2
Elmi redaktor: akademik B.Ə.Budaqov
Rəyçilər: Şəhvələd Xəlilov – AMEA-nın müxbir üzvü, c.e.d.
Məcnun Babayev – b.e.d., professor, Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq
Noosfer Akademiyasının həqiqi üzvü
Məmmədov Q.Ş., Xəlilov M.Y.
«Ekologiya, ətraf mühit və insan»
Bakı, «Elm» nəşriyyatı – 2006, 608 s.
ISBN 5 – 8066 – 1765 - 3
Kitabda dünyada, o cümlədən Azərbaycanda ekologiya elminin inkişaf tarixi, müxtəlif
səviyyələrdə (populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının əsas
qanunauyğunluqları, insan ekologiyası; insan tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin
pozulması və onun ekoloji nəticələri; ətraf mühitin (atmosfer, hidrosfer, litosfer, o cümlədən torpaq)
əsas çirkləndiricilərinin ətraflı xarakteristikası və onların insanın sağlamlığına təsiri; energetika və
ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii-sosial-iqtisadi nəticələri, istilik (parnik) effekti, ozon
təbəqəsini dağıdan səbəblər, turş yağışlar, litosferə, o cümlədən torpağa antropogen təsir, nitrat və
nitritlərin insan sağlamlığına təsiri, səhralaşma, bitki örtüyünə antropogen təsirin nəticələri, təbii
otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyasının səbəbləri, dərman bitkilərindən
istifadə, təbiətin müxtəlif istiqamətli dəyişdirilməsi və insan sağlamlığı; səs və elektromaqnit
çirklənməsinin insan sağlamlığına təsiri; kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen
ekoloji qəzaların ətraf mühitdə nəticələri, təbii fəlakətlərin nəticələri, ətraf mühitin zərərli sosial
faktorlarının insanın sağlamlığına təsiri.
«Ekologiya, ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar,
meşəçilər, kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi
məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.