Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti İxtisas: Müalicə İşi Qrup: 222A6a Fənn: Histologiya Mövzu: Həzm borusunun ümumi qurulus planı, inkisafi, vaskulyarizasiya xüsusiyyətləri. Qida borusu: histoloji gurulusu, vəziləri. Mədə: quruluş və funksiyası. Mədənin selikli qişasının xüsusiyyətləri, regenerasiyası. Mədə vəziləri.
HAZIRLADI: EMİL ƏLİYEV
Qida borusu
Embrional inkişaf zamanı mədə ilə birlikdə ön bağırsaqdan inkişaf edir. Qida borusu udlağı mədə ilə əlaqələndirən 25-30 sm. uzunluğunda borulu orqandır. VI-VII boyun fəqərələri bərabərliyində udlaqdan başlayır. Döş boşluğunun yuxarı dəliyindən döş boşluğuna, XI-ci döş fəqərəsi səviyəsində diafraqmanın bel hissəsindəki orqana məxsus dəlikdən qarın boşluğuna keçərək mədənin girəcək hissəsində tamamlanır.
Qida borusunun qatları
4 qatdan ibarətdir:
Selikli qişa
Selikaltı əsas
Əzələ qişası
Adventisiya qişası
Selikli qişa
Selikli qişanın üzəri hamar deyil, selikli və selikaltı qişaların iştirakı ilə formalaşan yeddidən-ona qədər boylama istiqamətdə yerləşən büküşlərlə örtülüdür. Qida möhtəviyyatı orqandan mədəyə keçərkən büküşlərin açılması mənfəzin genişlənməsinə səbəb olur. Selikli qişa üç qatdan ibarətdir: epitel toxuma qatı, selikli qişanın xüsusi lövhəsi və əzələ lövhəsi. Örtük epiteli udlağın örtük epitelinin davamı olub, çoxqatlı yastı buynuzlaşmayan epitel toxumasıdır. Yaşla əlaqədar olaraq epiteldə hissəvi buynuzlaşma prosesi müşahidə olunur, epitel hüceyrələrinin sitoplazmasında keratohialindən təşkil olunmuş dənələr (qranulalar) toplanır.
Selikaltı əsas
Selikaltı əsas kövşək lifli formalaşmamış birləşdirici toxumadan təşkil olunub kollagen liflərlə zəngindir, burada qan və limfa damarları, vegetativ sinir sisteminə aid edilən kələflər, limfoid törəmələr aşkar edilir. Bu qişanın daxilində bütün qida borusu boyunca şaxələnmiş borulu selik vəzilərin sekretor şöbələri yerləşir və bu vəzilər qida borusunun xüsusi vəziləri adlanırlar.