Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlər, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlər hesab olunur.
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən isə iri molekul, polimer şəklində olur. Biopolimerlər. Polimerlər kiçikmolekullu birləşmələrdən — monomerlərdən əmələ gəlir.
Zülalların xassələi
Zülalların xassələi
Canlı orqanizmlərdə rast gəlinən albumin (yumurta zülalı), mədəaltı vəzinin hormonu olan insulin, həzm prosesində iştirak edən tripsin və ağız suyunda olan lizosim fermentləri zülallara aiddir. Onlar müəyyən xüsusiyyətlərə malik olub hüceyrədə müxtəlif funksiyaları yerinə yetirir.
Zülalların funksiyaları
Zülalların funksiyaları
Bir çox zülallar hüceyrədə bioloji katalizator rolunu oynayaraq kimyəvi reaksiyaları sürətləndirir və burada baş verən proseslərin tənzimlənməsində iştirak edir. Belə zülallar fermentlər adlandırılır.
Zülalların təbii quruluşunun bu cür dəyişməsi prosesi denaturasiya (lat. "de" — yoxluq, aradan qaldırmaq,"natura" — təbii) adlanır. Denaturasiya dönər və ya dönməz ola bilər.
Zülalların təbii quruluşunun bu cür dəyişməsi prosesi denaturasiya (lat. "de" — yoxluq, aradan qaldırmaq,"natura" — təbii) adlanır. Denaturasiya dönər və ya dönməz ola bilər.
Denaturasiya zamanı əvvəl dördüncülü, sonra üçüncülü, daha sonra ikincili quruluş pozulur. Əgər müəyyən təsirdən birincili (ilkin) quruluş da pozularsa, denaturasiya dönməz olar. Məsələn, yumurta zülalı 60–70 °C-də denaturasiyaya uğrayır.
Nuklein turşuları — irimolekullu təbii üzvi maddələrdir. Bu molekullar canlı orqanizmlərdə irsi məlumatın saxlanılmasını və nəslə ötürülməsini təmin edir. Öz quruluşuna görə nuklein turşuları biopolimerlərdir. Onların monomer halqası nukleotidlərdir.

Hər nukleotid azotlu əsasdan, karbohidratdan, ortofosfat turşusu qalığından ibarətdir. Hüceyrədə iki növ nuklein turşuları — dezoksiribonuklein (DNT) və ribonuklein (RNT) turşuları olur.
Karbohidratlar sadə (monosaxaridlər və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur. Zülallar mürəkkəb üzvi birləşmələr, biopolimerlərdir. Onların monomerləri aminturşulardır.
Karbohidratlar sadə (monosaxaridlər və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur. Zülallar mürəkkəb üzvi birləşmələr, biopolimerlərdir. Onların monomerləri aminturşulardır.
Amin turşusunun strukturu
Təbiətdə 150-dən çox aminturşu növü olsa da, onlardan yalnız 20 növü zülalların tərkibinə daxildir. Aminturşular karboksil (- COOH) və amin qruplarının olmasına görə (- NH2) bir-birinə oxşasalar da, onlarda həm də oxşar olmayan radikallar vardır.