Xocalı soyqırımı (genosidi) günü haqqında
Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı
24 fevral 1994-cü il
Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları
tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar
və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə
edərək qərara alır:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş,
Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı
səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da
«Xocalı soyqırımı günü» elan olunsun və bu barədə beynəlxalq təşkilatlara
məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və
«Xocalı soyqırımı günü»nün beynəlxalq miqyasda keçirilməsi
üçün dünya
azərbaycanlılarına müraciət edilsin (müraciətin mətni əlavə olunur).
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV
Bakı şəhəri, 24 fevral 1994-cü il
«Azərbaycan» qəzeti 26 fevral 1994-cü il