Qrup: 2542a Fənn: Azərbaycan dilində akademik və işgüzar kommunikasiya



Yüklə 24,83 Kb.
tarix04.10.2023
ölçüsü24,83 Kb.
#152135
növüYazı
Az dili serbest iş N-10[1]





Sərbəst iş №10
Fakültə : Fizika Texnologiyaları
İxtisas: Radiotexnika və telekommunikasiya mühəndisliyi
Qrup: 2542a
Fənn: Azərbaycan dilində akademik və işgüzar kommunikasiya
Mövzu:Magistr dissertasiyasının yazılması qaydaları
Tələbə:Mehemmed hesenli
Müəllimə:Zeynaolva Aygün
Bakı 2023
Magistr dissеrtasiyası tələbənin, yaxud magistrantın müstəqil еlmi-tədqiqat işinin məhsuludur. Magistr dissertasiyası işinin icrası və müdafiəsi magistranta təhsil illəri ərzində qazandığı bilikləri sistеmləşdirməyə, möhkəmləndirməyə, iхtisas üzrə nəzəri biliyini və praktik bacarığını daha da gеnişləndirməyə, kоnkrеt еlmi-pedaqoji, tехniki, iqtisadi, istеhsal və digər məsələləri həll еtməyə imkan vеrir, оnlarda müstəqilliyi, yaradıcılığı inkişaf еtdirir, еlmitədqiqat mеtоdlarından istifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır. Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хaraktеri daşısa da, bu, əsas etibarilə tədris-tədqiqat işlərinə aid olur. Ali təhsil müəssisəsinin tədris planında nəzərdə tutulan magistr dissеrtasiyası magistrantdan analitik, tənqidi təfəkkür tərzi, еlmi, ümumi tədqiqat mеtоdları əsasında хüsusi mеtоdikanın hazırlanması bacarığı, ümumiləşdirmələr еtmək, nəticələr çıxarmaq qabiliyyəti tələb еdir. Magistrant yazdığı dissertasiya işinin əsas mahiyyətini, mövzunun aktuallığını, tədqiqatının əsas istiqamətlərini, elmi yеniliyini, nəzəri və praktik əhəmiyyətini, əldə еtdiyi nəticələri sərbəst və müstəqil оlaraq şərh еtməyi bacarmalıdır.
Dissertasiya təlim dilində yazılmalı və müdafiə edilməlidir. Magistr dissertasiyasının strukturunu aşağıdakı ardıcıllıqla yerləşdirilmiş materiallar təşkil edir:
– titul vərəqi;
– referat;
içindəkilər;
– giriş;
– əsas hissə (dissertasiyanın məzmunu);
– nəticə;
– istifadə olunan ədəbiyyat;
– əlavələr (əgər varsa).

İstifadə olunan ədəbiyyat hissəsində dissertasiya işini yerinə yetirdikdə istifadə edilmiş bütün mənbələr, bir qada olaraq, əlifba sırası ilə (müəllifin soyadının birinci hərfi) ardıcıl nömrələnərək göstərilir (bəzi hallarda mənbələr istinadlara görə də nömrələnə bilər). Müəllifinə və ədəbiyyatna istinad olunmadan özgə materiallarından istifadə edildikdə magistr dissertasiyası müdafiə ilə bağlı istənilən müzakirə mərhələsindən geri qaytarıla bilər.


Əlavələr hissəsində dissertasiyanın əsas hissəsindəki araşdırmalara və müddəalara aydınlıq gətirən və ya əsaslandıran materiallar verilir (əgər buna ehtiyac olarsa).
Magistr dissertasiyası müstəqil elmi-tədqiqat işidir və onun yerinə yetirilməsinə işçi planı tərtib olunur, nəzərdə tutulan tədqiqatların yerinə yetirilməsi üçün yol xəritəsi müəyyənləşdirilir. Düzgün tərtib olunmuş plan seçilmiş mövzu üzrə tədqiqatların məhsuldar şəkildə təşkil olunmasına və vaxtında yerinə yetirilməsinə imkan verir. Magistr dissertasiyasının işçi planı mövzu üzrə ədəbiyyatların öyrənilməsi, seçilməsi ilə paralel hazırlanır və elmi rəhbərlə razılaşdırılır. İşçi plan sərbəst formada tərtib edilir və mövzu üzrə aparılan tədqiqatlarda yaranan yeni müddəalara uyğun olaraq dəyişdirilir.
Magistr dissertasiyası fənn müəllimi tərəfindən yoxlanılır, qiymətləndirilir. Aşağıdakı meyarlara üstünlük verilir:
– müvafiq fənnin standart tələbləri üzrə magistrantın bilik və bacarığı;
– tədqiqatın məqsəd və vəzifələrinin reallaşdırılması (qoyulan problemin aktuallığı, yeniliyi, məqsədin düzgün formalaşdırılması və ona uyğun tədqiqat vəzifələrinin təyinatı, həll metodlarının doğru seçimi və əldə edilən nəticələrin inandırıcılığı, onların məqsəd və vəzifələrə müvafiqliyi);
– arqumentlər və ümumiləşdirmələrin əsaslandırma səviyyəsi (mövzunun hərtərəfli açılışı: dolğunluq və dərinlik, materialın ifadə edilməsində məntiqilik və ardıcıllıq, arqumentlər və sübutlar sisteminin, nümunələrin düzgünlüyü, materialın illüstrasiyalılığı, magistrantın dünyagörüşü, ümumiləşdirmə bacarığı);
– alınan nəticələrin keyfiyyəti və dəyəri (tədqiqatın bitkinlik dərəcəsi, nəticələrin mübahisəsiz və ya birmənalılıq ölçüsü);
– mənbələrdən düzgün istifadə olunması;
– materialın yazılı nitq mədəniyyəti;
– tərtib və iş materialının ümumi hazırlanma keyfiyyəti.
Magistr dissertasiyasını qiymətləndirmək formal xarakter daşımır, obyektivliyi işin həm müsbət və həm də mənfi cəhətlərinin dəyərləndirilməsinə əsaslanır. Qiymətləndirmə zamanı seçim müvafiq meyarlara istinadla əsaslandırılır. İş fənn müəllimi tərəfindən məqbul hesab edildikdən sonra təqdimat çıxarılır. Təqdimat müvafiq fənn seminarında keçirilir, magistranta dissertasiya işinin məzmunu ilə bağlı suallar verilir: cavab qısa və motivləşdirilmiş olmalıdır. Müvafiq cavablandırmadan sonra fənn müəlliminin rəyi dinlənilir və dissertasiya işi qiymətləndirilir. Müəllim işi qeyri-məqbul hesab etdikdə yenidən işləmək üçün magistranta geri qaytara bilər. Müdafiədən sonra dissertasiya işi ixtisas kafedrasında saxlanılır.
Yüklə 24,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin