Qərbi Avropa mədəniyyəti. İntibah epoxası



Yüklə 19,42 Kb.
tarix02.01.2022
ölçüsü19,42 Kb.
#39846
7. Qərbi Avropa mədəniyyəti


Qərbi Avropa mədəniyyəti. İntibah epoxası

Təxminən 10 əsrlik bir dövrü əhatə Orta əsrlər Qərbi Avropa mədəniyyəti siyasi, iqtisadi və mədəni həyatdakı dəyişikliklər, incəsənətdə yeni cərəyan və üslubların yaranması ilə xarakterizə olunur. “Orta əsrlər” anlayışını ilk dəfə XV əsrdə İtalyan humanistləri öz yaşadıqları dövrü antik klassikadan ayırmaq üçün işlətmişlər. Sonralar bu termin Roma imperiyasının süqutundan İntibah dövrünədək olan bir mərhələni bildirməyə başladı. Məhz bundan sonra dünya tarixi Antik dövrə, Orta əsrlərə və Yeni dövrə bölündü. Maarifçilik dövründə bu mərhələyə maraq daha da artdı. Romantiklərin bu məsələyə münasibəti isə birmənalı olmadı. Yalnız XIX-XX əsrlər qərb sivilizasiyalarının böhranı dövründə alim-kulturoloqlar orta əsrlərin zəngin mədəniyyətini hərətərəfli öyrənməyə başladılar. V-XIV (bəzən XVI) əsrləri əhatə edən orta əsrlər dövrü feodal cəmiyyətinin yaranması, inkişafı və süqutu ilə əlaqədar olubadətən erkən orta əsrlərə (V-X əsrlər), klassik orta əsrlərə (XI-XIII əsrlər), bəzən isə feodalizmin daha uzun sürən regionlarında son orta əsrlərə (XIV-XVI əsrlər) bölünür. I dövr üçün Avropa xalqlarının formalaşması prosesi, Qərbi Avropa xristian mədəniyyəti tipinin yaranması, xristianlığın daha da möhkəmlənməsi və geniş yayılması xas idi. II dövr mədəniyyətinin mühüm hadisəsi – xristian dininin yayılması ilə əlaqədar bu dinin əsas atributu olan kilsələrin kütləvi tikintisi və nəticədə memarlıqda roman və qotika üslublarının bərqəarar olması idi. III dövr dahi Dantenin, Akvianlı Fomanın adları ilə bağlıdır. Bu dövrə həmçinin elm və təhsilin inkişafı, fəlsəfədə sxolastikanın əsas istiqamətə çevrilməsi xas idi.

İtaliyada intibah dövründə Florensiya, Roma, Venesiya və Milan ölkənin başlıca şəhərləri idi. Florensiya ticarət yolları üzərində yerləşirdi. Burada çoxlu manufakturalar, banklar, ticarət mərkəzləri və varlı adamlar var idi. Onlar yaradıcı adamlardan heç nə əsirgəmirdilər. Florensiya iqtisadi qüdrətinə görə yeni mədəniyyətin — intibah mədəniyyətinin mərkəzinə çevrilmişdi. İlk kapitalist müəssisəsi olan manufaktura XIV əsrdə İtaliya şəhərlərində yaranmışdı. Manufakturanın yaranması ilə burjuaziya meydana gəlmişdi. Avropada intibah mədəniyyətinin İtaliyada meydana gəlməsinin əsas səbəbi burada burjuaziyanın daha tez yaranması olmuşdur.

Bu dövrdə intibah mədəniyyətinə xas olan xüsusiyyətlər şəhərlərdə ziyalı təbəqəsinin (zehni əməklə məşğul olan insan qrupuna ziyalı deyilir) yaranması, təbiətin öyrənilməsi, insana, dünyaya, qədim yunan və qədim roma mədəniyyətinə olan maraq, elm və incəsənət əlaqələrinin möhkəmlənməsi idi. Bu dövrdə mədəniyyət nümayəndələri dinlə yox, insan, onun işləri ilə maraqlanır və humanist adlanırdılar. Humanistlər insanın xoşbəxtliyini faydalı əməkdə görürdülər. Humanistlər qəlbi və vücudu, fikirləri və hissləri gözəl olan insanları hərtərəfli inkişaf etmiş insan hesab edirdilər. İtaliya intibah mədəniyyətinin yüksəlişi yeni burjua sinfinin güclənməsi ilə bağlı idi.

Kilsə antik dövr mədəniyyətini xristian dininə zidd hesab edirdi. Bu səbəbdən antik mədəniyyət qismən unudulmuşdu. Humanistlər Qədim Yunanıstan və Qədim Roma mədəniyyətinə maraq göstərirdilər. Unudulmuş mədəniyyət yenidən dirçəldildi, yeni mədəniyyət yarandı. Bu yeni mədəniyyətin yarandığı dövr İntibah dövrü adlanır. Humanistlər də, antik dövrün yazıçı və şairləri kimi, insanı aciz, taleyi əlində olmayan insan kimi təsvir etmirdilər. Onlar insanları bacarıqlı, iradəli, mübariz təsvir edir, əsərlərini latın dilində yox, ana dilində yazırdılar.

 İtaliya intiba­hının ən görkəmli nümayəndələrindən biri Leonardo da Vinçi (1452-1519) Florensiyada anadan olmuşdu, rəssam, alim, ixtiraçı, mühəndis, memar, musiqiçi, şair idi. O, insanları müşahidə edir, onların zahiri və daxili gözəlliklərini öz əsərlərində təsvir edirdi. Onun «Mona Liza» («Cokonda») — gənc qadın portreti buna əyani misaldır. O, paraşütün, vertolyotun, sualtı qayığın və s. quruluşunu işləyib hazırlamışdı.

İntibah dövrü və ya renessans— Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş verdi və böyük sosial dəyişikliklə əlaqələndirildi. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını düşünür. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsələr də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür.

İntibah dövrünün intellektual əsası onun humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqor kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boyadakı perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessansdakı dəyişikliklər bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur.

Mədəniyyət hərəkatı olaraq intibah müasirlərinin Petrarkaya etibar etdikləri, klassik mənbələrə əsaslanan öyrənmənin XIV əsrdə canlanması ilə başlayan Latın və yerli ədəbiyyatın yenilikçi çiçəklənməsini əhatə etdi; xətti perspektivin inkişafı və rəssamlıqda daha təbii bir reallıq göstərmək üçün digər üsullar; tədricən, lakin geniş yayılmış təhsil islahatı. Siyasətdə renessans diplomatik adətlərin və konvensiyaların inkişafına, elmdə induksiyaya və müşahidəyə əsaslanan elmi tədqiqatlara töhfə verdi. Baxmayaraq ki, intibah dövrü sosial və siyasi qarışıqlıqlar da daxil olmaqla, çoxu intellektual məsələdə inqilaba səbəb olmuşdu, onun ən önəmli təsiri incəsənətin inkişafı və "renessans adamı" termininə ilham mənbəyi olan Leonardo da Vinçi və Mikelancelo kimi polimatların töhfələri sayılır.

İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başladı.Dövrün mənşəyi və xarakteristikasını izah etmək üçün o dövrdə Florensiyanın sosial və vətəndaş xüsusiyyətləri də — bölgənin siyasi quruluşu, Mediçilər sülələsinin himayədarlığı və Konstantinopolun Osmanlılar tərəfindən fəthindən sonra yunan alimlərin İtaliyaya köçü və yazdığı mətnlər — daxil olmaqla, fərqli faktorlar da nəzərə alınaraq müxtəlif nəzəriyyələr irəli sürüldü. Digər əsas mərkəzlərə İntibah papalığı dövründə Venesiya, Genuya, Milan, Bolonya və Roma kimi şimali İtaliyanın şəhər-dövlətləri və ya Belçikanın Brügge, Gent, Brüssel, Löven, Antverpen kimi şəhərləri daxil idi.

İntibah dövrünün uzun və qarışıq tarixşünaslığı özündə tarixin dövrləşdirilməsinə qarşı skeptisizm ehtiva edir. Belə ki, "İntibah"ın mədh edilməsi və o dövrün mədəni qəhrəmanlarının "İntibah insanları" olaraq anılması XIX əsrdə tarixçilər arasında çoxlu müzakirələrə səbəb olmuş, onları İntibah sözünün termin və tarixi təsvir kimi istifadəsinin əhəmiyyətli olub-olmadığını sorğulamağa vadar etmişdir. İntibah konseptinə qarşı yönəlmiş bu müqaviməti nəzərdən keçirən incəsənət tarixçisi Ervin Panofski bildirmişdir:

" İtalyan İntibahının faktuallığının ədəbiyyat üzrə təhsil almış şəxslər tərəfindən istisna hallarda, incəsənət tarixçiləri tərəfindən isə daha nadirən sorğulanmasına baxmayaraq, sivilizasiyanın estetik aspektləri ilə professional cəhətdən məşğul olmaq öhdəliyi olmayan insanların - iqtisadi və sosial tərəqqini, siyasi və dini vəziyyətləri, xüsusilə də, təbiət elmlərini araşdıran tarixçələrin – onu belə mütəmadi şəkildə və həvəslə sual altına salması heç də təsadüfi deyil."



Bəzi müşahidəçilər intibahı pessimizm dövrü və ya antik dövrə duyulan nostalgiya kimi yox, mədəni "tərəqqi" kimi dəyərləndirsə də, sosial və iqtisadi tarixçilər, xüsusilə də, adları "uzun müddətli" ifadəsi ilə anılanlar, Panofskinin sözləri ilə desək, "minlərlə bağ ilə" bir-birinə bağlı olan bu iki era arasındakı davamlılığa fokuslanırlar. Yenidən doğulma (it. rinascita) termini ilk dəfə Corco Vazarinin "Rəssamların həyatı" (1550) adlı kitabında işlədilmiş, 1830-cu illərdə isə ingilisləşdirilərək İntibah (ing. Renaissance) adlandırılmışdır. Bu sözün istifadə olunma tarixi Karolinq intibahı (8 və 9-cu əsrlər), Otton intibahı (X və XI əsrlər) və 12-ci əsr intibahı kimi bir sıra başqa tarixi və mədəni hərəkatlara qədər uzanır.

 
Yüklə 19,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin