər və tikintilər sonrakı dövr üçün nümunə idi. Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə məşğul olmasına şərait yaratdı və bu da elmin və incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini yaradarkən başqa xalqların da elm və mədəniyyətini mənimsəyirdil



Yüklə 444 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin