Hazirladi: emiL ƏLİyev


xüsusi səfhədə yerləşən mədə vəziləri selikli qişanın müxtəlif regionlarında say və quruluşca nisbətən fərqlidir. Yerləşdikləri zonalara uyğun olaraq mədə vəziləri üç qrupa bölünür



Yüklə 11,85 Kb.
səhifə3/4
tarix21.12.2023
ölçüsü11,85 Kb.
#187853
1   2   3   4
Histo qida

xüsusi səfhədə yerləşən mədə vəziləri selikli qişanın müxtəlif regionlarında say və quruluşca nisbətən fərqlidir. Yerləşdikləri zonalara uyğun olaraq mədə vəziləri üç qrupa bölünür:

  • Kardial
  • fundal
  • pilorik

Fundal vəzilər

Fundal vəzilər sadə borulu şaxələnməyən vəzilərə aid olub, sayı 35 milyona qədərdir. Quruluş baxımından bu vəzilərdə dörd seqment ayırd edilir: dibi, cismi, boyun önü və boyun hissələr (son iki seqment vəzin qısa axacaq hissəsini təşkil edir). Boyun seqmentinin sonu selikli qişa səthindəki çuxurcuqlara açılır. Sekretor şöbənin divarında əsas zara istinad edən üç tip (parietal, baş, mukosit) sekretor hüceyrələr müəyyən olunur.

Parietal hüceyrələr

  • Parietal hüceyrələr xlorid turşusunun komponentləri olan H+, Cl - ionlarını ıfraz edir və B12- vitamininin sorulması üçün lazım olan daxili Kasl faktorunu (antianemik) hazırlayırlar. Parietal hüceyrələr nisbətən iri ölçülü, tək-tək yerləşmiş, asidofil sitoplazmaya malik hüceyrələrdir.

HCl sintezi

Baş hüceyrələr

  • Baş hüceyrələr, əsasən, pepsinin qeyri-aktiv forması olan pepsinogen sintez edirlər, bundan başqa bu hüceyrələrdə ximozin və bir sıra başqa fermentlər də sintez olunur. Baş hüceyrələrin ölçüsü parietal hüceyrələrə nisbətən kiçikdir, qrup halında yerləşirlər. Sitoplazma bazofildir, nüvə dairəvi formadadır, sitoplazmanın mərkəzində yerləşir.

Mukosit hüceyrələr

  • Mukositlər forma baxımından hündür prizmatik, morfoloji xüsusiyyətlərinə görə mədənin selikli qişasını örtən səthi mukositlərə bənzəyirlər, seliyə bənzər sekret hazırlayırlar. Bu hüceyrələrdə nüvə bazal qütbə yaxın yerləşir, sitoplazmanın zirvə qütbünə yaxın zonalarında mukoid sekret dənələri toplanır və dənələr histoloji preparatlarda zəif boyandığı üçün sitoplazmanın apikal hissəsi açıq görünür. Mukositlər mədə vəzilərinin müxtəlif seqmentlərində yerləşir. Lokalizasiya zonalarından asılı olmayaraq mukositlərin quruluşu oxşardır.

Endokrin hüceyrələr

  • Mədə vəzilərində tək-tək yerləşən endokrin hüceyrələri xüsusi rəngləmə (argirofil üsulla rəngləmə) metodları ilə aydın görmək olur. Bu hüceyrələrin sitoplazmasında sekret dənələri hüceyrənin bütün həcmində toplana bilər (cismində, bazal və apikal hissələrində). Yerləşdikləri vəzin mənfəzinə olan münasibətinə görə endokrin hüceyrələrin iki tipi olur: açıq və qapalı tip.

Yüklə 11,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin